Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1381/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının cavabdehlər Cavabdeh2, X5 və 9 saylı Notariat Ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1381/2023 (Açar sözlər: müqavilə və çıxarışın ləğv edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X22 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehlər Cavabdeh2, X5 və 9 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 2(103)-5858/2023 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Femida” vəkil bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, ünvan 2 ünvanı 22 saylı DNK-nın 3ma-22 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2013 saylı qiyabi qətnaməsinə əsasən 22 saylı DNK-nın 3ma22 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilərək sözügedən evin 1/2 hissəsi üzərin də X3 mülkiyyət hüquqları ləğv edilmiş və həmin 1/2 hissə üzərində X6 mülkiyyət hüquqları qeydə alınmışdır. 43 saylı DNK-nın 4Ə/2-449 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X6 mülkiyyətində olan hissə “X25” ictimai birliyinin adına rəsmiləşdirilmişdir. X3 mülkiyyətində olan 1/2 hissə isə 9 saylı DNKnın 4ə-1/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7411/2018 saylı, 14 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən X6 adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli və “X25” ictimai birliyinin adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışlar xx.xx.2019-cu il tarixində ləğv edilmiş və sözüged ən 1/2 hissə X3 adına qeydiyyata alınmışdır. 13 saylı NK-nın 2V-113 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeyd olunan fərdi evin 1/2 hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ilə X20 arasında bağlanmış 14 saylı NO-nun 4ə 1095 reyestr nömrəli, xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mülk sonuncunun adına qeydiyyata alınmışdır. 9 saylı NO-nun 4ə 276 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə X12 mülkiyyətində olan 1/2 hissə-31,5 kv.m. X4 mülkiyyətinə keçmişdir. ünvan 2 ünvanı tam mülkiyyət hüququ üzrə hazırda Cavabdeh2 məxsusdur. 2. xx.xx.2008-ci il tarixli ƏN-İ seriaylı, 120693 nömrəli etibarnaməyə əsasən, X7 onun bütün əmlakını idarə etməyi və onun üzəri ndə sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X8 etibar etmişdir. Etibarnamədə sələhiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuş və etibarnamə xx.xx.2028-ci ilədək qüvvədə olmaqla verilmişdir.
3. Türkmənistan Respublikasının Aşqabad şəhəri Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2011-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüş və bu barədə xx.xx.2011-ci il tarixdə 264 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. 4. xx.xx.2014-cü il tarixli AN-İ seriyalı, 04077395 saylı alqı-satqı müqaviləsinə əsasən, X3 adından onun etibarnamə üzrə nümayəndəsi X10 ünvan 2 ünvanında yerləşən və 27,4 kv.m. yaşayış sahəsi, 63 kv.m. ümumi sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evindən ona məxsus olan 1/2 hissəsini tam şəkildə “Alıcı” Cavabdeh2 satmışdır. 5. “Elektron notariat” X1 çıxarışa əsasən, X3 ölümü ilə bağlı xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış və qanun üzrə vərəsə qismində İddiaçı tanınmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçının cavabdehlər Cavabdeh2, X13 və digərlərinə qarşı, onun adından Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evə dair X23 ilə X20 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin evə dair X20 ilə Cavabdeh2 arasında bağlanmış 14 aprel 2020-ci il tarixli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh2 adına Reyestr Xidməti tərəfindən verilmiş 21 aprel 2020-ci il tarixli çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 və X5 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X3 adından X10 və Cavabdeh2 arasında 9 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Məsud Əlizadə küçəsi 29 saylı evinin 1/2 hissəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsa sında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, atası X7 xx.xx.2011-ci il tarixində Türkmənistan Respublikasının Aşqabad şəhərində vəfat etmişdir. Ölüm barədə xx.xx.2011-ci il tarixində 264 saylı qeydiyyat nömrəsi ilə Aşqabad şəhərinin Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən qeydiyyat aparılmışdır. xx.xx.2013-cü il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat ofisində X7 barəsində 134 saylı vərəsəlik işi açılmışdır. Eyni tarixdə ölmüş şəxs X3 yeganə qanun üzrə vərəsəsi qismində 219 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış şəhadətnaməyə əsasən tanınmışdır. X2 mülkiyyətində xx.xx.1997-ci il tarixində alınmış, ünvan 2 ünvanı mövcud idi. Lakin, həm in əmlakın 1/2 hissəsinin hazırda Cavabdeh2 mülkiyyətində olması, həmin hissənin X7 tərəfindən satılması bildirilmişdir. Məsələnin araşdırılması üçün xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına və ünvan 3 müvafiq Vəkil Sorğuları göndərilmiş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində cavablandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı cavab məktubunda qeyd etmişdir ki, ünvan 2 ünvanının X3 mülkiyyətində olan 1/2 hissəsi 9 saylı Dövlət Notariat Kontorunun 4ə-l/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Vəkil sorğusuna cavab verilmiş, xx.xx.2014-cü il tar ixində X7 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və ona aid olan sənədlərlə birgə notariat işi əlavə olunaraq göndərilmişdir. Sənədlər təqdim olunduqdan sonra məlum olmuşdur ki, alqı-satqı müqaviləsində satıcı qismində həmin tarixdə artıq 3 il əvvəl vəfat etmiş X2 adından etibarnamə əsasında X10 çıxış etmişdir. Göründüyü kimi, ölmüş şəxsin adından etibarnamə əsasında saxta alqı-satqı müqaviləsi bağlanmış, kobud şəkildə hüquqları pozulmuşdur. Bundan başqa xx.xx.2013-ci il tarixdə Vərəsəlik işinin açılmasına, onun reyestrdə qeydiyyata alınmasına baxmayaraq, alqı-satqı müqaviləsinin hansı üsullarla aparılması məlum deyildir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-625/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (X19) iddia rədd edilmişdir.
10. Məhkəmə gəldiy i nəticə ilə bağlı qeyd etmişdir ki, X3 adından etibarnamə əsasında X10 ilə Cavabdeh2 arasında “Alqı-satqı müqaviləsinin” bağlanmasında tərəflər iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (MM-nin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Digər tərəfdən, iş materiallarından görünür ki, Cavabdeh2 mübahisəli evin qeyd olunan hissəsini vicdanlı əldə edib və işdə, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur.
11. Məhkəmə daha sonra göstərmişdir ki, Cavabdeh2 alqı-satqı müqaviləsi bağlayarkən evin almaq istədiyi 1/2 hissəsinin X3 adına qeydiyyata alındığını hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əml akın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan, X10 isə X3 adından qanunla icazə verilən bütün əqdləri bağlamaq ixtiyarı olduğunu xx.xx.2008-ci il tarixli ƏN-İ seriaylı, 120693 nömrəli etibarnamədən görərək, xx.xx.2014-cü il tarixli AN-İ seriyalı, 04077395 saylı alqı-satqı müqaviləsini bağlamışdır. Mülki işin materiallarında Cavabdeh2 mübahisəli evə münasibətdə vicdansız sahib olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir.
12. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçının hazırki iddia tələbinin, etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş mübahisəlndirmə müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentya br 2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir. Beləliklə, İddiaçı həmin qətnamədən daha əvvəlki tarixdə hazırki mübahisə premdeti olan mənzilin Cavabdeh2 tərəfindən əldə edildiyi barədə məlumatı olmuş, lakin hazırki iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə əqdin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti İd diaçı tərəfindən ötürülmüşdür.
13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən, həmçinin iddiaçı müddətin bərpa edilməsinə dair ərizəsinə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübut əlavə etmədiyindən iddia tələbi təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 152.8, 157.2, 178.1, 324.1, 324.2, 342.4, 329.1, 334.1, 334.2, 362.1, 364.1, 386.1, 390.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Qətnamədən iddia çının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rüstəm Xankişiyevin vəfat etməsi, vərəsəlik işi ilə əlaqədar şəhadətnamə verilməsinə, həmçinin sistemdə olmasına baxmayaraq 9 saylı Notariat Ofisi tərəfindən ölmüş şəxsin adından C.Quliyev tərəfindən xx.xx.2014-cü il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Göründüyü kimi ölmü şəxsin adından etibarnamə əsasında saxta alğı-satqı müqaviləsi bağlanmışdı r. Bundan başqa, Cavabdeh2 mübahisələnidirilən 1/2 hissəyə dair mülkiyyət hüququnu qeyri-qanuni yollarla əldə etməsini, ölünün adından saxta alğı-satqı müqaviləsi bağlanmasını yalnız xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına və ünvan 3 ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bilmişdir. Rayon Məhkəməsinin bu halda iddia müddətini tətbiq etməsi absurd məsələdir.
17. Cavabdeh2 və onun vəkili və nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat vermişlər. Cavabdeh2 vəkili və nümayəndəsi əlavə olaraq bildirmişdir ki, idd iaçı mübahisələndirdiyi “Alqı-satqı müqaviləsindən” artıq 2014-cü ildə məlumatlı olmuş, lakin iddia ərizəsini 2021-ci ildə verməklə, 1 illik müddəti ötürmüşdür.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5858/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (X11 (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçının cavabdehlər Cavabdeh2, X9 və 9 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiası təmin edilməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində bildiri r ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin mövcudluğu barədə məlumatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 9 saylı Notariat Ofisinə ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı ol an Cavabdeh2 satdığını göstərmişdir. Məhkəmə həmin mülki işi Bakı Apellyasiya Məhkəməsinin arxivindən götürmüş və iş materiallarını tədqiq etmişdir. Həmin mülki işdən görünür ki, İddiaçı 29 saylı evin digər 1/2 hissəsi ilə bağlı xx.xx.2020-ci il tarixli Cavabdeh2 və Vəli Əliyev arasında bağlanmış “Alqısatqı müqaviləsini” mübahisələndirmişdir. O, xx.xx.2020-ci il tarixdə həmin iddianı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verərkən, yuxarıda qeyd edilən evin Cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən “Reyestrdən çıxarışı” həmin iddia ərizəsinə əlavə etmişdir (həmin işin 1-ci cildi; vərəq 16). Həmin işin 25-ci səhifədə olan digər “Çıxarışdan” görünür ki, mübahisəli evin 1/2 hissəsi Cavabdeh2, digər 1/2 hissəsi isə hazırki iş üzrə tərəf olmayan Vəli Əliyevin mülkiyyətindədir. Göründüyü kim i, yuxarıda qeyd edilən iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə verilən zaman iddiaçı ev üzərində Cavabdeh2 mülkiyyət hüququnun mövcud olduğunu bilirdi və həmin tarixdə də onun hüququnun yaranması əsasını bilməli idi. Göstərilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Çünki müqavilənin etibarsızlığı ilə bağlı (hazırki) iddia xx.xx.2021-ci il tarixdə Rayon Məhkəməsinə verilmişdir. Bu baxımdan hesab edilməlidir ki, iddianın “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilə bilməz.
20. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın qeyd edilən hissəsi təmin edilmədiyindən ondan irəli gələn “alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barə də” hissəsi də təmin edilə bilməz. Çünki bu kimi tələbin əsaslı hesab edilməsi üçün əsas yoxdur.
21. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 347.1, 354.1, 359.1, 362.1, 365.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yal an əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Qeyd edilən mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş audio yazıya dair münasibət bildirilməmişdir. Audio yazının 22-ci dəqiqəsində cavabdeh tərəfindən “ölünün adından alqı-satqı necə etdiyini”, “Raminin dədəsi Rüstəm ölmüşdü, necə ölünün adından alqı-satqı etdim?” kimi etiraflar edilmişdir. Lakin, məhkəmə audio yazı ilə bağlı münasibət bildirməmiş, məhkəmə üçün əhəmiyyətli olan faktları araşdırmamışdır. Qeyd olunmalıdır ki, şahid qismində dindirilən X14 ifadəsi təhrif edilmiş (məhkəmənin audio yazısına diqqət edilməli), X3 ölmüş olduğunu Cavabdeh2 bildiyini deməsinə baxmayaraq, bilmədiy i qeyd edilmişdir. Bu kimi təhriflər məhkəmənin nüfuzuna xələl gətirməklə yanaşı, həmçinin ədalətli məhkəmə araşdırmasının aparılmasına əsaslı şübhələr yaradır.Cavabdeh2 mübahisələndirilən 1/2 hissəyə dair mülkiyyət hüququ olmasını bilirdilər. Lakin mülkiyyət hüququnu qeyri-qanuni yollarla əldə etməsini, ölünün adından saxta alğı-satqı müqaviləsi bağlanmasını yalnız tərəflərindən xx.xx.2021-ci il tarixlərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına və ünvan 3 ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində alınan cavablar əsasında bilmişlər. Məhkəmənin bu halda iddia müddətini tətbiq etməsi absurd məsələdir. xx.xx.2021-ci il tarixində məhkəməyə müraciət olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublik asının Mülki Məcəlləsi.
24. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
25. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
26. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən tə msilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
27. Maddə 362.1. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
28. Maddə 365.1. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
41. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, ünvan 2 ünvanının X3 mülkiyyətində olan 1/2 hissəsi 9 saylı Dövlət Notariat Kontorunun 4ə-l/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Alqı-satqı müqaviləsində satıcı qismində həmin tarixdə artıq 3 il əvvəl, yəni xx.xx.2011-ci il tarixdə vəfat etmiş iddiaçının X2 adından etibarnamə əsasında X10 çıxış etmişdir.
42. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, ölmüş şəxsin adından etibarnamə əsasında saxta alqı-satqı müqaviləsi bağlanmış, hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa xx.xx.2013-ci il tarixdə adına Vərəsəlik işinin açılmasına, onun reyestrdə qeydiyyata alınmasına baxmayaraq, alqı-satqı müqaviləsinin hansı üsullarla aparılması məlum deyildir. Ona görədə iddiaçı X3 adından X10 və Cavabdeh2 arasında 9 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Məsud Əlizadə küçəsi 29 saylı evinin 1/2 hissəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
43. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində mübahisələndirilən alqı-satqı müqaviləsinin mövcudluğu barədə məlumatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 9 saylı Notariat Ofisinə ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir. Həmin iddia ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Məhkəmə həmin mülki işi tədqiq edərkən müəyyən etmişdir ki, İddiaçı 29 saylı evin digər 1/2 hissəsi ilə bağlı xx.xx.2020-ci il tarixli Cavabdeh2 və Vəli Əliyev arasında bağlanmış “Alqı-satqı müqaviləsini” mübahisələndirərkən, yəni xx.xx.2020-ci il tarixdə həmin iddianı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verərkən, yuxarıda qeyd edilən evin Cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən “Reyestrdən çıxarışı” həmin iddia ərizəsinə əlavə etmişdir. Həmin işdə olan digər “Çıxarışdan” görünür ki, mübahisəli evin 1/2 hissəsi Cavabdeh2, digər 1/2 hissəsi isə hazırki iş üzrə tərəf olmayan Vəli Əliyevin mülkiyyətindədir. Odur ki, yuxarıda qeyd edilən iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə verilən zaman iddiaçı ev üzərində Cavabdeh2 mülkiyyət hüququnun mövcud olduğunu bilirdi və həmin tarixdə də onun hüququnun yaranması əsasını bilməli idi. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin etibarsı zlığı ilə bağlı hazırki iddianı xx.xx.2021-ci il tarixdə Rayon Məhkəməsinə verməklə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Odur ki, iddianın “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın qeyd edilən hissəsi təmin edilmədiyindən ondan irəli gələn “alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” hissəsi də təmin edilə bilməz. Çünki bu kimi tələbin əsaslı hesab edilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə xx.xx.2011-ci il tarixdə ölmüş X3 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən, 27,4 kv.m. yaşayış sahəsi, 63 kv.m. ümumi sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinin, Rüstəm Xankişiyevin adından onun etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən 9 saylı DNK-nın 4ə-1/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, yəni Rüstəm Xankişiyevin ölümündən 3 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh2 satılması işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən məsələ iddia müddətinin tətbiqidir.
45. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticəl əri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
46. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasını n və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarı).
47. Bununla belə məhkəmə kollegiyası əqdin etibarsız hesab edilməsi üzrə iddiaçının məhkəməyə 1 illik müddət keçdikdən sonra müraciət edilməsi və nəticədə əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi b arədə məhkəmənin mövqeyini əsaslı hesab etmir.
48. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərar).
49. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, et ibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.
50. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
52. Həmin Məcəllənin 365.1-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verildiyindən, hazırki işdə mübahisəli mənzilin 1/2 hissəsi mülkiyyətçi tərəfindən verilmiş etibarnaməyə əsasən təmsil edən şəxs tərəfindən etibar edənin ölümündən sonra satılması həmin əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuz olduğu, yəni əhəmiyyətsiz əqd olduğunu göstərir.
53. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
54. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, tam əşya hüququ olan mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil edilmədiyindən, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin müvafiq iddialarına Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş müddətin tətbiqi mülkiyyət hüququnun əsassız şəkildə pozulması kimi qiymətləndirilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarı)
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qət naməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir. 57.
70. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
58. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarları na cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Res publikasına qarşı iş üzrə2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə1994-cü il 19 aprel tarixli qərarlar).
60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir.
61. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
62. Göstərilənlərə əsasən və Azərbayca n Respublikası MPM-nin 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5858/2023 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.