Məhkəmə qərarları › İş №2(102)-1384/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1384/2022

13.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1384/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6886/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı daha əvvəl Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzində işləmişdir. Həmin mərkəz ləğv edildikdən sonra yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik hüquqi şəxslə iddiaçı arasında 30 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 3 ay müəyyən edilmişdir. Cavabdeh, üç ay sonra, yəni 30 iyun 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən idddiaçını əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı c avabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 30.06.2020-ci il tarixli əmrin ləğv edilməsinə, onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməsinə, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

3. İddiaçı tələbini belə əsaslandırılm ışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada insan resurslarının idarə olunması şöbə sinin aparıcı mütəxəssisi vəzifəsində çalışmış və İİ qrup əlildir. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18.01.2019-cu il tarixli, 480 №-li Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respu blikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04.06.2019-cu il tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmitədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun Məşğulluq sahəsində dövlətin vəzifələri barədə 8-ci maddəsinin 8.03-ci bəndinə uyğun olaraq işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda qeyd olunan Fərmanın icrasının ƏƏSMN tərəfindən guya gerçəkləşdirildiyi vaxt onu 29.03.2020-ci il tarixdə iş yerinə dəvət edərək (pand emiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) öz xahişi ilə həmin tarixdən işdən azad olunması barədə ərizə yazmağa məcbur etmişlər. Elə həmin tarixdən də ona ƏƏSMN-in tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada işlə təmin olunmasına dair X1 adına ərizə yazdırmışlar. 29.03.2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan onun öz xahişi ilə işdən azad olunmasına dair ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20.03.2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən 29.03.2020-ci il tarixdən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 29.06.2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar o, yenə evdə olduğun a görə işə çağırılıb işdən azad olunduğu ona şifahi olaraq bildirmişdir. İşdən azad olunduğu gün ona bu barədə bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar onlar 02.07.2020-ci il tarixdə ƏƏSM X3 kollektiv müraciət etmişlər. Belə ki, onunla birlikdə 12 nəfər işdən eyni qaydada azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı 20.03.2020-ci il tarixli, 01/411 №-li sənədə uyğun olaraq pandemiya şəraitində işçilərin orta əmək haqlarının ETTM-də saxlanılması və həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, ona məcburi ərizə yazdıraraq yeni yaradılan Observatoriyada e-sosial portaldan verilən çıxarışa əsasən 30.03.2020-ci il tarixdən, 30.06.2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 saylı əmək müqaviləsini bağlamaqda məqsədi ona məlum deyildir. O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi öz xahişi ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda ona 3 ay fəaliyyət göstərməsinə baxmayaraq əmək haqqı əskik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. O, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə ona təqdi m olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və ona imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən Observatoriya tərəfindən öncədən pozulmuşdur. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi məlum deyildir. O, cavabdehin hazırki əməlləri nəticəsində əmək kitabçasını əldə edə bilməmişdir. İşdən azad edildikdən sonra ona Observatoriyada işlə təmin olunacağı bildirilmiş, təxminən 1,3 ay sonra müəssisənin ləğv edilməsi ilə bağlı onun əmək müqaviləsinə xitam verilmiş, ərizə yazaraq öz hesabına məzuniyyətə buraxılmışdır. Pandemiya ilə əlaqədar yalnız 2020-ci ilin iyun ayında işə bağlamışdır, 20 gündən sonra 29.03.2020-ci ildə ona əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verildiy i bildirilmişdir. Bu barədə ƏƏSMN-in tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İdarə heyətinin sədri vəzifəsini icra edən Elşən Əsədovun onun İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi 30.06.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilməsinə dair 30.06.2020-ci il tarixli **********8 saylı əmri vardır. O, əmək müqaviləsini 29.06.2020-ci il tarixdə imzalamışdır. Ona əmək müqaviləsi üzrə aylıq 1200 manat ödənilməli olsa da, o, hər ay əmək haqqını əskik şəkildə almışdır. Son haqq-hesab olaraq ona 142 manat ödənilmişdir. Onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlanması özlüyündə qanun pozuntusudur. Belə ki, onun vəzi fə səlahiyyətləri müddətli xarakter daşımır. Həmçinin cavabdeh tərəfindən ayrı seçkiliyə yol verilmişdir. Belə ki, köhnə işçilərin əksəriyyəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq daha sonra müddətin bitməsi ilə bağlı müqavilələrə xitam verilmişdir. Bu halı onun yeni iş yerində faktiki olaraq cəmi 15-20 gün işlədikdən sonra əmək müqaviləsinə xitam verilməsi bir daha təsdiq edir. İşdən azad olunduqdan sonra işəgötürən ona başqa iş təklif etməmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin nümayəndəsi və vəkili, birinci instansiya məhkəməsindəki icraatda iddianı qəbul etməyərək bildirmişdir ki, Observatoriya Əmək və Sosial Problemlər üzrə Elmi Tədq iqat və Tədris Mərkəzinin hüquqi varisi deyil, yeni yaradılan publik hüquqi şəxsdir. ETTM ləğv edilmişdir. Ləğv edilmiş ETTM-nin əvvəlki işçilərini işlə təmin etmək yeni yaradılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin öhdəliyi, vəzifəsi deyildir. Cavabdeh iddiaçını təcrübəsindən faydalanmaq üçün işə götürmüş, lakin iddiaçının proqramlarla işləmək bacarığı olmadığı üçün onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən tərəflərin razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Əmək müqaviləsi bağlanarkən müqavilənin 3 aylıq müddətə bağlanması barədə iddiaçının məlumatı olmuşdur. Həmin vaxt iddiaçının bun unla bağlı hər hansı etirazı olmamışdır. Əmək müqaviləsinin ləğvi barədə bildiriş iddiaçıya verilmişdir. İddiaçıya qarşı hər hansı ayrı-seçkiliyə yol verilməmişdir. Belə ki, 29 nəfər köhnə işçidən yalnız 12 nəfəri ilə bağlanan müddətli əmək müqaviləsinə xitam verilmişdir. 5. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında 30.03.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanarkən, daha sonra işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi 30.06.2020-ci il tarixli **********8 saylı əmri ilə İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verərkən İddiaçı qanunla qorunan əmək hüquqlarını pozmuşdur. Belə ki, müddətli əmək müqaviləsinin bağlandığı hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində dəqiq müəyyən edilmiş və bu hallar tərəflər arasında bağlanan əmək müqaviləsinə şamil edilə bilməz.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) 02 aprel 2021-ci il tarixli, 2(001)1732/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin 30.06.2020-ci il tarixli **********8 saylı əmrinin ləğv edilməsi, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış 30.03.2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin a parıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi iddiaçı ilə bağlanan əmək müqaviləsinin müddətinin işəgötürən tərəfindən uzadılmamasının səbəbinin işçiyə tapşırılan işin öhdəsindən gəlməməsi ilə izah etsə də, bu halı da sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya nə vaxt, hansı tapşırığın verilməsi, bu tapşırığın sonuncu tərəfindən icra edilməməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır. 2020-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasında Covid-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiq olunmasına başlanılması nəzərə alındıqda işəgötürənin işçinin öz əmək funksiyalarını yerinə yetirə bilməsini müəyyən etməsi üçün şərait, vaxt mövcud olmamışdır. Bundan ba şqa tərəflər arasında bağlanan əmək müqaviləsinin şərtinə əsasən işəgötürən işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürdüyü halda bu əsasla işçi ilə bağlanan əmək müqaviləsinə xitam verə bilməzdi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, işəgötürən əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda müddətli əmək müqaviləsi bağlamaqla, daha sonra özünün təşəbbüsü ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrı-seçkiliyə yol vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), X. Sarıyev və N.Cəfərov) 28 sentyabr 2021-ci il tarixli, 2(103)-6886/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)- 1732/2021 saylı qətnaməsinin ləğv edilməsi. iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də mə hz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, yeni qərar qəbul edilməsini edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin mənasından görünür ki, müddətli əmək müqavilələrinin bağlanması yalnız ƏM-nin 47-ci maddəsində göstərilən hallarda mümkündür. Lakin onun 20 ildən artıq iş stajı və işlədiyi yeri daimi ştat vahidi olduğundan aldatma yolu ilə iddiaçı ilə müddətli müqavilə bağlanması qanunvericiliklə yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdi yi imkandan istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixli əmrlə xitam verilməsi qanuni olmuşdur. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə tam qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

13. Maddə 2, hissə

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

14. Maddə 45, hissə

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

15. Maddə 45, hissə

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

16. Maddə 45, hissə

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

17. Maddə 45, hissə

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

18. Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

19. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqavilə sinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Hazırkı işdə İddiaçı Əmək və Sosial Problemlər üzrə Elmi-Tədiqiqat Mərkəzində 04.12.2001-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında işləməsinə dair müvafiq bildiriş vardır. Eyni zamanda tərəflərin bildirdikləri kimi, iddiaçı ilə Mərkəzin ləğv edilməsindən sonra yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxsi arasında 30.03.2020-ci il tarixdə üç aylıq müddətli əmək müqaviləsinin bağlanması və həmin müddətin bitməsinə görə müqavilənin 30.06.2020-ci ildə işəgötürən tərəfindən ləğv olunması işin mübahisəsiz hallarıdır.

27. İddiaçı adı çəkilən Mərkəzin ləğv edilməsi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxsinin ya radılması ilə bağlı belə bir sənədləşmə aparılmaqla işdən azad edilməsini qanunsuz sayır və işə bərpa olunmasını tələb edir.

28. Cavabdeh isə üç aylıq əmək müqaviləsinin müddətinin bitməsinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əmək qanunvericiliyinə uyğun olduğunu bildirir.

29. Apellyasiya məhkəməsi əmək müqaviləsinin müddətin bitməsinə görə ləğvini qanunvericiliyə uyğun saymış və bu qənaətini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmağa çalışmışdır (§ 9).

30. Kollegiya bu mövqeyi əsaslı saymır ona görə ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır.

31. Belə ki, həmin Məcəllənin 56-cı maddəsinin 1- 2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

32. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək m üqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

33. Məlum olduğu kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

34. Bu səbəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə ə mək müqaviləsinin müəyyən müddətə bağlanması üçün hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur (§ 18).

35. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

36. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri (§ 13) əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.

37. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır.

38. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 20, 22).

39. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6886/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar