Məhkəmə qərarları › İş №2(102)-1380/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-1380/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1380/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh Vəkilova Qonçə Oleq qızının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19.09.2019-cu il tarixli 2(103)-11347/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1376,48 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin (hakim İ.Burcayev) 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, Ş.Məhərrəmova) 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2019-cu i l tarixli, 2(008)-2074/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.01.2020-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçının kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi Cavabdeh qarşı iddia qaldıraraq 1376,48 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsində yalnız əmlak xarakterli iddialar üzrə qətnamələrdən verilən kassasiya şikayətlərinin mümkünlüyündən bəhs edildiyindən, həmin normanın tələbləri qeyri-əmlak xarakterli iddialar üzrə qətnamələrə şamil olunmur (məsələn, vurulmuş mənəvi ziyana görə pul tələbi və s.). Buna görə də, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən yalnız əmlak xarakterli iddianın qiyməti nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci m addəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-1380/2020 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417,1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19.09.2019-cu il tarixli 2(103)-11347/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-1380/2020 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar