Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4095/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdehlər Cavabdeh2 və ünvan 2 qarşı (X20 və X29 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi) X3 (sədrlik edən və məruzəçi), X6 və X16 ibarət tərkibdə, Məhkəmə iclas katibi X17, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi X27 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh2 və ünvan 2 qarşı (X20 və X29 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-625/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2008-ci il tarixli, ƏN-İ seriyalı, 120693 nömrəli etibarnaməyə əsasən X22 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyivə yaxud ondan imtina etməyi və digər hərəkətləri etməyi 20 il müddətinə, yəni xx.xx.2020-ci il tarixə kimi X23 etibar etmişdir. Etibarnamədə sələhiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.
2. Türkmənistan Respublikasının Aşqabad şəhəri Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.2011-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüş və bu barədə xx.xx.2011-ci il tarixdə 264 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır.
3. “Elektron notariat” X1 çıxarışa əsasən X7 ölümü ilə bağlı xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış və qanun üzrə vərəsə qismində İddiaçı tanınmışdır.
4. xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı, 04077395 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X22 (onun adından etibarnaməyə əsasən nümayəndəsi X30) ünvan 1 ünvanında yerləşən və 27,4 kv.m. yaşayış, 63 kv.m. ümumi sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən ona məxsus olan 1/2 hissəni tam şəkildə “Alıcı” Cavabdeh2 satmışdır.
5. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.1 kv.m olan fərdi yaşayış evi və 0,09217 kv.m torpaq sahəsi hədiyyə verən Cavabdeh2 tərəfindən hədiyyə alan X24 tam hissədə bağışlanmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanı 22 saylı DNKnın 3ma-22 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2013 saylı qiyabi qətnaməsinə əsasən 22 saylı DNK-nın 3ma-22 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli alqısatqı müqaviləsi ləğv edilərək, sözügedən evin 1/2 hissəsi üzərində X7 mülkiyyət hüquqları ləğv edilmiş və həmin 1/2 hissə üzərində X25 mülkiyyət hüquqları qeydə alınmışdır. 43 saylı DNK-nın 4Ə/2-449 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X25 mülkiyyətində olan hissə “X54” ictimai birliyinin adına rəsmiləşdirilmişdir. X7 mülkiyyətində olan 1/2 hissə isə 9 saylı DNK-nın 4ə1/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7411/2018 saylı, 14 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən X25 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və “X54” ictimai birliyinin adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışlar xx.xx.2019-cu il tarixində ləğv edilmiş və sözügedən 1/2 hissə X7 adına qeydiyyata alınmışdır. 13 saylı NK-nın 2V-113 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeyd olunan fərdi evin 1/2 hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ilə X45 arasında bağlanmış 14 saylı NO-nun 4ə 1095 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mülk sonuncunun adına qeydiyyata alınmışdır. 9 saylı NO-nun 4ə 276 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə X31 mülkiyyətində olan 1/2 hissə - 31,5 kv.m. X8 mülkiyyətinə keçmişdir. ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə hazırda Cavabdeh2 məxsusdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçının cavabdehlər Cavabdeh2, X32 və X40 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1081/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçının adından cavabdeh X49 ilə X45 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən İddiaçının kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4859/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1081/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə iddiaçı Flora İsmayılovanın ərizəsi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi 29 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlər X32, X40 və Cavabdeh2 Sabir qızına və digər şəxslərə qadağan edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi X10 ərizəsi qismən təmin edilmiş, İddiaçının cavabdehlər Cavabdeh2, X11 və 9 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləşən 29 saylı evin ½ hissəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı cavabdehlər Cavabdeh2, X11 və ünvan 2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X7 adından X30 ilə Cavabdeh2 arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evinin 1/2 hissəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X22 xx.xx.2011-ci il tarixində Türkmənistan Respublikasının Aşqabad şəhərində vəfat etmişdir. Ölüm barədə xx.xx.2011-ci il tarixində 264 saylı qeydiyyat nömrəsi ilə Aşqabad şəhərinin Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən qeydiyyat aparılmışdır. xx.xx.2013-cü il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat ofisində X22 barəsində 134 saylı vərəsəlik işi açılmışdır. Eyni tarixdə ölmüş şəxs X7 yeganə qanun üzrə vərəsəsi qismində 219 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış şəhadətnaməyə əsasən tanınmışdır. X4 mülkiyyətində xx.xx.1997-ci il tarixində alınmış, ünvan 1 ünvanı mövcud idi. Lakin, həmin əmlakın 1/2 hissəsinin hazırda Cavabdeh2 mülkiyyətində olması, həmin hissənin X22 tərəfindən satılması bildirilmişdir. Məsələnin araşdırılması üçün xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına və ünvan 2 müvafiq Vəkil Sorğuları göndərilmiş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində cavablandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı cavab məktubunda qeyd etmişdir ki, ünvan 1 ünvanının X7 mülkiyyətində olan 1/2 hissəsi 9 saylı Dövlət Notariat Kontorunun 4ə-l/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Vəkil sorğusuna cavab verilmiş, xx.xx.2014-cü il tarixində X22 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və ona aid olan sənədlərlə birgə notariat işi əlavə olunaraq göndərilmişdir. Sənədlər təqdim olunduqdan sonra məlum olmuşdur ki, alqı-satqı müqaviləsində satıcı qismində həmin tarixdə artıq 3 il əvvəl vəfat etmiş X4 adından etibarnamə əsasında X30 çıxış etmişdir. Göründüyü kimi, ölmüş şəxsin adından etibarnamə əsasında saxta alqı-satqı müqaviləsi bağlanmış, kobud şəkildə hüquqları pozulmuşdur. Bundan başqa xx.xx.2013-ci il tarixdə Vərəsəlik işinin açılmasına, onun reyestrdə qeydiyyata alınmasına baxmayaraq, alqı-satqı müqaviləsinin hansı üsullarla aparılması məlum deyildir.
12. Bundan sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, X9 cavabdehlər sırasından çıxarılaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.
13. Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, hazırkı iddia tələbi ilə mübahisələndirilən Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin ½ hissəsinin 2014-cü ildən onun mülkiyyətində olmasından iddiaçının məlumatı olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən də göründüyü kimi, iddiaçı Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin ½ hissəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbində həmin evin iddia tələbi ilə mübahisələndirilməyən (hazırkı iddia tələbi ilə mübahisələndirilən) hissəsinin onun mülkiyyətində olmasını bilmiş və bu halı iddia ərizəsində göstərmişdir. Buna baxmayaraq, etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-625/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçının cavabdehlər Cavabdeh2, X11 və ünvan 2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X26)
15. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, X7 adından etibarnamə əsasında X30 ilə Cavabdeh2 arasında “Alqı-satqı müqaviləsinin” bağlanmasında tərəflər iştirak etmiş, tərəflər müqavilə azadlığı şəraitində (MM-nin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Digər tərəfdən, iş materiallarından görünür ki, Cavabdeh2 mübahisəli evin qeyd olunan hissəsini vicdanlı əldə edib və işdə, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Məhkəmə daha sonra göstərmişdir ki, Cavabdeh2 alqı-satqı müqaviləsi bağlayarkən evin almaq istədiyi 1/2 hissəsinin X7 adına qeydiyyata alındığını hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan, X30 isə X7 adından qanunla icazə verilən bütün əqdləri bağlamaq ixtiyarı olduğunu xx.xx.2008-ci il tarixli ƏN-İ seriaylı, 120693 nömrəli etibarnamədən görərək, xx.xx.2014-cü il tarixli AN-İ seriyalı, 04077395 saylı alqısatqı müqaviləsini bağlamışdır. Mülki işin materiallarında Cavabdeh2 mübahisəli evə münasibətdə vicdansız sahib olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçının hazırki iddia tələbinin, etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş mübahisələndirmə müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir. Beləliklə, İddiaçının həmin qətnamədən daha əvvəlki tarixdə hazırki mübahisə predmeti olan mənzilin Cavabdeh2 tərəfindən əldə edildiyi barədə məlumatı olmuş, lakin hazırki iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə əqdin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən, həmçinin iddiaçı müddətin bərpa edilməsinə dair ərizəsinə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübut əlavə etmədiyindən iddia tələbi təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin 6, 139.1, 139.3, 152.1, 152.8, 157.2, 178.1, 324.1, 324.2, 324.5, 329.1, 334.1, 334.2, 347.1, 354.2, 362.1, 364.1, 372.1, 372.2, 375.2, 386.1, 390.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 124.2, 133.1, 217.4, 220.5 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində şahid kimi dindirilən X33 ifadəsi məhkəmə tərəfindən təhrif edilmişdir. Belə ki, X49 ifadəsində Cavabdeh2 alğı-satqı müqaviləsi bağlanılan zaman X7 ölmüş olduğunu bildiyini deməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsində bilmədiyi qeyd edilmişdir, bununla bağlı məhkəməyə təqdim olunan audio yazının 22-ci dəqiqəsində cavabdeh tərəfindən “ölünün adından alğı-satqı necə etdiyini” , “Raminin dədəsi Rüstəm ölmüşdü, necə ölünün adından alğı-satqı etdim?” kimi etiraflar edilmişdir. Lakin, məhkəmə audio yazı ilə bağlı münasibət bildirməmiş, məhkəmə üçün əhəmiyyətli olan faktları araşdırmamışdır. Belə ki, Rüstəm Xankişiyevin vəfat etməsi, vərəsəlik işi ilə əlaqədar şəhadətnamə verilməsinə, həmçinin sistemdə olmasına baxmayaraq 9 saylı Notariat Ofisi tərəfindən ölmüş şəxsin adından C.Quliyev tərəfindən xx.xx.2014-cü il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Göründüyü kimi ölmüş şəxsin adından etibarnamə əsasında saxta alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa, Cavabdeh2 mübahisələndirilən 1/2 hissəyə dair mülkiyyət hüququnu qeyri-qanuni yollarla əldə etməsini, ölünün adından saxta alqı-satqı müqaviləsi bağlanmasını yalnız xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına və ünvan 2 ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bilmişdir. Məhkəmənin bu halda iddia müddətini tətbiq etməsi absurd məsələdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5858/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçının cavabdehlər Cavabdeh2, X11 və 9 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov).
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evə dair Rüstəm Xankişiyevin xx.xx.2008-ci il tarixdə verdiyi etibarnamə əsasında çıxış edən Cahangir Quliyev Cavabdeh2 ilə evin mübahisəli ½ hissəsinə dair xx.xx.2014-cü il tarixdə “Alqı-satqı müqaviləsi” bağlayan zaman Rüstəm Xankişiyev artıq təxminən 3 il əvvəl, yəni xx.xx.2011-ci il tarixdə ölmüşdür. Belə olan halda, alqı-satqı müqaviləsi qüvvəsinə xitam verilmiş etibarnamədən istifadə edilməklə bağlanmışdır. İddiaçının atası R.Xankişiyev in adından (hazırki iş üzrə tərəf olmayan) C.Quliyev və Cavabdeh2 arasında yuxarıda qeyd edilən evin mübahisəli ½ hissəsinə dair xx.xx.2014-cü il tarixdə bağlanmış və 9-cu Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış alqısatqı müqavilə əhəmiyyətsizdir. Buna baxmayaraq, iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə hissəsi təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin tələbinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanəlmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı apellyasiya şikayətində mübahisələndirilən alqı-satqı müqaviləsinin mövcudluğu barədə məlumatın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və 9 saylı Notariat Ofisinə ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bildiyini qeyd etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən isə Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir. Məhkəmə həmin mülki işi Bakı Apellyasiya Məhkəməsinin arxivindən götürmüş və iş materiallarını tədqiq etmişdir. Həmin mülki işə əsasən İddiaçı 29 saylı evin digər 1/2 hissəsi ilə bağlı xx.xx.2020-ci il tarixli Cavabdeh2 və Vəli Əliyev arasında bağlanmış “Alqı-satqı müqaviləsini” mübahisələndirmişdir. O, xx.xx.2020-ci il tarixdə həmin iddianı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verərkən, yuxarıda qeyd edilən evin Cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən “Reyestrdən çıxarışı” həmin iddia ərizəsinə əlavə etmişdir (həmin işin 1-ci cildi; vərəq 16). Həmin işin 25-ci səhifədə olan digər “Çıxarış”a əsasən isə mübahisəli evin 1/2 hissəsi Cavabdeh2, digər 1/2 hissəsi isə hazırki iş üzrə tərəf olmayan Vəli Əliyevin mülkiyyətindədir. Bununla belə, yuxarıda qeyd edilən iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə verilən zaman iddiaçı ev üzərində Cavabdeh2 mülkiyyət hüququnun mövcud olduğunu bilmiş və həmin tarixdə də onun hüququnun yaranması əsasını bilməli idi. Bu səbəbdən iddiaçı Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı (hazırki) iddia xx.xx.2021-ci il tarixdə Rayon Məhkəməsinə verilmişdir. Bu baxımdan hesab edilməlidir ki, iddianın “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilə bilməz.
21. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın qeyd edilən hissəsi təmin edilmədiyindən ondan irəli gələn “alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” hissəsi də təmin edilə bilməz. Çünki bu kimi tələbin əsaslı hesab edilməsi üçün əsas yoxdur.
22. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 347.1-ci, 354.1-ci, 359.1-ci, 362.1-ci, 362.2-ci, 365.1-ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1381/2023 nömrəli, 01 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5858/2023 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə xx.xx.2011-ci il tarixdə ölmüş X7 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən, 27,4 kv.m. yaşayış sahəsi, 63 kv.m. ümumi sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinin, Rüstəm Xankişiyevinadından onun etibarnamə üzrə nümayəndəsi X30 tərəfindən 9 saylı DNK-nın 4ə-1/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, yəni Rüstəm Xankişiyevin ölümündən 3 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh2 satılması işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən məsələ iddia müddətinin tətbiqidir. Bu səbəbdən əqdin etibarsız hesab edilməsi üzrə iddiaçının məhkəməyə 1 illik müddət keçdikdən sonra müraciət etməsi və nəticədə əqdi mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi barədə məhkəmənin mövqeyi əsaslı hesab edilmir. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin 365.1-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verildiyindən, hazırki işdə mübahisəli mənzilin 1/2 hissəsi mülkiyyətçi tərəfindən verilmiş etibarnaməyə əsasən təmsil edən şəxs tərəfindən etibar edənin ölümündən sonra satılması həmin əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuz olduğu, yəni əhəmiyyətsiz əqd olduğunu göstərir. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən tam əşya hüququ olan mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil edilmədiyindən, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin müvafiq iddialarına Mülki Məcəllənin 354.1ci maddəsində müəyyən edilmiş müddətin tətbiqi mülkiyyət hüququnun əsassız şəkildə pozulması kimi qiymətləndirilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarı) Nəticədə məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 2014-cü ildə mübahisəli əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman o, həmin əmlakın mülkiyyətçisi olmuş X7 ölməsi barədə məlumatlı deyildir. Həmin şəxsin adından bu əmlakı ona etibarnamə əsasən da satan X30 da ona bu barədə hər hansı məlumat verməmişdir. Belə ki, onun da bu barədə məlumatı olmamışdır. Həmin əmlak sənədlər üzərində X7 mülkiyyətində olmuş, həqiqətdə isə X23 məxsus olmuşdur. Hər halda, o, X12 tanımamış və əmlakın məhz X19 istifadə və sahibliyində olduğunu görmüşdür. Bu səbəbdən də X22 tərəfindən ona uzun müddətli etibarnamə verilmişdir. İddiaçı tərəfin istinad etdiyi səs yazısı ona məxsusdur və o, həmin fikirləri 2020-ci ildə söyləmişdir. Hazırda o, ümumiyyətlə həmin əmlakın mülkiyyətçisi deyil. Belə ki, xx.xx.2020-ci il tarixdə bu əmlakı qızı, X24 bağışlamışdır. Lakin bağışlamadan sonra iddiaçı tərəfindən əmlakın üzərinə həbs qoyulması və hazırda da üzərində həbs olması səbəbindən onun X18 mülkiyyət kimi qeydə aldırmaq mümkün olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
29. Məhkəmənin təşəbbüsü ilə işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi X34 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir.
30. Cavabdeh ünvan 2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə bu cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir; 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur; 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
36. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasının xahiş edildiyini nəzərə alıb, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmadığından apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləşən 29 saylı ev, o cümlədən onun hazırda mübahisələndirilən ½ hissəsi xx.xx.1997-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının atası X22 tərəfindən əldə edilmiş və bundan sonra onun həmin əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2013 saylı qiyabi qətnaməsinə əsasən həmin alqı-satqı müqaviləsi bu əmlakın hazırda mübahisələndirməyən ½ hissəsinə aid hissədə ləğv edilmiş, X7 həmin hissə üzərində olan mülkiyyət hüquqları ləğv edilərək, X25 mülkiyyət hüququ qeydə alınmışdır. Sonuncu isə bu əmlakı xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən “X54” İctimai Birliyin mülkiyyətinə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən “X54” İctimai Birliyin adına verilmiş çıxarışlar xx.xx.2019-cu il tarixdə ləğv edilmiş və əmlak yenidən X7 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında əmlak iddiaçının, onunla X45 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən isə sonuncunun mülkiyyətinə keçmiş, o da öz növbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin xeyrinə özgəninkiləşdirmiş və onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
39. Əmlakın hazırda mübahisə predmeti olan ½ hissəsi isə xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilsinə əsasən X22 tərəfindən (onun adından xx.xx.2008-ci il tarixdə verilmiş etibarnamə əsasında X30 çıxış etmişdir) cavabdehə satılmışdır. Bununla belə, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləşən 29 saylı ev vahid əmlak şəklində xx.xx.2020-ci il tarixdən cavabdehin mülkiyyətindədir.
40. İddiaçının atası və vaxtı ilə həmin əmlakın mülkiyyətçisi olmuş X22 xx.xx.2011-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüş, bundan sonra xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış, iddiaçı da onun vərəsəsi kimi tanınmışdır.
41. Hazırda iddiaçı X7 vərəsəsi olaraq, onun xx.xx.2011-ci il tarixdə ölməsinə baxmayaraq, bu hadisədən 3 ilə yaxın müddət ötdükdən sonra onun tərəfindən verilmiş və ölümü ilə artıq xitam olmuş etibarnamə əsasında X19 mübahisəli əmlakı cavabdehə satdığını, alqı-satqı zamanı onların hər ikisinin X7 ölməsini bildiyini, cavabdehin bunu etiraf etdiyi audioyazının mövcud olduğunu iddia edir və həmin müqavilənin etibarsız hesab edilməsini, onun əsasında verilmiş çıxarışın isə ləğv edilməsini xahiş edir.
42. Bununla bağı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman əmlakın mülkiyyətçisi olmuş X22 artıq 3 ilə yaxın müddətdir ki, ölmüşdür. Bu baxımdan X23 X7 adından həmin müqaviləni rəsmiləşdirməyə səlahiyyət verən xx.xx.2008-ci il tarixli etibarnaməyə hüquqi nəticə etibarı ilə sonuncunun ölməsi səbəbi ilə xitam verilmişdir. Bu baxımdan qeyd edilən müqavilə həmin vaxt buna hər hansı səlahiyyəti olmayan X30 tərəfindən özgəninkiləşdirilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz.
43. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı Mülki Məcəllənin 366-cı maddəsinə istinadən qeyd edir ki, xx.xx.2008-ci il tarixli etibarnamə 20 il müddətinə verilmiş, bundan sonra X22 ölkəni tərk edərək, Türkmənistan Respublikasına köçmüş və xx.xx.2011-ci il tarixdə həmin respublikanın Aşqabad şəhərində ölmüşdür. Alqı-satqı zamanı onun adından etibarnamə əsasında çıxış etmiş X30 2015-ci ildə X13 qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (2(006)-71/2015 saylı mülki iş) iddia qaldıraraq bu əmlakın həqiqətdə ona məxsus olduğunu, sadəcə olaraq X7 adına rəsmiləşdirildiyini iddia etmiş və əmlakın sonuncunun mülkiyyətinə keçməsinə əsas olmuş xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş etmişdir. Etibarnamənin müddəti, X7 Aşqabad şəhərində ölməsi, X19 ona qarşı 2015-ci ildə iddia qaldırması onun bu şəxsin ölməsi barədə məlumatının olmamasını təsdiq edir.
44. Həmin icraat çərçivəsində X7 digər vərəsəsi X28 da ölmüş şəxsin adından bağlanması əsası ilə bu müqavilənin etibarsızlığını mübahisələndirmiş, lakin X19 və Cavabdeh2 X7 ölməsi barədə məlumatlı olmasını söyləməmişdir (sonradan onun bu iddiadan imtinası nəticəsində həmin hissədə iş üzrə icraata xitam verilmişdir). Ümumiyyətlə müqavilə bağlanan zaman müqavilə tərəflərinin hər hansı birinin X7 ölməsi barədə məlumatlı olmasını, o cümlədən X19 onunla münasibət saxlamasını, cavabdehin isə onu tanımasını təsdiq edən hər hansı sübut mövcud deyil.
45. İddiaçı tərəf özü də bu barədə hər hansı sübut təqdim edə bilmir. Halbuki, əmlakın alqı-satqı tarixinə vərəsəlik işinin açılmasından artıq 5 ay ötmüşdür. Bu baxımdan qeyd edilən şəxslər öz təşəbbüsü ilə də etibarnamə sahibinə bu barədə məlumat verməli, həmin əmlakla maraqlanmalı və ona sahiblik etməyə başlamalı idi. Lakin onlar tərəfindən belə bir adımlar atılmamış, nəticədə X28 müqaviləni ölüm tarixindən 4 il keçdikdən sonra, yəni 2015-ci ildə, iddiaçı isə 10 il, qardaşının iddiasından isə 6 il sonra, yəni 2021-ci il tarixdə mübahisələndirmişdir. Belə olan halda, müqavilə tərəflərinin X7 ölməsi barədə məlumatı hansı qaydada əldə edə bilməsi və onların bu hadisə barədə məlumatlı olması ümumiyyətlə mümkün deyil. İddiaçı atasının X30 ilə münasibətinin olması və Türkmənistan Respublikasına getdikdən sonra onunla hər hansı formada münasibət saxlaması barədə də məlumat verə bilmir.
46. X5 iddiaçı olduğu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmış 2(006)-71/2015 saylı mülki iş üzrə tələbi, mövqeyi və təqdim etdiyi sənədlər həmin əmlakın məhz onun istifadə və sahibliyində olmasına dəlalət edir. Qeyd edilənlər, habelə əmlaka dair 20 il müddətinə etibarnamənin olması onların münasibət saxlamaması və biribirləri barəsəində məlumatlı olmamasını mümkün edir. Hər bir halda, X2 Ramil Rüstəm oğlunun 2011-ci ildə ölməsini bilsə idi, alqı-satqı müqaviləsini yalnız 3 ildən sonra bağlamış olmazdı. Müqavilə bağlanan ərəfədə bilməsini isə (hansı şəxs məlumat verib, hansı şəraitdə bilib və sair) nəinki təsdiq edən hər hansı sübut mövcud deyil, ümumiyyətlə bu barədə hər hansı şifahi məlumat belə yoxdur.
47. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş audioyazı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin audioyazı 2020-ci il tarixə aiddir. Cavabdehlə iş üzrə şahid qismində ifadəsi alınmış X49 arasında baş vermiş söhbəti əks etdirir. Həmin söhbət zamanı cavabdeh “ölünün adından satdı” kimi ifadələri işlədir. Lakin nəzərə alınmalıdır ki, audioyazı 2020-ci ildə qeydə alınmışdır. Həmin vaxt X7 ölməsi cavabdehə artıq məlum idi və audioyazıda cavabdehin alqı-satqı müqaviləsi bağlanan zaman X7 ölməsini etiraf etmədiyi bir halda, onun bu cümlələri artıq məlum olan faktın təsdiqi xarakteri daşıyır. Birinci instansiya məhkəməsində ifadə verən bu şahid (məhkəmə kollegiyası tərəfindən prosesdən kənar məhkəmə iclasının videoyazısına baxılmışdır) ilk olaraq cavabdehin müqavilə bağlanan zaman X7 ölməsini bilmədiyini qeyd etsə də, sonra iddiaçının vəkilinin sualına cavab olaraq, cavabdehin söhbət zamanı bu halı etiraf etdiyini bildirmişdir. Lakin audioyazıda cavabdeh belə bir etiraf etmir. Bu səbəbdən məhkəmə həmin audioyazını apellyasiya şikayətinin təmin edilməsi üçün əsas hesab etmir.
48. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli müqavilə bağlanan zaman, həmin müqaviləni imzalayan satıcı X30 (mülkiyyətçi X22 tərəfindən verilmiş və mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə qüvvədə olan etibarnaməyə əsasən) və alıcı Cavabdeh2 həmin etibarnaməyə X7 ölümü nəticəsində (əsası ilə) xitam verildiyini bilməmiş və bilmək imkanı da olmamış, həmin vaxt artıq 5 aydır ki, açılmış vərəsəlik işi üzrə X7 vərəsəsi olan iddiaçı, habelə əvvəllər eyni iddianı qaldırmış onun qardaşı X28 da onlara bu barədə hər hansı məlumat verməmişdilər. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin sərgilədiyi hüquqi mövqe baxımından deyil, məhz Mülki Məcəllənin 366-cı maddəsinin tələbləri baxımından qeyd edilən alqı-satqı müqaviləsini etibarlı hala gətirmiş olur və onun etibarsız olmasını istisna edir. Belə olan halda, hüquqi nəticə etibarı ilə həmin müqaviləyə hər hansı müddətin tətbiq edilməsi də istisna edilir.
49. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsində yerləşən 29 saylı ev (artıq vahid əmlak şəklində) xx.xx.2020-ci il tarixdə (hazırki iddiadan əvvəl) qızı (iş üzrə üçüncü şəxs) X24 bağışlamışdır. Sadəcə olaraq həmin vaxt digər mülki iş üzrə bu əmlakın özgəninkiləşdirilməsi iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən müvəqqəti təminat tədbiri qaydasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehə qadağa edilmişdir. Həmin mübahisə bitdikdən sonra müvəqqəti təminat tədbiri məhkəmə qaydasında xx.xx.2023-cü il tarixdə ləğv edilsə də, iddiaçının hazırki iş üzrə verdiyi yeni ərizə əsasında bu əmlakın özgəninkiləşdirilməsi Bakı Apellyasiya Məhkəməsinin 16(103)-305/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə yenidən qadağa edilmişdir. Başqa sözlə, bügünədək əmlaka dair X18 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması bağışlama müqaviləsindən irəli gələn öhdəliklərin tərəflərdən hər hansı birinin yerinə yetirməməsi ilə deyil, tərəflərin iradəsindən asılı olmayan, yəni məhkəmə aktları ilə bu hərəkətin yerinə yetirilməsinə qoyulmuş məhdudiyyətlər səbəbindən olmuşdur. Qeyd edilənlər də öz növbəsində həmin müqavilənin etibarsız hesab edildiyi təqdirdə belə, bu əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasının mümkünlüyünə hüquqi qiymətin verilməsinə zərurət yaratmış olur.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və bu tələbə münasibətdə törəmə tələb olan çıxarışın ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Lakin birinci instansiya məhkəməsi iddianı rədd edərkən, səhv hüquqi mövqedən çıxış etmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-625/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçına aid edilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-625/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.