Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3518/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2025-ci il tarixli, 2(103)-3505/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (payçı) ilə "xxxx" MTK (podratçı) arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 97 nömrəli müqaviləyə əsasən, podradçı tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirməklə 3 otaqlı, tam sahəsi eyvan qarışıq 144,81 kv.m olan mənzili payçıya verir, payçı ona düşən mənzilin sahəsinin hər kvadrat metri üçün 345 ABŞ dolları olmaqla, cəmi 50.000 ABŞ dollarını Azərbaycan Respublikasının Milli Bankının kursuna uyğun ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2011-ci il tarixli, 30 saylı protokolundan çxarışa əsasən, İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Mətbuat prospekti, 3141-ci məhəllə, ev 35 A Kooperativ yaşayış binasında, 1-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi 77,68 kv.m, ümumi sahəsi 144,81 kv.m olan 3 otaqlı, 8 saylı mənzil verilsin və dövlət reyestrinə daxil edilməsi barədə qərar verilmişdir. 3. "xxxx" MTK tərəfindən verilmiş 012/133 saylı, xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllədə yerləşən 18 mərtəbəli kooperativ yaşayış binası 35 nömrəli ev "xxxx" MTK-ya məxsusdur. Həmin binanın İ giriş 4-cü mərtəbəsinin ümumi sahəsi - 144,81 kv.m, yaşayış sahəsi 77,68 kv.m olan 8 saylı 3 otaqlı mənzilin tam dəyəri 16.312,80 AZN payçı İddiaçı tərəfindən tam ödə nilmişdir, MTK-ya borcu yoxdur.
4. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin ümumi sahəsi 129,3 kv.m, yaşayış sahəsi 78,4 kv.m, yardımçı sahəsi 50,9 kv.m olan 3 otaqlı 8 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlak dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, bu barədə MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli **********8 qeydiyyat nömrəli **********8905301-093036 reyestr nömrəli çıxarış verilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.
6. Cavabdeh qonşuları X1, X2 və X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda göstərilir ki, Cavabdeh 2007-ci ildən indiyədək Mətbuat prospekti, 3141-c i məhəllə, ev 35A ünvandakı 8 saylı mənzildə pasport qeydiyyatındadır və 2007-ci ildən indiyədək həmin mənzildən istifadə edir. Onlar aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-944/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5077/2023 nömrəli qətnaməsi iddianın avtomobillərin dəyərinin ½ hissəsinin cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsinin təmin edilən hissəsinə aid hissədə ləğv edilməsi və iş həmin hissədə yenidən baxılmaq üçün Apellyasi ya Məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5077/2023 nömrəli qətnaməsi iddia tələbinin mənzilin cavabdehlə aralarında ½ paya bölünməsi hissəsinin təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində istifadə hüququna 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdehlə nikaha daxil olmamışdan əvvəl iddiaçının valideyinlərinin maliyyə vəsaiti hesabına 2004-cü ildə bağlanmış müqavilə ilə iddiaçının adına ünvan 1, 8 saylı mənzil alınmış, həmin mənzil MTK tərəfindən inşa edilmiş, MTK üzvlərinin ümumi iclasının 30 saylı xx.xx.2011-ci il tarixli qərarına və MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışına, 01/132 nömrəli xx.xx.2011-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2011-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçıya qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq ünvan 1, 8 saylı mənzilin birgə nikahda olan əmlak kimi üzərində payının tanınması barədə id dia qaldırmış, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzil birgə nikah dövründə əldə olunmamışdır. Belə ki, mənzilin alınmasına dair müqavilə 2004-cü ildə bağlanmış, mənzilin tam dəyəri isə 2006-cı ildə tam ödənilmişdir. Bu isə o deməkdir ki, 2007-ci ildə tərəflər nikaha daxil olarkən artıq həmin mənzil mövcud idi və birgə nikahda alına bilməzdi. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həmin mənzilin iddiaçının atası X3 tərəfindən alınması tam sübuta yetirilmişdir, cavabdeh ilə ailə qurduqdan sonra həmin mənzilə köçüb hazır evdə yaşamışdır. Bu əsasla Cavabdeh iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş № e2(004)-261/2023, xx.xx.2023-cü il qətnaməsi ilə rədd edilmiş, cavabdehin verdiyi apellyasiya şikayəti Apellyasiya Məhkəməsinin2(103)5077/2023 xx.xx. 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və ünvan 1, 8 saylı mənzil tam şəkildə iddiaçının xüsusi mülkiyyəti olması müəyyən edilmişdir. Hazırda cavabdehin iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1, 8 saylı mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsi zərurəti yaranmışdır. Onların yaşayış sahəsindən birgə istifadə etməyi qeyri-mümkün edir, digər tərəfdən də mülkiyyətçi kimi onun öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Həmçinin cavabdeh əmək qabiliyyətlidir, Gənclik Metro stansiyasının yaxınlığında 14 saylı X4 stamatoloqu kimi daimi iş yeri və əmək haqqısı vardır. Qeyd olunanlarla əlaqədar mediasiyada aramızda heç bir razılaşma əldə olunmamışdır, buna dair MŞB/13/202301795 saylı xx.xx.2023 tarixli Arayış verilm iş, bu səbəbdən məhkəməyə müraciət etmişdir.
10. Cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunmasını, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzili üzərində istifadə hüququna xitam verilməsi və Cavabdeh mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(004)1457/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
12. Qərardad belə əsaslandırı lmışdır ki, qarşılıqlı iddia hazırkı iş üzrə ilkin iddia tələbi ilə qarşılıqlı əlaqəli olmadığından icraata qəbul edilmədən geri qaytarılmalıdır. Cavabdehin qarşılıqlı iddiada göstərdiyi hallar onun iddia ərizəsinə etiraz və mülahizələri olmaqla, iddiaçının təklif etdiyi 8.000 manat kompensasiyanın məbləği ilə razılaşmadığını və onun 43.200 manat ödəniləcəyi təqdirdə iddia tələbi ilə razı olmasını ifadə edir.
13. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüququna 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddiaçı onun tələb etdiyi 48.600 (qırx səkkiz min altı yüz) manat məbləğində pul kompensasiyasını ödəmədiyi təqdirdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 2007-ci ildən indiyədək qeyd olunan mənzildə yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Bu barədə qonşuların aktı işə əlavə edilmişdir. Kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam vermək dedikdə, bazar qiyməti ilə həmin ərazidə yerləşən mənzilin eynisinin icarə haqqının ən azı 3 ili götürülməklə kompensasiya ödənilməsi nəzərdə tutulur. Onun cehiz mebellərinin, avadanlıq və əşyalarının coxluğunu, həmçinin qabaritə görə çox böy ük olmasını və həmin mənzilin eynisinin kirayə qiymətini nəzərə alaraq həmin ərazidə mənzillərin kirayə qiymətinin baha olduğuna görə, təklif edilən 20.000 manat kompensasiya azaldılmış məbləğdir. Həmin ərazidə yeni hündürmərtəbəli çoxmənzilli binalarda sözügedən 3 otaqlı, ümumi sahəsi müqavilə üzrə 144,81 kv.m, çıxarışla 129,3 kv.m olan əla təmirli və bütün şəraitlə və əşyalarla təchiz edilmiş mənzilə bərabər sayılan evlərin kirayə qiyməti daşınmaz əmlak ekspertinin təqdim etdiyi arayışa və daşınmaz əmlak saytlarından təqdim edilən məlumatlara əsasən ayda minimum 1350 (bir min üç yüz əlli) manatdan aşağı deyil və bu da illik 16.200 (on altı min iki yüz) manat təşkil edir. Ümumi məbləğ 3 il üçün 48.600 manat təşkil edir. Hətta məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Naz irliyi Məhkəmə Ekspertizası Mərkəzi həmin mənzilin aylıq kirayə qiymətini 1200 manat təsdiq etmişdir ki, bu da 3 il üçün 43.200 manat təşkil edir. Hazırda mənzillərin kirayə qiymətinin günbəgün artdığı indiki zamanda ona təklif edilən kompensasiyanın da məbləği artmalıdır. Çünki, 20.000 manat ona 2024-cü ilin mayiyun aylarında təklif edilmişdir ki, onda da mənzillərin kirayə qiymətləri indikindən xeyli aşağı idi. Buna görə də hesab edir ki, mənə təklif edilən 20.000 manat məbləğ reallığı əks etdirmir.
16. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 016/KS/24 nömrəli qiymətləndirmə hesabatında göstərilib ki, ünvan 2 ünvanında 8 saylı mənzilin yerləşdiyi ərazidə uyğun şəraitdə orta aylıq kirayə haqqı xx.xx.2024-cü il tarixə 500-600 manat təşkil edir.
17. Məhkəmənin qəra rdadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/56xx-xx/5500 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A, 8 nömrəli təmirli mənzilin analoji mənzillərlə müqayisədə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 293.511 manat (129,3 kv.m x 2270 man) təşkil edir. Qərardadda qeyd edilən digər sual üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə 35A, 8 nömrəli təmirli mənzilin analoji mənzillərlə müqayisədə 2024-cü il tarixinə kirayə haqqı təxminən - 1200,00 manat müəyyən edilir. 2022-ci il və 2023-cü illər üzrə həmin ərazidə kirayə evlər haqqında yerli internet saytlarında və Mərkəzdə məlumat olmadığından qiymət ləndirmə aparmaq mümkün olmamışdır. 18. “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 fevral 2025-ci il tarixli rəyində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə 35a nömrəli evin ümumi sahəsi 129.3 kv.m, yaşayış sahəsi 78.40 kv.m, yardımçı sahəsi 50.90 kv.m sahədən ibarət 3 otaqlı 8 saylı mənzilin aylıq kirayə haqqı qiymətləndirmə obyektinin ümumi sahəsi üzrə 1 aylıq kirayə haqqısı 1100 manat, 1 otaqlı 1 aylıq kirayə haqqı 500-550 manat, 2 otaqlı 1 aylıq kirayə haqqı 600-750 manat kimi müəyyən olunmuşdur.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-60/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Ayşən Sultanova-Məmmədova).
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasi ya məbləği 20.000 manat təşkil edir. Ekspert rəyinə əsasən mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli 3 otaqlı mənzilin 2024-cü il tarixinə 1 aylıq kirayə haqqı təxminən - 1100-1200 manat, 2 otaqlı mənzilin 1 aylıq kirayə haqqı 600-750 manat, 1 otaqlı mənzilin aylıq kirayə haqqı 500-550 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən təklif olunan 20.000 manat məbləğində kompensasiya cavabdehin maddi vəziyyəti və hazırki dövrdə mənzillərin orta bazar qiymətləri nəzərə alınanda sonuncunun özünü başqa yaşayış sahəsi ilə təmin etməyə, 3 il müddətində kirayədə yaşamağa kifayət etmir. Məhkəmə prosesinin gedişində tərəflərə mübahisənin barışıqla həll edilməsi yönündə təklif edilmiş, lakin tərəflər arasında kompensasiyanın məbləği ilə bağlı razılıq əldə olunmamışdı r.
21. Məhkəmə hesab edib ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyildir.
22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamədə kompensasiyanın az olması qərarına hansı səbəbdən bu nəticəyə gəlməsini əsaslandırmır. Qətnamədə 20.000 manat kompensasiyanın az ol ması göstərilsə də, bu nəticə işin hallarına uyğun gəlmir. Belə ki, işdə 3 ədəd mütəxəssis rəyi var və bunlar da onu göstərir ki, təqdim olunan pula cavabdeh 3 il oxşar şəraitdə mənzil kirayə götürüb yaşaya bilər. 25. 05.08.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, cavabdehin sözügedən mənzildən istifadə hüququna 23.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3505/2025 saylı, 5 avqust 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı t ərəfindən Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə cavabdehin istifadə hüququna xitam verilmişdir (sədrlik edən İ.Şirinov, hakimlər F.Abdıyev və N.Cəfərov).
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 28.000 manat kompensasiya cavabdehin maddi vəziyyəti, hazırkı dövrdə həmin ərazidə bir nəfərin yaşaması üçün mənzillərin kirayəsinin orta bazar qiymətləri nəzərə alınanda cavabdehin özünü başqa yaşayış sahəsi ilə təmin etməyə və kirayədə müəyyən müddət yaşamağına imkan verir və məhkəmə təklif edilən 28.000 manat məbləği ağlabatan, eləcə də mülkiyyətçi ilə istifadə hüququ olan şəxs arasında mütənasibliyin qorunması baxımından da ədalətli hesab edir.
28. Məhkəmə kollegiyası gəldi yi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin 30.4, Ailə Məcəlləsinin 1.4, 2.3, 9.1, 9.4, 32.1, 32.2, MPM-nin 14.1, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əmlak saytlarında da həmin ərazidə qeyd olunan mənzilə uyğun 3 otaqlı mənzillərin kirayə qiyməti 1200-2000 manat arasında olması aydın görünür. Buna baxmayaraq apellyasiya məhkəməsinin hakimləri məbləği düz 50% azaltmışlar. Yəni sözü gedən mənzilin aylıq kirayə qiymətini 777 manat təyin etməklə 3 il üçün kompensasiya məbləğini 2 8000 manat təyin etmişdir. Bu günkü bazar qiymətləri ilə həmin qiymətə eyni şəraitli, eyni sahəsi olan mənzili kirayə tapmaq qeyri-mümkündür. Evlərin kirayə qiyməti bahadır və cavabdeh 3 otaqlı evi 777 manat məbləğində kirayə tapa bilmir. Bu da gələcəkdə qətnamənin icrasını çətinləşdirəcək. Ona görə ki, cavabdeh evdən çıxarkən öz əşyalarını çıxarmalı olacaq və bunun üçün 3 otaqlı ev lazımdır. Məhkəmə kollegiyası daha çox iddiaçının hüquqlarını müdafiə edib və ekspertiza rəyləri ola-ola hesab edib ki, 28000 manat ağlabatan məbləğdir. Bundan əlavə o, sübut qismində əmlak saytlarında olan qiymətləri də əlavə etmişdir. Hakim heç bir sübutu nəzərə almayaraq öz mülahizəsinə görə qiymət təyin edib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
32. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 228.1. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun.
36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşm a olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsi ndən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
38. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsin dən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarı
1. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsin i tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra d igər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərl i hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
50. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
51. İşin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1-7-ci paraqraflarında qeyd olunub.
52. Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir. Bu iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir və işə baxmış məhkəmələr də mübahisənin həllinə bu hüquq normasını tətbiq etmişdir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
53. Apellyasiya instansiyası məhkəməsi də işin hallarına bu normanın dispozisiya şərtləri əsasında qiymət vermişdir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.
55. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstit usiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
56. Konstitusiy a Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
57. Eyni zamanda bir cəhəti nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.
58. Göründüyü kimi, qanunvericilikdə yaşayış bin asının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərki b hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, o rada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir.
60. Apelyasiya instansiyası məhkəməsi də iddia tələbini bu əsaslar üzrə yoxlamış, iddiaçının təklif etdiyi 28.000 manat məbləğdə kompensasiyanın cavabdehə davamlı surətdə başqa yerdə əvvəlki evdə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi barədə gəlinən nəticə kifayət qədər əsaslandırılmışdır.
61. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
62. Kassatorun ev əşyaları çox olduğuna görə evdən çıxmas ının mümkün olmayacağı barədə dəlili, iş üzrə gəlinən nəticəni dəyişmir. Kompensasiyanın təyinatı istifadəçinin yaşamasından kənar xərclərinin ödənilməsini də əhatə etmir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üz ərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 5 avqust 2025-ci il tarixli, 2(103)3505/2025 saylı qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.