Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1392/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2901/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, Sumqayıt şəhər Bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş Novxanı Bağlar ərazisində yerləşən faktiki sahəsi 600 kv.metr olan bağ torpaq sahəsinə dair X2 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab olunması, həmin bağ torpaq sahəsi üzərində Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının mülkiyyət hüququnun tanınması, qətnamənin 1895 saylı bağ torpaq s ahəsi üzərində Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin plan və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. Həmin qətnaməyə əsasən bağ sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və 06 sentyabr 2011-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 08 sentyabr 2016-cı il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həmin bağ torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 Aynur qızına bağışlanmış və 16 sentyabr 2016-cı il tarixdə onun adına Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bundan sonra İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının bağ torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin yanvar ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 aprel 2007ci il tarixli qərardadı ilə təsdiq edilmiş 15 aprel 2007-ci il tarixli barışıq sazişinə əsasən Nümayəndə, X4, X8 və onun icarəsində saxlanılmaqla bölünməsini və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2011-ci il tarixli qərardadı ilə 17 aprel 2007-ci il tarixli qərardadın icraya yönəldilməsini, lakin bağ torpaq sahəsinin Cavabdeh2 və ondan sonra Cavabdeh1 mülkiyyətinə keçməsi ilə əlaqədar icra olunmamasını, Cavabdeh2 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas verən qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsi Mül ki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı ilə ləğv edilərək Cavabdeh2 torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinin rədd olunmasını əsas göstərməklə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinə dair Vəliyeva Pərvanə İlham qızının adına verilmiş 06 sentyabr 2011-ci il tarixli Reyestrdən Çıxarışın, həmin Çıxarış əsasında Cavabdeh1 ilə bağlanmış bağışlama müqaviləsinin və sonuncunun adına verilmiş reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1963/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.İ.İsmayılov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkə məsində icraat İş üzrə cavabdeh Əsgərova (Sadıqova) Firuzə Aşur qızı apellyasiya şikayəti verərək iddiaçının mübahisəli torpaq sahəsinə iddia etmək üçün subyektiv hüquqa malik olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2901/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)-1963/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək iddiaçının Mülki Məcəllənin 354-cü maddəsinin 2-ci hissəsində müəyyən olunmuş müddəti ötürməklə məhkəməyə müraciət etməsini, iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsinin əsassız olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qay dasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə g örə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Novxanı bağlar massivində yerləşən ümumi sahəsi 2400 kv.metr t əşkil edən bağ sahəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 17 aprel 2007-ci il tarixli qərardadı ilə təsdiq olunmuş 15 aprel 2007-ci il tarixli barışıq sazişinə əsasən Nümayəndə (1200 kv.metr), X2 (200 kv.metr), X3 (400 kv.metr), X5 (600 kv.metr) icarəsində saxlanılmaqla bölüşdürülmüşdür. Lakin Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsinə əsasən Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızı həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə edib həmin torpaq sahəsini Cavabdeh1 bağışlamaqla sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından barışıq sazişinin təsdiq olunmasına dair Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2007-ci il tarixli qərardadının icrası mümkün olmamış dır. Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının iddiası rədd edilmişdir. Beləliklə, Cavabdeh2 (Əmirşahova) mübahisəli torpaq sahəsinin 600 kv.metrdən ibarət olan hissəsinə mülkiyyət hüququ əldə etməsi üçün əsas olmuş məhkəmə qətnaməsi ləğv edilməklə iddia rədd olunduğundan, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin təmin edilməsinin qanuni olması barədə nəticəyə gəlmiş və bu zaman qanuni əsas kimi Mülki Məcəllənin 337, Azərbaycan Respublikası MPM -in 82.3-cü maddəsinə əsaslanmışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2901/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1392/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1392/2022
02.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver