Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1388/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kompensasiya ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-108/2025 nömrə li 13 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv.m, yardımçı sahəsi 27.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə yaşamaqla mənzilə dair istifadə hüquqları vardır. Cavabdeh1 iddiaçının qardaşı, digər cavabdeh Salihat Ağakərimov iddiaçının qardaşı arvadı, cavabdeh Nail Ağakərimov isə cavabdehlərin oğludur.
2. Qusar Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli e-2(029)-312/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 manat kompensasiya ödənilməklə onların ünvan 2 evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir (hakim Əli Cəlilov).
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1697/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-312/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cava bdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlərə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 8.000 manat kompensasiya ödəməklə onların ünvan 2 evə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh3 iddiaçının qardaşı arvadı və Cavabdeh2 isə iddiaçının qardaşı oğludur. Cavabdehlər hazırda isə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bağışlama müqaviləsinə əsasən iddiaçının atası Qusar rayonu, Qusar şəhəri, M.Vəliyev küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50.5 kv.m yaşayış, 27,6 kv.m yardımçı olmaqla ümumi 78.1 kv.m sahədən ibarət olan 14 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışlar. Həmin ev paylı mülkiyyət deyil və tam pay olaraq İddiaçı mülkiyyətindədir. Hesab edir ki, şəxsə 8000 manat kompensasiya ödəməklə onların ünvan 2 evə olan yaşayış hüququna xitam verilməlidir.
6. Məhkəmə iclasında iddiaçı tərəf məhkəmənin kompensasiyanın məbləğinin artırılması təklif məsələsinə müsbət yanaşaraq kompensasiyanın məbləğini artıraraq 9.000 manat məbləğində təklif etmişdir.
7. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və göstərmişdir ki, mübahisə olunan mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil ünvan 4 ünvanda yerləşir, ev üç otaqdan, bir balaca eyvandan və bir balaca mətbəxdən ibarətdir, əslində ev iki otaqlıdır, mətbəxdən otaq kimi i stifadə edilir. Hazırda həmin evdə onun qardaşı və onun ailəsi qalır. Hazırda Həştərxan şəhərində qızı ilə qızının evində müvəqqəti qalır. O, ünvan 4 ünvanda yerləşən evdə qeydiyyatdadır. Qusar rayonunda olan mülkiyyət hüququ ilə ona məxsus olan evdən o istifadə edə bilmir, cavabdehlər onu həmin evə qoymur. Həmin evin aylıq kirayə haqqını ekspert 170 manat yazıb, cavabdehlər həmin evin aylıq kirayə haqqını 250 manat qeyd edir, o da, üç ilin kirayə haqqı olaraq doqquz min manatı cavabdehlərə verir.
8. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, 15.000 manat verildiyi təqdirdə həmin mənzildən çıxmağa razıdır. Özünə torpaq alıb ev tikəcək. 9.000 manata nə mənzil almaq olar, nə də ki, ev tikmək olar. Təklif olunan məbləğ çox aşağıdır. Mübahisə olunan mənz ilin üç otağın ikisi Zarinaya məxsusdur, bir otağı isə onlara məxsusdur. Zarina iki otaqdan istifadə edir. Qaldığı mənzilin aylıq kirayə haqqı 250 manatdır. Mübahisə olunan mənzilin mülkiyyət hüququ iddiaçıya məxsusdur.
9. Məhkəmə iclasında Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, mübahisə olunan ev iki otaq, böyük eyvan və mətbəxdən ibarətdir. Həmin evin aylıq kirayə haqqı 250 manatdır. Təklif olunan kompensasiya məbləği çox aşağıdır, yuxarı məbləğdə kompensasiya verildiyi təqdirdə həmin evdən çıxmağa razıdır.
10. İşdə olan "xxxx" MMC-nin UNİİM 23-293/2024 nömrəli 27 may 2024-cu il tarixli rəyinə əsasən sözügedən evin bazar dəyəri 49.000 manat, oxşar şəraitli evlərin aylıq kirayə haqqı 300 manat müəyyən olunmuşdur.
11. İşdə olan “X2 Service” tərəfin dən verilmiş 12 iyun 2024-cü il tarixli FY 01-006/24 saylı hesabatdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Qusar şəhəri, M.Vəliyev küçəsi ünvanında, 0.004 ha torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinin qiymətləndirilmə tapşırığına uyğun olaraq hesablanmış ədalətli baza dəyəri 12 iyun 2024cü il tarixinə 37.700 manat, aylıq icarə (kirayə) dəyəri 12 iyun 2024-cü il tarixinə 170 manat təşkil edir.
12. Qusar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(029)-421/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 9.000 manat kompensasiya ödənilməklə onların ünvan 2 evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. (hakim Əli Cəlilov).
13. Birin ci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin 9.000 manat məbləğində pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayətdir. İstifadə hüququna xitam verilməsi müqabilində cavabdehlərə təklif olunan 9.000 manat məbləğində kompensasiya hazırkı bazar qiymətinə uyğundur, kompensasiyanın bu məbləği istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə həmin evlə müqayisədə oxşar şəraitli evdə yaşamaq imkanı verə bilər.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 153, 157, 228-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci ma ddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli e-2(029)-421/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və id dianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi mülkiyyət hüququndan sui-istifadə olmaqla, cavabdehlərin yaşayış və sosial vəziyyətlərinin çətinləşdirilməsinə yönəlmişdir. Yaşayış evini bağışlama yolu ilə əldə etmiş iddiaçı həmin evdən cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbini irəli sürməklə, əldə etdiyi mülkiyyət hüququndan bəxşiş verənin ailə üzvlərinə qarşı pis niyyətlə istifadə etmiş olur. Ona görə də hesab edir ki, iddia tələbi və onun təmininə dair şikayət olunan qətnamə əsaslı deyildir. Məhkəmənin iddianın təmin edilməsi qənaətinə gəlməsinə səbəb – iş üçün mühüm əhəmiyyəti olan halların tam araşdırılmaması, yaşayış evinin bağışlanması zamanı və ondan sonrakı müddətl ərdə tərəflərin davam etmiş münasibətlərinə düzgün qiymət verilməməsi və həmçinin, kompensasiya məbləğinin təyinində mühüm yanlışlığa yol verilərək maddi hüquq normalarının düzgün tətbiq edilməməsi olmuşdur. Belə ki, İddiaçı onun doğma bacısıdır, digər cavabdehlər Cavabdeh3 onun həyat yoldaşı, Cavabdeh2 isə oğludur. Yəni digər cavabdehlər iddiaçının gəlini və qardaşı oğludur. Göründüyü kimi, iş üzrə tərəflər ailə üzvləri olmaq etibarilə sözügedən fərdi yaşayış evində qeydiyyatda olub birgə yaşayırlar. Daha dəqiq deyilsə, cavabdehlər həmin evdə daimi yaşayır, iddiaçı isə çox vaxt Rusiya Federasiyasında olmaqla orada yaşayıb işləyir. Həmin ev onun və iddiaçının ataları olan Dalik Ağarəhimova məxsus olmuşdur. O və bacısı İddiaçı həmin evdə anadan olub, orada böyümüşlər. Cavabdeh Salihat həmin evə xx.xx.1996-cı il tarixdə gəlin gəlmişdir. O dövrdə evin əvvəlki mülkiyyətçisi olan atası sağ olmuş, sonuncu 7 avqust 2012-ci ildə vəfat etmişdir. Cavabdeh Nail xx.xx.2000-cü il tarixdə həmin evdə anadan olmuşdur. X7 evi qızı (iddiaçı) İddiaçı bağışlayanda, evin əvvəlki mülkiyyətçisi və iş üzrə tərəflər həmin evdə birgə yaşamışlar, bağışlamadan sonra da evə dair artıq mövcud olmuş tərəflərə aid istifadə hüququ faktiki əvvəlki vəziyyətində saxlanılmışdır. Bağışlama müqaviləsi də bu şəkildə, yəni evdə olan ailə üzvlərinin evdən istifadə hüquqlarına toxunulmadan rəsmiləşdirilmişdir. Həmçinin evin məhz iddiaçının adına bağışlanmaqla rəsmiləşdirilməsinin zərurəti həmin dövrdə onun (Cavabdeh1) həbsdə olmasından irəli gəlmişdir. O, razılıq ərizəsini və etibarnaməni də bacısının adına cəzaçəkm ə müəssisəsindən vermişdir. Bütün ailə üzvlərinin hüquqlarının saxlanılması şərtilə evin iddiaçıya bağışlanması baş tutmuşdur. Göründüyü kimi, mübahisəli evə bağışlama yolu ilə mülkiyyət hüququnu iddiaçı əldə edərkən cavabdehlər həmin evdə qeydiyyatda olmaqla birgə yaşamış və evin bağışlanması zamanı orada yaşamaq hüquqlarına xitam veriləcəyinə dair öhdəlik götürməmişlər. Tam əksinə, evdən istifadə hüquqları saxlanıldığına görə evə mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsinə cavabdehlər etiraz etməmiş, gələcəkdə də bir yerdə yaşamaqda davam etmələri ilə bağlı ümumi razılıq olmuşdur. İddiaçı da yeni mülkiyyətçi olaraq, evi əvvəlki mülkiyyətçidən bu şəkildə qəbul etmişdir. Yəni iddiaçı həmin evə mülkiyyət hüququnu “cavabdehlərin həmin evdə qeydiyyatda olmaqla yaşadıqları və mülk iyyət hüququ ona keçəndən sonra da orada yaşamağa davam edəcəkləri” kimi məhdudiyyətlə qəbul etmişdir. Bu baxımdan da iddiaçı sözügedən evlə bağlı mülkiyyət hüququndan cavabdehlərin həmin evdə yaşamaq hüquqlarına xələl gətirməməklə, hüquqdan suiistifadəyə yol verməməklə istifadə etməlidir. Ona görə də mübahisəli fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən irəli sürülən dəlillərin heç bir hüquqi əsası yoxdur. Eləcə də, iddiaçının guya cavabdehlər tərəfindən ona həmin evdə yaşamağa imkan verilməməsi, mülkiyyətçi hüquqlarını həyata keçirməsinə maneçilik törədilməsi barədə dəlillərinin heç bir faktiki əsası yoxdur. Buna baxmayaraq, məhkəmə qətnamə çıxararkən hesab etmişdir ki, mülkiyyətçi tələb etdiyi halda, müəyyən kompensasiya verməklə, cav abdehi evdən çıxara bilər. Göründüyü kimi, məhkəmənin bununla bağlı mövqeyi hazırkı iş üçün keçərli və əsaslı deyildir. Belə mövqe o halda qəbuledilən olardı ki, cavabdehlər onlara təklif olunan kompensasiya məbləği ilə razılaşmış olsunlar. Razılaşma olmadıqda isə məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği bir tərəfin mövqeyinə uyğun yox, ağlabatan olmalıdır. Yəni kompensasiya məbləği mübahisəli evin yerləşdiyi ərazidə bu cür evlərin dəyəri, həmin evlərin orta kirayə haqqı və s. diqqətəlayiq meyarlar nəzərə alınmaqla müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kompensasiya ödənilməklə cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi kimi düzgün olmayan qənaətə gəlirdisə, onda heç olmasa kompensasiya məbləğini ədalətli şəkildə müəyyən etməli və bunun üçün iddiaçının mövqeyini deyil, cavabdehlərin də düşdükləri əlverişsiz vəziyyəti və kompensasiya məbləğinin düzgün müəyyən olunmasına təsir edən meyarları nəzərə almalı idi. Xatırladır ki, eyni tərəflər arasında eyni iddia tələbi ilə bağlı artıq qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. İddia tələbində yalnız təklif olunan kompensasiyanın məbləği fərqli olmuşdur. Əvvəlki iş üzrə rayon məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsinə dair qanuni qüvvəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1697/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, əvvəllər cavabdehlərə qeyd olunan evə istifadə hüquqlarına xitam verilməsi üçün 10 min manat kompensasiya təklif olunmuş, lakin cavabdehlər bununla razı olmamışlar. Cavabdehlərin apellyasiya instansiyası məhkəməsinə birgə göndərdiklə ri ərizələrində isə 20-25 min manat civarında kompensasiya məbləği təklif olunmasını ədalətli hesab etmişlər... Göründüyü kimi, tərəflərin yaşayış evi ilə bağlı mənafeləri baxımından apellyasiya məhkəməsi kompensasiyanın 10 min manatdan az olmamaq şərti ilə, 20-25 min manat civarında təklif olunmasının ədalətli hesab edilə biləcəyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etmişdir. Nəzərə almaq lazımdır ki, apellyasiya məhkəməsinin həmin qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Qətnamə məhkəməyə təqdim edilmiş, etiraz və vəsatətlərdə ona istinad edilmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə (hakim) təklif olunan kompensasiya məbləğinin müəyyən edilməsində evi n dəyəri ilə bağlı iddiaçının dolayı yollarla əldə etdiyi qiymətləndirmə rəyinə önəm vermişdir. Məhkəmə özü tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının rəyini bir kənara qoyub, iddiaçının sifarişi ilə verilən və aşkar şəkildə yanlış olan qiymətləndirici rəyinə istinad etməklə qətnamə qəbul etmişdir. Halbuki, bu, kobud prosessual pozuntudur. Çünki həmin rəyin qərəzli olduğu və cavabdehləri iddiaçının təklifinə razılaşmağa vadar etmək hədəsi ilə təşkil edildiyi barədə əvvəlcədən məhkəməyə bildirilmiş və sübutlar təqdim edilmişdir. Nəticədə məhkəmə cüzi kompensasiya müqabilində onların ata-baba yurdunda yaşamaq hüquqlarına xitam verməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Əslində onlar təklif edilən kompensasiyanın məbləğindən asılı olmayaraq həmin evdə qalıb yaşamaq istəyir lər. Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-108/2025 nömrəli 13 yanvar 2025-cü il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(029)-421/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. (hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə)
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə özü əmlakın qiymətləndirilməsi ekspertizasının təyin olunması haqqında qərardad qəbul edərək, ekspertizanın keçirilməsini "xxxx" MMC-yə tapşırmışdır. Bu qiymətləndirici tərəfindən verilmiş 27 may 2024-cü il tarixli rəyə əsasən sözügedən evin bazar dəyəri 49.000 manat, oxşar şəraitli evlər in aylıq kirayə haqqı 300 manat müəyyən olunmuşdur. İki qiymətləndirici rəyindən nə üçün "xxxx" MMC tərəfindən veriləni qəbul etməməsi və iddiaçı tərəfindən təqdim olmuş "xxxx" MMC tərəfindən verilən rəyə üstünlük verməsi başa düşülmür. Halbuki, aylıq kirayə haqqı 300 manat hesabı ilə götürüldükdə iddiaçının təklif etdiyi 9.000 manat kompensasiya məbləğinin cavabdehlərin oxşar şəraitli başqa yaşayış sahəsi ilə uzunmüddətli (azı 3 illik) təminatı üçün yetərli olmadığı görünür.
19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya öz evinə gəlməyə və orada yaşamağa imkan verilməməsini təsdiqləyən heç bir sübut təqdim olunmamışdır. Cavabdeh1 apellyasiya şikayətində son 3 il ərzində evdə təmir işləri apararaq, həyətdə köməkçi sahələr inşa edərək evin yaşayış şər aitini xeyli yaxşılaşdırdığını göstərmişdir. Qeyd olunan hallar cavabdehlərin daha yüksək məbləğdə kompensasiya tələb etmələrinə haqq qazandırır.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı iddiaya dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2(029)-312/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 manat kompensasiya ödənilməklə onların ünvan 2 evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1697/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilər ək Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-312/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
21. Məhkəmə kollegiyasının qənaətinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023- cü il tarixli 2(105)-1697/2023 nömrəli qətnaməsində gəldiyi nəticələr MPM-nin 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Həmin qətnamədən görünür ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə cavabdehlərə davamlı surətdə və üç il müddət daxilində başqa yerdə əvvəlki evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi məqsədi ilə 4.000 manat kompensasiya məbləğinin həddən artıq aşağ ı olması müəyyən edilmiş, 15.000 manat məbləğində kompensasiya verilməsi təklif olunmuşdur. Lakin iddiaçının nümayəndəsi bununla əlaqədar iddiaçının adından həmin təklifə razı olmadığını bildirmişdir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə tərəflər arasında mübahisə predmeti olan kompensasiyanın məbləği artıq 15.000 manat həcmində müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı işdə cavabdehlərə təklif edilən kompensasiyanın məbləği 15.000 manatdan az ola bilməz.
22. Göstərilənlərə istinad edən məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlərə məhkəmə kollegiyası tərəfindən təklif edilən 15.000 manat kompensasiya məbləğini verməyə razı olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilərək b irinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitus iyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2025 tarixli, 2(105)-108/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2025 tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublik asının Konstitusiyasının 29-cu və Mülki Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnu pozmuşdur. Cavabdehlər məhkəmə iclaslarında onun evdə yaşamağına razılıqlarını bildirsələr də, faktiki mülkiyyətindəki evinə yaşamağa buraxmırlar.
26. Qusar Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(029)-421/2025 saylı qətnaməsinə əsasən cavabdehlərin xeyrinə müəyyən olunmuş 9.000 manat kompensasiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarının göstərişlərinə uyğun olmuşdur. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2025 tarixli qətnaməni qəbul edərkən bu halları nəzərə almamış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərini pozmuşdur.
27. Həmçinin hesab edir ki, əvvəlki məhkəmə qərarın da işin razılaşma ilə həll edilməsi üçün tərəflərə etdiyi təkliflər hazırkı işin müəyyən edilmiş halı kimi qəbul edilə bilməz.
28. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 157, 228.2, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquq a mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı
31. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edi lir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarı
32. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mü lki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçü n daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, müəyyən edilmiş faktiki hallar baxımından iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Kollegiya apellyasiya məhkəməsi tərəfindən eyni tərəflər arasında əvvəl mövcud olmuş mülki mübahisə zamanı müəyyən edilmiş kompensasiya məbləğinə istinad edilməsini də düzgün hesab edir. Belə ki, həmin mübahisə də eyni predmetlə bağlı olmuş, məhkəmə həmin mübahisədən qısa müddət keçməsini və bu müddət ərzində əmlak bazarında qiymətlərin dəyişməsi ilə bağlı hər hansı halın müəyyən edilməməsini xüsusi olaraq vurğulamışdır.
46. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2025 tarixli, 2(105)-108/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə