Məhkəmə qərarları › İş №2(102)-1386/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1386/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1386/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-110/2025 nömrəli iş üzrə 7 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şika yəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmədiyinə görə ona vurduğu ağır xəsarətə görə maddi z iyan olaraq 13.400 manat (xəstəxana, dərman, yol xərcləri, buraxılmış iş günləri və sair), mənəvi ziyan vurduğuna görə 10.000 manat olmaqla, ümumilikdə 23.400 manat məbləğində pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi kimi 5.000 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat olmaqla, cəmi 6.000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-110/2025 nömrəli iş üzrə 7 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi-Cavabdeh maddi zərərin əvəzi kimi 5.000 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh 3.600 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 1.000 manat hissəsində təmin etmiş, İddiaçı isə həmin qətnamə ilə razılaşaraq ondan apellyasiya şikayəti verməmişdir. Cavabdeh apellyasiya şikayəti əsasında isə birinci instansiya məhkəməsi tərəfindən tutulmuş maddi ziyanın məbləği dəyişdirilərək 3.600 manat müəyyən edilmişdir. Belə olan halda, İddiaçı tərəfindən mübahisələndirilən məbləğ 5.000-3.600=1.400 manat olmaqla MPM-in 402.1-ci mad dəsində nəzərdə tutulmuş məbləğdən azdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şika yət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-110/2025 nömrəli iş üzrə 7 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar