Məhkəmə qərarları › İş №2(102)-979/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-979/2024

01.05.2024 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-979/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul vəsaitinin geri qaytarılması və borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-144/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qər arı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin «Nəqliyyat» filialı ilə borcalan İddiaçı arasında bağlanmış 22 avqust 2006-cı il tarixli 583 saylı kredit müqaviləsinin surətinə əsasən, Bank borcalana 12 ay müddətinə illik 15% ödəmək şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit vermişdir. 2. "xxxx" ASC-nin «Nəqliyyat» filialı ilə borcalan İddiaçı arasında bağlanmış 26 dekabr 2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana 24 ay müddətinə illik 15% ödəmək şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit vermişdir. 3. "xxxx" ASC-nin Nərimanov filialı tərəfindən verilmiş İddiaçı hesabdan çıxarışın surətinə əsasən, bank xx.xx.2021-ci il tarixdə iddiaçının hesabından kredit ödənişi kimi 4.180 manat pul vəsaiti silinmişdir. 4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli çıxa rışına əsasən, İddiaçı "xxxx" ASC-yə xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1,00 ABŞ dolları, faiz məbləği 5.079,64 ABŞ dolları; xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1,00 ABŞ dolları, faiz məbləği 55.739,90 ABŞ dolları borcu vardır.

5. İş üzrə xx.xx.2018-ci il tarixli X3 əsasən, İddiaçı 642654 ədəd (bir qiymətli kağızın nominal dəyəri 0.27 manat olmaqla) səhmlər vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-nə (bundan sonra cavabdeh) qarşı «pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışd ır ki, iddiaçının cavabdehdə ******************** nömrəli hesabı mövcuddur. xx.xx.2021-ci il tarixdə onun hesabına 4.180 manat pul vəsaiti köçürülmüş və elə həmin tarixdə 4.180 manat pul vəsaiti Bank tərəfindən hesabından silinmişdir. xx.xx.2021-ci il tarixdə Bankın Nərimanov rayon filialından aldığı bank çıxarışında əməliyyat «Kredit Ödənişi RKD Soft» kimi göstərilmişdir. Bununla bağlı X4 sədri Abbas İbrahimova xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlamasına baxmayaraq iddiaçıya heç bir rəsmi cavab verilməmişdir. Dəfələrlə Banka müraciət ünvanlamasına baxmayaraq Bank tərəfindən ona heç bir rəsmi geri dönüş olmamış və hesabından pul vəsaitinin silinməsi hüquqi cəhətdən əsaslandırılmamışdır. Yəni cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək əsassız var lanmışdır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus hesabdan silinmiş 4.180 manat pul vəsaitini hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli iş üzrə 17dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli kredit müqavilələrinin 4.1-ci və 11.1-ci bəndlərindən görünür ki, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ABB-nın İddiaçı aid olan səhmlərdən əldə olunan dividentlər çıxış edir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqsirdə borcverən NAQ 276987-AZN-3801-01 saylı cari hesaba daxil olan vəsaiti akseptsiz qaydada silir. Kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan NAQ 276987-AZN-3801-01 ssuda hesabı ilə təmin edilir. Borc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı kredit müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamışdır. İddiaçı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqavilələrinin şərtlərini əsas götürərək iddiaçının hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 6, 390.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Birinci instansiya məhkəməsində birləşdirilmiş iş üzrə icraat

12. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Kredit Reyestrində onun adına qeydə alınmış, cavabdehlə onun arasında olan xx.xx.2007-ci il və xx.xx.2006-cı il tarixli kredit müqavilələrindən yaranmış öhdəlik kimi qeydə alınan 55.739,90 manat və 5.079,64 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, cavabdehdə ******************** nömrəli hesabı mövcuddur. xx.xx.2021-ci il tarixdə onun hesabına həmin Bankda olan səhmlərinin dividendi kimi 4.180 manat pul vəsaiti köçürülmüş və elə həmin tarixdə də 4.180 manat pul və saiti Bank tərəfindən silinmişdir. xx.xx.2021-ci il tarixdə Bankın Nərimanov rayon filialından aldığı bank çıxarışında əməliyyat “Kredit ödənişi PKD Soft” kimi göstərilmişdir. Bu halla bağlı cavabdehə qarşı “pul vəsaitinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı qarşı tərəfin nümayəndəsi bildirdi ki, guya onun adına kredit müqaviləsi var və bu müqavilələr üzrə cavabdehə borcu vardır və bu səbəbdən onun səhmlərinə gələn dividentlər borcun qarşılığı kimi bank tərəfindən silinir. Lakin onun cavabdehə kredit müqaviləsi üzrə borcu yox idi. Bundan sonra o bu hala aydınlıq gəlməsi üçün, Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış əldə etdi və cavabdeh banka müraciət edərək adına olan kredit müqavilələrinin bir nüsxəsi ni tələb etdi, cavabdeh bankın filialı tərəfindən ona cavabdehlə arasında xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əlavənin edilməsi haqqında 23 fevral 2009-cu il, 05 avqust 2009-cu il, 19 avqust 2010-cu il, 20 avqust 2011-ci il tarixli müqavilələr və X1 müdiri cənab K.Orucova onun adından, yəni onun adından yazılmış xx.xx.2010-cu il, xx.xx.2011-cu il, xx.xx.2013-cu il tarixli ərizələr təqdim edildi. xx.xx.2006cı il tarixli müqavilənin özü ona təqdim edilmədi. Lakin qeyd edilən bu müqavilələrə əlavələr habelə cənab K.Orucova ünvanlanmış ərizələr onun tərəfindən yazılmamış və o sənədlərdəki imzaların heç biri ona məxsus olmamışdır. Bu səbəbdən də həmin müqavilələrə əlavələr habelə K.Orucova ünvanlanmış ərizələr öz-özlüyündə etibarsızdır və iddiaçı üçün heç bir öhdəlik yaratmır. Bundan ə lavə "xxxx"ndan ona verimiş çıxarışdan görünür ki, onun Banka xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55.739,90 manat, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 5.079,64 manat borcu vardır. Lakin onun bu kredit müqavilələri üzrə Banka hər hansı bir borc öhdəliyi mövcud deyildir və göründüyü kimi müqavilələrdəki imzalar da ona məxsus deyil. 14. “X2” MMC-nin xx.xx.2021-ci il tarixli, 530 saylı ekspert rəyinə əsasən mübahisə predmetinə aid olan tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əlavənin edilməsi haqqında: 1. 23 fevral 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 2. 05 avqust 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 3. 19 avqust 2010-cu il tarixli müqavilənin “İd diaçı” qrafasında icra edilmiş mübahisəli imza, 4. 20 avqust 2011-ci il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza; Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab K.Orucova İddiaçı adından yazılmış: 1. xx.xx.2010-cu il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 2. xx.xx.2011-ci il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 3.xx.xx.2013-cü il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1144 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 116-123-cü vərəqələrində yerləşən "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında olan 22 avqust 2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinin sonuncu vərəqində “Borc alan İddiaçı” qrafasından aşağıda yerləşən “İmza qrafasındakı imza və “İddiaçı” əlyazmaları, 124-127-ci vərəqlərində olan 12 iyun 2006-cı il tarixli kredit sifarişində “İmza:9 qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinə 20 avqust 2007-ci il tarixli əlavə razılaşmada (N 131) “Borcalan” qrafasındakı imza və “Hüseynov” əlyazması; mülki işin 135-142-ci vərəqlərində yerləşən “Azərbaycan Beynəlxalq Bankı" Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2007-cı il tarixli 10435 nömrəli kredit müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzala r, 7-cİ vərəqində “Borc alan: İddiaçı” qrafasından aşağıda yerləşən imza” qrafasındakı imza və “İddiaçı" əlyazmaları, 143-146-cı vərəqlərində olan 24 dekabr 2007-ci il tarixli kredit sifarişində “İmza:” qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2007-ci il tarixli (i/150) ərizədə "İddiaçı" yazılarından əvvəl yerləşən imza və “İddiaçı" əlyazmaları - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2009cu il tarixli (i/v 128) və xx.xx.2010-cu il tarixli (i/v 129) və tarixsiz (i/v 130) ərizələrdə “İddiaçı“ yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixlil, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010-cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda (i/v 132-134a) “Borcalan" qraf asındakı imzalar; xx.xx.2013-cü il tarixli (i/v 148) və xx.xx.2009-cu İl tarixli (i/v 149) ərizələrdə “İddiaçı" yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il tarixli, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr _2Q10-cu il tarixli əlavə razılaşmalarda (i/v 147, 151-152) “Borcalan” qrafalarındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-792/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin edilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki mübahisəli kredit müqavilələri qanunvericili yə uyğun şəkildə bağlanılmış, həmin müqavilələr, müqavilə tərəfi olan şəxslər tərəfindən şəxsən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. İddiaçının kredit müqavilələrinin onun tərəfindən imzalanmadığına, həmin sənədlərə əsasən ona aid hər hansı öhdəliyin yaranmadığına dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mübahisələndirilən kredit müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsas vermir.

18. Məhkəmə cavabdehin təqdim etdiyi bəzi sənədlərin İddiaçı tərəfindən imzalanmadığını nəzərə alaraq qeyd etmişdir ki, bu sənədlər kredit məbləğinin verilməsinə dair ərizə və müqavilə deyil, iddiaçı tərəfindən imzalanmış əsas müqavilələr üzrə verilmiş kredit məbləğinin qalıq vəsaitindən istifadə müddətinin uzadılmasına dair ərizələr və bu ərizələrə əsasən bağlanmış razılaşmalardır və həmin sənədlərin iddiaçı tərəfindən imzalanmaması tərəflər arasında müvafiq öhdəlik hüquq münasibətlərinin yaranmaması anlamına gəlmir. Həmin sənədlərin etibarsız olması isə iddiaçının mübahisəli kredit müqavilələri üzrə yaranmış borcun ümumi məbləğinə (daha az və çox olmasına) təsiri olsa da, bu məsələ hazırki məhkəmə araşdırmasının predmeti olmadığı üçün məhkəmə ekspert rəyində iddiaçı tərəfindən imzalanmadığı təsbit edilən bu sənədlərə münasibət bildirməsini zəruri hesab etmir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3-cü, 337.1-337.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c)Apellyasiya instansiyası məhkəməsində ic raat

20. İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək iş üzrə qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mübahisə üzrə istinad olunan müqavilələrin etibarlılığı məsələsini yoxlamamışdır. Belə ki qətnamə ilə müəyyən edilmişdir ki, guya onunla bank arasında bağlanmış xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixli kredit müqavilələrinin 4.1-ci və 11.1-ci bəndlərindən görünür ki, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ABB-nın iddiaçıya aid olan səhmlərdən əldə olunan dividendlər çıxış edir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğl ər borcalan tərəfindən ödənilmədiyi təqdirdə borcverən NAQ 276987-AZN-3801- 01 saylı cari hesaba daxil olan vəsaiti akseptsiz qaydada silir. Kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan NAQ 276987-AZN-3801-01 ssuda hesabı ilə təmin edilir. Borc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. İddiaçı kredit müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" ASC ilə həmin müqavilələri bağlamışdır. Borclu İddiaçı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqavilələrinin şərtlərini əsas götürərək iddiaçının hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanun pozuntus una yol verilməmişdir. Halbuki xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli kredit müqavilələri olmamış, o, belə bir müqavilənin varlığından kredit bürosundan çıxarışdan məlumatı olmamışdır, müqavilənin surəti təqdim edilmiş, məhkəmə müqavilənin əslini tələb etməmiş, mötəbər olmayan sübutlar əsasında qətnamə qəbul edilmişdir. Onunla bank arasında belə bir müqavilələr bağlanmamış, belə müqavilələr olsa belə onlara görə müddət ötdüyü üçün müqavilələrə görə tələblər də öz qüvvəsini itirməli idi. Bankın ondan tutduğu həmin məbləğ qeyd edilən müqavilələr üzrə öhdəliyin icrası üçün tutulmamışdır.

22. İddiaçı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-792/2022 nömrəli, 13 oktaybr 2022-ci iltarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələb inin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu, tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verilmədiyini göstərmişdir. Belə ki cavabdeh bankın iddiaçının öhdəliyinin olduğunu iddia etdiyi və məhkəməyə təqdim etdiyi 21 avqust 2006-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilə göstərilən tarixdə 12 ay müddətinə bağlanılmışdır və müqavilə üzrə öhdəliyin icrası kreditdən istifadəyə başlanılan tarixdən 1 ay sonra başlamaqla 12 (on iki) ay müddətində öhdəlik icra olunmalı idi. Göstərilən maddənin tələbinə əsasən, bu müqavilə üzrə öhdəliyin icra müddəti 21 avqust 2007-ci il tarixdə bitmişdi. AR Mülki Məcəlləsinin 551 -ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi icra müddəti 21 avqust 2007-ci il tarixində başa çatan öhdəliyə 2017-ci ildə, yəni 10 il keçdikdən sonra 21 avqust 2017-ci il tarixində xitam verilmişdir. Ona görə də bu müqavilə üzrə iddiaçının cavabdeh "xxxx" ASC qarşısında hər hansı bir öhdəliyinin olması mümkün deyildir. Həmçinin, cavabdeh bank həmin müqavilə üzrə iddiaçının hər hansı bir məbləğdə öhdəliyinin olmasını iddia edirdisə onda bu faktı sübut etməli idi. Yəni nəzərdə tutulan öhdəliyin hansı məbləğdə olmasına dair sənədləri məhkəməyə təqdim etməli idi və məhkəmə bu halı konkret olaraq müəyyənləşdirməli idi. O səbəbdən ki, əgər müqavilə üzrə öhdəlik qalmışdırs a da bu öhdəlik hansı əsaslarla və hansı məbləğdə qalmışdır. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Eyni hal cavabdehin məhkəməyə təqdim etdiyi dekabr 2007-ci il tarixli müqaviləyə də aiddir. Həmin müqavilədən də göründüyü kimi bu müqavilənin müddəti 24 (iyirmi dörd) aydır. Deməli, müqavilə üzrə icra müddəti dekabr 2009-cu ildə bitmişdir. Yenə də göstərilən maddələrin tələbinə əsasən həmin müqavilə üzrə 2019-cu ilin dekabr ayında öhdəliyə tam olaraq xitam verilmişdir. Həmçinin əgər cavabdeh bank iddiaçının bu müqavilə üzrə hər hansı bir məbləğdə borcunun olduğunu iddia edirdisə, həmin müqavilə üzrə borcun məbləği məhkəmə tərəfindən müəyyən edilməli idi. Lakin məhkəmə bu kredit müqaviləsi üzrə də iddiaçının öhdəliyi olubolmama sını, öhdəliyi varsa da hansı məbləğdə olmasını müəyyən etməmişdir. Cavabdeh bank xx.xx.2006-cı il və dekabr 2007-ci il tarixli müqavilələr üzrə iddiaçının öhdəliklərinin olmasını məhkəmədə göstərmiş və məhkəmə bu halı sübut olunmuş hal kimi qəbul etmişdir. Halbuki məhkəmə tərəfindən əgər iddiaçının həmin müqavilələr üzrə icra olunmamış öhdəlikləri qalmışdırsa, doğrudan da, bu icra olunmamış öhdəliklərin hansı məbləğdə qalmasını müəyyən etməli idi və bu halın müəyyən olunması üçün cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim olunmalı idi. Bütün bunlara baxmayaraq məhkəmə bu halı müəyyən etmədən belə nəticəyə gəlmişdir ki, doğrudan da, iddiaçının cavabdeh qarşısında öhdəliyi mövcuddur və bu öhdəlik kredit reyestrində düzgün əks olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddia tələbi əsassızdır. Mərkəzləşdirilmiş kredit reyestrində iddiaçının öhdəliyi kimi göstərilən borc məbləği silinməli deyil. Lakin məhkəmənin bu nəticəsi işin faktiki hallarına uyğun gəlmir. İş materiallarında olan sənədlərlə iddiaçının hətta cavabdeh bankın məhkəməyə təqdim etdiyi müqavilələr üzrə öhdəliyinin olması sübuta yetmir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-144/2023 nömrəli mülki iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsin dən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, iddiaçı tərəfindən Nəsimi Rayon məhkəməsinin 2(006)-792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsi, həmin qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir.

26. Məhkəmə kollegiyası ilk növbədə birinci iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş apellyasiya şikayətini nəzərdən keçirib qeyd etmişdir ki, ikinci iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013- cü il tarixədək (müqa vilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları təşkil edir. ekspert rəyi ilə iddiaçının banka xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir.

27. İddiaçı apellyasiya şikayətində həmin müqavilələrin surətinin təqdim edildiyi, müqavilələrin mövcudluğundan onun məlumatının olmadığını, məhkəm ənin müqavilələrin etibarlılığını yoxlamadığını bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, ikinci iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 116-123-cü vərəqələrində olan tərəflər arasında bağlanmış 22 avqust 2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsinin sonuncu vərəqində “borc alan İddiaçı” qrafasından aşağıda yerləşən “imza qrafasındakı imza və “İddiaçı” əlyazmaları, 124-127-ci vərəqlərində olan 12 iyun 2006-cı il tarixli kredit sifarişində “imza: 9 qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinə 20 avqust 2007-ci il tarixli əlavə razılaşmada (N 131) “Borcalan” qrafasındakı imza və “Hüseynov” əlyazması; mülki işin 135-142-c i vərəqlərində yerləşən tərəflər arasında bağlanmış 26 dekabr 2007-cı il tarixli 10435 nömrəli kredit müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-cİ vərəqində “borc alan: İddiaçı” qrafasından aşağıda yerləşən imza” qrafasındakı imza və “İddiaçı" əlyazmaları, 143-146-cı vərəqlərində olan 24 dekabr 2007-ci il tarixli kredit sifarişində “imza:” qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2007-ci il tarixli ərizədə "İddiaçı" yazılarından əvvəl yerləşən imza və “İddiaçı" əlyazmaları- iddiaçı tərəfindən icra olunmuşdur və iddiaçının apellyasiya şikayətində mövcudluğunu şübhə altına aldığı tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 583 saylı və xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqavilələrindəki imzaların iddiaçıya məxsus olması ekspert rəyi ilə təsdiq edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixli, 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları borcu olmaqla, banka cəmi (39,59 ABŞ dolları+13,16 ABŞ dolları+3076,47 ABŞ dolları+339,69 ABŞ dolları =3468,91 ABŞ dolları) 3468,91 ABŞ dolları (3468,91x1,7=5897,147 manat), yəni 5897,147 manat borcu olduğu müəyyən edilmişdir və iddiaçının onun hesabından silinmiş 4.180 manat pul vəsaitinin hesabına geri qaytarılması barəd ə iddia tələbi onun Bankla bağladığı xx.xx.2006-cı il tarixli, 583 saylı və xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqavilələri üzrə banka 5897,147 manat borcu olduğu müəyyən edildiyindən təmin edilə bilməz.

29. Məhkəmə kollegiyası ikinci iş üzrə iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2009-cu il tarixli və xx.xx.2010-cu il tarixli və tarixsiz ərizələrdə “İddiaçı“ yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixli, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010- cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda “borcalan" qrafasındakı imzalar; xx.xx.2013-cü il və xx.xx.2009-cu İl tarixli ərizələrdə “İddiaçı" yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il tarixli, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr _2Q10-cu il tarixli əlavə razılaşmalarda “borcalan” qrafalarındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Buna baxmayaraq iddia tələbini təmin etməyən rayon məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq edilən ekspert rəyinə əsasən kredit məbləğinin qalıq vəsaitindən istifadə müddətinin uzadılmasına dair bəzi ərizələrin və bu ərizələrə əsasən bağlanmış bəzi razılaşmaların İddiaçı tərəfindən imzalandığı halının öz təsdiqini tapmaması tərəflər arasında kredit müqavilələrinin bağlanmadığına, bu müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətl ərinin ümumiyyətlə yaranmadığına dəlalət etmir. Belə ki sözügedən ekspert rəyi ilə əsas kredit müqavilələrində, kredit sifarişinə dair ərizələrdə, 20 avqust 2007-ci il tarixli əlavə razılaşma və xx.xx.2007-ci il tarixli ərizədə mövcud olan imzanın iddiaçıya məxsus olduğu faktı öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsi xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2010-cu ilə kimi uzadılması barədə xx.xx.2009-cu il tarixli ərizə və xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2011-ci ilə kimi uzadılması barədə xx.xx.2010-cu il tarixli ərizə və xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2013-cü il tarixə kimi uzadılması barədə tarixsiz ərizələrdə “İddiaçı“ yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009cu il tarixli, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010- cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda “borcalan" qrafasındakı imzalar; xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin müddətinin 24 ay, yəni xx.xx.2015-ci il tarixə kimi uzadılması barədə xx.xx.2013-cü il tarixli ərizədəki və xx.xx.2007-ci il kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2010-ci il tarixə kimi uzadılması barədə xx.xx.2009-cu il tarixli ərizələrdə “İddiaçı" yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013- cü il, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr 2010-cu il tarixli əlavə razılaşmalarda “borcalan” qrafalarındakı imzaların İddiaçı tərəf indən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilməsini ekspert rəyi ilə müəyyən etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi ekspert rəyi ilə əsas kredit müqavilələrində, kredit sifarişinə dair ərizələrdə, 20 avqust 2007-ci il tarixli əlavə razılaşma və xx.xx.2007-ci il tarixli ərizədə mövcud olan imzanın iddiaçıya məxsus olduğu faktının öz təsdiqini tapmasına istinad edərək, müqavilənin müddətinin uzadılması barədə ərizə və yuxarıda qeyd edilən həmin müqavilələrə əlavələrə dair razılaşmadakı imzaların iddiaçıya məxsus olmadığının təsdiq olunmasına rəğmən, iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edil məli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Belə olan halda, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi və xx.xx.2007-ci il kredit müqaviləsi iddiaçı tərəfindən imzalansa da, həmin müqavilələrin müddətinin uzadılması, eləcə də həmin müqavilələrə əlavələrə dair razılaşmalardakı imzaların iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edildiyindən həmin uzatma və razılaşmalar etibarsızdır.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli SF5486 saylı çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, iddiaçının xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməli olan faiz məbləği 55.739,90 ABŞ dolları, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə Banka ödənilməli olan faiz m əbləği 5.079,64 ABŞ dolları kimi göstərilmişdir. Çıxarışdan göründüyü kimi iddiaçının xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55.739,90 ABŞ dolları faiz borcunun, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə 5.079,64 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası bildirmişdir ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli SF5486 saylı çıxarışdakı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55.739,90 ABŞ dolları faiz borcundan yuxarıda qeyd edilən ekspert rəyi ilə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 3.416,16 ABŞ dolları borc çıxılmaqla, qalan məbləğ, yəni 52.323,74 ABŞ dolları silinməli, eləcə də xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 5.079,64 ABŞ dolları faiz borcundan yuxarıda qeyd edilən ekspert rəyi ilə x x.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 52,75 ABŞ dolları borc çıxılmaqla, qalan məbləğ, yəni 5026,89 ABŞ dolları silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4, 421.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-144/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilən hissəsində ləğv edilməsi və həmin iş üzrə də iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “borcun silinməsi” ilə bağlı iddia tələbi üzrə xx.xx.2006-cı il və xx.xx.2007-ci tarixli kredit müqavilələrinin və həmin müqavilələrə əlavələrin onun tərəfindən imzalanmadığına və məhz buna görə ona aid hər hansı öhdəliyin yaranmadığına istinad edərək qeydə alınmış 55.739,90 manat və 5.079,64 manat məbləğində borcun silinməsinə dair iddia versə də o, müqavilələri və müqavilələrə əlavələri özü imzalamasa da, bu fakt özünü ekspert rəyində tapsa da, o, müqavilələr bağlandıqdan 15 ilə yaxın müddət keçməsi və heç bir müqavilə bağlamadığını iddia etsə də, bu dövr ərzində ödənişlər etməsi artıq onun bütün müqavilələrə dair öz razılığının olmasına açıq-aydın dəlalət etmişdir. İş materiallarında olan hesabdan çıxarışlara əsasən, iddiaçı həm özü mədaxil etməklə, həm də onun gəlirlərinə tutma yönəldilməklə müqavilələr üzrə ödənişləri həyata keçirmiş və bununla bağlı heç bir narazılığı olmamış, sırf 10 ildən də çox müddət keçdikdən sonra belə bir iddia ilə məhkəməyə müraciət etmək zərurəti duymuşdur. Bu da onu göstərir ki, iddiaçı əsas müqavilələri özü bağlayarkən müqaviləyə əlavələrin də bağlanmasından xəbərdar olmuş və ya ən pis halda sonradan öyrəndikdə belə bəyəndiyini öz aktları, ödənişləri, həmçinin hərəkətsizliyi ilə bildirmişdir. işin hallarının dəqiq və hərtərəfli aydınlaşdırılması və düzgün hüquqi qiymət verilməsi hər zaman olduğu kimi bu kimi mübahisələrdə də məhkəmələrin qarşısına öhdəlik kimi qoyulmuşdur. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmadan səthi yanaşma sərgiləmiş və beləliklə, qanunsuz məhkəmə qətnaməsi çıxarılmışd ır. Hazırki məhkəmə işi ilə bağlı “Borcun silinməsi” tələbi ilə əlaqədar bildirilmişdir ki, hazırki tələb borclunun kredit hüquq münasibətləri üzrə yaranmış borcunun silinməsi ilə bağlı olduğundan, işə məhkəmədə baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki bununla bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4685/2021 saylı qərardadı ilə müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda, borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər

36. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 355.2 və 357ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1 51.1-ci, 153.2.1, 218.3 və 261.0.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli irad ə ifadəsidir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bucürəqdbağlandığıandanetibarsızdır.

43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən a lınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

45. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

47. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

48. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsul iyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddianın qismən təmin edilən hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şi kayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

59. Belə ki apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.2006cı il tarixli, 583 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 39,59 ABŞ dolları, faiz borcu üzrə 13,16 ABŞ dolları, xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3076,47 ABŞ dolları, faiz borcu üzrə 339,69 ABŞ dolları borcu olmaqla, Banka manatla, cəmi 5897,147 manat borcu olduğu müəyyən edilmişdir.

60. Apellyasiya instansiyası məhkəməsi, ikinci iş üzrə iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2009-cu il və xx.xx.2010-cu il tarixli və tarixsiz ərizələrdə “İddiaçı“ yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli, 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il, 05 avqust 2009-cu il, 19 avqust 2010- cu il və 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda “borcalan" qrafasındakı imzalar; xx.xx.2013-cü il və xx.xx.2009-cu İl tarixli ərizələrdə “İddiaçı" yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2007ci il tarixli, 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il, 24 dekabr 2009-cu il, 25 dekabr 2010-cu il tarixli əlavə razılaşmalarda “borcalan” qrafalarındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Buna baxmayaraq iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq edilən ekspert rəyinə əsasən kredit məbləğinin qalıq vəsaitindən istifadə müddətinin uzadılmasına dair bəzi ərizələrin və bu ərizələrə əsasən bağlanmış bəzi razılaşmaların iddiaçı tərəfindən imzalanması halının öz təsdiqini tapmaması tərəflər arasında kredit müqavilələrinin bağlanmadığına, bu müqavilələrdən irəli gələn öhdə lik hüquq münasibətlərinin ümumiyyətlə yaranmadığına dəlalət etmir.

61. Belə ki sözügedən ekspert rəyi ilə əsas kredit müqavilələrində, kredit sifarişinə dair ərizələrdə, 20 avqust 2007-ci il tarixli əlavə razılaşma və xx.xx.2007-ci il tarixli ərizədə mövcud olan imzanın iddiaçıya məxsus olduğu faktı öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsi xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2010-cu ilə kimi uzadılması barədə xx.xx.2009-cu il tarixli ərizə və xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2011-ci ilə kimi uzadılması barədə xx.xx.2010-cu il tarixli ərizə və xx.xx.2006-cı il tarixli kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2013-cü il tarixə kimi uzadılması barədə tarixsiz ərizələrdə “İddi açı“ yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixli, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010-cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda “borcalan" qrafasındakı imzalar; xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin müddətinin 24 ay, yəni xx.xx.2015-ci il tarixə kimi uzadılması barədə xx.xx.2013-cü il tarixli ərizədəki və xx.xx.2007-ci il kredit müqaviləsinin müddətinin 12 ay, yəni xx.xx.2010-ci il tarixə kimi uzadılması barədə xx.xx.2009-cu il tarixli ərizələrdə “İddiaçı" yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr 2010-cu il tarixli əlavə razılaşmalarda “borcalan” qrafalarındakı imzaların İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilməsini ekspert rəyi ilə müəyyən etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi ekspert rəyi ilə əsas kredit müqavilələrində, kredit sifarişinə dair ərizələrdə, 20 avqust 2007-ci il tarixli əlavə razılaşma və xx.xx.2007-ci il tarixli ərizədə mövcud olan imzanın iddiaçıya məxsus olduğu faktının öz təsdiqini tapmasına istinad edərək, müqavilənin müddətinin uzadılması barədə ərizə və yuxarıda qeyd edilən həmin müavilələrə əlavələrə dair razılaşmadakı imzaların iddiaçıya məxsus olmadığının təsdiq olunmasına rəğmən iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalan dığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Belə olan halda, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi və xx.xx.2007-ci il kredit müqaviləsi iddiaçı tərəfindən imzalansa da, həmin müqavilələrin müddətinin uzadılması, eləcə də həmin müqavilələrə əlavələrə dair razılaşmalardakı imzaların iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edildiyindən, həmin uzatma və razılaşmalar etibarsızdır.

63. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, SF-5486 saylı çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, iddiaçının xx.xx.2007-ci il tarixli kredit m üqaviləsi üzrə Banka ödənilməli olan faiz məbləği 55.739,90 ABŞ dolları, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə Banka ödənilməli olan faiz məbləği 5.079,64 ABŞ dolları kimi göstərilmişdir. Çıxarışdan göründüyü kimi iddiaçının xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55.739,90 ABŞ dolları faiz borcunun, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə 5.079,64 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-dən xx.xx.2021ci il tarixli, SF-5486 saylı çıxarışdakı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55.739,90 ABŞ dolları faiz borcundan yuxarıda qeyd edilən ekspert rəyi ilə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 3.416,16 ABŞ dolları borc çıxılmaqla, qalan məbləğ, yəni 52.323,74 ABŞ dolları silinməli, eləcə də xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 5.079,64 ABŞ dolları faiz borcundan yuxarıda qeyd edilən ekspert rəyi ilə xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 52,75 ABŞ dolları borc çıxılmaqla, qalan məbləğ, yəni 5026,89 ABŞ dolları silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

65. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs i mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-144/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar