Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1373/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9925/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddi açı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 01.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki vəzifəsi üzrə işə bərpa edilməyini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh şirkətdə 01.07.2020-ci il tarixdən işə başlamışdır. Şirkətdə vəzifəsi marketinq üzrə mütəxəssis olmuşdur. 2 ay işlədikdən sonra 01.09.2020-ci il tarixdə rəhbərlik tərəfindən ərizəsi ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Aylıq maaşlarını kart vasitəsi ilə deyil, nağd pul şəklində alırdı. 01.10.2020-ci il tarixdə rəhbərlik bir daha ona demişdir ki, öz hesabına ərizə yaz məzuniyyətə çıx. O da həmin ərizəni yazıb imzalayıb vermişdir. 01.11.2020-ci il tarixdə o, öz işinə qayıdarkən MMC-nin rəhbəri ona demişdir ki, o, işdən azad olunmuşdur. Səbəbini öyrənmək istədikdə mühasiblə əlaqə saxlamağını bildirmişdir. O, mühasiblə əlaqə saxlamış və ondan işdən azad olunma əmrini istəmişdir. O da ona demişdir ki, şirkətin rəhbəri ilə əlaqə saxlasın o ona deyəcək. Bundan sonra dəfələrlə işdən azad olunma əmrinin ona verilməsini istəsə də, lakin bir nəticə əldə edə bilməmişdir. 06.11.2020-ci il tarixdə X5 Xidmətinə müraciət etmişdir. Onu çağırmış və son haqqhesab ödənilib ödənilmədiyini soruşmuşlar. O, demişdir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr in surətini ona versin ki, məhkəməyə müraciət etsin. Demiş ki, get özləri çağırıb xəbər edəcəklər. Bir müddət sonra bir də əlaqə saxlamış və demişlər ki, özləri ona məlumat deyəcəklər. Sonradan bir neçə dəfə telefon əlaqəsi saxlayaraq məlumat almaq istəsə də, eyni cavabı bildirmişlər. Qəbula düşmək istəsə də, pandemiya şəraitini əsas götürərək qəbul etməmişlər. Onu X2 Bakı şəhər İdarəsinə yönəltmişlər. Onlarla əlaqə saxlasa da, nəticəsi olmamışdır. Məcbur olaraq 06.01.2021-ci il tarixdə X2 Bakı şəhər Ərazi İdarəsinə ərizə yazıb ona heç bir məlumat verilmədiyini bildirmişdir. Xahiş etmişdir ki, işdən azad olunma əmrinin surətinin rəsmi qaydada ona verilməsi üçün köməklik göstərsinlər. Lakin hələ də onunla əlaqə saxlanılmayıb. Bütün bu olanlardan sonra məhkəməyə müraciət etmək qərarına gəlmi şdir. X1 demişlər ki, onlar özləri ona kömək edəcəklər. İşdən azad olunma barədə əmrin surəti nə cavabdeh təşkilat, nə də DƏMX tərəfindən ona verilmədiyindən həmin əmrin nə vaxt imzalanması və nömrəsi barədə məlumatı yoxdur. Həmçinin işdən hansı əsasla çıxarılmağı barədə ona heç bir məlumat belə verilməyib. Məzuniyyətdə olduğu təqdirdə əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunma barədə əmr verilərkən ondan ərizə alınmamışdır. İşəgötürən həmin əmrdə onun işdən çıxarılmağını əsaslı sübutlarla təsdiq etməlidir. Əmək müqaviləsini ləğv edərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, habelə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 mart 2021-ci il tarixli, 2(006)-2163/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi təmin edilərək, Cavabdeh MMC-nin direktoru X6 ilə İddiaçı oğlu arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2020-ci il tarixli, 14 nömrəli əmrin ləğv edilməsi, İddiaçı 07.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona 03.11.2020-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub dövlət gəlirinə alınması qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, sınaq müddətində işəgötürən işçini ona qarşı irəli sürülmüş tələblərə uyğun gəlməyən hesab etdikdə, habelə işçi həmin işi m ünasib iş hesab etmədikdə sınaq müddəti qurtaranadək tərəflərdən biri (işçi, yaxud işəgötürən) digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və bu andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. İş materiallarından göründüyü kimi, 08.07.2020-ci il tarixdə əmək münasibətlərinə daxil olan iddiaçı üçün bu tarixdən etibarən 3 aylıq sınaq müddəti müəyyən edilmişdir. Lakin cavabdeh tərəfin məhkəməyə göndərdiyi sənədlərdən müəyyən edilir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən mübahisəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam veril ərkən İddiaçı yazılı formada qanunvericilikdə nəzərdə tutulan müddətdə bu barədə xəbərdar olunmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, 08.07.2020-ci il tarixdən hesablanmış üç aylıq sınaq müddətinin bitməsi 08.10.2020-ci il tarixinə təsadüf edəcək və bu tarixdən sonra mübahisəli əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar Əmək Məcəlləsinin digər maddələri ilə tənzimlənməli olacaqdır. Lakin iş materiallarından göründüyü kimi əmək müqaviləsinə xitam verildiyi tarixin 03.11.2020-ci il tarixinə təsadüf etməsinə baxmayaraq "xxxx" MMC tərəfindən mübahisəli müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin məhz «d» bəndinə əsasən xitam verilmiş, bununla da işəgötürən-cavabdeh tərəfindən əmək qanunvericiliyin müvafiq qaydalarına əməl edilməmişdir. Bundan başqa Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı müraciətinə əsasən X5 Xidmətinin apardığı araşdırma nəticəsində "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə zidd davrandığı aşkar olunmuş, vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının tərəf olduğu əmək müqaviləsinin surətindən həmin müqavilənin işçi tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə işin bu halını işçininiddiaçının əmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirmiş, İddiaçı işə bərpa olunması barədə qənaətə gəlinməsi üçün yuxarıda qeyd olunan əsaslara əlavə kimi nəzərə almışdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçinin işdən çıxarılması əsaslarının qanuna uyğunluğu yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri poz ulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin 03.11.2020-ci il tarixli 14 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53, 70d, 71.3, 83.2, 300.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 119.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apel yasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov- sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Şeyda Məhərrəmova) 28 oktyabr 2021-ci il tarixli, 2(103)9925/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-2163/2021 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ə mr verilərkən qanunvericiliyin tələbləri pozulmuş, o, üç aylıq sınaq müddəti bitdikdən 25 gün sonra işdən azad edilmiş və bu barədə ona nə şəxsən, nə də yazılı şəkildə poçt vasitəsilə xəbərdarlıq edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə üç ay ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmədiyindən, o, sınaq müddətindən çıxmış hesab edilməli, onunla bağlanmış əmək müqaviləsinin ləğvi isə qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası İddiaçı ilə əmrinin verildiyi gün son haqq-hesabı aparılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona ödənilən vəsaiti qəbul etməsi və həmin vəsaiti qəbul etməsinə dair zəruri sənədlərin cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilməsi və məhkəməyə müraciət etməklə bağlı ƏM-də müəyyən edilmiş 1 aylıq müddə ti ötürməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən qeyd edilən halları təsdiq edən sübutların birinci instansiya məhkəməsində təqdim edildiyi müəyyən edilmir. Bundan başqa, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin ona təqdim edilməsi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Qanunverici fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun hesablanığı müddətin başlanğıcı kimi işçinin öz hüququnun pozulmasını aşkar etdiyi günü müəyyən etmiş, həmin günün isə işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gün olduğunu təsbit etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının tərəf olduğu əmək müqaviləsinin surətindən həmin müqavilənin işçi tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeeh Cavabdeh MMC (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırıl mışdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə 03.11.2020-ci il tarixdə xitam verildikdən bir neçə ay sonra məhkəməyə müraciət etmiş, bununla da o, Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş müddəti ötürmüş, məhkəmə isə işin sözügedən faktiki halını araşdırmamış və hüquqi qiymət verməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra X4 müraciət etdiyini bildirmişdir. Lakin qeyd edilməlidir ki, X4 müraciət edilməsi Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş 1 aylıq müddətin axımını dayandırmır. Beləliklə apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin 296-cı maddəsinin tətbiqində yol verdiyi səhvi təkrarlamışdır. Qeyd edilən norma hazırki iş üzrə düzgün tətbiq və təfsir edilməmişdir. İddiaçı ilə cavabdeh arasında son haqq-hesab aparılmış, ona son haqq-hesaba aid bütün ödənişlər ödənilmiş, bununla da iddiaçının məhkəməyə müraciət etmək üçün müddətin axımı başlanmış, lakin iş materiallarından göründüyü kimi şəxs məhkəməyə sözügedən müddəti ötürməklə müraciət etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 296.1 Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq ə mrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verildiyi tarixdən bir neçə ay sonra məhkəmə müraciət edilməsi, bunun la da Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş müddətin ötürülməsi ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə şifahi məlumat əldə etdikdən sonra əmrin surətini və digər əlaqəli sənədləri tələb etmiş, həmin sənədlər ona təqdim edilmədiyi üçün sənədlərin alınmasında köməklik göstərilməsi məqsədilə X4 müraciət etmişdir. X5 də həmin sənədləri əldə edib iddiaçıya təqdim edə bilmədiyini iddiaçının müraciətinə cavabında qeyd etməklə cavabdehin yol verdiyi pozuntuya görə inzibati məsuliyyətə də cəlb edildiyini göstərmişdir. Beləliklə, Əmək Məcəlləsinin 296.3-ü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyi gün iddiaçıya həmin əmrin surəti təqdim edilmədiyind ən göstərilən tarix iddiaçının hüquqlarının pozulduğu gün hesab edilə və onun tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsi kimi qəbul edilə bilməz. Göstərilənələrə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9925/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1373/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1373/2022
01.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver