Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-139/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “qəyyum təyin edilmə barədə sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yetkinlik yaşına çatmayan uşağın nənə və ya babanın himayəsinə verilməsi, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının sərəncamının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sen tyabr 2024-cü il tarixli, 2(104)-1406/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X5 və X6 nikahlarından 03 iyul 2020-ci il tarixdə X14 adlı övladları anadan olmuşdur.
2. X9 10 oktyabr 2022-ci il tarixdə, X10 isə 12 oktyabr 2022-ci il tarixdə ölmüşlər.
3. İddiaçı X6 anası, Cavabdeh2 isə X5 atasıdır.
4. Valideynlərinin ölümündən sonra azyaşlı X14 nənəsi İddiaçı ilə faktiki yaşayır.
5. Əvvəllər iddiaçı Cavabdeh2 cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyətinə, X3 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (oğlunun övladı) X7 onun qəyyumluğuna verilməsi və onun həmin uşaq üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin icraatda, İddiaçı Cavabdeh2 və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş X2nun onun qəyyumluğuna verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilməmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin icraatına xitam verilmişdir.
8. Kəlbəcər Rayon İcr a Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı ilə, ünvan 1i ünvanında daimi qeydiyyatda olan Umudov X1 Rayon İcra Hakimiyyəti başçısının ünvanına ərizə ilə müraciət edərək, azyaşlı X2 üzərində qəyyum təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Ərizə və toplanmış sənədlər araşdırılarkən məlum olmuşdur ki, azyaşlı X11 atası X9 10 oktyabr 2022-cı il tarixdə, anası X10 isə 12 oktyabr 2022-ci il tarixdə vəfat etmişlər. Azyaşlı Y.Umudovun valideynləri vəfat etdikdən sonra, o, baba və nənəsinin himayəsində qalmışdır. Baba Cavabdeh2 xx xxxxxx 1954-cü il tarixdə anadan olmuş, hazırda onun 68 yaşı vardır. Cavabdeh2 həyat şəraiti Komissiya tərəfindən müayinə olundu, o, hazırda Daşkəsən rayonunun Quşçu kəndində üç otaq olmaqla tam təmirli fərdi yaşayış evində yaşayır və uşağın yaşaması üçün tam şərait vardır. Uşağın ana baba və nənəsi də azyaşlı üzərinə qəyyum təyin olunması ilə bağlı aidiyyəti üzrə müraciət etmişlər. Müraciətlə bağlı olaraq onların yaşayış şəraiti müayinə olunmuş və məlum olmuşdur ki, onlar Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində fərdi yaşayış evində yaşayırlar. Ev iki otaq olmaqla qismən təmirlidir və uşağın yaşaması üçün qismən şəraitli hesab edilir. Tərəflər uşaq üzərində qəyyum təyin olunmasında qarşılıqlı razılığa gəlmədiklərinə görə ata baba Cavabdeh2 Kəlbəcər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə proses iştirakçılarına izah edilmişdir ki, 03 iyul 2020-ci il tarixdə doğulmuş və valideynlərini itirmiş X12 qəyyum təyin edilənədək azyaşlının damı qey diyyatda olduğu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı - Kəlbəcər Rayon İcra Hakimiyyəti uşağın qəyyumu hesab edilir. Cavabdeh2 23 avqust 2023 tarixli 1 saylı Gəncə regional "Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş müraciət ərizəsi əsasında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyini nəzərə alaraq azyaşlı üzərinə qəyyum təyin olunmasını qanuna müvafiq hesab edərək, bu bərədə qərar qəbul etmişdir. Komissiya toplanmış sənədləri, atanın və ananın vəfat etdiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-38-ci, Ailə Məcəlləsinin 114.1 və 136-141-ci maddələrini rəhbər tutaraq, ünvan 1 sakini Cavabdeh2 nəvəsi - 03 iyul 2020-cı il tarixdə anadan olmuş X14 üzərində qəyyum təyin edilməsini məqsədəmüvafiq hesab edərək, b u barədə müsbət rəy vermişdir. Odur ki, toplanmış sənədləri Komissiyanın rəyini, uşağın saxlanması, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinin qorunması məqsədilə ünvan 1 sakini Cavabdeh2 nəvəsi - 03 iyul 2020-ci il tarixdə doğulmuş X7 üzərində qəyyum təyin edilməsi, uşağın saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onun hüquq və mənafelərinin qorunmasına nəzarət edilməsinin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına tapşırılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (qızını n övladı) X7 babası (uşağın atasının atası) - Cavabdeh2 qəyyumluğuna verilməsinə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2022-ci ildə Kəlbəcər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin icra başçısının aparatı tərəfindən Cavabdeh2 08 dekabr 2022-ci il tarixli 4683 nömrəli məktub göndərilərək, X2 üzərində qəyyum təyin edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq tələb olunan sənədləri təqdim edə bilmədiyinə görə, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilməmiş, X7 üzərində qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etm əsi tövsiyə olunmuşdur. Eyni məzmunlu məktub iddiaçıya da göndərilmiş, lakin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almadan Cavabdeh2 azyaşlı nəvəsinin üzərində qəyyum təyin etmişdir. Qəyyum təyin edilmə barədə sərəncamda Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsinin qüvvəyə minməsindən bəhs edilir, hələ mübahisə apellyasiya icraatında olmuşdur.
11. Kəlbəcər Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia ərizəsi təmin edilməmiş, Cavabdeh2 03 iyul 2020-ci il tarixdə doğulmuş X2 üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 s aylı sərəncamının hazırkı iddiaya münasibətdə dəyişdirilmədən saxlanılması, 03 iyul 2020-ci il tarixdə doğulmuş X7 İddiaçı alınıb Cavabdeh2 himayəsinə verilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsaslı olduğunu təsdiq edən yetərli sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı iddianın təmin edilməsinə (Cavabdeh2 öz azyaşlı nəvəsi Yusif Umudovun üzərində qəyyumluğunun ləğv edilməsinə) əsas verən hallar aşkar edilməmişdir. Cavabdeh2 inzibati orqan Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati praktikası olan 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamına olan etimad hüququ qanunla qorunur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında qəyyumluqla bağlı əvvəlki mübahisə üzrə Kəlbəc ər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsi (ilkin və qarşılıqlı iddiaların rədd edilməsi barədə) qanuni qüvvəsini almadan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamla uşağın Cavabdeh2 qəyyumluğuna verilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilməklə həmin mülki iş üzrə icraata xitam verildiyindən, hazırkı halda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının qanunsuz hesab edilməsinə əsas ola biləcək dəlil hesab edilə bilməz.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Mülki Məcəllənin 33.1, 33.2, 33.3, 33.4, 33.5, 34.1, 35.1, 35.2, 35.3, 35.6-cı, Ailə Məcəlləsinin 136.1, 136.2, 136.3, 137.1, 137.2, 137.3-cü, “İnzibati icraat haqqında” Qanunun 13.1, 13.4, 13.5-ci, Mülki Prosessual Məcəllənin 77.1, 80, 81, 217.1, 217.2, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2(104)-1406/2024 nömrəli qətnaməsi ilə (hakim L.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzr ə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh2 03 iyul 2020-ci il tarixdə doğulmuş X2nun üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının ləğv edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının qızı və kürəkəni 10 ildən artıq bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində öz evlərində yaşamışlar və onların övladları X14 dünyaya gəldikdən sonra həmin evdə valideynləri ilə birgə yaşamışdır. İddiaçı ailə üzvləri ilə birlikdə 9 ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır və hazırda həmin ərazi üzrə qeydiyyatdadır. X2 valideynlərini itirdik dən sonra onunla birlikdə valideynlərinin evində yaşayır. Onun təlimtərbiyəsi, sağlam bir mühitdə böyüməsi, sosial ehtiyaclarının ödənilməsi ilə məhz iddiaçı məşğul olur.
18. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Ailə Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalı olduğundan, Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı 08 sentyabr 2023cü il tarixli 83 saylı Sərəncamla azyaşlı uşağın saxlanılıb tərbiyə edilmələri üçün babası Cavabdeh2 qəyyumluğuna verərkən, həmin halları, uşağın maraq və mənafelərini nəzərə almamışdır.
19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hər bir uşaq təkrarolunmaz varlıqdır. Uşaqla bağlı mübahis ələr həll edilərkən, əsas vəzifə ondan ibarətdir ki, uşaq üçün onun maraqlarını maksimum dərəcədə təmin edən şəxs seçilsin, bu zaman uşağın xarakteri, psixoloji vəziyyətinin səciyyəvi cəhətləri nəzərə alınsın. Əsas məqsəd uşağın daimi olaraq sevgi, qayğı, nəvaziş hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Hazırkı iş üzrə isə müəyyən olunmuş hallardan görünür ki, baş vermiş intihar hadisəsindən sonra, yəni 2022-ci ilin oktyabr ayından iddiaçı nənəsinin himayəsində qalmış və onunla yaşamağa başlamışdır. Bu baxımdan, Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı 08 sentyabr 2023-cü il tarixli 83 saylı Sərəncamı ilə azyaşlı uşağın saxlanılıb tərbiyə edilməsi üçün babası Cavabdeh2 qəyyumluğuna verilə rkən, bütün bu hallar nəzərə alınmamışdır. Belə ki, azyaşlı uşağın cavabdehə verilməsi və onun başqa mühitdə tərbiyə edilməsinə şərait yaradılması onun maraqlarının daha yaxşı təmin edilməsinə zidd olmaqla, üstün maraqlarına cavab vermir.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, belə tələb olmadığı halda, 03 iyul 2020-ci il tarixdə doğulmuş X7 İddiaçı alınıb Cavabdeh2 himayəsinə verilməsini qət etmiş və bununla da, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbini pozmuşdur.
21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Mülki Məcəllənin 33.1, 33.3, 33.4, 35.1, 35.2-ci, Ailə Məcəlləsinin 136.1, 136.2, 137.1, 137.2, 137.3-cü, “Uşaq hüquqları haqqında” Qanunun 4, 5, 31-ci, Mü lki Prosessual Məcəllənin 385.1 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Cavabdeh2 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2(104)-1406/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 33.1, 35.3, Ailə Məcəlləsinin 137.2-ci, Mülki Prosessual Məcəllənin 88, 184.4-cü maddələrinin tələbləri pozulmuşdur.
24. Belə ki, İddiaçı və onun əri Sadiq İbrahimov uşağın qayğısına qalmaq, eləcə də, tərbiyə etmək qadirində deyillər. İddiaçı 2-ci qrup gözdən əlil olduğu halda onun özünə köməkçi lazımdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə düzgün yanaşmamış, uşağın hüquqlarının hər bir şeydən üstün olmasını qeyd etsə də, uşağın üzərində qəyyum təyin edilə biləcək şəxslərin şəxsi keyfiyyətini, sağlamlıq və psixi durumlarını nəzərə almamışdır. Məhkəmə kollegiyası Kəlbəcər Rayon icra hakimiyyəti başçısının sərəncamını ləğv edərkən əsas kimi uşağın uzun müddət, yəni 2 ildir ki, iddiaçıların yanında yaşamasını göstərmişdir. İddiaçının məqsədi uşağı saxlamaq yox, maddi gəlir əldə etmək olmuşdur.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. İddiaçı kassasiya şikayətinə etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Daşkəsən rayonunun Quşçu kəndinə yaşayır, uşağın valideynlərinin dəfninin üçüncü günü 2 yaşlı uşağı qoyub getmiş, bu müddətdə uşaq iddiaçının himayəsində qalmaqla, onunla yaşayır, uşaq bağçasına gedir. Cavabdehin 71 yaşı var, həyat yoldaşı X4 isə astma-bronxit xəstəliyi ilə təqaüdə çıxıb. Cavabdehin uşağın üzərində qəyyum təyin edilməsi barədə sənədlər tam deyildir. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlə bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunu tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Ailə Məcəll əsi 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 13 6.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 137.1. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. 137.2. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliy ə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. 32. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar süb utlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prose ssual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1. kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilməklə yekun nəticəyə gəlinmişdir (bax bənd 17-20). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı bir daha da qeyd olunmalıdır ki, hazırkı qəbildən işlərə baxılarkən ilk olaraq yetkinlik yaşına çatmayan uşağın üstün mənafeyi rəhbər tutulmalıdır.
37. Hazırkı işdə apellyasiya məhkəməsi uşağın yaşını, valideynlərinin ölümündən sonrakı bütün dövrdə iddiaçı ilə qalmasını, sonucunun bu müddətdə uşağın qayğısına qalmasını, eyni zamanda həm iddiaçının, həm də cavabdehin şəxsiyyətlərini səciyyələndirən hallarını nəzərə almış, yekun olaraq uşağın maraq və mənafelərinə uyğun qətnamə qəbul etmişdir. Bu zaman apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların pozulmasına yol verməsi müəyyən olunmamışdır.
38. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2(104)-1406/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.