Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1386/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdeh “xxxx” MMC-nin vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC və vəkili Nümayəndə kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilmiş, qətnamə ləğv edilərək iddianın təmin edilməsi; cavabdeh MMC-nin 11.01.2016-cı il tarixli əmri ləğv edilməklə İddiaçı cavabdeh MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsini; cavabdeh MMC tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün (2.901,75 manat pulun artıq ödənildiyi nəzərə alınmaqla) əmək haqqının ödənilməsini; ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 13 iyun 2017-ci il tarixli qərar ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilmiş, qətnamə ləğv edilərək iddianın təmin edilməsi; cavabdeh “xxxx” MMC 11 yanvar 2016-cı il tarixli 2K nöməli «əmək müqaviləsinə xitam verilmsəi haqqında əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh “xxxx” MMC –də hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcbui işburaxma müddəti üçün əmək haqının ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 21 iyun 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin y enidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11179/2019 saylı 15 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi V.T.Həsənov. hakimlər Ş.A.Məmmədova və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8388/2016 saylı 22 sentyabr 2016-cı il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilərək iddiaçının cavabdeh “xxxx” MMC-də Hüquq Şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC-nin Hüquq Şöbəsinin müdi ri vəzifəsinə bərpa olunması, 2016-cı ilin yanvar-iyul ayları üzrə ödənilməmiş əmək haqqının əvəzi olaraq 18.800 manat və 01.08.2016-cı il tarixdən işə bərpa olunan günədək məcburi işburaxmaya görə aylıq əmək haqqı hesabı ilə 3.100 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” MMC və vəkili Nümayəndə kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki kollegiyasının qərarında əksini tapmış müddəaları nəzərə almadan işin faktiki hallarını tam və hərtərəfli araşdırmayaraq müqavilənin əslinin və ya lazımi qaydada təsdiq olunm uş surətinin məhkəməyə təqdim edilməsi üçün şərait yaratmadan bir məhkəmə iclası keçirməklə (digər bir məhkəmə iclası təxirə salınmışdır) işi yekunlaşdırmışdır. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş və bu da düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11179/2019 saylı 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11179/2019 saylı 15 oktyabr 201 9-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11179/2019 saylı 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ria yət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45 və 300-cü, Azərbaycan Respublikası MPM 82.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarına əsasən işin materialları üzrə gəldiyi nəticələrinə əsasən “Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 07.01.2014-cü il tarixli müqavilənin “müddətsiz” müqavilə hesab edildiyindən həmin müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə, müddətinin bitməsi əsası ilə xitam verilməsini yolverilm əzdir. Həmçinin, cavabdeh hazırki halda iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödəmək öhdəliyi daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, “xxxx” – cavabdeh MMC-nin baş direktoru X ilə “İşçi” – iddiaçı arasında bağlanmış 01.03.2011-ci il tarixli, 76 “A” nömrəli “Əmək müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən iddiaçı aylıq əmək haqqı 1.808 manat müəyyən edilməklə 31.12.2011-ci il tarixədək MMC-nin Hüquq Şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. MMC-nin b aş direktoru X ilə iddiaçı arasında bağlanmış 05.01.2012-ci il tarixli 39 nömrəli müddətli “Əmək müqaviləsi” ilə tərəflər arasında bağlanmış əvvəlki müqavilə yenilənmişdir. Bu müqavilə 05.01.2012-ci il tarixdən 31.12.2012-ci il tarixə bağlanmışdır. MMC-nin baş direktoru X ilə iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” 07.01.2014-cü il tarixli, 23 nömrəli müqavilə ilə əmək haqqının məbləği 700 manat müəyyən edilmiş, habelə tərəflər arasında bağlanmış 39 nömrəli müddətli “Əmək müqaviləsi” bu müqavilə qüvvəyə mindiyi andan öz hüquqi qüvvəsini itirmişdir. Eyni tərəflər arasında bağlanmış “Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” 18.12.2014-cü il tarixli, 75 nömrəli müqavilə ilə iddiaçının əmək haqqısının məbləği 01.01.2015-ci il tarix dən 3.100 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 08.01.2016-cı il tarixli məktubdan görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti 05.01.2016-cı il tarixdə bitmiş, iddiaçı ona təklif edilmiş 1 ay müddətinə bağlanılması nəzərdə tutulan yeni əmək müqaviləsinin bağlanmasına razılıq vermədiyindən, onunla bağlanmış əvvəlki əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 2 “K” nömrəli, 11.01.2016-cı il tarixli “xxxx” görünür ki, iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 11.01.2016-cı il tarixdən xitam verilmiş, eyni zamanda iddiaçıya 01.03.2015-ci il tarixdən əmək müqaviləsinə xitam verilən günədək istifadə edilməmiş 26.2 təqvim günü məzuniyyətə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin 12.07.2016-cı il tarixli məktubundan görünür ki, iddiaçı ilə bağlanmış müddətli “Əmək müqaviləsinə” 11.01.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin hissəsinin “b” bəndi ilə xitam verilmiş və 2.901,75 manat məbləğində son haqq-hesab 05.04.2016-cı il tarixdə iddiaçının bank hesabına köçürülmüşdür. Hal-hazırda müəssisənin iddiaçıya əmək haqqı borcu yoxdur. “xxxx” görünür ki, cavabdeh MMC tərəfindən iddiaçının hesabına məzuniyyət və son haqq-hesabın ödənilməsi məqsədi ilə 2.901.75 manat məbləğində pul köçürülmüşdür. “Mədaxil qəbzindən” müəyyən olunur ki, iddiaçının ünvanına sürətli poçt daşıma xidməti olan “Azərekspresspoçt” vasitəsi ilə əmək kitabçası göndərilmişdir. İşin materiallarından görünür ki, İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinə 11.01.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsinin qanunsuzluğunu, onunla bağlanan müqavilənin müddətsiz olmasını, 2016-cı ilin yanvariyul ayları üzrə ödənilməmiş əmək haqqının və 01.08.2016-cı il tarixdən işə bərpa olunan günədək məcburi işburaxmaya görə aylıq əmək haqqının verilməsini mübahisələndirmiş, cavabdeh isə verilən əmrin qanuni, iddiaçı ilə bağlanan müqavilənin müddətli olması əsası ilə iddiaya etiraz etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci ma ddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin normannı 2-ci hissəsinə əsasən isə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Qeyd edilən normanın 3-cü hissəsinə əsasən isə müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. İşin materiallarından görünür ki, tərəflər arasında bağlanan sonuncu “Əmək müqaviləsi” 07.01.2014-cü il tarixli, 23 nömrəli müqavilə olmuşdur. Həmin “Əmək müqaviləsinin” 2.3-cü bəndinə görə, bu müqavilə qüvvəyə mindiyi andan tərəflər arasında əvvəllər bağlanmış 05.01.2012-ci il tarixli 39 nömrəli “Əmək müqaviləsi” öz hüquqi qüvvəsini itirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin 07.01.2014-cü il tarixli, 23 nömrəli “Əmək müqaviləsinin” forma və məzmunundan həmin müqavilənin Əmək Məcəlləsinin tələblərinə zidd olaraq tərtib edilməsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, işin materiallarına əsasən hazırki iş üzrə cavabdeh olan MMC-nin iddiaçı olan İddiaçı qarşı “Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 07.01.2014-cü il tarixli, 23 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbi Sabunçu Rayon Məhkəməsinin 06.06.2017-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, daha sonra bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 19.12.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qətnamə isə Ali Məhkəmənin 29.06.2018-c i il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin həmin iş üzrə qərarı ilə həm də təsdiq olunmuşdur ki, 07.01.2014cü il tarixli müqavilə qanunvericiliyin tələblərinə cavab verdiyindən onun etibarsızlığı üçün heç bir əsas yoxdur. Həmçinin qeyd edilir ki, həmin müqavilədə 2.3-cü maddədə əvvəlki müqavilənin hüquqi qüvvəsinin itirməsi ilə bağlı müddəanın olması faktiki olaraq müqaviləyə edilən əlavə və dəyişikliklərin qüvvəyə mindiyi andan əvəzləşdirilmiş müddəaların hüquqi qüvvəsinin itirilməsini ehtiva edir. Digər tərəfdən, hətta əlavə və dəyişikliklərin edilməsinə dair müqavilədəki (07.01.2014-cü il tarixli) bəndin əvvəlki müqavilənin tam şəkildə hüquqi qüvvəsinin itirilməsinə əsas olmasına görə, mübahisələndirilən müqavilə etibarsız hesab edilə bilməz. Eyni zamanda həm in mülki iş üzrə məhkəmələr belə qənaətə gəlmişdir ki, əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında müqavilənin şərtlərinə diqqət yetirdikdə müəyyən edilir ki, bu dəyişikliklərin edilməsinin məqsədi işçinin əmək funksiyalarının, əmək haqqının dəyişdirilməsi, əsasən də tərəflərin müddətli əmək münasibətlərindən müddətsizə keçmələri olmuşdur. Həmin müqavilədə 2.3-cü maddədə əvvəlki müqavilənin hüquqi qüvvəsinin itirməsi ilə bağlı müddəanın olması faktiki olaraq müqaviləyə edilən əlavə və dəyişikliklərin qüvvəyə mindiyi andan əvəzləşdirilmiş müddəaların hüquqi qüvvəsinin itirilməsini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan digər məhkəmə qərarları ilə tərəflərin istinad etdiyi müqavilənin müddətsiz olmasının müəyyən olunması və həmin müqavilənin b ağlanmasından sonra tərəflər arasında bundan əvvəl bağlanmış və yeni müqavilə ilə əvəzləşdirilmiş şərtlər əhəmiyyətini itirməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün olmuşdur. Bu əsasla da məhkəmə kollegiyası tərəflər arasında olan əmək müqaviləsinin müddətli deyil, müddətsiz müqavilə olmasının məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən olunduğundan həmin faktın hazırkı məhkəmə icraatı zamanı yenidən mübahisələndirilməsi və yenidən sübut olunması istisna olunmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə də razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmçinin hesab edir ki, 07.01.2014-cü il tarixli müqaviləsinin qanuniliyi qanuni qüvvəsini almış məhkəmə aktları ilə tanındığı halda kassator şikayətin də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuzluğunun əsası kimi həmin müqavilənin qanunsuzluğuna yenidən qiymət verməyə cəhd etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya i nstitutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələnd irdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublik asının ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilmiş göstərişlər üzrə tam və hərtərəfli araşdırma aparmamasına dair dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikaı Ali Məhkəməsi 21 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarını ləğv edərək yeni baxışa göndərərkən də göstərişi ondan ibarət olmuşdur ki, hazırkı işdə mübahisənin əsas mahiyyətini iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması təşkil edir. Bu xüsusatın araşdırılaraq düzgün nəticəyə gəlinməsi üçün tərəflər arasında bağlanmış müqa vilələr və onlara dəyişiklik edilməsi barədə müqavilələr araşdırılmalı və müqavilədəki müddəalara hüquqi qiymət verilməlidir. Bunun üçün isə ilkin olaraq mülki işə həmin müqavilələrin əsli və ya qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti əlavə olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilələr və onlara dəyişiklik edilməsi barədə müqavilələri ətraflı araşdırmış və müqavilədəki müddəalara düzgün hüquqi qiymət verərək işin müəyyən olunmuş hallarına əsasən cavabdeh MMC-nin 11.01.2016-cı il tarixli “Əmrindən” həmin müqavilənin müddətli olması və bu müddətin 11.01.2016-cı il tarixdə bitməsi müəyyən edilsə də, bu xüsusatın sözügedən mü qavilənin şərtləri ilə üst-üstə düşməməsinə, “Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 07.01.2014-cü il tarixli müqavilənin “müddətsiz” müqavilə hesab edilməsi və bu səbəbdən, həmin müqaviləyə Əmək Məcəlləsinin 68- ci maddəsinin “b” bəndi ilə, müddətinin bitməsi əsası ilə xitam verilməsinin yolverilməz olmasına dair əsaslı və qanuni nəticələrə gəlmişdir. Məhkəmə kollegyiası həmçinin cavabdehin hazırki halda iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödəmək öhdəliyinin daşımasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsini də qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər xxxx əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq v ə ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə, 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin xxxx tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin müqavilənin əslinin və ya təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməməsinə şərait yaratmadan məhkəmə iclasının keçirməsinə dair dəlilinə də qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər əmək müqaviləsinin bağlanmasını və sonradan ona dəyişikliklər edən yeni müqavilələr bağlanması, ümumuiyətlə onların mövcud olmamasını mübahisəlndirmirlər. İşdə olan məhkəmə aktlarının surətlərindən görünür ki, məhkəmə aktlarının qəbul olunması zamanı isə məhz sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərinə istinad olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəm əsinin MK-nın 2(103)-11179/2019 saylı 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1386/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1386/2020
16.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver