Məhkəmə qərarları › İş №2(102)-1378/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1378/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1378/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsgərov Qürbət Ağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv e dilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Səlimova, iş 2(001)-1621/2019) iddia qismən təmin edilmiş, Cavabdeh1 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 52536,60 ABŞ dolları, faiz borcuna görə 4019,05 ABŞ dolları, cəriməyə görə 200 ABŞ dolları olmaqla cəmi 56755,65 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclə rinə görə 1150 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manatın dövlət nəfinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61 kv.m olan qeyri- yaşayış sahəsinin ilkin satış qiymətinin 49.000 manat, Abşeron rayonu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 48.000 manat, Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 4 ünvanında yerləşən ümumi sahəsi 139,6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 97.000 manat, Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 4 ünvanında yerləşən ümumi sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinin 76.500 manat olmaqla açıq hərracda satılm ası, satışdan əldə olunmuş vəsaitdən 56755,65 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 1150 manatın İddiaçı ASC-nin hesabına, 200 manat ekspertiza tədqiqatının dəyərinin dövlət nəfinə keçirilməsi, Cavabdeh2 mülkiyyətində olan göstərilən qeyri-yaşayış sahələrinin açıq hərracda satıldıqdan bir ay sonra boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov, iş № 2(103)-12022/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi mübah isələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı ASC-nin nümayəndəsi X1 izahatı dinləni lməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normala rı düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsinə əsasən, bank borcalana qeyri-yaşayış sahəsinin təmiri məqsədi ilə 36 ay müddətinə illik 18% ödəmək şərti ilə 186000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, borc alan aldığı krediti 29.05.2015-ci il tarixdən başlayaraq 29.04.2018-ci il tarixə kimi hər ayın 29-dan gec olmayaraq hər ay 6725 ABŞ dolları olmaqla banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.5-ci və 5.6-cı bəndlərinə əsasən, borcalan öhdəliyin vaxtında icra edilməməsi halı üçün vaxtında icra edilməyən öhdəliyin 0,11% miqdarında vaxtı keçmiş faiz ödəməyi, öhdəliyin icra edilməməsi halı üçün kredit məbləğinin 36% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin 15.11.2019-cu il tarixli arayışına görə, 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu 49300.08 ABŞ dolları, faiz borcu 9963.95 ABŞ dolları, dəbbə pulu 5000 ABŞ dolları olmaqla cəmi 64264.03 ABŞ dolları borc təşkil edir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış 05.03.2013-cü il tarixli 80/13 saylı ipoteka müqaviləsinə 1A nömrəli 29.04.2015-ci il tarixli əlavəyə əsasən, ipoteka saxlayan İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsinə və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 2 ünvanında yerləşən ümumi sahəsi 61.0 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka saxlayan qarşısında təkrar yülkü etmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış 05.03.2013-cü il tarixli 80/13-1 saylı ipoteka müqaviləsinə 1B nömrəli 29.04.2015-ci il tarixli əlavəyə əsasən, ipoteka saxlayan İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsinə və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 2 ünvanında yerləşən ümumi sahəsi 61,0 kv.m olan qeyriyaşayış sahəsini ipoteka saxlayan qarşısında yülkü etmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış 12.06.2013-cü il tarixli 80/13-5 saylı ipoteka müqaviləsinə 1Q nömrəli 29.04.2015-ci il tarixli əlavəyə əsasən, ipoteka saxlayan İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsinə və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 139,6 kv.m olan qeyriyaşayış sahəsini ipoteka saxlayan qarşısında yülkü etmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış 14.05.2013-cü il tarixli 80/13-4 saylı ipoteka müqaviləsinə 1V nömrəli 29.04.2015-ci il tarixli əlavəyə əsasən, ipoteka saxlayan İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsinə və ona ediləcək əlavələr üzrə borca lanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi b.4 ünvanında yerləşən ümumi sahəsi 102,4 kv.m olan qeyriyaşayış sahəsini ipoteka saxlayan qarşısında yülkü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.04.2015-ci il tarixli RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışlara əsasən, Cavabdeh2 mülkiyyətindəki sözügedən qeyriyaşayış sahələri 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 29.04.2015-ci il tarix dən 36 ay müddətinə İddiaçı ASCnin Paytaxt filialı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı 15.04.2019-cu il tarixli 39 saylı rəyinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 61,0 kv.m) hazırki şəraitdə satış qiyməti 48.000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı 15.04.2019-cu il tarixli 39/1 saylı rəyinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 61,0 kv.m) hazırki şəraitdə satış qiyməti 49.000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı 15.04.2019-cu il tarixli 39/2 saylı rəyinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 102,4 kv.m) hazırki şəraitdə satış qiyməti 76.500 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı 15.04.2019-cu il tarixli 39/3 saylı rəyinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 139,5 kv.m) hazırki şəraitdə satış qiyməti 97.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.05.2019-cu il tarixli 7508 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı (c.i.v. – 24), hesabdan çıxarış məlumatları və 29 aprel 2015-ci il tarixli 02/15 №-li kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh1 30.04.2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 56555,65 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 52536,60 ABŞ dolları, faiz borcu üzrə 4019,05 ABŞ dolları müəyyən olunur. İddiaçı ASC-nin 11.06.2019-cu il tarixli Pay 87 saylı arayışına görə 29.04.2015-ci il tarixli 02/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu 52536,60 ABŞ dolları, faiz borcu 4019,05 ABŞ dolları, dəbbə pulu 5000 ABŞ dolları, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 2928,81 ABŞ dolları olmaqla cəmi 64484,46 ABŞ dolları borc təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385, 442, 448.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 39.3.3-cü maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə-tikinti ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mü lahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edi lməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar