Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1389/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1389/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli, 2(103)3050/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, tələbini belə əsaslandırıb ki, Sumqayıt şəhəri, xx-ci məhəllə, xx saylı evin, xx saylı mənzili onun mülkiyyətində olub. Həmin mənzil bir müddət Cavabdeh1 tərəfindən icarəyə götürülərək qeyri-yaşayış sahəsi kimi istifadə olunub və ora lombard kimi fəaliyyət göstərib. Qeyd olunan ünvanda əşyalar oğurlandığından lombardın fəaliyyəti ilə bağlı məsələlərin həllinə, mənzilin reyestr xidmətində yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi zərurəti olduğundan və digər işlərin görülməsinə görə o, Cavabdeh1 adına onu təmsil etmək və adından işlərini görmək üçün etibarnamə verib. Onun bu şəkildə Cavabdeh1 adına etibarnamə ver məsi sırf texniki məsələlərlə bağlı olub. Həmin etibarnamə əsasında onun əmlaklarının özgəninkiləşdirilməsi və onun razılığı olmadan əmlakının idarə olunması və digər hərəkətlərin edilməsi razılaşdırılmayıb. Bundan sui-istifadə edən Cavabdeh1 onun xüsusi əmlakını onunla razılaşdırmadan alqı-satqı müqaviləsi bağlamaq yolu ilə başqa şəxsin adına özgəninkiləşdirib. 2017-ci ilin sonlarında Cavabdeh1la icarə barədə razılaşa bilmədiyinə görə qeyd edilən mənzili başqa şəxsə icarəyə vermək üçün notariusa yaxınlaşarkən ona məlum olub ki, mənzil artıq başqasının mülkiyyətindədir. Belə ki, Cavabdeh1 sözügedən mənzili 20 fevral 2017-ci il tarixli müqaviləyə əsasən 26.000 manata Cavabdeh2 satıb. Cavabdeh1 həmin mənzili “xxxx” ASC-nə girov qoyduğu, ordan pul götürdüyü və daha sonra başqa şəxsə satdığı o na sonradan məlum olub. Ona görə də 20 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Çıxarışın, 17 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında xx adına verilmiş Çıxarışın, 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında xx adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, onun həmin mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi, mənzilin onun adına qeydiyyata alındığı ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ş.Rüstəmli) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilən müqavilələr qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıb və onların etibarsızlığı üçün onun tərəfindən irəli sürülən dəlillərin heç bir əsası yoxdur. Hazırki iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar olmadığından və iddiaçı tələbini əsaslandıra və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməyib. İddia ərizəsində sözügedən mənzilin alqı-satqısı baş tutarkən iddiaçının rəsmi nikahda olmasına və onun arvadının mənzilin satılmasına dair razılığının tələb olunmamasına münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı sözügedən mənzili 11 aprel 2014- cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satın alarkən rəsmi nikahda olmayıb. Belə ki, nikah haqqında şəhadətnamədən və eyni zamanda notariat işində mövcud olan arayışdan görünür ki, iddiaçı iş üzrə üçüncü şəxs Cavabdeh4 ilə 19 mart 2016-cı il tarixdə rəsmi nikaha girib. Sözügedən mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən onun üzərində heç bir məhdudiyyət və ya yüklülük olmayıb. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.1, 225.2, 362.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətn aməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 362.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şi kayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt Asan Xidməti mərkəzində Notariat Kontorunun xüsusi n otariusu və üçüncü şəxs Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiy yətidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlillə ri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin f aktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxd ur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianı rədd etməklə düzgün nəticəyə gəlməməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 15 aprel 2014-cü il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, xx-ci məhəllədə yerləşən, 94 saylı evin 2 saylı mənzili iddiaçının mülkiyyətində olub. 19 mart 2016-cı il tarixdə İddiaçı rəsmi nikah əsasında Təranə İbişova ilə ailə qurub. 30 sentyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi v ə onun üzərində sərəncam verməyi və digər hərəkətləri etməyə dair 30 sentyabr 2017-ci il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına etibarnamə verib. Bundan sonra, 22 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 sözügedən etibarnamə üzrə İddiaçı təmsilçisi kimi onun adından qeyd olunan mənzili 26.000 manata Cavabdeh2 satıb. 19 fevral 2017-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh2 tərəfindən notariusun depozit hesabına 26.000 manat pul köçürülüb və Cavabdeh1 həmin alqı-satqı müqaviləsi üzrə 25.059,5 manat pul vəsaitini depozit hesabdan götürüb. 23 fevral 2017-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Daha sonra, 17 mart 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı- satqı müqaviləsinə əsasən Cavabdeh2 mənzili xx satıb və həmin mənzil 18 mart 2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 19 oktyabr 2017ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən xx mənzili 36.000 manata xx satıb və 20 oktyabr 2017-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzilə dair sözügedən alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilərkən həmin mənzilin üzərində həbs və mənzilin yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydi yyat mövcud olmayıb. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli mənzil üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilib. Apelyasiya instansiyası məhkəməsi həmçinin işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, mübahisəli mənzilə dair notariat orqanında sözügedən alqı-satqı müqavilələri bağlanarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunub, yəni evin yüklülüyünə dair arayış “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilib, lazımi sənədlər tələb edilərək əldə edilib, satıcının mənzilə dair olan mülkiyyət hüququ, o cümlədən satıcının nümayən dəsinin əmlaka dair sərəncam vermək hüquqları yoxlanılıb və yalnız bundan sonra alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunub. Apelyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzilə dair alqısatqısı müqaviləsi notarial qaydada bağlanarkən iddiaçının rəsmi nikahda olması və mənzilin satılmasına dair arvadından yazılı razılıq ərizəsinin alınmaması da iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisəli mənzil mülkiyyət hüququ üzrə 11 aprel 2014-cü il tarixdə İddiaçı adına qeydə alınarkən o, rəsmi nikahda olmayıb, yəni mənzil nikaha girənədək iddiaçıya məxsus olmaqla onun ayrıca m ülkiyyəti olub. İşdən görünür ki, iddiaçı mübahisəli mənzili satın aldıqdan sonra 19 mart 2016-cı il tarixdə Cavabdeh4 ilə rəsmi nikaha girib. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyəti sayılır. Yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, alqı-satqı müqaviləsində mənzilin bazar dəyərindən çox aşağı qiymətlə satılması, həmçinin mənzilin satış dəyərinin bu günədək iddiaçıya ödənilməmə si sözügedən alqısatqı müqavilələrinin etibarsızlığı üçün əsas sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 398.1ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 398.2-ci maddəsində göstərilir ki, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Həmin Məcəllənin 359.1-ci maddəsində göstərilir ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Təmsilçinin etibarnaməyə əsasən təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 etibarnaməyə əsasən iddiaçının adından bağladığı alqı-satqı müqaviləs i bilavasitə sonuncu üçün mülki hüquq və vəzifələr yaradıb. İddiaçının nə Cavabdeh1 adına verdiyi etibarnamədə, nə də alqı-satqı müqaviləsində həmin müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə dair hər hansı bir hal nəzərdə tutulmayıb. Ona görə də iddiaçı mübahisəli mənzilin alqı-satqı müqaviləsində göstərilən 26.000 manat pulun, habelə mənzilin ucuz qiymətə satılması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla Cavabdeh1 tələb edə bilər. Çünki mənzilin hazırda real bazar qiymətinin 26.000 manat deyil, 100.700 manat olması alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli, 2(103)-3050/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxl anılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1389/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1389/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver