Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-148/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7387/2023 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Keçmiş Azərbaycan Kommersiya Əmanət Bankının 053 №-li Quba rayon şöbəsinin Alpan kəndində yerləşən 010 №-li filialından verilmiş «Məqsədli uşaq» əmanət növü üzrə Əmanət kitabçasına əsasən, X4 adına «məqsədli uşaq» əmanəti üzrə H-1 saylı hesabda xx.xx.1993-cü ildə 50000 rubl vəsait yerləşdirilmişdir.
2. Cavabdeh ASC-nin Quba rayon filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2005-ci il tarixli məktuba görə ki, X10 Alpan filialı tərəfindən xx.xx.1992-ci ildə və xx.xx.1993-cü ildə İddiaçı tərəfindən əmanətə qoyulmuş 400 rubl məbləğində sertifikatın və 50000 rus rublun qəbulu zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, əmanətə qoyulan pullar qanuna müvafiq surətdə rəsmiləşdirilmişdir. İddiaçı sorğu et mişdir ki, xx.xx.1992-ci ildə əmanətə qoyulmuş 400 rubl sertifikatın dəyəri hazırda hansı miqdarda ödənilməlidir. Bildirirlər ki, hazırda bu pulların ödənişi saxlanılmışdır və onların hansı miqdarda ödəniləcəyi barədə İddiaçı heç bir məlumat verə bilmərlər.
3. Azərbaycan Respublikası Milli Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubuna əsasən, xx.xx.1993-cü ildə X5 adına keçmiş Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankının 053 №-li Quba rayon şöbəsinin Alpan kəndində yerləşən 010 №-li filialında «Məqsədli uşaq» əmanət növü üzrə H-1 №-li hesab açılmışdır. Həmin dövrdə qüvvədə olan «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun «Əhalinin əmanət qoyuluşları» adlanan 20-ci maddəsinin 2-ci maddəsinin 2-ci bəndinə əsasə n əmanətlər üzrə faiz dərəcələri və digər şərtlər bankların özləri tərəfindən müəyyən edilirdi. Belə ki, əmanətlərə tətbiq olunan faiz dərəcələri, makroiqtisadi vəziyyət, mərkəzləşdirilmiş kredit resurslarının uçot dərəcəsi, həmçinin inflayasiya səviyyəsi nəzərə alınmaqla 4%-dən 200%-ə qədər yüksəldilmişdir. Beləliklə, xx.xx.1993-cü il tarixdə «məqsədli uşaq» əmanət növü üzrə illik faiz dərəcəsi 80% olmuş, xx.xx.1994 – xx.xx.1995-ci il tarixlərində 200%-ə qədər yüksəlmişdir. Lakin sonradan ölkədə maliyyə sabitliyinin bərpa edilməsi və maliyyə bazarında faiz dərəcələrinin aşağı düşməsi ilə əlaqədar əmanətlərə tətbiq olunan faiz dərəcələri da aşağı salınmışdır. Bununla əlaqədar İddiaçı hesabı üzrə əmanətə aşağıdakı faiz dərəcələri tətbiq olunmuşdur: - xx.xx.1993 - xx.xx.1993-cü il – 80% - xx.xx.1994 – xx.xx.1995-ci il - 200% xx.xx.1995 – xx.xx.1996-cı il – 100% - xx.xx.1996 – xx.xx.1996-cı il – 50% - xx.xx.1996 – xx.xx.1996-cı il – 25% - xx.xx.1997 – xx.xx.1997-ci il – 15% - xx.xx.1997 – xx.xx.1997-ci il - 12% - xx.xx.1997 – xx.xx.2000-ci il – 10% - xx.xx.2000 – xx.xx.2003-cü il – 8%. Qeyd olunanları, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında xx.xx.2006-cı il tarixdən etibarən manatın 5000: 1 nisbətində denominasiya olunması da nəzərə alınaraq, A.Məlikovun adına olan əmanət hesabı üzrəbu günə olan əmanət qalığı 13 manat 56 qəpik (AZN) təşkil edir. Onu da nəzərinə çatdırırlar ki, A.Məlikovun adına açılan «məqsədli uşaq» əmanət növü üzrə hesabın bağlanma tarixi 17.008.2003-cü il tarixi müəyyən edilmişdir. Sözügedən hesab bu tarixdə bağlanmadığı üç ün Qaydalarla nəzərdə tutulmuş şəkildə hesab bağlananadək əmanət qalığına illik 2% olmaqla faiz hesablanacaqdır. Əmanət hesabının valyuta növünə gəldikdə isə, nəzərinə çatdırırlar ki, bank əmanət hesabına 50000 (əlli min) məbləğiində vəsaitin manatla (AZM) deyil, Rus rublu ilə qoyulduğunu bildirir. Bu məsələ ilə bağlı təsdiqedici sənəd kimi şəxsi hesabın surəti olsa da, ilkin mədaxil orderi bankın daxili sənədlərində tapılmamışdır. Bununla əlaqədar, bankın Quba filialının izahat məktubu alınmış və hadisə aktlaşdırılmışdır. Akta əsasən, İddiaçı filiala müraciət etdiyi zaman ilkin mədaxil orderi bankın mühasibatlığında olmuş və İddiaçı göstərilmişdir.
4. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı1993-cü il 17 avqust tarixdə X3nun a dına (məqsədli uşaq əmanətinə) 50000 rubl mədaxil etmişdir. Milli pula keçirməsi ilə əlaqədar olaraq 50000 rubl xx.xx.1994-cü il tarixə 5.000 manat, 2005-ci ilin sonuna isə faizlərlə birlikdə 65.504 manat olmuşdur. 2005-ci ilin sonuna bu məbləğ denominasiya nəticəsində 13.10 manat, 2006-cı ilin sonuna 0,26 qəpik faiz əlavə edildikdən sonra isə 13,36 manat olmuşdur. İstədiyi vaxt bu hesabda olan 13,36 manat məbləği ala bilərdi. Bank tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, əmanətə qoyulan pullar qanuna müvafiq surətdə rəsmiləşdirilmişdir.
5. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubun kserosurətinə əsasən, əmanətçi əmanətini pul istahatları (AR Prezidentinin xx.xx.1992-ci il tarixli 48 №-li və xx.xx.1993-cü il tarixli 58 №-li Fərmanlarına əsas ən xx.xx.1994-cü il tarixdən 10 rubl = 1 AZM; 7 fevral 2005-ci il tarixli 189 №-li Fərmana əsasən xx.xx.2006-cı il trixdən 5000 AZM=1 AZN) nəzərə alınmaqla, müraciəti tarixinə olan qalığı ilə istənilən bir vaxt maneəsiz olaraq şəxsiyyətini təsdiq edən sənədi və əmanət kitabçasını təqdim etməklə Cavabdeh ASC-nin Quba rayon filialından ala bilər.
6. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X9 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 555 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: baş beyin əzilməsi, kəllə sümüklərinin sınıqları, hərbi əməliyyat nəticəsində qəlpə zədələnmələr göstərilmişdir.
7. Quba regional «ASAN xidmət» Mərkəzində not ariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.2020-ci il tarixli 2V-1015 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci ilin fevral ayında Əmanət bankının Quba rayon şöbəsinin Alpan filialına öz adına qoyduğu 1100 (min yüz) rublun və 1993-cü ildə Əmanət bankının Quba rayon şöbəsinin Alpan filialına X3nun adından birdəfəlik uşaq əmanəti üzrə qoyduğu 50000 (əlli min) manat məbləğində pulun qaytarılması, həmin pulların vaxtında Azərbaycan Respublikasında denominasiya getməmişdən əvvə lki hesabla 200% hesablanmaqla geri qaytarılması, həmin pulların vaxtında geri qaytarılmadığı üçün bank uçot dərəcəsinin hesablanaraq qaytarılacaq pulların üzərinə əlavə olunması, 2003-cü ildən bu vaxta kimi ona və oğluna məxsus pul vaxtında geri qaytarılmadığı üçün dəymiş mənəvi və maddi ziyan olaraq 50000 (əlli min) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin avqust ayında X13in adına əmanət bank 053 nömrəli filialının 010 nömrəli şöbəsində H-1 nömrəli hesabına məqsədli uşaq əmanətinə 50000 manat milli pul qoymuşdur. Əmanətin mədaxil orderini iddiaçı 50000 manat rəqəminin qarşısında manat yazdığı zaman iddiaçıdan pulu qəbul edən bankın işçisi 50000 rəqəminin qarşısı nda «rubl» sözünü tyazmasını demiş vəiddiaçı «rubl» yazmağa məcbur olmuşdur. Manatla ifadə etdiyi orderi bank işçisi «rubl» eləmişdir. İddiaçıya demişdir ki, bankın müdiriyyəti onlara tapşırıb ki, qəbul etdikləri əmanətlərin qarşısında «rubl» yazmaqla qəbul edin. Beləliklə, müqavilələr belə olmuşdur ki, əgər iddiaçı bu əmanəti 2003-cü ilə kimi bankdan çıxarsa həmin əmanət hər il üçün 200% artmaqla 2003-cü ildə ödəniləcək. 50000 hər il üçün 200% hesablanmaqla ödəniləcəkdir. Daha sonra 2003-cü ildə iddiaçı əmanətini tələb etdikdə bank işçiləri bir daha təsdiq etmişlər ki, əmanətləri rubla qəbul etməsi onlara tapşırmışlar. Deməli qoyduğu əmanətlərin mənimsənilməsi üçün birindi addam idi. 2003-cü ildə iddiaçı əmanətini tələb etdikdə ona demişlər ki, onun əmanətin öz dəyərini itirmiş və iddiaçı 12 manat almalıdır və bu əmanəti iddiaçya verə bilməzlər. Ona görə ki, pulun buraxılması üçün Preziddentin Xüsusi Sərəncamı olmalıdır. Lakin iddiaçı əmanəti banka qoyarkən müqaviləsində Prezidentin Sərəncamı olsa «sizə əmanətin verməyəcəyik» ifadəsi olmamışdır. Beləliklə, iddiaçı əmanətini 2003-cü ildən sonra ala bilməmişdir. Bu barədə Respublikasının bütün səlahiyyətli orqanlarına müraciət etmişdir. İddiaçının əmanətinin hesablanması aşağıdakı kimi olmalıdır. xx.xx.1993-cü il 58 nömrəli Respublika Prezidentinin Fərmanına əsasən hər 10 publ 1 manat qiymətləndirilərsə, iddiaçının 50000 rublun 5000 və 1994-cü il üçün 5000 manata bərabər olur. 1994-cü il = 5000 1995-ci il = 5000 x 200%=10000 1996- cı il = 10000 x 200% = 20000 1997-ci il = 20000 x 200% = 40000 1998-ci il = 40000 x 200% = 80 000 1999-cu il = 80000 x 200% = 160000 2000-ci il = 160000 x 200% = 320000 2001-ci il = 320000 x 200% = 640000 2002-ci il = 640000 x 200% = ******* 2003-cü il = ******* x 200% = ******* (iki milyon beş yüz altmış min) manat ödənilməlidir. Kapital bank bağladıqları müqaviləyə 1993-cü ildə 80 faiz, 1994-cü ildə 200% hesablamaqla iddiaçı ilə bankın arasında müqaviləni bank birtərəfli qaydada pozmuş, müqaviləni pozarkən müqavilənin bağlanması və pozulması qaydalarına əməl etməmiş, iddiaçıya məlumat verməmiş və nəticədə iddiaçının əmanətin bank tərəfindən məqsədli formada mənimsənilmişdir. İddiaçı ilə bank arasında bağlanmış müqaviləyə görə ona 2003-cü ildə iki milyon beş yüz altmış min manat ödənilməli idi. Lakin hər hnsı səbəb olursa olsun bank iddiaçıya məlumat verməli olsaydı ki, 1995-ci il də onun bank arasında müqavilə pozuluq, iddiaçı həmin ildə qoyduğu pulu alardı və iddiaçıya o qədər ziyan dəyməzdi. Məlumat vermədən müqavilənin pozulması və iddiaçıya vurulan ziyan üçün bank günahkardır. İddiaçı 1992-ci ilin fevral ayında əmək-əmanət kitabçasına 1100 publ bankın 349 nömrəli filialın 10 nömrəli şöbəsinin 805 nömrəli hesaba 1100 rubl pul qoymuşdur. Bu pulun üstünə aylıq əmək haqqından əlavə etməklə 08 yanvar 1993-cü il tarixədək 24476 pul qoymuşdur. Respublika Prezidentinin Fərmanına əsasən bu pulun 7030 publ iddiaçıya bu vaxta kimi qaytarılması idi. Halbuki, 24476 manat tam məbləğdə iddiaçıya ona verilə bildiyi halda heç 7030 rublu da ona ödəməkdən Cavabdeh imtina etmişdir. Bu da onu göstərir ki, həqiqətən də onunla bank qərəzlidir. Ona görə də iddiaçı haqqını tələb edir. Bir daha demək olar ki, bank iddiaçının əmanətlərini ona vermək istəsəydi, onlar iddiaçıya məcbur surətdə bildiriş göndərib, pulu almasına israrlı olardılar. İddiaçı əmanətini 2003-cü ildə almalı olduğuna görə 2005-ci ilin bank əmanətləri ona aid ola bilməz. Göründüyü kimi, iddiaçının cavabdehdən ziyan tələbi əsaslıdır. Ona görə ki, iddiaçı banka pul qoymuşdur. Pulun geri qaytarılma vaxtında ona qaytarılmamış, denominasiya nəticəsində həmin pullar qəpik quruş olmuş, iddiaçı bu barədə 2003-cü ildən müraciət etdiyi orqan yoxdur. Lakin bunun heç bir nəticəsi olmamışdır. Oğlu X1 torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci ildə şəhid olmuşdur. Quba Regional ASAN xidmət mərkəzinin notariat kontorunda vərəsəlik işi açılmış notariat kontorunun verdiyi məktuba əsas idd iaçı da oğlunun vərəsələri sırasına daxildir.
10. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1983/2021 saylı iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.1993-cü ildə bankın Quba rayon şöbəsində X3nun adına açılmış «məqsədli uşaq» əmanət növü H-1 №-li hesabı üzrə 13,56 (on üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 602 saylı Fərmanına əsasən 1992-ci il 1 ya nvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "xxxx" ASC-də bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Az ərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi "xxxx" ASC-də bu Qaydaların qüvvəyə mindiyi tarix şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən əmanətçi – 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri. Məhkəmə qeyd edir ki, AR Prezidentinin 2012-ci il 14 mart tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Keçmiş SSRİ Əmanət Bankının Azər baycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları»na əsasən Azərbaycan Respublikası vətəndaşlarının Əmanət Banklarının filiallarına qoyduqları əmanətin qaytarılması müəyyən edilmişdir və həmin əmanətlər xx.xx.1992-ci il tarixədək qoyulmuş əmanətlərə aid edilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» xx.xx.1992-ci il tarixli 48 №-li Fərmanına əsasən: 1. 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılsın.
2. Müəyyən edilsin ki, rublla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyə vasitəsidir. 3. bütün hesablaşmalarda 1 manat: 10 rubl nisbəti müəyyən edilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» xx.xx.1993-cü il tarixli 58 №-li Fərmanına əsasən: 1. 1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı – manat yeganə ödəniş vasitəsi elan edilsin.
2. Azərbaycan Respublikası Mərkəzi Bankına tapşırılmışdır ki, 1993-cü il dekabrın 15-dən etibarən keçmiş SSRi Dövlət Bankının 19611992-ci illərə aid pul nişanlarının dvriyyəyə buraxılmasını dayandırsın. 3. 1993-cü il dekabr ayının 31-dək dövriyyədə olan keçmiş SSRİ Dövlət Bankının 1961- 1992-ci illərə aid pul nişanlar ı respublika ərazisində qanuni ödəniş vasitəsi hesab edilsin və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» xx.xx.2005- ci il tarixli Fərmanına əsasən 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikasında millik valyutanın – manatın denominasiyası həyata keçirilməsi və yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulması qərara alınmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından qeyd edir ki, iddiaçının uşağın adına əmanət xx.xx.1993-cü ildə qoyulduğundan, faizlər nəzərə alınmaqla hazırki ə manətin məbləği 13,56 manata bərabərdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1993-cü ildə qoyduğu əmanətin dəyəri hazırki milli valyuta ilə 13,56 manata bərabər olduğundan, onun tələbi yalnız həmin həcmdə əsaslı hesab edilə bilər. Həmin məbləğin verilməsindən isə cavabdeh tərəfindən imtina edilməmişdir.
13. Məhkəmə iddianın 1992-ci il tarixdə əmanət kimi yerləşdirdiyi 1100 rus rublunun qaytarılması ilə bağlı hissəsində qeyd etmişdir ki, iddia tələbi bu hissədə heç bir əsasla sübuta yetirilmədiydən, iddiaçı bununla bağlı rəsmi sənəd təqdim etmədiyindən iddia tələbi bu hissədə əsassız olduğundan təmin oluna bilməz.
14. Məhkəmə həmçinin iddianın əmanətlərin qaytarılmadığı üçün bank uçot dərəcəsinin hesablanaraq əlavə pulların qaytarılması hissəsində də iddianı əsaslı hesab etməmiş dir. Belə ki, cavabdeh tərəfindən 50000 rus rublunun sırf bank tərəfindən qəsdən verilməməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş, hətta bunun əksinə olaraq cavabdeh tərəfindən iddiaçıya 13,56 manat məbləğin ödəbilməsi təklif olunmuşdur. Bu halın özü məbləğin qəsdən verilməməsi kimi qiymət verilməməli, həmin məbləğin mübahisələndirilməsi hüququnun yaranmasına gətirib çıxarmalıdır.
15. Məhkəmə vurulmuş maddi və mənəvi ziyan görə 50000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdeh təşkilatın hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank müqavilə şərtlərinə ümumiyyətlə əməl etməmiş, müqavilə üzrə faizləri birtərəfli dəyişmişdir və bu barədə ona heç bir yazılı, rəsmi, habelə şifahi məlumat verməmişdir. Halbuki belə bir dəyişiklikdən xəbəri olsa idi əmanətini vaxtında çıxardar və külli miqdarda zərərə düşməzdi. Bundan başqa birinci inst ansiya məhkəməsi şahidin dinidirilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmiş, bank tərəfindən onda olan zəruri sənədləri, müqavilələri, sazişləri məhkəməyə verilməməsinə hüquqi qiymət verməmiş, həmin sənədləri tələb olunmamışdır.
19. Qeyd olunan qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilmiş hissəsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC istər məhkəmən əvvəl, istərsə də məhkəmə mübahisəsinin davam etdiyi vaxtda iddiaçıya çatmalı olan və hal-hazırda Bankda müvafiq hesabdasaxlanılan 13,56 manat pul vəsaitini ödəməkdən imtina etməmişdir. İddiaçı tərəfindən Əmanət məbləğinin geri qaytarılması ilə bağlı Banka müraciət edildikdə qalıq məbləğin ona ödən ilməsini təmin etmək üçün əmanət kitabçası ilə birlikdə Banka yaxınlaşması tövsiyə edilmişdir. Lakin iddiaçı bu günədək sözügdən məbləğin götürülməsi üçün banka müraciət etməmişdir. Göründüyü kimi 13,56 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Həmin hissədə mübahisə olmadığı üçün iddianın bu hissəsinə məhkəmədə baxılmalı deyildi.
21. Məhkəmə iclasında iddiaçı, tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edərək, əlavə olaraq göstərmişdir ki, bankla aralarında olan müqavilə onun xəbəri olmadan birtərəfli qaydada pozularaq, faizlər düzgün hesablanmamışdır.
22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən 50000 məbləğində vəsaiti banka manatla qoyulmuşdur. Həmin vaxt manat dövriyyədən çıxarılmamışdır.
23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının özü də etiraf edir ki, 50000 məbləğində vəsaiti banka rublla qoymuşdur. Həmin hal ilkin iddia ərizəsindən də görünür. Birinci abzasda qeyd edilir ki, rubl yazmağa məcbur olub. Hesab etmişdir ki, iddia tələbinin mübahisə olmayan hissəsində məhkəmə icraaata xitam verməli idi. Qeyd olunanlara əsasən tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Nümayəndə2 Allahverdi oğlu və X7) 2(103)-7387/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1983/2021 saylı iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının uşağın adına əmanət xx.xx.1993-cü ildə qoyulduğundan, faizlər nəzərə alınmaqla hazırki əmanətin məbləği 13,56 manata bərabər olması barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuş, həmin məbləğin hesablanması zamanı düzgün olaraq bu barədə verilmiş xüsusi normativ aktlara, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına istinad olunmuşdur. Digər tərəfdən həmin məbləğin verilməsindən cavabdeh tərəfindən imtina etmədiyindən iddia tələbi - əmanətlər qaytarılmadığı üç ün bank uçot dərəcəsinin hesablanaraq əlavə pulların qaytarılması hissəsində əsassız olmuşdur. İddiaçı cavabdeh təşkilatın hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları təqdim edə bilməmişdir.
26. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini - Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.1993-cü ildə bankın Quba rayon şöbəsində X3nun adına açılmış «məqsədli uşaq» əmanət növü H-1 №-li hesabı üzrə 13,56 (on üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutulması hissəsində təmin etməklə işin faktiki hallarına uyğun nəticəyə gəlməklə maddi və prosessual hüqu q normalarının tətbiqində səhvə yol verməmişdir.
27. Kollegiya öz mövqeyini əsaslandırarkən «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 602 saylı Fərmanına, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» xx.xx.1992-ci il tarixli 48 №-li Fərmanına, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» xx.xx.1993-cü il tarixli 58 №-li Fərmanına, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və q iymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» xx.xx.2005- ci il tarixli Fərmanına, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7387/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, manatla ifadə etdiyi orderi bank işçisi «rubl» eləmişdir. İddiaçıya bildirilmişdir ki, bankın müdiriyyəti onlara tapşırıb ki, qəbul etdikləri əmanətlərin qarşısında «rubl» yazmaqla qəbul edin. Müqavilə bağ lanarkən iddiaçının niyyət və məqsədinin əmanətin manatla qoyulması məhkəmə tərəfindən araşdırılmamışdır. Bank müqavilə şərtlərinə ümumiyyətlə əməl etməmiş, müqavilə üzrə faizləri birtərəfli dəyişmişdir və bu barədə ona heç bir yazılı, rəsmi, habelə şifahi məlumat verməmişdir. İddiaçı manatla ifadə etdiyi order bank əməkdaşlarının təkidi ilə qarşısında rubl yazılmışdır. Müqavilələr belə olmuşdur ki, əgər iddiaçı bu əmanəti 2003cü ilə kimi bankdan çıxarsa həmin əmanət hər il üçün 200% artmaqla 2003-cü ildə ödəniləcək. 50000 hər il üçün 200% hesablanmaqla ödəniləcəkdir. Kapital bank bağladıqları müqaviləyə 1993-cü ildə 80 faiz, 1994-cü ildə 200% hesablamaqla iddiaçı ilə bankın arasında müqaviləni bank birtərəfli qaydada pozmuş, müqaviləni pozarkən müqavilənin bağlanması və pozulması qaydalar ına əməl etməmiş, iddiaçıya məlumat verməmişdir.
30. İddiaçı bildirmişdir ki, iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. İddia tələbinin əsaslılığlını təsdiq butun subutlar iş materiallarına əlavə edilməsinə baxmayaraq həmin subutlara qiymət verilməmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Hakim qətnaməni bir cümlə ilə subut etmə yükünün iddiaçı tərəfin üzərinə düşməsi və iddiaçı tərəfindən sübuta yetirilə bilməməsi ilə əsaslandırmışdır. Halbuki, iddia tələbinin tam əsaslı olmasını təsdiq edən subutlar iş materiallarında olsada, lakin hakim onlara hüquqi qiymət verməmiş və əgər mötəbər hesab etmirdisə bu fikrini əsaslandırmalı idi. Birinci instansiya məhkəməsi şahid dinidirilməsi barədə vəsatətə səhlənkar yanaşmış, bank tərəfindən onda olan zəruri sənədləri, müqavilələri, sazişləri məhkəməyə verilməməsinə hüquqi qiymət verməmiş, həmin sənədləri tələb etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçının kassasiya şikayətinə qarşı cavabdeh etiraz edərək apellyyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşalrı olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 602 saylı Fərmanı 39. 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "xxxx" ASC-də bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» xx.xx.1992-ci il tarixli 48 №-li Fərmanı 40. 1) 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılsın. 2) Müəyyən edilsin ki, rublla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyə vasitəsidir. 3) bütün hesablaşmalarda 1 manat: 10 rubl nisbəti müəyyən edilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» xx.xx.1993-cü il tarixli 58 №-li Fərmanı 41. 1) 1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı – manat yeganə ödəniş vasitəsi elan edilsin. 2) Azərbaycan Respublikası Mərkəzi Bankına tapşırılmışdır ki, 1993-cü il dekabrın 15-dən etibarən keçmiş SSRi Dövlət Bankının 19611992-ci illərə aid pul nişanlarının dvriyyəyə buraxılmasını dayandırsın. 3) 1993-cü il dekabr ayının 31-dək dövriyyədə olan keçmiş SSRİ Dövlət Bankının 1961-1992-ci illərə aid pul nişanları respublika ərazisində qanuni ödəniş vasitəsi hesab edilsin və mü lkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilsin. Kassasiya baxışının hədləri:
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırki kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnamə si bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qə rəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7387/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.