Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1383/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sübut, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-104/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamədə iddiaçı **-GS-*** dövlət qeydiyyat nişanlı, “Ford Kuga” minik markalı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini cavabdehə etibar etmiş olduğu qeyd edilmişdir;
3. İddiaçının ünvan 1 ünvanladığı **********640 saylı ərizədə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan cavabdehə reyestrdə 7E13777 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir; 4. 02.03.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubbları ilə iddiaçı verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etdirdiyini bildirmiş, adı çəkil ən avtomobili kimə satması və ya etibarnamə ilə verməsindən asılı olmayaraq 18500 manat pulun və eyni zamanda adı çəkilən ləğv edilmiş etibarnamənin geri qaytarılması barədə cavabdeh xəbərdar edilmişdir; 5. “Ford Kuga” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi iddiaçıdır. Həmin avtomobil etibarnamə ilə istifadə edilmək üçün xx.xx.2022-ci ildənxx.xx.2022-ci il tarixədək X4, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ əsasında etibarnamə ilə xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək cavabdehə verilmişdir; 6. xx.xx.2022-ci il tarixli əlyazmada cavabdehin atası X5 iddiaçıdan 10300 manat pul almış olduğu, həmin pulu xx.xx.2022-ci il tarixədək tam qaytaracağı barədə üzərinə öhdəlik götürmüş olduğu, qaytarmayacağı təqdirdə 2000 manat cərimə ödəyəcəyi qeyd edilmişdir; 7. xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1111 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 2500 manat iddiaçıya ödəniş edilmişdir; 8. 19.07.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində iddiaçının adından sözügedən nəqliyyat vasitəsini X2 12000 manata satılmış olduğu qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İşin faktiki hal larına istinad edərək, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus **-GS-*** dövlət qeydiyyat nişanlı, “Ford Kuga” markalı avtomobilə dair cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. Etibarnamə verərkən aralarında həmin avtomobili 18500 manata alqı-satqı etməyə razılaşmışlar. İddiaçı ürək əməliyyatı keçirdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmamışdır. Bu səbəbdən cavabdeh öhdəsinə götürmüşdür ki, avtomobili satıb pulu iddiaçıya ödəyəcəkdir. Bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etmişdir.
11. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onunla iddiaçı arasında avtomobilə dair hər hansı bir danışıq və ya razılaşma olmamışdır. İddiaçı bütün danışıqları onun atası ilə aparmışdır. Belə ki, iddiaçı avtomobilini 18300 manata nisyə olaraq onun atasına satmağa razılaşmışdır. Həmin zaman atasının başqa məsələyə görə iddiaçıya 2000 manat borcu olmuşdur. Atası iddiaçı ilə razılaşmışdır ki, 18300 manat avtomobilin dəyəri və 2000 manat digər borc, ümumilikdə 20300 manat borcdan 10000 manat ödəməklə, avtomobil onlara satılsın, iddiaçı bununla razılaşmış və atası 10000 manat iddiaçıya nağd vermiş, 10300 manata hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra iddiaçı onun adına etibarnamə vermişdir. Həmin zaman ailələrinin başqa işlə əlaqədar pula ehtiyacları olduğu üçün, atası iddiaçıya demədən avtomobili X11 adlı şəxsə satmışdır. Atasının iddiaçıya verdiyi 10000 manat məhz avtomobili Əliyə satılma sından əldə edilmiş vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdırdığı halda 18500 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır ki, həmin pulu da verməyə razıdırlar.
12. Məhkəmədə şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, cavabdehin atası Namiqlə yaxın münasibətləri olmuşdur. İddiaçını da Namiqin yanında görmüşdür. “Ford Kuga” markalı avtomobili Namiqdən almışdır. Avtomobili alan zaman həmin avtomobilin iddiaçıya məxsus olduğunu bilmişdir. Avtomobilin qiyməti 18300 manat müəyyən olunmuşdur. Namiqin ona 5000 manat borcu olduğu üçün Namiqə ümumi 13300 manat pul vermişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında hazırkı tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud olmamışdır. Cavabdehin atası aldığı maşına görə pulu ödəməyi barədə öhdəlik götürmüş, həmin öhdəlik lazımınca icra edilmişdir. İddiaçı cavabdehə borc pul verdiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassız hesab olunmuşdur.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 386.1, Mülki Prosessual Məcəlləsinin 76.3, 106.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 20 07-ci il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırkı işdə məhkəmənin gəldiyi nəticə - cavabdehin iddiaçı qarşısında öhdəliyi olmaması-yanlışdır. Belə ki, həqiqətən cavabdeh və onun ailəsi ilə əvvəldən tanışlığı olmuşd ur, cavabdehə etibarnamə vermiş, maşının satılmasından əldə olunan vəsaitin ona verilməsini istəmişdir. Cavabdehin atasının ona 2000 manat borcu olmamışdır. İş materiallarında olan qəbz isə cavabdehin iştirakı ilə atasına 10300 manat verərək aralarında imza olunmaqla tərtib olunmuşdur. Əvvəllər cavabdehin atası ilə normal münasibəti olsa da, sonradan etibarını itirmişdir, bəzi hallarda sözünə əməl etmədiyindən ona etibarı azaldığı səbəbdən verdiyi borc pula dair qəbz almışdır. Cavabdehlə isə normal münasibəti olduğundan və ona etibarı daha güvənli olduğundan razılaşdıqları qiymətə avtomobilin onun tərəfindən satılmasına razı olmuşdur. Satışdan əldə olunan məbləğdən ona ödənc vermək barədə razılığa gəlmişlər. Bu səbəbdən cavabdehdən qəbz tələb etməmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh, atası və onun imzası ilə tərtib olunan qəbz aşağıdakı qaydada tərtib edilmişdir: “O, X5 verir həmin qəbzi ondan ötəri ki, o, şəxsən ondan 10.300 manat borc pul almışdır. 5 iyul 2022ci il tarixdə tam məbləği qaytaracaqdır. Əgər pulu qaytarmasa 2000 manat cərimə verəcəkdir. Qəbzi verərkən oğlu Anar onun yanında olmuş, həmin məbləği (on min üç yüzü) 10300 sayaraq qəbul etmişdir. Qəbzin doğruluğunu imzası ilə təsdiq edir”. Hər üçü imza ilə pulun verilməsi və alınması əməliyyatını təsdiq etmişlər. Bu halda həmin məbləği məhkəmənin cavabdehə satmaq üçün verdiyi avtomobillə əlaqəndirməsi, həmin qəbzin avtomobillə bağlı verildiyi qənaətə gəlməsi nə qanuna, nə də ədalətlilik prinsipinə uyğun deyil. Onunla cavabdehin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, c avabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh onun qarşısında öhdəlik götürərək ona təhvil verdiyi avtomobili satıb, əldə olunan pulu ona gətirəcək, o da cavabdehin qarşısında öhdəlik götürmüşdür ki, avtomobilin satışından əldə olunan puldan cavabdehə pul ödəyəcəkdir. Bununla da onların arasında şifahi razılıq əsasında öhdəlik münasibətləri yaranmışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-274/2024 nömrəli 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Fuad Məmmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehdən 18300 manat və ödənilmiş dövlət rüsumunun 120 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Apellyasiya instans iya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddiaçı ilə cavabdehin atası arasında olan borc münasibətlərinin iddiaçıya məxsus avtomobilin satılması ilə əlaqədar yaranmış münasibətlərə aid etmiş, yazılı qəbz üzrə borc münasibətlərinin məzmumunu nəzərə almamışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə avtomobilin satılması ilə əlaqədar etibarnamə vermiş, həmin avtomobil faktiki olaraq X7 18300 manata satılsa da, cavabdeh tapşırıq müqaviləsinin tələblərinə əsasən öz öhdəliyini yerinə yetirməyərək 18300 manat məbləğində pulu iddiaçıya verməmişdir.
21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçıya məxsus avtomobil 18500 manata deyil, 18300 manata satıldığından iddia qism ən təmin edilməlidir.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1, 777.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2403/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
25. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeydə alınmış etibarnamə verdiyini, etibarnamə verərkən aralarında həmin avtomobili 18500 manata alqı-satqı etməyə razılaşdıqlarını, iddiaçı ürək əməliyyatı keçirtdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmadığını, cavabdehin avtomobili satıb pulu iddiaçıya ödəyəcəyini öhdəsinə götürdüyünü, bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etdiyini bildirərək cavabdehdən müvafiq pul məbləğinin alınaraq ona verilməsini xahiş etmiş, cavabdeh isə bildirmişdir ki, atası iddiaçı ilə razılaşmışdır ki, 18300 manat avtomobilin dəyəri və 2000 manat digər borc, üm umilikdə 20300 manat borcdan 10000 manat ödəməklə, avtomobil onlara satılsın, iddiaçı bununla razılaşmış və atası 10000 manat iddiaçıya nağd vermiş, 10300 manata hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra iddiaçı onun adına etibarnamə vermişdir. Həmin zaman ailələrinin başqa işlə əlaqədar pula ehtiyacları olduğu üçün, atası iddiaçıya demədən avtomobili X11 adlı şəxsə satmışdır. Atasının iddiaçıya verdiyi 10000 manat məhz avtomobili Əliyə satılmasından əldə edilmiş vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdırdığı halda 18500 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır ki, həmin pulu da verməyə razıdırlar.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən cavabde h tərəfindən öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək məqsədilə dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş diskdəki səs yazılarına, o cümlədən AUDİO-202309-09-21-31-58 adlı səs yazısına prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməyib. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış səs yazısında iddiaçının cavabdehin atası tərəfindən ödənilməli olduğunu bildirdiyi pul məbləğinin avtomobilin satışından qalan pul məbləği olub-olmamasını kifayət qədər araşdırıb hüquqi qiymət verməmiş, həmçinin həmin səs yazısında iddiaçının “indi on min beş yüz manatdan mənə göndərib 700 manat sənin borcundan bir göndərib, 500 manat bir göndərib, 1000 manat da indi bank vasitəsilə göndərib.Maşının borcundan 500 manat da, deməli 1000 manat da bir,700 bir, 500 bir, 1000 manat da dünən yox srağagün sən göndəribsən” məzmunda söylədiklərinə mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməmiş, eləcə də həmin səs yazısının məzmunu qətnamədə tam, dolğun əks etdirilməmiş, səs yazılarında ödənildiyi qeyd edilmiş pul məbləğlərinin cavabdehin ödəməli olduğu pul məbləğinə daxil olub-olmadığını kifayət qədər əsaslandıra bilməmişdir.
27. Göstərilən hallar tam, ətraflı araşdırılıb hüquqi qiymət verilmədən iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi mümkün deyil.
28. Apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələbinə cavab vermədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi, qanuni və əsaslı nəticəyə gəlindiyi qənaətin ə gəlmək mümkün deyil. a) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(15)-104/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsinin iclasında tədqiq edilmiş, iş materiallarındakı CD diskdə olan AUDİO-2023-09-09-21-31-58 nömrəli səs yazısından məlum olmuşdur ki, iddiaçı cavabdehin atası tərəfindən oktyabr ayının sonuna qədər pulun tam şəkildə ödənilmədiyi təqdirdə, həmin puldan 100 manat da qalmış olsa, 1000 manat da qalmış olsa, etibarnaməni ləğv edəcəyini, cavabdehin atasının ona (iddiaçıya) göndərməli olduğu pulun 10500 manat olduğunu, cavabdehin atası maşını cavabdeh üçün aldığına görə, cavabdehin xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini, cavabdehin atasının maşını kiməsə satacağını bilmədiyini, cavabdehin atasının maşını cavabdeh üçün almadığını, onu (iddiaçını) aldatdığını, cavabdehin atası maşını cavabdeh üçün almış olsaydı, yenə də 200 manat güzəştə gedə biləcəyini, cavabdehin atasının 10500 manatdan borcdan 700 manat, sonra 500 manat və bank vasitəsilə 1000 manat göndərdiyini, cavabdehin atası oktyabr ayının sonunadək 10500 manatı tam şəkildə ödəmədiyi təqdirdə borcdan 100 manat da qalmış olsa belə etibarnaməni ləğv edəcəyini, bundan sonra aralarında problem yaranacağını bildirmişdir.
31. Bundan başqa məhkəmə kollegiyasını n iclasında tədqiq edilmiş, iş materiallarındakı CD diskdə olan AUDİO-2023-09-09-21-32-25 nömrəli səs yazısından məlum olmuşdur ki, iddiaçı cavabdehə təşəkkür edərək 1111 manat pulun hesabına gəldiyini, onu atasının ümidinə qoymamağını, onun atasına inanmadığını, yalandan bir kağız aldığını və həmin kağızı da cırıb atdığını, söhbətin etibardan getmədiyini, həmin kağızı cavabdehin atasının məsuliyyətli olması üçün aldığını, məsələnin 100 və ya 1000 manatlıq məsələ olmadığını, 20000 manatlıq olduğunu, özünün də pula ehtiyacının olduğunu bildirməklə, cavabdehin atasının pulu ödənilməsində gecikməyə yol verməməsini xahiş etməkdədir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus səs yazılarından ibarət sübutlarla və iş materiallarında olan digər yazılı süb utlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin satılması və satışdan əldə edilmiş vəsaitin iddiaçıya ödənilməsi tam olaraq həyata keçirilmişdir. İddiaçı iş materiallarında olan xx.xx.2022-ci il tarixli sadə yazılı müqavilədə qeyd olunan 10300 manat pul məbləğinin avtomobilin alqı-atqısı ilə əlaqədar olmadığını iddia etsə də, onun bu iddiası yuxarıda istinad olunan AUDİO-2023-xx-xx-2131-58 nömrəli və AUDİO-2023-09-09-21-32-25 nömrəli səs yazıları ilə inkar olunmuşdur. Belə ki, həmin səs yazılarında avtomobilə görə 10500 manatın ödənilməsindən, o cümlədən həmin məbləğin 200 manatının güzəşt edilməsindən söhbət gedir ki, xx.xx.2022-ci il tarixli sadə yazılı müqavilədə də məhz 10300 manat pulun borc verilməsi qeyd edilmişdir. Həmçinin, iddiaçı səs yazısında cavabdehə yalandan bir kağız aldığını və həmin kağızı da cırıb atdığını, söhbətin etibardan getmədiyini, həmin kağızı cavabdehin atasının məsuliyyətli olması üçün aldığını qeyd etmişdir ki, bu fakt da həmin müqavilənin yalan əqd olmaqla, əslində tapşırıq müqaviləsi üzrə qismən icra edilməmiş öhdəlik üzrə qalıq məbləğinin rəsmiləşdirməsinə xidmət etdiyini təsdiq etmişdir.
33. İddiaçı tərəfindən məhkəməyə tədim edilmiş səs yazılarında isə ümumi borc məbləğlərinin ödənilməsindən bəhs edilməklə, həmin səs yazılarında avtomobilin dəyəri qismində 18500 manat pul öhdəliyinin olması ilə yanaşı, əlavə olaraq 10300 manat borc pulun verilməli olması müəyyən edilməməkdədir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan qəbzlərdən isə görünür ki, xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tari xində 1111 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 2500 manat İddiaçı ödəniş edilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehin atasına ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqda 700 manat pulunda ödənilməsi etiraf edilmişdir ki, bununla da tapşırıq müqaviləsi üzrə qismən icra edilməmiş öhdəlik üzrə qalıq 10300 manat pul, o cümlədən avtomobilin alqı-satıqısı üzrə iddiaçıya ümumilikdə 18300 manat pulun tam olaraq ödənilməsi öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
35. Məhkəmə mövqeyini Mülki Məcəllənin 340.2, 385.1, 386.1, 777.1, 777.2, 782.1-ci maddələrinə istinad edə rək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmənin hazırlıq iclasından sonrakı mərhələdə yazdırdığı və həqiqəti əks etdirməyən diskdə olan yazıların Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələbi baxımından sübutlar siyahısından çıxarılması barədə vəsatət versə də, məhkəmə kollegiyası həmin vəsatətə hüquqi qiymət verməmişdir.Məhkəmə kollegiyası normanın imperativ tələbini pozmaqla işin taleyini həll etmiş və bununla da düzgün olmayan nəticəyə gəlmiş, tətbi q edilməli qanunu tətbiq etməmişdir.
38. Məhkəmə kollegiyası müxtəlif vaxtlarda ona cavabdehin atası tərəfindən ödənilən cəmi 10.311 manatı göstərərək bu qənaətə gəlmişdir ki, tapşırıq müqaviləsi üzrə qismən icra edilməmiş öhdəlik üzrə qalıq 10300 manat pul, o cümlədən avtomobilin alqı-satqısı üzrə iddiaçıya ümumilikdə 18300 manat pulun tam olaraq ödənilməsi öz təsdiqini tapmışdır. İddiaçı qeyd etmişdir ki, məhkəmə kollegiyasının bu qənaəti ilədə razı deyildir. Belə ki, qətnamənin 7-ci səhifəsinin 7-ci sətrində cavabdeh izahatında göstərir: “Əvvəldən iddiaçıya 2000 borcu olmuş, avtomobil 18300 manata satılmış, ümumilikdə borcları 20300 manata çatmışdır. Ümumi borcdan 10.000 manat ödənildikdən sonra 10300 manat borcları qalmışdır. Atası 10300 manat borcun hansı şəkildə rəsmiləşdirə biləc əklərini soruşmuş, hətta lazım gələrsə notariusda borc müqaviləsi bağlamağı təklif etmiş, sonda iddiaçı ilə atası arasında razılaşmaya əsasən atasının ona 10300 manat borcunun olması barədə kağıza qeyd yazılmış, sonra iddiaçı kağızı cırıb atmşdır. Borcun avtomobillə əlaqəsi olmadığı, etibarnamə verildiyi barədə razılığa gəlinmişdir. Daha sonra 10300 manat idddiaçıya qaytarılmışdır.Belə ki, nə cavabdehin, nə də cavabdehin atasının ona 2000 manat borcu olmamışdır. Eyni zamanda cavabdehin göstərdiyi kimi maşının dəyərinin 10.000 manatı əvvəlcədən ona ödənilməmişdir. Cavabdehin etiraf etdiyi kimi borcun maşına aidiyyatı olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hansı əsaslardan çıxış edərək bu qənaətə gəlmişdir ki, 10.000 əvvəlcədən maşın pulu kimi ona ödəniş etmiş, qalan 10311 manat pu lu isə qəbzlərə və etirafa əsasən ödənildiyi qənaətinə gəlmişdir. Bir hal da ki, iddiaçı bütün məhkəmələrdə bildirmişdir ki, maşını 18500 manata satılması üçün razılaşmış həmin məbləğdən bir manat da olsun ödənilməmiş, cavabdehin atası isə qəbzdə göstərilən borcu ödəmiş, 100 manatı qalmışdır. Maşın 18500 manata razılaşdırırlmış, iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Atasından isə qəbzdə göstərilən borcu tələb etmişdir. Nə cavabdehin, nə də atasının əvvəldən 2000 manat borcu olmamışdır. Belə olan halda məhkəmə kollegiyası 20.300 manatın maşına görə ödənildiyi qənaətinə düzgün gəlməmişdir. Onların iddiaçıya 2000 manat borcu olması barədə nə iddia ərizəsində, nə də bu dövr ərzində məhkəmə iclaslarında izahat verməmiş, nə də məhkəməyə təqdim edilmiş disklərdə 2000 manat ona borcları ol duğu barədə səs yazısı yoxdur. Yəni məhkəmə kollegiyası cavabdehin ehtimalları əsasında qəbul etdiyi qətnamənin hüququ əsası yoxdur. Cavabdeh özü izahat vermişdir ki, borcun maşınla əlaqəsi yoxdur.Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.Məhkəmə araşdırmanı və sübutların qiymətləndirilməsini yalnız cavabdehin izahatına münasibətdə aparmış, onun hüquqlarının pozulmasına hüquqi qiymət verməmişdir.
39. Göründüyü kimi məhkəmə maddi və prosessual hüquq hormalarını tələbini pozmaqla qətnamə qəbul etmişdir.
40. Kassatorlar şikayətini Mülki Məcəllənin 385.1, 442, 777.1, 362.1, 425.1-ci Mülki Prosessual Məcəllənin 88, 14.1-ci maddələrinəistinad edərək əsaslandırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamış dır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 42. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 43. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 44. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əl də olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 45. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 46. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Tətəflər arasındakı ixtilaf mübahisəli hüquq münasibətlərinin sübut edilməsi ilə bağlıdır. Mübahisəyə mahiyyəti üz rə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yerinə yetirdiyini sübut etmişdir. Belə olan halda iddianın təmin olunması üçün əsaslar müəyyən edilmir.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşki l etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-104/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.