Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1383/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faktiki nikahda olan şəxslər arasında əmlak mübahisəsi, baş tutmayan bağışlama müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın və ya onun dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7242/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh nişanlı olmuş, rəsmi nikaha daxil olmasalar da, xx.xx.2021ci il tarixdə faktiki ailə münasibətlərinə girmiş, xx.xx.2021-ci il tarixdə münasibətləri pozulmuşdur.
2. Nişanlı olduqları dövrdə Cavabdeh İddiaçı qol saatı hədiyyə etmiş, İddiaçı hədiyyənin ucuz olmasını əsas gətirərək onu bacısı Vəfa Həsənəliyeva vasitəsilə Cavabdeh anasının işlədiyi 30 saylı Poliklinikanın baş həkimi Şahid vermişdir ki, Cavabdeh qaytarsın.
3. Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qızıl-zinət əşyalarının, onlar olmadıqda isə ümumi dəyərinin, yəni 14000 manatın İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmi n iş üzrə icraat hazırda davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X2 (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) onun üçün aldığı 8000 manat dəyərində "Armand” markalı brend qol saatının və ya onun dəyərinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nişanlı olmuş, nişan zamanı cavabdehə qızıl-zinət əşyaları almış, cavabdeh də ona nişan üzüyü almaq istəmişdir. İddiaçı vəzifəli şəxs olduğuna, yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində işlədiyinə görə üzük taxmaq istəmədiyini bildirmişdir, bu səbəblə də cavabdeh ona nişan üzüyü əvəzinə “Armand” markalı qol saatı alıb hədiyyə etmişdir.
6. İddiaçı saatın qiymətini internet vasitəsilə araşdırmış, onun brend olmadığını və qiymətinin 150-200 manat olduğunu müəyyən etmiş, hədiyyənin ucuz olmasını özünə yaraşdırmayaraq saatı geri qaytarmışdır. Evlənənə kimi bir neçə dəfə küsüb-barışmış, nişanı qaytarmışlar. Daha sonra barışaraq xx.xx.2021-ci il tarixdə evlənmişlər. Təxminən iki ay birlikdə yaşadıqdan sonra xx.xx.2021-ci ildə cavabdeh evdən getmişdir. Tərəflər arasında rəsmi nikah bağlanmamışdır. Tərəfləri barışdırmağa çalışsalar da, bu, mümkün olmamışdır.
7. Tərəflər ayrılandan təxminən bir il sonra cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə "əmlak” tələbinə dair iddia ərizəsi verərək, 14.000 manat dəyərində qızılzinət əşyalarının natura və ya dəyərinin iddiaçıdan alınaraq ona verilməsin i xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı “7000 manat dəyərində qol saatının və ya onun dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermiş, lakin birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılaraq iddiaçıya izah edilmişdir ki, həmin iddia tələbi ilə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bu qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsində işə baxılarkən, audio-video görüntülü aparılan məhkəmə prosesində cavabdeh "Armand” markalı qol saatını iddiaçı üçün 8000 manata aldığını bildirmişdir. Bu əsasla, cavabdeh qızıllarını tələb etdiyinə görə, iddiaçı da saatın qaytarılmasını tələb edir.
8. İdd iaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək bildirmişdir ki, onlar rəsmi nikah bağlamaq üçün ərizə versələr də, iddiaçı nikahı rəsmiləşdirmək üçün qeydiyyat şöbəsinə getməkdən imtina etmişdir. Çünki, iddiaçının anası buna icazə verməmişdir. Onlar xx.xx.2021-ci ildə ayrılmışlar, toy zamanı ona hədiyyə edilmiş qızılzinət əşyaları isə iddiaçıda qalmışdır. İddiaçı onun cehiz əmlakını və geyim əşyalarını qaytarsa da, qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Bu səbəblə 14000 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Rəşad isə onun qızıl-zinət əşyalarını qaytarmamaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya 8000 manat dəyərində saat almamışdır, aldığı saatın dəyəri 150-200 manat olmuşdur. İddiaçı saatı ona qaytarmamış, Sevinc xanım da ona saatı verməmişdir. İddiaçı hədiyyətinin qiymətini 150-200 olduğunu özü öyrənmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2349/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Vahid Hacıyev)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh faktiki nikaha girərək xx.xx.2021-ci il tarixdə evlənmişlər. Tərəflər rəsmi nikah bağlamamışlar. Toydan əvvəl cavabdeh xx.xx.2020-ci il tarixdə “sevgililər günü” münasibətilə qol saatı alaraq iddiaçıya hədiyyə etmişdir. İddiaçı həmin vaxt hədiyyəni qəbul etmiş, lakin sonradan saatın qiymətini araşdırmış və saatın qiymətinin 150-200 manat dəyərində olma sını dəqiqləşdirmişdir. Cavabdehin hədiyyə etdiyi saatın qiymətinin 150-200 manat olmasını iddiaçı özünə qarşı hörmətsizlik, təhqir hesab etmiş və hədiyyəni qəbul etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı bu məqsədlə cavabdehin aldığı hədiyyə saatı bacısı Vəfa Hüseynəliyevanın vasitəsilə cavabdehin anası Əzizənin işlədiyi 30 saylı poliklinikanın baş həkimi Şahid vermişdir ki, Əzizənin vasitəsilə cavabdehə qaytarılsın.
12. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehin ona aldığı saatı cavabdehə qaytardığını və saatın cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili cavabdehin iddiaçıya hədiyyə edilmiş saatın “Armand” brend markalı olmasını, bu saatın 8.000 manata alınmasını təsdiq edən kassa mədaxil çekini, saatın sertifikatını, zəmanət talonunu və sair yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, iddiaçı imzaladığı iddia ərizəsində və iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı cavabdehin hədiyyə etdiyi saatın qiymətini yoxlatmış və saatın qiymətinin 150-200 manat dəyərində olduğunu bildikdən sonra, ucuz qiymətə saat alınmasını özünə qarşı təhqir hesab etmiş və hədiyyəni qəbul etməkdən imtina etmişdir.
13. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, iddiaçının bildirdiyi kimi, cavabdehin başqa məhkəmədə digər işə baxılarkən izahatında “saatı 8.000 manat almışam” ifadəsini söyləməsi, hazırkı iş üzrə iddiaçıya hədiyyə edilmiş saatın dəyərinin 8.000 manat olması kimi qəbul edilə və sübutetmədən azad edilən preyudisal əhəmiyyət kəsb edən hal kimi qəbul edilə bilməz. Çünki, iddiaçının istinad etdiyi hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt deyil.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında rəsmi nikah bağlanmadığına görə, tərəflər arasında Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş ər-arvadın hüquq və vəzifələri yaranmamışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona hədiyyə edilmiş əmlakı qəbul etməkdən özü imtina etmiş, aldığı hədiyyəni cavabdehə qaytarmamışdır. İddiaçı ona hədiyə edilmiş saatın cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
16. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya hədiyyə edilmiş saat cavabdehdə olmadığından, iddiaçı cavabdehin verdiyi hədiyyəni cavabdehə qaytarmadığından və iddiaçının hədiyyəni bəyənməyərək qəbul etməkdən imtina etdiyindən, iddia özü-özlüyündə əsassızdır və rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 9.4, 34.1-ci, Mülki Məcəlləsinin 157.2, 668.1, 672.1-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün q iymət verməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7242/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə, Xumar Mərdanova)
21. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülk i hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim, kimdən, nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
23. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarət olmuşdur ki, cavabdeh ona nişan üzüyü əvəzinə “Armand” markalı qol saatı alıb hədiyyə etmiş, iddiaçı saatın qiymətini internet vasitəsilə araşdırmış, onun brend olmadığını və qiymətinin 150-200 manat olduğunu müəyyən etmiş, hədiyyənin ucuz olmasını özünə yaraşdırmayaraq saatı bacısı vasitəsilə cavabdehin anasının işlədiyi 30 saylı Poliklinikanın baş həkimi Şahid cavabdehə qaytarması üçün vermişdir.
24. Başqa sözlə, iddiaçının özünün bildirdiklərindən də aydın olan odur ki, iddiaçı hədiyyəni qəbul etmədiyi üçün tərəflər arasında bağışlama müqaviləsi bağlanmam ış, beləliklə də hədiyyə predmeti iddiaçının mülkiyyətinə keçməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı geri qaytarılmasını tələb etdiyi saatın mülkiyyətçisinə çevrilmədiyindən, birinci instansiya mə hkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 225.2, 666.1, 669-cu, Ailə Məcəlləsinin 9.4, 34.1-ci maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil Humsi oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə şahidləri dəvət etməmiş və Nərimanov rayon məhkəməsində digər işə baxılarkən cavabdehin audio-video səs yazısını məhkəmədən alaraq işə sübut kimi əlavə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndiri lməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə
669. Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətl əndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Mad də 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnasməsini tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
36. İddia tələbi saatın və ya onun dəyəri olan 8000 manatın cavabdehdən alınması barədədir. İddiaçı tələbinin əsası kimi cavabdehin ona “Armand” markalı saat hədiyyə etməsinə istinad etmişdir.
37. İşin müəyyən edilən halları isə ondan ibarətdir ki, iddiaçı həmin saatın qiymətinin u cuz – 150-200 manat olmasını özünə yaraşdırmamış, saatı bacısı vasitəsilə cavabdehin anasının işlədiyi 30 saylı Poliklinikanın baş həkiminə cavabdehə qaytarması üçün vermişdir. Başqa sözlə, iddiaçı hədiyyəni qəbul etmədiyi üçün tərəflər arasında bağışlama müqaviləsi bağlanmamış, beləliklə də hədiyyə predmeti iddiaçının mülkiyyətinə keçməmişdir
38. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2127-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.
40. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 66.1, 670,1, 670.3 və 673.1 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında da hüquqi mövqe belə olmuşdur ki, Mülki Məcəllənin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyəni alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
42. Cavabdeh tərəfindən hədiyyə verilmiş saatın qəbul edilməməsi halı iddiaçının özünün və nümayəndəsinin (vəkilinin) izahatı ilə təsdiq edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi işin hallarını Mülki Məcəllənin 666.1-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmiş, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından iddiaçının iddiasının təmin edilməməli olması barədə düzgün nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər təkrarlanmaqla həm iddianın, həm apelyasiya şikayətinin dəlilləri olmuş və məhkəmələr bu dəlillərə ətraflı qiymət vermişlər.
45. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apelyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiya sı qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7242/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.