Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-130/2025 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, Bakı şəhəri ** saylı Notariat Ofisinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhər Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “hüquqdan sui-istifadə etməklə alqı-satqı müqaviləsinin etibarsızlığının tələb edilməsinin nəticələri”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Cavabdehlər cavabdeh3 və cavabdeh4 nümayəndəsi və vəkili vəkil2 Rüfət oğlu iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh4 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı ilə Məlikova Nuranə Rasim qızı ## ##### 2007-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Bakı şəhəri, Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi, 565-ci məhəllədə yerləşən * nömrəli evin * nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## ###### 2011-ci il tarixdə qeydiyyata alınaraq, MA seriyalı, ******* №-li çıxarışla rəsmiləşdirilmişdir.
3. İddiaçı həmin mənzili # ##### 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri ** saylı notariat kontorunda təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında 60000 manata cavabdeh3 satmışdır (müqaviləni alıcının etibarnamə üzrə nümayəndəsi cavabdeh4 imzalamışdır).
4. Müqavilə bağlanan zaman satıcının arvadı Hüquqi varis Bakı şəhəri ** saylı notariat kontorunda təsdiqlənmiş # ##### 2018-ci il tarixli ərizə verərək, mənzilin satılmasına etiraz olmadığını bildirmişdir.
5. “xxxx” ASC tərəfindən verilmiş # ##### 2018-ci il tarixli xəzinə mədaxil orderinə əsasən cavabdeh3 tərəfindən 60000 manat pul notariusun depozit hesabına mədaxil edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## #### 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Hüquqi varis (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 kv.m olan 2 otaqlı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə # ###### 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, Bakı şəhəri ** saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh3 nümayəndəsi cavabdeh4 arasında bağlanmış ##.##.2018- ci il tarixli, 40-318 №- li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair cavabdeh3 adına verilmiş seriya № ******* saylı, ##.##.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdeh3, cavabdeh4 və cavabdeh2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 onun bibisi oğludur və onunla münasibətləri çox yaxın olmuşdur. 2018-ci ildə cavabdeh2 ona müraciət edərək borcu olduğunu, borcunu qaytarmadığı üçün borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirərək, borclu olduğu şəxslərə borcunun müqabilində girov kimi hər hansı bir daşınmaz əmlak qoymalı olduğunu bildirmiş və ondan kömək istəmişdir. Cavanşir ondan xahiş etmişdir ki, ünvan 2 ünvanında yerləşən evini həmin şəxslərə notarial müqavilə əsasında girov qoysun və ona 2-3 ay möhlət qazandırsın. Fəxrəddinlə razılaşmış və evini onun borcuna görə girov qoyacağını söz vermişdir. ##.##.2018ci il tarixdə o, Bakı şəhəri ** saylı Notarial ofisinə getmişdir. Cavabdeh cavabdeh2 kimə borclu olduğunu bilməmişdir. cavabdeh2 ona bildirmişdir ki, bu girov müqaviləsi müvəqqətidir, heç kimə onun evi lazım deyil, sadəcə qısa müddətdə pul tapıb borcunu ödəyəcək və onun evini girovdan azad edəcək. ##.##.2018-ci il tarixdə notariat ofisində əvvəllər tanımadığı Fəxrəddinin borclu olduğu adam cavabdeh3 nümayəndəsi kimi cavabdeh4 görmüşdür. O, şəxsən cavabdeh cavabdeh3 tanımamış və onun adını cavabdeh2 öyrənmişdir. Fəxrəddin ona bildirmişdir ki, onun borclu olduğu adam cavabdeh3dur. Girov müqaviləsi cavabdeh3 ilə bağlanmalıdır. Cavabdeh cavabdeh4 notariat ofisində ona bildirmişdir ki, cavabdeh3 nümayəndəsidir və müqavilə bağlanmasında Farizin adından iştirak edəcəkdir. Notariusda girov müqaviləsi bağlamağa razılaşdığını və müqaviləyə qol çəkməyə hazır olduğunu demişdir. Lakin notariat kontorunda məlum olmuşdur ki, cavabdeh4 alğı-satqı müqaviləsinin bağlanmasını tələb edir. Bu halda o, dərhal alğı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. Lakin Fəxrəddin ondan xahiş etmişdir ki, alğı-satqı formal olaraq bağlanır, evi onun əlindən heç kim ala bilməz və qısa müddətə cavabdeh3 olan borcunu verib müqaviləni ləğv etdirəcək. Həmin gün cavabdeh3 ilə onun arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Ona məxsus evin dəyəri 60.000 manat yazılmış və müqaviləyə qol çəksə də, alğı-satqıya görə ona bir manat da pul çatmamışdır. Alğısatqı müqaviləsinə görə ödənilmiş 60.000 manat pulu cavabdeh3 nümayəndəsi götürmuş və onlar sağollaşıb ayrılmışlar. O, qarşı tərəfdən evə görə heç bir ödəniş tələb etməmiş və ona heç bir ödəniş edilməmişdir. cavabdeh3 və onun nümayəndəsi cavabdeh4 heç vaxt tanımamış və heç vaxt həmin şəxslərlə evinin satılması ilə bağlı danışıq aparmamış, həmin şəxslərə evini satmamış, onlarla heç vaxt telefon danışığı olmamış, həmin şəxslərin telefonlarını da bilməmişdir. Bu hadisədən bir müddət sonra cavabdeh2 ilə əlaqə saxlayaraq pulu nə vaxt ödəyəcəyini və evinə görə bağlanmış alğı-satqı müqaviləsini nə vaxt ləğv edəcəyini soruşmuşdur. Ona demişdir ki, həmin şəxslərin pulunun böyük qismini ödəyib və ondan narahat olmamağını, alqı-satqının formal olduğunu və tezliklə bu məsələni həll edəcəyini, həmin şəxslərin onun evində gözləri olmadığını bildirmiş, o, da cavabdeh2 inanmışdır. Sonralar isə telefonlarını söndürməyə və ondan qaçmağa başlamışdır. Alğı-satqıdan təxminən 1 il sonra cavabdeh3 ona və həyat yoldaşı Hüquqi varis qarşı evdən çıxarılmağı ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, dərhal cavabdeh2la görüşüb Bakı şəhər Yasamal Rayon Məhkəməsinə cavabdeh3 ona qarşı mənzildən çıxarılma ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. cavabdeh2 ona narahat olmamağı və məhkəmə məsələsini ona həvalə etməyi, cavabdeh3 pulunu ödəyəcəyini və məhkəmə işini həll edəcəyini bildirmişdir. Onun deməsinə görə məhkəmədə təmsil olunması üçün vəkil X8 etibarnamə vermisdir. Vəkilə ona xidmət göstərməsi üçün pul ödəməmiş və onun məhkəmədə hansı qaydada təmsil etməsindən yazdığı etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətindən, verdiyi iddia ərizələrinin məzmunundan məlumatı olmamışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh3 iddia ərizəsi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Sonradan mülki işlə bağlı qətnamələrə baxarkən məlum olmuşdur ki, Sima Yaqubova 1-ci instansiya məhkəməsində çıxışında, apellyasiya və kassasiya şikayətlərində alğı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də cavabdeh cavabdeh2 özünün yox, guya Fəxrəddinin anası, bibisi X13 cavabdeh3 30.000 manat pulu faizə götürdüyünü qeyd etmişdir. X11 qeyd etdiklərinin bir qismi həqiqətə uyğun olmamışdır. Belə ki, həqiqətən də ona məxsus ev digər bir əqdi cavabdeh3 ilə cavabdeh2 arasında olan borc məsələsinin pərdələmək məqsədi ilə bağlanmış əqd olmuşdur. Əslində ilə cavabdeh cavabdeh2 onu aldadaraq öz borcuna görə ona məxsus evi cavabdeh3 adına alğısatqı edilməsinə razı salmışdır. Alğı-satqı müqaviləsində mənzilin dəyəri 2 dəfə azaldılmışdır və bu bir daha alğı-satqı müqaviləsinin etibarsızlığını sübut edir. Mənzilin bazar dəyəri 120.000 manat olsa da, alğı-satqı müqaviləsində əqdin dəyəri 60.000 manat qeyd olunub və bu fakt müqavilənin formal olaraq bağlandığını təsdiqləyir. O və xüsusilə həyat yoldaşı bu müqaviləni imzalamağa tərəddüd etsələr də, cavabdeh2 pis vəziyyətdə olduğunu və onun həmişə maddi imkanın yaxşı olduğunu, onun tezliklə borcunu ödəyəcəyinə və alğı-satqı müqaviləsinin formal olduğuna və tezliklə müqavilənin Fəxrəddin tərəfindən ləğv ediləcəyinə inandıqları üçün müqaviləyə qol çəkmiş və həyat yoldaşı evin satılmasına razılıq vermişdir. cavabdeh2 həbs edildiyi ##.##.2021-ci il tarixə qədər o, aldadıldığını anlamamış və elə zənn etmişdir ki, Fəxrəddin gec-tez problemi həll edəcək və onun evi ilə bağlı cavabdeh3la bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcək. cavabdeh2 həbs edildikdən sonra o, bibisi X13 və qaynanası X9 ilə əlaqə saxlamışdır. X13 və X9 həmişə ona demişlər ki, problemin nə olduğunu bilirlər və cavabdeh3 olan Fəxrəddinin borcunu ödəyib mənzil məsələsini həll edəcəklər. cavabdeh2 həbs edildikdən sonra isə X13 və X9 bir də onları narahat etməməyini demişlər. Bundan sonra o, aldadıldığını başa düşmüş və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi əsasında 27-ci PB-də araşdırma aparılmış, onun, Hüquqi varis, X1, X14, X15, X3, X4, X2, X7, X10, X5, X13, cavabdeh3, cavabdeh4 izahatları alınmışdır. Toplanmış materialdan görünmüşdür ki, cavabdeh3 və cavabdeh4 onu tanımamış, heç vaxt onunla əlaqələri olmamış və heç vaxt ünvan 2 ünvanında yerləşən mənzilə baxmamışlar. cavabdeh3 öz izahatında mənzilə cavabdeh4 baxdığını bildirsə də, sonuncu ümumiyyətlə bu barədə məlumatı olmadığını izahatında bildirmişdir. Dindirilən şəxslər alqı-satqı müqaviləsinin əslində cavabdeh2 cavabdeh3 olan borca görə bağlandığı və əslində müqavilə bağlanarkən İddiaçı aldadıldığını qeyd ediblər. Əldə etdiyi şifahi məlumata əsasən, bibisi oğlu cavabdeh2 cavabdeh3 aralarında ona məlum olmayan səbəblərdən qaynaqlanan borc-pul münasibəti olmuşdur. Qeyd olunan hallardan da göründüyü kimi, cavabdeh2 və cavabdeh3 əvvəldən əlbir hərəkət edərək onu aldatmış, ona məxsus əmlakı ələ keçirdərək 120.000 manat maddi ziyan vurmuşlar. Cavabdeh cavabdeh3 ilə aralarında bağlanmış alqı-satqı müqavilələri digər əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdir və bağlandığı andan etibarsızdır. Cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan mənzili dələduzluq yolu ilə ələ keçirərərk ona 125.000 manat dəyərində maddi ziyan vurmuşdur. Bu səbədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsində göstərilmiş şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər müddəasının tətbiq edilməsi zərurəti yaranmışdır.
9. Cavabdeh cavabdeh4 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, işdə olan notariat işindən də göründüyü kimi cavabdeh3 mübahisə predmeti olan mənzili tam qanuna uyğun alğısatqı edərək öz adına reyestrdən çıxarış almış və hal-hazırda onun mülkiyyətindədir. cavabdeh3 həmin evi İddiaçı ##.##.2018-ci il tarixdə almış və ## ##### 2018-ci il tarixdə çıxarış əldə etmişdir. İşdə olan qətnamələrdən də göründüyü kimi iddiaçı və ailə üzvləri sonradan evi təhvil vermədiyindən iddia təmin olunmuş və həmin tələb üzrə icra şöbəsi tərəfindən iş icra olunaraq göstərilən mənzil cavabdeh3 təhvil verilmişdir. İddiaçı İddiaçı onlara qarşı 2019-cu il tarixdə indi olduğu kimi Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 565-ci məhəllə, ev 5, mənzil * saylı ünvanda yerləşən mənzilə dair ##.##.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin heç bir məhkəmə iclaslarına gəlmədiklərdindən iş baxılmamış saxlanılmışdır. Üzərindən 2 ildən artıq müddət keçdikdən sonra iddiaçı İddiaçı yenidən həmin iddia tələbi ilə məhkəməyə müraciət etməsi iddianın qanunsuz və əsassız olduğunu, sadəcə olaraq tərəfləri incitmək və bezdirmək məqsədi daşıdığını göstərmişdir. İddiaçı iddia tələbinin işi uzatmaq məqsədi daşıması onunla sübuta yetirilir ki, alqı-satqıdan 3 ildən çox müddət keçməsinə baxmayaraq bu barədə heç bir iddia qaldırmamış, lakin cavabdeh3 evdən çıxarılma tələbi qoyduqdan sonra bu alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi ilə müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. İşdə olan notariat işindən də göründüyü kimi İddiaçı heç bir maneə olmadan müqaviləni imzalamış, alqı-satqı müqaviləsində fotoşəkillə bu təsdiq olunmuşdur. İddiaçının həyat yoldaşı (arvadı) Hüquqi varis ərizə verərək mənzilin satılmasına etirazının olmadığını da bildirmişdir. Notariat işindən də göründüyü kimi alğı-satqı müqaviləsi tam qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
10. Məhkəmə iclasında ifadə vermiş şahid Hüquqi varis bildirmişdir ki, evin cavabdeh2 satılması barədə məhkəmə qətnaməsi əsasında evdən çıxarılarkən məlumatı olmuşdur. Belə ki, həmin vaxta qədər bu müqavilənin formaq olaraq bağlandığına inanmışdır. Bundan əlavə müqavilədə alıcı kimi göstərilmiş cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi cavabdeh4 heç vaxt gəlib evə baxmamış, evlə maraqlanmamışlar. Bu da onu və əri İddiaçı müqavilənin formallığına inandırmışdır.
11. Məhkəmə iclasında ifadə vermiş şahid X4 bildirmişdir ki, X14 bibisidir. Qafar ona məxsus olan və yaşadıqları evi bibisi oğlu cavabdeh2 borcuna görə girova qoymağa razılaşmışdır. Daha sonra alqı-satqı müqaviləsi bağlanarkən Qafar müqaviləni bağlamaqdan imtina etsə də, Fəxrəddin onu inandırmışdır ki, müqavilə formal xarakter daşıyır. Qısa müddətdə borcunu ödəyib müqaviləni ləğv elətdirəcək.
12. Məhkəmə iclasında ifadə vermiş şahid X1 bildirmişdir ki, iddiaçı onun kürəkənidir. Qafarın bibisi oğlu Fəxrəddin Qafara müraciət edərək borcu olduğunu və borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirmişdir. Bu səbəbdən xahiş etmişdir ki, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili girov qoyaraq ona borcunu ödəməsi üçün bir neçə aylıq vaxt qazandırsın. Notariusda girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlanarkən Qafar ilk başda etiraz etmiş, lakin Fəxrəddin onu müqavilənin formallığına inandıra bilmişdir.
13. Məhkəmə iclasında ifadə vermiş şahid X14 iddiaçının kürəkəni olduğunu bildirmiş və şahid Rasim Məlikovun ifadəsinə uyğun məzmunlu ifadə vermişdir.
14. xxxx” MMC-nin ## #### 2021-ci il tarixli hesabatına əsasən ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat təşkil etmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2021ci il tarixli qərarı ilə # #### 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi sahibkarlıqla məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan təqsirləndirilən şəxs cavabdeh2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin ##.##.2021-ci il tarixdən hesablanması qərara alınmışdır.
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ## ######## 2021-ci il tarixli qərarı ilə İddiaçı zərəçəkmiş şəxs qismində tanınmışdır.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi bağlanarkən, onu bağlayan tərəflər arasında alğı-satqı müqaviləsinin predmetini təşkil edən əmlak müəyyən olmalı, həmçinin əmlakın dəyəri müqavilədə göstərilməlidir. Hazırda etibarsızlığı mübahisələndirilən müqavilə üzrə satıcı İddiaçı ilə alıcı cavabdeh3, həmçinin onun adından müqaviləni imzalayan cavabdeh4 arasında əvvəlcədən tanışlıq olmamış, müqavilə imzalandığı gün İddiaçı cavabdeh4 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hərhansı müzakirə olmamışdır. Eyni zamanda müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəsi tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanmamışdır. Qeyd edilən hal məhkəmə iclasında dinlənilmiş şahid ifadələri, həmçinin cavabdeh3 Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-də verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. O vermiş olduğu izahatda - evi almazdan əvvəl həmin evdə olmadığını bildirmişdir.
19. Məhkəmə hesab etmişdir ki, alıcı tərəfindən müqavilə bağlanmazdan əvvəl evə real olaraq baxılmaması, alıcının əldə edəcəyi mənzillə maraqlanmaması özlüyündə müqavilənin formal olaraq bağlandığı qənaətinə gəlməyə imkan vermişdir.
20. Məhkəmə qeyd etmişdir ki, müqavilə bağlanarkən alqı-satqı müqaviləsində əmlakın dəyəri 60.000 manat göstərilmişdir. Mülki iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2021-ci il tarixli hesabatı ilə isə mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, 3 il ərzində əmlakın bazar dəyərində 2 dəfəyə qədər böyük fərqin yaranması ağlabatan olmamış və əmlakın dəyərinin müqavilədə 2 dəfəyə qədər aşağı göstərilməsi alqı-satqı müqaviləsinin formallığını sübuta yetirən hallardan biri kimi qiymətləndirilmişdir.
21. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdə alğı-satqı müqaviləsini bağlamış olsa da, müqavilənin formal xarakter daşımadığını, məhkəmə qətnaməsinin icrası zamanı, yəni evdən çıxarılarkən bilmişdir. İddiaçı və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması tələbi üzrə sonuncu məhkəmə iclası ##.##.2021-ci il tarixdə keçirilmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə ##.##.2021-ci il tarixdə müraciət etmiş, 1 illik iddia müddətini ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsassızdır.
22. Məhkəmə eyni zamanda, iddiaçının mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətinə dair qeyd etmişdir ki, cavabdehlərin əməlində cinayətin əlamətlərinin olub-olmaması hazırda davam edən cinayət işi üzrə araşdırıldığından həmin vəsatət təmin edilməməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 404.1, 567ci maddələrinə, “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # ##### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Qətnamədən cavabdehlər cavabdeh3 və cavabdeh4 birgə apellyasiya şikayəti vermişlər.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ## #### 2022ci il tarixli qərardadı ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Həmid Həmidov) cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi əsasında baxılmış “mənzildən çıxarılma” tələbinə dair iddia hazırkı iddia ərizəsi ilə mübahisələndirilən əqdə əsaslanan iddia olmuşdur. Tərəflər arasında daha əvvəl hazırda mübahisələndirilən əqdə əsaslanan mübahisəyə dair (mənzildən çıxarılma) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, iddiaçının həmin əqdin etibarsızlığına dair iddia qaldırması əsassızdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına və “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli, **/**** nömrəli Qərardadına istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- ****/**** saylı, ## ###### 2022-ci il tarixli qərarı ilə (hakimlər - Mehparə Əhmədova (məruzəçi), Ələsgər Əliyev və İsmayıl Xəlilov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
30. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2019-cu il tarixli qətnaməsi əsasında baxılmış “mənzildən çıxarılma” tələbinə dair iddia hazırki iddia ərizəsi ilə mübahisələndirilən əqdə əsaslanan iddia olmuşdur. Tərəflər arasında daha əvvəl hazırda mübahisələndirilən əqdə əsaslanan mübahisəyə dair (mənzildən çıxarılma) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, iddiaçının həmin əqdin etibarsızlığına dair iddia qaldırması əsassızdır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsi barədə gəldiyi qənaət prosessual hüquq normalarının tələblələrinə uyğun olmadığnı hesab edərək göstərmişdir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən mənzilə dair iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh3 (nümayəndəsi cavabdeh4) arasında notarial qaydada ##.##.2018-ci il tarixli, **-*** saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdeh cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli çıxarış verilmişdir. Bundan sonra, cavabdeh3 İddiaçı və onun arvadına qarşı iddia qaldıraraq, mülkiyyət hüququ ilə ona məxsus həmin mənzildən çıxarılmalarını tələb etmiş, cavabdehlər iddiaya dair yazılı etiraz və ya izahat təqdim etməmişlər. Bu iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə qeyd olunmuşdur ki, cavabdeh3 mübahisəli mənzili İddiaçı satın almışdır və mənzil hazırda onun mülkiyyətindədir. Lakin İddiaçı onun qanuni mülkiyyətində olan mənzildən çıxmamış, bununla da qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Hazırkı iddia tələbi isə mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh3 adına verilmiş reyestr çıxarışının ləğvi barədədir.
32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Tərəflər arasında mənzildən çıxarılma barədə ilk məhkəmə mübahisəsi əqdə əsaslanan iddiadan deyil, əşya – mülkiyyət hüququna əsaslanan iddiadan irəli gəlmiş və işə baxmış məhkəmələr mübahisəni hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin mülkiyyət hüququ və onun müdafiəsi bağlı normalarına istinad etmişlər. Həmin iş üzrə cavabdehlər cavabdeh3 mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair hər hansı etiraz etmədiklərindən məhkəmənin həmin hüququn əsaslandığı qeydin əsasında duran əqdin (##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsi) etibarlılığını yoxlamaq vəzifəsi yaranmamışdır.
33. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 141.2, 166.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 417.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə ## #### 2022-ci il tarixli, **/**** nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Apellyasiya baxışı zamanı iddiaçının həyat yoldaşı Hüquqi varis məhkəməyə ərizə ilə müraciət edərək, həyat yoldaşı İddiaçı vəfat etdiyi üçün onun hüquqi varis qismində tanınmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat iddiaçı İddiaçı ölümü ilə əlaqədar hüquq varisi müəyyən edilənədək dayandırılmış, Hüquqi varis iddiaçı İddiaçı qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis iş üzrə iddiaçı qismində tanınmışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Elmar Rəhimov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(005)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı İddiaçı ilə cavabdeh3 nümayəndəsi cavabdeh4 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən mənzilə dair ##.##.2018-ci il tarixli, 40-*** №-li alqı-satqı müqaviləsinin etibarsızlığına əsas olacaq bir sıra halların olması müəyyən edilmişdir. Belə ki, alqı-satqı müqaviləsi bağlanarkən, onu bağlayan tərəflər arasında alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlak müəyyən olmalı, həmçinin əmlakın dəyəri müqavilədə göstərilməlidir. Hazırda etibarsızlığı mübahisələndirilən müqavilə üzrə isə qeyd edilmişdir ki, İddiaçı ilə alıcı cavabdeh3, həmçinin onun adından müqaviləni imzalayan cavabdeh4 arasında əvvəlcədən tanışlıq olmamış, müqavilə imzalandığı gün İddiaçı cavabdeh4 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hər-hansı müzakirə olmamışdır. Eyni zamanda müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəsi tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanılmamışdır.
37. Hazırkı işdən görünür ki alğı-satqı müqaviləsi bağlanarkən İddiaçı həmin müqaviləni bağlamağa real iradə ifadəsi olmamışdır. Belə ki, alqı-satqı işinin materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə şəxsən İddiaçı özü tərəfindən imzalanmış, həmçinin onun həyat yoldaşı Hüquqi varis mənzilin satılmasına dair razılıq ərizəsi alınmışdır. Buna baxmayaraq, qeyd edilən müqavilə bağlanarkən İddiaçı müqavilənin formal xarakter daşıdığını zənn etmiş, müqavilənin bibisi oğlu cavabdeh2 borc öhdəliklərinə görə başqa əqdi pərdələmək məqsədilə bağlandığını hesab etmişdir. Belə ki, iddiaçının həqiqi mənada əmlakını satmaq niyyəti olmamışdır.
38. İş materiallarında olan qərarlarla da sübut edilir ki, cavabdeh2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Göründüyü kimi mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir. Belə olan halda, iddiaçının sonradan müqaviləni təsdiq etməsi də hüquqi baxımdan heç bir əhəmiyyət kəsb edə bilməz.
39. Əqdin mövcud olmaması və etibarsızlığının fərqləndirilməsinin praktiki əhəmiyyəti vardır; əvvəla, etibarlılıq və ya etibarsızlıq müqavilə (əqd) bağlandıqdan sonra müzakirə predmeti ola bilər; ikincisi isə, mübahisə edilən əqdin etibarsız sayılması və ya əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddianın irəli sürülməsi üçün müddət nəzərdə tutulduğu halda, mövcud olmayan əqd baxımından hər hansı müddətin mövcudluğundan söhbət gedə bilməz.
40. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdə alqı-satqı müqaviləsini bağlamış olsa da, müqavilənin formal xarakter daşımadığını, məhkəmə qətnaməsinin icrası zamanı, yəni evdən çıxarılarkən bilmişdir.
41. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.4, 337.5, 354.1, 354.2, 404.1, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə ## #### 2020-ci il, “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2015-ci il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Cavabdehlər cavabdeh3 və cavabdeh4 birgə kassasiya şikayəti verərək (vəkil vəkil2 Rüfət oğlu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ## ### 2023-cü il tarixli qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsi və ya iddia ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir.
44. Kassasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir. Belə ki, işin halları bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır. Baxılan mübahisə əqdin etibarsız sayılması barədədir və həmin iddianın həllinə Mülki Məcəllənin əqdlərin etibarsızlığından bəhs edən 14-cü fəslinin müddəaları tətbiq edilməlidir. Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə məhkəmə tərəflər arasında bağalanmış əqdi etibarsız hesab edərkən, həmin əqdin etibarsızlığına səbəb olan hüquqi əsası, yəni mübahisə edilən əqd və ya əhəmiyyətsiz əqd olmasını müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsaslı hesab edir. Çünki apelyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində bildirmişdir ki, «Göründüyü kimi mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir». Məhkəmə kollegiyası qeyd edir ki, aldatma faktı, müqavilənin qurucu əsasını təşkil edən iradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticə etibarilə müqavilənin etibarsızlığına gətirib çıxaran haldır. Məhz buna görə də Mülki Məcəllənin 339.1-ci maddəsində əqdin etibarsızlığının əsaslarından bir kimi “aldatma” nəzərdə tutulmuşdur. Görünüş üçün bağlanmış əqd isə əhəmiyyətsiz əqdlərə aid edilən uydurma əqd sayılır (MM-nin 340.1-ci maddəsi). Müqavilənin etibarsızlığı barədə mübahisələrə baxılarkən, mübahisə predmeti olan müqavilənin etibarsız sayılmalı olması və ya əhəmiyyətsiz hesab olunmasının xüsusi hüquqi əhəmiyyəti vardır. Çünki bundan asılı olaraq iddia müddətləri tətbiq edilir, restitusiya məsələsi həll olunur və s. Həmçinin kassator qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi onu aldadan şəxs (cavabdeh3) müqavilə üzrə tərəf deyil və müqaviləyə dolayısı ilə bağlılığı yoxdur. cavabdeh3 barəsində cinayət işinin açılması və iddiaçının həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmasına baxmayaraq həmin cinayət işi üzrə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas dəlillərindən biri ondan ibarətdir ki, o, qohumu cavabdeh3 borcu ilə bağlı sonuncunun xahişi ilə mənzili satmışdır (aldadılmışdır). Bu halda iddiaçı bu faktı sübut etmə yükünü daşıyır. İddiaçının bununla bağlı təqdim etdiyi sübutlar yalnız qohumlarının ifadələridir və işə baxmış məhkəmələr həmin sübutların mümkünlüyü, kifayətliyi üzrə qiymətləndirmə aparmamışdır. Mülki iş materiallarında olan cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından görünür ki, cavabdeh3 evin alğı-satqısı ilə bağlı verdiyi ifadəsində hər hansı borc olduğunu təsdiq etməmişdir. Həmçinin iş materiallarından görünür ki, alğı-satqı zamanı müqavilədə razılaşdırılmış qiymət alıcı tərəfindən notariat kontorunun depozit hesabına ödənilmişdir. Lakin həmin məbləğin sonradan kim tərəfindən götürülməsi müəyyən olunmamışdır. Halbuki bu halın mübahisə üzrə düzgün nəticəyə gəlinməsi üçün həlledici əhəmiyyəti vardır. Həmçinin məhkəmələr alğı-satqı müqaviləsini etibarsız hesab etmələrinə baxmayaraq, mənzilə görə ödənilmiş pulun qaytarılmasına münasibət bildirməmişdir. Halbuku, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli qərarının 6.10-cü bəndində də qeyd olunmuşduir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə müqavilənin etibarsız sayılması barədə nəticəyə gələrkən ona istinad etmişdir ki, tərəflərin arasında əvvəlcədən tanışlıq olmamış, müqavilə imzalandığı gün İddiaçı cavabdeh4 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hər-hansı müzakirə olmamış, müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəsi tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanmamışdır. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, 3 il ərzində əmlakın bazar dəyərində 2 dəfəyə qədər böyük fərqin yaranması ağlabatan olmamış və əmlakın dəyərinin müqavilədə 2 dəfəyə qədər aşağı göstərilməsi alqı-satqı müqaviləsinin formallığını sübuta yetirən hallardan biri kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hallar müqavilənin birbaşa etibarsızlığına səbəb olan hal kimi qanunda nəzərdə tutulmamışdır. Həmin hallar, iş üzrə nəticəyə gəlmək üçün işin digər halları ilə birgə qiymətləndirilə bilər. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 0# ##### 2021- ci il tarixli qərarında Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlərlə bağlı qeyd etmişdir ki, «Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.» Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Bu baxımdan, işə baxan məhkəmə müqavilənin etibarsızlığını müəyyən edəcəyi halda, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti, müqavilənin əhəmiyyətsiz olduğu barədə nəticəyə gəldiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməli və həmin normaların izahı ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqedən çıxış etməlidir. Müddətlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia müdətinin axımını mənzildən çıxarılması tələbi üzrə sonuncu məhkəmə iclasının keçirildiyi ##.##.2021-ci il tarixdən başlamış, hazırki iddianın ##.##.2021-ci il tarixdə verildiyinə görə 1 illik iddia müddəti ötürmədiyi qənaətinə gəlmişdir. Lakin iddiaçının mənzildən çıxarılması barədə iddia verildiyi vaxtdan onun müqavilənin etibarsız və ya əhəmiyyətsiz olduğunu bilmədiyini əsaslandırmamışdır. Həmçinin cavabdeh qeyd etmişdir ki, alıcı iddiaçı və onun arvadının mənzildən çıxarılması barədə iddia tələbi verəndə, eyni vaxtda iddiaçı da alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia vermiş, iddiaçının hərəkətsizliyindən həmin iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmış və həmin vaxtdan da 1 (bir) ildən artıq müddət keçmişdir. Bundan başqa, mənzildən çıxarılma tələbinə dair iş üzrə iddiaçı həm apellyasiya, həm də kassasiya şikayətləri vermişdir, lakin aldadılmış olduğunu anlamamış, həmin məhkəmələr bitəndən xeyli müddət keçdikdən sonra icra mərhələsində aldadıldığını iddia edərək yeni iddia tələbi ilə çıxış etmişdir. İddiaçı aldatma üzrə bağlanmış əqd üzrə ## ###### 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bu isə əqdin bağlandığı tarixdən 3 (üç) il, 4 (dörd) ay, 15 gün keçdikdən baş vermişdir. Bu halda məhkəmə müddətin düzgün müəyyən edilməsi üçün bundan əvvəl iddiaçının məhkəməyə iddia ərizəsi verib-verməməsini, verilmişdirsə həmin işin nəticələrini müəyyən etməli və bundan asılı olaraq müddətlə bağlı əsaslandırılmış nəticəyə gəlməli idi. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il ## ###### tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il ## ###### tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il ## #### tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli və s. Qərarları). Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyası eyni zamanda xatırladır ki, iddiaçı cavabdeh2 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdırsa, həmin cinayət işi üzrə mənzilin satılmasına görə onun təqsirinin sübut olunub-olunmaması, iddiaçının qeyd olunan cinayət işi üzrə mülki iddiasının olub-olmaması araşdırılmalıdr. Həmçinin iddiaçının cinayət işi üzrə zərərçəkmiş kimi cavabdeh2 qarşı mənzilin satılması ilə bağlı zərərin ödənilməsi hüququ yaranacağı halda, indiki iddiaya təsiri araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, həm müqavilənin etibarsız sayılması, həm də iddiaçının cavabdeh2 qarşı mənzilin satılması ilə bağlı zərərin ödənilməsi hüququnun eyni vaxtda mövcud olması ziddiyyətli hüquqi vəziyyətə səbəb olur.
Apellyasiya şikayətinin dəlilləri, ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
45. Cavabdehlər cavabdeh3 və cavabdeh4 birgə apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edib şikayəti bununla əsaslandırmışlar ki, iddiaçı ərizəsində özü iddiasında etiraf etmişdir ki, notariat ofisində alğı-satqı müqaviləsi bağlamışdır. Hətta məhkəmə iclasında iddiaçı İddiaçı arvadı Hüquqi varis da etiraf etmişdir ki, notariat ofisində alğı-satqı müqaviləsi bağlanmış, həmin vaxt səhhətində heç bir nasazlığının olmaması və ali təhsilli olmasını, alğı-satqı bağlanarkən notariat ofisinə vermiş olduğu razılıq ərizəsinin özü tərəfindən yazıldığını, ərizənin məzmuunu tam başa düşdüyünü bildirmişdir. Göründüyü kimi alğı-satqı müqailəsi heç bir pozuntu olmadan bağlanıldığını iddiaçı və arvadı etiraf edirlər. İddia ərizəsi və əlavə olunmuş sənədlərə baxıldığında iddiaçının istinad etdiyi səs yazıları və dediyi video görüntülərdir. Video görüntü deyilsə də, heç bir görüntünü görmək olmur və bilinməyən şəxslərin səsləri gəlir. Əvvəl verdiyi iddia ərizəsində də İddiaçı guya bibisinin borcuna görə evi alqı-satqı etdiyini və bu səbəbdən etibarsız olduğunu bildirir. İndi isə cavabdeh2 borcu olduğuna görə evi satdığını bildirir. Hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlar heç bir hüquqi nəticə doğurmur. cavabdeh3 ümumiyyətlə cavabdeh2 tanımır və onunla heç bir əlaqəsi yada elə bir tanıdığı insan yoxdur. Bundan əlavə cavabdeh3 sələmə heç kimə pul verməmişdir. Bu tam yalan və heç bir əsası olmayan bir iddiadır. İddiaçı verdiyi iddia boş ifadələrdən ibarətdir. Özünün hansısa şəxsi problemlərinə görə cavabdeh3 satdığı evdən çıxmaq istəmir və belə əsassız iddialar verməklə məhkəmənin və tərəflərin vaxtını alır. İşdə olan notariat işindən də göründüyü kimi İddiaçı heç bir maneə olmadan müqaviləni imzalamış, alqı-satqı müqaviləsində fotoşəkillə bu təsdiq olunur. İddiaçının həyat yoldaşı (arvadı) Hüquqi varis ərizə verərək mənzilin satılmasına etirazının olmadığını da bildirmişdir. Notariat işindən də göründüyü kimi alqı-satqı müqaviləsi tam qanunvericliyin tələblərinə uyğun hyata keçirilmişdir. Etibarsızlıqla bağlı heç bir əsas yoxdur. Əgər həqiqətəndə mabahisə predmeti olan alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd idisə hansı səbəbdən bu iddianı əvvəl yox, cavabdeh3 evdən çıxarılma barədə iddiasını gördükdən sonra etmişdir.
b) Hazırki apellyasiya icraatında apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
46. Məhkəmə iclasında cavabdehlər cavabdeh3 və cavabdeh4 nümayəndəsi və vəkili vəkil2 Rüfət oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
47. İşə baxşəılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının vəkili səhhətində yaranmış problemlərlə əlaqədar müalicə aldığını və məhkəmə iclasını təxirə salınmasını xahiş edib, lakin buna dair sübutları ərizəsinə əlavə etməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi birbirinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli, **/**** saylı Qərardadı:
Bənd 18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Bənd 19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olubolmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
52. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
54. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
55. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
56. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
57. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
58. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
59. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. 60.Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi normaları səhv təfsir edib, həmçinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, eləcə də qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
61. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
62. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi bundan əvvəl iki dəfə işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmamış, sonuncu qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
63. Əvvəla, mülki iş hazırki apellyasiya icraatında olarkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis nümayəndəsi və vəkili vəkil1 Sücaət oğlunun vəsatəti təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan *(*-*)- ***/**** saylı cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Çünki iddiaçı tərəf Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının qismən, yəni mülki iddiaya dair hissədə dəyişdirilərək mülki iddianın geri qaytarılmasını və həmin hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi; zərərçəkmiş şəxs İddiaçı hüquqi varisi Hüquqi varis və nümayəndəsi vəkil1 kassasiya şikayətinin təmin edilməməsi; məhkum cavabdeh2 müdafiəçisi İbrahimov Taleh Vali oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının dəyişdirilib məhkum cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 7 (yeddi) ilə endirilməsi; Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı qərarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə məhkum cavabdeh2 təyin edilmiş cəzaların qismən toplamaqla ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi; Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən cavabdeh2 ## ####### 2018-ci il tarixdən ## #### 2019-cu il tarixədək tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 6 (altı) il 10 (on) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu qərarda həmçinin göstərilib ki, mülki iddianın həlli zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmələrin həmin hissədə qəbul etdikləri qərarların ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, kassasiya baxışı mərhələsində mülki iddia vermiş şəxsin iddiadan imtinasının qəbul edilməsi və bunun əsasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll olunmuş mülki iddia üzrə icraata xitam verilməsi mahiyyət etibarı ilə yeni prosessual qərarın qəbul edilməsi demək olardı. Halbuki, belə bir səlahiyyətlər CPM-in 419-cu maddəsində nəzərdə tutulmamışdır və kassasiya instansiyası məhkəməsinin baxış predmetinə aid deyildir. Buna görə də, Hüquqi varis mülki iddiadan imtina etməsi barədə tələbi kassasiya icraatı çərçivəsində təmin oluna bilməz.
65. Əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur.Hazırkı işdə mübahisələndirilən müqavilənin etibarsızlığı hər hansı bir formada təsdiq olunmur.
66. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
67. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ... Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
68. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçı tərəfin hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının məzmunundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə cavabdeh2 Süleyman oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzaçəkmə müəssisəsində cəza çəkməsi hökm edilib. Hökmlə həmçinin müəyyən edilib ki, “...cavabdeh2 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu İddiaçı etibarından sui-istifadə edərək guya Süleymanov Fariz Şirəli oğluna pul borcunun olduğunu və həmin pul borcunu ödəyə bilmədiyini bildirmiş, həmin pul borcunun əvəzində İddiaçı məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi , 565-ci məhəllə, ev 5-də yerləşən * saylı mənzilin müvəqqəti olaraq formal qaydada cavabdeh3 satmağı təklif etmiş, 20 gün müddətində cavabdeh3 olan borcunu qaytaracağını və həmin evi cavabdeh3 geri alaraq qaytaracağını İddiaçı vəd verərək sonuncunun etibarından sui-istifadə edərək aldatmış, nəticədə İddiaçı külli miqdarda-120000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
70. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM.m.82.4). Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cavabdeh2 İddiaçı ümumilikdə 120.000 (yüz iyirmi min) manat külli miqdarda ziyan vurmaqla ona qarşı təkrar dələduzluq etməsi və hazırkı mülki iş üzrə cavabdehlər cavabdeh3 və cavabdeh4 həmin hadisəyə aidiyyəti olmadığı müəyyən edilmişdir. Demək ki, qeyd olunan hökmün hazırkı mülki işə baxan məhkəmə üçün məcburi olduğu da şikayətin dəlilləri yoxlanılarkən nəzərə alınır.
71. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, mərhum İddiaçı və onun hüquqi varisi olan arvadı Hüquqi varis cavabdeh2 xahişini təmin etmək üçün hər bir halda mübahisə predmeti olan mənzili istənilən şəxsə satmaq üçün qəti qərara gəliblər. Başqa sözlə, cavabdeh3 olmasa idi belə hansısa üçüncü şəxsə sataraq əldə etdiyi vəsaiti onsuzda cavabdeh2 verməli idi. Mənzili cavabdeh2 ona etdiyi, hökmlə də müəyyən edilən təklifi qəbul edərək könüllü iradə ifadəsinə uyğun, yəni iradəsi zədələnmədən cavabdeh3la alqı-satqı müqaviləsi bağlamışdır. Mənzilin yekun olaraq 60.000 (altmış min) manata satmaq niyyətinin olması da özünün qərarı olub. Alqı-satqı müqaviləsində göstərilən məbləğin cavabdeh3 tərəfindən cavabdeh2 ödənildiyinə yaxud ödəniləcəyinə razı olduğu və bu halı qəbul edib bəyəndiyi üçün alqı-satqı müqaviləsi rəsmiləşib. Əks halda belə olmasa idi, alqı-satqı müqaviləsini nə özü, nə də arvadı təsdiq etməzdi. Deməli, kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi iddiaçı aldadılaraq bağladığını iddia etdiyi əqd üzrə ## ###### 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bu isə 0# ##### 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı tarixdən 3 (üç) il, 4 (dörd) ay, 15 gün keçdikdən sonra baş vermişdir. Deməli, iddiaçı tərəf alqı-satqı müqaviləsi bağlandıqdan 3 (üç) il, 4 (dörd) ay, 15 gün keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmayıb və bu hal vicdanlılığın tələb etdiyi tərz sayılmır. 72.Göstəriləndən başqa, həm mülki, həm də cinayət mühakimə icraatı zamanı iddiaçı tərəfin mövqeyindən bəlli olur ki, əslində cavabdeh2 narazı qalıb barəsində həbs qətimkan tədbiri seçildikdən sonra dələduzluq cinayəti ilə ələ keçirilmiş pul vəsaitinin qaytarılmasına nail olmaq üçün hazırkı üsuldan istifadə edərək cavabdehlərə qarşı bu iddianı irəli sürüb. Ancaq iddiaçı tərəf nail olmaq istədiyi məqsədə çatmaq üçün də düzgün vasitə(yol) seçməmişdir. Çünki bu üsul hüquqdan sui-istifadə xarakteri daşıyır.
73. Göstərilənlərlə yanaşı, hökmlə cavabdeh2 iddiaçı tərəfə 120.000 (yüz iyirmi min) manat məbləğində vurduğu ziyanı ödəməsinə dair mülki iddia təmin olunub. Bu cür vəziyyət də iddiaçı tərəfin hazırkı iddianı müdafiə etməkdə haqlı olmadığını göstərir. Başqa sözlə, iddiaçı tərəfin sözügedən mənzilin mülkiyyətindən çıxmasına görə həm cavabdeh2 qarşı 120.000 (yüz iyirmi min) manat mülki iddiası təmin olunub, həm də cavabdehlərə qarşı hazırkı iddianı sürüb mübahisə predmeti olmuş mənzilin də öz mülkiyyətinə qaytarmağa nail olmaq istəyi və arzusu isə anlaşılan olmamaqla yanaşı, həm də haqqa-ədalətə söykənən bir mənafe müdafiəsi sayılmır.
74. Beləliklə, iddiaçının cavabdeh2 tərəfindən aldadılmasının cavabdehlərlə əlaqəsi yuxarıda qeyd olunan hüquqi dəyərləndirmələrə əsasən təkzib edilir. Başqa sözlə, iddiaçının cavabdehlər tərəfindən aldadılmasına dair işdə hər hansı bir mötəbər sübut yoxdur. Əksinə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünə əsasən də bu hallar inkar olunur. Üstəlik yuxarıda qeyd olunduğu kimi bütün bu prosesslər iddiaçının və onun hüquqi varisi olan arvadının iradəsinə uyğun baş verib. Burada iddiaçı cavabdehləri hansısa hala görə qınaması üçün də hüquqi əsası olmalıdır. Əlbətdə ki, bir daha qeyd olunur ki, hüquqdan başqalarına zərər vurmaq üçün sui-istifadə edilməsi yolverilməz sayılır.
75. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli **/**** nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə mübahisə edilən əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki iddiaçının 3 (üç) il, 4 (dörd) ay, 15 gün ərzində alqı-satqı müqaviləsini mübahisələndirməməsi yaxud mübahisələndirmək istəməməsi həmin müqaviləni bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. 76 Tələbin digər hissələri bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir.Çünki təmin edilib-edilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.
77. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə suiistifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
78. Beləliklə məhkəmə tərkibi hesab edir ki: Cavabdehlər cavabdeh3 və cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və Bakı şəhəri ** saylı Notariat Ofisinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməməlidir.
79. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdehlər cavabdeh3 və cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və Bakı şəhəri ** saylı Notariat Ofisinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.