Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3618/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh X1 Səhmdar Cəmiyyəti və Cavabdeh X1 Səhmdar Cəmiyyətinin ləğvetmə Komissiyasına (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cav abdeh X1 Səhmdar Cəmiyyəti və Cavabdeh X1 Səhmdar Cəmiyyətinin ləğvetmə Komissiyasına (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı) qarşı depozitə qoyulmuş pul məbləğinin və ona hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1558/2022 nömrəli, 27 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh KB ASC və Cavabdeh KB ASC-nin ləğvetmə Komissiyasına qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin d əqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh KB ASC-nin ləğvetmə Komissiyasından xx.xx.2003-cü il tarixli Cavabdeh KB ASC ilə aralarında bağlanmış depozit müqaviləsinə əsasən 325000 ABŞ dolları məbləğində pulun əmanətə qoyulması faktının təsdiq edilməsi, xx.xx.2003-cü il tarixli müqavilə əsasında Cavabdeh KB ASC-yə depozitə qoyduğu 325000 ABŞ dolları məbləğində pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hesablanmış faizləri hər il üçün 19500 ABŞ dolları olmaqla ötən 17 il üçün 331500 ABŞ dolları pulun Cavabdeh KB ASC-nin ləğvetmə Komissiyasından tələb edilib ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5273/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) mülki işin icraatına xitam verilmişdir.
3. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, işə baxılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1558/2022 nömrəli mülki iş üzrə 26 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Rafael Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qər ardadından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçıya apellyasiya instansiyası məhkəməsinin qərardadı nə fiziki, nə də elektron olaraq göndərilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1558/2022 nömrəli mülki iş üzrə 27 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Mehriban Qarayeva və Pərviz Hüseynov) kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1558/2022 saylı qərardadı iddiaçının vəkili (nümayə ndəsi) Vəkil1 elektron kabinetinə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, iddiaçının vəkili (nümayəndəsi) həmin qərardaddan kasassiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır. Kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizədə göstərilənlər isə yuxarıda qeyd olunanlara əsasən müddətin bərpa edilməsinə əsas təşkil etməmişdir.
9. İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin ötürülməsinə dair hər hansı üzrlü səbəbə istinad etmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi b arədə ərizə təmin edilməməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə qiymətləndirilərkən işin obyektiv halları nəzərə alınmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin xx.xx. 2022-ci il tarixli, 2(103)-1558/2024 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə icraatına xitam verilmişdir. Həmin qərardadın sonunda “Qərardad qəbul edildiyi andan qüvvəyə minir” qeydi yazılmışdır. Bu qeyd onu deməyə imkan vermişdir ki, məhkəmə zənn etmişdir ki, bu qərardaddan şikayət verilməsi mümkün deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə. Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq məhkəmə aktında şikayət verilmə proseduru qeyd olunmamış, bu isə öz növbəsində iddiaçıda çaşqınlıq yaratmışdır. Bu s əbəbdən də şikayətin verilməsi əsaslı olaraq gecikdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1558/2022 saylı qərardadı iddiaçının vəkilinin elektron məhkəmə kabinetinə yerləşdirilsə belə, iddiaçı və vəkili qeyd olunan obyektiv səbəbdən şikayət verə bilməmişdir. Məhkəmənin səhvi ucbatından iddiaçının şikayət verə bilməməsi ötürülmüş prosessual müddətin bərpası üçün tam əsaslı səbəbdir.
14. İclas zamanı məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpası deyil, iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət vermənin mümkünlüyü müzakirə olunmuş, qərardad da isə məhkəmə buraxılmış prosessual müddətin bərpa olunmamasına dair öz mövqeyini ifadə etmişdir. Məhkəmə iclası zamanı məhkəmə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1558/2022 saylı qərardadının iş üzrə icraata xitam verilməsi qərardadı olmadığını qeyd etmiş, iddiaçının birinci instansiya məhkəməsinin qərardadını iş üzrə icraata xitam verilməsinə dair qərardad hesab etmişdir. Məhkəmə işə baxarkən işin hallarını nəzərə almamış, məhkəmə iclası zamanı buraxılmış prosessual müddətin bərpasının mümkünlüyünü qiymətləndirməmiş, qərardaddan şikayət vermənin mümkünlüyünü müzakirə etmiş və bildirmişdir ki, iş üzrə icraata xitam verilməsinə dair qərardaddan kassasiya şikayəti verilməsi mümkün deyildir.
15. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (ele ktron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndi rildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.20 22-ci il tarixli, 2(103)1558/2022 saylı qərardadı iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, iddiaçının vəkili (nümayəndəsi) həmin qərardaddan kasassiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.
29. Kassasiya şikayətinin verilməsi üçün müddətinin bərpa edilməsi barədə ərizə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli 2(103)-1558/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.