Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-620/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçının cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və 9 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X12 və X18) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(103)-4095/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2008-ci il tarixli etibarnaməyə əsasən X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyivə yaxud ondan imtina etm əyi və digər hərəkətləri etməyi 20 il müddətinə, yəni xx.xx.2020-ci il tarixə kimi X14 etibar etmiş, etibarnamədə sələhiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.
2. X13 xx.xx.2011-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüşdür.
3. X3 ölümü ilə bağlı xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış və qanun üzrə vərəsə qismində İsmailova Flora Rüstəm qızı tanınmışdır. 4. xx.xx.2014-cü il tarixli AN-İ 04077395 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X13 (onun adından etibarnaməyə əsasən nümayəndəsi X19) ünvan 1 ünvanda yerləşən və 27,4 kv.m. yaşayış, 63 kv.m. ümumi sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən ona məxsus olan 1/2 hissəni tam şəkildə alıcı Cavabdeh2 satmışdır. 5. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanm a müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77.1 kv.m olan fərdi yaşayış evi və 0,09217 kv.m torpaq sahəsi hədiyyə verən Cavabdeh2 tərəfindən hədiyyə alan X15 tam hissədə bağışlanmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanı 22 saylı DNK-nın 3ma-22 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2013 nömrəli qiyabi qətnaməsinə əsasən 22 saylı DNK-nın 3ma-22 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqısatqı müqaviləsi ləğv edilərək, sözügedən evin 1/2 hissəsi üzərində X3 mülkiyyət hüquqları ləğv edilmiş və həmin 1/2 hissə üzərində X16 mülkiyyət hüquqları qeydə alınmışdır. 43 saylı DNK-nın 4Ə/2-449 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X16 mülkiyyətində olan hissə “X35” ictimai birliyinin adına rəsmiləşdirilmişdir. X3 mülkiyyətində olan 1/2 hissə isə 9 saylı DNK-nın 4ə1/105 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7411/2018 saylı 14 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən X16 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli və “X35” ictimai birliyinin adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışlar xx.xx.2019-cu il tarixində ləğv edilmiş və sözügedən 1/2 hissə X3 adına qeydiyyata alınmışdır. 13 saylı NK-nın 2V-113 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeyd olunan fərdi evin 1/2 hissəsi Flora İsmailovanın mülkiyyətinə verilmişdir. Flora İsmailova ilə X30 arasında bağlanmış 14 saylı NO-nun 4ə-1095 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən sözügedən mülk sonuncunun adına qeydiyyata alınmışdır. 9 saylı NO-nun 4ə-276 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə X20 mülkiyyətində olan 1/2 hissə - 31,5 kv.m. X4 mülkiyyətinə keçmişdir. ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə hazırda Cavabdeh2 məxsusdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 nömrəli 14 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçının cavabdehlər Cavabdeh2, X21 və X26 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1081/2021 nömrəli 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2311/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçının adından cavabdeh X33 ilə X30 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4859/2021 nömrəli 12 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1081/2021 nömrəli 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçının ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Məsud Əlizadə küçəsi 29 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlər X21, X26 və Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16(103)-305/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi X5 ərizəsi qismən təmin edilmiş, İddiaçının cavabdehlər Cavabdeh2, X6 və 9 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləşən 29 nömrəli evin 1/2 hissəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adından X19 ilə Cavabdeh2 arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış Bakı şəhəri Məsud Əlizadə küçəsi 29 saylı evinin 1/2 hissəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunm asını xahiş etmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-625/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim K.Əmirxanova). b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişlər.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5858/2022 nömrəli iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov). c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsin dən iddiaçı kassasiya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1381/2023 nömrəli iş üzrə 01 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, ünvan 2 ünvanının X3 mülkiyyətində olan 1/2 hissəsi 9 saylı Dövlət Notariat Kontorunun 4ə- l/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Alqı-satqı müqaviləsində satıcı qismində həmin tarixdə artıq 3 il əvvəl, yəni xx.xx.2011 -ci il tarixdə vəfat etmiş iddiaçının atası X3 adından etibarnamə əsasında X19 çıxış etmişdir. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, ölmüş şəxsin adından etibarnamə əsasında saxta alqı-satqı müqaviləsi bağlanmış, hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa xx.xx.2013-ci il tarixdə adına Vərəsəlik işinin açılmasına, onun reyestrdə qeydiyyata alınmasına baxmayaraq, alqı-satqı müqaviləsinin hansı üsullarla aparılması məlum deyildir. Ona görədə iddiaçı X3 adından X19 və Cavabdeh2 arasında 9 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Məsud Əlizadə küçəsi 29 saylı evinin 1/2 hissəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyas iya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində mübahisələndirilən alqı-satqı müqaviləsinin mövcudluğu barədə məlumatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 9 saylı Notariat Ofisinə ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən Flora İsmailova öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir. Həmin iddia ilə bağlı Bakı şəhər i Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Məhkəmə həmin mülki işi tədqiq edərkən müəyyən etmişdir ki, İddiaçı 29 saylı evin digər 1/2 hissəsi ilə bağlı xx.xx.2020-ci il tarixli Cavabdeh2 və Vəli Əliyev arasında bağlanmış “Alqı-satqı müqaviləsini” mübahisələndirərkən, yəni xx.xx.2020-ci il tarixdə həmin iddianı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verərkən, yuxarıda qeyd edilən evin Cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən “Reyestrdən çıxarışı” həmin iddia ərizəsinə əlavə etmişdir. Həmin işdə olan digər “Çıxarışdan” görünür ki, mübahisəli evin 1/2 hissəsi Cavabdeh2, digər 1/2 hissəsi isə hazırki iş üzrə tərəf olmayan Vəli Əliyevin mülkiyyətindədir. Odur ki, yuxarıda qeyd edilən iddia ərizəsi Nərimanov Rayon Məhkə məsinə verilən zaman iddiaçı ev üzərində Cavabdeh2 mülkiyyət hüququnun mövcud olduğunu bilirdi və həmin tarixdə də onun hüququnun yaranması əsasını bilməli idi. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı hazırki iddianı xx.xx.2021-ci il tarixdə Rayon Məhkəməsinə verməklə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Odur ki, iddianın “alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın qeyd edilən hissəsi təmin edilmədiyindən ondan irəli gələn “alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” hissəsi də təmin edilə bilməz. Çünki bu kimi tələbin əsaslı hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd ed ir ki, hazırki iş üzrə xx.xx.2011-ci il tarixdə ölmüş X3 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən, 27,4 kv.m. yaşayış sahəsi, 63 kv.m. ümumi sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinin, Rüstəm Xankişiyevin adından onun etibarnamə üzrə nümayəndəsi X19 tərəfindən 9 saylı DNK-nın 4ə-1/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, yəni Rüstəm Xankişiyevin ölümündən 3 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh2 satılması işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən məsələ iddia müddətinin tətbiqidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiə sini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarı). Bununla belə məhkəmə kollegiy ası əqdin etibarsız hesab edilməsi üzrə iddiaçının məhkəməyə 1 illik müddət keçdikdən sonra müraciət edilməsi və nəticədə əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi barədə məhkəmənin mövqeyini əsaslı hesab etmir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4095/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Qasımov və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləş ən 29 saylı ev, o cümlədən onun hazırda mübahisələndirilən ½ hissəsi xx.xx.1997-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının atası X13 tərəfindən əldə edilmiş və bundan sonra onun həmin əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2013 saylı qiyabi qətnaməsinə əsasən həmin alqı-satqı müqaviləsi bu əmlakın hazırda mübahisələndirməyən ½ hissəsinə aid hissədə ləğv edilmiş, X3 həmin hissə üzərində olan mülkiyyət hüquqları ləğv edilərək, X16 mülkiyyət hüququ qeydə alınmışdır. Sonuncu isə bu əmlakı xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən “X35” İctimai Birliyin mülkiyyətinə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən “X35” İctimai Birliyin adına verilmiş çıxarışlar xx.xx.2019-cu il tarixdə ləğv edilmiş və əmlak yenidən X3 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında əmlak iddiaçının, onunla X30 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən isə sonuncunun mülkiyyətinə keçmiş, o da öz növbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin xeyrinə özgəninkiləşdirmiş və onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlakın hazırda mübahisə predmeti olan ½ hissəsi isə xx.xx.2014-cü il tarixli alqısatqı müqavilsinə əsasən X13 tərəfindən (onun adından xx.xx.2008-ci il tarixdə verilmiş etibarnamə əsasında X19 çıxış etmişdir) cavabdehə satılmışdır. Bununla belə, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləşən 29 saylı ev vahid əmlak şəklində xx.xx.2020-ci il tarixdən cavabdehin mülkiyyətindədir. İddiaçının atası və vaxtı ilə həmin əmlakın mülkiyyətçisi olmuş X13 xx.xx.2011-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüş, bundan sonra xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış, iddiaçı da onun vərəsəsi kimi tanınmışdır. Hazırda iddiaçı X3 vərəsəsi olaraq, onun xx.xx.2011-ci il tarixdə ölməsinə baxmayaraq, bu hadisədən 3 ilə yaxın müddət ötdükdən sonra onun tərəfindən verilmiş və ölümü ilə artıq xitam olmuş etibarnamə əsasında X10 mübahisəli əmlakı cavabdehə satdığını, alqı-satqı zamanı onların hər ikisinin X3 ölməsini bildiyini, cavabdehin bunu etiraf etdiyi audioyazının mövcud olduğunu iddia edir və həm in müqavilənin etibarsız hesab edilməsini, onun əsasında verilmiş çıxarışın isə ləğv edilməsini xahiş edir. Bununla bağı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman əmlakın mülkiyyətçisi olmuş X13 artıq 3 ilə yaxın müddətdir ki, ölmüşdür. Bu baxımdan X14 X3 adından həmin müqaviləni rəsmiləşdirməyə səlahiyyət verən xx.xx.2008-ci il tarixli etibarnaməyə hüquqi nəticə etibarı ilə sonuncunun ölməsi səbəbi ilə xitam verilmişdir. Bu baxımdan qeyd edilən müqavilə həmin vaxt buna hər hansı səlahiyyəti olmayan X19 tərəfindən özgəninkiləşdirilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı Mülki Məcəllənin 366-cı maddəsinə istinadən qeyd edir ki, xx.xx.2008-ci il tarixli etibarnamə 20 il müddətinə verilmiş, bundan sonra X13 ölkəni tərk edərək, Türkmənistan Respublikasına köçmüş və xx.xx.2011-ci il tarixdə həmin respublikanın Aşqabad şəhərində ölmüşdür. Alqı-satqı zamanı onun adından etibarnamə əsasında çıxış etmiş X19 2015-ci ildə X7 qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (2(006)-71/2015 saylı mülki iş) iddia qaldıraraq bu əmlakın həqiqətdə ona məxsus olduğunu, sadəcə olaraq X3 adına rəsmiləşdirildiyini iddia etmiş və əmlakın sonuncunun mülkiyyətinə keçməsinə əsas olmuş xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş etmişdir. Etibarnamənin müddəti, X3 Aşqabad şəhərində ölməsi, X10 ona qarşı 2015-ci ildə iddia qaldırması onun bu şəxsin ölməsi barədə məlumatının olmamasını təsdiq edir. Hə min icraat çərçivəsində X3 digər vərəsəsi X17 da ölmüş şəxsin adından bağlanması əsası ilə bu müqavilənin etibarsızlığını mübahisələndirmiş, lakin X10 və Cavabdeh2 X3 ölməsi barədə məlumatlı olmasını söyləməmişdir (sonradan onun bu iddiadan imtinası nəticəsində həmin hissədə iş üzrə icraata xitam verilmişdir). Ümumiyyətlə müqavilə bağlanan zaman müqavilə tərəflərinin hər hansı birinin X3 ölməsi barədə məlumatlı olmasını, o cümlədən X10 onunla münasibət saxlamasını, cavabdehin isə onu tanımasını təsdiq edən hər hansı sübut mövcud deyil. İddiaçı tərəf özü də bu barədə hər hansı sübut təqdim edə bilmir. Halbuki, əmlakın alqı-satqı tarixinə vərəsəlik işinin açılmasından artıq 5 ay ötmüşdür. Bu baxımdan qeyd edilən şəxslər öz təşəbbüsü ilə də etibarnamə sahibinə bu barədə məlumat verməli, həmin əmlakla maraqlanmalı və ona sahiblik etməyə başlamalı idi. Lakin onlar tərəfindən belə bir adımlar atılmamış, nəticədə X17 müqaviləni ölüm tarixindən 4 il keçdikdən sonra, yəni 2015-ci ildə, iddiaçı isə 10 il, qardaşının iddiasından isə 6 il sonra, yəni 2021-ci il tarixdə mübahisələndirmişdir. Belə olan halda, müqavilə tərəflərinin X3 ölməsi barədə məlumatı hansı qaydada əldə edə bilməsi və onların bu hadisə barədə məlumatlı olması ümumiyyətlə mümkün deyil. İddiaçı atasının X19 ilə münasibətinin olması və Türkmənistan Respublikasına getdikdən sonra onunla hər hansı formada münasibət saxlaması barədə də məlumat verə bilmir. X2 iddiaçı olduğu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmış 2(006)71/2015 saylı mülki iş üzrə tələbi, mövqeyi və təqdim etdiyi sənədlər həmin əmlakın məhz onun istifadə və sahibliyində olmasına dəlalət edir. Qeyd edilənlər, habelə əmlaka dair 20 il müddətinə etibarnamənin olması onların münasibət saxlamaması və biri-birləri barəsəində məlumatlı olmamasını mümkün edir. Hər bir halda, X1 Ramil Rüstəm oğlunun 2011-ci ildə ölməsini bilsə idi, alqı-satqı müqaviləsini yalnız 3 ildən sonra bağlamış olmazdı. Müqavilə bağlanan ərəfədə bilməsini isə (hansı şəxs məlumat verib, hansı şəraitdə bilib və sair) nəinki təsdiq edən hər hansı sübut mövcud deyil, ümumiyyətlə bu barədə hər hansı şifahi məlumat belə yoxdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş audioyazı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin audioyazı 2020-ci il tarixə aiddir. Cavabdehlə iş üzrə şahid qismində ifadəsi alınmış X33 arasında baş vermiş söhbəti əks etdir ir. Həmin söhbət zamanı cavabdeh “ölünün adından satdı” kimi ifadələri işlədir. Lakin nəzərə alınmalıdır ki, audioyazı 2020-ci ildə qeydə alınmışdır. Həmin vaxt X3 ölməsi cavabdehə artıq məlum idi və audioyazıda cavabdehin alqı-satqı müqaviləsi bağlanan zaman X3 ölməsini etiraf etmədiyi bir halda, onun bu cümlələri artıq məlum olan faktın təsdiqi xarakteri daşıyır. Birinci instansiya məhkəməsində ifadə verən bu şahid (məhkəmə kollegiyası tərəfindən prosesdən kənar məhkəmə iclasının videoyazısına baxılmışdır) ilk olaraq cavabdehin müqavilə bağlanan zaman X3 ölməsini bilmədiyini qeyd etsə də, sonra iddiaçının vəkilinin sualına cavab olaraq, cavabdehin söhbət zamanı bu halı etiraf etdiyini bildirmişdir. Lakin audioyazıda cavabdeh belə bir etiraf etmir. Bu səbəbdən məhkəmə həmin audioyazını ap ellyasiya şikayətinin təmin edilməsi üçün əsas hesab etmir. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli müqavilə bağlanan zaman, həmin müqaviləni imzalayan satıcı X19 (mülkiyyətçi X13 tərəfindən verilmiş və mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə qüvvədə olan etibarnaməyə əsasən) və alıcı Cavabdeh2 həmin etibarnaməyə X3 ölümü nəticəsində (əsası ilə) xitam verildiyini bilməmiş və bilmək imkanı da olmamış, həmin vaxt artıq 5 aydır ki, açılmış vərəsəlik işi üzrə X3 vərəsəsi olan iddiaçı, habelə əvvəllər eyni iddianı qaldırmış onun qardaşı X17 da onlara bu barədə hər hansı məlumat verməmişdilər. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin sərgilədiyi hüquqi mövqe baxımından deyil, məhz Mülki Məcəllənin 366-cı maddəsinin tələbləri baxımından qeyd edilən alqı- satqı müqaviləsini etibarlı hala gətirmiş olur və onun etibarsız olmasını istisna edir. Belə olan halda, hüquqi nəticə etibarı ilə həmin müqaviləyə hər hansı müddətin tətbiq edilməsi də istisna edilir. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləşən 29 saylı ev (artıq vahid əmlak şəklində) xx.xx.2020-ci il tarixdə (hazırki iddiadan əvvəl) qızı (iş üzrə üçüncü şəxs) X15 bağışlamışdır. Sadəcə olaraq həmin vaxt digər mülki iş üzrə bu əmlakın özgəninkiləşdirilməsi iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən müvəqqəti təminat tədbiri qaydasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehə qadağa edilmişdir. Həmin mübahisə bitdikdən sonra müvəqqəti təminat tədbiri m əhkəmə qaydasında xx.xx.2023-cü il tarixdə ləğv edilsə də, iddiaçının hazırki iş üzrə verdiyi yeni ərizə əsasında bu əmlakın özgəninkiləşdirilməsi Bakı Apellyasiya Məhkəməsinin 16(103)-305/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə yenidən qadağa edilmişdir. Başqa sözlə, bügünədək əmlaka dair X11 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması bağışlama müqaviləsindən irəli gələn öhdəliklərin tərəflərdən hər hansı birinin yerinə yetirməməsi ilə deyil, tərəflərin iradəsindən asılı olmayan, yəni məhkəmə aktları ilə bu hərəkətin yerinə yetirilməsinə qoyulmuş məhdudiyyətlər səbəbindən olmuşdur. Qeyd edilənlər də öz növbəsində həmin müqavilənin etibarsız hesab edildiyi təqdirdə belə, bu əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasının mümkünlüyünə hüquqi qiymətin verilməsinə zərurət ya ratmış olur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlillərinə görə, Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş etirafedici audioyazıya Bakı Apellyasiya Məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. Şahid qismində dindirilən X22 ifadəsi məhkəmə tərəfindən təhrif edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və v əzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; Maddə 366.1. Etibarnamə ve rmiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur; Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
25. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərə flərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan m əhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasın ın yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisləndirilən hissədə düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
32. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlı sayılması, yəni arz u olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edə rkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnı z iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar).
33. Müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmaya n, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.
34. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iddiaçı etirafedici audioyazıya apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilmədiyini, şahid qismində dindirilən şəxsin ifadəsinin məhkəmə tərəfindən təhrif edildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, həmin audioyazı 2020-ci il tarixə aiddir, cavabdehlə iş üzrə şahid qismində ifadəsi alınmış R.Quliyev arasında baş vermiş söhbəti əks etdirir, həmin vaxt R.Xankişiyevin ölməsi cavabdehə artıq məlum idi və audioyazıda cavabdehin alqı-satqı müqaviləsi bağlanan z aman R.Xankişiyevin ölməsini etiraf etmədiyi bir halda, onun bu cümlələri artıq məlum olan faktın təsdiqi xarakteri daşıyır, audioyazıda cavabdeh belə bir etiraf etmir, alıcı Cavabdeh2 etibarnaməyə R.Xankişiyevin ölümü nəticəsində (əsası ilə) xitam verildiyini bilməmiş və bilmək imkanı da olmamış, həmin vaxt artıq 5 aydır ki, açılmış vərəsəlik işi üzrə X3 vərəsəsi olan iddiaçı, habelə əvvəllər eyni iddianı qaldırmış onun qardaşı X17 da onlara bu barədə hər hansı məlumat verməmişdilər. Şikayətin dəlilləri də işin bu halları, yəni qeyd olunan faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin sözügedən hallara uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Çünki, kassasiya məhkəməsi s übut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §25).
35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4095/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.