Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2924/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh3 Səfı oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsi verilməklə mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyun 2025-ci il tarixli, 2(103)39/2025 saylı qətnaməsindən Cavabdeh3 Səfı oğlunun hüquqi varisi Həsənov Qərib Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərətəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nin istifadəsinə verilmişdir. 2. “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin” 29 may 2014-cü il tarixli Ayrıc Aktından və həmin Akta əlavə edilmiş torpaq sahəsinin cizgisindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə Nizami rayonu, K.Balakişiye v, M.Abbasov və Nəsimi küçəsi, 2400-cü məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 1.9276 ha torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının inşaasına icazə verilmiş və Ayrıc Aktı qeydiyyat kitabında 14/102 sayla qeydiyyata alınmışdır. 3. ünvan 1 ünvanda yerləşən “Yaşayış evinə keçirilən texniki baxış haqqında” 10 fevral 2016-cı il tarixli Aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015ci il tarixli, 542 saylı sərəncamının icrası ilə əlaqədər qeyd olunan ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən bina 1953-cü ildə inşa olunmuş, 2 mərtəbəlidir, mənzillərin sayı 12-dir və sair. Göstərilənlərə əsasən, həmin yaşayış evinin istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.
4. Bakı ş əhər İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən, İddiaçı MTK 21 fevral 2018-ci il tarixli, 01 saylı müraciəti, "xxxx" MTK 21 fevral 2018-ci il tarixli, 173 saylı razılıq məktubu nəzərə alınaraq, Nəsimi rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib edilmiş 12899 saylı İnşaat Pasportu İddiaçı MTK adına rəsmiləşdirilmişdir. 5. 09 fevral 2022-ci il tarixli Aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli, 542 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-c ü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisi İddiaçı MTK həvalə edilmişdir. K.Balakişiyev küçəsində yerləşən 28 saylı binanın sakinləri sahib olduqları mənzillərin əvəzinə yeni inşa ediləcək binada daha geniş sahəyə malik mənzillərin verilməsi barədə öz razılıqlarını vermişlər. Lakin, həmin binanın 4 saylı mənzilinin (çıxarışa əsasən sahəsi 48 kv.metrdir) sahibi X1 digər şəxslərə təklif edilən yüksək şərtlərlə razılaşmayaraq mənzildə yaşamadığı halda tikinti işlərinin aparılmasına maneçilik törədir. Mənzil yaşayış üçün tam yararsız vəziyyətdədir və mənzildə uzun müddətdir ki, yaşayış yoxdur. 6. 06 mart 2022-ci il tarixli Aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarix li, 542 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisi İddiaçı MTK həvalə edilmişdir. Lakin, K.Balakişiyev küçəsi 28 saylı bina sakinlərindən 2 nəfər, yəni 4 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 və 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 mənzilləri boşaldıb təhvil verməkdən imtina etmişlər. Qeyd olunan mənzillərdə normal şəraitin, qapı və pəncələrinin olmaması aktlaşdırılmışdır. Bakı şəhəri, Nizami Rayon İcra Şöbəsinin 03 mart 2022-ci il tarixli Aktı ilə Cavabdeh3 8 saylı mənzilində olan əşyalar Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadına əsasən aktlaşd ırılaraq saxlanılması üçün onlara təhvil verilmişdir. 04 mart 2022-ci il tarixdə İddiaçı MTK tərəfindən K.Balakişiyev küçəsində yerləşən 28 saylı binanın söküntüsünə başlanılmış və 06 mart 2022-ci ildə söküntü işləri başa çatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MTK (bundan sonra- iddiaçı) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) qarşı “əlavə yaşayış sahəsi verilməklə, mənzildən çıxarılma, müvəqqəti yaşamaq üçün kirayə haqqı ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 28 saylı evin 4 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1, Cavabdeh2, eləcə də 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ər azidən yeni tikiləcək yaşayış binasından 20% əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay, hər birinə 300 manat kirayə haqqı ödəməklə, onların sözügedən mənzillərindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyət başçısının 22 dekabr 2015-ci il tarixli, 542 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Qeyd olunan sərəncamın icrası ilə əlaqədar ünvan 1 bin aya Bakı Şəhər İH-in, Bakı Şəhər Mənzil Kommunal Departamentinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agenliliyinin, Reyestr Xidmətinin, İqtisadiyyat Nazirliyinin Mənzil Kommunal Siyasəti Şöbəsinin, Nizami Rayon İH və Nizami Rayon MKTD-in nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Həmin Sərəncamın 1.1-ci bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll olunur. Cavabdehlər istisna olunmaqla, iddiaçı ilə 28 saylı binada yaşayan bütün sakinlər arasında onlara məxsus mənzillərin sökülməsi, həmin sahədə tikiləcək yüksəkmərtəbəli binada onlara daha geniş və abad mənzillərin verilməsi barədə razılıq əldə olunmuşdur. Lakin, sahəsi cəmi 48 kv.m olan 4 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 dəfələrlə yazılı və şifahi təkliflər göndərilsə də danışıqlara gəlməmişdir. Hüquqdan sui-istifadə edərək iddiaçıdan 500.000 manat fantastik məbləğ tələb edir. O, mənzilini tam boşaldıb, mənzildəki bütün əşyalarını yığaraq aparıb. Mənzilin qapı və pəncərələri açıq vəziyyətdədir. Pəncərələrin şüşələri yoxdur. Mənzildə onun hər hansı bir əşyası qalmayıb. Uzun müddətdir ki, özü və ailəsi qeyd olunan mənzildə yaşamır. Bunu təsdiq edən 09 fevral 2022-ci il tarixli Akt vardır. Həmin Akt Bakı şəhəri, 120 saylı MKİS, Bakı şəhəri, Nizami rayon Pİ-in, Karayev City” MTK -ın əməkdaşlarının, habelə sakinlər N.Abuzərli və F.Mirzəyevin iştirakı ilə 4 saylı mənzilə baxış zamanı tərtib olunmuş və həmin şəxslər Aktı imzalamışlar. İddiaçı tərəfindən Cavabdeh1 01 fevral 2022-ci il tarixdə rəsmi məktub göndərilmiş və ona təklif olunmuşdur ki, mülkiyyətində olun 48 kv.m yaşayış sahəsinin əvəzinə daha geniş sahəsi olan mənzil veriləcək. Buna baxmayaraq Cavabdeh1 bu məktubu da cavabsız qoymuş və iddiaçı ilə heç bir əlaqə saxlamamışdır. Bundan başqa, 8 saylı mənzilin sahibi Cavabdeh3 da ona məxsus olan mənzildən köçüb getmişdir. Lakin, iddiaçının yüksəkmərtəbəli, geniş və abad yaşayış binası tikmək üçün göstərdiyi fəaliyyətə maneçilik törədir. Mənzildə qəsdən bir neçə yararsız əşya saxlamaqla mənzili boşaltmaqdan imtina edir. Artıq iddiaçı ilə razılığa gələn binanın di gər sakinləri haqlı olaraq öz narazılıqlarını bildirirlər ki, iki sakinə görə binanın tikinti işlərinə başlanmaması onların qanunla qorunan hüquqlarını pozur. Belə ki, onlar qısa bir müddət ərzində daha geniş və abad mənzillə təmin olmaq ümidlərini cavabdehin qanunazidd hərəkətləri nəticəsində getdikcə itirməkdədirlər. Bundan başqa, tikintiyə gec başlanması sayəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Belə ki, iddiaçı mənzillərini tərk edən sakinlərin kirayə haqlarını ödəyir. Tikinti materiallarının qiyməti durmadan artır və hər gecikdirilən gün iddiaçıya daha çox ziyan dəyir. Ona görə də həm 4, həm də 8 saylı mənzillərdə cavabdehlər yaşamadıqları üçün hal-hazırda onların həmin mənzillərdən çıxarılması aktual məsələ deyil. Lakin, cavabdehlər süni olaraq mənzildə istifadə hüququnu saxlamaqla, ara-sıra əraziyə gəlib-getməklə və onların istədiyi məbləğ verilməsə ərazidə yüksək mərtəbəli binanın tikilməsinə maneçilik törədəcəyini bildirməklə sakinlər arasında təbliğat aparır və tikinti işlərinə başlamağa imkan vermirlər.
9. Cavabdeh3 İddiaçı MTK qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sökülmüş mənzilinin bərpa edilməsi, mənzilin sökülməsi təsbit edilərsə İddiaçı MTK üzərinə həmin ünvanda mülkiyyət hüququ üzrə ona aid olan sökülmüş mənzilin əvəzinə yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması və İddiaçı MTK-nə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş torpaq sahəsində yeni mənzilin inşası üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia tələbində göstərilənlərlə razı deyil. Belə ki, Reyestr Xidməti tərəfindən 22 yanvar 1997-ci ildə verilmiş Qeydiyyat Vasiqəsinə əsasən o, ünvan 1 evin, ümumi sahəsi 40,50 kv.metr olan 8 saylı mənzilinin mülkiyyətçisidir. Həmin mənzildə əlil X9 və iki uşağı- X6 və X8 ilə birlikdə yaşayır. Bakı şəhər İca Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamında qeyd olunmuşdur ki, "xxxx" MTK Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014 cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunan 128999 saylı İnşaat Pasportu İddiaçı MTK adına rəsmiləşdirilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamın ın 1-ci bəndində qeyd olunmuşdur ki, “...yaşayış binalarının tikintisinin ləyihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilsin”. Həmin sərəncamın 1.1-ci yarımbəndində qeyd olunub ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə görə İddiaçı MTK tərəfindən qarşılıqlı razılıq əsasında həll edilməlidir. İddiaçı MTK yalnız orada yaşayan bütün sakinlərin razılığını aldıqdan sonra binanın sökülməsinə başlamağa haqlıdır. Belə razılıq olmadıqda isə onun binanı sökmək hüququ yoxdur. Beləliklə, hətta bir tərəfin razılığı olmadığı halda, sakinlərin məcburi qaydada köçürülməsi qanunsuzdur. Bundan əlavə, yaşayış evinin altında olan torpaq sahəsi dövlət tərəfindən həmin bi nada yaşayan sakinlərin müddətsiz istifadəsinə verilmişdir. Odur ki, həmin sahənin mülkiyyətçisi İddiaçı MTK deyil, dövlətdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli, 542 saylı sərəncamının icra olunmasına ərazidə inşa edilməli olan yüksəkmərtəbəli yaşayış binasının tikinti işlərinin aparılmasına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin hərəkətlərin davam etdirilməsinin cavabdehlərə qadağan edilməsi qərara alınmışdır. İddiaçı MTK həmin qərardaddan suiistifadə edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyət hüququ əsasında məxsus olan 1-ci mərtəbədə 4 saylı və 2-ci mərtəbədə 8 saylı mənzilləri bu ilin 4 martında onlar mənzillə rdə olmadıqları vaxt İddiaçı MTK ev əşyalarını çölə çıxarmış, 6 martda isə həmin mənzilləri tamamilə dağıtmışdır. Bu barədə 06 mart 2022-ci il tarixdə İddiaçı MTK tərəfindən tərtib edilən Aktdan görünür ki, mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilləri boşaltmaqdan və təhvil verməkdən imtina etdiklərinə görə 4 və 8 saylı mənzillər sökülüb. Akt tərtib olunarkən mənzillərdən çıxarılan əşyaların adları göstərilməyib və bununla da, onların Konstitusiya və digər qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulub.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci il tarixli ekspert rəyində göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 28 saylı binanın tamamilə söküldüyü və həmin binanın yerləşdiyi sahədə ye ni tikiləcək tikilinin bünövrəsinin hazırlandığı müəyyən olunmuşdur. Həmin bina tamamilə söküldüyündən (bina faktiki olaraq mövcud deyil), həmin binanın yerləşdiyi sahədə yeni tikilinin bünövrəsi hazırlandığından, sözügedən binanın və həmin binadakı 8 saylı mənzilin bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması, (bloka giriş qapısının, pilləkən və onun meydançasının, pilləkən dayağının, məhəccərin) və mənzillərə çəkilmiş kommunal xətlərin (işıq, qaz, su, kanalizasiya) bərpa olunması texniki cəhətdən mümkün deyil. Tikililərə dəymiş ziyanın dəyəri təmiri və bərpası zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 28 saylı binanın 8 saylı mənzilinin bər pa olunaraq əvvəlki vəziyyətə qaytarılması texniki cəhətdən mümkün olmadığından, həmin mənzilin sökülməsi nəticəsində mənzilin sahibi Cavabdeh3 dəymiş zərərin məbləğini müəyyən etmək mümkün deyil.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli, 2(007)1169/2022 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) ilk iddianın təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 28 saylı evin 4 saylı mənzilinin mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2 və 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasından 20 % əlavə yaşayış sahəsi verilməklə, yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay, hər bir mülkiyyətçiyə 300 manat kirayə haqqı ödənilməklə cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 28 saylı evin 4 və 8 saylı mənzillərdən istifadə hüquqlarına xitam verilməsi, habelə qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı MTK üzərinə ünvan 1 ünvanda yerləşən, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan sökülmüş 8 saylı mənzilin əvəzinə yeni yaşayış binasından ona yeni mənzilin tikilib təhvil verilməsi vəzifəsinin qoyulması və qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
13. Məhkəmə, tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə "xxxx" MTK, daha sonra isə hazırkı iş üzrə iddiaçıya Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1.9276 ha torpaq sahəsi ayrılmışdır. Həmin ərazıdə yerləşən 28 saylı evin 4 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, 8 saylı mənzili isə Cavabdeh3 məxsus olmuşdur. Hazırda iddiaçı, 28 saylı binanın sökülməsi müqabilində həmin ərazidə tikiləcək binadan mülkiyyətçilərə 20% artıq yaşayış sahəsi olan mənzillər təklif edir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, 4 və 8 saylı mənziillərin mülkiyyətçilərindən başqa, binanın digər sakinləri iddiaçı ilə razılaşmış və öz mənzillərini təhvil vermişlər.
14. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmiş və cavabd ehlərə mülkiyyətlərində olan əmlakın müqabilində 20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzillər təklif edilmişdir. Bu isə, cavabdehlərə öz mülkiyyətlərində olan yaşayış sahəsindən qanunsuz və əsassız çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı hal-hazırda qüvvədə olduğundan, həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir.
15. Məhkəmə əlavə olaraq onu da vurğulamışdır ki, cavabdehlərin mülkiyyətində olan mənzillərdən istifadə hüquqlarına xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksək mərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
16. Məhkəmə qeyd etmişdir ki, 28 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən iddiaçı ilə razılaşmaması onların hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə iddiaçıdan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hər əkətlərdə ifadə olunur.
17. Məhkəmə, qeyd etmişdir ki, hüquqdan sui-istifadəyə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır.
18. Məhkəmə, Cavabdeh3 qarşılıqlı iddia tələbi üzrə qeyd etmişdir ki, 28 saylı bina tam olaraq sökülmüşdür və sökülmüş binanın yerində yeni binanın tikintisinə başlanmışdır. Bu səbəbdən də Cavabdeh3 məxsus 8 saylı mənzilin, habelə 28 saylı binanın bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması mümkün deyil. Ona görə də qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması tələbinin mahiyyəti aydın deyil, Cavabdeh3 hans ı müddəti nəzərdə tutduğunu açıqlamamışdır. Belə ki, qeyd olunan sərəncamla yeni binanın tikintisi ilə əlaqədar hər hansı müddət nəzərdə tutulmamışdır. Bundan başqa, qarşılıqlı iddiaçı həm yeni bina tikilməsini tələb edir, həm də tikinti üçün müəyyən olunan müddətin uzadılmasını. Evin sökülməsi təsbit edilərsə İddiaçı MTK üzərinə mülkiyyət hüququ əsasında ona aid olan sökülmüş mənzilin yerində yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması hissədə qarşılıqlı iddia ərizəsi əsaslıdır. Belə ki, mənzilin sökülməsi öz təsdiqini tapmışdır və Cavabdeh3 söküntü nəticəsində ona dəymiş maddi və ya mənəvi zərəri tələb etmir, sökülmüş binanın (onun mülkiyyətində olan 8 saylı mənzilin) yerində həmin ünvanda yeni yaşayış binasının tikilməsi vəzifəsinin İddiaçı MTK üzərinə qoyulmasını tələb edir. İddiaçı sökülmüş binanın yerində yeni binanın tikilməsi və 28 saylı binanın sakinlarinə həmin binada daha geniş və abad mənzillər verilməsi barədə öhdəlik götürdüyü nəzərə alınaraq həmin hissədə qarşılıqlı iddia tələbi təmin olunmalıdır.
20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 5.3, 10, 18-ci, habelə MPM-in 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, i ddiaçı sökülmüş mənzilin yerində yeni çoxmərtəbəli yaşayış binasının inşasına yalnız evin bütün sakinlərinin razılığı olduqda başlaya bilər. Bu mövcud qanunvericiliklə də təsdiq olunub. Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə kommersiya təşkilatı olan iddiaçıya torpaq sahəsi icarəyə dövlət ehtiyacları üçün verilməmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyət başcısının xx.xx.2015-ci il tarixli, 542 saylı sərəncamının icra olunmasına ərazidə inşa edilməli olan yüksək mərtəbəli yaşayış binasında tikinti işlərinin aparılmasına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin hərəkətlərin davam etdirilməsinin cavabdehlərə qadağan edilməsi qərara alınmışdır. O, ünvan 1 evin 8 saylı mənzilində yaşayırdı və iddiaçıya yüksəkmərtəbəli yaşayış binasında tikinti işlərinin aparılmasına heç bir maneə yaratmırdı. İddiaçı ona ayrılmış torpaq sahələrində yaşayış binalarının tikintisini davam edirdi. Onun mənzilində 1-ci qrup əlil olan qardaşı Eldar Həsənov, arvadı və iki uşağı ilə birlikdə yaşayırdı. Həmin qərardad əsasında bu ilin mart ayının 6-da onlar işdə olarkən, iddiaçı cavabdehlərə mülkiyyət hüququ əsasında məxsus olan binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı və 1-ci mərtəbəsində yerləşən 8 saylı mənzillərdən əşyalarını çölə çıxararaq, mənzilləri tamamilə dağıtmışdır. Mənzillərin sökülməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə edilə bilərdi. Artıq 9 aydır ki, onlar müxtəlif mənzillərdə sığınacaq axtarmağa məcbur olmuşlar və mənzildən çıxarılm ış əşyalarını da qaytarmırlar. İddiaçı tərəfindən 09 fevral 2022-ci il tarixdə Akt tərtib edilərkən, 4 və 8 saylı mənzillərdən çıxarılmış əşyaların adları göstərilməmişdir. Cavabdehlərə məxsus mənzillər qanunsuz olaraq sökmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmamışlar və bu da prosessual hüquq normalarının kobud şəkildə pozuntusu hesab olunur.
23. Apellyasiya icraatı zamanı Cavabdeh3 vəfat etmiş və Həsənov Qərib Ramazan oğlu, X4 və X3 mərhum Cavabdeh3 prosessual hüquqi varisləri kimi işə cəlb edilmişlər.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2400 məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsiş məsində inşa edilən 2 saylı yaşayış binasına baxış zamanı naturada təqdim edilən mənzillər arasında ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq edilməklə) 91.26 kv.metr təşkil edən mənzil aşkar edilməmişdir. Müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, mübahisə predmeti olan mənzillərə yaxın ərazidə yerləşən, analoji xüsusiyyətlərə malik mənzillərin satış və kirayə qiymətlərinə dair məlumat əldə etmək mümkün olmamışdır.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyun 2025-ci il tarixli, 2(103)39/2025 saylı qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən, məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli, 2(007)-1169/2022 saylı qətnaməsi yoxlanılan hissəd ə dəyişdirilmiş, Cavabdeh3 mülkiyyətində olmuş və hazırda sökülmüş ünvan 1 evin 8-ci mənzilinin əvəzinə, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, "xxxx" MTK tərəfindən tikilməkdə olan 4 saylı binanın 8-ci mərtəbəsində ümumi sahəsi 79.0 kv.m olan 52 saylı 3 otaqlı studio mənzilin təmirli vəziyyətdə 24 ay müddətinə təhvil verməsinin və bu müddət ərzində hər ay 400 manat kirayə haqqı olmaqla, ev təhvil verilənədək ödənilməsinin İddiaçı MTK üzrərinə qoyulması və qətnamənin yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 28 saylı bina tam olaraq sökülmüş və sökülmüş binanın yerində yeni yaşayış binası inşa edilmişdir. Bu səbəbdən qarşılıqlı iddiaçıya məxsus mənzilin, habelə 28 saylı binanın bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması mümkün deyil. Bu baxımdan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin iclasında sahəsi 91.26 kv.m olan mənzili əvvəl şifahi qaydada təklif etsə də, hazırda həmin mənzilin ekspertin rəyinə görə mövcud olmamasına münasibət bildirərək qeyd etmişdir ki, həqiqətən qeyd olunan ölçüdə boş mənzil əvvəllər mövcud olmuş, lakin sonradan satılmışdır və hazırda binada boş mənzil yalnız sahəsi 79,0 kv.m olan mənzildən ibarətdir.
28. İddiaçının apellyasiya instansiyası məhkəməsinin iclasında irəli sürdüyü digər təkliflə yəni, iddiaçının blankında Cavabdeh3 mülkiyyətində olmuş və hazırda sökülmüş ünvan 1 evin 8-c i mənzilinin əvəzinə, Bakı şəhər, Nizami rayonu, K.Balakişiyev küçəsində "xxxx" MTK tərəfindən tikilməkdə olan 4 saylı binanın 8-ci mərtəbəsindən ümumi sahəsi 79.0 kv.m olan 52 saylı 3 otaqlı studio mənzilin təmirli vəziyyətdə 24 ay müddətində təhvil verməyi və bu müddət ərzində hər ay 400 manat kirayə haqqı olmaqla, ev təhvil verilənədək ödənilməsi ilə cavabdeh tərəf razılaşmasa da, həmin təklif kifayət qədər ədalətli və ağlabatandır və onun icrasının dərhal həyata keçirilməsinə sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan iddiaçı tərəfindən hər hansı maneə yoxdur.
29. Bundan əlavə, məhkəmə kollegiyası müəyyən etmişdir ki, sərəncamı icra edən iddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir və c avabdehə mülkiyyətində olan mənzilin müqabilində ədalətli əvəz təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq mənzildən istifadə hüquqlarına xitam verilməsi kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehə sökülmüş binadakı mənzilin əvəzinə yeni tikiləcək müasir binadan tam təmirli yeni mənzil təklif olunur.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə məxsus mənzilin əvvəlki mövcud texniki göstəriciləri barədə sübut olmadığı üçün əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, cavabdeh mənzilin mərtəbəsini və otaqların sayını qarşılıqlı iddia ərizəsində, apellyasiya şikayətində və izahatında göstərdiyi kimi 2-ci mərtəbədə və 2 otaqlı olması kimi qəbul edilməlidir.
31. Məhekəmə kollegiyası bu qəna ətə gələrkən həmçinin cavabdehin oğlunun birinci instansiya məhkəməsinin iclasında mübahisəli mənzilin 2-ci mərtəbəsində yerləşməsini göstərməsini də nəzərə almışdır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli 8 saylı mənzilin Çıxarışına əsasən cavabdehə məxsus 2 otaqlı mənzilin sahəsi 38 kv.m, MKİS-in 31 may 2025-ci il tarixli arayışına görə isə faktiki 48 kv.m olması qəbul edildiyi halda, bu sahənin qarşılığından 20% dən daha çox, 65%-dir, yəni 79,0 kv.m sahəli mənzil verilməsi ədalətlidir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sökülmüş mənzilin müqabilində təqdim edilən mənzil mülkiyyətçinin əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Yeni tikiləcək yaşayış binasında mənzilin verilməsi hüquqmüəy yənedici sənədlərə əsasən sökülmüş mənzilin yerləşdiyi yerə və ölçüsündən daha artıq mənzilin verilməsini nəzərdə tutur.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan suiistifadədir, cavabdeh iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Bu sui-istifadə cavabdehin 1 mənzilə görə İddiaçı MTK əsassız olaraq 3 mənzil tələb etməsində ifadə olunur.
35. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlsə də, ünvan 1 evin 8 saylı mənzilinin mülkiyyətçisinə həmin ərazidə tikiləcək yaşayış binasından 20% daha çox əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay mülkiyyətçiyə 300 manat kirayə haqqı ödəməklə, Cavabdeh3 ünvan 1 evin 8 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qeyri-müəyyən nəticəyə gəlmişdir.
36. Belə ki, iddiaçının təklifində konkret mənzilə dair göstəricilərin qeyd edilməməsi, mənzilin hansı ünvanda, hansı binada yerləşməsinin dəqiq göstərilməməsi qətnamənin nəticə hissəsində cavabdehə qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi, qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməs inə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər.
37. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə təklif edilən yaşayış sahəsi onun mülkiyyət sahəsinin 20%-dən daha çox sahədir, 65%-dir və bu mənzil verilənədək təklif edilən 400 manat kirayət haqqı ədalətli və ağlabatan məbləğdir.
38. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, iddiaçının kirayə haqqı məbləğinin 400 manatadək qaldırılması təklifini nəzərə almışdır. Halbuki apellyator şikayətində ümumiyyətlə kirayə məbləğini mübahisələndirməmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin iş üzrə xüsusi qərardad qəbul edilməsinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, iddiaçı tərəfindən özgənin əm lakı qəsdən məhv edilməmiş, söküntüyə başlamazdan əvvəl məhkəməyə müraciət edilmiş, müvafiq məhkəmə qərardadının qəbulundan (qərardadın dərhal qüvvəyə minməsi nəzərə alınmaqla) sonra söküntü işləri icra edilmişdir. Bu hal iddiaçının əməkdaşlarının əməlində özgənin əmlakını qəsdən məhv etmə cinayət tərkibinin olmasını istisna edir. Göstərilənlərə əsasən, hazırkı mövcud vəziyyətdə iş üzrə xüsusi qərardad çıxarılmasına əsas yoxdur.
40. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 6.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 15, 18-ci, habelə MPM-in 14.2, 77.1, 79.1, 87, 103.1, 106.1, 217.1, 217.3-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icr aat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh3 hüquqi varisi Qərib Həsənov kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin qeyd edilmişdir ki, müvəqqəti təminat tədbiri barədə qərardadda evin sökülməsi qeyd edilməsə də, İddiaçı MTK işçiləri 4 mart 2022-ci ildə cavabdehlər evdə olmadığı vaxt, özbaşına olaraq hər iki mənzilin qapılarını sındırıb əşyaları çıxardıb, qanunsuz olaraq bütün evi sökmüşl ər. O vaxtdan bu günə kimi cavabdehlər evsiz-eşiksiz qalmışlar. Yaşayış evinin altında olan torpaq sahəsi dövlət tərəfindən həmin binada yaşayan sakinlərinin müddətsiz istifadəsinə verilmişdir. Odur ki, həmin sahənin mülkiyyətçisi iddiaçı deyil, dövlətdir. Bundan başqa göstərilmişdir ki, iddiaçının gələcəkdə yeni tikilidə mənzil hədiyyə edəcək "xxxx" MTK ilə hansı hüquqi münasibətdə olduğu bəlli deyil. İddiaçı tərəfindən mənzil icazəsiz xx.xx.2022-ci il tarixdə söküldüyündən kirayə haqqı da həmin vaxtdan ödənilməlidir. Belə ki, söküntü günündən artıq 3 il 5 aya yaxın vaxt keçmişdir. 4 mart 2022-ci il tarixdən, yəni ev sökülən gündən iddiaçı heç vaxt mənzil təklif etməmiş və ya kirayəçi kimi yaşamaq üçün pul ödəməmişdir. Ona görə də 04 mart 2022-ci il tarixdən, yəni evin söküldüyü gündən Ca vabdeh3 15 yanvar 204-cü il tarixdə vəfat edənədək İddiaçı MTK onun hüquqi varislərinə kirayəçi kimi 15 yanvar 2024-cü il tarixdən mənzilin 3 sahibi kimi kirayədə yaşamaları üçün 1 otaqlı mənzil üçün ayda 400 manat, 2 otaqlı mənzil üçün ayda 600 manat ödəməyə borcludur. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı MTK mənzilin qanunsuz sökülməsinə görə dəymiş maddi ziyanı bazar qiymətinə uyğun mənzilin dəyəri məbləğində ödəməyə borcludur. Həmçinin “Karayev City" MTK dəymiş mənəvi ziyanı da ödəməyə borcludur. Ramazan Həsənvun ailəsi və qardaşı 1-ci qrup əlil Eldar Həsənov ailəsi ilə birlikdə mənzil sökülən gündən indiyədək ağır stress keçirmişlər. Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev küçəsi, 28 saylı evin 8 saylı mənzilinin sahibləri bərabər payda 3 nəfərdir. Lakin, məhkəmə mərhum Cavabdeh3 adına yeni tikilidə mənzil verilməsi barədə qərar qəbul edib. Belə çıxır ki, mövcud qanunvericilikdə və Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamında nəzərdə tutulduğu kimi hər bir mənzil sahibinə İddiaçı MTK tərəfindən yeni mənzil verilməsindən boyun qaçırmaq üçün, məhkəmə qərarında mənzilin əvvəlki sahibini göstərib. Bu isə o, deməkdir ki, Cavabdeh3 vərəsələri təqdim olunan mənzilin birinci növbədə vərəsələri olduqlarını bir daha sübut etməlidirlər. Mülkiyyətçilərə mənzilləri təqdim edərkən məhkəmə, AR Mənzil Məcəlləsinin 57.1 və 57.2-ci maddələrinin tələblərini nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı əvvəlcə Cavabdeh3 olmayan 3 otaqlı mənzil təklif etmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qə tnaməsindən şikayət verilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə kommersiya təşkilatı olan İddiaçı MTK torpaq sahəsi icarəyə dövlət ehtiyacları üçün verilməmişdi. Həmin sərəncama görə, qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibatlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
44. Maddə 12 İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlar ına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
45. Maddə 13 İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
46. Maddə 29 İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
47. Maddə 43 İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəsdirlər.
49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
52. Maddə 56 0.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
53. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
54. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
55. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə də qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 hüquqi varisi Qərib Həsənov tərəfindən bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
66. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir.
67. Belə k i, işdən görünür ki, ünvan 1 evin 4 saylı mənzili Cavabdeh1, Cavabdeh2, 8 saylı mənzil isə Cavabdeh3 mülkiyyətində olub. Bakı şəhər İH başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə K.Balakişiyev küçəsində yerləşən 28 saylı evin də daxil olduğu 1.9276 ha torpaq sahəsi yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün əvvəl "xxxx" MTK, sonradan isə 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamla iddiaçının istifadəsinə verilib. Lakin, qeyd olunan mənzillərin mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzilləri könüllü boşaldıb təhvil vermədikləri üçün 04 mart 2022-ci ildə iddiaçı tərəfindən sözügedən binada söküntü işlərinə başlanıb, 06 mart 2022ci il tarixdə isə söküntü tam başa çatıb.
68. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, ekspertin rə ylərini və işə əlavə edilmiş Aktları nəzərə alaraq müəyyən etmişdir ki, sözügedən bina tam olaraq sökülüb və həmin binanın yerində yeni hündür mərtəbəli, çoxmənzilli yaşayış binaları inşa edilib. Bu səbəbdən də Cavabdeh3 mülkiyyətində olmuş 8 saylı mənzilin və ümumiyyətlə 28 saylı binanın bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması mümkün deyil.
69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qarşılıqlı iddianın qeyd olunan hissəsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu hissədə kassasiya şikayətinin dəlillərinə əsasən əlavə araşdırma aparmağa lüzum görmür.
70. Digər tərəfdən işdən görünür ki, Cavabdeh3 mülkiyyətində olmuş 8 saylı mənzilin də sökülərək, həmin ərazidə iddiaçı tərəfindən yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi nə dair tərəflər arasında qarşılıqlı razılışma əldə edilmədiyi, bu barədə onlar arasında hər hansı müqavilə bağlanmadığı, habelə Mülki Məcəllənin 157.9-cu maddəsində sadalanan qanuni əsaslar müəyyən edilmədiyi, başqa sözlə Cavabdeh3 mülkiyyətində olmuş 8 saylı mənzilin sökülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı halda, onun mülkiyyətində olmuş həmin mənzilin məhz iddiaçı tərəfindən kommersiya məqsədilə sökülərək, onun yerində hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının inşa edilməsi faktı, açıq-aşkar mülki iş materialları ilə istisna olunmur.
71. Bu fakt, bilavasitə iddiaçının özünün nümayəndələrinin iştirakları ilə tərtib edilib, imzalanmış Aktlarla, habelə iş üzrə verilmiş ekspert rəyləri ilə də təsdiq olunur.
72. Göründüyü kimi, Cavabdeh3 İddiaçı MTK qarşı hazırkı tələbləri əslində deliktdən, yəni mülki hüquq pozuntusundan əmələ gəlmişdir. Yəni, iddiaçı məhkəmə aktı olmadan və bu barədə Cavabdeh3la hər hansı müqavilə bağlamadan, onun mülkiyyətində olan 8 saylı mənzili sökməklə əslində ona qarşı qanuna zidd hərəkətlərə yol vermişdir.
73. Qanuna zidd hərəkət (hərəkətsizlik) isə mülki hüquq normaları ilə təsbit olunan, yaxud icazə verilən hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmayan, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər dəyir.
74. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 200 2-ci il tarixli Qərarında da göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilən və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
75. Mülki Məcəllənin 1096.1-ci maddəsində təsbit olunub ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
76. Normanın mənasına görə, mülki hüquq pozuntusu üzr ə məsuliyyətin yaranması üçün üç şərtin eyni vaxtda mövcud olması zərurədir. Yəni, üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl, mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.
77. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilmə lidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə də qoyula bilər.
78. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə- hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
79. Göründüyü kimi, sözügedən normalarda nəzərdə tutulmuş zərər həm real zərərdən, həm də əldən çıxmış faydadan ibarətdir və bütövlükdə Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini nəzərdə tutur.
80. Həmçinin, Mülki Məcəllənin 1115-ci maddəsində zərərin əvəzinin ödənilmə si üsullarından bəhs olunur və həmin normada göstərilir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zəririn vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
81. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh3 mülkiyyətində olmuş 8 saylı mənzil söküldüyü və onun yerində hündür mərtəbəli, çoxmənzilli yeni yaşayış binaları inşa edildiyi üçün həmin mənzilin, habelə mənzilin yerləşdiyi 28 saylı evin ümumiyyətlə yenidən barpası mümkün deyil.
82. Bu fakt iş üzrə keçirilmiş 02 avqust 2022-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunur və həmin rə ydən görünür ki, 28 saylı bina tamamilə sökülüb, onun yerində artıq hündür mərtəbəli çoxmənzilli yaşayış binaları inşa edilib. Bu səbəbdən də həmin binada olmuş 8 saylı mənzilin bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması (bloka giriş qapısının, pilləkən və onun meydançasının, pilləkən dayağının, məhəccərin) və həmin mənzilə çəkilmiş kommunal xətlərin (işıq, qaz, su, kanalizasiya) bərpa edilməsi texniki cəhətdən mümkün deyil.
83. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin ilk və qarşılıqlı iddia tələblərini nəzərə alaraq, İddiaçı MTK üzərinə işin hallarına uyğun olaraq Cavabdeh3 sökülmüş 8 saylı mənzilinin əvəzini naturada ödəmək vəzifəsini qoymaqla düzgün nəticəyə gəlib.
84. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən Cavabdeh3 sənəd üzrə sahəsi 38 kv.metr, faktiki sahəsi 48 kv.metr olan 2 otaqlı sökülmüş mənzilin əvəzinə, həmin ünvanda yeni inşa edilmiş 4 saylı binanın 8-ci mərtəbəsindən 3 otaqlı, tam təmirli, studio tipli, ümumi sahəsi 79,0 kv.metr olan 52 saylı mənzil təqdim edilib.
85. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh3 mülkiyyətində olmuş 8 saylı mənzilin müqabilində əslində ona ədalətli əvəz təklif olunub. Bu isə, Cavabdeh3 öz mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi kimi qəbul edilə və qiymətləndirilə bilməz. Çünki, iddiaçı tərəfindən Cavabdeh3 sökülmüş binadakı əvvəlki mənzilinin əvəzinə yeni tikiləcək müasir binadan tam təmirli, abad yeni mənzil təklif olunub.
86. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işdə ümumiyyətlə Cavabdeh3 məxsus 8 saylı mənzilin əvvəlki mövcud texniki göstəriciləri barədə heç bir sübut olmadığı üçün, işin bu halları üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, Cavabdeh3 8 saylı mənzilin mərtəbəsini, otaqların sayını qarşılıqlı iddia ərizəsində, apellyasiya şikayətində və izahatında göstərdiyi kimi 2-ci mərtəbədə yerləşməklə, 2 otaqlı olması kimi qəbul edilməlidir.
87. Apellyasiya instansiyası məhkəməsi, bu qənaətə gələrkən, həmçinin Cavabdeh3 oğlunun birinci instansiya məhkəməsinin iclasında mübahisəli 8 saylı mənzilin binanın 2-ci mərtəbəsində olmasını göstərməsini də nəzərə almışdır.
88. Apellyasiya instansiyası mə hkəməsi, eyni zamanda işin hallarını, habelə Cavabdeh3 mülkiyyətində olmuş 8 saylı mənzilin yenidən bərpa edilməsinin qeyrimümkünlüyünü nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, mübahisəli 8 saylı mənzilin Çıxarışına əsasən, Cavabdeh3 məxsus 2 otaqlı mənzilin sahəsi 38 kv.m, MKİS-in 31 may 2025-ci il tarixli arayışına görə isə faktiki sahəsinin 48 kv.m olması qəbul edildiyi halda, 48 kv.metr sahənin qarşılığında ona 20% dən daha çox 65%, yəni ümumilikdə sahəsi 79,0 kv.metr olan mənzilin verilməsi ədalətli olmaqla, onun məruz qaldığı zərərə qeyri adekvat deyil.
89. Nəzərə alınmalıdır ki, sökülmüş mənzilin müqabilində təqdim edilən yeni mənzil mülkiyyətçinin əvvəlki vəziyyəti ilə müqayisədə onu əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Yeni tikiləcək yaşayış binasında mənzilin verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş mənzilin yerləşdiyi yerə və ölçüsündən daha artıq mənzilin verilməsini nəzərdə tutur.
90. Daha sonra, işdən görünür ki, Cavabdeh3 mülkiyyətində olmuş 8 saylı mənzilin yerləşdiyi 28 saylı binanı iddiaçı 06 mart 2022-ci il tarixdə tam sökdüyü, həmin vaxtdan Cavabdeh3 (15 yanvar 2024-cü ildə vəfat edib) ailə üzvləri ilə birlikdə faktiki kirayədə yaşadığı, hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisinin tam başa çatdığı müəyyən edildiyi və birinci instansiya məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə yeni tikilən binadan mənzil təhvil verilənədək Cavabdeh3 hər ay 300 manat kirayə haqqının ödənilməsi qət olunduğu halda, apellyasiya instansiyası mə hkəməsi, "xxxx" MTK-nin hüququ statusuna, həmin təşkilatın iddiaçı ilə hüquqi bağlılığına aydınlıq gətirmədən, sökülmüş 8 saylı mənzilin əvəzinə, Cavabdeh3 yeni mənzili “həmin MTK tərəfindən tikildiyini qeyd etdiyi” yeni inşa edilmiş binadan verib, mənzilin təhvil verilməsi üçün əlavə 24 ay müddət müəyyən edib və yalnız bu müddət üçün hər ay 400 manat kirayə haqqı tutub.
91. Halbuki, işin yuxarıda müəyyən edilmiş hallarına görə, Cavabdeh3 qarşı delikti "xxxx" MTK deyil, iddiaçı törədib və ona məxsus 8 saylı mənzil 06 mart 2022-ci ildə iddiaçı tərəfindən sökülüb. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin 8 saylı mənzilin sökülməsinə görə, kirayə haqqının tutulmasını 06 mart 2022-ci il tarixdən müəyyən etməməsi başa düşülən deyil. Odur ki, sözügedən mənzil qanuni əsas olmadan 0 4 mart 2022-ci il tarixdən söküldüyü üçün, İddiaçı MTK-dən də kirayə haqqının tutulması həmin vaxtdan hesablanmalıdır.
92. Daha sonra, Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi digər, o cümlədən onun sökülən 8 saylı mənzildə İ qrup əlil qardaşı- Eldar Həsənov da iki övladı ilə birlikdə yaşadığı üçün, həmin mənzilə görə ona 1 ədəd 2 otaqlı və 2 ədəd 1 otaqlı mənzil verməyə İddiaçı MTK-in borclu olmasına dair dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmçinin, hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən hər hansı razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ona görə də Cava bdeh3 qeyd olunan dəlili əsaslı sayıla bilməz.
93. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh3 hüquqi varisi Qərib Həsənovun kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, ilk və qarşalıqlı iddia tələbləri qismən təmin olunmaqla, mərhum Cavabdeh3 mülkiyyətində olmuş və hazırda iddiaçı tərəfindən sökülmüş 8 saylı mənzilin əvəzinə, həmin ərazidə yeni inşa edilmiş 4 saylı binanın 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, tam təmirli, studio tipli, ümumi sahəsi 79,0 kv.metr olan 52 saylı mənzilin təhvil verilməsi vəzifəsi İddiaçı MTK-in öhdəsinə qoyulmalı və 06 mart 2022-ci ildən hesablanmaqla mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı İddiaçı MTK-dən tutularaq mərhum Cavabde h3 prosessual hüquqi varisləri Qərib Həsənov, Qürbət Həsənov və Gülpəri Həsənovaya verilməli və qalan mübahisələndirilən hissələrdə ilk və qarşılıqlı iddia tələbləri rədd olunmalıdır.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh3 hüquqi varisi Həsənov Qərib Ramazan oğlunun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyun 2025-ci il tarixli, 2(103)39/2025 saylı qətnaməsinə dəyişiklik edilsin, ilk və qarşalıqlı iddia ərizələri qismən təmin olunsun. Mərhum Cavabdeh3 mülkiyyətində olmuş və hazırda İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən sökülmüş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəs i 28 saylı evin 8 saylı mənzilinin əvəzinə, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yeni inşa edilmiş 4 saylı binanın 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, tam təmirli, studio tipli, ümumi sahəsi 79,0 kv.metr olan 52 saylı mənzilin təhvil verilməsi vəzifəsi İddiaçı Mənzil Tikinti Kooperativinin öhdəsinə qoyulsun. 6 mart 2022-ci il tarixdən hesablanmaqla mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı İddiaçı Mənzil Tikinti Kooperativindən tutulub mərhum Cavabdeh3 prosessual hüquqi varisləri Həsənov Qərib Ramazan oğlu, X4 və X2 verilsin. Qalan mübahisələndirilən hissələrdə ilk və qarşılıqlı iddia tələbləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.