Məhkəmə qərarları › İş №2(108)-152/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-152/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-152/2025 04.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbi (Açar sözlər: apellyasiya şikayətindən imtina edilməsi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)- 447/2025 nömrəli qətnaməsindən cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı "04" fevral 2025-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və onların övladları X4 və X5 Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 10 oktyabr 2024-cü il tarixli, 208 nömrəli sərəncamına əsasən sosial kirayə müqaviləsi ilə onun adına verilmiş ünvan 1 ünvanınd a yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-05).

2. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, sosial kirayə müqaviləsi ilə İddiaçı adına dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları X4 və X5 yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi qət edilmişdi (mülki iş İ cild, iş vərəqə 205217). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

3. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Ca vabdeh2 01 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsinin ləğv edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 222228).

4. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “24” sentyabr 2025-ci ildə daxil olmuşdur.

5. Cavabdeh2 26 sentyabr 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayətinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qə tnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 02). c) Apellyasiya şikayətinin əsaslandırılması

6. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsi ilə razı deyillər. 2006-cı ildə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçüb. Həmin ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə 19 ildir orada yaşayırlar. Həmçinin Azərbaycan küçəsi, ev 21-də yaşayan qayınatasına, qayınanasına və 1-ci qrup əlil baldızına qulluq edib. 2011-ci ildə həmin mənzili əsaslı təmir etdirməklə 30.000 (otuz min) manata qədər xərc çəkib, 10000 (on min) manat dəyərində yeni əşyalar alıbla r. Maddi vəziyyətləri yaxşı olmadığından 2024-cü ilin noyabr ayında həmin mənzili kirayə verərək, müvəqqəti yaşamaq üçün qayınatasının yoldaşına bağışladığı Azərbaycan küçəsində yerləşən 21 nömrəli evə köçüblər. Həmin evin heç bir sanitar qovşağı olmasa da ehtiyacları olduğu üçün məcbur orada yaşamağa davam ediblər. Məhkəmə baxışı iclasında qeyd edilən məsələlər müzakirə edilməmiş, məhkəməyə dəvət etdikləri şahidlərin verdiyi ifadələrə qiymət verilməmiş, nəticədə iddiaçının mənafeyinə uyğun əsassız qətnamə qəbul edilmişdi.

7. Cavabdeh1 mübahisəli mənzildə doğulmaqla qeydiyyatda olmuş, Cavabdeh2 isə həmin mənzil qayınatasının istifadəsində olduğu dövrdə onun razılığı ilə gəlin kimi həmin mənzilə köçmüş, qeydiyyata düşməklə yaşamağa başlamışdır. Uşaqlar isə valideynləri ilə, yəni cavabdehl ərlə birlikdə həmin mənzildə yaşadığından, onların hər biri qeyd edilən mənzildən istifadə hüququ əldə etmişlər. Ona görə də onların istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışı zamanı onlara kompensasiya verilmədən mübahisəli mənzildən yaşayış və istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir.

8. Onların yaşadığı ev kommunal şəraiti olmayan bir evdir, haliyyədə orada məcburiyyət qarşısında qaldıqları üçün yaşayırlar. Ona görə də iddiaçının onların yaşayış və istifadə hüquqlarına xitam verilməsinin müqabilində onlara kompensasiya ödəməsi zəruridir ki, əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə özlərini təmin edə bilsinlər.

9. Yuxarıda qeyd olunanların nəticəsi olaraq bildirirlər ki, məhkəmə tərəfindən iş üzrə qeyd edilən nüanslar hərtərəfli və tam şəkildə araşdırılmamışdır ki, bununla da maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.

10. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3 və 174.2-ci maddələrinə istinad etmişdi. İİ. Apellyasiya şikayətinə qarşı etiraz.

11. İddiaçının nümayəndəsi X3 29 oktyabr 2025-ci ildə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə kollegiyaya müraciət etsə də o, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 367.2-ci maddəsində qeyd edilən 20 günlük müddətə əməl etmədiyindən apellyasiya şikayətinə qarşı etiraz kollegiya tərəfindən nəzərə alınmamışdı (mülki iş İİ cild, iş vərəqə 40-43). İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxsin verdiyi izahat.

12. Apellyasiya şikayətinə baxılması ilə bağlı 04 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ərizə ilə kollegiyaya müraciət edərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, həmin apellyasiya şikayətindən imtina etdiyini nəzərə almaqla, apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

14. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəx slərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətindən imtinanı qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi

15. Cavabdeh tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinə əsasən tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, hüququna toxunan məhkəmə aktından şikayət etmək, ondan imtina etmək və ya onu geri götürmək, bir sözlə tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bu prinsipdən irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır.

16. Apellyasiya şikayətindən imtina edilməsinin prosessual qaydası, onun hüquqi həlli və nəticələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 369.2-ci və 369.3-cü maddələrinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

17. Yuxarıda qeyd edilən prosessual norma blanket xarakterli olmaqla, həmin Məc əllənin 191-ci maddəsinə göndərsə də, sonuncu qeyd edilən prosessual normanın mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, o apellyasiya şikayətindən imtinanın qəbul edilib-edilməməsinin hüquqi əsaslarını yox, 369-cu maddə kimi müvafiq müraciətdən imtina edilməsinin prosessual qaydasını, onun hüquqi həllini və nəticələrini müəyyən edir.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə nəzər yetirdikdə aydın olur ki, iddiadan imtina olunmasının qəbul edilməzliyinin hüquqi əsasları həmin Məcəllənin 52.5-ci maddəsində öz əksini tapıb.

19. Belə ki, həmin prosessual normaya əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhk əmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

20. Göründüyü kimi mülki prosessual qanunvericilik iddiadan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365 və 369.3-cü maddələrinin tələbi baxımından apellyasiya şikayətindən imtinanın qəbul olunmazlığını əsasən iki hüquqi əsasla: 21. -onun qanuna zidd olması; 22. -və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması ilə şərtləndirmişdi.

23. Cavabdeh tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasını yuxarıda qeyd edilən hüquqi meyarlar üzrə tədqiq etdikdə aydın olur ki, hazırda apellyasiya şikayətindən imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası Mülki-Pros essual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Buna görə də kollegiya belə hesab edir ki, həmin tərəfin apellyasiya şikayətindən imtinası qəbul olunmalı, Cavabdeh1 və Cavabdeh2 münasibətdə sözügedən prosessual müraciət üzrə apellyasiya icraatına xitam verilməli və bununla bağlı qərardad qəbul edilməlidir. Çünki Mülki-Prosessual Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

24. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)447/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətindən imtinasını qəbul etdiyindən, Azərbaycan Respublikası Mülki-Prosessua l Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsaslanmaqla belə hesab edir ki, işdə iştirak edən şəxsə apellyasiya şikayətindən imtina etməsinin hüquqi nəticəsi izah edilməlidir.

25. Sözügedən halın hüquqi nəticəsi isə Mülki-Prosessual Məcəllənin 369.1ci maddəsində öz əksini tapıb ki, həmin normaya görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

26. Yekunda kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 114.1-ci və 114.1.6-cı maddələrinin mahiyyətindən həmin Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olması aydın olur.

27. Bu səbəbdən d ə kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)-447/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə 01 sentyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 50,60 (əlli manat, altmış qəpik) manat məbləğində rüsumu onun özünə geri qaytarılmalıdır.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

29. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məc əllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

30. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.2, 11.1, 12.2, 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məh kəməsinin 10 iyul 2025-ci il tarixli, 2(078)447/2025 nömrəli qətnaməsindən cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə 01 sentyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 50,60 (əlli manat, altmış qəpik) manat məbləğində rüsumu ona geri qaytarılsın. İşdə iştirak edən şəxslərə izah edilsin ki, Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar