Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3008/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və Hüseynova Sevda Ağarza qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2025-ci il 20 may tarixli 2(105)540/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli 2(105)-540/2025 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, 08 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələri İddiaçı1, İddiaçı3, İddiaçı2 hesab edilmiş və onların hər birinin X3 mülkiyyətində olmuş miras əmlak-ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 74.1 kv/m olan mənzil üzərində 1/3 hissədə payları müəyyən edilmişdir. 2. xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin 1/3 hissəsi İddiaçı1 adına ********** qeydiyyat nömrəsi, **********31-05101-093067 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydə alınmış, qalan 1/3 hissəsi İddiaçı2 və 1/3 hissəsi isə İddiaçı3 mülkiyyətinə verilmişdir.
3. Asan 5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzildə İddiaçı1 ilə birlikdə İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhk əmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 12 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, evin boşaldılaraq onlara təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil mərhum anası X3 vəfatından sonra qanun üzrə vərəsəlik qaydasında onların mülkiyyətinə keçmişdir. O və bacısı İddiaçı3 razılığı ilə həmin mənzildə qardaşı v ə ailəsi qalmışdır. Həmin mənzildə İddiaçı2 həyat yoldaşı xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1, qardaşının qızları xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. Qardaşı İddiaçı2 tərəfindən Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürmüşdür. Mənzil hər üçünün də mülkiyyətindədir. Hal-hazırda cavabdehlərin həmin mənzildən istifadəsi onların mülkiyyət hüququndan istifadə etmələrinə maneəçilik yaradır. Nəticədə mülkiyyət hüququ kobud şəkildə pozulur.
6. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, 2 övladı Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 12 №-li mənzildə yaşayır. Onların yaşamağa başqa evləri y oxdur. Həmçinin sözügedən evdə yaşamaq onların qanuni hüququdur. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən, onunla İddiaçı2 arasında olan nikah baldızı İddiaçı1 təsirləri nəticəsində pozulmuşdur. Lakin o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, uşaqlarının atasını heç vaxt mənzildən qovmamışdır. Odur ki, İddiaçı2 həmin mənzildə onlarla yaşamasına etiraz etmir. Lakin o, mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı deyildir.
7. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, atası İddiaçı2 içki aludəçisidir. Bir müddət əvvəl bibisi İddiaçı1 atasını evdən aparmışdır. Onların qalmağa başqa evi yoxdur. Bundan əlavə qarşı tərəfin təklif etdiyi hərəsinə 10000 manat olmaqla, cəmi 30000 manat pul vəsaiti ilə 3 nəfərin yaşaması üçün ev tapmaq qeyri-müm kündür. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6838 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin tərəflər arasında 1/3 hissədə paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4. 2.7 və 2.9.-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4538/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Habil Əhmədov).
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf cavabdehlərin k ompensasiya verilməklə evdən çıxarılmaları barədə iddia qaldırsa da, tələbinin əsaslılığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında cavabdehlərin ağlabatan müddət (2-3 il) ərzində mübahisəli evə uyğun eyni şəraitdə kirayədə yaşaya bilmələri məqsədilə tələb olunan məbləğ barədə hər hansı sənəd (qiymətləndirmə rəyi, konkret ərazi üzrə kirayə haqları barədə arayış, məlumat və s.) mövcud deyildir. Eyni zamanda iddiaçılar kompensasiya məbləğinin cavabdehlərə qabaqcadan deyil, mübahisəli evin satılmasından əldə ediləcək pulun verilməsini izahatlarında bildirmişdirlər. Göründüyü kimi iddiaçılar iddia tələbinə dair sübutlar təqdim etməməklə bərabər, cavabdehlərə kompensasiya məbləğinin nəqd şəkildə verilməsi imkanlarının olmadığını bildirmişlər.
11. Məhkəmə gəldi yi nəticəni Mülki Məcəllənin 152, 157.1, 157.2, 157.4, 157.8, 178.1, 178.2, 228.2, 228.5-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdirlər.
13. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, b irinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Qeyd olunanlardan da göründüyü kimi kompensasiya məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə isə buna heç təşəbbüs belə göstərməmişdir.
14. Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 20 may tarixli 2(105)-540/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-4538/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzildən cavabehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 11666 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçılara təhvil verilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödən ilməsi, cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzilin cavabdehlər tərəfindən boşaldılmasının kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsini qət etmişdir. (hakim X11, hakimlər X9 və X1 ibarət tərkibdə)
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
16. Belə ki, iddiaçıların cavabdehlərə təklif edildiyi sonuncu məbləğ, yəni 35000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan hüquqlarının təmin edilməsi baxımın dan hər iki tərəfin mənafeyinə uyğundur.
17. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/70696 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin xx.xx.2023-cü il tarixinə real bazar dəyəri 65000 manat təşkil edir.
18. Eyni zamanda Daşınmaz Əmlakın alqı-satqı ofisinin (X5) 101 nömrəli 07 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin hazırkı orta bazar qiyməti təmir vəziyyətindən asılı olaraq 70000- 80000 manat aralığında dəyişir.
19. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçılar tərəfindən təklif olunan məbləğ cavabdehlərə ağlabatan müddət ərzində başqa yerdə mübahisəli mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin olunmasına kifayət edir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 27, 152, 157, 228, 228.1, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına, “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14. 2, 77, 88, 218, 220ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-540/2025 saylı 20 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır kı, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sa həsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. İstifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Lakin, məhkəmənin təyin etdiyi kompensasiya məbləğində onun ev almağı mümkün deyildir. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən yaşayış sahəsinin yerləşdiyi ərazidə oxşar mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, kompensasiya müəyyən edilərkən tərəflərin bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən etməli idi. Mübahisəli mənzil mərhum qaynanası X2 miras qalmış, qaynanasının sağlığında o və iki övladı Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 12 saylı mənzildə yaşamış və həmin evdə də qeydiyyata alınmışdır. Başqa yerdə yaşamağa evi yoxdur və bu mənzil yeganə yaşayış yerləridir. Onun və uşaqlarının həmin evə istifadə hüquqları vardır. Ev iddiaçının adına olsa da həmin evdə yaşayırlar. Məhkəmənin təyin etdiyi kompensasiya məbləğində ev almaqları mümkün deyildir.
23. Cavabdeh öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 324.1, 342.5, 324.6, 337.1, 337.3, 337.4, 340.1,351.1, 358.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. K assasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
26. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ed ilə bilməz.
28. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri: 33.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 34.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin məzmununa oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin yaşadıqları və qeydiyyatda olduqları mənzilin hazırda iddi açıların xüsusi mülkiyyətində olması və kassatorun həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır. İddiaçı cavabdehlərə kompensasiya verilməklə bu hüququna xitam verilməsini xahiş etmişdir.
38. Cavabdeh tərəfin mübahisələndirdiyi məsələ təklif olunan kompensasiyanın məbləği ilə bağlı olmuşdur. Kassasiya şikayətinin məzmununda da cavabdeh eyni dəlilləri irəli sürərək başqa yaşayış yerləri olmadığından və iddiaçıların ödəyəcəyi kompensasiya məbləğinə həmin ərazidə oxşar şəraitli ev almaq mümkün olmadığından iddianın rədd edilməsini xahiş etmişdir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisəyə Mülki Məcəllənin 228.2ci maddəsini tətbiq etmiş və həmin maddə ilə bağlı Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişdir ki, iddiaçıların təklif etdiyi kompensasiya cavabdehlərə ağlabatan müddət ərzində başqa yerdə mübahisəli mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin olunmasına kifayət edir. İstifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan kompensasiya məbləğinin yaşayış sahəsi əldə edilməsi üçün kifayət etməməsi mülkiyyətçilərin iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün t ətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-540/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.