Məhkəmə qərarları › İş №2(102)-138/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-138/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-138/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-138/2024 Açar söz: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıl arı müəyyən etdi: İşin halları

1. İddiaçı Əliyeva (Səmədzadə) Firuzə Mehman qızı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı övladı olmuşdur.

2. Bakı şəhəri 45 saylı DNK-nın 4Ə-141 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən ünvan 2ənzil xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.

3. İddiaçı cavabdehlə evləndikdən sonra cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış mənzildə yaşamış və həmin ünvana qeydiyyata düşmüşdür. Lakin sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxmışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tər əflər arasındakı nikahın pozulması, azyaşlı Hüseynin anasının yanında və himayəsində saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamə qüvvəyə minməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasına məcburi qaydada köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları bağladığı vaxtdan aralarında narazılıqlar olsa da, övladın ın xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailəsinin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən məcburi şəkildə övladı ilə birlikdə həmin mənzildə yaşamağına cavabdeh və onun yaxın qohumları tərəfindən maneçilk yaradılır. Aralardakı nikahın pozulmasına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə də müraciət edilmişdir. Lakin boşanmağa razı deyil. Belə ki, oğlan uşağı onun himayəsindədir. Hesab edir ki, gələcəkdə onun şəxsiyyət kimi formalaşmasına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq o, 2017-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, övladı orada doğulmuşdur. Ona məxsus olan bütün məişət əşyaları həmin mənzildədir. Cavabdeh ailə qurduğu vaxt mənzili almaq üçün yaxın qohumlarından borc aldığını bildirmiş və uzun zaman işləyər ək borc ödəmişdir. Ailə həmin müddətdə maddi sıxıntılar çəkmişdir. Həmin mənzildən istifadə etmək, öz övladı ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. Bütün əmlakı həmin mənzildə yerləşir. Onun və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Onun və uşağının təhlükəsiz və rahat yaşamağı üçün hesab edir ki, mənzildən istifadə hüququ tanınmalı və həmin evə köçürülməlidir. Gəlin köçdüyü gündən bu günə kimi o, həmin ünvanda övladı ilə birlikdə pasport qeydiyyatındadır. Hazırda o, azyaşlı övladı ilə evsiz qalmışdır. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə birlikdə yaşayıb təsərrüfat idarə etmişlər. Hesab edir ki, nikaha daxil olaraq cavabdehin mülkiyyətin də olan sahəyə köçməklə və aralarında etibarlı ailə münasibətləri mövcud olduğundan iddiaçı mübahisəli mənzildən ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ əldə etmişdir.

7. Qaradağ rayon icra şöbəsinin məktubundan göstərilmişdir ki, Qaradağ rayon Sahil qəsəbəsinin 119 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı qeydiyyatda olduğu ünvan 2ənzil ünvanında yaşamır, icra tədbirləri nəticəsində İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, massiv 5 ünvanında yaşadığı müəyyən edilmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(002)206/2023 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia təmin edilmiş, İddiaçı azyaşlı övladı – xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 2ənzilə köçürülməsi, iş üzrə ödənilmiş 100 manat məb ləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə mübahisə ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin predmeti “evə köçürülmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçının həmin mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış, həmin birgə nikahdan onların xx.xx.2018-ci il tarixdə övladları olmuşdur. İddiaçı hazırkı mülki iş üzrə mübahisə predmeti olan mənzilə 2017-ci il tarixdən gəlin köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür. Beləliklə, tərəflər arasında hüquq münasibətləri onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2017ci il tarixdən yarandığından və iddiaçı azyaşlı uşağı (arvadı və uşağı olduğuna görə) ilə birlikdə cavabdehin ailə üzvü hesab olunduğundan onların mü bahisəli mənzilə istifadə hüquqları vardır.

10. Həmçinin məhkəmə hesab etmişdir ki, müvafiq mübahisə üzrə qətnamə qəbul edilərkən tərəflər arasındakı nikahın pozulması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almadığından (apellyasiya məhkəməsinin icraatında olduğundan) hazırkı işə baxılarkən tərəflər arasındakı nikah xitam verilməmiş hesab olunaraq, Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməli, İddiaçı azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilinə köçürülməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 27.1, 27.2, 27.3, 158.4 və 228.5-ci, Mənzil Məcəlləsinin 30, 30.1, 30.2 və 30.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 217.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1 və 2-ci maddələrinə, “Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 8 oktyabr tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsi öz qətnaməsində mənzilə köçürmənin əsaslı olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış və cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə tərəflər arasında nikahın pozulması ilə bağlı mülki işin hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olması ilə bağlı əsaslandırma aparılmış, lakin bu halda nikahın pozulması ilə bağlı iş üzrə yekun qətnamə qəbul edilənədək icraat dayandırılmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qaradağ Rayon Məhkəməsi Konstitusiya Plenumu Məhkəməsinin bu qərarında qeyd olunan xüsusatları nəzərə almamış, İddiaçı ilə Cavabdeh arasında etibarlı ailə əlaqəsinin olub-olmamasını araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası DİN Qaradağ RPİ 38-ci PB tərəfindən Vəkil sorğusuna cavabdan görünür ki, iddiaçı və cavabdeh barəsində Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində 03/23 sıra sayı altında “Münaqişəli ailə” kimi qeydiyyat aparılmışdır. Belə problemli və münaqişəli ailənin bir evdə yaşaması gələcəkdə çox ciddi təhlüklər, nəticələr yarada bilər, lakin məhkəmə tərəfindən bu faktlara fikir verilməmişdir. Həmçinin, iddiaçının atası X1 İşər Nazirliyinin 102 xidmətinə müraciət edərək qızı İddiaçı qayınları tərəfindən bıçaqla hədələndiyini bildirmiş, bundan sonra Qaradağ RPİ-nin 38-ci PB-də material üzrə araşdırma aparılmış və cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdir. Tərəflər arasında dərin və kəskin münaqişə vardır ki, iddiaçının mənzilə köçürülməsi tərəflər arasında ciddi nəticələr verə bilən koflikt yaradar və bunun nəticələri, fəsadları çox ağır ola bilər. Qaradağ Rayon Məhkəməsi öz qətnaməsində tərəflər arasında nikahın pozulması ilə bağlı mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxıldığı qeyd olunsa da, işin nəticəsinin faktiki olaraq nikaha xitam verilməsi ilə bağlı qətnamə ilə nəticələnəcəyi birmənalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən icraatın dayandırılması barədə qərardad qəbul edilməli və belə olmadığı halda isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə iddia təmin edilməməli idi.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4374/2023 nömrəli, xx.xx.2023-cü il (hakimlər – Xəyal Sarıyevin (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti t əmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(002)-206/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2017-ci il tarixdən yarandığından və onlar X3 ailə üzvü hesab olunduğundan onların qeyd olunan hüquq normalarına (xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2 maddələri) əsasən mübahisəli mənzilə istifadə hüquqları vardır və bu hüququn həyata keçirilməsi X5 tərəfindən yaradılmış maneələrlə əlaqədadır.

16. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

17. Kollegiya tərəflər arasında nikahın pozulması ilə bağlı mülki işin hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olması, buna görə hazırki işin icraatının dayandırılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən və hal-hazırda tərəflərin nikahlarına xitam verilmədiyindən, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.

18. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə, cavabdeh tərəf Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edə bilər.

19. Kollegiya tərəflərin münaqişəli vəziyyətdə olması səbəbindən iddianın təmin edilməməsi ilə bağlı cavabdehin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, həmin dəlil iddianın təmin edilməməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, Vəkil1 iddiaçını apellyasiya instansiya məhkəməsində təmsil etməsi ilə bağlı orderinin olmamasına və səlahiyyətinin rəsmiləşdiriməməsinə baxmayaraq, məhkəmə kollegiyası onun izahatını almış və prosesdə qanunsuz şəkildə iştirak etməsini qətnaməsində təsdiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 43 (İ hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçis i ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

26. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

27. Maddə 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. “Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindəmülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2- ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələ b olunmur. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Mənzil Məcəlləsinin 30.2-ci madd əsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mö vcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəal arı). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəm əsinin mövqeyi:

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla və formal əsaslar kimi qiymətləndirilməklə məhkəmə qətnaməsinin ləğvinə əsas vermir.

42. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyi n yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(103)- 4374/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar