Məhkəmə qərarları › İş №2(102)-1383/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1383/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1383/2022 26.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4709 manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4739 manat pulun tutularaq, İddiaçı İB-nin hesabına köçürülməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(103)-6883/2021 nömrəli qətnaməsi ilə (hakimlər E.Mehdiyev, N.Cəfərov, X.Sarıyev) İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(008)-996/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İB həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti “Elektron məhkəmə” sistemində yaranmış elektron kabinet vasitəsi ilə 18.11.2021-ci il tarixdə verilmiş və imzalanmışdır. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti Məcəllənin 402-ci maddənin tələblərinə cavab ve rmirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, hazırki işdə İddiaçı İB-nin Cavabdeh 4739 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Göründüyü kimi, hazırki iş üzrə tələb 4739 manat olmaqla MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda k assasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci maddənin tələblərinə cavab vermirsə apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı İB-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6883/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar