Məhkəmə qərarları › İş №2(102)-1388/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1388/2024

15.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1388/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1388/24 ( Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 2(103)-7280/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 15 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.2017-ci il tarixli, 45-k nömrəli əmrlə Cavabdeh ASC "xxxx" MMC-nin Şamaxı Sukanal idarəsinə Müştəri xidmətləri qrupuna Metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. 2.04.02.2020-ci il tarixli, 208-k nömrəli əmrlə İddiaçı ilə bağlanmış yeni əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin X7 İdarəsinin 2 nömrəli Regional Sukanal idarəsi üzrə Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. 3.İddiaçı əmək müqaviləsi Cavabdeh ASC-nin X7 İdarəsinin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmrilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirməsi) ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-nin X7 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11 fevral 2022ci il tarixli 31-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı sonradan ərizə verərək, cavabdehin Cavabdeh Açıq Səhmdar Cəmiyy əti (bundan sonra “cavabdeh” və ya “ASC”) ilə əvəz edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddətdə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, rəhbərlik tərəfindən həmişə yaxşı işçi kimi qeyd olunmuş, bir neçə rəis dəyişilsə də, o, öz yerində qalaraq işini davam etdirmişdir. xx.xx.2022-ci il tarixində səhər idarənin hüquqşünası onu xidməti kabinetinə çağırıb işdən öz ərizəsi ilə getməsi barədə ərizə yazıb verməyi tələb etmiş, əks halda onu əmək vəzifələrini kobud pozduğuna görə işdən uzaqlaşdıracaqlarını demişdir. İddiaçı tutduğu vəzifədən getmək istəmədiyini bildirmiş və izah etməyə çalışmışdır ki, 2 övladı vardır, oğlu müharibə iştirakçısı- veterandır, həyat yoldaşı onkoloji xəstəliklə əlaqədar ciddi müalicələr alır, maddi vəziy yəti acınacaqlıdır, öhdəsində xəstə yaşlı anası, xəstə yoldaşı, subay uşaqları vardır, artıq iki ildən çoxdur bu təşkilatda qüsursuz əmək fəaliyyəti ilə məşğuldur, hazırda yaşamağa yeri yoxdur, kirayədə qalır, evin yeganə çörək qazananıdır. Bütün bunları rəhbərliyə bildirsə də, işdən çıxarmanın səbəbini izah etməmiş və ən nəhayət, heç olmasa, haradasa iş tapmaq üçün müəyyən müddət vaxt vermədən elə həmin günü xx.xx.2022-ci il tarixli, 31-k nömrəli əmr verib onu işdən azad etmişdir. İşlədiyi müddətdə intizamlı olmuş, işinə məsuliyyətlə və vicdanla yanaşmış, barəsində hər hansı bir intizam tənbehi tədbirləri verilməmişdir. xx.xx.2022-ci il tarixdə səhər işə gedərkən onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç" maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixində əmək kitabçasını, işdən çıxma əmrini və xx.xx.2022-ci ii tarixli 02 nömrəli protokolu X7 İdarəsindən götürmüşdür. xx.xx.2022-ci il tarixli 31-k nömrəli əmr qanunsuz və əsassızdır, əmrin məzmunu sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal (intizam xətası) göstərilməmiş, əmr əsaslandırılmamış, xx.xx.2022-ci il tarixi sonuncu iş günü olmasına və əmrin surətini dəfələrlə tələb etməsinə baxmayaraq əmrin surəti xx.xx.2022-ci il tarixində ona verilmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, iddiaçı əmək qanunvericiliyini kobud surətdə pozmuşdur, odur ki iddia təmin edilə bilməz. Belə ki, X7 idarə sinin hüquq məsləhətçisi Samir Səfərov tərəfindən idarənin rəisi Eyvaz Hüseynova ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatın surətinə əsasən 2 nömrəli Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndisi İddiaçı və NÖC və avtomatika üzrə çilingəri X4 tərəfindən ciddi intizam xətalarına yol verilməsi faktı aşkar edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı və İmran Qəniyev tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və "Azərsu” ASC-nin abonenti olmayan X2 qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abşeron ÇSS-20 mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı və İmran Qəniyev tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edil miş və "xxxx" ASC-nin abonenti olmayan Şamaxı şəhər 7-saylı uşaq baxçasına da qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abşeron ÇSS-32 mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin qeyd edilmiş su sayğaclarının üzərinə Şovqi Atakişiyev və İmran Qəniyev tərəfindən “Azərsu" ASC loqolu plomblar vurulmuşdur. İddiaçı və İmran Qəniyev qeyd edilmiş faktlarla bağlı X7 idarəsinin 2 №-lı Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun mühəndis qrup rəhbəri Aqşin Əliyevə məlumat verməmişlər. Qeyd edilən xidməti məlumatdan görünür ki, İddiaçı izahatında barəsində yuxarıda qeyd edilmiş faktları təsdiq etmişdir. Səbəb olaraq ona 2 №-lı Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı sukanal sahəsinin rəisi Eldənız Şeydayev tərəfindən tapşırıq verilməsin i bildirmişdir. X6 izahatında qeyd etdikləri öz təsdiqini tapmamışdır. Belə ki, aparılmış araşdırma zamanı İddiaçı ona bu tapşırığı 2 №-li Regional Sukanal idarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı sukanal sahəsinin rəisi Eldəniz Şeydayevın verməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin belə bır tapşırıq olsa belə, İddiaçı onu yerinə yetirməməlidir. Çünki həmin qeyri-əhali obyektlərinə abonent olmadıqları halda sayğac quraşdırılması çox ciddi intizam xətasıdır. Həmçinin İddiaçı yuxarıda qeyd edilmiş vəzifəli şəxslərə tabe deyildir, idarənin əməkdaşıdır. İmran Qəniyev isə izahatında Şövqi Atakişıyevın ona qeyd edilmiş qeyri-əhali obyektində sayğacların quraşdırılması tapşırığını verdiyini və bır daha belə halların təkrar olmayacağını bildirmişdir.

8. Bakı şəhəri Yasamal Ra yon Məhkəməsinin ( bundan sonra-birinci instansiya məhkəməsi) 2(004)-58/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı intizam xətalarına yol vermiş, aparılmış araşdırma zamanı verdiyi izahatında bunu 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərov və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayev tərəfindən verilmiş tapşırıq əsasında etməsini bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığı alınmışdır. 10.Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi halları baxımından belə qənaətə gəlmişdir ki, ASC tərəfindən əmək müqaviləsinə xitam verilərkən müvafiq qanunvericiliyin tələblərinə tam riayət edildiyi üçün iddia təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 1ci hissəsi, 11-ci maddəsinin 1-ci hissəsini “b” və “ə” bəndləri, 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsi, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 83-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdeh ASC-nin nümayəndəsinin həqiqətə uyğun olmayan ifadələrinə inanmışdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələblərinin pozulmasına əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurulmamışdır və bu kimi fakt ümumiyyətlə mövcud deyil.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-2233/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə ( hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma və nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə olan materiallardan, iddiaçının apellyasiya baxışı iclasında verdiyi izahatdan müəyyən edilir ki, Cavabdeh ASC X7 İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2022-ci il tarixdə keçirdiyi iclasda iddiaçı iştirak etmiş və izahat vermişdir. Həmkarlar Komitəsi iddiaçının özünün və digər şəxslərin izahatlarını dinlədikdən sonra müəyyən etmişdir ki, iddiaçı, ASC-nin abonenti olmayan X1 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağç asını qeyri-qanuni olaraq su xəttinə qoşmaqla, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmaqla, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmaqla Əmək Məcəlləsinin və onunla ASC arasında bağlanmış “Əmək müqaviləsinin” şərtlərini pozmuşdur. İddiaçı bu hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqlarına əsasən etdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları təqdim edə bilmir. Əgər həmin şəxslər tərəfindən iddiaçıya bu kimi tapşırıq verilmiş olsa idi belə, iddiaçı, bu kimi tapşırıqların qanunsuz olduğunu nəzərə alaraq tapşırıqları icra etməməli idi. Buna görə də, Həmkarlar Komitəsi qərara gəlmişdir ki, ASC, onunla iddiaçı arasın da bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilər. Həmkarlar Komitəsinin iclasında iştirak etmiş iddiaçı iclas protokolunu imzalamışdır.

16. İddiaçının Həmkarlar Komitəsinin iclasının formal olaraq keçirilməsi, iclasın cəmi 5 dəqiqə ərzində yekunlaşması, iclas zamanı ona söz verilməməməsi barədə dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Həmkarlar Komitəsinin iclas protokoluna əsasən iddiaçının izahatı kimi qeyd edilmiş məlumatlar iddiaçının hazırki iş üzrə məhkəmələrə verdikləri məlumatlar ilə eynilik təşkil edir. Əgər Həmkarlar Komitəsinin iclası iddiaçının bildirdiyi tərzdə keçirilmiş olsa idi, onda iclas protokolundan həmin məlumatlar öz əksini tapmazdı.

17. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndin ə əsasən işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi özü özlüyündə intizam tənbehi olsa da, bu intizam tənbehinə səbəb olmuş intizam pozuntusunun əmrdə qeyd edilməməsi, iddiaçıdan hər hansı izahat alınmaması, ümumiyyətlə, hansı intizam xətasına yol verdiyi barədə iddiaçıya məlumat verilməməsi barədə apellyasiya şikyətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarına əsasən xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ASC-nin X7 İdarəsinin rəisinə izahat yazılmışdır. İzahatın məzmunundan görünür ki, iddiaçının yol verdiyi intizam xətasından məlumatı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununun sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilməsi, əmrin mə zmununda "xxxx" xitam verilməsinə səbəb olmuş halın (intizam xətasının) göstərilməməsi, əmrin əsaslandırılmaması, əmrdə "xxxx" xitam verilməsinə əsas kimi yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin qeyd edilməsi, əmrin məzmununda iddiaçının konkret hansı intizam pozuntusuna yol verməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ASC-nin xx.xx.2022-ci il tarixli, 31K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni iddiaçının əmək vəzifələrini kobud surətdə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir. Bu da o deməkdir ki, iddiaçının bildirdiyi xüsusatlar öz təsdiqini tapmır. Əmrdə "xxxx" xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi qeyd edilmişdir. Əmr əsaslandırılmışdır. Başqa sözlə, iddiaçının bildirdiyi bu dəlillər əsassızdır.

18. Cavabdeh ASC-nin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələblərini pozmasına birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi, iddiaçı tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurulmamasının nəzərə alınmaması dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtl ə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddənin 2-ci hissəsi). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddənin 3-cü hissəsi). İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmış, əmrdə "xxxx" xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozun tusuna yol verməsi qeyd edilmişdir

19. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçının özünün məhkəmələrə verdiyi izahatlardan da göründüyü kimi iddiaçı 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və ASC-nin abonenti olmayan X1 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçasını qeyri-qanuni olaraq su xəttinə qoşmuş, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmış, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmuşdur. Düzdür, iddiaçı, bu kimi hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqları əsasında yerinə yetirdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa, apellyasiya i craatı zamanı verilmiş suala cavab olaraq iddiaçı bildirmişdir ki, bu kimi göstərişin verilməsi qanunsuzdur, çünki hər hansı obyektin su xəttinə qoşulması üçün ilk növbə “Texniki şərt” verilməli, müvafiq icazələr alınmalıdır. X5 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçası ilə bağlı bu proseduralar həyata keçirilməmişdir. Fərhad Heydərovun və Eldəniz Şeydayevin ona bu kimi göstəriş vermək üçün səlahiyyətləri olmamışdır.

20. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının yuxarıda göstərilən hərəkəti nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində digər hallarla yanaşı nəzərdə tutulmuşdur ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddənin “e” bəndi). Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən olan cavabdeh ASC Əmək Məcəlləsinin qeyd edilən normalarına əsaslanaraq iddiaçı ilə onun arasında bağlanmış "xxxx" yuxarıda göstərilən əsasla xitam verməkdə haqlı olmuşdur. ASC tərəfindən verilmiş əmrdə iddiaçının müəssisəyə maddi zərər vurması qeyd edilmədiyindən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “iddiaçı tərəfindən ASC-y ə maddi ziyanın vurulmaması barədə” dəlilinin əsaslılığını müzakirə etməyə lüzum görməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki iş üzrə mübahisələndirilən xitam əmrinə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndinin dispozisiyanın birinci, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi hissəsinin tətbiq edilməsinə hüquqi qiymət verməmiş, hazırki iş üzrə ƏM-nin 72-ci maddəsində “e” bəndində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması halının müəyyən olunmadığını əsas gətirərək iddiaçı ilə ba ğlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddənin "ç" bəndi ilə xitam verilməsi barədə mübahisələndirən əmrin qanuni hesab edilməsi barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinin normalarını düzgün tətbiq etməməklə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 187.1-ci və 203-cü maddəsinin tələblərinə riayət etməmişdir. İddiaçı həmçinin bu kimi hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqları əsasında yerinə yetirdiyini bildirsə də, məhkəmə bu hala əhəmiyyət verməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan izahata sübut kimi lazimi hüquqi qiymət verməmiş və nəticə etibarilə əmək qanunvericiliyinin qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cə hətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Buna görə də işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidi. İddiaçı tərəfindən nəticədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) hər hansı maddi ziyan vurması faktı mövcud dey il. İddiaçının mülkiyyətçiyə hansı maddi ziyan vurması, belə bir ziyanın olması faktı absurddur.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bindan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-3935/2023 nömrəli, 01 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Zaur Əliyev, Vidadi Məmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışınaqaytarılmışdır.

24. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə işəgötürən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinin göndərici normasına - 72-ci maddəsinin "e” bəndinə istinad edərək iddiaçı ilə əmək müqaviləsinə sonuncunun əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam vermişd ir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Lakin cavabdeh iddiaçı ilə əmək müqaviləsinə onun qeyriəhali abonentlərə qanunsuz sayğac quraşdırmasına görə qeyd edilən əsasla xitam versə də, iddiaçının bu əməli nəticəsində işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırma bir yana qalsın, ümumiyyətlə, göstərməmişdir. Bu məsələyə nə əmrdə, nə iddiaçının barəsində verilən xidməti əmrdə, nə də cavabdehin iddiaya etirazında izah verilmişdir. İddiaçı barədə xidməti məlumatda qeyd edilənlərdən göründüyü kimi, həmin qeyri-əhali abonentlər X5 və 7 saylı uşaq bağçası olmaqla ilk baxışdan sosial yönümlü obyektlərdir. Buna görə də, sudan qanunsuz isti fadə edilibsə, həmin obyektlərin fəaliyyət istiqaməti baxımından, bu istifadənin işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gətirməsi, bunun üçün Əmək Məcəlləsinin 186-cı maddəsinə görə məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil.

25. Bundan əlavə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Qeyd edilən müddət kəsici olmaqla, pozuntunun aşkar edildiyi gündən bir ay keçdikdən sonra intizam tənbehinin verilməsini istisna edir. Bu baxımdan, pozuntunun aşkar edildiyi günün müəyyən edilməsi intizam tənbehinin verilməsi üçün müddətin axımının hansı vaxtdan başlanmasını müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyır.

26. Məhkəmələrin istinad etdikləri iddiaçı barədə xidməti məlumatda iddiaçı tərəfindən qeyri-əhali abonentlər olan X5 və 7 saylı uşaq bağçasına qanunsuz sayğac qoyulması halının 2021-ci ilin sentyabr ayında baş verməsi qeyd edilmişdir. Həmin faktla bağlı izahatı alınmış İmran Qəniyev və iddiaçı özü də bu hadisənin 2021-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəlində olmasını bildirmişlər. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr isə 11 fevral 2022-ci ildə verilmişdir. Göründüyü kimi, intizam pozuntusu ilə inzibati tənbeh tədbiri arasında təqvim vaxtı ilə götürdükdə təxminən 5 ay fərq var. Lakin işdən görünür ki, həmin hadisənin nə vaxt aşkar olunmasına nə işəgötürən aydınlıq gətirmiş, nə də əmrin qanuniliyini yoxlamaq vəzifəsini daşıyan məhkəmlər buna qiymət vermişlər. Nəticədə iddiaçıya tətbiq edilən intizam tənbehinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində müəyyən edilən müddət daxilində verilib-verilməməsi məsələsi açıq qalmışdır. Halbuki, bu halın müəyyən edilməsi əmrin qanuniliyi və iddianın həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

27. Buna görə də qeyd edilən məsələlərə qiymət verilmədən işəgötürənin iddiaçı barəsində olan əmrinin qanuniliyi barədə gəlinən nəticə əsaslı sayıla bilməz. Şərh edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının yuxarıda göstərdiyi hallara qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamaqla maddi hüquq normalarının pozuntusu ilə müşayət olunan qətnamə çıxarmışdır”. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bindan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-7280/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Vahid Sadıqov ) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC-nin X7 İdarəsinin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmri ləğv edilməsi və İddiaçı həmin İdarənin 2 nömrəli Regional Sukanal idarəsi üzrə Şamaxı sukanal sahəsinin mühəndisi (metrologiya üzrə mühəndis) vəzifəsinə bərpa edilməsi, 11 fevral 2022-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş bu raxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməsi qət edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası i lə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır.

30. Digər tərəfdən nəzərə alınmalıdır ki, işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, həmin pozuntuların işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi səbəbindən ortaya çıxması, habelə bu pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollek tivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

31. Apellyasiya instansiyasının qənaətinə görə, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. İddiaçının yol verdiyi bildirilən pozuntu onun, yeni inşa edilmiş və Cavabdeh ASC-nin abonenti olmayan X2 və Şamaxı şəhər 7 saylı uşaq baxçasına qeyriqanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan mexaniki tipli su sayğacı quraşdırması, habelə həmin sayğaclara “Azərsu" ASC loqolu plomblar vurması olmuşdur. Adı çəkilən qeyri-əhali istehlakçılarına su xəttinin kim(lər) tərəfindən çəkildiyi qeyri-müəyyəndir – bu xətlər Cavabdeh ASC, yaxud həmin istehlakçıların özləri tərəfindən çəkilmiş ola bilər – lakin görünən odur ki, iddiaçıya istinad olunan pozuntu törədilənə qədər (su xətlərinin üzərinə sayğac quraşdırılana və sayğaclara plomb vurulana qədər) həmin obyektlər sudan sayğacsız və qeyri-qanuni istifadə etmişlər. Başqa sözlə, iddiaçının sözügedən pozuntunu törətməsindən sonra, həmin vaxta qədər cavabdehlə adı çəkilən istehlakçılar arasında olan münasibət baxımından cavabdehin əleyhinə dəyişən heç bir şey olmamışdır; hətta, yaranmış vəziyyəti cavabdehin lehinə olan vəziyyət kimi qiymətləndirmək də mümkündür – belə ki, cavabdehin, sudan qeyri-qanuni çəkilmiş xətt vasitəsilə istifadə edən həmin istehlakçılarla hesablaşmanı qeyri-rəsmi də olsa təmin edə bilməsinə faktiki imkan yaranmışdır. Belə olan halda isə o suala aydınlıq gətirilməlidir ki, qeyri-qanuni çəkilmiş su xətti vasitəsilə sudan istifadə edən qeyri-əhali istehlakçılarına sayğac quraşdırmaqda iddiaçının hansı marağı ola bilərdi, yaxud onun sözügedən davranışı hansı maraqdan (yaxud zərurətdən) qaynaqlanmışdır?. Qeyri-qanuni çəki lmiş su xətti vasitəsilə sudan istifadə edən qeyri-əhali istehlakçısının həmin xəttin üzərində sayğac quraşdırılmasında maraqlı olmayacağı aşkardır; bu hal isə o qənaətə gəlməyə imkan verir ki, iddiaçı, ya bildirdiyi kimi, özündən yuxarı vəzifəli şəxslərin göstərişini yerinə yetirmişdir, ya da işlədiyi müəssisənin mənafelərini qorumaq, yəni sudan sayğacsız istifadənin qarşısını almaq üçün həmin istehlakçılara sayğac quraşdırmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının, cavabdeh müəssisənin anbarından öz təşəbbüsü ilə su sayğacı və plomb götürmək səlahiyyətinə sahib şəxs olmadığı müəyyən edildiyindən kollegiya hesab edir ki, iddiaçının bildirdikləri ağlabatan mühakimə əsasında daha inandırıcı görünür və əksi sübuta yetirilmədiyindən onun lehinə şərh olunmalıdı r. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər heç bir intizam tənbehi almamış olması, ailə vəziyyəti, oğlunun Vətən Müharibəsində iştirakı nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Cavabdehin nümayəndəsinin bildirməsinə görə, iddiaçıya istinad olunan pozuntu nəticəsində müəssisəyə 1500-1600 manat ziyan dəymiş, həmin ziyanın bir hissəsi Şamaxı şəhər 7 saylı Uşaq Bağçasına tətbiq olunan cərimə ilə aradan qaldırılmışdır. Bu hal həm də o qənaətə gəlməyə əsas veri r ki, ziyanın digər hissəsi X2 tətbiq olunacaq cərimə vasitəsilə aradan qaldırıla bilər.

33. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının barəsində Həmkarlar Təşkilatının iclası da formal keçirilmiş, işəgötürənin xx.xx.2022-ci il tarixli təqdimatına həmin gün baxılaraq və iddiaçının bildirdiyi hallarla bağlı heç bir araşdırma aparılmayaraq, onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam olunmasına razılıq verilmişdir. X3, əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin yaratdıqları birlik olması etibarilə işəgötürənin sifarişini həyata keçirən qurum kimi deyil, işçiyə istinad olunan pozuntuların həqiqətən mövcud olub-olmadığını araşdırmalı olan qurum kimi fəaliyyət göstərməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 31K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yəni iddiaçının əmək vəzifələrini kobud surətdə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən müəssisənin va ya mülkiyyətçinin qanuni mənafeyina ciddi xələl gətirməsi) xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hal göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi açıq-aşkar qeyd edilmiş dir. İddiaçının "xxxx" ASC-nin abonenti sayılmayan X2 va Şamaxı şəhər 7 saylı Uşaq Bağçası kimi mühüm əhəmiyyətli obyektlərə qanunsuz olaraq su xəttinin çəkilməsi və qanunsuz olaraq "xxxx" ASC-yə məxsus loqolu plombların vurulması nəticəsində cavabdeh kimi "xxxx" ASC-yə maddi ziyan dəymişdir. Belə ki, "xxxx" ASC ilə hər hansı müqavilə bağlamadan, müvafiq icazələr va texniki şərt verilmədən sözügedən obyektlərdə sudan istifadə edilməsi qanunsuz olmaqla "xxxx" ASC-nin maddi itkisi hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məc əllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

38. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

39. Maddə 72, (“e” bəndi). İşçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsin də işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

40. Maddə 76 (1). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

41. Maddə 80 (1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

42. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisən in həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

43. Maddə 186 (1). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

44. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

45. Maddə 186 (3). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

46. Maddə 187 (1). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

47. Maddə 203 (1). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

48. Maddə 203 (2). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

49. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayə tin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

58. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, iş üzrə əvvəlki kassasiya məhkəməsinin göstərişləri üzrə ətraflı araşdırma aparılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq norm aları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(103)7280/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar