Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1394/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh və vəkili X5 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-1303/19) İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-11268/19) apelyasiya şikayəti təmin edilməyərək Xəzər Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcraiyyə Komitəsinin 47 nömrəli 26 mart 1991-ci il tarixli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,08 hektar həyətyanı torpaq sahəsi ayrılması haqqında Abşeron rayon Donuzkökəltmə sovxozu Həmkarlar Komitəsi ilə X6 birgə ümumi iclasında qəbul edilmiş 16 avqust 1991-ci il tarixli 07 nömrəli qərarına əsasən Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmri ilə ona 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 2010-cu ildə həmin torpaq sahəsində şəxsi pul vəsaiti ilə 3 otaqdan ibarət fərdi yaşayış evi inşa etmişdir. 2011-ci ildə onun qardaşı X7 Cavabdeh ilə ailə qurmuş və əvvəlcə onun anası X4 məxsus ünv an 2 ünvanda yaşamış, lakin iddiaçının anasının evində çoxlu sayda ailə üzvləri yaşadığından və cavabdehlə digər ailə üzvləri arasında müxtəlif zəmində tez-tez təkrarlanan mübahisə baş verdiyindən o, qardaşı Namiq Babayevə müvəqqəti olaraq köçüb ona məxsus mübahisəli evdə yaşamalarına icazə vermişdir. Onun faktiki yaşadığı anası Gülsaray Ağayevaya məxsus üç otaqlı fərdi yaşayış evində hazırda 8 nəfər ailə üzvləri yaşadığından ev balacadır, həmçinin iddiaçının qardaşı Namiq Babayevlə Cavabdeh arasında nikahın pozulmasına dair mülki iş hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatındadır. Mübahisəli evdə yalnız Cavabdeh yaşayır, evdən çıxmır və onu öz evində yaşamağa icazə vermir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflə rin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq ollunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili S.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh və vəkili Z.Musayev kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab e dir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehin ünvan 3 ünvanında yerləşən mübahisəli evdən çıxarılması barədədir. İddiaçı tələbini həmin evin və evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olması ilə əsaslandırmışdır. Cavabdeh iddianı qəbul etməmiş və etiraz edərək bildirmişdir ki, torpağın iddiaçıya məxsus olmasına dair heç bir sənəd yoxdur. 2010-cu ildə nika h bağlanan vaxt Namiq Babayev ona demişdir ki, torpaq onlar üçün alınıb. Qeyd edilən ünvanda heç bir tikili olmamışdır. Sonradan o, bankdan kredit götürərək, evi tikdirmişdir. Ev heç vaxt kirayə verilməyib, 10 ilə yaxındır ki, həmin evdə yaşayır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və apelyasiya instansiyası məhkəməsi bununla razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan yaşayış evi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, eyni zamanda onun inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarından icazələr alınmamışdır. Hazırda həmin ev cavabdehin sahiblik və istifadəsindədir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, mübah isəli ev 1994-1997-ci illərdə inşa edilmiş, həmin evdə müxtəlif şəxslər kirayədə yaşamış, 1999-cu ildə evdə yanğın baş vermiş və o, evi bərpa və təmir etmişdir. 2010-cu ildə qardaşı X7 cavabdehlə nikaha daxil olmuş və 2011-ci ildə onun evinə kirayə yaşamaq üçün köçmüşdür. O, Namiq Babayevdən kirayə haqqı olaraq hər ay 100-150 manat almışdır. Eyni zamanda işləyə bilmədiyi və ağır xəstə olduğu üçün o, 0,08 ha torpaq sahəsindən 0,025 ha torpaq sahəsini bacısı X1. Bacısı həmin torpaq sahəsində özünə ev tikmiş və hazırda həmin evdə yaşayır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə isə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, iddiaçının istinad etdiyi halları (mübahisəli evin qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsində onun vəsaiti hesabına inşa edilməsi) və Mülki Məcəllənin 11.1-ci maddəsinin (qanunun analogiyası) tələblərini nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları və qeyd olunan maddənin dispozisiya şərtlərin ə görə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadə və sahibliyində olan torpaq sahəsidir, həmin ev iddiaçı tərəfindən inşa edilmiş, lakin cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsi və evdən istifadə edir. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, bu halları sübut etmək üçün iddiaçı tərəfindən Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunda çalışan fəhlə və qulluqçularla fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamənin və Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 22.10.2018-ci il tarixli məktubunun kserosurətləri təqdim edilmişdir. Həmin müqavilənamənin kserosurətinə əsasən İddiaçı istifadə üç ün 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Məktubun kserosurətində isə göstərilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. 19 avqust 1991-ci il tarixli 108 saylı əmrdə göstərilir ki, Abşeron rayon RİK-in 47 nömrəli 26.03.1991-ci il qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X6 birgə ümumi iclasında qəbul edilmiş 16.Vİİİ.1991-ci il tarixli 7 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,08 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahıya əlavə olunur. Adlı siyahıda vətəndaş İddiaçı adı 109 sıra sayında qeyd olunmuşdur. Həmin sənədlərin əsilləri və ya lazımi qaydada təsdiq olunmuş surəti nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Apelyasiya instansiyası məhkəməsi bunu nəzərə alaraq həmin sənədləri mötəbər sübut kimi qəbul etməmişdir. Eyni zamanda həmin sənədlər sübut kimi qiymətləndirilsələr belə iddianın əsaslı olmasını təsdiq etmirlər. Belə ki, iddiaçının istinad etdiyi Abşeron rayon İcraiyyə Komitəsinin 47 nömrəli 26 mart 1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 0,08 hektar həyətyanı torpaq sahəsinin məhz hazırda mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi olması müəyyən olunmur. Çünki həmin torpaq sahəsinin dəqiq koordinatla rına dair iş materiallarında hər hansı bir sənəd (ölçü planı, eskiz layihə və s.) mövcud deyildir. Həmçinin, mübahisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən inşa edilməsi də müəyyən olunmamışdır. Çünki birinci instansiya məhkəməsində bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində mübahisəli fərdi yaşayış evini 2010-cu ildə inşa etdiyini göstərmişdir. Şahid qismində dindirilmiş şəxslər isə ifadələrində həmin evin 2010-cu ildən əvvəl inşa olunduğunu göstərmişlər. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallar və bununla bağlı təqdim etdiyi sübutlar biri-digərini təkzib edir. İddiaçının apelyasiya şikayətində mübahisəli evin 2010-cu ildə deyil, 1994-1997-ci illərdə inşa edildiyinin göstərilməsi isə qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəll ənin 53, 209.3, 212, 372.2-ci maddələrinin birgə təfsirindən aydın şəkildə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra işin faktiki hallarının dəyişdirilməsinə yol verilmir. Apelyasiya icraatında yeni faktlara istinad edilməsinə isə müstəsna hallarda yol verilir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının istinad etdiyi hallar isə (onun savadsız və xəstə olması səbəbindən özünü hüquqşünas kimi təqdim etmiş şəxsə yazdırdığı iddia ərizəsində evin səhvən 2010-cu ildə tikilməsi göstərilmişdir) ağlabatan dey il və prosessual baxımdan qəbul edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki halları yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara uyğun müəyyən edilməlidir. Apelyasiya baxışında dindirilmiş şahidlərin ifadələri həmin faktlara uyğun qiymətləndirildikdə isə müəyyən olunmuşdur ki, şahid ifadələri iddiaçının istinad etdiyi hallarla ziddiyyət təşkil edir. Ona görə də, həmin şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə əlavə olunmuş rabitə xidmətlərinin göstərilməsi üzrə rabitə müəssisəsi ilə İddiaçı arasında bağlanmış 27.03.2006-cı il tarixli 11028 saylı müqavilənin və “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış 07.0 2.2019-cu il tarixli AKX-0065872/02-2019 saylı müqavilənin kserosurətləri isə sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə zidd olaraq həmin sənədlərin əsilləri və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Bundan başqa iddiaçı Mülki Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrinin tələblərinə riayət etməmiş və həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Eyni zamanda həmin sənədlər sübut kimi qiymətləndirilsələr belə iddianın əsaslı olmasını təsdiq etmirlər. Çünki “Azəriqaz” İB ilə bağlanmış müqavilənin tarixi 2019-cu ilə aid olduğu üçün həmin sənəd hər hansı sübut əhəmiyyətinə malik deyil. Rabitə xidmətlərinin göstərilmə si üzrə rabitə müəssisəsi ilə bağlanmış 27.03.2006-cı il tarixli 11028 saylı müqavilədə isə mübahisəli evin ünvanı göstərilməmişdir. Eyni zamanda həmin müqavilədə göstərilən “Binə qəsəbəsi, Donuzçuluq sovxozu, sahə” ünvanının məhz mübahisəli evə aid olması təsdiq olunmur. Belə ki, həm iddia ərizəsi, həm də iddiaçının izahatından müəyyən olunur ki, o, faktiki olaraq anası ilə birgə Binə qəsəbəsi, Bünyatzadə küçəsi ev 47 ünvanında yaşayır və həmin ünvan da keçmiş Donuzçuluq sovxozunun ərazisinə aiddir. Belə olan halda isə həmin müqavilənin iddiaçının anasının yaşadığı ünvana aid olması istisna edilmir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evinin məhz iddiaçı tərəfindən inşa edilməsi qənaətinə gəlinməsi üçün də əsaslar mövcud d eyil. Beləliklə, mübahisəli fərdi yaşayış evinin iddiaçının qanuni istifadə və sahibliyində olan torpaq sahəsində yerləşməsi və həmin evin iddiaçı tərəfindən inşa edilməsi halları təsdiq olunmur. Belə olan halda isə həmin evin cavabdehin sahibliyində olmasının qanuni olubolmamasının yoxlanılmasına zərurət yoxdur və ona görə də, cavabdehin təqdim etdiyi sübutlar araşdırılmadan iddia rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının digər dəliləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə iclas protokollarından görünür ki, iddiaçı 15 və 23 may 2019-cu il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, öz izahatını vermiş və eyni zamanda şahidlərin dindirilməsi barədə cavabdehin vəsatətinə etiraz etməmişdir. Həmçinin iddiaçı 23 may 2019-cu il tarixdə k eçirilən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış və bu barədə məhkəmə bildirişinin kötüyünə imza etmişdir (i/v 47). Eyni zamanda 30 may və 04 iyun 2019-cu il tarixlərə təyin olunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə də kifayət qədər məlumatlandırılmışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının istifadəsində olan və özünün iddia ərizəsində qeyd etdiyi telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir (i/v 63, 68). Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yazılı məhkəmə bildirişinin iddiaçının ünvanına gec çatdırılmasının əhəmiyyəti yoxdur və o, bütün məhkəmə iclasları barədə kifayət qədər məlumatlı olmuşdur. Bütün bunlara əsaslanan apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməs i qanuni və əsaslıdır, buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halla rı özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. İşdən göründüyü kimi, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, süb utların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan m əhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apelyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 oktyabr 2019-cu il tarixli, 2(103)-11268/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №2(102)-1394/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1394/2020
13.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver