Məhkəmə qərarları › İş №2(102)-1373/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1373/2023

03.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1373/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialı) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1373/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi) Bakı şəhəri 3 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialı) qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7211/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı1 arasında 0008 nömrəli, 25 yanvar 2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 "xxxx" ASC-nin Tibbi Koordinasiya şöbəsinin korporativ müştərilərlə iş bölməsinə həkim vəzifəsinə işə qəbul edilmişdir. 2. "xxxx" ASC ilə İddiaçı2 arasında 07 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı2 təcili və təxirəsalınmaz tibbi yardım üzr ə həkim vəzifəsinə işə qəbul edilmişdir.

3. Ştat ixtisarı ilə bağlı “X4 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus xidməti Elektron ünvan email ünvanından ünvanlanmış 7 iyul 2020-ci il tarixli məktuba əsasən aşağıda adları qeyd olunan işçilərin də (İddiaçı2 və İddiaçı1) təhkim olunduğu “Absheron URF” layihəsi üzrə işlər tamamlandığı üçün ştat ixtisarı nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin işçilərin əmək müqaviləsini Azərbaycan Respublikası ƏM–nin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi xahiş olunmuşdur. 4. "xxxx" ASC tərəfindən "xxxx" ASC-də həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 ünvanlanmış “İşçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı” 22 iyul 2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən "xxxx" ASC ilə Saipem şirkəti arasında bağlanmış mü qaviləyə əsasən mövcud pandemiya şəraitinə görə fəaliyyətin dayandırılması səbəbi ilə işçilərin azaldılması (ixtisar olunması) məqsədə müvafiq hesab edilmişdir. Bu səbəbdən də onlar işçi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmuşlar. Onların Cəmiyyətdə əmək stajları 1 il 6 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən dörd təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. 22 iyul 2020-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 22 avqust 2020-ci il tarixdə başa çatmışdır. 5. "xxxx" ASC-nin "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı 22 iyul 2020-ci il tarixli, 699 nömrəli təqdimata əsasən klinikanın təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 əmək müqavilə sinə 22 avqust 2020-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə bağlı öz qərarlarını təqdim etməkləri xahiş olunmuşdur. 6. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 24 iyul 2020-ci il tarixli Qərarına əsasən "xxxx" ASC-nin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 əmək müqavilələrinə 22 avqust 2020-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunvericiliyə uyğun olmuşdur. 7. “Respublika Diaqnostika Mərkəzi” ASC-nin 22 avqust 2020-ci il tarixli, 700k nömrəli əmrinə əsasən İddiaçı2 müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi işçilərin sayı ixtisar edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilməsi, ƏM-nin 77.3-cü maddəsinə əsasən ixtisarla bağlı orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, ƏM-nin 135-ci maddəsinə əsasən istifadə olunmamış 40 təqvim günü üçün məzuniyyət pulu kompensasiya və son haqq-hesab verilməsi müəyyən olunmuşdur. Əsas: HİK-nın qərarı və xx.xx.2020-ci il tarixli bildiriş. 8. “Respublika Diaqnostika Mərkəzi” ASC-nin 22 avqust 2020-ci il tarixli, 701k nömrəli əmrinə əsasən İddiaçı1 müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi həkimterapevti işçilərin sayı ixtisar edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilməsi, ƏM-nin 77.3-cü maddəsinə əsasən ixtisarla bağlı orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, ƏM-nin 135-ci maddəsinə əsasən istifadə olunmamış 40 təqvim günü üçün məzuniyyət pulu kompensasiya və son haqq- hesab verilməsi müəyyən olunmuşdur. Əsas: HİK-nın qərarı və xx.xx.2020-ci il tarixli bildiriş. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə dair cavabdeh "xxxx" ASC-nin 22 avqust 2020-ci il tarixli 701K və 700K nömrəli əmrlərinin ləğv edilməsi, iddiaçılara məcburi işburaxma müddə ti üçün əmək haqqı ödənilməklə onların vəzifələrinə bərpa edilməsi, İddiaçı2 2019-2020-ci illərdə "xxxx" ASC-də işlədiyi zaman əmək haqqının düzgün hesablanmaması nəticəsində qalıq borc, yəni 141958,42 manat, İddiaçı1 2019-2020-ci illərdə "xxxx" ASC-də işlədiyi zaman əmək haqqının düzgün hesablanmaması nəticəsində qalıq borc, yəni 122009,94 manat pul məbləği və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi İddiaçı2 25200 manat və İddiaçı1 22950 manat əlavə əmək haqqı müəyyən edilərək, ümumilikdə işlədikləri dövrdə ödənilməmiş əmək haqqı kimi İddiaçı2 (141.958,42+25.200) cəmi 167.158,42 AZN və İddiaçı1 (122.009,94+22.950) cəmi 144.959,94 AZN məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnam ə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, yuxarıda göstərilən əmək müqavilələrinə xitam verilməsinə dair əmrləri qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıların işçi kimi ixtisar edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əsaslandırma əvəzinə yazılı xəbərdarlıqda cavabdeh başqa bir şirkətlə bağlanmış müqaviləyə və fəaliyyətin dayandırılmasına istinad etmişdir. Lakin cavabdeh hansı fəaliyyətin dayandırılmasını və başqa bir şirkətlə bağlanmış müqavilənin işçilərin ixtisarına aidiyyətını açıqlamamış, nə səbəbə digər işçilər sırasında məhz iddiaçıların ixtisar edildiyinin əsaslarını göstərməmişdir. Həmçinin cavabdeh iddiaçıların işçi kimi ixtisarını həyata keçirərkən onların müəyyən vəz ifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisası və peşəkarlıq səviyyəsi ilə bağlı araşdırma aparmamış, hansı səbəbdən məhz iddiaçıların ixtisar edilməsinin əsaslarını müəyyən etməmişdir. Halbuki, bu məsələlərin aydınlaşdırılmaması iddiaçıların əmək hüquqlarının kobud şəkildə pozulmasını şərtləndirən hallar olmuşlar. Bu səbəbdən qanunverici işçilərin ixtisarı həyata keçirilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan əsaslandırılmış razılığının alınmasını tələb edir. Bundan başqa iddiaçılar hesab etmişlər ki, istirahət dövründə işlədikləri günlər üçün İddiaçı2 109 iş günü üçün, İddiaçı1 99 iş günü üçün ödənilməyən əmək haqqı hesablanaraq 2 qat mislində cavabdeh tərəfindən onlara ödənilməli, habelə iddiaçılara məcburi işburaxma müddəti üçün də əmək haqqı ödənilməlidir. 1

1. İddiaçı2 izahatında bildirmişdir ki, ƏM-nin 93-cü maddəsi və Nazirlər Kabinetinin 106 nömrəli xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən həkimlər həftədə 36 saatdan artıq işləməməlidir. O, isə həftədə 40 saat olmaqla işləmişdir. Bu isə hesablandıqda 109 gün təşkil etmişdir. Növbəlilik əsasında işləmişdir. İstehsalatın dayanmaması üçün pandemiya ilə bağlı onların işdə qalmalarını istəmişlər. O, məcbur olaraq xx.xx.2020-xx.xx.2020-ci il tarixə kimi növbədə olmuşdur. ƏM-nin 101-ci maddəsinə əsasən müstəsna hallarda işçinin artıq işləməsi nəzərdə tutulmuşdur. O, növbədə olarkən 30 gün növbədə işləməli, 30 gün vaxtda dincəlməli olduğu halda istirahət günlərinə düşən 31-ci günləri də işləməyə məcbur olmuşdur. Bayram günləri üçün əlavə ödənişlər hesablanaraq verilsə də 31-ci gün üç ün əlavə haqqı hesablanmamışdır. O, xx.xx.2020-ci il tarixdən gəmidən sahilə qayıtmışdır. O, əvvəlcə Topaq gəmisində, sonra isə Qurban Abbasov gəmisində işləmişdir. Qurban Abbasov gəmisində tibbi xidmətin təşkilini o və digər İddiaçı1 Qədiməliyev təşkil etmişdir. O, Rumıniyaya ezamiyyətə getmiş, buna baxmayaraq ezamiyyət və məzuniyyət xərcləri düzgün yazılmamışdır. Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 nömrəli qərarının 37-ci bölməsinə əsasən həkimlərə əlavə məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. O, hər gün 12 saat işləmişdir. Ştat ixtisarı olmuş, o və digər iddiaçını xx.xx.2020-ci il tarixdə cavabdeh işdən çıxarmışdır. Onda olan məlumata görə hazırda Qurban Abbasov gəmisinə yeni işçiləri işə götürmüşlər. Ştat ixtisarı zamanı peşəkarlıq səviyyəsi daha yüksək olan işdə saxla nılmalıdır. Ona əmək haqqı 36 saat üçün deyil 40 saat üçün hesablanaraq verilmişdir. O, bir ay ərzində 360-370 saat işləyə bilərdi. Dənizdə iş vaxtı bir gün üçün 12 saat olmaqla növbə ilə işləyirlər. Saat cədvəlinə görə faktiki işləmiş, 2020-ci ilin fevral ayında 160 saat işdə olmuşdur, 144 saat hesablanmalı idi. Ay ərzində 360-372 saat işləmişdir. İş saatı cəmləndiyinə görə 109 gün əlavə işləmişdir. Əmək haqqı hesablanarkən işlədiyi vaxt 40 saata bölünüb, 1 saata düşən əmək haqqı düzgün hesablanmamışdır. Əslində onun işlədiyi ümumi saatlar 36 saata bölünməli və əmək haqqı əldə olunan saat sayına vurulmaqla hesablanmalı idi. Onun aylıq əmək haqqı 2100 manat təşkil etmişdir. Əlavə olaraq istehsalat təqviminə görə onlara vəsait ödənilmişdir. Ay ərzində ümumi işlədiyi saatların cəmini 1 gün ü çün 36 saata böldükdə 156 gün, 40 saata böldükdə isə 144 gün təşkil etmişdir. Bu səbəbdən onun və digər iddiaçının əmək haqları düzgün hesablanmamışdır. ƏM-nin 165-ci maddəsinə və əmək müqaviləsinin 4.3 və 4.4-cü bəndlərinin tələblərinə uyğun olaraq o, 30 gün işləməli, 30 gün isə evdə olmalı idi. O, xx.xx.2020-xx.xx.2020-ci il tarixə kimi növbədə qaldığı müddətdə istirahət hüququ pozulmuşdur. Bu səbəblərdən də hesab etmişdir ki, ona işlədiyi müddətdə və işdən çıxarkən əmək haqqı və son haqq-hesab düzgün hesablanmamış və işdən çıxarkən əmək qanunvericiliyinin tələbi pozulmuşdur. İzahatına əlavə olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, yeni növ koronavirus infeksiyası ilə əlaqəli “təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi” özünə – İddiaçı2 25200 m anat və İddiaçı1 Bakir oğluna 22950 manat əlavə əmək haqqının müəyyən edilərək, cavabdehdən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, onlar 26 fevral 2020-ci il tarixdən gəmi şəraitində işləmişlər. Hətta ”Saipem” şirkəti tərəfindən tələblərdən biri covid-19 əleyhinə profilaktik tədbirlərin görülməsi olmuşdur. Həmçinin gəmi şəraitində bununla bağlı prosedurların həyata keçirilməsi, Covid-19 infeksiyasından qorunmaq üçün tədbirlər planının hazırlanması ilə şəxsən özləri məşğul olmuşlar. Testlər olmasa da, vitamin terapiyaları, xəstələrin immun sistemini normal vəziyyətdə saxlayıb xəstəliklərə qarşı müqaviməti artırmaq üçün müvafiq tədbirlər görmüşlər. Yekun olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişd ir.

12. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə verildiyi nəzərə alınsa xx.xx.2019-cu il tarixə qədər olan müddət ərzində edilən tələblərə münasibətdə iddia müddəti buraxılmışdır. İddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında "xxxx" ASC-də işləyən həkimlər “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının dənizdə işləyən əməkdaşlarına tibbi xidmət göstərmişlər. "xxxx" ASC verilmiş sifarişə uyğun sayda həkim ayırmış və “X5 B.V.” şirkətinin Azərbaycan Re spublikasındakı filialına təhkim etmişdir. Həkimlərin hansı gəmidə fəaliyyət göstərmələrini "xxxx" ASC deyil, məhz “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı özü müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 "xxxx" ASC-nin həkimləri kimi “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Qurban Abbasov” gəmisinə təhkim edilmiş və iddiaçılar həmin gəmidə işləyən şəxslərə növbəlik əsasında tibbi xidmət göstərmişlər. “Qurban Abbasov” gəmisinin dənizdə olan layihəsinin başa çatması və gəmidəki işçilərin ixtisar ediləcəyi və həkimlərə ehtiyac olmayacağı barədə “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" ASC-yə məlumat verilmişdir. “Qurban Abbasov” gəmisi fəaliyyətini dayandırdığına görə "xxxx" ASC xx.xx.2020-c i il tarixdə iddiaçılara xx.xx.2020-ci il tarixdən ixtisar olunacaqları barədə yazılı xəbərdarlıq vermişdir. Həmçinin iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müəssisənin həmkarlar ittifaqı təşkilatına təqdimat verilmişdir. Təqdimata həmkarlar ittifaqı təşkilatı tərəfindən iddiaçıların iştirakı ilə baxılmış və iddiaçılar dinlənilmişdir. Həmkarlar ittifaqı təşkilatının razılığı alınmış və bundan sonra xx.xx.2020-ci il tarixdə iddiaçılar ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisarla bağlı işdən azad olunmuşlar. “Qurban Abbasov” gəmisində yalnız iki həkim növbəli şəkildə hər gün bir nəfər olmaqla işləmiş və həmin gəmi fəaliyyətini dayandırdığı üçün onlar ixtisar olunmuşlar. İddiaçı2 son haqq-hesab kimi 36000 manat hesablanmış, vergilər çıxıldıqdan sonra 3122 7 manat ödənilmişdir. İddiaçı1 son haqq-hesab kimi 46606 manat hesablanmış, vergilər çıxıldıqdan sonra 39387 manat ödənilmişdir. Cavabdeh işçiləri ixtisar edərkən “Saipem” şirkətinin fikrini nəzərə almışdır, çünki iddiaçıların işlədiyi gəmi işini dayandırdığına görə, onlar ixtisar edilmiş, başqa gəmilərdə işləyən həkimlər isə işlərini davam etdirirlər. İstirahət dövründə işlədikləri günlər üçün İddiaçı2 109 iş günü, İddiaçı1 99 iş günü üçün ödənilməyən əmək haqqı hesablanaraq 2 qat mislində əmək haqqının ödənilməsinə dair iddiaçıların məhkəməyə təqdim etdikləri xx.xx.2020-ci il tarixli 574-K nömrəli əmrin mövcud olub-olmamasını araşdırmış, "xxxx" ASC tərəfindən belə bir əmr verilməmişdir. "xxxx" ASC-nin verdiyi xx.xx.2020-ci il tarixli 574-K nömrəli əmr digər şəxsə aid olmuş, yəni "xxxx" A SC-nin “Anestezologiya reanimatologiya” ixtisası üzrə həkim-rezident Əli-zadə Könül Elçin qızının xx.xx.2020-xx.xx.2020-ci ilə kimi “Anestezologiya-reanimatologiya” ixtisası üzrə Medical Plazada rezidentura proqramına uyğun olaraq təcrübə keçməsinə dair verilmişdir. Həmin əmrin iddiaçılara aidiyyatı olmamışdır. Cavabdeh tərəfindən iddiaçılara istirahət dövründə işlədikləri günlər üçün əlavə pul ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 574-K nömrəli əmr verilməmişdir. Çünki, cavabdeh iddiaçılara işlədikləri dövrdə və işdən çıxan zaman son haqq-hesablarını tam olaraq hesablayıb ödəmişdir. Əksinə işlədikləri müddətdə iddiaçılara artıq vəsaitlər ödənilmişdir. X10, həm də Nazirlər Kabinetinin Qərarında “Covid-19 ilə əlaqəli iş rejimi ilə bağlı” ifadəsi qeyd olunmuşdur. Yəni bu ancaq Covid 19 infeksiyası ilə əlaqəli iş rejimində çalışan şəxslərə aid olunmuşdur. Bununla bağlı təcrübəsində belə bir hadisənin şahidi olmuşdur ki, təcili tibbi yardım stansiyasının psixiatriya briqadası məhkəməyə müraciət etmiş, lakin onlara covid-19 ilə bağlı əlavələr ödənilməmişdir. Baxmayaraq ki, onlar psixi xəstələrə baxmaq üçün ünvanlara getmişlər. İşə Ali Məhkəmədə də baxılmış, lakin iddia təmin olunmamışdır. Çünki onların covid-19 infeksiyası ilə əlaqəli iş rejimində çalışması təsbit olunmamışdır. İddiaçılara da bu səbəbdən covid-19 ilə bağlı əlavələr verilməməlidir.

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil5 izahatında bildirmişdir ki, iddia tələbi ilə razılaşmamış, yeni növ koronavirus infeksiyası ilə əlaqəli “təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi” onlara əlavə haqqın ödən ilməsi ilə bağlı əlavə tələbi də qəbul etməmişlər. Belə ki, istinad edilən qanunvericilik norması dövlət tibb müəssisələrinə aid olmuşdur. Cavabdeh qurum isə dövlət tibb müəssisəsi deyil, özəl tibb müəssisəsidir. İkinci məqam isə ondan ibarət olmuşdur ki, Nazirlər Kabinetinin bu qərarı bütün həkimlərə deyil, yalnız covid-19 infeksiyası ilə mübarizə şəraitində çalışan həkimlərə aid olmuşdur. İddiaçılar isə həmin şəraitlə mübarizə çərçivəsində çalışan həkimlər kateqoriyasına aid olmamışlar. Bu hissədə də tələb qanunsuzdur və təmin edilməməlidir.

15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini qəbul etmədiklərini və tələbin təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, yeni növ koronavirus infeksiyası ilə əlaqəli “t əcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi” onlara əlavə haqqın ödənilməsini iddiaçı modul tipli xəstəxanada və ya laboratoriyada işləmədiyinə görə əsassız hesab edilməlidir.

16. Cavabdehin nümayəndəsi X13 izahatında bildirmişdir ki, yanvar ayın 28-dən iş günü başlamışdır. Ondan əvvəlkilər iş günləri olmamışdır. Bu prosesdən öncə həkimlər təlimlər keçmişlər. Tərəflər arasında yanvarın 7-si müqavilə bağlanmışdır. Ondan sonra onlar təlimə göndərilmiş və yanvarın 28-də rəsmi işə başlamışlar. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf təlim günlərini də əlavə olaraq iş günü kimi qeyd edərək əlavə ödəniş tələb ediblər. Bununla belə təlim günləri də nəzərə alınıb və onun da əmək haqqısı ödənilmişdir. Tərəflər müqavilədə razılaşmışlar ki, 30 gün fasiləsiz işləyib daha sonra 30 gün isti rahət etməlidir. Burada da işçi yanvar ayının 28-dən işə başlamış və fevral ayının 28-ə kimi fasiləsiz işləmişdir. Bu da 32 gün etmişdir. 2 gün əlavə olmuş və onun da 2 qatı ödənilmişdir. O, yanvar ayının 7-dən fasiləsiz işləməsini ona görə qeyd etməmişdir ki, arada fasilələr olmuşdur. Ekspertin rəyinə münasibətdə isə qeyd etmişdir ki, ekspert cəmlənmiş uçotla işləyən işçi ilə istehsalat təqvimi ilə işləyən işçini səhv salmışdır. Cəmlənmiş uçot gündəlik minimal 12 saatdan, maksimal isə illik norma nəzərə alınaraq hesablanır. Bu tərəflər arasında bağlanmış müqavilədə göstərilir. Cəmlənmiş uçot işəgötürənin işçini 12 saat işə cəlb etməsinə imkan yaradır. Burada isə 4 aylıq cəmlənmiş uçot üzrə hesablanma aparılmalıdır. Yəni işçi 4 ay ərzində işləməli olan gün sayından əlavə işləyərsə o zama n əlavə 2 qat hesablana bilər. Ola bilər ki, fevral ayında fasiləsiz tam ay işləyər. Lakin yanvar ayında 4 gün işləyər və ya martda istirahət edər, aprel ayında çox işləyər. Əsas odur ki, 4 aylıq işləməli olduğu normanı aşmasın. Bunların hamısına 4cü ayın sonunda baxılacaq ki, 4 aylıq normanın faktikisinin cəmi ilə istehsalat təqvimindəki cəmi arasında nə qədər fərq var. Burada ekspertin hesablaması tamamilə yanlış olmuşdur. Ola bilsin işçi aylıq normada göstərilən 144 saatdan çox işləsin ancaq 4 ayın cəmindəki istehsalat təqvimində göstərilən saatda göstərilən vaxtı aşmayıbsa, işçiyə əlavə işlədiyi vaxta görə pul ödənilməyəcək. Bu razılaşma ƏM-nin 96-cı maddəsində göstərilmişdir. Həmçinin bu müqavilədə də qeyd olunmuşdur. Cəmlənmiş uçotla bağlı əmək müqaviləsinin 4-cü bəndində göstərilmiş dir ki, işəgötürənin iradəsindən asılı olmayan səbəblərdən (hava şəraiti, maddi texniki təchizat və sair) dəniz şəraitində işdə boşdayanma hallarına yol verilməməsi məqsədilə illik iş vaxtı normasına riayət edilməklə vaxta müddəti 30 gündən çox olmayan müxtəlif müddətli vaxta və vaxtlararası istirahət günləri müəyyənləşdirilən vaxta rejimi tətbiq edilə bilər. 30 dəqiqəlik nahar fasiləsi nəzərə alınmaqla gündəlik iş vaxtının müddəti 12 saatdan artıq ola bilməz. İstirahət günləri həftənin istənilən gününə düşə bilər. Müqavilədə illik cəmlənmiş uçot tətbiqi qeyd edilsə də, lakin RDM yenə işçilərə yaxşılaşdırılmış hal kimi 4 ayın sonunda tətbiq edib. Belə ki, vəzifə maaşından əlavə olaraq 2 cür hesablama üsulu var. Bu üsul illik cəmlənmiş uçot rejiminin nəzərə alınmasına baxmayaraq, yaxşılaşdı rılmış hal kimi işəgötürən tərəfindən tətbiq olunur. Adətən digər şirkətlərdə illik cəmlənmiş uçot seçilir, işçi işlədilir, növbəti 2-3 ay boşa göndərirlər, axırda işlədiyi artıq saatlarla illik normanı keçmədiyinə görə ödənişdən yayınırlar. İndiki məsələdə də 4 aylıq cəmlənmiş uçot seçilir, işçini faktiki ədalət prinsipi əsasında işlədirlər. 4-cü ayın sonunda istehsalat təqvimi ilə faktiki saatları müqayisə edirlər, aradakı saatların pulunu ödəyirlər. Bu iş vaxtından artıq iş saatlarının ödənilməsi adlanır. Bir də bayram, istirahət, ümumxalq hüzn günü və səsvermə günü, yəni qeyri-iş günləri işə cəlb olunma ilə bağlı məsələ var. 4 ayın sonunda iş saatından artıq işə cəlb olunma zamanı 2 qat saat üzrə vəzifə maaşı üzərindən maaş hesablanılır. Qeyri-iş günləri işçilər işə çıxanda isə əlavə o laraq gündəlik vəzifə maaşının 2 qatı ödənilir. Yanvar, fevral, mart və aprel aylarında 30 gündən artıq istirahət günləri, bayram günləri, ümumxalq hüzn günü, səsvermə günündə işə çıxarılıblarsa, gündəlik vəzifə maaşlarının 2 qatı işçilərə ödənilmişdir. 4-cü ayın sonunda artıq saatların sayına görə pul ödənilmişdir. Qeyriiş günlərinə görə maaş hər ay 2 qat verilməsinə baxmayaraq, 4-cü ayın sonunda işçinin faktiki iş saatlarına görə maaşlarını götürəndə qeyri-iş günlərinin məbləği ilə birlikdə götürmüşlər. Lakin yenə də 4-cü ayın sonunda bu şəxslər yenidən qeyri-iş günlərinə görə 2 qat maaş ödənilməsi ilə bağlı iddia vermişlər. Misal üçün şəxs 90 gün işləyir. 90 vurulur 12-ə, məsələn, 700 saat. Bu 90 günün 10 günü bayramdır. Bu 10 gün gündəlik vəzifə maaşının 2 qat ilə hesablanır və yanvar, fevral, mart aylarında hansı aya düşübsə, ödənilir. Yekunda istehsalat saatları toplanır, həmin 10 gün çıxılır, çünki artıq qeyri-iş günlərinin 2 qatı ödənilib. Yerdə qalan 80 günün isə istehsalat saatları hesablanıb ödənilir. ƏM-nin 164cü maddəsinə əsasən, 2 kateqoriya var: 1 – bayram, istirahət, ümumxalq hüzn və səsvermə günləri iş, 2 – iş vaxtından artıq iş. Birinci kateqoriyada gündəlik vəzifə maaşlarının ikiqatı ödənilir. İkinci kateqoriyada isə saatlıq vəzifə maaşının ikiqatı ödənilir. Qeyri-iş günündə işə çıxanda alacağı əməkhaqqı daha çoxdur, nəinki əlavə saatlara görə. Ekspertin hesablamasına görə, yanvar, fevral, mart, aprel aylarında işçi 80 gün işləmişdir. 1 gün düşür 20 yanvar ümumxalq hüzn gününə və həmin günün pulunu işçi 2 qat alır. 4-cü ayın sonunda 80 günə görə aradakı s aatların pulu hesablanıb, halbuki hüzn gününə görə 2 qat məbləğ artıq verilmişdir. Ekspert yenidən hüzn gününü hesabın içinə qatmış, 4 aylıq faktiki saatlarla istehsalat təqvimini müqayisə edib yenidən 2 qat hesablamışdır. Eyni zamanda, ekspert aylıq hesabladığını qeyd etmişdir, lakin rüblük hesablamalı idi. ƏM-nin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsindən bəhs edir. İş vaxtından artıq vaxtda görülən işə görə verilən maaşın miqdarından 165-ci maddədə bəhs olunur. Həmin maddədə də maaşın məbləğinin normanın miqdarından asılı olub-olmaması məsələsi qeyd olunmamışdır. Məsələn, 8 mart bayramı günü Azər müəllim işə cəlb edilirsə, onda 4-cü ayın sonunu gözləmirlər, martın sonu onunla haqq-hesab edilir, gündəlik vəzifə maaşının ikiqatını verirlər. Amma 9 martda 2 saat artıq işə cəlb olunursa, onu rüblüyə verirlər. Ekspertin rəyində məbləğin bu qədər şişirdilməsinə səbəb odur ki, 8 mart bayram gününə görə gündəlik vəzifə maaşının ikiqatı verilib, 4-cü ayın sonunda yenidən maaşın ikiqatı saatlıq vəzifə maaşı üzərinə hesablanıb. 1.04 əmsalını isə ekspert tamamilə səhv hesablayıb. Onu 2.04 kimi qiymətləndirib. 1 saatlıq vəzifə maaşı tapılır, vurulur 1.04 əmsalının aid edildiyi ağır iş şəraitində işlədiyi saatların sayına, tapılan məbləğ vurulur 1.04-ə. Onlar sadəcə təxmin edirlər ki, ekspert məbləği 2.04 əmsalı ilə hesablayıb. Məbləğ də buna görə 2 dəfə şişirdilib. Belə ki, ağır və zərərli iş şəraiti Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Orada 1.04 əmsalı qeyd olunub. Nazirlər Kabinetinin 137 saylı qərarında qeyd olunmuşdur ki, iş yerlərinin attestasiyası nəticələrinə görə əmək şəraiti ağır və zərərli müəyyən olunur. Ona uyğun olaraq əmsallar müəyyən edilir. İş yerlərinin əmək şəraitinin attestasiyası ilə bağlı 1.04 əmsallı məbləğin ödənilməsi müəyyən olunmalıdır. Əgər şəxs attestasiya komissiyasının qərarını təqdim edəcəksə, hesablana bilər. Bundan əlavə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, ümumiyyətlə iddianı qəbul etmirlər. Əmək münasibətlərinə dövlət nəzarətini həyata keçirən qurum 500 saatla bağlı məsələyə aydınlıq gətirdi. Digər tərəfdən, məzuniyyət kompensasiyaları hesablanılanda 2 ayrı-ayrı hüquqları olan məzuniyyətlər birləşdirilib. Halbuki ƏM-nin 136-cı maddəsində qeyd edilmişdir ki, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzə rdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Məsələn, əsas 30 gün məzuniyyətdə olursa, 6 gün ağır və zərərli işə görə, 6 gün də əmək stajına görə məzuniyyət hüququ vardırsa, bunlardan yalnız biri götürülməlidir. Ekspert isə hər ikisini nəzərə almışdır. Növbəti bir məsələ, ƏM-nin 144-cü maddəsində qeyd olunmuşdur ki, işdən çıxanda yalnız əsas məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir. Lakin bu şəxslərə işdən çıxarılanda nəzərə alınmış və əlavə olaraq pul ödənilmişdir. "xxxx"-də şəxsin sahildə və ya sahildən 20,50 km uzaqlıqda olmasına baxmayaraq 1.75 əmsal nəzərə alınmışdir. Bu yaxşılaşdırılmış hal kimi tətbiq olunmuşdur. Nazirlər Kabinetinin Qərarına görə əmsal gəmi ilə sahil arasında olan kilometrlərə uyğun olaraq formalaşır. Azər müəllimə 1.75 əmsallı məbləğ ödənilmə idi və bu işəgötürən tərəfindən həyata keçirilmişdir. Yekunda öz mövqeyini bildirərək qeyd etmişdir ki, hər iki iddiaçıya cavabdeh tərəfindən artıq ödəmələr həyata keçirilmiş, işçilərin xeyrinə yaxşılaşdırılmalar aparılmışdır. İşçi işdən çıxarılan zaman ixtisar müavinəti ödəniləndə qanunvericilik belə müəyyən etmişdir ki, sonuncu müəssisədəki stajından asılı olaraq işçiyə 1.4 misli pul verilməlidir. "xxxx" isə işçilərə 2.4 misli pul vermişdir. Eyni zamanda işçilərin maaşları da yüksək olduğu üçün yekunda da yüksək məbləğ alınmışdır.

17. Cavabdehin vəsatəti əsasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qis mində cəlb edilmişdir.

18. Üçüncü şəxs “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iddiaçıların iddia tələbi ilə bağlı izahatında bildirmişdir ki, “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı layihə əsasında dənizdə fəaliyyət göstərmişdir. Əvvəl 5 gəmi fəaliyyət göstərmişdir. Hər bir gəmi müxtəlif layihələri həyata keçirmişdir. İşçilər layihənin müddətinə uyğun işə götürülmüşlər. Layihələrdə müəyyən boşdayanma halları olmuş və bu zaman işçilər ixtisar olunmuşdur. “Qurban Abbasov” gəmisində helikopter meydançası olmadığından hər hansı bir işçi xəsarət alarsa təxliyyə olunması üçün platforma cəlb edilir. Həmin gəmidə işləyən işçilərin peşəkarlıq səviyyəsi şirkətin insan qaynaqları şöbəsi tərəfindən müəyyən edilmiş, hər il işçilərin fəaliy yəti qiymətləndirilmişdir. “Qurban Abbasov” gəmisi layihə üzrə işini 2020-ci ilin yayında başa çatdırmış və fəaliyyətini dayandırmışdır. Gəmidə fəaliyyət göstərən işçilərdən müqavilə müddəti bitən şəxslərlə yeni müqavilə bağlanmamış, digər işçilər isə layihə başa çatdığından və yeni iş təklif olunmadığından ixtisar olunmuşlar. Hazırda 4 gəmi fəaliyyətini davam etdirmişdir. “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının sifarişi əsasında "xxxx" ASC tərəfindən gəmidə işləmələri üçün 11 həkim ayrılmışdır. İddiaçılar da həmin 11 nəfər həkimin siyahısına daxil olmuşlar. İddiaçılar İddiaçı2 və İddiaçı1 “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Qurban Abbasov” gəmisinə təhkim edilmişlər və onlar növbəlik əsasında bir-birini əvəz etməklə gəminin işçilərinə tibbi xidmət göstərmişlər. “Dalğıc” gəmisində işləmək üçün əlavə sertifikat tələb olunmuşdur. İddiaçılar işlədikləri müddət ərzində “Qurban Abbasov” gəmisində 3 ay sınaq müddəti müəyyən edilməklə fəaliyyət göstərmişlər və peşəkarlıq səviyyələri həmin gəmiyə uyğun olmuşdur. “Qurban Abbasov” gəmisində işləyən şəxsləri “Dalğıc” gəmisində işlə təmin etmək mümkün olmamış, digər gəmilərdə isə işçilər ixtisar olunmamışdır. Əgər işçi onların şirkətində işləmiş və layihənin başa çatması ilə bağlı işdən çıxmışsa, yeni vakant vəzifə olduğu halda onların işlə təmin olunmasına üstünlük verilmişdir. İddiaçılarla bağlanılmış müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, layihə olmadığından iş dayanmış və “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı “Qurban Abbasov” gəmisində fəaliy yət dayandığına görə iddiaçılara ehtiyacı qalmadığını işəgötürən "xxxx" ASC-yə bildirmişdir. Bu barədə işəgötürənin emal adresinə yazılı məlumat göndərmişlər. İşəgötürən iddiaçılara xx.xx.2020-ci il tarixdə ixtisarla bağlı bildiriş vermiş və xx.xx.2020-ci il tarixdən onlarla bağlanmış əmək müqavilələrinə xitam vermişdir. İş təlimatı iddiaçıların əmək müqaviləsinə əlavə edilmişdir. Onlar layihə bitəndə işçilərə və işəgötürən "xxxx" ASC-yə məlumat vermişlər.

19. Üçüncü şəxs “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, iş yeri, gəmilər “Saipem” şirkətinə aid olmuşdur. Mövqeləri ondan ibarət olmuşdur ki, tərəf onlara 1.04 əmsalla bağlı hesablamaları təqdim etmiş, attestasiya komissiyasının protokolu iş materiallarına təqd im olunmadığına görə işçilərin maaşının minimum əmsal 1.04 əmsalı ilə hesablanması təsdiq edilmişdir. Ona görə də auditorun da rəyində məbləğin 1.04 əmsalla hesablanması göstərilmişdir. Bu mübahisə mövzusu olmamış, mübahisə mövzusu olan 1.04-ün hesablanması qaydasıdır. Yəni onlar qeyd edirlər ki, 1000 manat maaşa görə 1.04 əmsal hesablananda 40 manat olmalıdır, qarşı tərəf deyir ki, 1000 + 1040 olmalıdır. Demək istədiyi odur ki, burada mübahisə predmeti zərərli və ağır iş şəraitinin olub-olmaması olmamışdır. Hər iki tərəf qəbul etmişdir ki, burada 1.04 əmsal hesablanmalı idi. Attestasiya komissiyasının rəyi ilə bağlı o, “Saipem” şirkətinə müraciət etməli idi. Attestasiyanın keçirilib-keçirilməməsi mübahisə predmeti olmadığından bu barədə sənəd təqdim olunmamışdır.

20. Bakı şəhəri Yasamal R ayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 9/6421 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi ekspertiza tədqiqatı ilə təqdim edilmiş mülki iş materiallarında olan sənədlərə, o cümlədən əmək müqavilələri və əlavə sazişlər, əmək haqqı kartı üzrə bank hesabından çıxarışlar, tabel uçot vərəqələri, hesablama vərəqələri, iddiaçılar tərəfindən təqdim edilən arayış məlumatları, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin mütəxəssis rəyin və müvafiq qanunvericiliyin tələblərinə əsasən ekspertiza təyini haqqında qərardadda ekspert qarşısına qoyulmuş suallar üzrə cavabdeh "xxxx" ASC tərəfindən İddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməli olan məbləğlər arasındakı fərq məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı2 üzrə: tutulmalar nəzərə alınmadan ümumi hesablanmış məbləğ (gross məbləğ) 141.958,42 manat, İddiaçı1 üzrə: tutulmalar nəzərə alınmadan ümumi hesablanmış məbləğ (gross məbləğ) 122.009,94 manat.

21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 may 2022-ci il tarixli, 9/827 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının nəticəsi olan ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakılar müə yyən edilmişdir: 1-ci sual üzrə bildirilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Respublika Diaqnostika Mərkəzi" ASC-də işlədikləri dövr üçün əmək haqqı, son haqq hesabları, tam və düzgün hesablanmamışdır. Belə ki, İddiaçı2 141958.42 manat, İddiaçı1 122009.94 manat borc yaranmışdır. 2-ci sual üzrə bildirilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanılmış - əmək müqaviləsində 6 günlük -36 saatlıq təqvimin aşkar göstərilməsi nəzərə alınaraq, onlara istehsalat təqviminə və əmək müqaviləsinin şərtlərinə görə əmək haqqı düzgün hesablanmamışdır. Belə ki, iddiaçılar həkim olduqlarına görə, əmək qanunvericiliyinə (ƏM maddə 93 və NK-nin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısının təsdiq edilməsi barədə 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarında olan cədvəlin 3-cü bəndinə) əsasən, onlara həftəlik norma 36 saat nəzərə alınmaqla hesablamalar aparılmalı idi. "xxxx" ASC tərəfindən ödənişlərin hesabatı 40 saatlıq həftə və 8 saatlıq gün rejiminə uyğun aparılması göstərilib. İddiaçılar xüsusi qrupa aid peşə sahibləri olduqlarına görə, bu qrupa aid olan peşə sahiblərinə istehsalat cədvəli həftədə 36 saatlıq norma saxlanılmaqla uyğunlaşdırılmalı və ona müvafiq olaraq hesablanmalıdır. Həmin hesablamalar rəyə əlavə olunmuş cədvəl məlumatlarında öz əksini tapmışdır. 3-cü sual üzrə bildirilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinin şərtlərinə görə 30 gündən çox olmayaraq vaxta və vaxtlar arası istirahət müddətinin işəgötürən tərəfindən pozulması yəni, istirahət günlərində iş AR ƏM-nin 109 və 164-cü maddələri ilə tənzimlənir. İddiaçılarla "xxxx" ASC arasında bağlanmış fərdi əmək müqaviləsinə görə, iş vaxtlarının illik cəmlənmiş uçotu tətbiq edilmişdir. Təqdim edilmiş hesablama cədvəllərində, faktiki olaraq, 4 aydan bir tətbiq edilmişdir. Uçot dövrünün faktiki 4 ay olduğunu və iddiaçıların 4 aylıq uçot dövrü ərzində faktiki iş, saatlarının, 4 ayın tətbiq olunmalı olan həftəlik 36 saatlıq normaya müvafiq aylıq təqvim saatlarından artıq olduğuna görə, AR ƏM 164-cü maddəsinə əsasən, həmin günlərdə maaşın hesablanması maaşdan əlavə gündəlik vəzifə maaşına ikiqat məbləğind ən aşağı olmamaqla ödənilməli idi. Belə olan halda iddiaçılar üzrə yaranmış borc məbləği İddiaçı2 40796.88 manat, İddiaçı1 39769,05 manat təşkil etmişdir. 4-cü sual üzrə bildirilmişdir ki, iddiaçılara əmək şəraiti və əmək funksiyasının xarakteri nəzərə alınmaqla əlavə məzuniyyət günlərinə görə AR Nazirlər Kabinetinin "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə 5 iyul 2004-cü il tarixli 92 saylı qərarın XXXVİİ Səhiyyə bölməsinin 176-cı bəndinə əsasən məzuniyyət günləri nəzərə alınıb, hesablanmalı idi. Məzuniyyət hüququna görə məzuniyyət haqqı düzgün və tam ödənilmədiyindən yaranmış borc İddiaçı2 25257.58 manat, İddiaçı1 30914.84 manat təşkil etmişdir. 5-ci sual ü zrə bildirilmişdir ki, iddiaçılara xaricdə işə görə ezamiyyət xərcləri qanunvericiliyin tələblərinə görə İddiaçı2 xaricə ezamiyyət zamanı orta əməyin saxlanılmasına görə olan hesablama düzgün aparılmadığına görə yaranmış borc məbləği 3281.41 manat təşkil etmişdir. 6-cı sual üzrə bildirilmişdir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə və fərdi əmək müqavilələrinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 əmək haqqlarına işlədikləri müddət ərzində iddiaçılara Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə və əmək müqaviləsinə əsasən, hər ay sahillə əlaqə şəraitindən asılı olmayaraq artımın maksimum əmsalı (NK xx.xx.2002-ci il qərar 137, bənd 4-də göstərilmiş 1.75 əmsalı), gecə vaxtında iş saatları olarsa, hər saata saatlıq tarif maaşının 20%-i həddində əlavə, iş yerlərinin attestasiy a nəticələrinə əsasən, iş yerinin şəraitinin ağırlıq və zərərlilik dərəcəsindən asılı olaraq faktiki iş saatlarına tətbiq edilən əmsal (NK xx.xx.2002-ci il qərar 137, bənd 1-ə müvafiq əmsal) ödənilməli idi. Attestasiya nəticələri təqdim edilmədiyinə görə minimum əmsal (1.04) tətbiq olunaraq hesablanmışdır. 7-ci sual üzrə bildirilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 əmək haqqlarından işlədikləri müddət ərzində hər ay hesablama nəticəsində yaranmış əmək haqqı borcu (İddiaçı2 üçün 141958.42 manat (gross), İddiaçı1 üçün 122009.94 manat (gross)) ödənilərkən, dövrünə müvafiq tutulmalar, yəni İddiaçı2 üçün gross məbləğdən (141958.42 manat) 16848.05 manat gəlir vergisi, 14881.83 manat Pensiya fondu, 744.09 manat İşsizlik sığortasına, İddiaçı1 üçün isə gross məbləğdən (122009.94 manat) 1586 6.21 manat gəlir vergisi, 12954.95 manat Pensiya Fondu, 647.75 manat İşsizlik sığortasına görə tutulmalar aparılmalı idi. Eyni zamanda, "xxxx" ASC tərəfindən göstərilən tutulmalara müvafiq İddiaçı2 üçün Pensiya Fonduna 21981,23 manat, işsizlik sığortasına 744,09 manat, İddiaçı1 üçün isə Pensiya Fonduna 19432,43 manat, işsizlik sığortasına görə 647,75 manat tutulmalar aparılmalı idi. 8-ci sual üzrə bildirilmişdir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinin və fərdi əmək müqavilələrinin şərtlərinə uyğun olaraq cavabdeh “Respublika Diaqnostika Mərkəzi" ASCnin iddiaçılar İddiaçı2 və İddiaçı1 2019-2020-ci illər üzrə ödənilməmiş əmək haqqı borcu İddiaçı2 141958.42 manat (gross), İddiaçı1 122909.94 (gross) manat təşkil etmişdir.

22. Cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş " xxxx" MMCnin auditoru X3 26 iyul 2022-ci il tarixli auditor hesabatına əsasən İddiaçı2 işlədiyi 2019-cu il yanvar ayından 2020-ci ilin avqust ayınadək olan dövrdə ümumilikdə 152036.86 manat əmək haqqı və digər ödənişlər hesablanmalı idi. Həmin dövrdə Cəmiyyət tərəfindən İddiaçı2 156897.44 manat əmək haqqı və digər ödənişlər (əmək müqaviləsindən və əmək qanunvericiliyindən irəli gələn öhdəliklər üzrə) hesablanmışdır. Eyni zamanda, həmin dövr üçün Cəmiyyət tərəfindən İddiaçı2 əmək qanunvericiliyində və tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmayan 30901.07 manat əlavə məbləğ hesablanmışdır. Beləliklə, əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərindən irəli gələn öhdəliklər Cəmiyyət tərəfindən İddiaçı2 müəyyən hallar üzrə əskik məbləğ h esablanmasına baxmayaraq, digər hallar üzrə artıq məbləğlər hesablandığı üçün son nəticədə həmin şəxsə 486.58 manat (156897.44 – 152036.86) artıq əmək haqqı və digər ödənişlər hesablanmışdır. Yuxarıda qeyd edilən 30901.07 manat məbləğ də nəzərə alınmaqla Cəmiyyət tərəfindən İddiaçı2 cəmi 187798.51 manat (156897.44+30901.97) əmək haqqı və digər ödənişlər hesablanmışdır ki, bu da Cəmiyyətin həmin dövr ərzində qeyd olunan şəxs qarşısında faktiki öhdəliklərindən 35761.65 manat (187798.51 – 152036.86) artıq olmuşdur. İddiaçı1 işlədiyi 2019-cu il mart ayından 2020-ci ilin avqust ayınadək olan dövrdə ümumilikdə 149141.68 manat əmək haqqı və digər ödənişlər hesablanmalı idi. Həmin dövrdə Cəmiyyət tərəfindən İddiaçı1 187766.52 manat əmək haqqı və digər ödənişlər (əmək müqaviləsindən və əmək qanunve riciliyindən irəli gələn öhdəliklər üzrə) hesablanmışdır. Eyni zamanda, həmin dövr üçün Cəmiyyət tərəfindən İddiaçı1 əmək qanunvericiliyində və tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmayan 37334.30 manat əlavə məbləğ hesablanmışdır. Beləliklə, əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərindən irəli gələn öhdəliklər Cəmiyyət tərəfindən İddiaçı1 müəyyən hallar üzrə əskik məbləğ hesablanmasına baxmayaraq, digər hallar üzrə artıq məbləğlər hesablandığı üçün son nəticədə həmin şəxsə 38624.84 manat (187766.52 – 149141.68) artıq əmək haqqı və digər ödənişlər hesablanmışdır. Yuxarıda qeyd edilən 37334.30 manat məbləğ də nəzərə alınmaqla Cəmiyyət tərəfindən İddiaçı1 cəmi 225100.82 manat (187766.52+37334.30) əmək haqqı və digər ödənişlər hesa blanmışdır ki, bu da Cəmiyyətin həmin dövr ərzində qeyd olunan şəxs qarşısında faktiki öhdəliklərindən 75959.14 manat (225100.82 – 149141.68) artıq olmuşdur.

23. X1 izahatında bildirmişdir ki, ilk olaraq əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılarkən həftəlik 36 saat iş norması tətbiq edilməli olduğu halda həftəlik 40 saat iş normasının tətbiq olunması halı müəyyən olunmuşdur. 2-ci olaraq bəzi hallarda 1.75 əmsalının doğru tətbiq edilməməsi müəyyən olunmuşdur. İddiaçı1 müqaviləsində sahillə əlaqə rejimindən asılı olmayaraq 1.75 əmsalının tətbiq olunması nəzərdə tutulmamışdır. İddiaçı2 müqaviləsində isə bu nəzərdə tutulmuşdur. Amma bu hal hər iki iddiaçıya - birinə qismən, birinə isə tam şəkildə tətbiq olunmuşdur. 3-cü olaraq iş yerlərinin attestasiya nəticələri nin təqdim olunmamasına baxmayaraq onlar Nazirlər Kabinetinin 137 nömrəli qərarının 1-ci bəndində müəyyən olunan əmək şəraitinə görə əlavə minimum 1.04 əmsalının tətbiq edilməsini məqsədəuyğun hesab etmişlər. 4-cü olaraq Nazirlər Kabinetinin 92 nömrəli qərarına əsasən 500 saatdan yuxarı işləyən həkimlərin 30 təqvim günü əlavə məzuniyyət almaq hüququ vardır. Bununla bağlı ona cəmiyyət tərəfindən Sosial Müdafiə Nazirliyinin izahat məktubu təqdim olunmuşdur. Orada qeyd olunmuşdur ki, bu hal üzrə əlavə məzuniyyət hüququ yalnız hava nəqliyyatında xidmət göstərən həkimlərə aid edilməlidir. Buna görə də hər hansı bir hesablama aparılmamışdır. 5-ci olaraq vaxtamuzd ödənilmə sistemində işçilər 30 gün işlədikdən sonra 30 gün istirahət etməlidirlər. Amma şəxs müxtəlif səbəblərdən 30 gündən artıq işlə mişdir. Belə olan halda şəxsin 30 gündən artıq işlədiyi günlərə istirahət günləri kimi baxılmalı və ƏM-nin 164-cü maddəsinə əsasən gündəlik tarif maaşının ikiqatı hesablanmalı idi, lakin hesablanmamışdır. 6-cı olaraq ƏM-nə əsasən işçinin eyni vaxtda 115 və 116-cı maddələrlə nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda 30 əsas məzuniyyət gününə 1 əlavə məzuniyyət birləşdirilir. Bu İddiaçı2 6+4 kimi hesablanmışdır. Biri iş rejiminə, biri də staja görə. Cəmiyyət tərəfindən ona 36 gün üçün məzuniyyət kompensasiyası verilməli olduğu halda, 40 gün üçün məzuniyyət kompensasiyası verilmişdir. İddiaçı1 isə 36 gün üçün kompensasiya hesablanmalı olduğu halda, 42 gün üçün hesablanmışdır. Cəmiyyət burada artıq hesablama aparmışdır. 7-ci olaraq ƏM-nin 77-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam olunan zaman orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir. Əslində bu işçilərin həmin müəssisədəki stajına görə müəyyənləşir. İşçinin bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir. İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinin müddəti 5 ilə qədər olduğuna görə onlara 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Lakin Cəmiyyət tərəfindən 1.4 deyil 2.4 misli ödənmişdir. O, bunu səhv hesab etmişdir. Məzuniyyət günlərinin hesablanması zamanı öncəki 12 ayın orta əmək haqları götürülür. Məsələn, Azər bəy 12 ay işləmişdirsə, beləliklə 12 aya bölünərək onun əsasında məzuniyyət hesablanır. Əmək haqları da şişirdilmiş halda olduğu üç ün orta əmək haqqı da şişirdilmiş məbləğ olur, onu da 30.4-ə böldükdə böyük məbləğ yaranır. Beləliklə məzuniyyətlə bağlı hesablamada da onun hesablamaları ilə cəmiyyətin hesablaması arasında fərq yaranmışdır. Yekuna dair cədvəldəki məlumatlarda hesablamalar arasındakı fərqlə bağlı qeyd etmişdir ki, Azər müəllimdə aylıq tarif maaşı üzrə 55 manat az hesablanmışdır. Dəniz şəraitinə görə 1.75 əmsal artımı ilə bağlı onun hesablamalarına görə 30918.75 manat ödənilməli idi, cəmiyyətin hesablamasına görə isə 23590.55 manat ödənilmişdir. Cəmiyyət 7328.20 manat az hesablamışdır. Quru şəraitinə görə 1.4 əmsal artımı ilə bağlı isə cəmiyyət tərəfindən 3164.52 manat artıq hesablanmışdır. İki rəqəmin fərqinə baxanda 4000 manata yaxın məbləğ etmişdir. Cəmiyyət tərəfindən bir ayda birdənbirə 1.75 əmsal top lu olaraq hesablanmışdır. Keçmiş hesablamaları düzəltmək qərarına gəlmişlər. Belə ki, İddiaçı2 əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən sahillə əlaqə şəraitindən asılı olmayaraq artım ödənilməli idi. Halbuki digər işçidə bu bənd olmamışdır. Nəyə görə Azər müəllimə belə bir qaydanın tətbiq olunduğunu deyə bilməmiş, çünki işin hüquqi tərəfinə o qiymət verməmişdir. Onda olan tabellərə görə Azər müəllimə iyul ayına evdə istirahət yazılmışdır. Hətta o dövrdə də Azər müəllimə 75% hesablanmışdır. Cədvəllərdən görünmüşdür ki, bütün aylarda 75% Azər müəllimin tarif maaşına tətbiq olunmuşdur. Amma bu məsələni hüquqi cəhətdən əsaslandıra bilməz. Ağır və zərərli işə görə 1.04 əmsal artımla bağlı hesablamalarına görə 1980 manat az hesablanmışdır. Gecə vaxtı iş rejiminə görə 20% əlavə hesablama ilə bağl ı RDM-in hesablaması ilə onun hesablamaları müqayisə edilsə, RDM 218.93 manat az hesablamışdır. Təlim günləri ilə bağlı hesablamada demək olar ki, fərq olmamışdır. İstirahət, səsvermə, bayram günləri və hüzn günləri ilə bağlı hesablamada 36 və 40 saat nisbətinə görə fərq olmuş, RDM tərəfindən 1157.37 manat az hesablanmışdır. 30 günlük vaxtlararası istirahət günləri düşən iş günlərinə görə 30 gündən artıq ardıcıl iş rejimi olduğu üçün ƏM-nin 164-cü maddəsinə əsasən 35009.92 manat hesablanmalı idi. İş vaxtının cəmlənmiş uçotu qaydasına görə bonuslarla bağlı qeyd edilmişdir ki, Azər müəllimin müqaviləsində illik cəmlənmiş uçot yazılmışdır. Amma mövcud praktikaya görə "xxxx" 4 aylıq cəmlənmiş uçot qaydasını tətbiq etmişdir. O, hesablama apararkən həm mövcud praktikanı pozmamaq, həm də daha r ahat müqayisə aparmaq, lakin eyni zamanda riskləri minimuma endirmək üçün paralel hesablama aparmışdır. Yəni həm Azər müəllimin müqaviləsinə əsasən illik cəmlənmiş uçot qaydası ilə, həm də RDM-in hesabladığı qaydada 4 aylıq cəmlənmiş uçot qaydası ilə hesablamalar aparmışdır. Rəqəmlər bir-birinə çox yaxın olmuşdur. Ona görə də, o, hesablamaları 4 aylıq cəmlənmiş uçot qaydası ilə başa vurmuşdur. 4 aylıq cəmlənmiş uçot qaydasına uyğun hesablamalar aparılan zaman dörd qat hesablamaya yolverməmək üçün istirahət, səsvermə, bayram və hüzn günləri və 30 günlük vaxtlararası istirahət günlərinə düşən günlər iş saatlarından çıxarılmışdır. Eyni zamanda, təlim günləri də hesablamaya aid edilməməli idi. Cəmiyyət tərəfindən aparılan hesablamalarda da təlim günləri ora aid edilməmişdir. ƏM-nin 89-cu maddə sinə əsasən təlim vaxtı əsas əmək funksiyası yerinə yetirilmədiyinə görə təlim günləri iş vaxtı hesab olunmur. Məzuniyyətə görə kompensasiyalarda hesablamalarına görə 7079.39 manat artıq hesablama olmuşdur. Bu ondan irəli gəlmişdir ki, aylıq əmək haqqlarının artıq-əskik hesablaması nəticəsində 12 aya bölünən zaman orta günlük əmək haqqında da fərqlər olmuşdur. Bir səbəb də o olmuşdur ki, cəmiyyət tərəfindən 40 gün tətbiq edilmiş, əsas və əlavə məzuniyyətlər toplanılmışdır. Hətta Azər müəllim 2020-ci ildə avqustun 22-də işdən çıxmışdır. Ona məzuniyyət hesablanarkən 40 günlük hesablanmışdır. Lakin əslində 7 ay yarım işlədiyindən ona 7 ay + 15 gün məzuniyyət hesablanmalı idi. Belə ki, 30-u 12-yə bölüb bir aya düşən məbləğ tapılmalı və həmin məbləğ də 7 aya vurulmalı idi. Beləliklə, cəmiyyət t ərəfindən məzuniyyətə görə kompensasiya ödənişi olaraq 7079 manat artıq hesablanmışdır. Əlavə iş vaxtına görə hesablama demək olar ki, eyni olmuşdur. Ezamiyyə zamanı orta aylıq əmək haqqına gəldikdə, Azər müəllim iyun ayında Rumıniyada 8-9 gün ezamiyyətdə olmuşdur. Burada cəmiyyət tərəfindən nəzərə alınmayan məsələ də olmuşdur. Əmək Məcəlləsinə görə ezamiyyət vaxtı bayram günlərinə və istirahət günlərinə düşürsə, həmin günlər əlavə olaraq hesablanmalıdır. Lakin ezamiyyə zamanı orta aylıq əmək haqqı hesablanılan zaman 689.73 manat cəmiyyət tərəfindən artıq hesablanmışdır. İşdənçıxma müavinəti kimi Azər müəllimə 5220.60 manat hesablanmalı idi, lakin cəmiyyət 2.04 əmsalla (1.04 əmsalı əvəzinə) hesablayaraq 10456.64 manat müəyyən etmişdir. Burada da 5236.04 manat artıq hesablama olmuşdur. Onun əsas vəzifəsi cəmiyyətin həm qanunvericiliklə, həm də əmək müqaviləsi ilə işçilər – Azər müəllim və Çingiz müəllim qarşısında əsas öhdəliklərini müəyyən etmək olmuşdur. Ona görə də o müəyyən etmişdir ki, cəmiyyət tərəfindən 152036.86 manat müəyyən edilməli idi. Lakin cəmiyyət tərəfindən 156897.44 manat müəyyən edilmişdir. Əmək haqqının bəzi elementləri üzrə artıq, bəzi elementləri üzrə isə əksik hesablamalar olmuşdur. Belə ki, Azər müəllimə yekun məbləğ 4860.58 manat artıq hesablanmışdır. “Saipem” tərəfindən gündəlik müavinət adlanan ödəmə də olmuşdur. Lakin, bununla bağlı nə əmək qanunvericiliyində, nə də əmək müqaviləsində heç bir öhdəlik olmamışdır. Bu məbləğ Azər müəllimə dəniz şəraitinə görə dənizdə olduğu günlərdə əlavə olaraq verilmişdir. Eyni zamanda, 2020-ci ilin may və ya iyun a yında mükafat verilmişdir. Bu mükafat da könüllü olaraq verilmiş, öhdəliyə daxil olmamışdır. Beləliklə cəmiyyət tərəfindən verilən öhdəliklərdən əlavə hesablanmış məbləğ 30901.07 manat təşkil etmişdir. Yekun olaraq İddiaçı2 2019-cu ilin yanvarı, 2020-ci ilin avqust ayları dövründə öhdəliklərlə bağlı 156897.44 manat, öhdəliklərdən kənar 30901.07 manat, ümumilikdə 187798.51 manat cəmiyyət tərəfindən hesablanmışdır. O, isə yalnız öhdəliklərlə bağlı 152036.86 manat məbləğ hesablamışdır. Beləliklə cəmiyyət tərəfindən 35761.65 manat artıq hesablama olmuşdur. Çingiz müəllimlə bağlı hesablamalara nəzər yetirilsə, onun müqaviləsində Azər müəllimdən fərqli olaraq “sahillə əlaqə rejimindən asılı olmayaraq” ifadəsi olmamışdır. Bu Nazirlər Kabinetinin 137 saylı Qərarı ilə tam tənzimlənməlidir. Buna gör ə də Çingiz müəllimin sahildən uzaq olduğu yerlərdə 1.75, sahilə yaxın olduğu yerlərdə isə 1.04 əmsal tətbiq olunmaqla yenidən hesablama aparılmışdır. Cəmiyyət tərəfindən dəniz şəraitinə görə həmin əmsalların hesablanması zamanı Çingiz müəllimlə bağlı olan hissədə çox kobud səhvə yol verilmişdir. Yəni Azər müəllimdə olduğu kimi bütün hesablama 1.75 əmsalı tətbiq olunmaqla aparılmışdır. Əgər Çingiz müəllimlə əlavə razılaşma olubsa, yəni razılaşmada həmin maddəyə düzəliş olunubsa, onda bunu səhv hesablama kimi qəbul etmişdir. Lakin əlavə razılaşmanın olduğuna dair ona heç bir sənəd təqdim olunmamışdır. Nəticədə cəmiyyət tərəfindən dəniz şəraitinə görə Çingiz müəllimdə 19679.31 manat artıq hesablanmışdır. 2-ci olaraq ağır və zərərli işə görə 1.04 əmsalla 2312.97 manat hesablamışdır. Bunu “a z hesablanmışdır” kimi qeyd etmişdir. 3-cü olaraq gecə vaxtı iş rejiminə görə olan hesablamalarda böyük bir fərq olmamışdır. 4-cü olaraq təlim günləri ilə bağlı hesablamada bir problem olmamışdır. 5-ci olaraq istirahət, səsvermə, bayram və hüzn günləri ilə bağlı hesablamada kiçik bir fərq olmuş, 30 günlük vaxtlararası istirahət günlərinə düşən iş günlərinə görə 31153.01 manat əlavə vəsait hesablamışdır. 6-cı olaraq iş vaxtının cəmlənmiş uçotu qaydasına görə bonuslarla bağlı hesablamalarda bayram və istirahət günləri çıxılmışdır. Nəticədə cəmiyyət tərəfindən 33658.51 manat artıq hesablama olduğu üzə çıxmışdır. 7-ci olaraq məzuniyyətə görə kompensasiya ödənişi ilə bağlı hesablamada cəmiyyət tərəfindən 12231.99 manat artıq hesablandığını qeyd etmişdir. 8-ci olaraq cəmiyyət tərəfindən işdənçıx ma müavinəti ilə bağlı hesablama 1.04 əmsalla deyil, 2.04 əmsalla aparılmışdır. Buna görə də 9105.70 manat artıq hesablama baş vermişdir. Yekunda əmək müqaviləsi və əmək qanunvericiliyindən əmələ gələn öhdəliklər üzrə cəmiyyətin 38624.84 manat artıq vəsait hesabladığı ortaya çıxmışdır. Öhdəliklərdən əlavə hesablamalar olan hissədə isə gündəlik müavinət və 20% əlavə bonus toplamda 37334.30 manat etmişdir. Yekunda cəmiyyət tərəfindən 2019 mart - 2020 avqust ayları ərzində Çingiz müəllim üçün əmək haqqı və digər ödənişlər şəklində 225100.82 manat hesablanmışdır. Onun hesablamasına görə isə bu 149141.68 manat etmişdir. Yəni onun hesablaması ilə cəmiyyətin hesablaması arasında 75959.14 manat fərq yaranmışdır. Bütün hesablamalar qanunauyğun şəkildə aparılmışdır. Təbii ki, bu hesablamalarda müəyy ən qədər - 100, 200 manat və s. məbləğində səhvlər ola bilər. Lakin bu səhvlər əhəmiyyətli hesab edilə bilməz.

24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-61/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd edilmişdir.

25. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 da təhkim olunduğu “Absheron URF” layihəsi üzrə işlər tamamlandığı üçün ştat ixtisarı nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin işçilərin əmək müqaviləsini Azərbaycan Respublikası ƏM–nin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi xahiş olunmuşdur. Habelə xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" A SC-də həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 “İşçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı” xəbərdarlıq məktubu da ünvanlanmışdır. "xxxx" ASC-nin "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 699 nömrəli Təqdimatdan görünmüşdür ki, "xxxx" ASC həkimlərlə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulan zəruri şərtə əməl etmişdir. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 24 iyul 2020-ci il tarixli Qərarından görünmüşdür ki, "xxxx" ASC-nin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 əmək müqavilələrinə 22 avqust 2020ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilm əsi qanunvericiliyə uyğun hesab edilmişdir. Bununla da əsaslı olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə "xxxx" ASC arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir.

26. Məhkəmə iddia tələbinin “İşlədikləri dövrdə ödənilməmiş əmək haqqı kimi İddiaçı2 141.958,42 AZN və İddiaçı1 122.009,94 AZN məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən 2(004)-507/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad qəbul olunaraq iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Həmin qərardada müvafiq olaraq ekspertiza tədqiqatı aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-c i il tarixli, 9/6421 nömrəli ekspert rəyi daxil olmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərardadda işin düzgün və obyektiv araşdırılması məqsədi ilə ekspert qarşısında bir neçə sualın qoyulmasına baxmayaraq ekspert tərəfindən heç bir sual üzrə araşdırma aparılmamış, suallara aid hər hansı təhlil aparılmamış, sualların heç birinə cavab verilməmişdir. Bundan əlavə ekspert tərəfindən rəyin verilməsi üçün tədqiqat aparılarkən hər hansı riyazi hesablamaların və təhlilin aparılması müəyyən edilməmiş, sadəcə iddiaçı tərəfindən verilmiş bir arayışda göstərilən nəticələri ekspert öz rəyində təkrarən göstərmişdir. Həmçinin 2(004)-61/2022 saylı mülki iş üzrə 12 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verən ekspert X11 ek spert rəyində göstərdiyi nəticələri əsaslandıra bilməmiş, qərardadda göstərilən sualların heç birinə cavab verməmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixli qərardadı ilə 2(004)-61/2022 saylı mülki işi üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 may 2022-ci il tarixli, 9/827 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının nəticəsi olan ekspert rəyinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, həmin ekspert rəyi ilə ümumiyyətlə razılaşmaq olmaz. Belə ki, sonuncu ekspert rəyinin nəticə hissəsi yenə də həm ilkin ekspert rəyi ilə, həm də iddiaçılar tərəfindən təqdim edilmiş arayışda göstərilən nəticələrlə üst üstə düşmüşdür. Bundan əlavə 2(004)-61/20 22 saylı mülki iş üzrə 11 avqust 2022-ci il tarixli məhkəmə iclasında ifadə verən ekspert X8 öz rəyini ümumiyyətlə əsaslandıra bilməmiş, rəydə göstərilən rəqəmlərin haradan alınması ilə bağlı hansı hesablamaları apardığına dair bir fikir söyləyə bilməmişdir. Həmçinin ekspert qərardadda göstərilən yalnız nəzəri sualları cavablandıra bilmiş, riyazi hesablamaların və təhlilin zəruri olduğu suallar üzrə ekspertin cavabları özü tərəfindən verilmiş rəyin nəticələrinə uyğun olmamış, hətta yekunda ekspert rəyinin nəticə hissəsində göstərilən məbləğin (İddiaçı2 141958.42 manat, İddiaçı1 122909.94 manat) hansı məbləğlərin cəmi nəticəsində yaranmasını göstərə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hər iki ekspert rəyi mötəbə r sübut kimi qəbul edilə bilməz.

27. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan "xxxx" MMC-nin auditoru X7 tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli auditor hesabatı əsaslı olduğundan, MMCnin auditoru X7 məhkəmə iclasındakı izahatı ilə öz rəyini tam əsaslandırdığından həmin hesabat mötəbər sübut kimi qiymətləndirilə bilər.

28. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz.

29. Məhkəmə iddia tələbini “yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi İddiaçı2 25200 manat və İddiaçı1 22950 manat əlavə əmək haqqı müəyyən edilərək cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamı, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarı və Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Sərəncamı bütün həkimlərə deyil, yalnız covid-19 infeksiyası ilə birbaşa mübarizə şəraitində çalışan həkimlərə aid olmuşdur. İddiaçılar isə həmin şəraitlə mübarizə çərçivəsində çalışan həkimlər kateqoriyasına aid olmamışlar.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 77, 80, 93, 96, 99, 102, 109, 113, 136, 143, 144, 164-cü maddələrinə, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarlarına, istinad edərək əsa slandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7211/2022 nömrəli mülki iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların işə götürəni "xxxx" ASC olsa da, onlar faktiki olaraq "xxxx" ASC və hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X4 B.V." Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasındakı müqaviləyə uyğun həmin şirkətin müəyyən etdiyi gəmidə çalışmışdırlar.

34. İddiaçıların hansı gəmidə fəaliyyət göstərmələrini "Respublika Diaqnostika Mərkəzi” ASC deyil, məhz “X6 B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı özü müəyyən etmişdir. Hazırkı iş üzrə İddiaçı2 "Respublika Diaqnostika Mərkəzi” ASC-nin həkimləri kimi "X6 B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən "Absheron URF” layihəsi üzrə "Qurban Abbasov” gəmisinə təhkim edilmişlər və iddiaçılar həmin gəmidə işləyən şəxslərə növbəlik əsasında tibbi xidmət göstərmişlər xx.xx.2020-ci il tarixli Ştat ixtisarı ilə bağlı "X4 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən cavabdeh "xxxx" ASC-уə ünvanlanmış məktubda qeyd edilmişdir ki, aşağıda adları qeyd olunan işçilərin də (İddiaçı2 və İddiaçı1) təhkim olunduğu “Absheron URF” layihəsi üzrə işlər tamamlandığı üçün ştat ixtisarı nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin işçilərin əmək müqaviləsini AR ƏM -nin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi xahiş olunur (həmin sənədlər və yazışmalar iş materiallarına əlavə edilmişdir).Həmin gəmidə həkim kimi yalnız hazırkı iş üzrə iddiaçı çalışmışdır. Üçüncü şəxsin "RDM” ASC-yə olan müraciətindən sonra cavabdeh AR Əmək Məcəlləsinə uyğun olaraq ştat ixtisarını həyata keçirmişdir. Yəni gəmidə çalışan bütün həkimlər (2 nəfər) ixtisar edilmişdir. Bu səbəbdən də, cavabdehin ixtisar olunan həkimlərin ixtisası və peşəkarlıq səviyyəsi ilə bağlı araşdırma apa rılması öhdəliyi olmamışdır.

35. İş materiallarından (yazışmaların, xəbərdarlıqların, əmrlərin və s ) göründüyü kimi ştat ixtisan ilə bağlı əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi "xxxx" ASC tərəfindən kifayət qədər əsaslandırılmışdır.

36. İddiaçı məhz üçüncü şəxsin gəmisində işləmək üçün işə götürülməsini və həmin gəmidəki bütün ”həkim" ştat vahidinin ixtisar olunduğunu nəzərə alaraq, iddiaçının peşəkar səviyyəsinin müəyyən edilməsi hər hansı əhəmiyyət daşımır və cavabdehin belə bir öhdəliyi əmələ gəlmir. Buna görə də, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri pozulmamışdır. Həmçinin cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə tam riayət etmiş, Həmkarlar İttifaqının qərarını almışdır (müvafiq sənədlər iş materiallarına əlavə olunmuşdur).

37. Bundan əlavə məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi “İşlədikləri dövrdə ödənilməmiş əmək haqqı kimi İddiaçı2 141.958,42 AZN və İddiaçı1 122.009,94 AZN məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” hissəsində də qanunsuz və əsassızdır.

38. Belə ki, məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərardadda işin düzgün və obyektiv araşdırılması məqsədi ilə ekspert qarşısında bir neçə sualın qoyulmasına baxmayaraq ekspert tərəfindən heç bir sual üzrə araşdırma aparılmamış, suallara aid hər hansı təhlil aparılmamış, sualların heç birinə cavab verilməmişdir. Bundan əlavə ekspert tərəfindən rəyin verilməsi üçün tədqiqat aparılarkən hər hansı riyazi hesablamaların və təhlilin aparılması müəyyən edilmir, sadəcə iddiaçı tərəfindən verilmiş bir arayışda göstərilən nəticələri ekspert öz rəyində təkrarən göstərmiş, məhkəmə iclasında ekspert X11 ekspert rəyində göstərdiyi nəticələri əsaslandıra bilməmiş, qərardadda göstərilən sualların heç birinə cavab verməmişdir. Bu baxımdan iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, sonuncu ekspert rəyinin nəticə hissəsi yenə də həm ilkin ekspert rəyi ilə, həm də iddiaçılar tərəfindən təqdim edilmiş arayışda göstərilən nəticələrlə üst üstə düşmüş, ekspert X8 da öz rəyini ümumiyyətlə əsaslandıra bilməmiş, rəydə göstərilən rəqəmlərin haradan alınması ilə bağlı hansı hesablaşmaları apardığına dair bir fikir söyləyə bilməmişdir. Buna görə də, həmin ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməmişdir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan "xxxx" MMCnin auditoru X7 tərəfindən ver ilmiş 26 iyul 2022-ci il tarixli auditor hesabatı əsaslıdır. "xxxx" MMC-nin auditoru X7 məhkəmə iclasındakı izahatı ilə öz rəyini tam əsaslandırmış və həmin hesabat mötəbər sübut kimi qiymətləndirilə bilər.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 77, 80, 93, 96, 99, 102, 109, 113, 136, 143, 144, 164-cü maddələrinə, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Sərəncamına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı2 (Vəkil6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, cavabdeh tərəfin İddiaçı2 işçi kimi ixtisar edilməsinin zəruriliyinin əsaslandırılmamasını araşdırmadan, cavabdehin başqa bir şirkətlə bağlandığı müqaviləyə və fəaliyyətini dayandırmasına istinad edərək, mübahisəli əmrin qanuniliyini təsdiq etmişdir. Halbuki, cavabdeh hansı fəaliyyətin dayandırılmasını və başqa bir şirkətlə bağlanmış müqavilənin işçilərin ixtisarına aidiyyətini açıqlamamış, nə səbəbə digər işçilər sırasında məhz İddiaçı2 ixtisar edilməsinin əsaslarını göstərməmişdir. H əmçinin, cavabdeh İddiaçı2 işçi kimi ixtisarını həyata keçirərkən onun müəyyən vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisası və peşəkarlıq səviyyəsi ilə bağlı araşdırma aparmamış, hansı səbəbdən məhz İddiaçı2 ixtisar edilməsinin əsasları müəyyən edilməmişdir. Halbuki, göstərilən xüsusatlar məhkəmə tərəfindən araşdırılsa idi, İddiaçı2 əmək hüquqlarının pozulması öz təsdiqini tapacaqdı.

43. Kassator qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 9/6421 nömrəli və 4 may 2022-ci il tarixli, 9/827 nömrəli rəylərini heç bir əsas olmadan nəzərə almamış və həmin rəylərə lazımi hüquqi qiymət verməyərək, iddia tələbini “işlədiyi dövrdə ödənilməmiş əmək haqqı kimi 141.958,42 manat məbləğində pulun cavabde hdən tutularaq İddiaçı2 ödənilməsi” hissəsində də rədd etmişdir. Məhkəmə bu qənaətə gələrkən "xxxx" MMC-nin auditoru X7 tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli auditor hesabatını əsas götürmüşdür. Halbuki, məhkəmə həmin auditor hesabatını yoxlamamış, hesablamanın düzgünlüyünü aydınlaşdırmamış, heç bir əsaslandırma aparmadan auditorun ziddiyyətli hesabatını mötəbər sübut kimi qəbul etmişdir. Hansı ki, həmin auditor hesabatı cavabdeh tərəfin iddia tələbinə etirazında göstərdiyi hallarla üst-üstə düşmüşdür. Məhkəmə, ekspert rəyləri və auditor hesabatı arasında ziddiyyət müəyyən etdiyi halda, obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikasının Auditorlar Palatasının “Məhkəmə auditorları cəlb edilməklə kompleks məhkəmə ekspertizası təyin edə bilərdi.

44. Kassator kassasi ya şikayətinə Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru A.A.Əliyev tərəfindən tərtib edilmiş 001 nömrəli, AR/AP-MA seriyalı, 27 yanvar 2023-cü il tarixli auditor rəyini əlavə edərək, həmin rəylə Respublika Diaqnostika Mərkəzi ASC-nin “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim” vəzifəsində fəaliyyət göstərmiş İddiaçı2 həmin Cəmiyyətdə işlədiyi 2019 və 2020-ci illər ərzində "xxxx" ASC tərəfindən müvafiq Qanunvericilik Aktlarının, onunla bağlanılmış Əmək Müqaviləsinin və digər müvafiq sənədlərin şərtlərində nəzərdə tutulmuş əmək və əmək haqqına əlavələr barədə hesablamalar düzgün aparılmadığının və nəticədə İddiaçı2 kart hesabına 109.484 manat 44 qəpik təmiz əmək haqqı məbləği az köçürüldüyüün və ya ona həmin məbləğdə ziyan vurulduğunu müəyyən edildiyini göstərmişdir.

45. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78, 80, 93, 109, 164, 165, 179, 181-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 88, 103.2, 174, 217-ci maddələrinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

47. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsas ən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

48. Maddə 70 “b”. Əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən xitam edilə bilər.

49. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş t ədbirlər görür.

50. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

51. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi.

52. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70 “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsin ə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında.

53. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

54. Maddə

93. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmi n iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

55. Maddə 96.1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

56. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

57. Maddə

102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

58. Maddə

109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.

59. Maddə

113. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndir ilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

60. Maddə

136. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda bu Məcəllənin 143-cü maddəsinə, 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

61. Maddə

143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları isti sna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

62. Maddə

144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116- cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıc ılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

63. Maddə

164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarı

64. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağ ır və zərərliliyinin: aşağı səviyyəsində 1,04; orta səviyyəsində 1,08; yuxarı səviyyəsində 1,12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli Qərarı

65. İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”na əsasən iş yerindən asılı olmayaraq digər həkimlər üçün qısaldılmış iş vaxtının həftəlik müddəti (saatla) 36 saat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

70. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normala rına uyğun çıxarılmalıdır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı2 münasibətdə yoxlanıldığından kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, məhkəmə kollegiyası da apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşdığına görə həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

79. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işd əki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır

80. İddiaçı2 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. Buna görə də, iddiaçının kassasiya şikayətinə əlavə etdiyi yeni audit rəyi sübut kimi nəzərə alına bilməz.

81. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş,” MPM-in 14, 77, 88, 103, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya” şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7211/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar