Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1370/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi istifadədə olan yolun cavabdehin vəsaiti hesabına sökülməsi, açılması və zəbt edilmiş yolun zəbtdən azad olaraq qa ytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-131/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi istifadədə olan yolun cavabdehin vəsaiti hesabına sökülməsi, açılması və zəbt edilmiş yolun zəbtdən azad olaraq qaytarılması tələbinə dair iddia əriz əsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəmkir rayonu Düyərli kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gələn yolun zəbtdən azad olunaraq, cavabdehin vəsaiti hesabına açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində təzə məhlələrin qurtaracağında yerləşən, kənd təsərrüfatı təyinatlı 0,5728 ha torpaq sahəsi, onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Şəmkir rayonunun Düyərli kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 ona məxsus torpaq sahəsində gedən yolu bağlayıb, zəbt etməklə, yolda qanunsuz olaraq tikinti aparıb onun torpaq sahəsinə gedən yolu bağlamışdır. Bu səb əbdən də iddiaçı və həmin torpaqda işləyən ailə üzvlərinin gediş-gəlişi və torpaq sahələrinə olan əkin sahələrinə avto nəqliyyat vasitələrinin hərəkət etməsini qadağa qoymuşlar. Bununla da cavabdehlər yolu bağladığına görə iddiaçı və onun ailə üzvləri öz torpaqlarından istifadə edə bilmirlər. Belə ki, torpaq sahələrini traktorla əkib-becərə bilmir, yolları bağlandığı üçün sahələrindən nəqliyyat vasitəsi ilə mal-qaralarına ot-ələf apara bilmirlər. Cavabdeh qanunun normaları tələbi baxımından qaydalara zidd olmaqla iddiaçı və onun ailə üzvlərinin torpağında iş fəaliyyətinə mane olur. Belə ki, istifadələrində olan yol ilə avtomobil vasitələrinin torpağına giriş-çıxışın daxil olmasına məhdudiyyət yaradaraq yolu zəbt edərək tikinti materialları töküb tikinti aparmaqla yolu bağlamışlar. Bu da id diaçının mənafeyinə toxunan qanunsuz əməl olmuşdur. Dəfələrlə Şəmkir rayonunun Düyərli bələdiyyəsinin sədrinə, polis əməkdaşları, Şəmkir ərazi üzrə Yer Quruluşu və Layihə Tədqiqat Publik Hüquqi şəxs tərəfindən və iddiaçının xəbərdarlıq etməyinə baxmayaraq cavabdehlər qanunsuz və əsassız olaraq bağladığı yolu açmırlar, yolun altına düşən torpaq sahəsini və ona məxsus 0,5728 ha torpaq sahəsinə gedən yolun zəbtdən azad etməkdən imtina edirlər.
4. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək, göstərmişdir ki, onlar iddiaçının torpağına gedən yolu zəbt etməmişlər, əksinə iddiaçı onların torpağına gedən yola daş töküb, nə vaxt iddiaçı daşları oradan götürərsə, bunlar da tikdiyi tikilini sökəcəklər.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərə k, Cavabdeh1 izahatına uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yol cavabdehlər tərəfindən istifadə edilir. Həmin yolun 69.44 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən tikili inşa edilmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi yola düşür.
7. Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(076)-876/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha Cavabdeh1 Fəzayil oğlunun və Cavabdeh2 zəbtindən azad edilməsi, İddiaçı mülkiyyətinə verilmiş olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 t ərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülərək yolun açılması, iddianın qalan hissədə təmin edilməsi, iddiaçı X3 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə mütəxəssis rəyi üçün ödənilmiş 95 (doxsan beş) manat xərcin 47.50 (qırx yeddi manat əlli qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinə gələn yolun 69.44 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Həmçinin, həmin torpaq sahəsin ə gələn yolda cavabdehlər tərəfindən tikili inşa edilmiş, həmin 27.92 kv.m yarımçıq tikilinin 8.91 kv.m hissəsi həmin yola düşür.
9. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən hesab etmişdir ki, iddia qismən təmin edilməli, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun bütövlükdə deyil, yalnız 69.44 kv.m hissəsi cavabdehlər tərəfindən zəbt edildiyindən, iddia qismən təmin edilməli, yolun zəbt edilmiş hissəsi cavabdehlərin zəbtindən azad olunmalı, həmin torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi cavabdehlərin hesabı na sökülərək yol açılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 124.1 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol onun mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin yanından keçir. O mülkiyyətində olan 0,0837 ha həyətyanı torpaq sahəsində yarımçıq tikilisi olan fərdi yaşayış evini inşa etdirmişdir. Həmin tikilinin də iddiaçının ərazisinə heç bir aidiyyəti yoxdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4985 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) 0.5728 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. İddiaçı iddia etdiyi ona məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər-hansı tikili tikilməmişdir. Çıxarış əsasında Hüseynov X1 mülkiyyətində olan 0.5728 ha torpaq sahəsing gediş-gəliş yolunda cavabdehlər tərəfindən tikili inşa edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-131/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov, M.Ə.Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, həm də apellyasiya baxışı zamanı keçirilmiş xx.xx.2024 -cü il tarixli, 3-16-16/2-10/4985 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) 0.5728 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. İddiaçı iddia etdiyi ona məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər-hansı tikili tikilməmişdir. Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.5728 ha torpaq sahəsinə gediş-gəlis yolunda cavabdehlər tərəfindən tikili inşa edilmişdir.
16. Apellyasiya instansiyası m əhkəməsi Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 69,44 kv.m hissəsi hazırda istifadə edilir, eyni zamanda sonuncular tərə findən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi mübahisəli yola düşərək qanunsuz zəbt edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
19. Kollegiya bələdiyyənin mülkiyyətində olan yolun açılması ilə bağlı iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd etmişdir ki, həmin yol ümumi istifadədə olan yol olmaqla, iddiaçının oradan istifadə üzrə hüququ vardır. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsindən iddiaçı torpaq sahəsinə nəqliyyat vasitələri gəlmək üçün əvvəllər də istifadə edib və cav abdehlər bu istifadə qaydasına müdaxilə edərək, hər hansı hüquqi əsas olmadan həmin torpaq sahəsini (yolu) istifadə edərək və qanunsuz tikili tikərək oranı zəbt etmişlər. İddiaçının əvvəlki vəziyyətin bərpa edilməsini tələb etmək hüququ vardır və birinci instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnu tanımaqda haqlı olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya dəlillərinə gəldikdə qeyd etmişdir ki, bu dəlillər əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertiza rəyinin düzgün olmaması barədə dəlilə diqqət yetirdikdə, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci m addəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 72, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 157.4, 165.1, 170.2, 180.1, 238.3-cü, Torpaq Məcəllənin 47, 68, 4, 111-cü, MPM-in 14.1, 14.2, 77.1, 88, 103.1, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş in yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 151.1, 152.2, 152.3, 152.4, 157.4-cü, MPM-in 2.1, 4.1, 81, 88, 101.3, 103, 217.1, 218.1, 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mülki işin birinci instansiya məhkəməsinin icraatındakı araşdırılması zamanı tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********40 olan “Torpaq sahəsinin Plan və ölçü,” həmçinin xx.xx.2023-cü il tarixli ********** №-li HDQH DƏDR-dən çıxarış sənədində 0,0837 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsi qeyd edilmişdir ki, həmin mülkiyyətinə verilmiş torpaq sahəsində də mübahisəli ti kililəri inşa etdirmişdir. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi həmin hüquqi sənədə heç bir əhəmiyyət vermədən təkrar mütəxəssis rəyinin alınmasına dair vəsatətini təmin etməmiş, həmçinin mübahisəli sahəyə yerində baxış keçirilməsinə dair vəsatəti də təmin edilmədən əsassız və qanunsuz qətnamə çıxartmışdır. Apellyasiya instansiya məhkəməsində də təyin edilmiş ekspertiza ilə əlaqədar mübahisəli sahəyə ekspert tərəfindən baxış keçirilərkən xx.xx.2023-cü il tarixli ********** №-li HDQH DƏDRdən çıxarış əsasında mülkiyyətinə verilmiş 0,0837 ha həyətyanı torpaq sahəsinin yerləşdiyi torpaq sahəsində tərəfindən inşa edilmiş tikililərin yerləşib-yerləşməmsinə də qiymət verilməsini tələb etsə də vəsatətinə əhəmiyyət verilmədən, iddiaçının mülkiyyətində olan 0,5728 ha to rpaq sahəsini zəbt etməməsi, həmin sahədə hər hansı tikililəri inşa etdirməyi barədə ekspert rəyi tərtib edilmişdir. Ancaq həmin ekspert rəyi də qeyri-müəyyən məzmunda tərtib edilmişdir, belə ki, həmin rəydə iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun 69,44 kv.m torpaq sahəsinin tərəfindən istifadə olunması, (hansı qaydada istifadə olunması qeyd edilmədən), həmin yolda tərəfindən inşa edilmiş 27,92 kv.m yarımçıq tikilinin 8,91 kv.m-nin zəbt edilmiş sahəyə düşməsi kimi ifadələrlə rəy verilmişdir. Bir sözlə həmin rəylə müəyyən edilməmişdir ki, mübahisəli yolun 69,44 kv m. sahəsi tərəfindən hansı təyinatla istifadə olunur, əgər yol kimi istifadə olunursa, heç bir zəbt etmə ola bilməz, başqa məqsədlə istifadə edirsə, o da məlum deyildir. Məhkəmə kollegiyasına da tərəfindən verilmiş vəsatət üz rə mübahisəli sahəyə mütəxəssisin iştirakı ilə yerində baxış keçiriləcəyinə vəd verilsə də nəticədə ekspertin tam cavablandırmayan, qeyri-müəyyən məzmunlu rəyinə istinad edilən əsassız qətnamə çıxarılmışdır. Nə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə rəy verən ekspert, nə də məhkəmə kollegiyası cavabdehin 0,0837 ha torpaq sahəsi üzərində mülkiyyətinə dair plan ölçü və Çıxarış sənədinə əhəmiyyət verilməmişdir. Əgər, həmin sənədlərə diqqət edilərdisə, guya tərəfindən zəbt edilməsi iddia edilən 69,44 kv m. torpaq sahəsi və həmin sahədə tərəfindən inşa edilmiş 27,92 kv m. yarımçıq tikilinin 8,91 kv m-nin zəbt edilmiş sahəyə düşmüş olmasına dair ekspert rəyinin əsassız olması müəyyən edilərdi. Mülki iş üzrə isə cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan 0,5728 ha torpaq sahəs inə heç bir qəsd edilməmiş, nə də həmin sahəyə gedən yol tərəflərindən heç bir vasitə ilə zəbt edilməmişdir. Əksinə iddiaçı ailəsinin mülkiyyətində olan həmin torpaq sahəsinə bitişik vəziyyətdə olan kənd yolunda meyvə ağacları əkməklə həmin yolu tam halda zəbt edərək və digər kənd sakinlərinin gözlənilən mülkiyyət hüquqları ilə onlara məxsus olmaqla hazırda istifadələrində olan həyətyanı torpaq sahələrindən istifadələrini məhdudlaşdırmışdır. Birinci və apelyasiya instansiyaları məhkəmələri mübahisəli əraziyə yerində baxış keçirsə idi, qeyd etdiyi halları əyani olaraq müəyyən edərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
27. Maddə 47, bənd
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır.
28. Maddə 47, bənd
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir.
29. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onları n yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
30. Maddə 84, 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
31. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçir ilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz s ahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
37. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülki yyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
39. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
44. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Cavabdehin kass asiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, cavabdehin irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır.
55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə n ail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-131/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.