Məhkəmə qərarları › İş №2(102)-1389/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1389/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1389/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş mənzilə payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2574/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 iyun 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə ünvan 2 ünvanında ümumi sahəsi 41 m2, yaşayış sahəsi 28.6 m2 və yardımçı sahəsi 12.4 m 2 olan 2 otaqlı mənzil almışlar. Rəsmi nikah bağlandıqdan sonra cavabdeh ara-sıra ailədə söz-söhbət yaratmış, özünü aqressiv aparmışdır. Zaman keçdikcə onun bu əməllərinə son qoyacağına ümid etsə də, gözlədiyinin tam əksi baş vermiş və ailə həyatının üçüncü ilində cavabdeh növbəti dəfə mübahisə və aqressiv hərəkətlər etmiş, daha sonra ayrı yaşamağa qərar vermişdir. Hətta cavabdeh bir dəfə o, nəqliyyat vasitəsində olarkən nəqliyyat vasitəsinə hücum çəkmiş, nəqliyyat vasitəsinin qapılarına bir neçə təpik zərbəsi endirmiş, daha sonra daşla vuraraq nəqliyyat vasitəsinin şüşəsini sındırmışdır. Cavabdehin bu əməli kiçik xuliqanlıq aktı kimi qiymətləndirilmiş və məhkəmə qaydasında təqsiri sübuta yetirilərək müvafiq qərar çıxarılmışdır. Artıq dörd ildir ki, faktiki olaraq ayrılmışlar. Cavabdehin ş əxsiyyətini təsdiq edən sənədin yaşayış yerinin qeydiyyatına baxdıqda ünvanı ünvan 3a şəhəri Rəsulzadə küçəsində özünə məxsus iki sot torpaq sahəsində tikilmiş ikimərtəbəli tam təmirli evdə uşaqları ilə birlikdə yaşayır. Birgə nikah dövründə aldıqları mənzil cavabdehin rəsmi qeydiyyatda olduğu mənzilin yanında yerləşir. Hər iki ev şəhərin mərkəzində yerləşdiyindən və tam təmirli olunduğundan baha qiymətə kirayə verilir. Şəxsən özü həmin evlərin hər ikisini dəfələrlə təqribən 300 manata kirayə vermişdir. Evi təmirsiz alsalar da, aldıqdan sonra tam olaraq əsaslı təmir etmişlər. Evin təmirini şəxsən öz təşəbbüsü ilə 36000 manatdan 30000 manata endirmişdir. Həmçinin alqı-satqı müqaviləsində də şəxsən özü iştirak etmişdir. Bundan əlavə Cavabdeh Xaçmaz rayonu Maşaoba kəndində 30 sot torpaq sahəs i və yeni tikilmiş birmərtəbəli, üç otaqlı tam təmirli evi vardır. Həmin evin tikilməsində istifadə olunan mişar daşları birgə gəlirlərindən olan vəsaitlə alınmışdır. Onda olan bəzi məlumatlara əsasən cavabdehin Quba rayonu Xanagah kəndində və Rusiya Federasiyasında mülkiyyətləri vardır. Cavabdeh bilərəkdən mülkləri öz adına qeydiyyata saldırmayıb. Qeyd etdiklərindən açıq-aydın görünür ki, cavabdeh birgə nikahları dövründə əldə olunan mənzili sırf gəlir mənbəyi kimi istifadə edir və orada yaşamağa ehtiyacı və ya fikiri yoxdur. Göstərilən səbəblərə əsaslanaraq mülkiyyətin Ailə Məcəlləsində qeyd olunduğu kimi məhz bərabər bölünməsi daha düzgün olardı. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 may 2021-ci il tarixli 2(027)-316/2021 nömrəli qətnaməsi ilə (hakim R ahim Həsənov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflərin, şahidlərin izahatları və iş materialları ilə müəyyən olundu ki, Daşınmaz Əmlakın 19.04.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil X19 tərəfindən 30.000 manata Cavabdeh satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. İddiaçı həmin əmlakın cavabdehlə birgə nikah dövründə əldə edildiyini əsas gətirərək ½ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əmlak alınarkən cavabdehlə nikahda o lduqlarını, onun alınmasına vəsait xərclədiyini, hətta bununla əlaqədar Rusiya Federasiyasında yaşayan X4 500.000 rus rublu borc aldığını bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında qeyd olunan əmlakın iddiaçı ilə birgə nikah dövründə əldə edildiyini bildirsə də, həmin əmlakın alınmasında onun və ya iddiaçının hər-hansı bir vəsait xərcləmədiyini, evin alınması üçün qardaşı Rin Rusiya Federasiyasından pul göndərdiyini və evin də R üçün alındığını bildirmişdir. Məhkəmə iclasında dindirilən və izahatı elan edilən şahidlər də etiraf etmişlər ki, ev cavabdehin adına rəsmiləşdirilsə də, o faktiki olaraq cavabdehin qardaşı R üçün alınmışdır. Evin alınması üçün Rusiya Federasiyasından göndərilən pulları burada qəbul etmiş şəxslər (şahidlər) həmin faktı təsdiq edirlər. Qeyd olunan vəsaitlərin fakt iki olaraq R üçün ev alınmasına göndərilməsi həmin şəxslər tərəfindən verilmiş izahatlarla təsdiqlənmişdir. Həmçinin iddiaçı onun adına Rusiya Federasiyasından pul göndərən V adlı şəxsdən həmin pulu borc aldığını bildirsə də, sonuncu iddiaçını tanımadığını, 500.000 rus rublu pulun onun adından iddiaçıya R Kazımov tərəfindən göndərildiyini bildirmişdir. Müəyyən edilmişdir ki, 07.04.2014-cü il tarixdə Rusiya Federasiyasından “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X5 tərəfindən X12 15.000 rus rublu, 16.04.2014cü il tarixdə eyni şəxs tərəfindən X12 20.000 rus rublu, 18.04.2014-cü il tarixdə X13 tərəfindən X12 500.000 rus rublu, 18.04.2014-cü il tarixdə X17 tərəindən X12 112.000 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir ki, həmin vəsaitlər hesabına mübahisəli əmlakın alınma sı təmin edilmişdir. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin bağlanma tarixinə nəzər saldıqda müəyyən olunur ki, həmin müqavilə İddiaçı adına X14 tərəfindən 500.000.00 rus rublu göndərildiyi gündən bir gün sonra yəni, 19.04.2014-cü il tarixdə bağlanmışdır. Eyni zamanda www.cbar.az internet hesabından əldə edilmiş məlumata əsasən 2014-cü ilin aprel ayı ərzində 1 Rusiya rublunun təxminən 0.0220 manata bərabər olması nəzərə alınsa ev alınması üçün göndərilmiş pulun alınmış borc məbləği ilə birlikdə evin qiymətinə uyğun gəldiyi müəyyən edilmişdir. İddiaçı nikah dövründə evin ümumi gəlirləri hesabına əldə olunmasını təsdiq edəcək sübut təqdim etməmiş, iddiasını ümumi fikir və fərziyyələri ilə əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.4-cü maddəsinə müvafiq olara q ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Sadalanan maddi hüquq normasının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində, ər-arvadın birgə vəsaiti (səyləri) hesabına əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. İddiaçı isə, mübahisə predmeti olan Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzilin birgə ni kah dövrü birgə vəsaitləri (səyləri) hesabına əldə edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırki mülki işin materiallarından da göründüyü kimi mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə olunsa belə, həmin torpaq sahəsini tərəflərin birgə ümumi gəlirləri hesabına əldə edilməli olması sübuta yetirilməlidir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbi baxımından bu halın sübuta yetirilməsi iddiaçının üzərinə düşür. İddiaçı isə həmin evin alınmasına hər hansı məbləğinin ödənilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin izahatını və cavabdeh tərəfindən təqdim edilmiş sübutları əsaslı hesab edib, iddiaçının mübahisəli məznilin alınmasına hər hansı vəsait təqdim etməsini ağlabatan hesab etmir. Ona görə də məhkəmə hesab e dir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225.4-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 35-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilmə si barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova- sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 2(105)-2574/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 06 may 2021ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətrnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi q ət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəyyən edilir ki, mübahisələndirilən Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil X19 tərəfindən 19.04.2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki,30.000 manata Cavabdeh satılmış, mənzil 09.10.2014-cü il qeydiyyat tarixinə, ********** qeydiyyat nömrəsinə əsasən Cavabdeh məxsusdur. Göründüyü kimi, mübahisələndirilən Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil tərəflərin birgə nikahı dövründə, 19.04.2014-cü il tarixdə alınmışdır. Məhkəmə kollegiyası şahid ifadələrinə istinadən mübahisəli mənzilin cavabdehin qardaşı Rə məxsus olması, evin R üçün alınması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin dairəsindən məlum olur ki, şahidlər X6 cavabdehin dayısı, X18 əmisi, X3 xalası, Səlimova (Alekperova) Aynur Rövşən qızı isə onun ailəvi dostudur. Göründüyü kimi, dindirilmiş şahidlər bilavasitə cavabdehə qohum olmaqla yanaşı işin onun xeyrinə həll olunmasında maraqlı şəxslərdir. Bu səbəbədən də qeyd edilən şəxslərin şahid ifadələri əsaslı sübut sayıla bilməz. Bundan əlavə şahid qismində dindirilmiş X10 cavabdehin mülkiyyətində olan evində kirayə qaldığını bildirmişdir. Göründüyü kimi, mübahsiəli evin cavabdehin mülkiyyətində olması və cavabdeh tərəfindən X1 verilməsi müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi pul göndərişləri ilə evin alınması barəd ə gəldiyi nəticədə də haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, 07.04.2014-cü il tarixdə Rusiyya Federasiyasından “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X5 tərəfindən X12 15.000 rus rublu, 16.04.2014cü il tarixdə eyni şəxs tərəfindən X12 20.000 rus rublu, 18.04.2014-cü il tarixdə X13 tərəfindən X12 500.000 rus rublu, 18.04.2014-cü il tarixdə X17 tərəindən X12 112.000 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir ki, buradan da iddiaçıya, eləcə də cavabdehə hər hansı pulun göndərilməsi müəyyən edilməmişdir. Belə ki, qeyd edilən şəxslər cavabdehin qohumlar olsa da, həmin pulların məhz ev alınması üçün göndərilməsinə dair hər hansı sübut mövcud deyildir. Həmçinin də V tərəfindən iddiaçıya göndərilən pulun cavabdehin qardaşı R tərəfindən göndərilməsi barədə əriz əyə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ərizə Rusiya Fedarasiyası, Arxangelsk vilayəti, Severodvinsk şəhər notariusunda tərtib edilərək göndərilsə də, həmin ərizə qanunvericiliyə uyğun tərcümə edilməmiş, ərizənin arxa səhifəsində yazılmış mətnisə kim tərəfindən tərcümə edilərək yazılması qeyri-müəyyəndir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsi bağlanan zaman, 2014-cü ilin aprel ayı ərzində 1 Rusiya rublunun təxminən 0.0220 manata bərabər olmasının nəzərə alınması barədə gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, göndərilən pulların cəmi 1.147000 rus rublunun həmin günə olan məzənnə (0,0220 manat.) əvəzi 25234 manat edir. Lakin cavabdehin adına alınmış mənzilin dəyəri müqavilədə 30000 manat gö stərilmişdir. Həmçinin qeyd edilən göndərilmiş pul məbləğlərindən yalnız biri İddiaçı adına göndərilmiş, digər pul göndərişləri isə X12 göndərilmişdir. Həmin göndərilən pulların qeyd edilən şəxs tərəfindən İddiaçı verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən evin tərəflərin birgə nikah dövründə alınması iş materialları ilə təsdiq edildiyindən mənzili tərəflər arasında bərabər hissələrə bölünməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kasaisya şikayətində qeyd edilən iş üçün əhəmiyyət kəsb edən hallar ın araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şahid ifadələrinə hüquqi qiymət verərkən qərəzli mövqe nümayiş etdirmiş, X7 ifadəsinə mənzilin cavabdehin mülkiyyətində olması kimi qiymət verməklə, iddianın əsaslılığını müəyyən etməyə çalışmışdır. Halbuki, mübahisəli mənzilin rəsmi olaraq cavabdehin mülkiyyətində olması işin mübahisə edilməyən halıdır. Eyni zamanda, kirayəçinin kirayədə yaşadığı mənzilin cavabdehin mülkiyyətində olması ilə bağlı ifadəsində qeyd etdikləri həmin mənzilin tərəflərin ümunıi gəlirləri hesabına əldə edilməsi anlamına gəlmir. Ümumiyyətlə isə kirayəçinin-şahidin kirayədə yaşadığı mənzillə bağlı qeyd olunan x iisusatları bilib-bilməməsinin (mənzilin kimin vəsaiti hesabına əldə edilməsini bilməsinin) əhəmiyyəti yoxdur. Məhkəmənin pul göndərişləri ilə bağlı mövqeyi razılaşmayaraq bildirilməlidir ki, cavabdehin əmisi X11 adına göndərilmiş pul məbləğlərinin məhz iddiaçıya verilməsi tərəflər arasında mübahisə doğurmamışdır. Belə ki, həmin pul məbləğləri X18 tərəfindən cavabdehə verilmiş, iddiaçı isə sonuncu dəfə öz adına göndərilən pulu aldıqdan sonra, göndərilən pul məbləğləri cəmləşdirilərək alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Cavabdeh məhkəmə iclaslarında vermiş olduğu izahatında bildirmişdir ki, onlar ailədə iki qardaş, bir bacıdırlar. Qardaşları ailələri və anası ilə birlikdə Rusiya Federasiyasında yaşayırlar. Atası isə vəfat etmişdir. Qardaşı R sonradan ona bağışlamaq üçün öz adına mə nzil almasını ondan xahiş etmiş və bu məqsədlə özü, qohum və tanışlarının adından qohumlarının və iddiaçının adına pul göndərmişdir. Cavabdehin qardaşı Rusiya Federasiyası vətəndaşı olduğundan və qanunları bilmədiyindən başqa ölkədə öz adına mənzil almağın mümkün olmadığını zənn etmiş, ona görə də bacısı olan cavabdehdən xahiş etmişdir ki, göndərdiyi pul vəsaitləri hesabına öz adına mənzil alıb sonra ona bağışlasın. Cavabdehin qardaşı həmin tarixlərdə başqa şəxslərin adına pul göndərişləri həyata keçirdiyindən və bir gündə öz adından bir neçə dəfə pul göndərməsi mümkün olmadığından orada yaşayan qohumlarının və tanışlarının vasitəsi ilə göndərmişdir. 2017-ci ildə mənzil cavabdehin qardaşı Rin vəsaiti hesabına təmir edilmiş, iddiaçı mənzil təmir olunan vaxt mənzilə gəlibgetməmiş, ustalar da iddiaçını tanımamış və görməmişlər. Lakin cavabdehin izahatında qeyd etdiyi bu xüsusatlar qətnamələrdə öz əksini tapmamışdır. Apelyasiya instansiyası AR AM-nin 32.2.2-ci maddəsinə istinadən həmin maddənin tələbi baxımından mübahisəni həll edərək belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə alınması iş materialları ilə təsdiq edildiyindən mənzil tərəflər arasında bərabər hissələrə bölünməlidir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirilməlidir ki, mübahisəli mənzilin tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsi işin mübahisəsiz halıdır. Lakin həmin mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə ər-arvadın ümumi gəlir ləri hesabına əldə etdiyi əmlak ümumi birgə mülkiyyətə aid edilir, lakin nikah dövründə əvəzli əqdin bağlanması və həmin əqd əsasında ərarvaddan birinin adına əmlakın qeydiyyata alınması faktı həmin əmlakın mütləq şəkildə onların birgə mülkiyyəti kimi tanınması üçün kifayət deyildir. Apelyasiya baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, mübahisəli mənzil özü tərəfindən alınaraq cavabdehin adına rəsmiləşdirilmiş, pulu da şəxsən özü təqdim edərək, alqı- satqının rəsmiləşdirilməsində iştirak etmişdir. Bundan başqa, iddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman mübahisəli mənzili dəfələrlə təqribən 300 manata kirayə verdiyini, mənzili təmirsiz alsalar da, sonradan tam əsaslı təmir etdiklərini bildirmişdir. İş materiallarından isə görünür ki, 2014-cii ilin aprel ayında (07-18 aprel) cavabdehin qohumu, qardaşı X17 və onun tanışları tərəfindən bir neçə dəfə cavabdehin əmisinin, bir dəfə isə iddiaçının adına pul vəsaiti göndərilmiş, sonuncu pul göndərişi 18 aprel 2014-cü il tarixdə iddiaçının adına göndərilmiş və bir gün sonra 19 aprel 2014-cü il tarixdə mübahisəli mənzilə dair cavabdehlə X19 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi üzrə mənzilin pulu şəxsən cavabdeh tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. Eyni zamanda, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2015-ci ildən faktiki olaraq ayrı yaşamaqla birgə təsərrüfat idarə etmirlər, iddiaçı nə birgə yaşadıqları vaxt, nə də ayrıldıqdan sonra uşaqların saxlanmasında heç bir maddi köməklik göstərməmiş, birgə yaşadıqları vaxt ailə xərcləri cavabdehin vəsaiti hes abına qarşılanmış, iddiaç əvvəllər işsiz olmuş, işə düzəldikdən sonra az məbləğdə əmək haqqı almışdır, hansı ki, həmin vəsaitlə onlann mənzil alması qeyri-mümkün idi. Cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mənzili öz qazancı hesabına aldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin göstərilən faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflərin birgə nikah dövründə hər hansı daşınar və ya daşınmaz əmlak əldə edib-etməmələri, mənzilin alındığı vaxt iddiaçının rəsmi iş yerinin və ya digər gəlirlərinin olubolmaması, ailənin maddi tələbatlarının kim tərəfindən ödənilməsi, alqı-satqı bağlanan zaman iddiaçı şəxsən özü iştirak etmişdirsə, mənzilin öz adına rəsmiləşdirilməməsinin səbəbini, mənzilin kim tərəfin kirayə verilməsi, kirayə haqqının kim və kimə ödənilməsi müəyyən edilməmişdir. Bununla da məhkəmə işə baxarkən maddi hüquq normasının tələblərini pozmuş, iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. İşə baxan apelyasiya instansiya məhkəməsi sübutlara qeyriobyektiv, qərəzli baxmış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddiaçı iddiasının əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsinə istinad etsə də, mübahisəli mənzilin cavabdehlə ümumi gəlirləri hesabına alınmasına dair məhkəməyə sübut təqdim etməmiş, iddia tələbini formal mülahizələrə uyğun əsas landırmışdır. Məhkəməisə hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd etdiyi hala hüquqi qiymət verməmiş, cavabdeh tərəfin iddia tələbinə etiraz kimi təqdim etdiyi sübutlara qeyri-obyektiv, qərəzli və natamam baxmış, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, onun məhkəməyə təqdim etdiyi arayışlardan aydın olur ki, onun rəsmi gəlir yeri vardır. Həmçinin iş materiallarında olan qətnamələrdən onun rəsmi iş yerinin olması ilə yanaşı, digər gəlir sahələrindən kifayət qədər gəlirinin olması barədə faktlar sadalanmaqla öz təsdiqini tapmışdır. Bu faktlar cavabdehin qeyd etdiyi işlər üzrə məhkəmə prosesi zamanı rəsmi iddia əriz ələri və məhkəmə ifadələrində özü tərəfindən etiraf edilmişdir. Cavabdeh kasasiya şikayətində kirayəçi X7 ifadələrinin nəzərə alınmadığını göstərmişdir. Bildirir ki, şahidlər yalnız birinci instansiya məhkəməsində dindirilmiş, əksəriyyəti cavabdehin yaxınları olduğu üçün o, etirazını bildirsə də, birinci instansiya məhkəməsi buna məhəl qoymamışdır. Həmin şəxsin ifadəsinə gəldikdə, həmin ifadəni dinləyən məhkəmə çıxardığı qətnamədə qeyd edir ki, kirayəçi mübahisə predmeti olan mənzildə deyil, valideyninə məxsus Quba rayonu Alekseyevka kəndində yaşamışdır. Bu səbəbdən cavabdehin bu qeydi aidiyyatı üzrə olmadığı üçün tam əsassızdır. Pul köçürmələrinə gəldikdə, həmin pul köçürmələrinin ona və ya cavabdehə verildiyini təsdiq edən sənəd mövcud deyil. Həmin köçürmələrin ona və ya cavabdehə aidiyy atı olsa idi, ən azından həmin məbləğlər onun və ya cavabdehin öz adına göndərilərdi. Bu səbəbdən cavabdehin bu qeydinin heç bir əsası yoxdur. Cavabdehin anası Rusiya Federasiyasının vətəndaşı olduğu halda 2013-cü ildə adına iki fərdi mənzil rəsmiləşdirilmişdir. Belə bir fakt olduğu halda cavabdeh yanlışlıqla qeyd edir ki, qardaşı Rin qanunlardan xəbəri olmadığı üçün evi adına rəsmiləşdirə bilməmişdir. Faktiki olaraq mənzili cavabdehlə o, öz gəlirləri hesabına almışlar. Bununla cavabdehin növbəti yalanı ilə məhkəməni aldatmağa cəhd etdiyi aydın olur. 2016-cı ildə münasibətləri pozulduqdan sonra və yaxınlıqda anasına məxsus mənzili olduğu üçün tez-tez yaratdıqları insidentlərdən uzaq olmaq məqsədi ilə o, mənzilə nəzarət edə bilməmişdir. Həmin vaxtdan mənzil cavabdehin nəzarətində olub və ki rayə haqqında cavabdeh yararlanmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin a dına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətini ilk əvvəl şahid ifadələrinə düzgün qiymət verilməm əsi ilə əsaslandırmışdır ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, apelyasiya kollegiyasının vurğuladığı kimi birinci instansiya məhkəməsində dindirilmiş şahidlər cavabdehin qohumları və yaxını olmuşdur ki, apelyasiya kollegiyası həmin şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuş və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. X2 ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin şəxs cavabdehin anasından evin ona məxsus olması barədə eşitdiyini bildirmişdir ki, kənar şəxsdən, xüsusilə cavabdeh ilə eyni mənafeyə malik şəxsdən eşidilməsi bildirilən halın sübuti əhəmiyyətli hal kimi nəzərə alınması düzgün deyildir ki, həmin şahid ifadəsinə münasibətdə də apelyasiya kollegiyası düzgün mövqe nümayiş etdirmişdir. Pul göndərişləri ilə bağlı kas asiya şikayətinin dəlilləri üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyasının qətnaməsində göstərilmiş məbləğlərdə pullar həqiqətən də iddiaçının adına göndərilməmişdir. Pul vəsaitləri göndərilmiş X11 həmin vəsaiti iddiaçıya verməsi isə iş materialları ilə öz təsdiqini tapmır. Bu halın mövcudluğunu yalnız cavabdeh özü öz izahatında və şahid kimi dindirilmiş X18 öz ifadəsində bildirmişdir ki, həmin izahat və ifadə də pul vəsaitinin məhz iddiaçıya evin alınması üçün verilməsini təsdiq edən hal kimi nəzərə alına bilməz. Həmçinin pul göndərişləri ilə bağlı əlavə olaraq bildirilməlidir ki, əgər pul vəsaitləri cavabdehin qardaşı üçün evin alınmasına görə göndərilirdisə, cavabdehin qardaşı iddiaçının deyil, cavabdehin də adına göndərə bi lərdi ki, bu hal da iş materialları ilə müəyyən edilmir. Cavabdeh özü də fəaliyyət qabiliyyətli və göndərilən pulu qəbul etmək imkanına malik olan şəxs olmuşdur. Daha sonra kasasiya şikayətinin digər mübahisə predmeti olan mənzilin tərəflərin birgə vəsaiti hesabına alınmasına dair sübutun olmaması, iddiaçının rəsmi iş yerinin olub-olmamasının, dəgirə gəlirlərə malik olub-olmamasının araşdırılmaması barədə dəlilləri üzrə qeyd edilməlidir ki, həmin dəlillər də cavabdehin formal mülahizələrindən ibarətdir. Belə ki, kasasiya yoxlaması nəticəsində iş materiallarında cavabdehin rəsmi iş yerinə malik olması barədə sənədlərin mövcudluğu müəyyən edilmişdir. Həmçinin iş materiallarında səhifə 172 və 173-də olan məhkəmə qətnamələrində cavabdeh özü də iddiaçının həm rəsmi işləməsini, həm də gündəlik q azanca malik olmasını, Alekseyevka kəndində bərabər ev tikdiklərini göstərmişdir ki, bu hal da iddiaçının birgə nikahları dövründə qazanca malik olan şəxs olduğunun və onların birgə nikahları dövründə mübahisə predmeti olan mənzili əldə etmək imkanlarının olmasının göstəricisi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Odur ki, cavabdeh bu barədə yuxarıda qeyd edilən dəlilləri də əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2574/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar