Məhkəmə qərarları › İş №2(102)-1377/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1377/2024

01.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1377/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4769/2023 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi ev 1D, 16 saylı (yeni qaydalarla AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 1, M9, m2) mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(006)-995/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddi a tələbinin təmin edilərək cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi ev 1D, 16 saylı (yeni qaydalarla AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 1, M9, m2) mənzildən çıxarılması; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4769/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (X3 (sədrlik edən və məruzəçi), İkram Şirinov və N amiq Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 5. 11 dekabr 2023-cü il tarixdə cavabdeh prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsininin 11 sentyabr 2023-cü il tarixli qətnaməsi haqqında elektron məhkəmə sistemində ona bildiriş gəlmədiyini, qətnaməni təsadüfən elektron məhkəmə sistemində gördüyünü, həmçinin vəkillə müqavilə bağlamağa maddi imkanının yetəri qədər olmadığını bildirərək kassasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edilib müddətin bərpa edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmiş və ərizəyə apellyasiya instansiya məhkəməsininin 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi (vəkil X2) kassasiya şikayətini əlavə etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4769/2023 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərardadı ilə X3 (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) apellyasiya instansiya məhkəməsininin 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 83-cü vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:56-da 2(103)-4769/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə cavabdehə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 16 noyabr 2023-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitmişdir. Həmin müddət bitdikdən sonra, 11 dekabr 2023-cü il tarixdə kassasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayətini ən geci 16 noyabr 2023-cü il tarixdə verməli olduğu halda 11 dekabr 2023-cü il tarixdə vermişdir. Kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün hər hansı bir üzrlü səbəbə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktını icr a etmək əvəzinə prosessual hüquqlarından cavabdehin sui-istifadə etməsi yolverilməzdir.

8. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 133.1, 133.3, 135.5, 135.6, 135.7-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

9. Qərardaddan cavabdeh (Vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının tam ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərardadında cavabdehin tələbi rədd edilən zaman prosessual qanunvericiliyin müddəaları nəzər alınmamışdır. Buna görə də cavabdehin prosessual hüquqlarını n əsassızcasına məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizədə üzrlü səbəblər ətraflı və geniş formada şərh edilməsinə baxmayaraq, bunun üçün qanunda müəyyən edilmiş “üzrlü səbəb”lər anlayışının konteksti nəzərə alınmamışdır. Qanunvericiliyin məqsədi məhz elə şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və buna yönələn hallardan onların müdafiə edilməsi olsa da, apellyasiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamışdır. Məhkəmə tərəfindən MPMin 135-ci maddəsinə istinad edilsə də, qeyd edilən maddənin müddəalarının tətbiqi mütləq xarakter daşımır. Ərizədə qeyd edilmiş səbəblərin üzrlü xarakterinə baxmayaraq, əsassız olaraq qanunun hərfi təfsir və tətbiqi MPM-in 133 və 135-ci maddələrinin düzgün olmayan formada tətbiqi ilə nət icələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

11. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

12. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

13. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutul muş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

17. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötü yünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

18. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) ç atdırılır.

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

22. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən q aytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

24. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 29. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı. 30....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

31. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

32. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:

33. Kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları dü zgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

37. Qeyd olunmalıdır ki, cavabdeh (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, qərardadda cavabdehin tələbinin rədd edilməsi zamanı prosessual qanunvericiliyin müddəalarının nəzər alınmaması, cavabdehin prosessual hüquqlarının əsassızcasına məhdudlaşdırılması, buraxılmış prosessual müddətin bərpası barədə ərizədə üzrlü səbəblərin ətraflı və geniş formada şərh edilməsinə baxmayaraq, bunun üçün qanunda müəyyən edilmiş “üzrlü səbəb”lər anlayışının kontekstinin nəzərə alınmaması ilə əsaslandırmışdır.

38. Halbuki, “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4769/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq cavabdehin elektron kabinetinə 15 sentyabr 2023-cü il tarixdə saat 10:56-da yerləşdirilmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkə mə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.

40. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.

41. Həmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdi rilməklə elektron qaydada yayılır.

42. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 15 sentyabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada verilmiş, yəni onun elektron kabinetinə yüklənmişdir. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 15 noyabr 2023 il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət 12 dekabr 2023-cü il tarixdə saat 16:27-də elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun cavabdehin elektron sisteminə yüklənməsindən 2 ay 27 gün müddət keçdikdən son ra elektron sistemə yüklənmişdir.

1. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətnaməsinin surətinin cavabdehə 15 sentyabr 2023-cü il tarixdə verilməsini, yəni onun elektron sisteminə yüklənməsini, cavabdehin, habelə onun nümayəndəsi və vəkili Vəfadar Piriyevin kassasiya şikayətini 12 dekabr 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə müddət ötürülməklə verməsini, cavabdehin ərizəsində qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməməsini əsas gətirərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi, müddətin bərpasına dair cavabdehin ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bi lər.

44. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 45. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpas ı üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

47. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdehin isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin elektron sisteminə yüklənməsindən 2 ay 27 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini, elektron məhkəmə sistemində ona bildiriş gəlməməsi, qətnaməni təsadüfən elektron məhkəmə sistemində görməsi, həmçinin vəkillə müqavilə bağlamağa maddi imkanının yetəri qədər olmaması və digər formal dəlillərlə əsaslandırmışdır.

48. Məhkəmə kollegiyası Cavabdeh (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin qətnaməni təsadüfən elektron məhkəmə sistemində görməsi və vəkillə müqavilə bağ lamağa maddi imkanının yetəri qədər olmaması üzürlü səbəblər kimi qəbul edilə bilməz. Bu faktlar isə keçən müddət ərzində cavabdehin hərəkətsizlik göstərməsi, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin sonuncu gününü gözləməsini, bununla belə müddəti üçürsüz səbəbdən ötürməsini təsdiq etməklə, onu şikayəti verməsi üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir. Odur ki, kassasiya şikayətinin dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsassızdır.

49. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

50. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4769/2023 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar