Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1395/2022 28.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1991/2021 nömrəli, 20.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1991/2021 nömrəli 20.10.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti MPM-nin normalarının tələblərin ə cavab vermir. Belə ki, MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı şikayətində hansı maddi hüquq normalarının pozulmasını ümumiyyətlə, göstərməmiş, prosessual hüquq normalarından isə Mülki Prosessual Məcəllənin 14, 88 və 217-ci maddələrinə yalnız ümumi şəkildə istinad etməklə və işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına is tinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsəl əsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1991/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1395/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1395/2022
28.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver