Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-139/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nümayəndə Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-139/21 (Açar sözlər: plan və ölçü sənədinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: Nümayəndə vəkili Vəkil, Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-488/2020 saylı qətnaməsindən iddiaçı Nümayəndə verdiyi kasasiya şikayəti üzrə i şə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, “Toxucu” X2 xx xxx 1989-cu il tarixli qərarı ilə həmin Birliyin 4 saylı protokoluna əsasən Zirə qəsəbəsində 0,115 ha ölçüdə ayrılaraq ona verilmiş və hal-hazıradək onun istifadəsində və sahibliyində olan bağ sahəsinin “69/78” saylı bağ sahəsi kimi Cavabdeh adına X5 kitabında xx xxxxxx 2007-ci il tarixdə 4226 nömrə ilə aparılmış qeydin və bununla əlaqədar verilmiş “torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi, həmin torpaq sahəsinə dair X5 kitabında aparılmış qeydiyyatın dəyişdirilərək, həmin torpaq sahəsinə dair onun adına “plan və ölçünün” tərtib edilməsi öhdəliyinin re yestr xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim H.İ.Hüseynli) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Nümayəndə iddia etdiyi 0,115 ha, 68/77 saylı torpaq sahəsi ilə Cavabdeh ayrılmış 1062 kv.metr 69/78 saylı torpaq sahələri üst-üstə düşür və Cavabdeh ayrılmış torpaq sahəsinə dair sənədlər qanunvericiliyə uyğun olduğu halda, Nümayəndə ayrılmış torpaq sahəsinə dair arxiv sənədlərində heç bir texniki sənəd aşkar edilməyib. Eyni zamanda Nümayəndə məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edə bilməyib. İşin bu halları işə əlavə edi lmiş sübutlarla, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəmə si gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işin həqiqi halları üzrə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. İddianı rədd etməklə işin halları üzrə səhv nəticəyə gəlib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Nümayəndə vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh nümayəndəsi Seymur Durmuşov məhkəmə iclasında iştirak etsə də, vəkillə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Nümayəndə, Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı, öz iddiasının əsasını təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. Sübuta yetməyən tələb isə əsa slı hesab edilə bilməz. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüq uqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhər XDS İK-nin xx xxxxxx 1987-ci il tarixli, 17/310 saylı qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Zirə qəsəbəsi ərazisində “Toxucu” X3 (BYB) bağ sahəsi ayrılıb. Birliyin xx xxx 1989-cu il tarixli, 04 saylı protokol-qərarına əsasən iddiaçıya bağ evi və təsərrüfat tikintisi üçün 68/77 saylı, 5,75 sot, 21x50 metr torpaq sahəsi ayrılıb. İddiaçının adına verilmiş xx xxxx 2005-ci il tarixli üzvlük kitabçasında göstərilmişdir ki, Birlik üzvlərinin xx xxxxx 1989-cu il tarixli, 03 saylı protokoluna əsasən o, Birliyə üzv qəbul edilib və ona Birliyin xx xxx 1989cu il tarixli qərarına əsasən, Zirə qəsəbəsi ərazisindən sahəsi 5,75 kv.metir olan 69/78 saylı bağ sahəsi ayrılıb. Eyni zamanda, Bakı şəhər XDS İK-nin xx xxxxxx 1987-ci il tarixli, 17/310 saylı qərarına və X2 xx xxxx 1993-cü il tarixli, 05 saylı protokol-qəra rına əsasən, Əzizbəyov rayonu (indiki Xəzər), Zirə qəsəbəsi ərazisində cavabdehə bağ evi tikintisi üçün sahəsi 10.62 sot, 21x50,6 kv.metr olan 69/78 saylı bağ sahəsi ayrılıb. Bundan sonra cavabdehin adına xx xxxxxx 2007-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilib. Reyestr Xidmətinin xx xxxxx 2019-cu il tarixli məktubuna əsasən, 69/78 saylı bağ sahəsinin ayrılmasına dair cavabdehin adına verilmiş üzvlük kitabçası arxiv qovluğunda mövcuddur. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini və işə əlavə edilmiş sübutları araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsi Azə rbaycan Respublikası Torpaq Məcəlləsi, Mülki Məcəllə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi aktlar ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götü rdükləri ölçüdə verilir.Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə mü əyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçı, Birliyin xx xxx 1989-cu il tarixli, 04 saylı protokol-qərarına əsasən ona 68/77 saylı bağ sahəsinin ayrıldığını, həmin sahəsinin bu tari xdən onun istifadəsində olduğunu, lakin qanunsuz olaraq 69/78 saylı bağ sahəsi kimi cavabdehin adına qeydə alındığını, bununla da, həmin sahəni əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək imkanından məhrum olduğunu və Birliyin sədri tərəfindən onun adına qanunsuz olaraq müxtəlif saylı bir neçə torpaq sahəsi rəsmiləşdirilməklə sənədlərdə uyğunsuzluq yaradıldığını iddia edir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə və ona əlavə edilmiş torpaq sahələrinin yerləşmə sxeminə, habelə Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, “Toxucu” X2 xx xxx 1989-cu il tarixli, 04 saylı protokol-qərarına əsasən, iddiaçı, Zirə qəsəbəsində ona ayrılmış 0,115 ha, 68/77 s aylı torpaq sahəsinə dair heç bir texniki sənəd təqdim etmədiyi və belə bir sənədlər aşkar edilmədiyi üçün ona ayrılmış 0,115 ha, 68/77 saylı torpaq sahəsinin naturada mövcud olub-olmamasını, coğrafi baxımdan yerləşmə vəziyyətini və sənədləri müəyyən etmək mümkün olmadı. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə Zirə qəsəbəsində yerləşən 69/78 saylı bağ evinə dair cavabdehin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına və cavavbdehin adına reyestr nömrəsi **********56, sahəsi 1062 kv.metr olan (çıxarışın əlavəsi olan) plan və ölçü sənədində qeyd edilən koordinatlara əsasən, naturada mövcud olan 1062 kv.metr torpaq sahəsinin coğrafi baxımdan yerləşmə vəziyyəti və sərhədləri müəyyən edilir. M übahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə cavabdehin adına tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin koordinatları, eləcə də onun adına reyestr nömrəsi **********56, sahəsi 1062 kv.metr olan (çıxarışın əlavəsi olan) plan və ölçü sənədində qeyd edilən koordinatlar üst-üstə düşür. Cavabdehin adına ayrılmış torpaq sahəsinə dair sənədlər arxivdə movcuddur və həmin sənədlər əsasında qanunvericiliyə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə Zirə qəsəbəsində yerləşən 69/78 saylı bağ evinə dair cavabdehin adına“Torpaq sahəsinin planı və ölçüsü” sənədi, eləcə də, bu sənədə uyğun reyestr nömrəsi **********56, sahəsi 1062 kv.metr olan Çıxarış və plan, ölçü sənədi verilmişdir. Ape lyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iddia olunan hazırki tələblərin xüsusi bilik tələb etdiyini nəzərə alıb mütəxəssis və ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi 0,115 ha, 68/77 saylı torpaq sahəsi ilə cavabdehə ayrılmış 1062 kv.metr 69/78 saylı torpaq sahələri üst-üstə düşür və sonuncuya ayrılmış torpaq sahəsinə dair sənədlər qanunvericiliyin tələblərinə uyğun olduğu halda, iddiaçıya ayrılmış torpaq sahəsinə dair arxivdə heç bir texniki sənəd aşkar edilməmişdir. Eyni zamanda, iddiaçı özü tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişd ir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, iddianın əsassız olması işə əlavə edilmiş sübutlarla, o, cümlədən mütəxəssis və ekspert rəyləri ilə də tam təsdiq olunur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum yoxdur. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Nümayəndə kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)488/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-139/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-139/2021
02.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver