Məhkəmə qərarları › İş №2(102)-1372/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1372/2021

16.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1372/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X.X.X. Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsi Üçüncü şəxs: A.A.A. Üçüncü şəxs: N.N.N. Üçüncü şəxs: S.S.S. iddia tələbi: bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh3 vək ili Vəkil, Cavabdeh2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Cavabdeh1 ASC-nin kollektiv kooperativ bağçılıq cəmiyyəti “Metallurq-1 Ceyranbatan”ın verdiyi xx xxxxxxx 2019-cu il tarixli, 10 saylı arayışdan görünür ki, Əbdüləzimov X1 ərazisində Cavabdeh1 ASC-yə məxsus “Metallurq” kollektiv bağçılıq sahəsində yerləşən 738 saylı bağın sahibidir. -xx xxxxxx 2014-cü il tarixli aktın surətindən görünür ki, 1963-cü ildən 2014-cü ilə qədər “Metallurq” bağçılıq cəmiyyətinin bağ sahələrinə verilmiş protokollar və bağların sxematik planı xəritəsi “Metallurq” bağlar Cəmiyyətinin keçmiş sədri olmuş Qurban Hüseynov tərəfindən cəmiyyətin yeni seçilmiş sədrinə təhvil verilməmişdir. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3037/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X.X.X.nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin cənubunda, SamurAbşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, Cavabdeh1 ASC-nin “Metallurq” kollektiv bağçılıq cəmiyy əti tərəfindən Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan Cavabdeh3 adına verilmiş bağçının üzvülük kitabçasının etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3495/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3285/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)3495/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi MA ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri ə/d,”Samur-A bşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə, 46/1 ünvanında yerləşən 0,06 ha ümumi sahəsi olan torpaq sahəsinin mülkiyyətçisi Sumqayıt Şəhər Bələdiyyəsidir. -X.X.X.nin 02 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, “Samur-Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 6-cı məhəlləsində sahəsi 315 m² olan 46/3 saylı həyatyanı torpaq sahəsi X2 ayrılmışdır. - Cavabdeh1 ASC-nin “Metallurq” Bağçılıq Cəmiyyətinin Bağçının Üzvülük Kitabçasının surətindən görünür ki, Cavabdeh3 bağçılıq cəmiyyətinə xx xxx 1997-ci ildə üzv qəbul edilmişdir və bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2000-ci il tarixli, 1 saylı protokoluna əsasən və ümumi sahəsi 8 sot olan 738 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. Birinc i və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı X.X.X. cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/1, 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cav abdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonu ndan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmirağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məh kəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti tərəfindən bağçılıq üzvlük kitabçasının verilməsi üçün əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə X.X.X.nin iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı X.X.X. apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) X.X.X.nin Cavabdeh1SC-nin Həmkarlar İttifaqı Komitəsinə və q eyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, SamurAbşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmirağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına «Cavabdeh1 » ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış « Metallurq » Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı Sumqayıt şəhər Bələdiyyəsi şikayət verərək onun ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə(hakim C.B.Məmmədov) şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) iddiaçı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının, icraata xitam verilmiş-Sumqayıt Bələdiyyəsinin Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cav abdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 oğlunun adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində də mahiyyəti üzrə araşdırılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) X.X.X.nin apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6823/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASCnin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən ist ifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birtərəfli mövqeyini nümayiş etdirməklə olmayan bir protokolun etibarsız hesab edilməsi qənəatinə gəlmiş, həmin protokolun nə üçün etibarsız hesab edilməli olmasını əsaslandıra bilməmiş, əsasən bağçının üzvlük kitabçasının etibarsızlığı məsələsini qabartmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin fak tiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, X.X.X. mülkiyyətçi hüququndan çıxış edərək hazırkı iddia ilə məhkəməyə müraciət edərkən mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı X.X.X. kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Cavabdeh3 kassasiya şikayətinin rədd edilməsini və iş üzrə apellyasiya instansiyası məhkəməsinin çıxardığı qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili Vəkil kassasiya şikayətinin də lillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı X.X.X.nin nümayəndəsi, Cavabdeh3, Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi, üçüncü şəxslər A.A.A.nin, N.N.N.nin, Sumqayıt şəhər İcra Hakimiyyətinin Şəhərsalma İdarəsinin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tə tbiq edilən hüquq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinin tələblərinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin Əsasnaməsinin 3.0.53-cü bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq Xidmətin vəzifələrinə aid edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib o lmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı X.X.X. iddia tələbində Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin xx xxx 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçı X.X.X.nin hüquqları dövlət qeydiyyatına alınmamışdır.Lakin iddia ərizəsinə əlavə edilmiş işin 9-cu vərəqindəki ******* №-li MA seriyalı çıxa rışda Sumqayıt Şəhər Bələdiyyəsinin digər 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən mübahisələndirilən torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınmamasını araşdırmamış və bununla əlaqədar iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı hansı səbəblərdən mübahisələndirilən torpaq sahəsinə hüquqlarının qeydə alınmamasını iddia tələbində ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəs inə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız bel ə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslər dən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə ə sasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar