Məhkəmə qərarları › İş №2(102)-1395/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1395/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1395/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, podrat müqaviləsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1658/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsində n İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə cavabdehlərdən Cavabdeh3 arasında şifahi formada bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında alqı-satqı müqaviləsinin predmeti olmuş inşaat materiallarının çeşidi, növü və qiyməti müqavilə tərəfləri tərəfindən razılaşdıqdan sonra “Alıcı” qismində tərəfi olan İddiaçı tərəfindən müqavilənin “Satıcı” qismində tərəfi olan Cavabdeh3 satılan malların ümumilikdə 12000 manat dəyəri ödənilməklə həmin inşaat materialları İddiaçı satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan tikinti materialları üçün artıq hesablanmış 7179,50 manat, görəcəkləri iş üçün aldıqları 1000 manat, vurduqları mənəvi zərər üçün 3000 manat, dövlət rüsumunun əvəzi 156 manat, hüquqi yardım xərcinin əvəzi 70 manat və qiymətləndirmə rəyinə görə 150 manat məbləğdə pul vəsaitinin müştərək qaydada alınıb verilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhərində “Ocaq” kafesində işləmişdir. Cavabdeh1 kafeyə gəlib yemək yemiş, söhbət əsnasında onun usta olduğunu, kiminsə evinin dam örtüyünü düzəltdiyini öyrənmişdir. O, da Gədəbəy rayonunda yeni tikdirdiyi evin dam örtüyünü düzəltdirmək istədiyini Cavabdeh1 demiş və onlar razılaşmışlar. Təxminən 2022-ci ilin mart-aprel aylarında Gülüşdən telefon nömrəsin i götürmüş, iyul ayının 15-də Gülüşə zəng edərək gəlib işə başlaya biləcəyini demişdir. Gülüş öz qohumu X1 ilə gəlmişdir. O, Gülüşə hansı materialların lazım olduğunu soruşduqda Gülüş ona materialları özünün alacağını demişdir. Gülüş materialların siyahısını yazmış və ona Bakı şəhərində tanış satıcı olduğunu, ondan həm ucuz, həm də keyfiyyətli material alacağını bildirmişdir. Onlar üçü birlikdə Bakı şəhərində, Ziya Bünyadov prospektində yerləşən tikinti materilları mağazasına getmiş, yol pulunu da o, vermişdir. Orada cavabdeh satıcı Cavabdeh3lə danışmışdır. O, evin hörgüsünün üstündən 40 sm əlavə hörgü lazım olduğunu demişdir. Ancaq cavabdehləri yalnız tikinti materilları maraqlandırırdı. Cavabdehlər ona guya Rusiya istehsalı olan qalınlığı 55 mm olan şiferin kiçik bir hissəsini göstərmiş, o da razılaşmışdır. Cavabdehlər materilların qiymətini hesablamışlar. Dilbər ustaların dedikləri qiymətə uyğun qaimə yazmış, materilların qiymətinin cəmi 12000 manat etdiyini demişdir. O, Dilbərlə “ABB” banka gedərək onun kartından 12000 manat pul çıxararaq Dilbərə vermiş, sonra Dilbər ondan əlavə materillar üçün 200 manat pul almış, amma qaimədə göstərməmişdir. Materialların şifer qalığından başqa heç birini görməmişdir. O, cavabdehlərə materilları maşına yükləmələrini, özünün də cavabdehlərlə getmək istədiyini bildirmiş, Gülüş və Dəyanət ona onların maşınında ancaq 2 nəfərlik yer olduğunu, onları gözləməməyini, materillarını maşına yükləyib arxasınca gələcəklərini demişlər. O, tək qayıtmış, qayıdanda gecəyə düşmüş, maşın tapmadığına görə həmin gecə Gəncə şəhərində qalmış, səhəri gün Gəd əbəyə getmiş, evə çatdıqda cavabdehlərin materilları gətirərək həyətə boşaltdıqlarını görmüşdür. O, 280 manat maşının pulunu Dəyanətə vermişdir. Gülüşlə Dəyanət evin hörgüsünün üzərindən 40 sm əlavə hörgü hörməyə başlamış, lakin icra nümayəndəliyinin əməkdaşları gəlib tikintinin layihəsinin olmaması səbəbindən hörgü işini dayandırmışdır. Həmin vaxt o, materiallara göz gəzirdərərkən orada 12200 manat dəyərində material olmadığını görmüş, cavabdehlərdən materialların qaimə və zəmanət kağızını tələb etmişdir. Cavabdehlər əvvəl sənədləri vermək istəməmiş, lakin o, israr etdikdən sonra Gülüş zəmanət kağızını vermişdir. 3 gün sonra qaiməni telefona atmışdır. Üstəlik ondan 1000 pul alaraq banka borcu olduğunu, işinin haqqından çıxmasını demişdir. Onlara ona şiferin biri 12,8 manatdan 330 kv metr ölçüdə şifer verməli idilər. Amma materialları yoxlayanda görmüşdür ki, ölçü düz gəlsə də, qiyməti artıq hesablayıblar. Bundan başqa, taxtanın ikisi əksik idi. Həmdə taxtalardan bəziləri yararsız vəziyyətdə idi. O, onlara bu barədə iradını bildirmiş, amma onlar onunla razılaşmamışlar. Məcbur olub Polis İdarəsinə şikayət etmiş, oradan ona bildirmişlər ki, mülki iş olduğu üçün məhkəməyə müraicət etməlidir. O, cavabdehlər tərəfindən verilmiş materialların ekspertiza tərəfindən qiymətləndirilməsi barədə rəy almış, qiymətləndirmə ekspertizasının rəyinə görə cavabdehlər ona cəmi 5021,5 manat dəyərində materillar vermişlər. Beləliklə, cavabdehlər onu 7179,5 manat aldatmşlar. Bundan başqa, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. O, bu müddət ərzində stress keçirmiş, əsəb xəstəliyinə tutulmuşdur. Evinin tikinti işi isə uzun müddət ləngimiş, həyətdə qalan sement yararsız hala düşmüş, tikdikləri hörgünü isə yağış yağaraq dağıtmışdır.

4. Cavabdeh3 etiraz təqdim etmiş və bildirmişdir ki, o təmir-tikinti materiallarının ticarəti ilə məşğul olur və onun mağazası Dərnəgül şosesində yerləşən inşaat materiallarının Ticarət Mərkəzində fəaliyyət göstərir. Təxminən 2023-cü ilin iyul ayında İddiaçı, ustaları olmuş Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə onun mağazasına gəlib, təqdim etdikləri inşaat materiallarının siyahısı üzrə İddiaçı almaq istədiyi həmin materialların ceşidi və nümunələri ona təqdim edilmiş və o, malları bəyəndikdən və qiymətləri müzakirə edilib razılaşdıqdan sonra, onlar arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsinin nəticəsi olaraq İddiaçı tərəfindən malların dəyəri ödənilərək, həmin mallar yük maşınına yüklənib daşınaraq ona təqdim edilmiş və o, zaman Vüsalə ona zəng edərək malların hamısını aldığını qeyd edərək təşəkkürünü bildirmişdir. Təxminən bir ay keçdikdən sonra İddiaçı ona zəng edib, evinin inşa-təmir edilməsinə müvafiq icazə sənədinin yerli icra hakimiyyətindən ala bilməməsi və bu səbəbdən təmirtikinti işlərinin dayandırdığı hallarına əsaslanıb, aldığı inşaat materiallarının ona geri qaytarmasını təklif etmişdir, lakin o artıq bir aydan çox müddətin keçməsini səbəb gətirərək, inşaat materiallarının qaytarması təklifini rədd etmişdir. Eyni zamanda İddiaçı inşaat materiallarının ona geri qaytarmasını təklif edərkən həmin materialların baha qiymətə aldığı və ya keyfiyyətsiz olduğu fikrini bildirməmişdir. Onlar arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsi üzrə o, üzərində olan öhdəliyini, yəni malları alıcıya təqdim edilməsini tam həcmdə icra etdiyi üçün onun satıcı kimi hərəkətlərində hər hansı xətaya yol verməmişdir. Həmçinin onun tərəfindən satılmış inşaat materiallarına görə 12200 manat deyil, məhz 12000 manat ödəniş olunmuş və İddiaçı bu barədə və ya materialların az həcmdə göndərilməsinə dair ona hər hansı irad tutmamışdır.

5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddiaya etiraz edib, etirazının əsası kimi bildirmişdir ki, 2023-cü ilin yay ayında Gəncə şəhərində İddiaçı təsadüf onunla söhbət əsnasında onun usta olaraq, bir nəfərin evinin dam örtüyünü inşa etdiyini öyrənmişdir. İddiaçı Gədəbəy rayonunda yeni tikdirdiyi evinin dam örtüyünün və digər təmir-tikinti işləri nin görməsi ona təklif etdikdə o, bu təklifi qəbul etmiş və onlar razılaşmışlar. Təxminən 2023-ci ilin iyul ayında İddiaçı ona zəng edərək, gəlib işə başlaya biləcəyini demiş və o, tanışı X1 ilə birlikdə Gədəbəy rayonuna Vüsalənin tikdirməkdə olan evinə getmiş, orada hansı işlərin görüləcəyi və görüləcək işlərin qiyməti, həmçinin istifadə olunacaq inşa-tikinti materiallarının həcmi müzakirə edilərək siyahısı tərtib edilərək razılaşdırılmışdır. İddiaçı lazımı inşaat materiallarının daha ucuz qiymətə haradan alınmalı olduğu yer barədə soruşduqda, o, Bakı şəhəri, Dərnəgül şossesində yerləşən inşaat materiallarının Ticarət Mərkəzini təklif etmiş və bir neçə gündən sonra onlar birlikdə Ticarət Mərkəzinə gedib, orada bir necə mağazada qiymətlərlə maraqlandıqdan sonra, yekunda onlar Cavabdeh3 mağ azasına gəlib, təqdim etdikləri inşaat materiallarının siyahısı üzrə İddiaçı almaq istədiyi həmin materialların çeşidi və nümunələri onlara təqdim edilmiş və onlar, malları bəyəndikdən və qiymətləri müzakirə edilib razılaşdıqdan sonra, İddiaçı tərəfindən malların dəyəri ödənilərək, həmin mallar yük maşınına yüklənib Gədəbəy rayonununa daşınaraq Vüsaləyə təqdim edilmişdir. Bundan sonra onlar işə başlamış, həmin vaxt onlar həmçinin fəhləyə aid, yəni daş, qum, dəmir, taxta və s. daşıma, habelə beton qarışdırma, işləri də görərək təxminən 6-7 gün işlədikdən sonra İddiaçı ona evinin inşa-təmir edilməsinə müvafiq icazə sənədinin yerli icra hakimiyyətindən ala bilməməsini səbəb gətirərək, bir müddət təmir-tikinti işlərinin dayandırmasını və icazə aldıqdan sonra işlərin davam edəcəklərini bildir mişdir. Bu səbəbdən onlar təmir tikinti işlərini dayandırıb, bir necə gün gözlədikdən sonra çıxıb getmişlər. İşə başlayanda İddiaçı tərəfindən onlara qismən 1000 manat ödəniş olunmuş, lakin onlar 6-7 gün işlədikdən sonra Vüsalə işləri dayandırdığı üçün onlar oradan çıxıb getmişlər. 6-7 gün ərzində həm fəhlə, eyni zamanda usta kimi onlar 800 manatlıq iş görmüşlər. İddianın onlara aid edilən 1000 manat pul tələbinin 200 manat hissəsini etiraf edirlər. Sonradan İddiaçı ona zəng edərək, bildirmişdir ki, inşaat materiallarının Cavabdeh3 geri qaytarmaq istəmiş, lakin onun, artıq bir aydan çox müddətin keçməsini səbəb gətirərək, inşaat materiallarının qaytarması təklifini rədd etmişdir. Bu baxımdan Cavabdeh3 qarşı birləşib, onun tərəfindən inşaat materiallarının yüksək qiymətinə satıldığı və keyf iyyətsiz olduğunu səbəb gətirib, ödənilmiş pulun yarı hissəsinin ondan geri almasında ona köməklik etməsini ona təklif etsə də, o, bu təklifi qəbul etməmişdir. 6. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli hesabata əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 0,06 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 237,8 kv metr ümumi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin hazırkı vəziyyətə gətirilməsi üçün istifadə olunmuş tikinti materiallarının xərc yanaşması metodu ilə 5021,5 manat təşkil etmişdir.

7. Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzinin 9/1988 nömrəli, 29 aprel 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli r əyində qeyd edilən tikinti materialların hazırkı bazar dəyəri təxminən 5020 manat müəyyən edilmişdir.

8. Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(056)-342/2024 saylı qətnaməsi ilə (hakim N. Bağırov) iddia qismən təmin edilərək İddiaçı ilə cavabdehlər X2 və Cavabdeh2 arasında şifahi qaydada bağlanmış Podrat müqaviləsindən yaranmış 200 manat pul vəsaiti, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 32 manat hissəsi, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli mütəxəssis hesabatının hazırlanması ilə bağlı ödənilmiş 150 manat xərcin 30 manat hissəsi və iddia ərizəsinin hazırlanması ilə bağlı ödənilmiş 70 manat xərcin 14 manat hissəsi, ümumilikdə 276 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməsi, xx.xx.2 024-cü il tarixli 9/1988 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat pul vəsaitinin 10 manat hissəsinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, 40 manat hissəsi isə İddiaçı tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlərdən Cavabdeh3 arasında şifahi formada bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında alqı-satqı müqaviləsinin predmeti olmuş inşaat materiallarının çeşidi, növü və qiyməti müqavilə tərəfləri tərəfindən razılaşdıqdan sonra, müqavilənin “Alıcı” qismində tərəfi olan İddiaçı tərəfindən müqavilənin “Satıcı” qismində tərəfi ol an Cavabdeh3 satılan malların ümumilikdə 12000 manat dəyəri ödənilməklə həmin inşaat materialları İddiaçı satılmışdır. Lakin alqı-satqı müqaviləsinin bağlanmasından 1 ay sonra alqı-satqı müqaviləsinin “Alıcı” qismində tərəfi olan İddiaçı aldığı inşaat materiallarının yüksək qiymətə aldığını düşünərək, özü üçün müəyyən etdiyi nisbət fərqi olan 7179,5 (yeddi min yüz yetmiş doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin ona dəymiş zərər şəklində ödənilməsini “Satıcı” Cavabdeh3 məhkəmədə iddia qaldırmaq yolu ilə tələb edir.

10. Məhkəmə qeyd etmişdir ki, sözügedən inşaat materialları tərəflərin razılığı əsasında alqı-satqı predmeti olmuş və iddiaçıya verilən razılaşdırılmış 12000 manat pul müqabilində alqı-satqı həyata keçirilmişdir. Alqı-satqı zamanı inşaat materiallarının çeşidi, nö vü və qiyməti tərəf arasında razılaşdırılmış, alqı-satqı müqaviləsi üzrə hər hansı qeydşərt irəli sürülməmiş, xüsusilə də müqavilə bağlandıqdan sonra inşaat materiallarının qiymətinin dəyişdirilməsinə dair hallar müqavilədə nəzərdə tutulmamışdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 389.1, 398.1, 398.2, 390.1, 405.1, 421, 448.2, 752.1, 755, 759.1, 760.2, 762.1, 762.2, 762.3, 1096 və 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115.0.6, 119 və220.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin bir sıra faktiki hallarını dərindən araşdırmamış, səthi araşdırma aparmaqla sonda onun hüquqlarını pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh3 ilə aralarında olan alğı-satqı müqaviləsinə əsasən ona Rusiya İstehsalı olan qalınlığı 55 mm qalınlığında şifer verilməli olduğu təqdirdə, 50 mm olan şifer, yəni dam ortüyü vermiş, bundan başqa, bütün tikinti materiallarını əskik şəkildə göndərmişdir. İşin xüsusilə mühüm əhəmiyyətli halı ondan ibarətdir ki, ona qaimə ilə 12000 manatlıq mal verildiyi göstərilsə də, əslində 5020 manat miqdarında tikinti materialları verilmişdir. Bu barədə ekspertiza təyin edilmiş və ona verilmiş malların dəyəri 5020 manat məbləğində müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, tikinti materiallarının qeyd edildiyi qaiməni dəfələrlə tələb etsə də, qaimə ona təqdim edilməmiş, qəsdən gecikdirilmişdir. Bundan başqa, özünü usta kimi təqdim edən Cavabdeh1 onun həyətində 800 manat dəyərində iş görməmiş, o aldanılaraq hazırkı vəziyyətə düşməsinə Cavabdeh1 səbəb olmuşdur. Satıcı Cavabdeh3 isə alğı-satqı müqaviləsində nəzərdə tutulan Rusiya İstehsalı olan qalınlığı 55 mm qalınlığında olan şifer verməli olduğu təqdirdə, 50 mm-lik dam örtüyü vermiş, bundan başqa bütün tikinti materiallarını əksik şəkildə göndərmişdir.

14. Cavabdeh1 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Dilbəri uzun müddətdir ki, tanıyır. Usta olaraq fəaliyyət göstərdiyindən müştərilərinə təmir-tikinti üçün lazım olan ləvazimatları Dilbər adlı şəxsdən almaqlarını tövsiyə etmişdir. Malların qaiməsini Dilbər yazıb. İddiaçı malları al arkən qaiməni götürməyi unutmuşdur. Malın pulunu isə həmin gün ödəmişdir. Səhər tezdən gəlib malları sayıb iddiaçıya məxsus evdə 800 manatlıq iş görmüşlər. İddiaçının evində görülən tikinti işləri yerində müayinə edilə bilər.

15. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh3 alınmış bütün malları evin tikintisində istifadə etmişdir. İstifadəyə yarasız olan mallar isə onun tərəfindən atılmışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1658/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və C.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyas iya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmədə araşdırılmış hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasındakı münasibətlər şifahi formada bağlanmış podrat müqaviləsindən irəli gəlmişdir. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada təmir-tikinti işlərinin (fəhlə işi daxil edilməklə) görülməsi barədə şifahi formada bağlanmış podrat müqaviləsinin “Sifarişçi” qismində tərəfi olmuş İddiaçı ilkin olaraq muzd vəsaitin 1000 manat hissəsi onun tərəfindən nağd şəklində “Podratçı” Cavabdeh1 və Cavabdeh2 ödənildikdən sonra onlar razılaşdırılmış işi icra etməyə başlamış, lakin bir həftə işlədikdən sonra İddiaçı evinin inşatəmir edilməsinə müvafiq icazə sənədinin yerli icra hakimiyyətindən ala bilməməsini səbəb gətirərək, təmir-tikinti işlərinin day andırılmasını bildirmiş və bununla da Podrat müqaviləsinə sifarişçi İddiaçı hərəkət və ya hərəkətsizliyi ilə bağlı olan səbəbə görə xitam verilmişdir. Göründüyü kimi, Podrat müqaviləsinə sifarişçi İddiaçı təşəbbüsü (hərəkət və ya hərəkətsizliyi) ilə xitam verilmiş və xitamın səbəbi cavabdehlərin hər hansı öhdəliyinin yerinə yetirilməməsi, xətası və ya icra etməli olduqları işin keyfiyyəti ilə bağlı olmamışdır. Yəni podratçı olan cavabdehlər təmir-tikinti işlərinin (fəhlə işi daxil edilməklə) şərtləşdirilmiş keyfiyyətdə və qüsursuz icra edib sifarişçiyə təhvil verməyə hazır olmuşlar və üzərlərinə düşən öhdəliklərinin icrasından yayınmamışlar. Həmçinin xx.xx.2024-cü il tarixli, 9/1988 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası evin təmir-tikinti işlərinin başa çatmasını nəzərə alaraq ekspertiz a tədqiqatı aparmaqla məhz hansı işlərin cavabdehlər və hansı işlərin iddiaçının sonradan sifariş etdiyi digər şəxslər tərəfindən icra edib müəyyən olunmasını mümkünsüz hesab etmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

19. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 398, 405.1, 421, 567, 752.1, 755 və 762-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 89.1, 217.1 və 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliy i baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 1658/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi heç bir zərurət olmadan podrat müqaviləsinə aid maddələri qətnamədə sadalamaqla əsassız qətnamə qəbul etmişdir. Halbuki o, yalnız onu mübahisələndirmişdir ki, cavabdeh ustalar heç 3 gün də evin divarının üstünə əlavə hörgü hörmədilər. O da onlarla bərabər fəhlə ə vəzinə işləmişdir. 3 gündə onlar ancaq 200 manatlıq iş görmüş olardılar. Gördükləri yarımçıq işləri də keyfiyyətsiz olduğundan yağış yağan kimi dağıldı. Hörgü üçün aldığı daşların hamısı həyətdə qalmışdı. Müammalı haldır ki, nəyə görə məhkəmələr onların dediklərini doğru, iddiaçının dediklərini isə yalan hesab etmişlər. Məhkəmə ona deməmişdir ki, şahid gətirə bilərsən. Bilsəydi dediklərini təsdiq edən qohumlarını, qonşularını məhkəməyə şahid kimi gətirərdi. Beləliklə, məhkəmə qeyri-qanuni, əsassız qətnamə qəbul etmişdir.

22. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən ekspertin rəylərini sübut kimi qəbul etmişdir. Qətnamələrdən və işdə olan sənədlərdən də görmək olar ki, cavabdehlər etirazlarını əsaslandıran heç bir sübutu məhkəməyə təqdim etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

26. Maddə

398. Müqavilənin icrası tərəflərin raz ılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

27. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

28. Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

31. Maddə

755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

32. Maddə

762. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiya sı qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şi rvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1658/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar