Məhkəmə qərarları › İş №2(102)-1377/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1377/2022

04.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1377/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1377/22 Açar sözlər: əmrin ləğvi, işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9821/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair i şə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya MMC) 02.09.2019-cu il tarixli, 008 nömrəli əmrinə əsasən 02.09.2019-cu il tarixdən MMC-yə bağban vəzifəsinə təyin edilmişdir. MMC ilə iddiaçı arasında 01.09.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı əsas iş yeri olmaqla bağban vəzifəsinə işə qəbul edilmiş, onun 01.09.2019-cu il tarixdən işə başlayacağı qeyd olunmuşdur. MMC-nin 31.07.2020-ci il tarixli, 18 nömrəli əmrinə əsasən, 02.09.2019-cu il tarixdən bağban işləyən iddiaçı ilə 01.09.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan s onra – Əmək Məcəlləsi) 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, 01.08.2020-ci il tarixdən xitam verilmiş, 01.08.2020-ci il tarixi son iş günü hesab edilmiş, işçiyə istifadə etmədiyi 24 təqvim günü təşkil edən əmək məzuniyyətinin əvəzinə kompensasiya ödənilməsi əmr edilmişdir. 02.10.2020-ci il tarixli MN № ******* nömrəli "xxxx" Qərara əsasən, MMC-də bağban vəzifəsində çalışmış iddiaçının son haqq-hesabı Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq sonuncu iş günü ona ödənilmədiyindən, MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin 31.07.2020-ci il tarixli 18 nömrəli əmrinin ləğv edilməsi və MMC-də əvvəlki vəzifəsində bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə MMC ilə bağlanan əmək müqaviləsi əsasında həmin müəssisədə işləməyə başlamış, əmək müqaviləsinə əsasən 250 manat əmək haqqı təyin olunmuş, əsasən lift köməkçisi kimi işə götürülsə də, həmin müəssisədə həm bağban, həm santexnik, həm də elektrik kimi işləmişdir. 2020-ci ilin avqust ayına qədər müəssisədə işləmiş, 2020-ci ilin avqust ayında şirkət onun adından işdən azad edilməsi ilə bağlı ərizə tərtib etmiş və həmin ərizə əsasında onunla əmək müqaviləsinə xitam vermişdir. Halbuki, o, əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün MMC-yə müraciət etməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında X3 (DƏM) müraciət etmiş, işəgötürənin son haqq-hesab aparmadığı üçün inzibati məsuliyyətə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmiş, həmçinin, ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmədə tədqiq olunmuş, 31.07.2020-ci il tarixli X8, X9, X10 və X2 tərəfindən imzalanmış aktda qeyd olunmuşdur ki, həqiqətən 31.07.2020-ci il tarixdə saat 10:34-də müəssisənin bağbanı olan iddiaçıya iki “Azercell” fakturalı ********** nömrəli te lefonla zəng edilmiş, ona ofisə gəlmək təklif olunmuş, lakin o, saat 16:00-a qədər ofisə gəlməmişdir. Saat 15:52-də ona yenidən zəng edilmiş, o isə yenidən bəhanələr gətirərək, sonra gələcəyini bildirmişdir. Məhkəmədə tədqiq olunmuş, 14.10.2020-ci il tarixli X8, X9, X10 və X2 tərəfindən imzalanmış aktda qeyd olunmuşdur ki, həqiqətən 14.10.2020-ci il tarixdə müəssisənin bağban vəzifəsində işləyən iddiaçı ofisə gəlib öz əmək kitabçasını almışdır. Məhkəmədə tədqiq olunmuş, iddiaçının adından verilmiş 26.07.2020-ci il tarixli ərizədə qeyd edilmişdir ki, iddiaçı 01.08.2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 4/421 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, e kspertizaya təqdim edilmiş, İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanmış 26.07.2020-ci tarixli işdən azad edilmə barədə ərizədə “imza: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1278/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, işəgötürən MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə tərəflərindən birinin, yəni işçinin (iddiaçının) təşəbbüsü ilə xitam verildiyini göstərsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MMC-yə ünvanlanmı ş 26.07.2020-ci tarixli işdən azad edilmə barədə ərizədə “imza: İddiaçı” qrafasındakı imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, iddia təmin edilməli, MMC-nin 31.07.2020-ci il tarixli, 18 nömrəli əmri ləğv edilməli, iddiaçı MMC-də bağban vəzifəsinə bərpa edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı əmək kitabçasını 14.10.2020-ci il tarixdə almışdır, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin cavabdehə təqdim edildiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən əmək hüquqlarının pozulması barədə 27.07.2020-ci i l tarixində və 10.08.2020-ci il tarixində ƏƏSMN yanında DƏM-ə müraciət olunmuş, həmin müraciətlər DƏM-in Bakı şəhəri idarəsi tərəfindən 16.10.2020-ci il tarixli məktub ilə cavablandırılmışdır. İddiaçı məhkəməyə 01.12.2020-ci il tarixində müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddiaçının arvadı 2020-ci ilin noyabr ayının əvvəllərində xəstələnmiş, “COVİD 19” virusunun əlamətləri aşkar edilmişdir, bir müddət evdə müalicə aldıqdan sonra 08.12.2020-ci il tarixdə xəstəxanaya yerləşdirilmişdir. İddiaçı iddia müddətinin cəmi 2 həftə ötürülməsinin üzrlü səbəbdən baş verdiyini nəzərə alaraq, müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda Respublikasında da COVİD-19 virusunun 2020-ci ilin mart ayından geniş yayıldığı, eyni zamanda xəstəliyin qarşısının alınması məqsədi ilə ölkə ərazisində müvafiq məhdudiyyətlərin tətbiq edildiyi nəzərə alınaraq, iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilərək iddia müddəti bərpa edilməli və cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68, 69, 83, 296-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddət inin tətbiq olunmasına dair ərizəyə ötəri yanaşmış, qətnamədə həqiqətə uyğun olmayan, səhv əsaslandırma aparmaqla ərizəni təmin etməmişdir. Halbuki məhkəmə qəbul etdiyi qətnamədə də qeyd edir ki, iddiaçı MMC-də hüquqlarının pozulması barədə 27.07.2020-ci il və 10.08.2020-ci il tarixlərdə DƏM-ə müraciət etmişdir. Bu hal onu göstərir ki, iddiaçı 13 iyul 2020-ci il tarixdə işdən azad olunduğu barədə məlumatlı olmuşdur. İddiaçı 27.07.2020- ci il tarixdə DƏM-ə müraciət edərkən artıq hüququnun pozulduğunu bilmişdir. Deməli, iddia müddəti 27.07.2020-ci il tarixdən hesablanmalıdır. İddiaçı isə 01.12.2020-ci il tarixdə, yəni 4 aydan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə bu xüsusatlara nəzər yetirməmiş, iddia müddətini DƏM-in 16.10.2020-ci il tarixli cavab məktubundan hesablayaraq səhv qənaət ə gəlmişdir. Halbuki, iddia müddətinin axımını 16.10.2020-ci il tarixdən götürdükdə belə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüş, 1 ay 14 gündən sonra məhkəməyə müraciət etmişdir. Qanunvericilik hüququ pozulmuş şəxs barəsində yaranmış səbəblərin üzrlü hesab edilməsini nəzərdə tutur. Yəni özünün xəstə olması, ezamiyyətdə olması və s. səbələrdən özünün hüquqlarının bərpası barədə müraciət etməyə imkanı olmadıqda məhkəmə bu səbəbləri üzrlü hesab edə bilər. Burada hüququ pozulmuş şəxsin yaxın qohumları nəzərdə tutulmur. İddiaçının arvadının xəstə olması onun məhkəməyə müraciət etməsinə heç cür təsir göstərmir. Məhkəmə bu halı üzrlü hesab edə bilməz. Digər tərəfdən, məhkəmənin hesab etdiyi kimi, iddia müddətinin axımını 16.10.2020-ci il tarixdən götürdükdə iddi açı artıq 16.11.2020-ci il tarixə kimi məhkəməyə müraciət etməli idi. İddiaçı ərizəsində arvadının bir müddət evdə müalicə aldıqdan sonra 08.12.2020-ci il tarixdə, yəni artıq 01.12.2020-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Yəni iddiaçı arvadı xəstə olan vaxt 01.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Deməli arvadının xəstə olması və evdə müalicə alması iddiaçıya məhkəməyə müraciət etməyə maneçilik törətməmişdir. Belə olan halda iddiaçının 16.11.2020-ci il tarixədək də məhkəməyə müraciət etmək imkanı var idi. Bundan başqa iddiaçı 14 günlük müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Yəni arvadının 14 günlük xəstə olduğunu bildirmişdir. Lakin məhkəmə 14 gündən əvvəlki 1 ay əsas müddətdə məhkəməyə niyə müraciə t olunmadığının səbəblərini araşdırmağa səy göstərməmişdir. Həmçinin 16.10.2020 - 01.12.2020-ci il tarixlər arasında ölkədə “COVİD 19” virusu ilə bağlı hər hansı qapanma olmamışdır. Həmin dövrdə qapanmalar ləğv olunmuşdur. Yalnız 15.12.2020-ci il tarixdən yenidən qapanmalar olmuşdur ki, iddiaçı artıq 01.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirmişdir ki, işdən çıxarılma barədə məlumatı 2020-ci ilin avqust ayı nın 5-ində olmuşdur. Lakin arvadı COVİD-19 virusuna yoluxmaqla xəstə olduğundan məhkəməyə müraciət etməsi gecikmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9821/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və V.İbayev) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının işdən çıxarılmasının qanunsuz olması işin araşdırılmış halları ilə müəyyən edilmişdir. Lakin iddiaçı öz hüquqlarından vaxtında istifadə edərək, müvafiq iddia tələbi ilə müəyyən edilmiş m üddət daxilində məhkəməyə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəf izahatında bildirmişdir ki, işdən çıxma barədə məlumatı 05.08.2020-ci il tarixdə almışdır. Bundan başqa, iş materiallarında olan 16.10.2020-ci il tarixli DƏM tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubundan müəyyən edilir ki, iddiaçıya işəgötürənlə bağlanan əmək müqaviləsinə xitam verildiyi üçün işəgötürənin son haqq-hesabın aparılmaması nəticəsində inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müddətin bərpası barədə təqdim etdiyi ərizəyə hər hansı mötəbər sübut əlavə etməmişdir. İddiaçı arvadının “COVİD 19” virusuna yoluxmasını əsas gətirsə də, bu barədə birinci instansiya məhkəməsinə, eləcə də apellyasiya baxışı zamanı sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçının işdən çıxarılması qanunsuz olsa da, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmiş, müddətin ötürülməsini qəbul etsə də, müddətin bərpa edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir, belə olan halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız olaraq qəbul etməmişdir. Odur ki, qətnamə ləğv edilməli və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi rədd olunmalıdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68, 69, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 375-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə L.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə almamış, iddiaçının hüququnun pozulub-pozulmamasına və digər hallara qiymət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 217.1, 217.3, 220.4, 265.4-cü maddələrinə əməl etməmiş, işdə saxtalaşdırma faktının olmasına baxmayaraq, həmin məsələyə ümumiyyətlə qiymət verməmiş, qəbul etdiyi qətnaməni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandır mamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcə lləsi Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (296-cı maddənin 2-ci bəndi). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (296-cı maddənin 3-cü bəndi). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yən i məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9821/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ İş № 2 (102)-1423/2022 26 aprel 2022-ci il Abşeron rayonu, H.Z.Tağıyev küç, döngə 2, ev 1 X1 Bakı şəhəri, Yasamal ray, Z.Xəlilov küç, 523-cü məh, ev 2/11 Bakı şəhər 17 saylı Vəkil Bürosu Vəkil X5 Bakı şəh əri, Yasamal ray, B.Məmmədov küç, ev 45 X6 Bakı şəhəri, B.Səfəroğlu küçəsi, ev 120, mənzil 1 Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil X7 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(102)-1423/2022 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti- vərəq.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar