Məhkəmə qərarları › İş №2(102)-1381/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1381/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1381/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə, Nizami rayon icra şöbəsinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər, hərracın nəticəsinin və protokolun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Babayev Zəki B aba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC, Nizami rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6906/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaç ı 25144,22 ABŞ dolları məbləğində əsas borc, 5131,28 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmış 1283,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 31559,11 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, habelə mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, məhkəməyə təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 31 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı ş əhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 95000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin qeyd edilən pul tələblərinin təmin edilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət olunmuşdur.

2. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətinə əsasən, mübahisəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakların satış qiyməti 95000 manat müəyyən edilmişdir. 3. “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun surətinə əsasən, "xxxx" MMC-nin h ərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişi xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir.

4. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətinə əsasən, mübahisəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 80750 manat müəyyən edilmişdir. 5. “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun surətinə əsasən, "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişi xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. 6. “Birja yenilikləri” qəzetin xx.xx.2022-ci il tarixli, 298 (298) nömrəli və xx. xx.2022-ci il tarixli, 303 (303) nömrəli tirajlarının surətinə əsasən, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən mübahisəli mənzilə dair açıq hərracın keçirilməsi elan edilmişdir. 7. “Birja yenilikləri” qəzetin xx.xx.2022-ci il tarixli, 307 (307) nömrəli tirajının surətinə əsasən,, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən mübahisəli mənzilə dair keçirilmiş hərracın baş tutmaması elan edilmişdir. 8. "xxxx" MMC tərəfindən İddiaçı, İsmayılova Güldərən və LPO Cavabdeh2 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifinə əsasən, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 60562,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 9. “FM Express” şirkətinin Kuryer xidmətləri ü çün mədaxil qəbzinin talonunun surətinə əsasən, "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklif məktubunun surəti xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir.

10. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 51/04 nömrəli protokolun və xx.xx.2022-ci il tarixli müqavilənin surətlərinə əsasən, Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Nizami rayon İcra şöbəsinin sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh2 ASC ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 s aylı evin 84 saylı mənzili 60562,5 manata əldə etmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 81, 84 saylı mənzil xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-80/2019 saylı icra vərəqəsinə, Hərrac Təşkilatının 51/04 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokoluna, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən LPO Cavabdeh2 ASC-nin adına özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)80/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tutma yönəldilən mübahisəli mənzil üzrə "xxxx" MMC tərəfindən həyata keçirilən hərracın nəticəsinin, Hərrac Təşkilatının 51/04 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın yekunları barəsində protokolunun, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində LPO Cavabdeh2 ASC-nin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə bağlanmış müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hərrac keçirilərkən “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.2-ci maddəsinin tələbləri pozulmuşdur. İcra sənədinə əsasən tutma yönəldilən mənzillə bağlı "xxxx" MMC tərəfindən hərrac qanunun tələbləri pozulmaqla həyata keçirildiyi üçün hərracın nəticəsi etibarsız hesab edilməlidir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2321/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 f aiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsası hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlıdır. İddiaçı bildirir ki, təkrar hərrac xx.xx.2022-ci il tarixdə keçirilsə də, hərrac baş tutmamış və həmin tarixdən 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc edilməmişdir. Bununla əlaqədar, təkrar hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərilmişdir. Həmin maddədə qeyd edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzala yırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, təkrar hərrac baş tutmadığı halda birinci hərracın baş tutmamasından fərqli olaraq, qanunvericilikdə 3 təqvim günü ərzində hərracın baş tutumaması barədə elanın dərc edilməsi imperativ norma olaraq göstərilməmişdir.

16. Məhkəmə göstərrmişdir ki, təkrar hərracdan sonra 3 təqvim günü ərzində deyil, daha gec verilməsi iddiaçının hər hansı bir hüququnu pozmur. Belə ki, təkrar hərrac baş tutmadığından sonra ipoteka ilə yüklü edilmiş əmlakın hərrac mərkəzinin təklifi əsasında təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etmək hüququ yalnız ipoteka saxlayana məxsusdur.

17. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən mübahisəli mənzil xx.x x.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli, 298 (298) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı ela n “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli, 303 (303) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra, Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh2 ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir.

18. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hərrac keçirilərkən q anunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri əsassız olduğundan, iddia təmin edilə bilməz.

19. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 415.2 və 416, “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5, 42.1, 43 və 44-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, təkrar hərracın keçirilmə yeri və vaxtı- xx.xx.2022-ci il, saat 11:00-17:00-dək olaraq müəyyən edilmiş və baş tutmamışdır. Lakin bu tarixdən 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc edilməmişdir. Belə ki, ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində ye rləşən 81 saylı evin 84 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Yəni, təkrar hərracın keçirilməsinin təyin olunduğu gündən 20 gün sonra elan dərc edilmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən, 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Göründüyü kimi, 43.2-ci maddənin tələbləri pozulmuşdur. Məhkəmənin birinci hərracdan fərqli olaraq təkrar hərracın baş tutmaması zamanı 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elanın dərc edilməsinin imperativ no rma olmadığını qeyd etməsinin heç bir hüquqi əsası yoxdur, tamamilə mülahizədir. Belə ki, məhkəmə bu mülahizəsini qeyd edərkən “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə istinad edərək bildirmişdir ki, maddənin məzmunu ilə təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuş, lakin burada 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc edilməsi imperativ norma olaraq göstərilməmişdir. 43.7-1-ci maddə ilə təkrar hərrac baş tutmadığı halda banka ipoteka predmetini əldə etmə hüququ tanınmışdır. Lakin maddənin məzmununda hərrac təşkilatının təkrar hərrac baş tutmadığı halda 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc etməli olmasının qeyd edilməməsi hərrac təşkilatını bu öhdəliyinin olmaması anla mına gəlmir. Belə ki, hərrac təşkilatının bu öhdəliyi “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsi ilə müəyyən edilib və təkrar olaraq 43.7-1-ci maddədə qeyd edilməsi zəruri deyildir. 43.2-ci maddəyə əsasən, 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Təkrar hərrac alıcı olmadığına görə baş tutmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2) 2(103)-6906/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən sax lanılmışdır.

22. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

23. Məhkəmə daha sonra göstərmişdir ki, ipoteka qoyanın bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borc luya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Buna baxmayaraq iddiaçının şikayətinin dəlilləri bildirişin ona çatmaması ilə bağlı deyil, konkret olaraq təkrar hərracın baş tutmaması ilə bağlı 3 gün ərzində elanın dərc edilməməsi, yəni elanın gec dərc edilməsi ilə bağlıdır. Bununla əlaqədar, iddiaçı “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə istinad edir. Birinci instansiya məhkəməsi də iddia tələbinin bu dəlili üzrə hüquqi dəyərləndirmə aparmışdır. Belə ki, məhkəmənin təkrar hərracın keçirilməsi qaydalarınin “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərildyini və təkrar hərrac baş tutmadığı halda birinci hərracın baş tutmamasından fərqli olaraq, qanunvericilikdə 3 təqvim günü ərzində hərracın baş tutulmaması barədə elan d ərc edilməsinin imperativ norma olaraq göstərilmədiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də “İpoteka haqqında” Qanunun 43-cü maddəsini bütövlükdə və ayrılıqda sistematik təhlil edib nəzərdən keçirməklə belə qənaətə gəlmişdir ki, rayon məhkəməsinin qeyd olunan normanı bəyan etdiyi şəkildə təfsir etməsi yanlış olmamışdır. Çünki, Qanunun 42.3-cü maddəsində nəzərdə tutulan 3 gün müddətin təkrar hərracın baş tutmamasına da bilavasitə aid olması açıq-aşkar sezilmir. Başqa sözlə, “İpoteka haqqında” Qanunun 43.2ci maddəsində nəzərdə tutulan 3 gün müddətinin yalnız ilkin hərracın baş tutmamasına aid olmasını apellyasiya instansiyası məhkəməsi də qəbul etmişdir.

24. Bununla yanaşı, təkrar hərracın baş tutmamasının elanının 3 təqvim günü ərzində deyil, daha gec verilməsi də şikayətin əsaslı və mütləq təmin edilməli olduğuna dəlalət etmir. Çünki, iddiaçı bununla hansı hüququnun pozulduğunu yaxud 3 təqvim günü ərzində elan dərc edilsəydi bunun ona hansı müsbət təsiri ola biləcəyini də açıqlamır. Onsuz da, təkrar hərrac baş tutmamasından sonra ipoteka ilə yüklü edilmiş əmlakın hərrac mərkəzinin təklifi əsasında təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etmək hüququ yalnız ipoteka saxlayana məxsusdur. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa s özlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin mənzili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Çünki, hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də “Birja yenilikləri” qəzetində hər iki hərracın yeri və vaxtı, həmçinin hərracın baş tutmaması barədə elan yerləşdirməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış h esab edilir.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5, 319.6, 415.2 və 416-cı, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3, 41.5, 42.1, 43 və 44-cü, “İcra haqqında” Qanununun 51.1, 61.1 və 61.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi ape llyasiya şikayətində göstərilən normalara istinad olunmuşlur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

29. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

30. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və formas ı, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

31. Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcr a haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

33. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

34. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.

35. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığ ı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödən ilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

36. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: - 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; - 43.1.2. hərracın iştirakçısı olmadıqda; - 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; - 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

37. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəz ərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

38. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

39. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

40. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun

41. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

42. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı il kin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

43. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

44. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli mənzilin təkrar hərracının baş tutmaması barədə təkrar hərracın keçirilməsinin təyin olunduğu gündən 20 gün sonra elan dərc edilmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən, 43.1.1 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Kassasiya şikayətinin dəlillərinə görə, hərrac sözügedən qanunun 43.2-ci maddənin tələbləri pozulmaqla keçirilmişdir.

57. Kassasiya şikayətinin qeyd olunun həmin dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir, Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

58. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-c ı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində s əhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6906/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar