Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1371/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X5 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-244/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşd ıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X4 xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" QSC-nin Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Dəllər–Zəyəm mənzilinin 406–cı km, pk 3-də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncələrini sındıraraq 2.026,00 manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63.856,00 manat dəyərində əmlakını qəsdən məhv edərək "xxxx" QSC-yə ümumilikdə 65.882 manat dəyərində maddi ziyan vurmuşdur. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan c inayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. Belə ki, X2 “Paranoid şizofreniya” xəstəliyi müəyyən edilmişdir;
3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-63/2024 nömrəli qərarına əsasən, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunmuş və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Həmin qərarda X3 atası Cavabdeh cinayət törətmiş X3 qanuni nümayəndəsi qismində tanınmış və cinyət işi üzrə təqsirləndirlən şəxsin nümayəndəsi kimi cəlb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, X3 anlaqsız vəziyyətdə vurduğu maddi ziyan olaraq 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat və dövlət rüsumu olaraq ödənilmiş 287,65 (iki yüz səksən yeddi manat altmış beş qəpik) manat, ümumilikdə 66169, 65 (altmış altı min yüz altmış doqquz manat altmış beş qəpik) manat onun qanuni nümayəndəsi Cavabdeh alınıb iddiaçı "xxxx" QSCyə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ADY-yə dəymiş 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat məbləğində maddi ziyan təqsirləndirilən şəxs X4 və onun qanuni nümayəndəsi tərəfindən bu günədək ödənilməmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cinayət hadisəsini törə dən zaman ekspertiza rəyinə əsasən o anlaqsız vəziyyətdə olmuşdur. Onun anlaqsız vəziyyətdə cinayət hadisəsi törətməsi işin mübahisəsiz halıdır. Artıq bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Mülki Prosessual Məcəllənin 82.4.-ci maddəsinin tələblərinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı tərəfindən Mülki Məcəllənin 1105.1-ci maddəsinə istinad edərək şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu yəni cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Həmin maddənin dispozis iyasında göstərilən məsələ hadisə törədilənə qədər qəyyum olmuş şəxsi nəzərdə tutur. Bu işdə isə hadisə törədilənə qədər həmin şəxsin cavabdeh qəyyumu olmamışdır, Qəyyumu olmadığı üçün də onun üzərinə hadisəni törədən şəxsin üzərinə nəzarət etmək ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Yəni cinayət törədən anda şəxs müstəqil şəxs idi onun üzərində nəzarət ilə bağlı kimsə vəzifələndirilməmişdir. Ona görə iddiaçı tərəfindən həmin maddəyə istinad edilməsini cavabdeh tərəf əsassız hesab edir. Ümumiyyətlə hadisə baş verən vaxtlarda hətta ondan öncə cavabdeh Azərbaycan Respublikası ərazisində olmamışdır. Bundan başqa hadisəni törədən şəxs hadisə törədən zaman müstəqil şəxs olmuş yəni yetkinlik yaşına çatmışdır. Belə olan halda cavabdeh üzərinə hadisəni törədən yetkinlik yaşına çatmış və onun üzərində hər hansı nəzarəti həyata keçirmək ilə bağlı vəzifələndirilməyən cavabdeh şəxsin üzərinə öhdəlik qoyulması yolverilməzdir. İddiaçı tərəfindən cavabdehin hadisədə öncə hadisə törədən zaman anlaqsız şəxsin qəyyumu olmasını təsdiq edəcək heç bir sübut təqdim edə bilməməsi onun tərəfindən verilmiş iddianın rədd edilməsi üçün əsasdır.
7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1767/2024 nömrəli qətnaməsi ilə (H.K.Məhəmmədi) iddia tələbinin təmin edilmiş, Cavabdeh qanuni nümayəndəsi olduğu X4 tərəfindən vurulmuş maddi ziyanının əvəzi olaraq 65882,00 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi 287,65 manat, ümumilikdə 66169, 65 (altmış altı min yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.
8. Birinc i instansiya məhkəməsi qeyd etmişdir ki, mülki işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh oğlu Allahverdi Hüseynov anlaqsız vəziyyətdə törətdiyi cinayət nəticəsində iddiaçı "xxxx" QSC-yə 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat məbləğində maddi ziyan vurmuşdur. Həmin iş üzrə Etibar X1i nümayəndəsi qismində işə cəlb olunmuşdur. Allahverdi Hüseynov cinayəti anlaqsız vəziyyətdə törətdiyindən, o, cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC tərəfindən iş üzrə mülki iddia verilsə də, mülki iddianın həmin iş üzrə baxılması cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qeyrimümkün olduğundan baxılmamış saxlanılmış və iddiaçı tərəfə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüquq izah olunmuşdur. Bu s əbəbdən "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində vurulmuş ziyanın əvəzini tələb edir.
9. Cavabdeh tərəf qeyd etmişdir ki, Cavabdeh cinayəti anlaqsız vəziyyətdə törətmiş Allahverdi Hüseynovun cinayət törətdikdən əvvəl və həmin vaxt qanuni nümayəndəsi olmamış, həmçinin cinayət törədilən vaxt ölkə hüdudlarından kənarda olmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bir halda ki, iş üzrə qanuni nümayəndə qismində tanınmış və işdə iştirak edimişdir, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən bu hal onu qanuni nümayəndəsi cinayət törətmiş şəxsin vurduğu ziyanın ödənilməsi barədə məsuliyyətdən azad edə bilməz.
11. Cavabdeh tərəfin gətirdiyi digər arqument isə cinayət törətmiş şəxsin yetkinlik yaşına çatmış olmasıdır.
12. Birinci instans iya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, şəxsin yetkinlik yaşına çatması onun prosessual qabiliyyətli olması deyildir. Belə ki, şəxsin sadəcə yaş həddinə çatması onun hazırkı məsuliyyəti daşımasına əsas versə idi, həmin şəxs cinayət məsuliyyətindən azad olunmaz, Cavabdeh isə iş üzrə qanuni nümayəndə qismində işə cəlb olunmazdı.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1097.1, 1107.3, 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 82.4, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin ol unmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının əmlakına ziyanı cavabdehin yetkinlik yaçına çatmış cinayət törədən anadək anlaqsızlığı istisna edilməyən X4 anlaqsız vəziyyətdə törətmişdir. Allahverdi Hüseynov 09 iyun1997-ci il tarixdə anandan olmuşdur. Cinayət hadisəsini isə xx.xx.2023-cü il tarixdə törətmişdir. Cinayət hadisəsini törədən zaman ekspertiza rəyinə əsasən o anlqasız vəziyytdə olmuşdur. Onun anlaqsız vəziyyətdə cinayət hadisəsi törətməsi işin mübahisəsiz halıdır. Artıq bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Mülki Prosessual Məcəlllənin 82.4.-ci maddəsinin tələblərinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvə yə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı tərəfindən Mülki Məcəllənin 1105.1-ci maddəsinə istinad edilərək şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu, yəni cavabdeh tərəfindən ödnilməsini tələb etmişdir. Bununla bağlı həmin maddənin dispozisiyasında göstərilən məsələ hadisə törədilənə qədər qəyyum olmuş şəxsi nəzərdə tutur. Bu işdə isə hadisə törədilənə qədər həmin şəxsin cavabdeh qəyyumu olmamışdır, Qəyyumu olmadığı üçün də onun üzərinə hadisəni törədən şəxsin üzərinə nəzarət etmək ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Yəni cinayət törədən anda şəxs müstəqil şəxs idi onun üzərində nəzarət ilə bağlı kimsə vəzifələndirilməmişdir. Ona görə iddiaçı tərəfindən həmin maddəyə istinad edilməsini cavabdeh tərəf əsassız hesab edir. Ümumiyyətlə hadisə baş verən vaxtlarda, hətta ondan öncə cavabdeh Azərbaycan Respublikası ərazasində olmamışdır. Bundan başqa hadisəni törədən şəxs hadisə törədən zaman müstəqil şəxs olmuş yəni yetkinlik yaşına çatmışdır. Belə olan halda cavabdeh üzərinə hadisəni törədən yetkinlik yaşına çatmış və onun üzərində hər hansı nəzarəti həyata keçirmək ilə bağlı vəzifələndirilməyən cavabdeh şəxsin üzərinə öhdəlik qoyulması yolverilməzdir. İddiaçı tərəfindən cavabdehin hadisədən öncə hadisə törədən zaman anlaqsız şəxsin qəyyumu olmasını təsdiq edəcək heç bir sübut təqdim edə bilməməsi onun tərəfindən verilmiş iddianın rədd edilməsi üçün əsasdır. Göründüyü kimi məhkəmə tərəfindən Mülki Məcəllənin 1105-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddənin dispozisiyasında yalnız qəyyum olan şəxsin üzərinə öhdəlik qoyulmasından söhbət gedir. Belə olan halda cavabdehin üzərinə öhdəlik qoyulması yolverilməzdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər yetirdikdə həmin qətnamədə cavabdeh tərəfindən təqdim edilən arqumentin nəzərə alınmadığı görünür. Belə ki, yazılı formada məhkəməyə təqdim edilmiş izahatda göstərilən xüsusatlara məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq cavab verilmişdir. Məhkəmə tərəfindən cababdehin arqumentlərinə cavab vermədən iddiaçının əsassız hərkətlərini qanuniləşdirməsi əsaslı məhkəmə qərarını almaq hüququnun pozuntusu olmuşdur.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-244/2025 nömrəli mülki iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər R.A.Məcidov - sədrlik edən və məruzəçi, Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırkı iş üzrə cavabdehin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi, cinayət əməli nəticəsində iddiaçıya üm umilikdə 65.882 manat dəyərində maddi ziyanın vurulması Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 1(076)63/2024 nömrəli qərarı ilə müəyyən edilmiş hallar olmuşdur ki, həmin hallar hazırkı işə baxılmasında məcburilik xüsusiyyətlərinə malikdir.
18. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, cinayət əməlini törədən oğlu yetkinlik yaşına çatmış və cinayəti anlaqsız vəziyyətdə törətmişdir. O, cinayət törədilən zaman oğlunun qanuni nümayəndəsi olmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razlaşmayaraq Mülki Məcəllənin 1107.1-ci maddəsinin tələblərindən çıxış edərək qeyd etmişdir ki, fəaliyyət qabiliyyətli fiziki şəxs öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün onun özü məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı cavabdehin oğlunun cinayət törətməmişdən öncə hər hansı psixi pozuntudan əziyyət çəkdiyinə dair sübutların əldə edilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 1107.1-ci maddəsinin tələblərinə əsasən cavabdehin oğlu anlaqsız vəziyyətdə cinayət törətdiyinə görə cavabdehin oğlu vurduğu ziyana görə məsuliyyət daşımır. Lakin cinayət işinin icraatı zamanı anlaqsız vəziyyətdə cinayət törətmiş Allahverdi Hüseynovun qanuni nümayəndəsi olmuş cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, Allahverdi Hüseynovun əvvəllər əqli cəhətdən problemi yaranmış, dəfələrlə Allahverdini müalicə etdirmək istəsələr də, sonuncu həmişə müalicə olunmaqdan imtina etmişdir. Qeyd edilən izahatla cavabdeh etiraf etmişd ir ki, oğlunun əqli cəhətdən problemləri olmuş, cavabdehin bundan məlumatı olmuş, lakin oğlunun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamışdır. Belə olan halda, əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər.
20. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin həllinə Mülki Məcəllənin 1107.3-cü maddəsinin tətbiqini mümkün hesab edərək qeyd etmişdir ki, cavabdehdən oğlunun vurduğu zər ər tutulmalıdır.
21. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, birinci instansiyası məhkəməsi tərəfindən onun iddiaya etirazının dəlillərinə qiymət verilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətin bu dəlili əsassız və formal xarakter daşıyır. Belə ki, cavabdehin bu dəlillərinə birinci instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və mövqeyini əsaslandırmışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1107, 1107.3-cü, MPM-in 14.2, 77.1, 82.4, 217, 384.0.1 v ə 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 71-ci maddəsinin birinci bəndi, 127-ci maddəsinin ikinci bəndi, 129-cu maddəsinin üçüncü hissəsi, Mülki Məcəllənin 1107.1-ci, MPM-in 88, 217.1 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi özü cavabdehin hazırkı iş üzrə qaldırılmış iddia tələbinə qarşı, yəni oğlunun vurduğu ziyana görə məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110 7.1-ci maddəsinin tələbinə uyğun olaraq istisna təşkil etdiyini qəbul etmişdir. Yəni birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin istinad edilən maddi hüquq normasının tələbinə uyğun olmamasını qənaətinə gəlmişdir. Lakin sonradan cavabdehin izahatına əsaslanaraq Allahverdi Hüseynovun əqli cəhətdən problemli olmasını və cavabdehin bundan xəbərdar olmasını əsas gətirərək, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Allahverdi Hüseynov normal insan kimi həyatını yaşamış, orta təhsil almış, sürücülük vəsiqəsi almışdır. Yəni cavabdehin oğlu Allahverdi Hüseynovun normal insan kimi bütün sənədləri qaydasında olmuşdur. O, dəfələrlə təkbaşına ölkədən hüdudlarından kənara gedibgəlmişdir. Əqli cəhətdən problemli olması ilə bağlı cavabdehin izahatı isə ondan ibarət olmuşdur ki, oğlu Allah verdi Hüseynovun təhsilə marağı olmamışdır. Bu baxımdan da cavabdehin izahatında qeyd etdiklərini ona qarşı əsassız olaraq mülki məsuliyyət kimi qeyd edilməsi tam ədalətsizlik olmuşdur. Həmçinin onu da qeyd etmişdir ki, cavabdeh özü də oğlu Allahverdi Hüseynovun xəstə-anlaqsız olmasını iş üzrə təyin edilmiş ekspertizanın rəyi verildikdən sonra bilmişdir. Belə olan halda məhkəmənin gəldiyi nəticə tam əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, qətnamənin əsaslığını müəyyən etməmiş, qətnamə çıxararkən sadəcə iddiaçının verdiyi sübutlarla kifayətlənmiş, heç bir əlavə araşdırma aparmadan formal qətnamə çıxarmışdır. Bundan başqa iddiaçı tərəfindən Mülki Məcəllənin 1105.1-ci maddəsinə istinad edilərək şəxsin fəaliyyət qabiliyyə ti olmayan sayılmış şəxsin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu, yəni cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Həmin maddənin dispozisiyasında göstərilən məsələ hadisə törədilənə qədər qəyyum olmuş şəxsi nəzərdə tutur. Bu işdə isə hadisə törədilənə qədər həmin şəxsin cavabdeh qəyyumu olmamışdır, qəyyumu olmadığı üçün də onun üzərinə hadisəni törədən şəxsin üzərinə nəzarət etmək ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Yəni cinayət törədən anda şəxs müstəqil şəxs idi, onun üzərində nəzarət ilə bağlı kimsə vəzifələndirilməmişdir. Ona görə iddiaçı tərəfindən həmin maddəyə istinad edilməsi əsassız olmuşdur. Ümumiyyətlə hadisə baş verən vaxtlarda, hətta ondan öncə cavabdeh Azərbaycan Respublikası ərazisində olmamışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Madda 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
33. Maddə 1107.3. Əgər psixi pozuntu nəticəsində öz hə rəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh övladı Allahverdi Hüseynovun anlaqsız vəziyyətdə törətdiyi cinayət əməli nəticəsində vurduğu zərərə görə iddiaçı qarşısında delikt qaydaları çərçivəsində məsuliyyət daşıyır.
43. Belə ki, cinayət işinin icraatı zamanı Allahverdi Hüseynovun qanuni nümayəndəsi olmuş cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, Allahverdi Hüseynovun əvvəllər əqli cəhətdən pr oblemi yaranmış, dəfələrlə Allahverdini müalicə etdirmək istəsələr də, sonuncu həmişə müalicə olunmaqdan imtina etmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Mülki Məcəllənin 1097.3-cü və 1107.3-cü maddələrinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düş ə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər.
46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyin i yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-244/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul