Məhkəmə qərarları › İş №2(102)-1387/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1387/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1387/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundanibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-7209/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı AS C tərəfindən Cavabdeh ******************** nömrəli və ******************** nömrəli plastik kartlar verilmişdir.

2. Tərəflər arasında 17 sentyabr 2020-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilə, 09 iyul 2021-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilə və 09 iyul 2021-ci il tarixli “X1 (kredit)” müqaviləsi bağlanmışdır.

3. Cavabdehə göndərilmiş 17 aprel 2023-cü il tarixli bildirişə əsasən İddiaçı ASC-yə məxsus ******************** nömrəli və ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş, 11896,36 USD və 3475,63 AZN məbləğində borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 4. 8 may 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən Cav abdeh 22 sentyabr 2022-ci il tarixdən 08 may 2023-cü il tarixinədək dövr üzrə 1.224.121,01 ABŞ Dolları məxaric olunub, 137,06 ABŞ Dolları mədaxil edilib. 5. 8 may 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışa görə Cavabdeh xx.xx.2022-ci il tarixdən 08 may 2023-cü il tarixinədək dövr üzrə 3.512,64 manat məxaric olunub, 10,42 manat mədaxil edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 3475,63 manat və ona illik 5 faizlə hesablanmış 86,89 manat əldən çıxmış fayda, 11896,36 ABŞ dolları və ona illik 5 faizlə hesablanmış 346,98 ABŞ dolları əldən çıxmış faydanın xarici valyuta ilə ödənilməli olan məbləğin həmin günə o lan məzənnəsi ilə hesablanıb ödənilməsi, həmçinin 163,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ASC-yə məxsus 2 ədəd plastik kart istifadəçisi olmuşdur. Bank tərəfindən verilmiş plastik kartlar cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesablarından xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Cavabdehlə telefon əlaqəsi yaradılmış, o, borcunu etiraf etmiş, həmin məbləği bir dəfəyə ödəməyə imkanının olmadığını qeyd etmişdir. Cavabdeh heç bir əsas olmadan texniki səhvin baş ve rdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır.

8. İş materiallarında olan, cavabdehə göndərilmiş 17 aprel 2023-cü il tarixli bildirişə əsasən İddiaçı ASC-yə məxsus ******************** nömrəli və ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş, 11896,36 USD və 3475,63 AZN məbləğində borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir

9. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(008)4347/2023 saylı qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh əssasız varlanma nəticəsində əldə etdiyi 3475,63 manat və ona illik 5 faizlə hesablanmış 86,89 manat əldən çıxmış fayda, 11.896,36 ABŞ dolları və ona ill ik 5 faizlə hesablanmış 346,98 ABŞ dolları əldən çıxmış faydanın xarici valyuta ilə ödənilməli olan məbləğin həmin günə olan məzənnəsi ilə hesablanıb ödənilərək, həmçinin 163,20 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnın hərəkətləri varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığından əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.8, 445.7,1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, əsassız varlanmadan söz gedə bilmə z. Kart hesabına köçürülən məbləğ üzrə onun hansı müddətdə qaytarılması barədə heç bir qeyd yoxdur. Həmin pulun hissə-hissə qaytarılmasını banka təklif etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2023-cü il tarixli, 2(103)-88/2023-014 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), M.Ə.Rüstəmli və A.Ə.İsgəndərov)apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4347/2023 saylı mülki iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bankla bağlanmış müqaviləyə əsasən cavabdeh kart hesabına artıq və ya səhvən pul mədaxil olarsa, həmin pul vəsaitindən istifadə etməməli və dərhal Banka geri qaytarmalıdır. Bu barədə B anka məlumat verməlidir. Belə ki, cavabdehin mədaxil olunmuş pul vəsaitindən istifadə etməsi işin mübahisəsiz halıdır.

16. Belə olan halda cavabdeh hər hansı hüquqi əsas olmadan Bankın hesabına əsassız varlanmışdır.

17. Cavabdeh apellyasiya şikayətin həmin pulun hissə-hissə qaytarılmasını banka təklif etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ödənilməli olan məbləğin hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmək Bankın vəzifəsi yox, hüququdur.

18. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3-cü maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7209/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və mülki işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Hesab və ödəniş kartına dair” xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə iddiaçının texniki səhvi nəticəsində kart hesabıma köçürülən məbləğ üzrə onun hansı müddətdə qaytarılması barədə heç bir qe yd yoxdur. Cavabdehin həmin pulu hissə-hissə qaytarılmasını banka təklif edib. Lakin Bank onun təklifinə münasibət bildirmədən məhkəmədə iddia qaldırmışdır.

22. Həmçinin qeyd olunan müqavilədə iddiaçının texniki səhvi nəticəsində artıq pul məbləğinin köçürülməsi nəticəsində əldən çıxmış faydanın tutulması nəzərdə tutulmamışdır. İşə baxılan zaman apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi kimi həmin halları nəzərə alamamışdır.

23. Bundan əlavə hər iki instansiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan baxılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə proseslərində iştirakını təmin edilməsi üçün tədbir görülməmiş, işi tezliklə yekunlaşdıraraq qətnamə qəbul etmişdir.

24. Kassator öz hüquqi mövqeyini Mülki Məcəllənin 445.7,1091.1,1091.2, 1092.1, 1092.2, 1092.3-cü maddələrinə və Mülki Prossesual Məcəllənin 185, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

32. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

33. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 10 92.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hü quq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bankla bağlanmış müqaviləyə əsasən cavabdeh kart hesabına artıq və ya səhvən pul mədaxil olarsa, həmin pul vəsaitindən istifadə etməməli və dərhal Banka geri qaytarmalıdır. Bu barədə Banka məlumat vermə lidir. Belə ki, cavabdehin mədaxil olunmuş pul vəsaitindən istifadə etməsi işin mübahisəsiz halıdır.

43. Belə olan halda cavabdeh hər hansı hüquqi əsas olmadan Bankın hesabına əsassız varlanmışdır.

44. Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərmişdir ki, iddia olunan pulun hissə-hissə qaytarılmasını Banka təklif etsə də, Bank bununla razılaşmamışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ödənilməli olan məbləğin hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmək Bankın vəzifəsi yox, hüququdur.

45. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

46. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-7209/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar