Məhkəmə qərarları › İş №2(102)-1379/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1379/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1379/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, X4, vəkili X8, “xxxx” ASC-nin vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən X6 və qeyrilərinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-1012/2019, hakim G.A.Əsədova) iddiaçılar İddiaçı1, İddiaçı2, İddia çı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası “xxxx” MMC, Azərbaycan Respublikası “xxxx” MMC və Bakı şəhəri Cavabdeh3nə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və “xxxx” ASC-yə qarşı “qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11954/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçılar verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun cavabdeh İddiaçı4 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 34 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması qət edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 40 nömrəli evin 25 nömrəli mənzilinin qiyməti 120.000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MM C-nin xx xxxxxx 2018-ci il tarixli hərracın nəticələri haqqında protokoluna əsasən, həmin mənzil 76.500 manata “xxxx” ASC-yə satılmışdır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası “xxxx” MMC, Azərbaycan Respublikası “xxxx” MMC, Bakı şəhəri Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxaırşın ləğv edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin i zahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Halbuki, mülkiyyətçi İddiaçı1 keçirilmiş hərrac barədə heç bir bildiriş təqdim edilməmiş, hərrac mülkiyyətçinin məlumatı və iştirakı olmadan keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh “xxxx” ASC-nin vəkili və nümayəndəsi isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını xüsusi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan və bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mənzilə dair keçirilmiş hərracın vaxtı barədə məlumatlandırılmadıqlarından hərracın nəticələri barədə protokolun və həmin protokola əsasən əmlakın özgəninkiləşdirilməsinə dair əqdin etibarsız hesab edilməsi, o cümlədən əmlakın qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi təşkil edir. “Qi ymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbu l etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncüşəxslərdən almaq hüququna malikdir. 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC tərəfindən qiymətləndirilmə həyata keçirilərkən qanunvericiliyin tələbləri nə riayət olunmuşdur. Belə ki, əmlakın 2017-ci il tarixə və 2018-ci il tarixə bazar qiymətinin müəyyən edilməsi üçün təkrar ekspertiza təyin edilmiş, mənzilin 2017-ci il tarixə olan orta bazar qiyməti 118.500 manat, 2018-ci il tarixə olan orta bazar qiyməti isə 120.000 manat müəyyən edilmişdir. Göründüyü kimi qiymətlər arasında fərq olmamaqla, sözügedən əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi üçün əsas müəyyən edilmir. Hərracın yekunlarının etibarsız hesab edilməsi ilə bağlı tələbə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilmir. Bu halda, sözügedən hərracın nəticələri haqqında protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barəd ə müqaviləni ləğv etmək üçün də əsas yoxdur. Tərəflər arasında mülki hüquq münasibətləri yaranan vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42-ci maddəsi ilə hərracın keçirilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hərracların təşkili və keçirilməsi barədə bildirişlər hərrac təşkilatçısı tərəfindən İddiaçı4 qeydiyyatda olduğu ünvan 2ünvan bağlıdır” qeyd edilmişdir) və ünvan 3 ünvanına (“bu ünvanda yaşamır” qeyd edilmişdir) göndərilmişdir və həmin bildirişlərin sonuncuy a çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. Digər tərəfdən, «borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçılara qabaqcadan məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsaəsn qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticəqanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar