Məhkəmə qərarları › İş №2(102)-1382/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1382/2021

16.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1382/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ARDNŞ SOCAR-a və ARDNŞ-nin İnformasiya və Texnologiya və Rabitə İdarəsinə, 3-cü şəxs AR ƏƏSMN-nin 3 saylı region üzrə Əmək Müfəttişliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-xxxx/21 (Açar sözlər: əmrin ləğvi, maddi və mənəvi zərər) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, nümayəndəsi X1, vəkili Vəkil1 və cavabdehlər ARDNŞ SOCAR-ın və ARDNŞ- nin İnformasiya və Texnologiya və Rabitə İdarəsinin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-xxxxx/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh AR Dövlət Neft Şirkəti SOCAR-a qarşı “işə bərpa və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid sənədlərin ARDNŞ-nin İTRİ-dən alınmasına və AR ƏM-nin guya 70-ci maddəsinin ç bəndi ilə əmək kitabçasına əsassız yazılan maddənin ləğv olunmasına və onu işinə bərpa edərək sadaladığı və ondan asılı olmayan səbəblərə görə məcburi işburaxmaya görə ala bilmə diyi əmək haqqını, haqq hesabını, ona dəymiş bu kimi maddi zivana görə 99.000 manat və bir ayda sağlamlığına və keçdiyi müayinələrə görə dəyən ziyan görə 12.000 manat və pozulmuş digər hüquqlarına görə və ona dəymiş mənəvi zivana görə isə 100000 manat və ödənilməmiş Məcburi Dövlət Sosial Sığorta təminatlarının (haqlarının) hər birinin düzgün tam ödənilməsi haqqında və hüquqi xidmətə görə 1000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın ARDNŞ-dən və ARDNŞ-nin, İTRİ-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ilin aprel ayında nümunəvi tələbə kimi ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə, info rmasiya texnologiyaları üzrə mühəndis kimi işə götürülmüşdür. İşlədiyi 2007-2012-ci illərdə hər il bir dərəcə yüksələrək 9-cu dərəcədən 13-cü dərəcəyə kimi yüksəlmiş, 5 illik iş stajı dövründə hər il daha yüksək vəzifələrdə işləmişdir. iddiaçı iş yerində əsassız təzyiqlərə məruz qaldığını, bu səbəbdən hətta polisə müraciət etdiyini bildirmişdir. Bu səbədən də onu üzrsüz səbəbdən iş buraxmaya görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə qərəzli olaraq işdən kənarlaşdırmışlar. Bütün bunlarla yanaşı dəfələrlə müraciət etməsinə baxmayaraq, işlədiyi müəssisə tərəfindən ona əmək kitabçası təqdim edilməmiş, hüquqları kobud şəkildə pozulmuşdur. Yaşadığı stress, mənəvi iztirablar sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olmuş, cavabdeh tərəfindən ona həm maddi, həm d ə mənəvi ziyan vurulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-xxxx/2019 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının işə bərpa tələbi əsassızdır. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş izahatla sübut olunur ki, İddiaçı xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində işdə olmadığını etiraf etmiş və izahatını şəxsən öz imzası ilə imzalamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının maddi ziyan tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia üzrə cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 43.1, 68.1, 70, 72-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının (hakimlər – Azad İmanov- sədrlik edən və məruzəçi, Elmar Rəhimov, Vahid Sadıqov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-xxx/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-xxxx/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qətnamədə qeyd olunanla ra əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hallara dair məhkəməyə hər hansı sübutlar təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətində qeyd olunanları qanuni və ədalətli məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. İddiaçı qeyd edilən qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayət i onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən də işin bütün halları nəzərə alınmamış və nəticədə tətbiq olunmalı maddi hüquq normaları tətbiq edilməyib ki, bu da onun və ailə üzvlərinin maddi və mənəvi ziyanlar çəkməsi və düzgün qiymət verilməməsi ilə nəticələnmişdir. İddia tələbi əsaslıdır və təqdim edilmiş sənədlər ilə tam təsdiq olunur, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə ezamiyyət dövründə, saxtalaşdırılmış əmrlə də xitam verməklə qanunvericiliyin tələblərini pozmuşdur. ƏMR-də qeyd olunan guya əmək müqaviləsinin başlanması bu tarixlər (xx.xx.2009) göstərilmiş və bilərəkdən qərəzli və planlı şəkildə saxtalaşdırılmışdır və Əmək kitabçasında və Aktda (xx.xx.2009) qeyd olunan tarixlərlə üst üstdə düşmür, uyğunsuzluq var və məhkəmə tərəfindən əmr etibarsız hesab ol unaraq ləğv olunmalıdır. Protokola baxılmamışdır və bununla da məhkəmələr Azərbaycan Qanunvericiliyinin hüquq norma qaydalarını saymamışdır. Kasasiya şikayətinin digər hissələri iddia tələbi və apelyasiya şikayəti ilə eyni məzmunda olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq 3-cü şəxs AR ƏƏSMN-nin 3 saylı region üzrə Əmək Müfəttişliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesa b edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehlər ARDNŞ SOCAR-ın və ARDNŞ-nin İnformasiya və Texnologiya və Rabitə İdarəsinin vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilir. Maddə 72. aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrini n kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yar atması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ü zrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin və iddia tələbinin dəlilləri ilə eynilik təşkil etmiş, iddia tələbinin əsassızlığı işə mahiyyəti üzrə baxmış aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün olaraq müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinin tələbləri baxımından işin faktiki halları ilə bağlı dəlilləri kasasiya yoxlamasının predmetini təşkil edə bilməz. İddiaçının protokola qeydlərinin apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmaması, bununla da prosessual pozuntuya yol verilməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı iş materiallarında n da görünür ki, iddiaçının protokola qeydlərinin rədd edilməsinə dair apelyasiya kollegiyası tərəfindən münasibət bildirilməklə müvafiq qərardad qəbul edilmiş, bu zaman da hər hansı prosessual pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-xxxx/2020 n ömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar