Məhkəmə qərarları › İş №2(102)-1389/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1389/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1389/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviç və ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1325/2024 nömrəli iş üzrə 08 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında ol an Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 07 aprel 2018-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətinə əsasən, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməsi, qərarın surətini İddiaçı göndərilməklə ona prokurorluğa və ya məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X5 izahatında oğlu İlkinin Samir adlı şəxsin “BMC” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində sürücü kömkəçisi işlədiyini, xx.xx.2018-ci il tarixdə Samirin ona zəng edərək oğlu İlkinin 9361 manat pulu götürərək çıxıb get diyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Samir yenidən zəng edərək avtomobili ot bazarının yanında tapdığını bildirmişdir. İlkinin həmin avtomobili idarə etmək hüququ yoxmuş, həmin gün nə səbəbdən İlkinin Samirə məxsus avtomobili sürməsindən məlumatı və hal-hazırda İlkinin harda olduğundan xəbəri yoxdur.

2. İşdə olan diskdə İddiaçı televiziya kanalına İlkin Muradovun 10000 manata yaxın pulu və avtomobili qaçırması, 2 gündən sonra avtomobilin tapıldığı İlkin Muradovun isə tapılmadığı barədə müsahibə verdiyi əks olunur.

3. İşdə olan “Elektron notariat” X1 çıxarışın surətinə əsasən, X18 “BMC YÜK” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə etmək üçün xx.xx.2017ci il tarixdən xx.xx.2018ci il tarixədək İddiaçı və X4 etibarnamə vermişdir.

4. İşdə olan “Elektron notari at” X1 çıxarışın surətinə əsasən, X18 “BMC YÜK” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsi ilə bağlı İddiaçı etibarnamə vermişdir. Etibarnamə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur.

5. İşdə olan Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubuna əsasən, Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9361 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İ ddia ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus “BMC” markalı, “01BZ775” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə rayonlara taxıl daşımaqla məşğul olur və cavadeh Cavabdeh oğlu X15 verdiyi etibarnamə əsasında yük avtomobilində sürücü kimi işləmişdir. xx.xx.2018-ci il tarixdə İlkin ilə əlaqə saxlayaraq "xxxx" MMC-dən 28 ton həcmində yükü maşına yükləyərək Biləcəri qəsəbəsində yerləşən taxılın saxlanc yerinə boşaldıb oradan 9280 manat malın pulunu və 81 manat çatdırma pulu olmaqla, cəmi 9361 manat pulu götürüb "xxxx" MMC-yə çatdırmalı idi. O, "xxxx" MMC-nin Hökməli qəsəbəsində yerləşən ambarından 28 ton çəkidə qarğıdalını götürərək DSK yolunda tərəzilərin yanında boşaldaraq oranın işçisi F.Abdullayevdən 9361 manat pulu almışdır. Bu barədə F.Abdullayev ona zəng edərək məlumat vermi şdir. O, İlkinə zəng etsə də zəng çatmamışdır. İlkin pulu iddiaçıya çatdırmamış, avtomobili də götürərək getmişdir. xx.xx.2018-ci il tarixdə avtomobili ot bazarının yanında tapıb. Lakin, İlkinin harada olduğu məlum olmamışdır. Pulu da götürərək qaçıb gizlənmişdir. O, bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edib və araşdırma aparılmışdır. 07 aprel 2018-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Araşdırma aparılarkən İlkinin atası X5 izahatı alınmışdır və həmin vaxt Murad Muradov pulu özünün iddiaçıya qaytaracığı barədə şifahi öhdəlik götürmüşdür. X15 və atası X10 vəfat etmişdir. X9 bir övladı X16 babası X5 himayəsində olmuşdur. X10 əmək pensiyaçısı olduğundan hal-hazırda həmin pensiya ailə başçısının itirlməsi il ə bağlı yetkinlik yaşına çatmayan uşağa ödənilir və onda olan məlumata görə pensiyanın miqdarı 2500 manatdır. Uşaq hal-hazırda nənəsi Cavabdeh himayəsindədir və təyin edilmiş pensiya məbləğini də cavabdeh alır. Göründüyü kimi cavabdeh X5 vərəsəsidir. Həmçinin ailə başçısının itirilməsi ilə bağlı verilən pensiya məbləği cavabdehin himayəsində olan uşağa təyin edilmişdir. Ona görə də iddiaçıya verilməli olan məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir.

8. Məhkəmə iclasında iştirak etmiş şahid X6 izahat verərək bildirmişdir ki, Samiri tanıyır. O, 2017-2020-ci il tarixlərdə sürücüsü olub. Yük maşını ilə taxıl daşıyırdılar. Onda olan məlumata görə Samirin başqa maşını olmayıb. Onun qolu sınandan sonra, Samir yük maşınını idarə etmək üçün İlkinə vermişdi. O işə gəlməyəndə yük maşınını İlkin i darə etməliydi. İlkinin “BC” kateqoriya sürüclük vəsiqəsi olub. O yük maşınını tək idarə edirdi. Yükləri müxtəlif yerlərdən yığıb anbara aparırdılar. Sonradan eşitmişdir ki, İlkin malın pulunu götürərək getmiş, maşını isə ot bazarının yanına atıb getmişdir. Samir ona bu barədə deyəndən sonra gedib maşını gətirib Samirə vermişdir.

9. Məhkəmə iclasında iştirak etmiş şahid X7 izahat verərək bildirmişdir ki, o, Muradın tanışıdır. Dəfələrlə Samiri görüb. Samir, 2018-2019-cu il tarixlərdə Muradın yanına pulu qaytarması üçün gəlirdi. Muradın tanışı olduğunu deyirdi. Aralarında 10.000 manat pul söhbəti olub. Muradın oğlu İlkinin sürücülük vəsiqəsinin olubolmaması barədə heç bir məlumatı yoxdur. Amma nəqliyyat vasitəsi idarə edən zaman onu görüb.

10. Məhkəmə iclasında iştirak etmiş şahid X3 izahat verərək bildirmişdir ki, Samiri tanıyır. Samir, yük daşıyırdı. Malı təhvil verməyə İlkin adlı sürücüsü gəlirdi. Beykəs adında başqa sürücüsü də vardı. Beykəsin qolu sınan zaman yük maşınını İlkin idarə edirdi. Onlar, Samir ilə əlaqə qurandan sonra ödənişi nağd şəkildə sürücüyə ödəyirdilər. Sürücü də, ödənişi Samirə təhvil verirdi. O, həmin vaxtda ümumilikdə 9361 manat pulu İlkinə vermiş. Lakin bu barədə İlkinə qəbz imzalatmamışdır. Samir dediyi üçün o, pulu İlkinə vermişdir.

11. Məhkəmə iclasında iştirak etmiş şahid X11 izahat verərək bildirmişdir ki, Samir onun müdiri olub. 2018-ci il tarixdə İlqar ilə işləyirdi. Samir, idarə etmək üçün “**-BZ-***” dövlət qeydiyyat nişanlı yük maşınını ona vermişdi. O, İlkinin sürücülük vəsiqəsinin olduğunu görüb. Maşını axtarmağa o özü də gedib. Samir on a hadisəni danşıb, amma nə qədər puldan söhbət getdiyini bilmir.

12. Şamaxı Rayon Məhkəməsinin (hakim Natiq İsmayılov) xx.xx.2024-cü il tarixli, 2(074)-489/2024 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin oğlunun ona məxsus 9361 manat pulu götürməsinə dair əsaslı sübutlarını (pulun İlkinə verilməsinə dair qəbz, İlkinə verilmiş etibarnamə və s.) iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Bundan əlavə Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4 və 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən miras əmlak faktiki olaraq qəbul edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin aşkar edilməməsi, vərəsələrin dairəsinin müəyyən edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bir çox hallarda borclu olan şəxslər öhdəlikdən yayınmaq üçün mirası qəbul etməkdə maraqlı olmurlar. Lakin bunun faktiki olaraq baş verməsi halı məhkəmə tərəfindən qəbul edilməli idi. Qanunun bu normaları tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ( hakimlər F.Məmmədov (sədrliyi və məruzəsi ilə), A.Süleymanova və L.Rəhimli) 2(105)-1325/2024 nömrəli iş üzrə 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-489/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərə findən verilmiş 19 sentyabr 2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X10 xx.xx.1984-cü ildə xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ilə nikah bağlamış, bu nikahdan xx.xx.1987-ci il təvəllüdlü İlkin adlı övladları doğulmuşdur. xx.xx.1987-ci il təvəllüdlü X9 doğumu xx.xx.1987-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Murad və İlkin Muradovların adlarına vərəsəlik işinin açılması müəyyən edilməmişdir.

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 23 sentyabr 2024-cü il tarixli cavab məktubu ilə isə bildirilmişdir ki, İddiaçı ərizəsi əsasında toplanmış ma terial üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Binəqədi RPİ-nin dəftərxanasında 363/18 saylı nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 saylı əmrinə əsasən Binəqədi RPİ-nin İŞ-də İddiaçı ərizəsi əsasında toplanmış 363/18 saylı rədd materialı dəftərxana arxivində saxlanılma müddəti bitdiyindən məhv edilmişdir.

21. İddiaçı cavabdehin oğlu İlkinin ona məxsus 9361 manat pulu götürərək zərər vurmasına, cavabdehin əri olmuş Murad Muradovun həmin pul vəsaitini özünün iddiaçıya qaytaracığı barədə öhdəlik götürməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən göstərilənlər işin araşdırılmış halları ilə məhkəmə iclasında müəyyən olunmamışdır.

22. Nəzərə almaq lazımdır ki, məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 442, 1091, 1092, 1093, 1306, Azərbaycan Respublikasın ın MPMin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1325/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən mahiyyəti üzrə araşdırılması üçün apellyasiya məhkməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1243.3, 1306.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, qanunun normalarından göründüyü kimi cavabdeh tərəfindən miras əmlak faktiki olaraq qəbul edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin aşkar edilməməs i, vərəsələrin dairəsinin müəyyən edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bir çox hallarda borclu olan şəxslər öhdəlikdən yayınmaq üçün mirası qəbul etməkdə maraqlı olmurlar. Lakin bunun faktiki olaraq baş verməsi halı məhkəmə tərəfindən qəbul edilməli idi. Qanunun bu normaları tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir, Qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edilərək qeyd edilmişdir ki, qanunun normasına uyğun olaraq cavabdehdən qeyd edilən məbləğdə pul alınaraq ona qaytarılmalıdır. İddianın təmin edilməməsi mənim maddi zərərlə üzləşməyinə, birbaşa olaraq mənimsənilmiş pul məbləğinin geri qaytarılmasını heçə endirmişdir, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasına təminat verməmişdir

28. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi pozulmuşdur, işə ədalətli baxılmamışdır.

29. Qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.

30. Pul məbləğini İ.Muradovun alması və mənimsəməsi öz təsdiqini şahid ifadələri və s. ilə tapmışdır. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılan zaman iclasda məhkəməyə bildirmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polisi Rüstəm Zahidov (+994 *** ** ** 00) tərəfindən onun şikayətinin araşdırılması zamanı X9 atası X10 oğlunun borcundan 2000 manatı-1000 manatı əvvəldə, 500 manatı isə iki dəfə olmaqla İddiaçı ödədiyini, pu lun qalanını isə hissə-hissə ödəyəcəyini demişdi. X21 məhkəmədə bu barədə məlumat verə biləcəyini və onun şahid kimi dəvət olunmasını məhkəmədən xahiş etsə də, Sumqayıt Apellyasiya Məhkəməsi isə bu halı nəzərə almamışdır. Ona görə işin yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və işin yenidən araşdırılmasına zərurət vardır. X2 babası X5 himayəsində olması, X5 əmək pensiyaçısı olması, hal-hazırda həmin pensiya ailə başçısının itirilməsi ilə bağlı yetkinlik yaşına çatmayan uşağa ödənilməsi və uşağın halhazırda nənəsi – Cavabdeh himayəsində olmaqla pensiya məbləğinin cavabdeh tərəfindən alınması halları sübuta yetirilsə də məhkəmə tərəfindən qətiyyən nəzərə alınmamışdır. Apellyasiya Məhkəməsi cavabdehin vərəsəlik qaydasında hər hansı bir əmlak əldə etmədiyini əsas götürərək işin digər halına, yəni pensiya məbləğini əldə etməsi halı əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə tərəfindən sübut edilməmişdir. Göründüyü kimi məhkəmə sübutlara düzgün qiymət verməməklə hərtərəfli və tam araşdırma aparmamışdır. Nəticədə apellyasiya şikayəti əsassız olaraq təmin edilməmişdir.

31. Sumqayıt Apellyasiya Məhkəməsi ətraflı araşdırma aparmamış, Şamaxı Rayon Məhkəməsi tərəfindən qanunun normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamamış və nəticədə əsassız qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

32. Məhkəmə tərəfindən Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 07 aprel 2018-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” qərarını və araşdırma aparılarkən İ.Muradovun atası X5 izahatının alınması və həmin vaxt M.Muradov h əmin pulu özünün ona qaytaracağı barədə şifahi öhdəlik götürməsi halı qətiyyən nəzərə alınmamışdır.

33. Apellyasiya instansiyası tərəfindən Polis Bölməsindən araşdırma materialları tələb edilməmişdir, halbuki həmin vaxt M.Muradovun pulu özünün ona qaytaracağı barədə izahatının əldə edilməsi mümkün olardı. Məhkəmə həmin iş materiallarını əldə etmək məqsədi ilə polis bölməsinə sorğu verməli idi. Qeyd edilən sübutun vətəndaş tərəfindən əldə edilməsi mümkünsüzdür.

34. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı, Azərbaycan Respublikasının MPM-in 88, 217.1, 385-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikasının Mülki Məcəlləsi:

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri poz maqla icra edilməsi) başa düşülür.

39. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

40. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün komp ensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

42. Maddə 1092.2 Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

43. Maddə 1092.3 Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

44. Maddə 1093.1 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

45. Maddə 1093.2 Aşağıdakı hallarda qaytarma tələbi istisna edi lir: 1093.2.1 əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2 əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

46. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır.

53. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassa siya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası tərəfindən Polis Bölməsindən araşdırma materiallarının tələb edilmədiyi, halbuki həmin vaxt M.Muradovun pulu özünün ona qaytaracağı barədə izahatının əldə edilməsinin mümkün olacağı, məhkəmənin həmin iş materiallarını əldə etmək məqsədi ilə polis bölməsinə sorğu verməli olduğu barədə dəlilləri ilə razılaşmır.Belə ki, müvafiq materialların təqdim edilməsi məqsədilə apellyasiya məhkəməsi tərəfindən müvafiq orqana müraciət edilmiş (iş v. 102), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 23 sentyabr 2024-cü il tarixli cavab məktubu (iş v.107) ilə isə bildirilmişdir ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Binəqədi RPİ-nin dəftərxanasında 363/18 saylı nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin xx.xx.2015-ci il tarixli Q36-00115 saylı əmrinə əsasən Binəqədi RPİ-nin İŞ-də İddiaçı ərizəsi əsasında toplanmış 363/18 saylı rədd materialı dəftərxana arxivində saxlanılma müddəti bitdiyindən məhv edilmişdir.

60. Ape llyasiya məhkəməsi qeyd etmişdir ki, X10 xx.xx.1984-cü ildə xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ilə nikah bağlamış, bu nikahdan xx.xx.1987-ci il təvəllüdlü İlkin adlı övladları doğulmuşdur. xx.xx.1987-ci il təvəllüdlü X9 doğumu xx.xx.1987-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Murad və İlkin Muradovların adlarına vərəsəlik işinin açılması müəyyən edilməmişdir.İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

61. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdeh tərəfindən miras əmlakın faktiki olaraq qəbul edildiyi, bunun faktiki olaraq baş verməsi halının məhkəmə tərəfindən qəbul edilməli olduğu, qanunun normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyi barədə dəlili ilə razılaşmır.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin X21 məhkəmədə bu barədə məlumat verə biləcəyini və onun şahid kimi dəvət olunmasını məhkəmədən xahiş etsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin bu halı nəzərə almadığı barədə dəlili ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin kassasiya şikayəti verən iddiaçı tərəfi n apellyasiya məhkəməsinə şahdin dindirilməsi barədə göstərilən maddənin tələbinə uyğun əsaslandırılmış vəsatət verməsi iş materialları ilə təsdiqlənmir.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiy indən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(105)-1325/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar