Məhkəmə qərarları › İş №2(102)-1382/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1382/2022

17.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1382/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X3 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1382/22 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı şəhəri, 17 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı X3 Cavabdeh1 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1862/2021 nömrəli, 05.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları

1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarına əsasən 0,11 ha həyətyanı torpaq sahəsi X10, X1, X8, X11, X2 və X4 mülkiyyətinə verilmiş, bununla əlaqədar JN-227A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə təqdim olunmuşdur.

2. AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, JN-227A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən satıcılar X10, X1, X8, X11, X9 və X5 məxsus ünvan 1i ünvanında yerləşən 0,1071 ha torpaq sahəsini 2000 manat pul müqabilində İddiaçı satmışlar.

3. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəylə Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və İdarə tərəfindən onun ərizəsinə baxılmışdır.

4. İddiaçı ərizəsinin icrası ilə bağlı təqdim olunmuş sənədlərin kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zamanı məlum olmuşdur ki, 0,1071 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Bundan əlavə, torpaq sahəsinin 0.0063 ha hissəsi başqa mülkiyyətçi tərəfindən istifadə olunur və qeyd olunan səbəbdən mülkiyyətçilər arasında sərhəd mübahisəsi vardır. Qeyd olunan torpaq sahəsinin faktiki ölçülər əsasında (torpaq sahəsinin sahəsi dəyişmədən 0,1071 ha olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsinə razı olmadığ ı üçün torpaq sahəsinin sənəd üzrə ölçülərinə əsasən sərhəd mübahisəsi olduğundan qeyd olunan torpaq sahəsinin dövlət reyetsrində qeydiyyata alınması mümkün olmamışdır.

5. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olunması məqsədilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 alqı-satqı müqaviləsi ilə özünün mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 0,0034 ha torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuş, nəticədə onun mül kiyyət hüquqları pozulmuşdur.

8. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası “X7”nin 03 may 2021-ci il tarixli, 196 nömrəli ekspert rəyinə, iş materiallarına əlavə edilmiş JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin, eləcə də İddiaçı mülkiyyətinə AN-1 № ******* saylı 03 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə verilmiş 0.1071 ha torpaq sahəsinin sərhəddi JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin planşeti əsasında naturada coğrafi yerləşməsi dəqiqləşdirilmişdir. Həmin 0.1071 ha torpaq sahəsinin cənub istiqamətində olan 0.0034 ha hissəsi qonşu Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən ol unmuşdur. Autocad və ArcMap proqramları vasitəsilə sözügedən torpaq sahəsinin ölçüləri tərtib olunan plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. (Rəyə ortofotoplan və baxış aktı əlavə olunmuşdur.)

10. Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, cavabdeh Əliyev X12 rayonu Lahıc kəndində yerləşən JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən satıcılar X10, X1, X8, X11, X9 və X4 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,1071 ha torpaq sahəsinin mütəxəss is rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 0,0034 ha hissəsindən çıxarılması qət edilmişdir.

11. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0034 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir.

13. Həmin qətnamədən Ca vabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və G.Abbasov) 05.10.2021-ci il tarixli, 2(107)1862/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamışdır.

16. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi və çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Apellyasiya məhkəməsi onun ərizəsi əsasında icraatı dayandıraraq, İnzibati Məhkəmədə qəbul ediləcək yekun qərarı gözləməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

20. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

21. Maddə 84.3. Torpaq mülkiyyətç ilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

22. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

23. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ger i tələb edə bilər.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35. gəlmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə Məhkəmə tərəfindən müvafiq ekspertiza keçirilməklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş 0,1071 ha torpaq sahəsinin 0,0034 ha hissəsi cavabdehin istifadəsindədir.

37. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və cavabdeh həmin əmlaklardan çıxmamaqla, iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradırlar.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə g örə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

39. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri k imi müəyyən edilmişdir.

40. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habel ə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§27-§29)

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1862/2021 nömrəli, 05.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar