Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1388/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmanətin qaytarılması, sübutetmə yükü, vicdanlılıq prinsipi, sübutların qiymətləndirilməsi, sübutların yetərliliyi, mütəxəssis məsləhəti, iş üzrə rəy vermək üçün dövlət orqanlarının prosesdə iştirak etməyə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmanət məbləğinin, hesablanmış faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5644/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh, bank və ya “Muğanbank ASC”) Gəncə filialı arasında xx.xx.2008-ci il tarixdə "Xüsusi Əmanət (depozit) hesabı haqqında" 7 müqavilə bağlanmışdır. İddiaçı Banka 95 saylı müqaviləyə əsasən 3841-000011-USD-13 saylı əmanət hesabına 50.000 ABŞ dolları; 96 saylı müqaviləyə əsasən 3841-000011-USD-13 saylı əmanət hesabına 50.000 ABŞ dolları; 97 saylı müqaviləyə əsasən 3841 -00001 lUSD-13 saylı əmanət hesabına 50.000 ABŞ dolları; 98 saylı “Xüsusi Əmanət (depozit) müqaviləyə əsasən 3841-00001 l-USD-13 saylı əmanət hesabına 50.000 ABŞ dolları; 99 saylı müqaviləyə əsasən 3841-00001 l-USD-13 saylı əmanət hesabına 50.000 ABŞ dolları; 100 saylı müqaviləyə əsasən 3841-000011-USD-13 saylı əmanət hesabına 20.000 ABŞ dolları; 101 saylı müqaviləyə əsasən 3841-000011-ÜSD-13 saylı əmanət hesabına 30.000 ABŞ dolları olmaqla, cəmi 300 000 ABŞ dolları məbləğində bank əmanəti yerləşdirmişdir.
2. Əmanət müqavilələrin şərtlərinə müvafiq olaraq, Bank həmin müqavilələrə əsasən vəsaitin qəbul edilməsini, habelə tələb olunan müddətdə və qaydada depoziti və ona hesablanmış faizləri əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür (1.2). Depozitlər üzrə faizlər şərti olaraq bir təqvim ilin in daxilində vəsaitin depozit hesabında saxlandığı günlərin faktiki sayına görə hər gün illik 6 faizlə hesablanır (2.1). Depozitlər üzrə faizlər bu Müqavilənin qüvvədə olduğu müddətdə hər ayın 04-cü günü bitdikdə ödənilir. Bunun üçün müvafiq məbləğ əmanətçinin cari hesabına köçürülür və ya nağd şəkildə ödənilir (2.3). Müqavilələrə əmanətçinin depozitə qovduğu məbləğin qaytarılmasını təmin etməklə xitam verilir (3.1). Bank əmanətçiyə pul vəsaitinin onun depozit hesabına yerləşdirilməsi barədə adlı Bank kitabçası verir (4.1.2). Adlı Bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız hala düşdükdə, əmanətçinin ərizəsi üzrə Bank ona yeni bank kitabçası verir (4.1.4). Adlı Bank kitabçası itirildikdə və ya təqdim olunması üçün yararsız hala düşdükdə ona yeni bank kitabçası verilməsi ü çün ərizə ilə müraciət edə bilər (4.2.3).
3. İddiaçının müraciətinə cavab olaraq Bankın verdiyi xx.xx.2020-ci il tarixli YA/14 saylı məktubla ona bildirilmişdir ki, elektron arxiv materiallarına əsasən xx.xx.2008-ci il tarixdə qəbul edilən 50 000 USD, 50 000 USD, 50 000 USD, 50 000 USD, 50 000 USD, 20 000 USD və 30 000 USD vəsait 3841-000011-USD-13 saylı hesaba qısamüddətli depozitlər (1 illik 6%, illik % hesablanmaq şərti ilə) kimi yerləşdirilmişdir. Qeyd olunan depozitlər xx.xx.2008-ci il tarixdə bağlanmışdır və iddiaçının cari 3811-002028-USD-13 hesabından 300 174 USD məbləğ ödənilmişdir. xx.xx.2008-ci il tarixdə 3871-000024 USD13 saylı hesaba 100 000 USD məbləğində 1 il müddətinə 18% illik faiz hesablamaq şərti ilə depozit yerləşdirilmişdir. Depozit vaxt bitdikdən sonra bağlanılıb və x x.xx.2009-cu il tarixdə 100 000 USD müştəriyə ödənilib. xx.xx.2009-ci il tarixdə 3841- 000011-USD-13 saylı depozit hesabına 100 000 USD 1 il müddətinə 18% illik faiz hesablanmaq şərti ilə yerləşdirilmişdir. Depozitin vaxtı xx.xx.2010-ci il tarixdə bitmişdir. xx.xx.2010-cu il tarixdə 100 000 USD cari hesabdan məxaric edilərək müştəriyə ödənilib və yenidən həmin məbləğ xx.xx.2010-cu il tarixdə 3871-000024-USD-13 saylı uzunmüddətli depozit hesabına 2 il müddətinə 17% illik faiz hesablanma şərti ilə yerləşdirilmişdir. xx.xx.2012-ci il tarixdə həmin depozit bağlanılıb və müştərinin sərəncamı əsasında iddiaçının hesabına 101.416,67 USD köçürülüb. xx.xx.2012-ci il tarixindən etibarən iddiaçının 3841000011USD və 3871-000024USD-13 hesabları üzrə heç bir əməliyyat aparılmayıb və qalıqlar 0 USD təşki l edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Banka qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 7 "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilə üzrə cəmi 300 000 ABŞ dolları bank əmanət məbləği və xx.xx.2021-ci il tarixinədək 13 il 2 ay müddətinə olan 236.999.04 ABŞ dolları əmanət faiz məbləğinin iddiaçıya qaytarılması, cavabdehin təqsiri üzündən pul vəsaitindən həmin pul vəsaitinə görə əldə edəcəyi faiz şəklində gəlirindən məhrum olması səbəb olduğuna görə iddiaçının məruz qaldığı mənəvi sarsıntıların - mənəvi zərərin əvəzi kimi 100 000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 yanvar 2020-ci il tarixində öz hesabından 200 000 ABŞ dolları götürmək üçün bankın Gəncə filialına müraciət edildikdə, Bankın baş mühasibi ona bildirmişdir ki, adına ümumiyyətlə hesab mövcud deyildir, sistem üzrə belə bir hesab görünmür. Lakin, sonradan onun tərəfindən hesab nömrəsi təqdim edilmiş, hesabın Goranboy filialında olduğu bildirilmiş, ondan sonra 14 yanvar 2020-ci il tarixində Banka müraciət edərək, müvafiq müqavilə və mədaxil orderləri təqdim etmiş və Bank tərəfindən ona xx.xx.2020-ci il tarixli YA/14 saylı cavab məktubu verilmişdir. X9 fılialına 3841-000011-USD-13 saylı depozit hesabına depozit şəklində qoyduğu 300 000 ABŞ dolları məbləğində əmanəti məxaric etməmişdir və edə də bilməzdi. Belə ki, 300 000 ABŞ dolları məbləğində pul vəsaitinin hesabdan çıxarıldığı iddia edildiyi xx.xx.2018-ci il tarixində ümumiyyətlə Azərbaycan Respublikası hüdudlarında olmamışdır. Belə ki, Banka pul vəsaitini qoyduğu xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının quru sərhədini keçərək Gürcüstan Respublikasına, oradan Türkiyə Cümhuriyyətində getmişdir. Azərbaycan Respublikasına xx.xx.2008-ci il tarixində qayıtmışdır. Bundan başqa cavab məktubunda başqa bir məqam onu təəccübləndirib. Belə ki, onun başqa xətt üzrə Bankda digər depozit hesabında 100 000 ABŞ dolları məbləğində vəsait üzrə Bank tərəfindən ona məlum olmayan və onun tərəfindən sərəncam verilməyən əməliyyatlar aparılmışdır. Bu əməliyyatlar tam surətdə absurddur və o, həmin tarixlərdə ümumiyyətlə heç bir bank əməliyyatları aparmamışdır. Hesabında olan 100000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2008-ci il tarixində əmanət şəklində hesaba qoym uş, hər ay 1500 ABŞ dolları məbləğində faiz almış və 2012-ci il tarixində bankın baş ofisindən geri götürmüşdür. Bu halda da onun iştirakı və sərəncamı olmadan Bankdakı depozit əmanət hesabında qeyriqanuni əməliyyatlar aparıb. Həmçinin məktubda xx.xx.2008-ci il tarixdə ondan qəbul edilən vəsaitlərin qısamüddətli depozitlər (1 illik 6 % hesablanmaq şərli ilə) kimi yerləşdirildiyi bildirilir. Lakin, onunla cavabdeh arasında bağlanılan xx.xx.2008-ci il tarixli, 95, 96, 97, 98, 99, 100 və 101 saylı "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələrin 1.2 və 3.1ci maddələrinə əsasən əmanətin qısa müddətli deyil, məhz əmanətin ilk tələb üzrə verilməsi şərli ilə (tələbli əmanət) bağlanmışdır. Cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciət edərək, əmanət hesabında olan vəsaitlərin qayta rılmasını tələb etməyinə baxmayaraq, ona məxsus olan pul vəsaiti və hesablanmış faizləri geri qaytarılmamışdır. Hətta cavabdehin rəhbər işçiləri ilə görüşməyə cəhd etmiş, belə olan təqdirdə xx.xx.2020cı il tarixdə bir daha yazılı qaydada əmanətinin və cari hesabda olan vəsaitinin qaytarılmasını tələb etmişdir. Lakin Bank hazırkı tarixədək onun qarşısında olan öhdəliklərini icra etməmişdir. İllərdir Banka qoyduğu pul vəsaitindən faiz əldə etməmiş, cavabdeh onun pul vəsaitini öz dövriyyəsinə salaraq gəlir əldə etmişdir. Cavabdehlə bağlanılmış müqavilələrdə əmanətin illik faiz dərəcəsi 6 % olmaqla şərtləşdirilmişdir.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın əsassız olduğunu, iddiaçı tərəfin əmanət kitabçasının olmadığını, bank əməliyyatlarının iddiaçının atasına verdiyi etibarnamə əsasında həyata keçirilmə ehtimalının olduğunu, Mərkəzi Bankın Azərbaycan Respublikasının bank sistemində arxiv işlərinin aparılması haqqında Təlimata əsasən "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələrə, mədaxil və məxaric orderlərinə xitam veriləndən sonra saxlama müddəti (5 il) keçdikdən sonra məhv olunduğu üçün həmin sənədləri təqdim edə bilmədiklərini qeyd etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/812 nömrəli xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 04 may 2008-ci il tarixli, 95 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan Cavabdeh ASC-ilə İddiaçı arasında bağlanmış 04 may 2008-ci il tarixli, 95, 96, 98, 99, 100, 101 s aylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqaviləyə əsasən müvafiq olaraq xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan dövr üzrə hesablanmış faiz məbləği 36.249,99 manat, 36.249,99 manat, 36.249,99 manat, 36.249,99 manat, 14.499,99 manat, 21.750,00 manatdır.
8. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-183/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.Novruzova) iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, iddiaçı tərəfindən əmanət müqavilələrinin əsilləri məhkəməyə təqdim olunsa da, iddiaçı hər bir müqavilə üzrə əmanət kitabçalarını təqdim etməmişdir.
10. Məhkəmə iddiaçının Bank tərəfindən ona əmanət kitabçalarının təqdim olunmaması səbəbindən həmin sənədin məhkəməyə təqdim etməyin mümkün olmadığı barədə arqumentini də əsassız hesab etmişdir; belə ki, əmanət müqavilələrin hər birinin 4.1.2, 4.1.4 və 4.2.4-cü bəndlərinə əsasən əmanətçiyə Bank kitabçası verilmiş, bank kitabçası itirildiyi və ya yararsız hala düşdüyü halda əmanətçinin Banka yeni bank kitabçası verilməsi üçün müraciət etmək hüququ olmuşdur.
11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı müqavilələr üzrə olan bank kitabçasını təqdim etməmiş, bununla da bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsi və ya əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsi kimi halların müəyyən olunması imkanını məhdudlaşdırmışdır. Digər tərəfdən isə, iş materialları, xüsusilə iddiaçıların banka etdikləri müraciətlərlə müqayisəli şəkildə təhlil olunduğunda, həmin müqavilələ rin həqiqətən bağlanmış olduğuna qənaət gətirmək mümkün olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı depozit müqavilələrinin əsillərini təqdim etsə belə, həmin depozit hesablarından onun sərəncamı olmadan əməliyyat aparılmasını iddia etdiyi halda, depozit müqavilələri üzrə bank kitabçasının təqdim olunması zərurəti yaranmışdır. İddiaçının bank kitabçalarının bank tərəfindən təqdim olunmaması ilə bağlı irəli sürdüyü arqumentini məhkəmə inandırıcı hesab etməmişdir.
12. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı onun ölkə xaricində olduğu zaman hesabında razılığı olmadan əməliyyatlar aparılmasını iddia etmiş və bildirmişdir ki, İddiaçı adından 2008-ci il yanvar-iyun aylarında onun tərəfindən hər hansı notariat hərəkəti aparılmamışdır. Lakin məhkəmə baxış iclasında cavabdeh tərəfindən tə qdim olunmuş ƏN-1 №111054, 02 iyun 2008-ci il tarixli Gəncə şəhəri 1-ci DNK-da verilmiş etibarnamədən görünmüşdür ki, İddiaçı atası Əsgərov Razim İsmayıl oğluna bank orqanlarından ona çatası pulu, əmanəti eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi və. s hüquqlar üzrə səlahiyyət vermiş 3 il müddətinə, xx.xx.2011-ci ilədək qüvvədə olan etibarnamə verilmişdir. İddiaçı tərəf həmin etibarnamənin «Kəpəz" Müstəqil Teleradio Şirkəti fərdi müəssisəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsində istifadə olunduğunu, dublikatının olmamasına istinad etsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, sözügedən müqavilə 04 may 2008-ci il tarixdə bağlansa da, etibarnamə 28 gün sonra, yəni 02 iyun 2008-ci il tarixdə verilmişdir. Digər tərəfdən, həmin etibarnamənin dublikatının deyil, həm də surətinin notariat qaydada təsdiq edilmiş olması halı da istisna deyil.
13. Məhkəmənin qənaətinə görə həmin müqavilələr üzrə qoyulan vəsait iddiaçının atası Əsgərov Razim İsmayıl oğluna Gəncə şəhəri 1-ci DNK-da verdiyi və 3 il müddətində qüvvədə olan ƏN-1 №111054, 02 iyun 2008-ci il tarixli ümumi etibarnaməyə əsasən çıxarıla bilərdi. Qeyd edilən məbləğlər Əsgərov Razim İsmayıl oğlu tərəfindən alındığından bank kitabçaları da Banka geri qaytarılmış və müqavilələrə xitam verilmişdir. Göründüyü kimi iddiaçı tərəf iddia ərizəsində göstərdiyi halları məhkəmə qarşısında sübuta yetirə bilməmişdir.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 944, 946, 953-ci, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77, 78-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank kitabçası iddiaçıya verilməmişdir. Əmanətin nə iddiaçı, nə də onun nümayəndəsi tərəfindən çıxarılması sübut olunmur. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırılma hissəsində iddiaçının atası Əsgərov Razim İsmayıl oğluna verdiyi ƏN-1№111054saylı, xx.xx.2008-ci il tarixli Gəncə şəhər 1-ci DNK tərəfindən qeydiyyatdan keçirilmiş etibarnamə əsasında pul vəsaitinin çıxarılması ehtimal edilir. Gəncə şəhər 2 saylı Notari at ofisinin xx.xx.2021-ci il tarixli, 153 saylı cavab məktubundan da göründüyü kimi iddiaçının nümayəndəsi Əsgərov Razim İsmayıl oğlu və X7 arasında xx.xx.2008-ci il tarixli 3 M-112 reyestrlə təsdiq edilmiş “X5 Şirkəti Fərdi Müəssisəsinin alğı-satqı müqaviləsində istifadə edilən 7E-08-6378 saylı reyestrlə təsdiq edilmiş ƏN-İ-111054 seriyalı İddiaçı tərəfindən Əsgərov Razim İsmayıl oğlunun adına verilmiş etibarnamənin əsli göstərilən alğı-satqı müqaviləsində saxlanılaraq notariat arxivində yerləşdirilmişdir. Hər iki sənədin, yəni həm müqavilənin, həm dəetibarnamənin təsdiq edilmiş fotosurəti işin baxılması üçün təqdim edilir. Təqdim edilmiş alğı-satqı müqaviləsindən də göründüyü kimi müqavilənin tarixi xx.xx.2008-ci il qeyd olunsa da, notariusda rəsmiləşdilmə tarixi xx.xx.2008-ci ildir. Ban kın elektron arxiv materialları var və hesab edirlər ki, bank tərəfindən dərhal məhkəməyə təqdim edilməlidir. Bir ildən artıq davam edən məhkəmə iclaslarında cavabdeh tərəfindən arxiv sənədlərinin ləğv edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməyib. Halbuki, tərəflərindən məhkəmə iclaslarında bu məsələ dəfələrlə qaldırılıb. Lakin, iş üçün mühüm əhəmiyyət kəsb edən bu hal məhkəmə tərəfindən araşdırılmayıb. Məhkəmə Bankdan arxiv sənədlərinin ləğv edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədlər toplusunu tələb etməli idi. Bu hal da iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması deməkdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10804/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmənin mövqeyinə görə işin mübahisəsiz halları ondan ibarətdir ki, “Muğanbank" Açıq Səhmdar Cəmiyyəti (Gəncə filialı) ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə 7 ədəd Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə bağlanmışdır. Hər iki tərəf müqavilələr üzrə öz üzərilərinə öhdəliklər götürmüşdür. Hər bir müqaviləyə əsasən İddiaçı Bank kitabçası təqdim edilmişdir (“Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələrin 4.1.2-ci bəndi). İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələr iş mat eriallarına əlavə edilsə də, iddiaçının da iradə ifadəsi olmaqla imzaladığı həmin müqavilə şərti olmaqla, verilmiş bank kitabçası təqdim edilməmişdir.
19. Məhkəmə hesab etmişdir ki, həmin müqavilələr üzrə qoyulan vəsait iddiaçının atası Əsgərov Razim İsmayıl oğluna Gəncə şəhəri 1-ci DNK-da verdiyi və 3 il müddətində qüvvədə olan ƏN-1 №111054, 02 iyun 2008-ci il tarixli ümumi etibarnaməyə əsasən çıxarıla bilərdi. Qeyd edilən məbləğlər Əsgərov Razim İsmayıl oğlu tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılmış və müqavilələrə xitam verilmişdir.
20. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının bank tərəfindən ona əmanət kitabçalarının təqdim olunmaması barədə dəlilini əsassızdır. çünki tərəflərin bağladığı əmanət müqavilələrin hər birinin 4.1.2-ci bəndində bankın əmanətç iyə pul vəsaitinin onun depozit hesabına yerləşdirilməsi barədə adlı bank kitabçası verməsi şərtləndirilib. Həmçinin Mülki Məcəllənin 946.1 və 953-cü maddələrinə əsasən fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunması, Bankın əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirməsi müəyyənləşdirilib.
21. Digər tərəfdən cavabdeh tərəfindən təqdim olunmuş Cavabdeh ASC-nin İdarə Heyətinin sədri tərəfindən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktdan görünür ki, “Gəncə” filial ına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) 2007-2010-cu illər üzrə 5 il saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.
22. İddiaçı atası Əsgərov Razim İsmayıl oğluna verilmiş etibarnamənin “Kəpəz" Müstəqil Teleradio Şirkəti fərdi müəssisəsinin satılması ilə bağlı alğı-satqı müqaviləsində istifadə olunduğunu, diblikatının olmamasına istinad etsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, sözügedən müqavilə 04 may 2008-ci il tarixdə bağlansa da, etibarnamə 28 gün sonra yəni 02 iyun 2008-ci il tarixdə verilmişdir. Digər tərəfdən, həmin etibarnamənin dublikatının deyil, həm də surətinin notariat qaydada təsdiq edilmiş olması halı da istisna deyil.
23. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 944, 946, 953, MPM-in 14, 77 və 78-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 953.1-ci maddəsinin birinci cümləsindən də göründüyü kimi bank kitabçasının olması fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulmasını təsdiq edir, əmanətin çıxarılmasını təsdiq etmir. Hazırkı mübahisə üzrə də bank tərəfindən əmanətlərin qəbulu bank əmanət müqaviləsi və kassa mədaxil sənədi ilə həyata keçir ilib. Hər iki sənədin (bank əmanət müqavilələrinin və kassa mədaxil sənədlərinin) əsilləri məhkəməyə təqdim edilib. Cavabdeh pul vəsaitinin bank tərəfindən qəbulunu mübahisələndirmir, əksinə həmin vəsaitin iddiaçı tərəfindən onun bankında depozitə qoyulmasını etiraf edir. Məhkəmə araşdırılması zamanı da pul vəsaitinin banka mədaxili təkzibolunmaz hesab edilib. Belə olan təqdirdə məhkəmə nəyə əsasən Mülki Məcəllənin 953.1.-ci maddəsinə istinad edərək cavabdehin mübahisləndirmədiyi pul vəsaitinin qaytarılmasına dair yeganə sənədin adlı bank kitabçasının olması qənaətinə gəlmişdir. Həmçinin Mülki Məcəlləyə əsasən bank kitabçasının olması imperativ norma deyildir. Maddədən də görünür ki, tərəflər özləri əmanətin hərəkəti barədə razılığa gələ bilərlər. Tərəflər arasında bağlanılan Xüsusi Əmanət (depozit) hesabı haqqında xx.xx.2008-ci il tarixli 96, 97, 98, 99, 100 və 101 saylı müqavilələrin 3.3.-cü bəndinə əsasən, vəsaitlərin qaytarılması Bankın Nizamnamə fondu, digər fondlarla və qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla təmin edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə pul vəsaitinin qaytarılmasını əmanət kitabçasından əlavə digər üsullarla da müəyyən edir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 953.1-ci maddəsi düzgün tətbiq edilməmişdir.
26. Mülki Məcəllənin 946.1-ci maddəsindən də göründüyü kimi bank əmanət müqaviləsinin imzalanması bank kitabçası, bank və ya depozit sertifikatı və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlərlə təsdiqlənir. Yəni ki, əmanət müqaviləsinin bağlanması təkcə əmanət kitabı ilə təsdiq edilmir qanun özü alternativ varia ntlar sayır. Hazırkı mübahisədə də bank əmanət müqaviləsi mədaxil sənədləri ilə təsdiqlənib. Bundan başqa Mülki Məcəllənin 950.2-ci maddəsinə əsasən Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.” Məhkəmənin olmayan və qanunla olması belə tələb edilməyən bank əmanət kitabçasına istinad etməsi tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 950.2.-ci maddəsinin tələblərinə əməl edilmədiyindən maddi hüquq normaları pozulmuşdur.
27. Məhkəmə araşdırılmasında sübutların qiymətləndirlməsi zamanı təqdim etdikləri Gəncə şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 71 saylı və xx.xx.2021-ci il tarixli, 544 saylı, Gəncə şəhər 2 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 153 saylı vəkil sorğusuna verilmiş cavab məktublarına hüquqi qiymət verilməmişdir və Gəncə şəhər 2 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 153 saylı məktubuna isə ümumiyyətlə qətnamədə toxunulmamışdır. Həmin sorğulara cavablarda etibarnamənin əslinin alqı-satqı işində olduğu, onun dublikatının verilmədiyi göstərilib. Birinci instansiya məhkəməsində cavabdehin arxiv sənədlərinin məhv edilməsinə dair heç bir sübut təqdim edilməmiş, apelyasiya məhkəməsinə təqdim edilmiş akt isə arxiv sənədlərinin fiziki məhv edilməsi barədə deyil, sənədlərin ləğvi üçün ayrılması barədə akt olmuşdur. Məhkəmə cavabdehdən bankın arxiv sənədlərinin ləğv edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədlər toplusunu, əsas da sənədlərin fiziki ləğvinə dair aktı tələb etməmiş, məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2496/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva (məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
30. Cavabdehin əmanət müqaviləsi üzrə pulun iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsinin səbəbi kimi istinad etdiyi X8 sədri tərəfindən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” akt həmin sənədlərin məhv edilməsi barədə deyil, sənədlərin məhv edilməsi üçün ayrılması barədə aktdır.
31. Bank tərəfindən məhkəməyə “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın tələblərinə cavab verən təqdim edilməmişdir.
32. Həmçinin təqdim edilən 04 may 2016-cı il tarixdə təs diq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktda iddiaçının əmanəti ilə bağlı sənədlərin aktın 67-ci bəndi üzrə “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədlər (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) kimi məhv edildiyi göstərilmişdir. Halbuki aktın digər filiallar aid hissələrində ayrıca “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” adı altında sənədlərin məhv edilmə üçün ayrılması barədə qeydlər vardır.
33. Belə olan halda, əmanət hesabı üzrə əmanətin məxaric edilməsi barədə məxaric orderi, bankın istinad etdiyi kimi pulun verildiyi şəxsi səlahiyyətini təsdiq edən etibarnamə, qaytarıldığı iddia edilən bank əmanət kitabçası və əmanət hesabına aid digər sənədlərin istinad olunan 67-ci bənd üzrə sənədlərə aid olub-olmadığı, həmin sənədlərin hansı bölmədə qeyd edilməli olduğu ilə bağlı məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, lazım gələrsə bu məsələ ilə əlaqədar mütəxəssis köməyindən istifadə edilməmişdir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməl i, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
35. Məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5644/202 2 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov ( sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin e-2(005)-183/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın qismən təmin olunması, Bankdan xx.xx.2008-ci il tarixli 95 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 ABŞ dolları faiz; xx.xx.2008-ci il tarixli 96 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 ABŞ dolları əmanət və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 ABŞ dolları məbləğində fai z; xx.xx.2008-ci il tarixli 97 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 98 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 99 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 100 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 20 000 ABŞ dolları əmanət məbləği və həmin əmanətə xx.xx.2021-ci il tarixinə hesablanmış 15 799,84 ABŞ dolları faiz; xx.xx.2008-ci il tarixli 101 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 30 000 ABŞ dolları əmanət məbləği və həmin əmanətə xx.xx.2021-ci il tarixinə hesablanmış 23 700,00 ABŞ dolları məbləğində faiz, yəni ümumilikdə 300 000 ABŞ dolları bank əmanət məbləği və 236 999,04 ABŞ dolları əmanət faizi (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), həmçinin dövlət rüsumlarının əvəzi qismində 681 manatın alınaraq (tutularaq) iddiaçıya ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
37. Məhkəmə qeyd etmişdir ki, Bank mübahisəli hala dair birinci instansiya məhkəməsinə heç bir sübut verməmiş, yalnız əvvəlki apellyasiya baxışı zamanı X8 sədri tərəfindən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” akt təqdim edərək həmin akta istinadla “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədlərinin (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) 2007-2010-cu illər üzrə 5 il saxlama müddəti bitdiyi üçün məhv edildiyini irəli sürmüşdür.
38. Həmin akt sənədlərin məhv olunması barədə deyil, sənədlərin məhv edilməsi üçün ayrılması barədə aktdır və bank tərəfindən “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatda nəzərdə tutulmuş qaydada tərtib olunan başqa sənəd iddiaçının nümayəndəsinin dəfələrlə vəsatət vermiş olmasına baxmayaraq, nə birinci instansiya məhkəməsinə, nə də əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.
39. Sözügedən aktda, iddiaçının əmanəti ilə bağlı sənədlərin aktın 67-ci bəndi üzrə “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) kimi məhv edildiyi göstərilmişdir. Hansı ki, aktın digər filiallara aid hissələrində ayrıca “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” adı altında sənədlərin məhv edilmə üçün ayrılması barədə qeydlər vardır. Azərba ycan Respublikası Mərkəzi Bankının xx.xx.2013cü il tarixli 16/3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 1 saylı Əlavəsinin “Mühasibat uçotu və hesabatı” adlandırılan 6-cı bölümünün 114-cü bəndinə əsasən, “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” ayrı bölmədə göstərilməlidir. Lakin bankın təqdim etdiyi xx.xx.2016-cı il tarixli aktın “Gəncə” filialına aid hissəsindəki “Mühasibat uçotu və hesabatı” bölümündə əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri ümumiyyətlə ləğv etmək üçün ayrılmamış və akta salınmamışdır. Halbuki həmin aktın 2-ci səhifəsində bankın baş ofisinə aid “Mühasibat uçotu və hesabatı” bölümündə (23-ci bənd) 2006-2008ci illərə aid “Əmanət hesabları üzrə əməliyyat və mühasib at sənədləri”, 4-cü səhifəsində bankın “Bakı” filialina aid “Mühasibat uçotu və hesabatı” bölümündə (35-ci bənd) filial üzrə “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 10-cu səhifəsində bankın “Mərkəz” filialına aid “Mühasibat uçotu və hesabatı” bölümünün (100-cü bənd) filial üzrə 2010-cu ilə aid “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 11-ci səhifəsində bankın “Mingəçevir” filialına aid “Mühasibat uçotu və hesabatı” bölümündə (111-ci bənd) filial üzrə 2010-cu ilə aid “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 12-ci səhifəsində “Nərimanov” filialına aid olan hissədə (125-ci bənd) filial üzrə “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 14-cü səhifədə bankın “Nəsimi” filialına aid “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənəd ləri”, 15-ci səhifədə “Paytaxt" filialına aid hissədə (151-ci bənd) “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 16-cı səhifədə bankın “Səbail" filialına adi hissədə (163-cü bənd) “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, eləcə də 18-ci, 19-cu, 20-ci səhifələrində digər filiallara aid hissələrdə “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” ayrıca göstərilmişdir.
40. Təkrar apellyasiya baxışı zamanı təqdim olunmuş, iddiaçının nümayəndəsinin (vəkilinin) Milli Arxiv İdarəsinə ünvanladığı sorğuya həmin qurumun verdiyi cavab məktubunda, “...Cavabdeh ASC-də yaradılmış ekspert komissiyasının üzvlərinin və Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəzin əməkdaşlarının iştirakı ilə adıçəkilən bankın saxlanma müddətləri başa çatmış və əməli əhəmiyyətini itirmiş sənədlərin məhv edilmək üçün ayrılması barədə 21 fevral 2014-cü il tarixdə akt tərtib edilmiş, akta həmin dövrdə müvafiq normativ sənədə əsasən bankın saxlanma müddətləri başa çatmış 2008-ci ilə aid sənədləri (o cümlədən kassa sənədləri, balans və balansdankənar mədaxil və məxaric orderləri və s.) daxil edilmişdir. Lakin bankın Gəncə filialının məktubunuzda sözügedən 2008-ci ilə aid əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri saxlanma müddətləri başa çatmadığı üçün həmin akta daxil edilməmişdir” qeyd olunmuşdur.
41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən məktubda göstərilənlər, bankın istinad etdiyi 04 may 2016-cı il tarixli “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktın iddiaçının əmanəti ilə bağlı sənədlərin məhv edilməsinə aid olmadığı nəticəsinə gəlməyə imkan verir. Çünki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimata əsasən, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir.
42. Başqa sözlə, əgər Dövlət arxiv xidmətində Bankın saxlanma müddətləri başa çatmış sənədlərini n məhv edilməsi ilə bağlı yalnız 21 fevral 2014-cü il tarixli akt mövcuddursa və bankın Gəncə filialının 2008-ci ilə aid əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri saxlanma müddətləri başa çatmadığı üçün həmin akta daxil edilməmişdirsə, bu o deməkdir ki, bankın istinad etdiyi 04 may 2016-cı il tarixli akt iddiaçının əmanətinə aid sənədlərin məhv edilməsinə dair mötəbər sübut kimi qəbul edilə bilməz.
43. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin hazırkı apellyasiya baxışı zamanı təqdim etdiyi sənədləri (sənəd surətlərini) isə məhkəmə, müvafiq mübahisəli halın sübuta yetirilməsi üçün mötəbər və zəruri sübutlar hesab etməmişdir.
44. Belə ki, birincisi, cavabdehin nümayəndəsi həmin sənədləri (sənəd surətlərini) 2 ildən artıqdır davam edən məhkəmə prosesləri zamanı nə birinc i instansiya məhkəməsinə, nə də ən azından əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyasına onlardan (bankdan) asılı olmayan səbəblərə görə təqdim etmələrinin mümkün olmadığına dair heç bir əsaslandırma verməmişdir – baxmayaraq ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili məhz müvafiq sübutların bank tərəfindən təqdim edilməməsi olmuşdur. Bu hal isə o deməkdir ki, əslində müvafiq sənədlər hazırda sübut kimi qəbul edilməməlidir.
45. Digər tərəfdən, hətta həmin sənədlər (sənəd surətləri) sübut kimi qəbul edilsə belə, onların əsasında mübahisəli halın sübuta yetirildiyi nəticəsinə gəlmək də mümkün deyildir.
46. Belə ki, təqdim olunmuş xx.xx.2016-cı il tarixli 40 saylı podrat müqaviləsində onun, Cavabdeh ASC və Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəz arasında bankın 2005- 2012-ci illərə aid arxiv sənədlərinin elmi-texniki cəhətdən qaydaya salınmasına dair bağlandığı göstərilmiş, Cavabdeh ASC-nin xx.xx.2016-cı il tarixli 221-1/HR tarixli “Bankın sənədlərinin arxivləşdırilməsi barədə” əmrində 2005-2010-cu illərə aid sənədlərin arxivləşdirilməsi, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənov tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş “Saxlanma müddəti başa çatmış arxiv sənədlərinin məhv edilməsi barədə” aktda isə 2010-cu təqvim ilini əhatə edən sənədlərin yandırılaraq məhv edildiyi qeyd olunmuşdur. Həmçinin, təqdim edilən 2016-cı il tarixli hesabatda görülmüş işlərin növlərində sənədlərin fiziki məhv edilməsinə dair Milli Arxiv idarəsinin hər hansı bir xidmət göstərdiyi qeyd olunmamış və ümumiyyətlə sifarişçi Cavabdeh ASC tərəfindən hesabat qəbul edilib imzalanmamışdır.
47. Digər tərəfdən, xx.xx.2016-cı il tarixli aktda Cavabdeh ASC-də tabeliyində olan filiallarda saxlanma müddəti keçmiş, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2010-cu təqvim ilini əhatə edən sənədlərin yandırılaraq, məhv edildiyi göstərilmişdir. Halbuki, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 1 saylı Əlavəsinin Vİ hissəsinin 124-cu bəndində “Pul məbləğlərinin və qiymətli əmtəə-materialların alınmasına dair etibarnamələrə (o cümlədən ləğv edilmiş etibarnamələr) aid qrafa var və məhz pul məbləğinin alınmasına dair etibarnamələr ayrı başlıqla aktda qeyd edilməlidir. “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktda isə, bankın “Gəncə” filialına aid pul məbləğlərinin və qiymətl i əmtəə-materialların alınmasına dair etibarnamələrə (o cümlədən ləğv edilmiş etibarnamələr) aid qrafa yoxdur.
48. Həmçinin qeyd olunmalıdır ki, “Saxlanma müddəti başa çatmış arxiv sənədlərinin məhv edilməsi barədə" xx.xx.2016-cı il tarixli aktda göstərilən sənədlərin “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 7.1-ci bəndində nəzərdə tutulduğu qaydada məhv olunduğuna dair sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin aktda göstərilən sənədlərin dövlət arxiv xidmətinin icazəsi alınaraq ləğv edildiyi müəyyən olunmur – bu xüsusat isə əslində həmin sənədin özünün mötəbərliyinə şübhə doğurur.
49. Apellyasiya instansiyasi məhkəməsi hesab etmişdir ki, bankın nümayəndəsinin təkrar apellyasiya baxışı zamanı təqdim etdiyi xx.xx.2016-cı il tarixli akt “A zərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 7.2-ci və 7.3cü bəndlərinin tələbinə uyğun deyil.
50. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin aktda Cavabdeh ASC-nin tabeliyində olan filiallarda saxlanma müddəti keçmiş, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2010-cu təqvim ilini əhatə edən sənədlərin yandırılaraq, məhv edildiyi yazılıb, iddiaçıya məxsus əmanətlə bağlı sənədlər isə 2008-ci ilə aiddir.
51. İddiaçının nümayəndəsinin (vəkilinin) təkrar apelyasiya baxışı zamanı təqdim etdiyi, onun sorğusuna Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda da göstərilmişdir ki, “Bankın əmanət hesabı üzrə müqavilələri, bu müqavilələrin icrası ilə əlaqədar tərtib edilmiş kassa mədaxil, kassa məxaric orderi, kassa sənədləri, ödəniş tapşırıqları, bank əmanət kitabçası, əmanətini bankdan götürən şəxsin sənədləri (etibarnamə, şəxsiyyət vəsiqəsi və s.) Azərbaycan Respublikası Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 1 nömrəli Əlavəsinin “Mühasibat uçotu və hesabatı” bölməsinin 114, 121, 122, 123 və 124-cü maddələrinə əsasən məhv etmək üçün ayrıla bilər. Cavabdeh ASC-nin və tabeliyində olan filiallarının saxlama vaxtı keçmiş, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlərinin məhv edilmək üçün ayrılması haqqında tərtib edilmiş 04 may 2016-cı il tarixli “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında akt”da Gəncə filialına dair sən ədlər yuxarıda qeyd edilən maddələr üzrə məhv edilmək üçün ayrılmamışdır. Cavabdeh ASC-nin 16 may 2016-cı il tarixli “Saxlanma müddəti başa çatmış arxiv sənədlərinin məhv edilməsi barədə akt”ında həmin bankın 04 may 2016-cı il tarixində təsdiq edilmiş “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında akt”ına istinad edilməmişdir”.
52. Milli Arxiv İdarəsinin qeyd olunan iki məktubunda göstərilənləri nəzərə almaqla, apellyasiya instansiyasi məhkəməsi, kassasiya instansiyası məhkəməsinin “əmanət hesabı üzrə əmanətin məxaric edilməsi barədə məxaric orderi, bankın istinad etdiyi kimi pulun verildiyi şəxsin səlahiyyətini təsdiq edən etibarnamə, qaytarıldığı iddia edilən bank əmanət kitabçası və əmanət hesabına aid digər sənədlərin istinad olunan 67-ci bənd üzrə sənədlərə aid olub-olmadığı, həmin sənədlərin hansı bölmədə qeyd edilməli olduğu ilə bağlı mütəxəssis köməyindən istifadə edilməsi məsələsi müzakirə olunmalıdır” göstərişi əsasında araşdırma aparılmasını zəruri hesab etməmiş və bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
53. Təkrar apellyasiya baxışı təqdim olunmuş xx.xx.2016-cı il tarixli 221-1/HR saylı “Bankın sənədlərinin arxivləşdirilməsi barədə” əmrə görə, komissiya üzvlərinə bankın arxivindəki 2005-2010-cu ilə aid sənədlərinin arxivləşdirilməsi tapşırılmış, komissiya üzvləri nə sənədləri məhv etmək üçün ayırmaq, nə də məhv etmək üçün səlahiyyətləndirilməmişlər.
54. İddiaçının nümayəndəsi (vəkili) həmin əmrlə bağlı bildirmişdir ki, onun nömrəsi şübhə doğurur, çünki əmrin nömrəsindən sonra “tire” işarəsi və hər hansı bir rəqəm yazı lması, adətən həmin nömrə ilə artıq başqa bir əmr verildiyini və əmr kitabına qeyd edildiyi zaman artıq işlədilmiş nömrəyə “tire” işarəsi qoyularaq sənədləşdirildiyini göstərir.
55. Bankın xx.xx.2016-cı il tarixli 221-1/HR saylı “Bankın sənədlərinin arxivləşdirilməsi barədə” əmrində Təlimatın 5.8.1-5.8.5-ci bəndlərində qeyd edilənlərin heç biri komissiya üzvlərinə tapşırılmamışdır. Səlahiyyətsiz komissiyanın isə nə sənədləri məhv üçün ayırmağa, nə də onu məhv etməyə hüququ yoxdur.
56. Cavabdeh bank iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda elektron arxiv materiallarına əsaslanmışdır və bu o deməkdir ki, elektron arxiv materialları bankda mövcud olmaqla məhz həmin elektron daşıyıcıda əmanət məbləğinin məxaric orderi və iş üçün əhəmiyyət daşıyan digər sübutlar saxlanılır – laki n cavabdeh bank onları məhkəməyə təqdim etməmişdir.
57. Mülki Məcəllənin 946.1-ci maddəsinin məzmunundan görünür ki, bank əmanət müqaviləsinin imzalanması bank kitabçası, bank və ya depozit sertifikatı və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə təsdiqlənir. Başqa sözlə, əmanət müqaviləsinin bağlanması yalnız əmanət kitabı ilə təsdiq edilmir və qanun alternativ variantlar da müəyyənləşdirmişdir. Hazırki mübahisədə də bank əmanət müqavilələri həmçinin mədaxil sənədləri ilə təsdiqlənmişdir. Tərəflər arasında bağlanmış əmanət müqavilələrinin 3.3-cü bəndlərinə əsasən, vəsaitlərin qaytarılması bankın Nizamnamə fondu, digər fondlarla və qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla təmin edilir. Başqa sözlə, müqavilələrdə pul vəsaitinin qaytarılmasının əmanət kitabçasından əlavə digər üsulları da müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 953.1-ci maddəsinin (§ 26) birinci cümləsinin mənasına görə, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanmasının və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulmasının bank kitabçası ilə təsdiq olunduğu imperativ xarakterli deyildir və tərəflər bununla bağlı ayrı qayda nəzərdə tuta bilərlər. Hazırki mübahisə üzrə də tərəflər bank tərəfindən əmanətlərin qəbulu, onların hərəkəti ilə bağlı əməliyyatların aparılmasında razılaşdıqlarını, yəni pul vəsaitinin qəbulunun müqavilə və kassa mədaxil sənədi ilə həyata keçirildiyini müvafiq davranışları ilə bəyan etmişlər. Nəzərə alınmalıdır ki, bank pul vəsaitinin depozitə qəbul edildiyini mübahisələndirmir, əksinə həmin vəsaitin iddiaçı tərəfindən onun bankında depozitə qoyulmasını etiraf edir. Belə olan təqdirdə məhkəmənin, Mülki Məcəllənin 953.1-ci maddəsinə istinadla cavabdeh bankın mübahisələndirmədiyi əmanət müqavilələri üzrə pul vəsaitinin hərəkəti barədə yeganə sənədin adlı bank kitabçası olduğu qənaətinə gəlməsinin hüquqi əsası olmamışdır.
58. Qeyd olunanlarla yanaşı, məhkəmə iddiaçının mənəvi ziyan tələbini əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə konkret faktlarla sübuta yetirilməmiş, onun konkret hansı mənəvi iztirablara məruz qaldığı müəyyən edilməmişdir.
59. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 944, 946 və 953-cü maddələrinə, “Banklar haqqında” Qanunun 39-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
60. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
61. Şikayətdə qeyd olunmuşdur ki, iş materiallarından və məhkəmə protokollarından görünür ki, iddiaçı iddia ərizəsində göstərdiyi 7 ədəd "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələri 13 il bundan əvvəl xx.xx.2008-ci il tarixdə bağlamış və həmin gün, həmin müqavilələrin hər birinin əslinin 1 nüsxəsi iddiaçıya təqdim edilmişdir. Bundan əlavə iddiaçıya "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələrdə nəzərdə tutulmuş qaydada 7 (yeddi) ədəd Bank kitabçası verilmişdir. İddiaçı iddia ərizəsi verərkən "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələri təqdim etsə də, Bank kitabçasını təqdim etməmişdir. Həmin sənədləri iddiaçı ona görə təqdim etməmişdir ki, həmin müqavilələr üzrə qoyulan vəsaiti iddiaçı atası Əsgərov Razim İsmayıl oğluna Gəncə şəhəri 1-ci DNK-da verdiyi və 3 il müddətində qüvvədə olan ƏN-1 №111054, 02 iyun 2008-ci il tarixli Ümumi etibarnaməyə əsasən sonuncu tərəfindən çıxarılmışdır. Etibarnamədə iddiaçı atası Əsgərov Razim İsmayıl oğlunun bank orqanlarından ona çatası pulu, əmanəti eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi etibar etmişdir. Göstərilən etibarnaməyə əsasən Əsgərov Razim İsmayıl oğlu tərəfindən Cavabdeh ASC-nin Gəncə filialı ilə iddiaçı arasında bağlanmış "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələr üzrə 7 ədəd Bank kitabçası təqdim edilərək əmanətlər və həmin aylar üzrə faizlər çıxarılaraq həmin müqavilələrə xitam verilmişdir. İş materiallarında olan sənədlər dən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixindən bu günə kimi Azərbaycan Respublikasında olmuşdur və Bankların bağlanması ehtimalı olduğu halda qoyduğu külli miqdarda vəsaitlə maraqlanmaması, eyni zamanda həmin vəsait ilə əlaqədar faizləri almaması bir daha təsdiq edir ki, iddiaçı əsassız olaraq varlanmaq niyyətinə düşmüşdür. Qeyd edilən məbləğlər Əsgərov Razim İsmayıl oğlu tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılmış və müqavilələrə xitam verilmişdir. İddiaçı bank tərəfindən ona əmanət kitabçalarının təqdim olunmaması səbəbindən həmin sənədin məhkəməyə təqdim etmədiyini bildirməsi inandırıcı sayılmamalıdır. Belə ki, Əmanət müqavilələrinin hər birində göstərilmişdir ki, Bank Əmanətçiyə pul vəsaitinin onun depozit hesabına yerləşdirilməsi barədə adlı Bank kitabças ı verir. İddiaçı tərəf sübutetmə vəzifəsini həyata keçirərək Bank kitabçasını mötəbər sübut kimi məhkəməyə təqdim etməli olduğu halda təqdim etməmişdir. İşin faktiki hallarının obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə bir birini təkzib edən ifadələr işlətməklə qanunsuz və əsassız olaraq mütəxəssis köməyindən istifadə etməkdən çəkinmiş, iddiaçının etibarnamə barədə və həmin ərəfədə Azərbaycan Respublikasından kənarda olmasına dair yanlış məlumatları, eyni zamanda guya 13 il ərzində depozitə qoyduğu vəsaitlə maraqlanmamasına dair qeyd etdiklərini ifşa etmək əvəzinə iddiaçıya dəstək nümayiş etmişdir. Qeyd olunan halları məhkəmə nəzərə almamış və iş materiallarını tam, obyektiv və hərtərə fli araşdırmamışdır.
62. İddiaçı (vəkil Nümayəndə1) da kassasiya şikayəti verərək, qətnamənin qisməniddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsinə, iddia tələbinin tam şəkildə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
63. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının öz pul vəsaitindən qeyri qanuni yolla cavabdehin təqsirindən məhrum olmağı, hələ üstəlik cavabdehin bu vaxtadək pul vəsaitini geri qaytarmaması, bundan yayınması nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmışdır.
64. Şikayət “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
65. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, həmin şikayətin təmin olunmamasını xahiş etmişdir.
66. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, həmin şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
67. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
68. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
69. Maddə 946.1 Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.
70. Maddə 953.1. Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə ban k əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.
71. Maddə 953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının16/3 aylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimat
72. Bənd 7.1. Saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərti b olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz.
73. Bənd 7.2. Sənədlərin məhv etmək üçün seçilməsi işə vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlövhəsi üzrə seçilməsinə yol verilmir.
74. Bənd 7.3. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Mülki Prosessual Məcəllə
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
77. Maddə
60. Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
78. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
81. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
85. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
86. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki tərəfin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
87. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2008ci il tarixdə bağlanmış 7 müqavilə üzrə iddiaçı Banka illik 6 faiz hesablanmaqla cəmi 300 000 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. 2020-ci ilədək iddiaçı Banka qarşı həmin müqavilələr üzrə öhdəliyin icrası barədə heç bir tələb irəli sürməmişdir.
88. Hazırkı iddia üzrə iddiaçı Bankdan həmin müqavilələr üzrə əmanət məbləğlərinin və bütün ötən dövr üçün he sablanmış faizlərin ödənilməsini, habelə mənəvi zərər tələb edir.
89. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, əmanət müqavilələri bir il müddətinə bağlanmış, müddətin sonunda (2009-cu ildə) əmanət məbləğləri və hesablanmış faizləri etibarnamə əsasında iddiaçının atası Əsgərov Razim İsmayıl oğluna ödənilmiş, sənədlərin saxlanma müddəti bitdiyi üçün bununla bağlı bütün sənədlər məhv edilmişdir.
90. MPM-in 77.1-ci maddəsinə əsasən cavabdeh iddiaçıdan istinad olunan əmanət məbləğlərinin qəbul olunduğunu etiraf etdiyi üçün səlahiyyətli nümayəndə vasitəsilə əmanəti və hesablanmış faizləri qaytardığı barədə etirazları sübut etmək yükü cavabdehin üzərində olmuşdur.
91. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid o lmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir.
92. Baxılan iş üzrə iddianın əsasını təşkil edən əmanət müqavilələrinin bağlanmasından hazırkı iddia ərizəsinin məhkəməyə daxil olmasınadək 12 ilə yaxın müddət keçmişdir. Yuxarıda da qeyd olunduğu kimi ötən dövr ərzində iddiaçı Banka qarşı həmin müqavilələr üzrə öhdəliyin icrası barədə heç bir tələb irəli sürməmiş, habelə məhkəmə müdafiəsi hüququndan istifadə etməmişdir. Bu da öz növbəsində mübahisənin həlli üçün tərəflərin tə qdim etdikləri sübutların yetərliliyi və mötəbərliliyi baxımından qiymətləndirilməsində çətinlik yaratmışdır.
93. Halbuki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər (§ 67). Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (§ 76).
94. Mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalar digər məsələlərlə yanaşı, həm də məhkəmədə işlərə baxılması zamanı qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan mülki və mülki prosessual hüquqlarından ağlabatan müddətlər ərzində istifadə etməyən subyektlər öz tələblərinin və ya qarşı tərəfin etir azlarının təsdiq olunması üçün təqdim edilən sübutların mötəbərliyi və yetərliliyi ilə bağlı yaranmış qeyri-müəyyənliklərdən irəli gələn riskləri daşıyırlar.
95. Hazırkı işin sadalanan halları baxımından cavabdehin etirazlarını təsdiq edən sübutlar kimi əmanətlərin və onlara dair faizlərin iddiaçının səlahiyyətli nümayəndəsinə təqdim edildiyi barədə sənədləri məhkəməyə təqdim edə bilməsə də, onların məhv edilməsi barədə sübutlar işin mahiyyəti üzrə həlli baxımından həlledici ola bilər.
96. Bankın təqdim etdiyi sübutlar (aktlar) spesifik sahəyə aid olmaqla, onların qiymətləndirilməsi zəruri texniki və digər biliklər, o cümlədən, rəsmi sənədlərlə arxiv işinin aparılması, bank sənədlərinin dövriyyəsi ilə bağlı zəruri biliklər tələb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi mütəxə ssis dəvət etmədən və ya zərurət olduğu halda müvafiq dövlət orqanlarının rəyini almadan həmin sübutları qeyri-mötəbər hesab etmişdir.
97. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).
98. Bununla yanaşı, MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
99. Qeyd olunmalıdır ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsində birinci icraat üzrə qəbul edilmiş qətnaməni ləğv edərək işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin göstərişlərindən biri də istinad olunan sənədlərin araşdırılması və lazım gələrsə bu məsələ ilə əlaqədar mütəxəssis köməyindən istifadə edilməsi ilə bağlı olmuş, MPM-in 420-ci maddəsinə əsasən həmin göstəriş işə yenidən baxan məhkəmə üçün məcburi olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin göstəriş əsasında araşdırma aparılmasını zəruri hesab etməmiş və bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
100. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv olunmalı, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
101. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olu nan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Belə ki, iddiaçı müqavilələrin bağlandığı 2008-ci il tarixindən hazırkı mübahisənin başlandığı, o cümlədən, məhkəməyə müraciət edildiyi 2020-ci il tarixədək müqavilə öhdəliklərinin icrası ilə bağlı Banka qarşı heç bir tələb irəli sürmədiyi üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının bu müddət ərzində hər hansı mənəvi iztirablara məruz qaldığının müəyyən olunmadığı barədə qənaətə gəlmişdir. Ona görə də iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
102. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5644/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti təmin olunmasın, qətnamə qalan hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.