Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1392/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Rəhimova Nahidə Dilavər qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, miras passivi, öhdəliyin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4284/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər (vəkil və nümayəndə Vəkil1 Akif oğlu) tərəfindən birgə verilmi ş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X5 arasında 7 avqust 2017-ci il tarixdə sadə yazılı formada bağlanmış “Faizsiz borc Müqaviləsi”nə əsasən borcverən (İddiaçı MMC) borcalana (Rəhimov Vaqif) 69971 manat pulu hissə-hissə ödəməyi, borcalan isə 31 yanvar 2020-ci il tarixdə borcu tam olaraq qaytarmağı öhdəsinə götürmüşlər.
2. İddiaçı MMC tərəfindən X3 1 saylı, 11 avqust 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 11.400.00 manat, 2 saylı 18 avqust 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 3560.00 manat, 3 saylı 13 sentyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 6500.00 manat, 4 saylı 27 sentyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 8500.00 manat, 5 saylı, 23 oktyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 9975.00 manat, 7 saylı 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 15000,00 manat, 8 saylı,12 yanvar 2018-ci il tarixli məxaric xəzinə orderi ilə 8500.00 manat, 9 saylı 30 yanvar 2018-ci il tarixli məxaric xəzinə orderi ilə 6500.00 manat pul verilməsi qeyd olunmuşdur.
3. Bakı şəhəri 50 saylı Notariat Ofisinin 31 mart 2023-cü il tarixli, 701 nömrəli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış əmlaklara dair həmin notariat ofisində vərəsəlik işi açılmışdır. Ondan miras qalmış əmlaklara dair vərəsələri, arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 vərəsəlik haqqında şəhadətnamələr verilmişdir.
4. İddiaçı tərəfindən 29 dekabr 2022-ci il tarixdə cavabdehlərə pretenziyalar göndərilmişdir.
5. Hazırda iddiaçı borcu onun vərəsələrindən tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975 manat borcun və ödənilmiş 300.45 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onlarda olan məlumata əsasən borc alan X5 8 iyul 2020-ci ildə vəfat etmişdir. Cavabdehlərdən Rəhim Rəhimov borc alanın oğlu, Nəhidə Rəhimova isə arvadıdır. 7 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975 manat borcun və ödənilmiş 300.45 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qət namə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz etdiklərini bildirmiş və qeyd etmişdir ki, mərhum Vaqif Rəhimov xx.xx.2020ci il tarixində dünyasını dəyişmişdir. Həmin müqavilə haqqında onun vərəsələri nə mərhumun sağlığında özündən eşitməmişdilər, nə də ki, onun vəfatından sonra da iş üzrə olan iddiaçı tərəfindən hər hansı bir xəbərdarlıq və ya digər formada bu borc münasibətlərinin olmasından məlumatlı olmamışdırlar. Halbuki, mərhum Vaqif Rəhimov bu məbləğdə kiminsə qarşısında borc öhdəliyi olmuş olsaydı, o, ailə üzvlərinə mütləq məlumat verərdi. Qeyd etmişdir ki, vərəsələrin mərhum Vaqif Rəhimovun MMC ilə 69975 manat məbləğində “Faizsiz borc” müqaviləsinin imzalamasından və onun əsasında müxtəlif dövrlərdə hi ssə-hissə borca verilmiş pulu götürülməsindən heç bir zaman məlumatları olmamışdır. Əgər bu belə olsaydı, cavabdehlər onun doğmaları olaraq bu iddianın verilməsini gözləmədən özləri könüllü olaraq bu borcu ödəyərdilər və onlara qarşı irəli sürüləcək iddianı gözləməzdilər. Qeyd etmişdir ki, həqiqətən də tərəflər arasında bu borc müqaviləsi imzalanmış olsaydı və müqavilədə nəzərdə tutulan pul mərhum Vaqif Rəhimov götürmüş olsaydı, müqavilənin xx.xx.2020-ci il tarixədək qüvvədə olması nəzərdə tutulduğundan, məhz o tarixə qədər borclu tərəfindən icra olunmalı olduğu halda, icra olunmadığından Vaqif Rəhimova hər hansı bir xəbərdarlıq göndərilərdi, təbii ki, cavabdehlərin də bu haqda məlumatı olardı. Qeyd etmişdir ki, mərhum Vaqif Rəhimovun maliyyə vəziyyəti hər zaman stabil və problemsiz olub və 69975 manat pul vəsaitinin xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər hissə-hissə götürməsinə onun heç bir ehtiyacı da olmamışdır. Bu müqavilə Vaqif Rəhimov tərəfindən imzalanmamışdır.İddiaçı tərəfindən təqdim edilmiş məxaric qəbzləri də ciddi hesabat blankları hesab olunmamaqla, hətta Vaqif Rəhimov tərəfindən imzalansaydı belə, heç bir anlama gəlməmişdir. Hesab etmişlər ki, bu uydurma və saxta sənədlər olmuşdur.Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 aprel 2023-cü il tarixli, e-2(007)-794/2023 nömrəli qətnaməsi ilə (hakimFikrət Mirzəyev) iddia təmin edilməmişdir.
10. Birinci insansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, 23 "xxxx" M əhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə əsasən müəssisə 16 yanvar 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, cəmiyyətin təsisçiləri 60% paya sahib olan X6 və 40 % paya sahib olan X4 olmuşlar.Nizamnamənin 3-cü bəndində qeyd olunmuşdur ki, “Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə,o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.
11. Məhkəmə qeyd etməyi zəruri hesab edərək vurğulamışdır ki, hazırkı borc müqaviləsi sadə yazılı formada bağlansa da, həmin müqavilənin həqiqiliyini şübhə altına alan bir-neçə amillər mövcud olmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, X2 iddiaçı müəssisə ilə hər hansı bağlılığı olmamış, həmin müəssisədə işləməmiş və onun təsisçisi olmamışdır.Borc verən təşkilat onunla, heç bir əmək münasibətləri olmayan şəxsə uzun müddətə,kifayət qədər yüksək məbləğdə pulu faizsiz olaraq hansı səbəblərə görə verdiyini əsaslandırmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, məxaric xəzinə orderlərinin sıra nömrələrinə diqqət yetirdikdə məlum olmuşdur ki, 11 avqust 2017-ci il tarixdən 30 yanvar 2018-ci il tarixinədək borcalana 1-dən 9-dək orderlərlə (6 istisna olunmaqla) müxtəlif məbləğdə pullar verilmişdir. Burda diqqət çəkən məqam ondan ibarət olmuşdur ki, həmin müddət ərzində müəssisə yalnız X3 borc verərkən məxaric xəzinə orderlərindən istifadə etmişdir. Belə çıxır ki, təqribən 2 il ərzində müəssisə yalnız X3 borc verməklə öz vəsaitini xərcləmiş, başqa bir məxaric əməliyyatları aparmamışdır.
14. Məhkəmə həmç inin qeyd etmişdir ki, X1 qalmış miras əmlakların siyahısına diqqət yetirdikdə, onun kifayət qədər imkanlı bir şəxs olduğu bəlli olmuşdur. Belə olan halda, onun bank fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və heç bir əmək münasibətinə girmədiyi bir müəssisədən borc alması inandırıcı görünməmişdir.
15. Məhkəmənin qənaətinə görə, X5 hal hazırda həyatda olmadığından müqavilənin onun tərəfindən imzalanıb-imzalanmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin cavabdehlərin məhkəməyə təqdim etdikləri etiraz ərizəsindən,onun nümayəndəsinin verdiyi izahatdan da məlum olmuşdur ki, onlar mərhumla kifayət qədər möhkəm ailə münasibətlərində olmuşlar və ailə başçısı tərəfindən bu məbləğdə borc götürülsəydi mütləq onların xəbəri olardı.
16. İddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin sübutlar iddianın təmin edilməsi üçün kifayət etməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunu düzgün əsaslandırmadan subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Qətnamədə heç bir əsaslandırma aparılmamış, yalnız işdə olan sənədlərin nədən ibarət olması göstərilmiş və maddi hüquq normalarına istinad edilməmişdir. Məhkəmə ilkin olaraq nəzərə almamışdır ki, X2 iddiaçı müəssi sə ilə hər hansı bağlılığının olmaması, həmin müəssisədə işləyib-işləməməsi, onun təsisçi olub-olmaması, borc verən təşkilatla onun arasında hər hansı əmək münasibətlərinin olub-olmaması tərəfləri müqavilə azadlığı prinsipindən yayındıra bilməzdi. Vaqif Rəhimovun iddiaçı ilə müqavilə bağlaması üçün hər hansısa şərt lazım olmamışdır. Məhkəmənin məxaric xəzinə orderlərinin sıra nömrələri ilə bağlı şübhəsi də əsassız, yersiz və qanunsuz olmuşdur. İddiaçının kiməsə borc verməsi, öz vəsaitini hansı müddət ərzində, necə xərcləməsi öz daxili işi olmuş və diqqət çəkən məqam olsa belə, bu, iddianın təmin edilməməsi qənaətinə gəlinməsi üçün əsas olmamışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, X2 imkanlı və yaxud kasıb biri olması arqumenti də onu müqavilə bağlamaq hüququndan azad etməmişdir. Qeyd etmişdir ki, məhkəmə Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad edib iddianı tam həcmdə təmin etməli olduğu halda, ümumiyyətlə, qətnamədə maddi hüquq normasına istinad etməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4284/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, İddiaçı MMC və X2 adlarından olan 7 avqust 2017-ci il tarixli Faizsiz borc müqaviləsində "Borcalan" qarşısındakı imza, həmin müqaviləyə dair 11 avqust 2017-ci il tarixli 1 saylı, 18 avqust 2017-ci il tarixli 2 saylı, 13 sentyabr 2017-ci il tarixli 3 saylı, 27 sentyabr 2017-ci il tarixli 4 saylı, 23 oktyabr 2017-ci il tarixli 5 saylı, 14 dekabr 2017-ci il tarixli 7 saylı, 12 yanvar 2018-ci il tarixli 8 saylı, 30 yanvar 2018-ci il tarixli 9 saylı məxaric xəzinə orderlərində "Aldım" qrafasındakı imzalar - X5 tərəfindən icra olunmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4284/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Sabit Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975 manat borc və ödənilmiş 300.45(üç yüz manat, qırx beş qəpik) manat dövlət rüsumu əvəzi müştərək qaydada alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməli idi. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehlərin etiraz və müdafiə hüq uqlarına görə aradan qalxmadığından iddia haqlı sayılmalı idi.
23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də iddianın faktiki əsasını təşkil edən faizsiz borc müqaviləsi və məxaric xəzinə orderlərindəki imzaların mirasqoyan X5 tərəfindən icra olunduğu öz təsdiqini tapdığından iddianın əsaslılığını təsdiq edilmiş olduğu qənaətinə gəlmişdir.Çünki, iddiaçı məhz həmin sübutlara istinad edərək hazırki iddianı irəli sürmüşdür.
24. Apellyasiya instansiyası məhkəməsində isə yeni sübutlar tədqiq edilərkən, yəni ekspertiza rəyi ilə işin nəticəsinə təsir edən digər, yəni, yeni faktiki hallar müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə bağlamaqda tərəflər azad olmuşdur. Yüksək məbləğdə pulu faizsiz olaraq hansı səbə blərə görə verməsinin də əsaslandırılmasına ehtiyac yox idi. Çünki, tələb edilən məbləğ həqiqətən cavabdehlərin vərəsəsi olduğu mirasqoyana faizsiz olaraq borc məqsədilə verilmişdirsə, demək ki, iddiaçı mülkiyyəti kimi verdiyi borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Burada, iddiaçının bank fəaliyyəti yaxud bank olmayan kredit təşkilatı fəaliyyəti ilə məşğul olması üçün lisenziyasının olmaması da iddianı rədd edilməsi üçün əsas ola bilməzdi.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin məxaric xəzinə orderlərinin sıra nömrələri ilə bağlı şübhəsi də əsaslı olmamışdır. Çünki, iddiaçı cəmiyyət hüquqi şəxs kimi öz vəsaitini yalnız nağd formada xərcləmir, demək olar ki, bu cür əməliyyatlar, yəni vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçir ilir. Ona görə də iki il ərzində miras qoyana yalnız məxaric xəzinə orderləri vasitəsilə nağd borc verməsi yaxud bank hesabı vasitəsilə verməməsi mümkünsüz sayıla bilməzdi. X1 qalmış miras əmlakların çoxluğu yaxud onun kifayət qədər imkanlı bir şəxs olması da iddianın əsaslı olmasını inkar etməmişdir. Əksinə, miras qoyanın əmlakının çox olmasına yaxud kifayət qədər imkanlı bir şəxs olmasına aldığı faizsiz borc məbləğindən bazar iqtisadiyyatı şəraitində istifadədə səbəb olmuş yaxud başqa formada müsbət təsiri ola bilərdi.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin vərəsələri olduğu miras qoyanla kifayət qədər möhkəm ailə münasibətlərində olması və tələb edilən məbləğdə borc götürsəydi, mütləq onların xəbəri ola bilərdi qənaəti də iddianı qətiyyən əsassız edə bilən arqumentlər sayılmamalı idi.
28. Hazırki mübahisəyə münasibətdə məhkəmə tərkibi qeyd etmişdir ki, istər Mülki Məcəllənin tələbi baxımından, istərsə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından cavabdehlər mirasqoyanın vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və iddiaçı qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşımışlar.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı ümumiyyətlə rədd etdiyindən cavabdehlərin vərəsə kimi kreditor qarşısında öhdəliyini yerinə yetirməməsi və yaranmış öhdəliyin həcmi barədə ümumiyyətlə hüquqi dəyərləndirmə aparmamışdır.
30. Məhkəmənin qənaətinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu hesab olunmalı idi.Ancaq hazırki iş üzrə cavabdehlər olan vərəsələrin aldığı miras aktivi, yəni 18 adda daşınar və daşınmaz əmlakdan hər birinin ½ hissədə pay aldıqları təsdiq olunduğundan, tələb edilən 69975 manat həcmində birgə öhdəlikləri yaranmış və həmin məbləği ödəməyə borclu idilər. Çünki, cavabdehlər ümumiyyətlə aldıqları miras aktivindən miras passivinin az olduğunu bəyan etməmişlər, iddiaya etirazları yalnız mirasqoyanın hansısa şəxsdən borc almaması ilə bağlı olmuşdur.
31. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehlər qanun üzrə vərəsəlik qaydasında miras əmlaka pay aldıqları üçün mirasqoyanın vərəsələri kimi iddiaçı qarşısında məsuliyyət daşımışlar. Ən azından iddiaçı cavabdehlərin tələb edilən məbləğdən də artıq həcmdə miras əmlaka pay almala rına dair məhkəməyə mötəbər sübutlar təqdim etmişdir.
32. Cavabdeh tərəf yazılı vəsatətində ekspert rəyinin özünü mübahisələndirmişlər.Bununla bağlı apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iş üzrə təkrar məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, ilkin ekspertiza məhz mirasqoyanla aparılmış notariat hərəkətləri üzrə tərtib olunan sənədlərin və miras qoyana aid digər sənədlərin əslində olan(cəmi 5 sənəddə olan) sərbəst imza nümunələrindən istifadə edilməklə rəy verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb edilən borca aid sənədlərin qanuniliyinin yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də təqdim edilmiş sübutlardan istifadə etməklə rəy vermişdir. Lakin ekspert b ilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməzdi.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinin həqiqiliyi hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, xətşünaslıq ekspertizasının rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsi, eləcə də əlavə yaxud təkrar ekspertiza keçirilməsi üçün də əsas olmamışdır.
34. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 433.1, 442,445.2.1, 448.1, 448.2, 528, 529.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. Cavabdehlər (Vəkil1) birgə kassasiya şikayəti verərək, qətna mənin tamamilə ləğv edilib, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nizamnaməsi apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış və öyrənilməmişdir. Hamıya bəllidir ki, hüquqi şəxslər öz Nizamnaməsi əsasında fəaliyyət göstərir. Həmçinin iddiaçının borc pulun verilməsi üçün belə maddi imkanların olması haqqında bir sübut da təqdim olunmamış və məhkəmə tərəfindən ümumiyyətlə bu araşdırılmamışdır. Halbuki, hüquqi şəxsin fəaliyyəti nəticəsində əldə edilmiş maliyyə qazancları öyərnilməli idi, onun o dövrdəki olan bank hesabları, orada saxlanılan pul vəsaitlərinin həcmi haqqında məlumat alınmalı idi. Qeyd etmişlər ki, ümumiyyətlə həmin dövrdə iddiaçının istər kassasında, istər bank hesa bında bu pul vəsaitin olması belə inandırıcı olmamışdır. İşə baxan apellyasiya məhkəməsi ən sadə üsul taparaq, iş üzrə xəttşünaslıq ekspertizası təyin edərək, ekspertizada tədqiq olunmuş sənədlərin böyük hissəsi böyük şübhə doğuran sənədlər əsasında qəbul olunmuş rəyə əsaslanaraq qanunsuz və ədalətsiz qətnamə çıxartmışdır. Hesab etmişlər ki, sözügedən müqavilədə borc alanın pulun borc verənə qaytarılması öhdəliyi qeyd olunmamışdır. Yalnız borcverənin pul verməyi öz öhdəsinə götürüldüyü göstərilmişdir. Halbuki, həmin maddədən açıq-aşkar görsənmişdir ki, borc müqaviləsində həm borcverənin pulun verilməsi, həm də borcalanın pulun qaytarılması qeyd-şərtsiz göstərilməli idi. Qeyd etmişlər ki, ümumiyyətlə bu müqavilə özü-özlüyündə etibarsız hesab olunmalı idi. İddiaçı müqvilənin qüvvədən düşdüyü vaxtdan etibarən neçə ay müddətində cavabdeh sağ ikən ona heç bir xəbərdarlıq məktubu və pretenziya belə göndərməmişdir. Yaxud da, əgər münasibətləri olmuşdusa, o zaman telefon zəngi, sms və vatsap yazışma yolu ilə iradını bildirə bilərdir. Lakin işin faktiki halları ondan ibarət olmuşdur ki, iddiaçı mirasqoyan V.Rəhimov sağ ikən ona hər hansı bir pul tələbi irəli sürməmiş və buna dair heç bir xəbərdarlıq da etməmişdir. Bütün bunları işə baxan apellyasiya instansiyasıməhkəməsi ümumiyyətlə diqqət və lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə imza nümunələrində belə bəlli olmayan mənbədən iddiaçı tərəfindən əldə edilmiş sənədlərin surətini sübut kimi qəbul edərək, ekspertizaya təqdim etmişdir. Qeyd etmişlər ki, iddia ərizəsi, qəbz, etibarnamə belə məlum olmayan mənbələrdən götürülmüş və or ada olan imzalar kimə məxsus olduğu belə böyük şübhələr yaratmışdır. Ekspertiza isə bunları tədqiq edərək tam əsassız olaraq borc müqaviləsindəki imzaların məhz mərhum Vaqif Rəhimova məxsus olması qənaətə gəlmişdir. Məhkəmə cavabdeh tərəfin imza nümunəsinə aid olan bir sənəd belə verməyə imkan yaratmamışdır. Ancaq mənbə və mənşəyi bəlli olmayan sənədləri iddiaçıya təqdim etmək imkanı vermiş və yalnız ondan onları qəbul etmişdir. Belə olduğu halda təkrar ekspertizanın keçirilməsini zəruri hesab etmişlər.
37. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1, 91.1, 91.3, 739.1, 742.1, 742.2-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2, 102.1-ci maddələrinə əsasən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayə tinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
41. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
42. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
45. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
46. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
47. Maddə 739.1 (xx.xx.2023-dək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Maddə 739.2(xx.xx.2023-dək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
49. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
50. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
52. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
53. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
54. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə brgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4284/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed