Məhkəmə qərarları › İş №2(102)-3093/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3093/2023

18.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3093/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlıq şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə X16 24 aprel 2007-ci il tarixdə nikaha daxil olmuşlar.

2. Bakı şəhəri, Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi, 565-ci məhəllədə yerləşən 5 nömrəli evin 4 nömrəli mənzili üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 yanvar 2011-ci il tarixdə qeydiyyata alınaraq, MA seriyalı, ******* №-li çıxarışla rəsmiləşdirilmişdir.

3. İddiaçı1 həmin mənzili 6 aprel 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında 60000 manata Cavabdeh2 satmışdır (müqaviləni alıcının etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 imzalamışdır).

4. Müqavilə bağlanan zaman satıcının arvadı İddiaçı2 Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiqlənmiş 6 aprel 2018-ci il tarixli ərizə verərək, mənzilin satılmasına etiraz olmadığını bildirmişdir. 5. "xxxx" ASC tərəfindən verilmiş 5 aprel 2018-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh2 tərəfindən 60000 manat pul notariusun depozit hesabına mədaxil edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,7 kv.m olan 2 otaqlı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə 1 fevral 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 40-318 №- li alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh2 adına verilmiş seriya № ******* saylı, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və X4, Cavabdeh3 və Cavabdeh1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün Azərbayc an Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun bibisi oğludur və onunla münasibətləri çox yaxın olmuşdur. 2018-ci ildə Cavabdeh1 ona müraciət edərək borcu olduğunu, borcunu qaytarmadığı üçün borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirərək, borclu olduğu şəxslərə borcunun müqabilində girov kimi hər hansı bir daşınmaz əmlak qoymalı olduğunu bildirmiş və ondan kömək istəmişdir. Cavanşir ondan xahiş etmişdir ki, ünvan 2 ünvanında yerləşən evini həmin şəxslərə notarial müqavilə əsasında girov qoysun və ona 2-3 ay möhlət qazandırsın. Fəxrəddinlə razıla şmış və evini onun borcuna görə girov qoyacağını söz vermişdir. xx.xx.2018-ci il tarixdə o, Bakı şəhəri 53 saylı Notarial ofisinə getmişdir. Cavabdeh1 kimə borclu olduğunu bilməmişdir. Cavabdeh1 ona bildirmişdir ki, bu girov müqaviləsi müvəqqətidir, heç kimə onun evi lazım deyil, sadəcə qısa müddətdə pul tapıb borcunu ödəyəcək və onun evini girovdan azad edəcək. xx.xx.2018-ci il tarixdə notariat ofisində əvvəllər tanımadığı Fəxrəddinin borclu olduğu adam Cavabdeh2 nümayəndəsi kimi Cavabdeh3 görmüşdür. O, şəxsən Cavabdeh2 tanımamış və onun adını Cavabdeh1 öyrənmişdir. Fəxrəddin ona bildirmişdir ki, onun borclu olduğu adam Cavabdeh2dur. Girov müqaviləsi Cavabdeh2 ilə bağlanmalıdır. Cavabdeh3 notariat ofisində ona bildirmişdir ki, o Cavabdeh2 nümayəndəsidir və müqavilə bağlanmasında o Farizin adından iştirak edəcəkdir. O, notariusda girov müqaviləsi bağlamağa razılaşdığını və müqaviləyə qol çəkməyə hazır olduğunu demişdir. Lakin notariat kontorunda məlum olmuşdur ki, Cavabdeh3 alğı-satqı müqaviləsinin bağlanmasını tələb edir. Bu halda o, dərhal alğı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. Lakin Fəxrəddin ondan xahiş etmişdir ki, alğı-satqı formal olaraq bağlanır, evi onun əlindən heç kim ala bilməz və qısa müddətə Cavabdeh2 olan borcunu verib müqaviləni ləğv etdirəcək. Həmin gün Cavabdeh2 ilə onun arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Ona məxsus evin dəyəri 60.000 manat yazılmış və müqaviləyə qol çəksə də, alğı-satqıya görə ona bir manat da pul çatmamışdır. Alğı-satqı müqaviləsinə görə ödənilmiş 60.000 manat pulu Cavabdeh2 nümayəndəsi götürmuş və onlar sağollaşı b ayrılmışlar. O, qarşı tərəfdən evə görə heç bir ödəniş tələb etməmiş və ona heç bir ödəniş edilməmişdir. Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh3 heç vaxt tanımamış və heç vaxt həmin şəxslərlə evinin satılması ilə bağlı danışıq aparmamış, həmin şəxslərə evini satmamış, onlarla heç vaxt telefon danışığı olmamış, həmin şəxslərin telefonlarını da bilməmişdir. Bu hadisədən bir müddət sonra Cavabdeh1 ilə əlaqə saxlayaraq pulu nə vaxt ödəyəcəyini və evinə görə bağlanmış alğı-satqı müqaviləsini nə vaxt ləğv edəcəyini soruşmuşdur. Ona demişdir ki, həmin şəxslərin pulunun böyük qismini ödəyib və ondan narahat olmamağını, alqı-satqının formal olduğunu və tezliklə bu məsələni həll edəcəyini, həmin şəxslərin onun evində gözləri olmadığını bildirmiş, o da Cavabdeh1 inanmışdır. Sonralar isə telefonları nı söndürməyə və ondan qaçmağa başlamışdır. Alğı-satqıdan təxminən 1 il sonra Cavabdeh2 ona və həyat yoldaşı İddiaçı2 qarşı evdən çıxarılmağı ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, dərhal Cavabdeh1la görüşüb Bakı şəhər Yasamal Rayon Məhkəməsinə Cavabdeh2 ona qarşı mənzildən çıxarılma ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Cavabdeh1 ona narahat olmamağı və məhkəmə məsələsini ona həvalə etməyi, Cavabdeh2 pulunu ödəyəcəyini və məhkəmə işini həll edəcəyini bildirmişdir. Onun deməsinə görə məhkəmədə təmsil olunması üçün vəkil X6 etibarnamə vermisdir. Vəkilə ona xidmət göstərməsi üçün pul ödəməmiş və onun məhkəmədə hansı qaydada təmsil etməsindən yazdığı etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətindən, verdiyi iddia əri zələrinin məzmunundan məlumatı olmamışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 iddia ərizəsi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Sonradan mülki işlə bağlı qətnamələrə baxarkən məlum olmuşdur ki, Sima Yaqubova 1-ci instansiya məhkəməsində çıxışında, apellyasiya və kassasiya şikayətlərində alğı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də Cavabdeh1 özünün yox, guya Fəxrəddinin anası, bibisi X1 Cavabdeh2 30.000 manat pulu faizə götürdüyünü qeyd etmişdir. X21 qeyd etdiklərinin bir qismi həqiqətə uyğun olmamışdır. Belə ki, həqiqətən də ona məxsus ev digər bir əqdi Cavabdeh2 ilə Cavabdeh1 arasında olan borc məsələsinin pərdələmək məqsədi ilə bağlanmış əqd olmuşdur. Əslində ilə Cavabdeh1 onu aldadaraq öz borcuna görə ona məxsus evi Cavabdeh2 adına alğı-satqı edilməsinə razı salmışdır. Alğı-satqı müqaviləsində mənzilin dəyəri 2 dəfə azaldılmışdır və bu bir daha alğı-satqı müqaviləsinin etibarsızlığını sübut edir. Mənzilin bazar dəyəri 120.000 manat olsa da, alğı-satqı müqaviləsində əqdin dəyəri 60.000 manat qeyd olunub və bu fakt müqavilənin formal olaraq bağlandığını təsdiqləyir. O və xüsusilə həyat yoldaşı bu müqaviləni imzalamağa tərəddüd etsələr də, Cavabdeh1 pis vəziyyətdə olduğunu və onun həmişə maddi imkanın yaxşı olduğunu, onun tezliklə borcunu ödəyəcəyinə və alğı-satqı müqaviləsinin formal olduğuna və tezliklə müqavilənin Fəxrəddin tərəfindən ləğv ediləcəyinə inandıqları üçün müqaviləyə qol çəkmiş və həyat yoldaşı evin satılmasına razılıq vermişdir. Cavabdeh1 həbs edildiyi xx.xx.2021-ci il tarixə qədər o, aldadıldığını anlamamış və elə zənn etmişdir ki, Fəxrəddin gec-tez problemi həll edəcək və onun evi ilə bağlı Cavabdeh2la bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcək. Cavabdeh1 həbs edildikdən sonra o, bibisi X7 və qaynanası X10 ilə əlaqə saxlamışdır. X7 və X10 həmişə ona demişlər ki, problemin nə olduğunu bilirlər və Cavabdeh2 olan Fəxrəddinin borcunu ödəyib mənzil məsələsini həll edəcəklər. Cavabdeh1 həbs edildikdən sonra isə X7 və X10 bir də onları narahat etməməyini demişlər. Bundan sonra o, aldadıldığını başa düşmüş və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi əsasında 27-ci PB-də araşdırma aparılmış, onun, İddiaçı2, X14, X2, X3, X11, X12, X15, X9, X5, X13, X1, Cavabdeh2, Cavabdeh3 izahatları alınmışdır. Toplanmış materialdan görünmüşdür ki, Cavabdeh2 və Cavabdeh3 onu tanımamış, heç vaxt onunla əlaqələri olmamış və heç vaxt ünvan 2 ünvanında yerləşən mənzilə baxmamışlar. Cavabdeh2 öz izahatında mənzilə Cavabdeh3 baxdığını bildirsə də, sonuncu ümumiyyətlə bu barədə məlumatı olmadığını izahatında bildirmişdir. Dindirilən şəxslər alqı-satqı müqaviləsinin əslində Cavabdeh1 Cavabdeh2 olan borca görə bağlandığı və əslində müqavilə bağlanarkən İddiaçı1 aldadıldığını qeyd ediblər. Əldə etdiyi şifahi məlumata əsasən, bibisi oğlu Cavabdeh1 Cavabdeh2 aralarında ona məlum olmayan səbəblərdən qaynaqlanan borc-pul münasibəti olmuşdur. Qeyd olunan hallardan da göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 əvvəldən əlbir hərəkət edərək onu aldatmış, ona məxsus əmlakı ələ keçirdərək 120.000 manat maddi ziyan vurmuşlar. Cavabdeh2 ilə aralarında bağla nmış alqı-satqı müqavilələri digər əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdir və bağlandığı andan etibarsızdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan mənzili dələduzluq yolu ilə ələ keçirərərk ona 125.000 manat dəyərində maddi ziyan vurmuşdur. Bu səbədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsində göstərilmiş şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər müddəasının tətbiq edilməsi zərurəti yaranmışdır.

9. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, işdə olan notariat işindən də göründüyü kimi Cavabdeh2 mübahisə predmeti olan mənzili tam qanuna uyğun alğı-satqı edərək öz adına reyestrdən çıxarış almış və hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh2 həmin evi İdd iaçı1 xx.xx.2018-ci il tarixdə almış və 10 aprel 2018-ci il tarixdə çıxarış əldə etmişdir. İşdə olan qətnamələrdən də göründüyü kimi iddiaçı və ailə üzvləri sonradan evi təhvil vermədiyindən iddia təmin olunmuş və həmin tələb üzrə icra şöbəsi tərəfindən iş icra olunaraq göstərilən mənzil Cavabdeh2 təhvil verilmişdir. İddiaçı1 onlara qarşı 2019-cu il tarixdə indi olduğu kimi ünvan 2 saylı ünvanda yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin heç bir məhkəmə iclaslarına gəlmədiklərdindən iş baxılmamış saxlanılmışdır. Üzərindən 2 ildən artıq müddət keçdikdən sonra İddiaçı1 yenidən həmin iddia tələbi ilə məhkəməyə mürac iət etməsi iddianın qanunsuz və əsassız olduğunu, sadəcə olaraq tərəfləri incitmək və bezdirmək məqsədi daşıdığını göstərmişdir. İddiaçı1 iddia tələbinin işi uzatmaq məqsədi daşıması onunla sübuta yetirilir ki, alqı-satqıdan 3 ildən çox müddət keçməsinə baxmayaraq bu barədə heç bir iddia qaldırmamış, lakin Cavabdeh2 evdən çıxarılma tələbi qoyduqdan sonra bu alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi ilə müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. İşdə olan notariat işindən də göründüyü kimi İddiaçı1 heç bir maneə olmadan müqaviləni imzalamış, alqı-satqı müqaviləsində fotoşəkillə bu təsdiq olunmuşdur. İddiaçının həyat yoldaşı (arvadı) İddiaçı2 ərizə verərək mənzilin satılmasına etirazının olmadığını da bildirmişdir. Notariat işindən də göründüyü kimi alğı-satqı müqav iləsi tam qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.

10. Məhkəmə iclasında ifadə vermiş şahid İddiaçı2 bildirmişdir ki, evin Cavabdeh1 satılması barədə məhkəmə qətnaməsi əsasında evdən çıxarılarkən məlumatı olmuşdur. Belə ki, həmin vaxta qədər bu müqavilənin formal olaraq bağlandığına inanmışdır. Bundan əlavə, müqavilədə alıcı kimi göstərilmiş Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 heç vaxt gəlib evə baxmamış, evlə maraqlanmamışlar. Bu da onu və əri İddiaçı1 müqavilənin formallığına inandırmışdır.

11. Məhkəmə iclasında ifadə vermiş şahid X20 bildirmişdir ki, X2 bibisidir. Qafar ona məxsus olan və yaşadıqları evi bibisi oğlu Cavabdeh1 borcuna görə girova qoymağa razılaşmışdır. Daha sonra alqı-satqı müqaviləsi bağlanarkən Qafar müqaviləni bağlamaqdan imtina e tsə də, Fəxrəddin onu inandırmışdır ki, müqavilə formal xarakter daşıyır. Qısa müddətdə borcunu ödəyib müqaviləni ləğv elətdirəcək.

12. Məhkəmə iclasında ifadə vermiş şahid X22 bildirmişdir ki, iddiaçı onun kürəkənidir. Qafarın bibisi oğlu Fəxrəddin Qafara müraciət edərək borcu olduğunu və borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirmişdir. Bu səbəbdən xahiş etmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili girov qoyaraq ona borcunu ödəməsi üçün bir neçə aylıq vaxt qazandırsın. Notariusda girov müqaviləsi əvəzinə alqısatqı müqaviləsi bağlanarkən Qafar ilk başda etiraz etmiş, lakin Fəxrəddin onu müqavilənin formallığına inandıra bilmişdir.

13. Məhkəmə iclasında ifadə vermiş şahid X8 iddiaçının kürəkəni olduğunu buildirmiş və şahid Rasim Məlikovun ifadəsinə uyğun məzmunlu ifadə vermişdir.

14. Əmlak Ekspert Mərkəzi” MMC-nin 29 iyul 2021-ci il tarixli hesabatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat təşkil etmişdir.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-398/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərarı ilə 7 iyun 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi sahibkarlıqla məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan təqsirləndirilən şəxs Cavabdeh1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı1 zərəçəkmiş şəxs qismində tanınmışdır.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-208/2022 nömrəli, 7 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi bağlanarkən, onu bağlayan tərəflər arasında alğı-satqı müqaviləsinin predmetini təşkil edən əmlak müəyyən olmalı, həmçinin əmlakın dəyəri müqavilədə göstərilməlidir. Hazırda etibarsızlığı mübahisələndirilən müqavilə üzrə catıcı İddiaçı1 ilə alıcı Cavabdeh2, həmçinin onun adından müqaviləni imzalayan Cavabdeh3 arasında əvvəlcədən tanışlıq olmamış, müqavilə imzalandığı gün İddiaç ı1 Cavabdeh3 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hər-hansı müzakirə olmamışdır. Eyni zamanda müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəsi tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanmamışdır. Qeyd edilən hal məhkəmə iclasında dinlənilmiş şahid ifadələri, həmçinin Cavabdeh2 Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-də verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. O vermiş olduğu izahatda - evi almazdan əvvəl həmin evdə olmadığını bildirmişdir.

19. Məhkəmə hesab etmişdir ki, alıcı tərəfindən müqavilə bağlanmazdan əvvəl evə real olaraq baxılmaması, alıcının əldə edəcəyi mənzillə maraqlanmaması özlüyündə müqavilənin formal olaraq bağlandığı qənaətinə gəlməyə imkan vermişdir.

20. Məhkəmə qeyd etmişdir ki, müqavilə bağlanarkən a lqı-satqı müqaviləsində əmlakın dəyəri 60.000 manat göstərilmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı ilə isə mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, 3 il ərzində əmlakın bazar dəyərində 2 dəfəyə qədər böyük fərqin yaranması ağlabatan olmamış və əmlakın dəyərinin müqavilədə 2 dəfəyə qədər aşağı göstərilməsi alqı-satqı müqaviləsinin formallığını sübuta yetirən hallardan biri kimi qiymətləndirilmişdir.

21. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, İddiaçı1 xx.xx.2018-ci il tarixdə alğı-satqı müqaviləsini bağlamış olsa da, müqavilənin formal xarakter daşımadığını, məhkəmə qətnaməsinin icrası zamanı, yəni evdən çıxarılarkən bilmişdi r. İddiaçı1 və ailə üzvlərinin ünvan 5 ünvanında yerləşən mənzildən çıxarılması tələbi üzrə sonuncu məhkəmə iclası xx.xx.2021-ci il tarixdə keçirilmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, 1 illik iddia müddətini ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsassızdır.

22. Məhkəmə eyni zamanda, iddiaçının mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətinə dair qeyd etmişdir ki, cavabdehlərin əməlində cinayətin əlamətlərinin olub-olmaması hazırda davam edən cinayət işi üzrə araşdırıldığından həmin vəsatət təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32 4.1, 404.1, 567-ci maddələrinə, “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3609/2022 nömrəli, 1 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Həmid Həmidov) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi əsasında baxılmış “mənzildən çıxarılma” tələbinə dair iddia hazırkı iddia ərizəsi ilə mübahisələndirilən əqdə əsaslanan iddia olm uşdur. Tərəflər arasında daha əvvəl hazırda mübahisələndirilən əqdə əsaslanan mübahisəyə dair (mənzildən çıxarılma) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, iddiaçının həmin əqdin etibarsızlığına dair iddia qaldırması əsassızdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına və “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il ta rixli, 02/2022 nömrəli Qərardadına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq bildirilmişdir ki, məhkəmə qətnaməsində “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/202 2 saylı qərardadına əsaslanmışdır. Tərəflər arasında olmuş mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12454/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)- 281/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı bu iş üzrə hal-hazırda baxılan mülki işlə eyni predmetə aid mübahisə sayıla bilməz və həmin işdə əqdin etibarsızlığına dair mübahisəyə baxılmamışdır. Ona görə də, məhkəmənin MPM-in 261.0.2-ci maddəsinə əsaslanaraq mülki iş üzrə icraata xitam verməsi qanunsuz və əsassız olmuşdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4717/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər - Mehparə Əhmədova (məruzəçi), Ələsgər Əliyev və İsmayıl Xəlilov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3609/2022 nömrəli qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

31. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi əsasında baxılmış “mənzildən çıxarılma” tələbinə dair iddia hazırki iddia ərizəsi ilə mübahisələndirilən əqdə əsaslanan iddia olmuşdur. Tərəflər arasında daha əvvəl hazırda mübahisələndirilən əqdə əsaslanan mübahisəyə dair (m ənzildən çıxarılma) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, iddiaçının həmin əqdin etibarsızlığına dair iddia qaldırması əsassızdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsi barədə gəldiyi qənaət prosessual hüquq normalarının tələblələrinə uyğun olmadığnı hesab edərək göstərmişdir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı1 ilə Cavabdeh2 (nümayəndəsi Cavabdeh3) arasında notarial qaydada xx.xx.2018ci il tarixli, 40-318 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Bundan sonra, Cavabdeh2 İddiaçı1 və onun arvadına qarşı iddia qaldıraraq, mülkiyyət hüququ ilə ona məxsus həmin mənzildən çıxarılmalarını tələb etmiş, cavabdehlər iddiaya dair yazılı etiraz və ya izahat təqdim etməmişlər. Bu iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 nömrəli, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə qeyd olunmuşdur ki, Cavabdeh2 mübahisəli mənzili İddiaçı1 satın almışdır və mənzil hazırda onun mülkiyyətindədir. Lakin İddiaçı1 onun qanuni mülkiyyətində olan mənzildən çıxmamış, bununla da qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Hazırkı iddia tələbi isə mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqav iləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş reyestr çıxarışının ləğvi barədədir.

33. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlam aq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Tərəflər arasında mənzildən çıxarılma barədə ilk məhkəmə mübahisəsi əqdə əsaslanan iddiadan deyil, əşya – mülkiyyət hüququna əsaslanan iddiadan irəli gəlmiş və işə baxmış məhkəmələr mübahisəni hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin mülkiyyət hüququ və onun müdafiəsi bağlı normalarına istinad etmişlər. Həmin iş üzrə cavabdehlər Cavabdeh2 mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair hər hansı etiraz etmədiklərindən məhkəmənin həmin hüququn əsaslandığı qeydin əsasında duran əqdin (xx.xx.2018-ci il tarixl i alqı-satqı müqaviləsi) etibarlılığını yoxlamaq vəzifəsi yaranmamışdır.

34. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 141.2, 166.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 417.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Apellyasiya baxışı zamanı iddiaçının həyat yoldaşı İddiaçı2 məhkəməyə ərizə ilə m üraciət edərək, həyat yoldaşı İddiaçı1 vəfat etdiyi üçün onun hüquqi varis qismində tanınmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat İddiaçı1 ölümü ilə əlaqədar hüquq varisi müəyyən edilənədək dayandırılmış, İddiaçı2 İddiaçı1 qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən İddiaçı1 hüquqi varisi İddiaçı2 iş üzrə iddiaçı qismində tanınmışdır.

36. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Elmar Rəhimov) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 208/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiy a məhkəməsi tərəfindən İddiaçı1 ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsinin etibarsızlığına əsas olacaq bir sıra halların olması müəyyən edilmişdir. Belə ki, alqı-satqı müqaviləsi bağlanarkən, onu bağlayan tərəflər arasında alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlak müəyyən olmalı, həmçinin əmlakın dəyəri müqavilədə göstərilməlidir. Hazırda etibarsızlığı mübahisələndirilən müqavilə üzrə isə qeyd edilmişdir ki, İddiaçı1 ilə alıcı Cavabdeh2, həmçinin onun adından müqaviləni imzalayan Cavabdeh3 arasında əvvəlcədən tanışlıq olmamış, müqavilə imzalandığı gün İddiaçı1 Cavabdeh3 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hər-hansı müzakirə olmamışdır. Eyni zamanda müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəsi tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanılmamışdır.

38. Hazırkı işdən görünür ki alğı-satqı müqaviləsi bağlanarkən İddiaçı1 həmin müqaviləni bağlamağa real iradə ifadəsi olmamışdır. Belə ki, alqı-satqı işinin materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə şəxsən İddiaçı1 özü tərəfindən imzalanmış, həmçinin onun həyat yoldaşı İddiaçı2 mənzilin satılmasına dair razılıq ərizəsi alınmışdır. Buna baxmayaraq, qeyd edilən müqavilə bağlanarkən İddiaçı1 müqavilənin formal xarakter daşıdığını zənn etmiş, müqavilənin bibisi oğlu Cavabdeh1 borc öhdəliklərinə görə başqa əqdi pərdələmək məqsədilə bağlandığını hesab etmişdir. Belə ki, iddiaçının həqiqi mənada əmlakını satmaq niyyəti olmamışdır.

39. İş materiallarında olan qərarlarla da sübut edilir ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və qeyd edilən cinayət işi üzrə İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Göründüyü kimi mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir. Belə olan halda, iddiaçının sonradan müqaviləni təsdiq etməsi də hüquqi baxımdan heç bir əhəmiyyət kəsb edə bilməz.

40. Əqdin mövcud olmaması və etibarsızlığının fərqləndirilməsinin praktiki əhəmiyyəti vardır; əvvəla, etibarlılıq və ya etibarsızlıq müqavilə (əqd) bağlandıqdan sonra müzakirə predmeti ola bilər; ikincisi isə, mübahisə edilən əqdin etibarsız s ayılması və ya əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddianın irəli sürülməsi üçün müddət nəzərdə tutulduğu halda, mövcud olmayan əqd baxımından hər hansı müddətin mövcudluğundan söhbət gedə bilməz.

41. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, İddiaçı1 xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsini bağlamış olsa da, müqavilənin formal xarakter daşımadığını, məhkəmə qətnaməsinin icrası zamanı, yəni evdən çıxarılarkən bilmişdir.

42. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.4, 337.5, 354.1, 354.2, 404.1, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsə lovun şikayəti üzrə 12 mart 2020-ci il, “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2015-ci il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti verərək (vəkil Nümayəndə Rüfət oğlu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-444/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsini ləğv edərək iş üzrə icraata xitam verilməsi və ya iddia ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə məhkəmə iddia ərizəsini təmin edərkən (qətnaməni dəyişdirilmədən saxlamaqla) hüquqi mövqeyində müxtəlif fərqli və ziddiyyətli maddi hüquq normalarını tətbiq etməklə maddi hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur.

46. İddiaçı etirazında cavabdehləin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-444/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

47. İddiaçının etiraz dəlilləri iddia tələbinin əsaslandırılması zamanı istinad etdiyi hallarla əsaslandırılmış, həmçinin qeyd etmişdir ki, hal-hazırda Bak ı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh1 İddiaçı1ı dələduzluq yolu ilə aldadaraq ona məxsus əmlakı ələ keçirməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

49. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

50. Maddə 337.4. Etibarsız əqd o nun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

51. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

52. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul m əbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir.

65. Belə ki, işin halları bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.

66. Baxılan mübahisə əqdin etibarsız sayılması barədədir və həmin iddianın həllinə Mülki Məcəllənin əqdlərin etibarsızlığından bəhs edən 14-cü fəslinin müddəaları tətbiq edilməlidir.

67. Kassatorun dəlilrindən biri ondan ibarətdir ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə məhkəmə tərəflər arasında bağalanmış əqdi etibarsız hesab edərkən, həmin əqdin etibarsızlığına səbəb olan hüquq i əsası, yəni mübahisə edilən əqd və ya əhəmiyyətsiz əqd olmasını müəyyən edə bilməmişdir.

68. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsaslı hesab edir. Çünki apelyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində bildirmişdir ki, «Göründüyü kimi mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir».

69. Məhkəmə kollegiyası qeyd edir ki, aldatma faktı, müqavilənin qurucu əsasını təşkil edən iradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticə etibarilə müqavilənin etibarsızlığına gətirib çıxaran haldır.

70. Məhz buna görə də Mülki Məcəllənin 339.1-ci maddəsində əqdin etibarsızlığının əsaslarından bir kimi “aldatma” nəzərdə tutulmuşdur.

71. Görünüş üçün bağlanmı ş əqd isə əhəmiyyətsiz əqdlərə aid edilən uydurma əqd sayılır (MM-nin 340.1-ci maddəsi).

72. Müqvilənin etibarsızlığı barədə mübahisələrə baxılarkən, mübahisə predmeti olan müqavilənin etibarsız sayılmalı olması və ya əhəmiyyətsiz hesab olunmasının xüsusi hüquqi əhəmiyyəti vardır. Çünki bundan asılı olaraq iddia müddətləri tətbiq edilir, restitusiya məsələsi həll olunur və s.

73. Həmçinin kassator qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi onu aldadan şəxs (Cavabdeh2) müqavilə üzrə tərəf deyil və müqaviləyə dolayısı ilə bağlılığı yoxdur. Cavabdeh2 barəsində cinayət işinin açılması və iddiaçının həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmasına baxmayaraq həmin cinayət işi üzrə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Hər kəsin təqsirsizlik prezumpsiyası vardır.

74. Məhkəmə ko llegiyası qeyd edir ki, iddiaçının əsas dəlillərindən biri ondan ibarətdir ki, o, qohumu Cavabdeh2 borcu ilə bağlı sonuncunun xahişi ilə mənzili satmışdır (aldadılmışdır). Bu halda iddiaçı bu faktı sübut etmə yükünü daşıyır. İddiaçının bununla bağlı təqdim etdiyi sübutlar yalnız qohumlarının ifadələridir və işə baxmış məhkəmələr həmin sübutların mümkünlüyü, kifayətliyi üzrə qiymətləndirmə aparmamışdır.

75. Mülki iş materiallarında olan Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından görünür ki, Cavabdeh2 evin alğı-satqısı ilə bağlı verdiyi ifadəsində hər hansı borc olduğunu təsdiq etməmişdir.

76. Həmçinin iş materiallarından görünür ki, alğı-satqı zamanı müqavilədə razılaşdırılmış qiymət alıcı tərəfindən notariat k ontorunun depozit hesabına ödənilmişdir. Lakin həmin məbləğin sonradan kim tərəfindən götürülməsi müəyyən olunmamışdır. Halbuki bu halın mübahisə üzrə düzgün nəticəyə gəlinməsi üşün həlledici əhəmiyyəti vardır.

77. Həmçinin məhkəmələr alğı-satqı müqaviləsini etibarsız hesab etmələrinə baxmayaraq, mənzilə görə ödənilmiş pulun qaytarılmasına münasibət bildirməmişdir. Halbuku, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 78. “Məhkəmə qətnamə si haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 6.10-cü bəndində də qeyd olunmuşduir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir.

79. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə müqavilənin etibarsız sayılması barədə nəticəyə gələrkən ona istinad etmişdir ki, tərəflərin arasında əvvəlcədən tanışlıq olmamış, müq avilə imzalandığı gün İddiaçı1 Cavabdeh3 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hər-hansı müzakirə olmamış, müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəsi tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanmamışdır.

80. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, 3 il ərzində əmlakın bazar dəyərində 2 dəfəyə qədər böyük fərqin yaranması ağlabatan olmamış və əmlakın dəyərinin müqavilədə 2 dəfəyə qədər aşağı göstərilməsi alqı-satqı müqaviləsinin formallığını sübuta yetirən hallardan biri kimi qiymətləndirilmişdir.

81. Məhkəmə kollegiyası qeyd edir ki, bu hallar müqavilənin birbaşa etibarsızlığına səbəb olan hal kimi qanunda nəzərdə tutulmamışdır. Həmin hallar, iş üzrə nəticəyə gəlmək üçün işin digər halları ilə birgə qiym ətləndirilə bilər.

82. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər.

83. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olm aqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

84. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2-21ci il tarixli qərarında Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlərlə bağlı qeyd etmişdir ki, «Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahis ə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.

85. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

86. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlov un şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.»

87. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bi lər.

88. Bu baxımdan, işə baxan məhkəmə müqavilənin etibarsızlığını müəyyən edəcəyi halda, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti, müqavilənin əhəmiyyətsiz olduğu barədə nəticəyə gəldiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməli və həmin normaların izahı ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqedən çıxış etməlidir.

89. Müddətlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia müdətinin axımını mənzildən çıxarılması tələbi üzrə sonuncu məhkəmə iclasının keçirildiyi xx.xx.2021-ci il tarixdən başlamış, hazırki iddianın xx.xx.2021-ci il tarixdə verildiyinə görə 1 illik iddia müddəti ötürmədiyi qənaətinə gəlmişdir.

90. Lakin iddiaçının mənzildən çıxarılması barədə iddia verildiy i vaxtdan onun müqavilənin etibarsız və ya əmiyyətsiz olduğunu bilmədiyini əsaslandırmamışdır.

91. Həmçinin cavabdeh qeyd etmişdir ki, alıcı iddiaçı və onun arvadının mənzildən çıxarılması barədə iddia tələbi verəndə, eyni vaxtda iddiaçı da alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia vermiş, iddiaçının hərəkətsizliyindən həmin iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmış və həmin vaxtdan da 1 (bir) ildən artıq müddət keçmişdir. Bundan başqa, mənzildən çıxarılma tələbinə dair iş üzrə iddiaçı həm apellyasiya, həm də kassasiya şikayətləri vermişdir, lakin aldadılmış olduğunu anlamamış, həmin məhkəmələr bitəndən xeyli müddət keçdikdən sonra icra mərhələsində aldadıldığını iddia edərək yeni iddia tələbi ilə çıxış etmişdir. İddiaçı aldatma üzrə bağlanmış əqd üzrə 21 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bu isə əqdin bağlandığı tarixdən 3 (üç) il, 4 (dörd) ay, 15 gün keçdikdən baş vermişdir.

92. Bu halda məhkəmə müddətin düzgün müəyyən edilməsi üçün bundan əvvəl iddiaçının məhkəməyə iddia ərizəsi verib-verməməsini, verilmişdirsə həmin işin nəticələrini müəyyən etməli və bundan asılı olaraq müddətlə bağlı əsaslandırılmış nəticəyə gəlməli idi.

93. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hərhans ı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

94. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

95. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

96. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-ni n tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

97. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

98. Məhkəmə kollegiyası eyni zamanda xatırladır ki, iddiaçı Cavabdeh1 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdırsa, həmin cinayət işi üzrə mənzilin satılmasına görə onun təqsirinin sübut olunub-olunmaması, iddiaçının qeyd olunan cinayət işi üzrə mülki iddiasının olub-olmaması araşdırılmalıdr. Həmçinin iddiaçının cinayət işi üzrə zərərçəkmiş kimi Cavabdeh1 qarşı mənzilin satılması ilə bağlı zərərin ödənilməsi hüququ yaranacağı halda, indiki iddiaya təsiri araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, həm müqavilənin etibarsız sayılması, həm də iddiaçının Cavabdeh1 qarşı mənzilin satılması ilə bağlı zərərin ödənilməsi hüququnun eyni vaxtda mövcud olması ziddiyyətli hüquqi vəziyyətə səbəb olur.

99. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün g öndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar