Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-144/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair və birləşmiş mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işlər üzrə QƏTNAMƏ (Açar sözlər: “pul vəsaitinin geri qaytarılması, borcun silinməsi”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və 2(006)-792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Beynəlxalq Bankında ******************** nömrəli hesabı mövcuddur. xx.xx.2021-ci il tarixdə onun həmin hesabına 4.180 manat pul vəsaiti köçürülmüş və elə həmin tarixdə 4.180 manat pul vəsaiti bank tərəfindən hesabından silinmişdir. xx.xx.2021-ci il tarixdə X5 rayon filialından aldığı bank çıxarışında əməliyyat «Kredit Ödənişi RKD Soft» kimi göstərilmişdir. Bununla bağlı olaraq "xxxx" ASC-nin idarə heyətinin sədri Abbas İbrahimova xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlamasına baxmayaraq iddiaçıya heç bir rəsmi cavab verilməmişdir. X8 ASC-yə müraciət ünvanlanmasına baxmayaraq, bank tərəfindən ona heç bir rəsmi geri dönüş olmamış və hesabından pul vəsaitinin silinməsi hüquqi cəhətdən əsaslandırılmamışdır. Yəni cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək əsassız varlanmışdır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus hesabdan silinmiş 4.180 manat pul vəsaitini hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi təmin edilməmişdir.
4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə hazırkı mübahisə üzrə istinad olunan müqavilələrin etibarlılığı məsələsini yoxlamamışdır. Belə ki, qətnamə ilə müəyyən edilmişdir ki, guya onunla bank arasında bağlanmış xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli kredit müqavilələrinin 4.1ci və 11.1-ci bəndlərindən görünür ki, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ABB-nın İddiaçı aid olan səhmlərdən əldə olunan dividendlər çıxış edir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqdirdə borcverən NAQ 276987-AZN-3801-01 saylı cari hesaba daxil olan vəsaiti akseptsiz qaydada silir. Kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan NAQ 276987-AZN-3801-01 ssuda hesabı ilə təmin edilir. Borc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. İddiaçı kredit müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" ASC ilə həmin müqavilələri bağlamışdır. Borclu İddiaçı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqavilələrinin şərtlərini əsas götürərək iddiaçının hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Halbuki, xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli kredit müqavilələri olmamış, o, belə bir müqavilənin varlığından kredit bürosundan çıxarışdan məlumatı olmamışdır, müqavilənin surəti təqdim edilmiş, məhkəmə müqavilənin əslini tələb etməmiş, mötəbər olmayan sübutlar əsasında qətnamə qəbul edilmişdir. Onunla bank arasında belə bir müqavilələr bağlanmamış, belə müqavilələr olsa belə, onlara görə müddət ötdüyü üçün müqavilələrə görə tələblər də öz qüvvəsini itirməli idi. Bankın ondan tutduğu həmin məbləğ qeyd edilən müqavilələr üzrə öhdəliyin icrası üçün tutulmamışdır. Bu səbəbdən hazırkı iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə:
6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Kredit Reyestrində onun adına qeydə alınmış, "xxxx" ASC ilə onun arasında olan xx.xx.2007-ci il tarixli və xx.xx.2006-cı il tarixli kredit müqavilələrindən yaranmış öhdəlik kimi qeydə alınan 55.739,90 manat və 5.079,64 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də ******************** nömrəli hesabı mövcuddur. xx.xx.2021-ci il tarixdə onun hesabına həmin Bankda olan səhmlərinin dividendi kimi 4.180 manat pul vəsaiti köçürlümüş və elə həmin tarixdə də 4.180 manat pul vəsaiti bank tərəfindən silinmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Nərimanov rayon filialından aldığı bank çıxarışında əməliyyat “Kredit ödənişi PKD Soft” kimi göstərilmişdir. Bu halla bağlı cavabdehə qarşı “pul vəsaitinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı qarşı tərəfin nümayəndəsi bildirdi ki, guya onun adına Kredit müqaviləsi var və bu müqavilələr üzrə cavabdehə borcu vardır və bu səbəbdən onun səhmlərinə gələn dividentlər borcun qarşılığı kimi bank tərəfindən silinir. Lakin onun cavabdehə kredit müqaviləsi üzrə borcu yox idi. Bundan sonra o bu hala aydınlıq gəlməsi üçün, Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış əldə etdi və cavabdeh banka müraciət edərək adına olan kredit müqavilələrinin bir nüsxəsini tələb etdi, cavabdeh bankın filialı tərəfindən ona "xxxx" Nəqliyyat Filialı ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əlavənin edilməsi haqqında 23 fevral 2009-cu il tarixli, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010cu il tarixli, 20 avqust 2011-ci il tarixli müqavilələr və "xxxx" Nəqliyyat Filialının müdiri cənab K.Orucova İddiaçı adından, yəni onun adından yazılmış xx.xx.2010-cu il tarixli, xx.xx.2011-cu il tarixli, xx.xx.2013-cu il tarixli ərizələr təqdim edildi. xx.xx.2006-cı il tarixli müqavilənin özü ona təqdim edilmədi. Lakin qeyd edilən bu müqavilələrə əlavələr habelə cənab K.Orucova ünvanlanmış ərizələr onun tərəfindən yazılmamış və o sənədlərdəki imzaların heç biri ona məxsus olmamışdır. Bu hal Azərbaycan Respublikası “X3” tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının 530 nömrəli rəyi ildə öz təsdiqini tapır. Həmin rəylə müəyyən olunur ki, "xxxx" Nəqliyyat Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əlavənin edilməsi haqqında a) 23 fevral 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, b)05 avqust 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş edilmiş mübahisəli imza, ç) 20 avqust 2011-ci il tarixli müaqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, "xxxx" Nəqliyyat Filialının müdiri cənab K.Orucova İddiaçı adından yazılmış, a) xx.xx.2010-cu il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, b) xx.xx.2011- ci il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, c) xx.xx.2013-cü il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasmda icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilmişdir. Rəydən də göründüyü kimi, qeyd edilən sənədlər onun tərəfindən deyil onun adından saxtalaşdırılaraq imzalanmışdır. Bu səbəbdən də həmin müqavilələrə əlavələr habelə K.Orucova ünvanlanmış ərizələr öz-özlüyündə etibarsızdır və mənim üçün heç bir öhdəlik yaratmır. Bundan əlavə "xxxx"ndan ona verimiş çıxarışdan görünür ki, onun Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55739 manat 90 qəpik (əlli beş min yeddi yüz otuz doqquz manat 90 qəpik),xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 5079,64 manat ( beş min yetmiş doqquz manat 64 qəpik) borcu var. Lakin onun bu kredit müqavilələri üzrə banka hər hansı bir borc öhdəliyim mövcud deyildir və göründüyü kimi müqavilələrdəki imzalar da ona məxsus deyil.
8. Nəsimi Rayon Məhkəməsinin 2(006)-792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlili:
10. İddiaçı apellyasiya şikayəti verərək, rayon məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu, tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verilmədiyini göstərmişdir. Belə ki, cavabdeh bankın iddiaçının öhdəliyinin olduğunu iddia etdiyi və məhkəməyə təqdim etdiyi 21 avqust 2006-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilə göstərilən tarixdə 12 ay müddətinə bağlanılmışdır və müqavilə üzrə öhdəliyin icrası kreditdən istifadəyə başlanılan tarixdən 1 ay sonra başlamaqla 12 (on iki) ay müddətində öhdəlik icra olunmalı idi. Göstərilən maddənin tələbinə əsasən, bu müqavilə üzrə öhdəliyin icra müddəti 21 avqust 2007-ci il tarixdə bitmişdi. AR Mülki Məcəlləsinin 551-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, icra müddəti 21 avqust 2007-ci il tarixində başa çatan öhdəliyə 2017-ci ildə, yəni 10 il keçdikdən sonra 21 avqust 2017-ci il tarixində xitam verilmişdir. Ona görə də bu müqavilə üzrə iddiaçının cavabdeh "xxxx" ASC qarşısında hər hansı bir öhdəliyinin olması mümkün deyildir. Həmçinin, cavabdeh bank həmin müqavilə üzrə iddiaçının hər hansı bir məbləğdə öhdəliyinin olmasını iddia edirdisə onda bu faktı sübut etməli idi. Yəni nəzərdə tutulan öhdəliyin hansı məbləğdə olmasına dair sənədləri məhkəməyə təqdim etməli idi və məhkəmə bu halı konkret olaraq müəyyənləşdirməli idi. O səbəbdən ki, əgər müqavilə üzrə öhdəlik qalmışdırsa da bu öhdəlik hansı əsaslarla və hansı məbləğdə qalmışdır. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Eyni hal cavabdehin məhkəməyə təqdim etdiyi dekabr 2007-ci il tarixli müqaviləyə də aiddir. Həmin müqavilədən də göründüyü kimi bu müqavilənin müddəti 24 (iyirmi dörd) aydır. Deməli, müqavilə üzrə icra müddəti dekabr 2009-cu ildə bitmişdir. Yenə də göstərilən maddələrin tələbinə əsasən, həmin müqavilə üzrə 2019-cu ilin dekabr ayında öhdəliyə tam olaraq xitam verilmişdir. Həmçinin, əgər cavabdeh bank iddiaçının bu müqavilə üzrə hər hansı bir məbləğdə borcunun olduğunu iddia edirdisə, həmin müqavilə üzrə borcun məbləği məhkəmə tərəfindən müəyyən edilməli idi. Lakin məhkəmə bu kredit müqaviləsi üzrə də iddiaçının öhdəliyi olubolmamasını, öhdəliyi varsa da, hansı məbləğdə olmasını müəyyən etməmişdir. Cavabdeh bank xx.xx.2006-cı il və dekabr 2007-ci il tarixli müqavilələr üzrə iddiaçının öhdəliklərinin olmasını məhkəmədə göstərmiş və məhkəmə bu halı sübut olunmuş hal kimi qəbul etmişdir. Halbuki məhkəmə tərəfindən əgər iddiaçının həmin müqavilələr üzrə icra olunmamış öhdəlikləri qalmışdırsa, doğrudan da, bu icra olunmamış öhdəliklərin hansı məbləğdə qalmasını müəyyən etməli idi və bu halın müəyyən olunması üçün cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim olunmalı idi. Bütün bunlara baxmayaraq, məhkəmə bu halı müəyyən etmədən belə nəticəyə gəlmişdir ki, doğrudan da, iddiaçının cavabdeh qarşısında öhdəliyi mövcuddur və bu öhdəlik kredit reyestrində düzgün əks olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddia tələbi əsassızdır. Mərkəzləşdirilmiş kredit reyestrində iddiaçının öhdəliyi kimi göstərilən borc məbləği silinməli deyil. Lakin məhkəmənin bu nəticəsi işin faktiki hallarına uyğun gəlmir. İş materiallarında olan sənədlərlə iddiaçının hətta cavabdeh bankın məhkəməyə təqdim etdiyi müqavilələr üzrə öhdəliyinin olması sübuta yetmir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsində icraat:
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair 2(103)- 893/2023 saylı mülki işin digər - İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair 2(103)-144/2023 (2(103)-2227/2022 saylı) saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, ekspert rəyində göstərilən qalıq borc məbləği ilə razıdırlar, öhdəliklərin icrası müddəti bitmişdir, birinci instansiya məhkəməsində kredit dosyesi tələb olundu, lakin bank bildirdi ki, dosye saxlanılmır. Qarşı tərəfin verdiyi sənədlər əsasında ekspertiza təyin edildi və rəy verildi, imzaların isə saxtalaşdırıldığı təsdiq edildi. Həmçinin bildirdi ki, həm mülki qanunvericilik, həm də bank praktikasına görə kredit müqaviləsi üzrə ödəmələr zamanı pul ilk öncə faiz və cərimə borcuna silindiyi halda, hazırkı halda sistemdə iddiaçının adına qalan borcun yalnız faiz borcu olması, əsas borc olmadığı halda nəyə görə faiz borcunun olması da məntiqli deyil. Cavabdehin nümayəndələrinin bankın əməkdaşları barədə xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə isə, xüsusi qərardadın çıxarılmasına etiraz etmədiyini bildirdi.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri S.Mütəllimzadə və Nümayəndə ayrılıqda apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər, həm mülki qanunvericilik, həm də bank praktikasına görə kredit müqaviləsi üzrə ödəmələr zamanı pulun ilk öncə faiz və cərimə borcuna silinməli olmasına rəğmən, hazırkı halda isə sistemdə iddiaçının adına qalan borcun yalnız faiz borcu olması barədə isə, bunu, iddiaçının bankın həmin vaxtkı rəhbərliyi ilə yaxın əlaqələrinin olması ilə izah edə biləcəyini bildirdilər. Həm də göstərdilər ki, ekspert rəyi ilə də müəyyən edilib ki, imzalar saxtalaşdırılıb, o imzaların hansı motiv və məqsədlə saxtalaşdırıldığı müəyyən olunmalıdır. Bu hal bank kimi onların nüfuzuna xələl gətirir, bu səbəbdən, xüsusi qərardadla bağlı vəsatətin təmin edilməsini xahiş etdilər. Sübutların tədqiqi: Birinci iş üzrə:
14. "xxxx" ASC-nin «Nəqliyyat» filialı ilə borcalan İddiaçı arasında bağlanmış 22 avqust 2006-cı il tarixli 583 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcalana 12 ay müddətinə illik 15% ödəmək şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit vermişdir.
15. "xxxx" ASC-nin «Nəqliyyat» filialı ilə borcalan İddiaçı arasında bağlanmış 26 dekabr 2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcalana 24 ay müddətinə illik 15% ödəmək şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit vermişdir.
16. "xxxx" ASC-nin Nərimanov filialı tərəfindən verilmiş İddiaçı hesabdan çıxarışın surətindən görünür ki, bank xx.xx.2021-ci il tarixdə iddiaçının hesabından kredit ödənişi kimi 4.180 manat pul vəsaiti silinmişdir.
17. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1,00 ABŞ dolları, faiz məbləği 5.079,64 ABŞ dolları; xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1,00 ABŞ dolları, faiz məbləği 55.739,90 ABŞ dolları borcu vardır.
18. Mülki iş üzrə xx.xx.2018-ci il tarixli X4 görünür ki, İddiaçı 642654 ədəd (bir qiymətli kağızın nominal dəyəri 0.27 manat olmaqla) səhmlər vardır.
19. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən (pretenziyadan) görünür ki, onun Azərbaycan Beynəlxalq Bankında ******************** nömrəli hesabı mövcuddur. xx.xx.2021-ci il tarixdə onun həmin hesabına 4.180 manat pul vəsaiti köçürülmüş və elə həmin tarixdə 4.180 manat pul vəsaiti bank tərəfindən hesabından silinmişdir. Bankdan aldığı hesabdan çıxarışından müəyyən olunur ki, 4.180 manat məbləğində pul vəsaiti «Kredit ödənişi PKD Soft» əməliyyat təsviri altında aparılmışdır. Yəni guya onun hansısa mövcud olmayan kredit ödənişinə silinmişdir. Dəfələrlə onun Bank qarşısında öhdəliyinin olmaması barədə məktub yazışmaları olmuş və kredit borcunun mövcudluğu bank tərəfindən rəsmi sənədlərlə təsdiq edilməmişdir. Odur ki, onun ******************** nömrəli hesabından qanunsuz olaraq sildiyi 4.180 manat məbləğin dərhal hesaba geri qaytarılmasını təmin edilməsini tələb etmişdir. İkinci iş üzrə:
20. 12.06.2006-cı il tarixli kredit sifarişindən görünür ki, İddiaçı evini təmir etmək üçün 12 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilməsini "xxxx" ASC-dən xahiş etmişdir.
21. "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 583 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 12 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 40.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
22. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova ünvanladığı xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 40.000$ (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 15.322$ (on beş min üç yüz iyirmi iki) ABŞ dolları qalıqının istifadə müddətini 12 (on iki) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2010 təyin edilməsini xahiş etmişdir.
23. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova ünvanladığı xx.xx.2010-cu il tarixli ərizədən görünür ki, xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 14,322 (on dörd min üç yüz iyirmi iki) ABŞ dolları məbləğində qalıq hissəsinin istifadə müddətini 12 (on iki) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2011 təyin edilməsini xahiş etmişdir.
24. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova ünvanladığı tarixi göstərilməyən ərizədən görünür ki, xx.xx.2006- cı il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 2,822 (İki min səkkiz yüz iyirmi iki) ABŞ dolları qalıqının istifadə müddətini 28 (iyirmi səkkiz) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2013 təyin edilməsini xahiş etmişdir.
25. Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000-00 (qırx min) ABŞ dolları məbləğinə kredit vəsaitinin 26.000 (iyirmi altı min) ABŞ dolları qalıq hissəsinin ödəmə müddəti 12 (on iki) ay müddətinə uzadılsın və yeni ödəmə müddəti xx.xx.2008-ci il təyin olunsun.
26. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit Müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000-00 (qırx min) ABŞ dolları məbləğinə kredit vəsaitinə 23.880 (iyirmi üç min səkkiz yüz səksən) ABŞ dolları qalıq hissəsinin ödəmə müddəti 6 (altı) ay müddətinə uzadılsın və yeni ödəmə müddəti xx.xx.2009-cu il təyin olunsun.
27. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit Müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kreditin vəsaitinin, 15.322 (on beş min üç yüz iyirmi iki) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 12 (on iki) ay uzadılsın, və yeni ödəmə müddəti xx.xx.2010-cu il təyin edilsin.
28. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 14.322 (on beş min üç yüz iyirmi iki) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 12 (on iki) ay uzadılsın, və yeni ödəmə müddəti xx.xx.2011-ci il təyin edilsin.
29. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa qəlmişlər: xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000-00 (qırx min) ABŞ dolları məbləğinə kredit vəsaitinin 2.822 (İki min səkkiz yüz iyirmi iki) ABŞ dolları qalıq hissəsinin ödəmə müddəti 28 (iyirmi ) ay müddətinə uzadılsın və yeni ödəmə müddəti xx.xx.2013-cü il təyin olunsun.
30. 24.12.2007-ci il tarixli kredit sifarişindən görünür ki, İddiaçı mənzil almaq üçün 24 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit verilməsini "xxxx" ASC-dən xahiş etmişdir.
31. "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 24 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 200.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
32. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova ünvanladığı xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, yeni mənzil alınması üçün 24 (iyirmi dörd) ay müddətinə 200.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.
33. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova ünvanladığı xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, xx.xx.2007-ci il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 70.700 $ (yetmiş min yeddi yüz) ABŞ dolları qalığının istifadə müddətini 12 (on iki) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2010-cu il təyin edilməsini xahiş etmişdir.
34. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova ünvanladığı xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, xx.xx.2007-ci il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 27.212 $ (iyirmi yeddi min iki yüz iyirmi iki) ABŞ dolları qalığının istifadə müddətini 24 (iyirmi dörd) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2015-ci il təyin edilməsini xahiş etmişdir.
35. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2007ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 70.700 (yetmiş min yeddi yüz) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 12 (on iki) ay uzadılsın və yeni ödəmə müddəti xx.xx.2010-cu il təyin edilsin.
36. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2007ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 69.700 (altmış doqquz min yeddi yüz) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 36 (otuz altı) ay uzadılsın və yeni ödəmə müddəti xx.xx.2013cü il təyin edilsin.
37. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2007ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 27.212 (iyirmi yeddi min iki yüz iki) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 24 (iyirmi dörd) ay uzadılsın və yeni ödəmə müddəti xx.xx.2015-ci il təyin edilsin.
38. xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixə İddiaçı xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında əsas borc üzrə 1 ABŞ dolları, faiz borcu üzrə 7.532,57 ABŞ dolları məbləğində ödənilməmiş borc öhdəliyi mövcuddur.
39. xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixə İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında əsas borc üzrə 1 ABŞ dolları, faiz borcu üzrə 55.739,06 ABŞ dolları məbləğində ödənilməmiş borc öhdəliyi mövcuddur.
40. "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli SF-5486 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilməli olan faiz məbləği 55.739,90 USD, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə "xxxx" ASC-yə ödənilməli olan faiz məbləği 5.079,64 USD kimi göstərilmişdir.
41. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-1105/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, vəsatət və təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı məxsus "xxxx" ASC-nin avtomatlaşdırılmış reyestrində olan 642,654 ədəd səhmlərinin və həmin səhmlər üzrə hesablanacaq sonrakı dividentlərin üzərinə həbs qoyulması qərara alınmışdır.
42. “X6” MMC-nin xx.xx.2021-ci il tarixli, 530 saylı ekspert rəyindən görünür ki, mübahisə predmetinə aid olan Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əlavənin edilməsi haqqında: 1. 23 fevral 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 2. 05 avqust 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 3. 19 avqust 2010- cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 4. 20 avqust 2011-ci il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza; Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova İddiaçı adından yazılmış: 1. xx.xx.2010-cu il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 2. xx.xx.2011-ci il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 3. xx.xx.2013-cü il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilmişdir.
43. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul vəsaitinin geri qayatarılması" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1144 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 116-123-cü vərəqələrində yerləşən "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında olan 22 avqust 2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinin sonuncu vərəqində “Borc alan İddiaçı” qrafasından aşağıda yerləşən “İmza qrafasındakı imza və “İddiaçı” əlyazmaları, 124-127-ci vərəqlərində olan 12 iyun 2006-cı il tarixli kredit sifarişində “İmza:9 qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinə 20 avqust 2007-ci il tarixli əlavə razılaşmada (N 131) “Borcalan” qrafasındakı imza və “Hüseynov” əlyazması; mülki işin 135-142-ci vərəqlərində yerləşən “Azərbaycan Beynəlxalq Bankı" Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2007-cı il tarixli 10435 nömrəli kredit müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-cİ vərəqində “Borc alan: İddiaçı” qrafasından aşağıda yerləşən imza” qrafasındakı imza və “İddiaçı" əlyazmaları, 143-146-cı vərəqlərində olan 24 dekabr 2007-ci il tarixli kredit sifarişində “İmza:” qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2007-ci il tarixli (i/150) ərizədə "İddiaçı" yazıalarından əvvəl yerləşən imza və “İddiaçı" əlyazmaları - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2009-cu il tarixli (i/v 128) və xx.xx.2010-cu il tarixli (i/v 129) və tarixsiz (i/v 130) ərizələrdə “İddiaçı“ yazıalarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixlil, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda (i/v 132-134a) “Borcalan" qrafasındakı imzalar; xx.xx.2013-cü il tarixli (i/v 148) və xx.xx.2009-cu İl tarixli (i/v 149) ərizələrdə “İddiaçı" yazıalarından əwəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il tarixli, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr _2Q10-cu il tarixli əlavə razılaşmalarda (i/v 147, 151-152) “Borcalan” qrafalarındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir.
45. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" ASCyə ümumi borcu 5.080,87 ABŞ dolları, xx.xx.2007-ci il tarixli 10435 nömrəli kredit müqaviləsi üzrə - 55.741,13 ABŞ dolları təşkil edir.
46. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 893/2023 saylı mülki iş üzrə məhkəmə-mühasibatıq ekspertizası təyin edilmiş, iddia, apellyasiya şikayətində əks edilən xüsusatlar nəzərə alınmaqla : - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006 və xx.xx.2007-ci il tarixli, 583 və 10435 saylı kredit müqavilələri (razılaşmalara qədər və ondan sonra olan xronoloji tarixi ardıcıllıq) üzrə siyahı tərtib edilməklə əsas, faiz və cərimə borcların ayrı-ayrılıqda mövcudluğunun (məbləğləri) müəyyən edilməsi, iddia edilən borcun mövcudluğu və mövcud olduğu təqdirdə hansı dövrü əhatə etdiyi, habelə iddia və apellyasiya şikayəti üzrə digər zəruri xüsusatların müəyyən edilməsi qərara alınmışdır.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 911469 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları təşkil edir. Tətbiq edilən maddi hüquq
48. Azərbaycan Respublikasının Mülki Məcəllə
49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
50. Maddə 324. Əqd anlayışı və onun növləri
51. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
52. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
53. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər
54. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
55. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
56. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
57. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
58. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır;
59. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
60. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
61. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
62. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tətbiq edilən prosessual hüquq normaları:
63. Mülki Prosessual Məcəllə
64. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
69. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
70. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
71. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
72. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
73. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
74. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
75. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
76. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
77. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
78. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
79. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
80. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
81. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
82. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini və 2(006)-792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
83. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, ikinci iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli iddia tələbi qismən təmin edilməlidir.
84. Məhkəmə kollegiyası ilk növbədə birinci iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş apellyasiya şikayətini nəzərdən keçirib qeyd edir ki, ikinci iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 911469 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013cü il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları təşkil edir.
85. Beləliklə ekspert rəyi ilə iddiaçının banka xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir.
86. Bundan başqa iddiaçı apellyasiya şikayətində həmin müqavilələrin surətinin təqdim edildiyi, müqavilələrin mövcudluğundan onun məlumatının olmadığını, məhkəmənin müqavilələrin etibarlılığını yoxlamadığını bildirmişdir.
87. Bununla bağlı Kollegiya qeyd edir ki, ikinci iş üzrə keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1144 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 116-123-cü vərəqələrində yerləşən "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında olan 22 avqust 2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinin sonuncu vərəqində “Borc alan İddiaçı” qrafasından aşağıda yerləşən “İmza qrafasındakı imza və “İddiaçı” əlyazmaları, 124-127-ci vərəqlərində olan 12 iyun 2006-cı il tarixli kredit sifarişində “İmza:9 qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinə 20 avqust 2007-ci il tarixli əlavə razılaşmada (N 131) “Borcalan” qrafasındakı imza və “Hüseynov” əlyazması; mülki işin 135-142-ci vərəqlərində yerləşən “Azərbaycan Beynəlxalq Bankı" Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2007-cı il tarixli 10435 nömrəli kredit müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-cİ vərəqində “Borc alan: İddiaçı” qrafasından aşağıda yerləşən imza” qrafasındakı imza və “İddiaçı" əlyazmaları, 143-146-cı vərəqlərində olan 24 dekabr 2007-ci il tarixli kredit sifarişində “İmza:” qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2007-ci il tarixli (i/150) ərizədə "İddiaçı" yazılarından əvvəl yerləşən imza və “İddiaçı" əlyazmaları - İddiaçı tərəfindən icra olunmuşdur.
88. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində mövcudluğunu şübhə altına aldığı "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 583 nömrəli və xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqavilələrindəki imzaların iddiaçıya məxsus olması yuxarıda qeyd edilən ekspert rəyi ilə təsdiq edilmişdir.
89. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları borcu olmaqla, banka cəmi (39,59 ABŞ dolları+13,16 ABŞ dolları+3076,47 ABŞ dolları+339,69 ABŞ dolları =3468,91 ABŞ dolları) 3468,91 ABŞ dolları (3468,91x1,7=5897,147 AZN), yəni 5897,147 AZN borcu olduğu müəyyən edilmişdir.
90. Bununla da müəyyən edilir ki, iddiaçının onun hesabından silinmiş 4.180 manat pul vəsaitinin hesabına geri qaytarılması barədə iddia tələbi onun "xxxx" ASC ilə bağladığı xx.xx.2006-cı il tarixli, 583 nömrəli və xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqavilələri üzrə banka 5897,147 AZN borcu olduğu müəyyən edildiyindən təmin edilə bilməz. Rayon məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
91. Məhkəmə kollegiyası ikinci iş üzrə iddiaçnın apellyasiya şikayəti ilə bağlı isə aşağıdakıları qeyd edir.
92. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1144 nömrəli ekspert rəyindən görünür ki, ...Ekspertizaya təqdim edilmiş, xx.xx.2009-cu il tarixli (i/v 128) və xx.xx.2010-cu il tarixli (i/v 129) və tarixsiz (i/v 130) ərizələrdə “İddiaçı“ yazıalarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixlil, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010- cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda (i/v 132-134a) “Borcalan" qrafasındakı imzalar; xx.xx.2013-cü il tarixli (i/v 148) və xx.xx.2009-cu İl tarixli (i/v 149) ərizələrdə “İddiaçı" yazıalarından əvvəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il tarixli, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr _2Q10-cu il tarixli əlavə razılaşmalarda (i/v 147, 151-152) “Borcalan” qrafalarındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir.
93. Buna baxmayaraq iddia tələbini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, tədqiq edilən ekspert rəyinə əsasən kredit məbləğinin qalıq vəsaitindən istifadə müddətinin uzadılmasına dair bəzi ərizələrin və bu ərizələrə əsasən bağlanmış bəzi razılaşmaların İddiaçı tərəfindən imzalandığı halının öz təsdiqini tapmaması tərəflər arasında kredit müqavilələrinin bağlanmadığına, bu müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətlərinin ümumiyyətlə yaranmadığına dəlalət etmir. Belə ki, sözügedən ekspert rəyi ilə əsas kredit müqavilələrində, kredit sifarişinə dair ərizələrdə, 20 avqust 2007-ci il tarixli əlavə razılaşma və xx.xx.2007-ci il tarixli ərizədə mövcud olan imzanın iddiaçıya məxsus olduğu faktı öz təsdiqini tapmışdır.
94. Hazırkı halda rayon məhkəməsi xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2010-cu ilə kimi uzadılması barədə xx.xx.2009-cu il tarixli ərizə (i/v 128) və xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2011-ci ilə kimi uzadılması barədə xx.xx.2010-cu il tarixli ərizə (i/v 129) və xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2013-cü il tarixə kimi uzadılması barədə tarixsiz (i/v 130) ərizələrdə “İddiaçı“ yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixli, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010- cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda (i/v 132-134a) “Borcalan" qrafasındakı imzalar; xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin müddətinin 24 ay, yəni xx.xx.2015-ci il tarixə kimi uzadılması barədə xx.xx.2013-cü il tarixli ərizədəki (i/v 148) və xx.xx.2007-ci il kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2010-ci il tarixə kimi uzadılması barədə xx.xx.2009-cu il tarixli (i/v 149) ərizələrdə “İddiaçı" yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il tarixli, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr _2Q10-cu il tarixli əlavə razılaşmalarda (i/v 147, 151-152) “Borcalan” qrafalarındakı imzaların İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilməsini ekspert rəyi ilə müəyyən etmişdir.
95. Buna baxmayaraq rayon məhkəməsi ekspert rəyi ilə əsas kredit müqavilələrində, kredit sifarişinə dair ərizələrdə, 20 avqust 2007-ci il tarixli əlavə razılaşma və xx.xx.2007-ci il tarixli ərizədə mövcud olan imzanın iddiaçıya məxsus olduğu faktının öz təsdiqini tapmasına istinad edərək, müqavilənin müddətinin uzadılması barədə ərizə və yuxarıda qeyd edilən həmin müavilələrə əlavələrə dair razılaşmadakı imzaların iddiaçıya məxsus olmadığının təsdiq olunmasına rəğmən, iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.
96. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
97. Belə olan halda, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi və xx.xx.2007-ci il kredit müqaviləsi iddiaçı tərəfindən imzalansa da, həmin müqavilələrin müddətinin uzadılması, eləcə də həmin müqavilələrə əlavələrə dair razılaşmalardakı imzaların iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edildiyindən, həmin uzatma və razılaşmalar etibarsızdır.
98. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
99. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
100. Həmin müqavilələrin müqavilələrin müddətinin uzadılması, eləcə də həmin müqavilələrə əlavələrə dair razılaşmalardakı imzaların iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edildiyindən, qeyd edilən dəyişikliklər də etibarsızdır.
101. "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli SF-5486 saylı şıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilməli olan faiz məbləği 55.739,90 USD, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə "xxxx" ASC-yə ödənilməli olan faiz məbləği 5.079,64 USD kimi göstərilmişdir.
102. Kollegiya qeyd edir ki, çıxarışdan göründüyü kimi iddiaçının xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55.739,90 USD faiz borcunun, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə 5.079,64 USD faiz borcunun olduğu müəyyən edilir.
103. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 911469 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları təşkil edir.
104. Beləliklə, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli SF-5486 saylı çıxarışdakı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55.739,90 USD faiz borcundan yuxarıda qeyd edilən ekspert rəyi ilə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş (əsas borc üzrə 3076,47 ABŞ dolları+faiz borcu üzrə 339,69 ABŞ dolları =3.416,16) 3.416,16 ABŞ dolları borc çıxılmaqla (55.739,90 USD-3.416,16 ABŞ dolları=52.323,74), qalan məbləğ, yəni 52.323,74 (əlli iki min üç yüz iyirmi üç ABŞ dolları, yetmiş dörd sent) silinməli, eləcə də xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə 5.079,64 USD faiz borcundan yuxarıda qeyd edilən ekspert rəyi ilə xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş (əsas borc üzrə 39,59 ABŞ dolları+ faiz borcu üzrə 13,16 ABŞ dolları =52,75) 52,75 ABŞ dolları borc çıxılmaqla (5.079,64 USD-52,75 ABŞ dolları=5026,89), qalan məbləğ, yəni 5026,89 ABŞ dolları (beş min iyirmi altı ABŞ dolları, səksən doqquz sent) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə:
105. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası birinci iş üzrə apellyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, ikinci iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 583 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış 5026,89 ABŞ dolları (beş min iyirmi altı ABŞ dolları, səksən doqquz sent), "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış 52.323,74 (əlli iki min üç yüz iyirmi üç ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
106. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
107. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən birinci iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ikinci iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır.
108. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ: Birinci iş üzrə: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu idiaçının özünə aid edilsin. İkinci iş üzrə: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 583 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış 5026,89 ABŞ dolları (beş min iyirmi altı ABŞ dolları, səksən doqquz sent), "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış 52.323,74 (əlli iki min üç yüz iyirmi üç ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 139 (bir yüz otuz doqquz) manat cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatlarının dəyəri olan 338 (138+200=338) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov