Məhkəmə qərarları › İş №2(102)-3044/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3044/2023

06.11.2023 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3044/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: qorunan əmanətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı qorunan əmanətin və ona hesablanmış faizə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11043/2021 nömrəli iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şika yətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1 ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış 11 oktyabr 2018-ci il tarixli 8-50312-41 nömrəli Bank əmanəti müqaviləsinin 3.1- ci bəndinə əsasən, Bank qəbul etdiyi 1.000 manat əmanət üçün əmanətçiyə illik 10% ödəyir.

2. Cavabdeh1 ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış 06 iyul 2018ci il tarixli 50312-35 nömrəli Bank əmanəti müqaviləsinin 3.1-ci bəndinə görə, Bank qəbul etdiyi 2.000 manat əmanət üçün əmanətçiyə illik 10,5% ödəyir.

3. Cavabdeh1 ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış 06 iyul 2018ci il tarixli 50312-33 nömrəli Bank əmanəti müqaviləsinin 3.1-ci bəndinə əsasən, Bank qəbul etdiyi 3.000 manat əmanət üçün əmanətçiy ə illik 10,5% ödəyir.

4. Əmanət kitabçasına görə, iddiaçı tərəfindən əmanət qoyulmuş 6.000 manat Bank tərəfindən iddiaçıya qaytarılmamışdır.

5. Məxaric qəbzlərinə əsasən, xx.xx.2018-ci ildə İddiaçı 150 manat; həmin tarixdə 131,80 manat; xx.xx.2019-cu il tarixdə 131,20; xx.xx.2019-cu il tarixdə 25 manat məbləğdə faiz ödənilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 ASC müflis elan edilmişdir.

7. Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı məktuba görə, İddiaçı bankda olan əmanəti bankın müvəqqəti inzibatçısı tərəfindən bankın fiziki şəxslər qarşısında olan öhdəliklərinə dair reyestrdə kompensasiya olunacaq əmanət kimi göstərilməməsi əsası ilə ona kompensasiya ödənilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL E DİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 6.700 manat kompensasiya, hüquqi yardıma görə 550 manat, 30 manat dövlət rüsumu, cəmi 7.280 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3730/2021 nömrəli 28 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilmiş, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçının xeyrinə 6.000 manat əmanət, 700 manat faiz, 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.730 manat məbləğdə vəsaitin tutulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə iclas ı zamanı tədqiq edilmiş sənədlərlə və yuxarıda qeyd olunan hüquq normalarla müəyyən edilir ki, iddiaçı Cavabdeh1 ASC-nin müştərisi olaraq 2010-cu ildən bank əmanəti müqaviləsinə əsasən mütəmadi pul qoymuş və faiz götürməklə faydalanmışdır. Sonuncu dəfə 06 yanvar 2017-ci il tarixli, 8-50312 nömrəli bank əmanəti müqaviləsinə uyğun 15% dərəcəsi ilə 18 ay müddətinə 5000 manat, 20 iyun 2017-ci il tarixdə 15% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat qoymaqla həmin tarixdə 100 manatı geri almış və 11 oktyabr 2018-ci il tarixdə 10% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat cəmi 6000 manat pul qoymuşdur. Müqavilənin icrası dövründə xx.xx.2018-ci il tarixli kassa məxaric orderinə görə 281.8 manat və xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə görə 156.2 manat faiz pulu almışdır. 11 oktyabr 2018-ci il tarixli bank əmanəti müqaviləsi 11 oktyabr 2019-cu il tarixdə prolonqasiya olunmuş, lakin həmin məbləğə hesablanacaq illik 10% pul iddiaçıya verilməmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankın qərarı ilə Cavabdeh1 ASC ləğv edilmişdir. Cavabdeh1 ASC müflis elan edildiyindən iddiaçı bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin bugünədək müraciətinə cavab verilməmişdir. Bu səbəbdən iddiaçıya məxsus 6000 manat məbləğində əmanət cavabdehdən tutulmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11043/2021 nömrəli mülki iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... “Əmanətlərin Sığortalanması haqqında” Qanunun yuxarıda sadalanan normalarının dispozisiya şərtlərinin təhlili bu nəticəyə gəlməyə əsas verir ki, məbləği 30.000 manatdan az olan əmanət əmanətçi tərəfindən Fonda üzv olan bankda yerləşdirilərkən illik faiz dərəcəsi X1 müəyyən etdiyi faiz dərəcəsinin yuxarı həddini aşmırsa və o, qorunan əmanət hesab edilirsə, faiz dərəcəsinin yuxarı həddinin Himayəçilik Şurası tərəfindən sonradan dəyişməsi (azaldılması) həmin əmanətin qorunan əmanət statusunu itirməsinə səbəb olmur. Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində əks olunmuş məlumatlardan görünür ki, X1 müvafiq qərarları ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi: 1 iyul 2019-cu il tarixinədək müddətdə milli valyutada olan qorunan əmanətlər üzrə 15%, xarici valyutada isə 3%; 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə 10%, xarici valyutada isə 2,5%; 01 iyun 2020ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə 12%, xarici valyutada isə 2,5% müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad etməklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərdə Atabank ASC-də qoyulmuş ümumilikdə 6000 manat əmanətin faiz dərəcələri (10 və 10,5%) həmin vaxt Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sığortalanmış əmanatlər üçün müəyyən etdiyi faiz dərəcəsinin yuxarı həddindən (15%) az olmuşdur. Belə olan halda, həmin əmanət (6000 manat yerləşdirilmiş əmanətin məbləği və 700 manat hesablanmış faiz məbləği) qorunan əmanət hesab edilir və sığorta hadisəsi (bankın müflis elan olunması) baş verdiyinə görə həmin əmanət iddiaçıya kompensasiya olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı iddia tələbinin iddiaçının banka qarşı kreditor tələbi olması və bu səbəbdən də həmin mübahisəyə Cava bdeh1 ASC-nin müflis elan edilməsi barədə qərarı qəbul etmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılaraq hüquqi qiymət verilməli olmasına dair dəlillərini əsassız hesab edir və bir daha vurğulayır ki, hazırkı mübahisə iddiaçının əmanətin geri qaytarılmasına dair ləğv proesesində olan banka qarşı deyil, sığortalanmış əmanətə görə kompensasiya ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüş tələbdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmamasına dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən 1.000 manat həcmində olan xx.xx.2018-ci il tarixli əmanət müqaviləsinin də qüvvədə olduğu qeyd edilməklə, yekun əsas borc məbləğinin 6.000 manat təşkil etdiyi təsdiq edilmişdir. Bu nəticə qətnamədə də öz əksini tapmışdır. Halbuki iddiaçı (əmanətçi) qeyd olunan xx.xx.2018-ci il tarixli əmanət müqaviləsi üzrə 1.000 manat əmanət məbləğini 2019-cu il tarixdə bankdan götürdüyü üçün müqavilə münasibətlərinə xitam verilmiş, məhkəmə isə qeyd olunan fakta hüquqi qiymət verməmişdir. İddiaçı ilə bağlanmış əmanət müqavilələri 2020-ci il ilin yanvar ayında müddəti bitdiyi üçün müqavilə şərtlərinə əsasən yenidən eyni şərtlərlə (həmçinin illik 15 faiz şərti daxil olmaqla) uzadılmışdır. xx.xx.2020-ci il tarixdə isə bankda sığorta hadisəsi baş verdikdə əmanətçinin əmanətləri üzrə illik f aiz dərəcəsi 15% olmuş və bu həmin vaxt qorunan əmanətlər üzrə illik faiz dərəcəsindən (10%) çox olduğu üçün əmanət qorunmayan əmanət statusuna keçmişdir. xx.xx.2019-cu il tarixdən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi 10 faiz müəyyən edildiyi tarixdən əmanətçi öz əmanəti üzrə illik 15% təşkil edən faiz nisbətini 10%-ə dəyişdirilməsi ilə bağlı müraciət etmədiyi üçün xx.xx.2019cu il tarixdən bank tərəfindən iddiaçının əmanətləri üzrə Fonda sığorta haqlarının ödənilməsi prosesi dayandırılmışdır. Belə olan halda həmin əmanətlərə görə qorunan əmanətlərdən fərqli olaraq sığorta ehtiyatları formalaşmadığı üçün müvafiq kompensasiya ödənilməsi də həyata keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz tədim olunma mışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırıl ması hüququna malikdir. 19. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir; 2.1.2. qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 2.1.3. Sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hiss əsidir; 2.1.9. Sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir; 2.1.11. Kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 2.1.2. qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; Maddə 8.1. X3: 8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir; 20. “Əmanətlərin tam sığortal anması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanması Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır; Maddə

4. Tam sığorta təminatının əldə edilməsi 4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisen ziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 4.2. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir; Maddə

5. Kompensasiyalar 5.1. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faiz i həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və q ərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.

23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı iddianın qismən təmin olunan hissə ilə razılaşaraq, həmin hissədən apellyasiya şikayəti vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı iddia təmin olunan hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

27. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri apellyasiya şikayətində irəli sürülmədiyi və həmin instansiyada araşdırma predmeti olmadığı üçün, hazırkı icraat çərçivəsində belə dəlil üzrə araşdırma aparıla və ona qiymət verilə bilməz.

28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qe yd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11043/2021 nömrəli iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar