Məhkəmə qərarları › İş №2(102)-1396/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1396/2020

02.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1396/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X9 nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X16 tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ü.Şükürova) xx.xx.2019-cu il tarixli, 2(009)*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X5 qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Q1, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X9 xx.xx.2018-ci il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X10 baş mühasib vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X16 tərəfindən xx xxxx 2018-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X16 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin h alları: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X5rşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd X4-Tədqiqat İnstitutu X12 çevrilməklə onun haqqında xx.xx.2018ci il tarixli 01 nömrəli əmrin ləğv edilərək işə bərpa olunmaqla bərabər ona çatası əmək haqqı və digər ödənişlərlə birlikdə cəmi 84179 manatın, habelə bu dövr ərzində çəkdiyi mənəvi ziyana görə 50000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X9 nümayəndəsi X3 və vəkili Vəkil2 kassasiya şikayətini on unla əsaslandırmışlar ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman aşağıda qeyd edilən faktiki hallara əsasən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi X11 tərəfindən Azərbaycan Respublikasının (bundan sonra-AR) Konstitusiyasının 12, 24, 25, 26, 60, 68, 71, 72, 80, 125, 127 maddələrinin, “Məhkəmələr və hakimlər haqqında” AR-ın Qanununun 2, 7, 8, 10, 13-cü maddələrinin, AR-ın Mülki- Prosessual Məcəlləsinin 1, 2, 4, 7, 8, 9, 13, 14, 88, 217, 373, 374, 375, 378, 379, 380, 385-ci maddələrinin tələblərinə zidd olaraq 2(103)*****/2019 saylı iş üzrə iddiaçı qismində olan İddiaçı verdiyi apelyasiya şikayəti əsasında işə baxarkən qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı İnstitutda işlədiyi müddətdə əmək qanunvericiliy inin tələblərinə zidd olaraq İnstitutun direktoru tərəfindən verilmiş əmrləri icra etməyərək, bir neçə işçilərə öz yanından artıq tarif dərəcələri müəyyən etməklə əmək haqqı hesablayıb ödəmişdir. Buna görə də İnstitutun direktoru tərəfindən artıq ödənilən pul vəsaitlərinin tutulması barədə əmr verilmişdir. Q1 tərəfindən təqdim olunan əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi, xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxxx 2018-ci il tarixədək onun əmək qabiliyyəti fasiləsiz olaraq 8 ay itirilmişdir. AR-ın Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinin tələblərinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilir. İddiaçı Mərkəzin müha sibatlığı tərəfindən iş stajına uyğun olaraq işdənçıxarma müavinəti hesablanaraq son haqq - hesab sənədləri hazırlanmış və xx xxxxxxxx 2018-ci il tarixində onun bank hesabına 1359,82 manat, əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etdiyinə görə isə 2486,57 manat məbləğində pul vəsaitləri ödənilmişdir. Yuxarıda qeyd edilən faktiki hallardan göründüyü kimi, Q1 haqq - hesabını alan zaman, yəni ən az xx xxxxxxxx 2018 - ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini bir mühasib kimi bilirdi. İddiaçı işdən çıxarma müavinətini aldıqdan sonra İnstitutda işlədiyi vaxt müavini vəzifəsində işləmiş X8 əl telefonu vasitəsilə zəng edib müavinətin az hesablanmasından şikayət etmiş, G1 isə ona hesablanmanın düzgün olmasını izah etmişdir. Bundan əlavə olaraq yuxarıda faktiki h allar əsasında qeyd edildiyi kimi, X17 Nazirliyinin Aparat rəhbəri İlham Bayramov tərəfindən İnstitutda keçirilən iclasda iştirak edən zaman onunla İnstitut arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsini bilavasitə özü eşitmişdir.2018 - ci ilin iyul ayında AR - ın Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İ5 tərəfindən İnstitutun binasında işçilərlə vida iclası keçirildi. İddiaçı da həmin iclasda iştirak edirdi. İ5 iclasda işçilərə bildirdi ki, onlar işdən azad olunurlar, ixtisası və peşəkarlıq səviyyəsi uyğun olan şəxslər müsahibə yolu ilə yenidən işə götürülə bilər. İddiaçı həmin iclasda iştirak edirdi və İ5 çıxışına başqa işçilər kimi heç bir etiraz etmədi. İddiaçı 2018-ci ilin iyul ayında həmin iclasda iştirak etməsi faktını bütün işçilər təsdiq edə bilər. Yəni, bu fakt üm umi müəyyən olunan haldır. İş üzrə icraatın materiallarından göründüyü kimi İddiaçı tərəfindən heç bir vaxt İnstituta əmək kitabçası təqdim edilməmişdir. İddiaçı şəkər xəstəliyinə İnstitutda işə qəbul edilməmişdən əvvəl tutulmuş, bu xəstəliyə görə əməliyyat keçirmişdir. İşəgötürən tərəfindən İddiaçı işlədiyi müddət ərzində heç bir vaxt ona ziyan vurulmamışdır. İddiaçı İnstitutda işlədiyi müddət ərzində ona ziyan vurulması ilə bağlı heç bir vaxt İnstituta qarşı iddia qaldırmamışdır. İddiaçı İnstitutda işlədiyi müddət ərzində heç bir vaxt istehsalat qəzası baş verməmiş, onun sağlamlığına və səhhətinə ziyan vurulmamışdır. İddiaçı İnstitutda işləyən 90 nəfərə yaxın iş yoldaşları kimi, onunla İnstitut arasında olan əmək müqaviləsinə xitam verilməsini xx xxxx 2018-ci il tarixində bilirdi. Eyni z amanda Q1 verdiyi apelyasiya şikayətində işə bərpa olunmağı ilə bağlı olaraq xx xxxxxxxx 2018-ci il tarixində AR-ın Kənd Təsərrüfatı Nazirliyinə, xx xxxxxxx 2018-ci il tarixində Mərkəzə, xx xxxxxxx 2018-ci il tarixində AR-ın X21 Sənayesi işçiləri Həmkarlar İttifaqı Federasiyasına, xx xxxxxxx 2018-ci il tarixində AR-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 25 oktyabr və xx xxxxxx 2018-ci il tarixlərində Bakı şəhəri 4 saylı region üzrə X15 yazılı formada müraciət etməsini qeyd edərək etiraf etmişdir ki, onunla İnstitut arasında bağlanılmış əmək müqaviləsinə xx xxxx 2018-ci il tarixində xitam verilməsini ən azı 2018-ci ilin sentyabr ayında bilirdi. İddiaçı isə qanunvericilikdə nəzərdə tutulmuş bir təqvim ayı iddia müddətini üzrsüz səbəbdən buraxaraq xx xxxxx 2019-cu il tarixində iddi a ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, İddiaçı iddia müddəti ərzində xəstələnməmiş, o apelyasiya şikayətində etiraf etdiyi kimi bu müddət ərzində, yəni xx xxxxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinə qədər müxtəlif vaxtlarda 5 dövlət təşkilatına, yəni AR-ın Kənd Təsərrüfatı Nazirliyinə, AR-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mərkəzə, Həmkarlar İttifaqı Federasiyasına, Əmək Müfəttişliyinə dəfələrlə şikayət ərizələri yazaraq müraciətlər etmiş və həmin təşkilatlara dəfələrlə getmiş, qəbullarda olmuşdur. İddiaçı Mərkəz tərəfindən haqq-hesab sənədlərinin verildiyi vaxt, onun tərəfindən apelyasiya şikayətində etiraf edildiyi kimi 2018-ci ilin sentyabr-noyabr aylarında işə bərpa olunmaqla bağlı olaraq yuxarıda qeyd edildiyi k imi müxtəlif təşkilatlara müraciətlərin edildiyi və həmin təşkilatlara gedərək qəbullarda olduğu vaxt obyektiv an olduğuna görə iddia müddətinin axınının başlanması hesab edilir. Yuxarıda qeyd edilən iş üzrə icraatın materiallarında olan yazılı sübutlardan göründüyü kimi, 2018-ci ilin iyul ayında Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərinin İnstitutun akt zalında iclas keçirərək işçilərə işdən azad olmaları barədə məlumat verməsi vaxtı subyektiv an olmaqla iddia müddətinin axınının başlanması hesab edilir. İddiaçı 2018-ci ilin iyul ayında işdə olmuş və həmin iclasda iştirak etmişdir. Q1 keçirilmiş məhkəmə iclasında bu faktı etiraf edərək təsdiq etmişdir. M. Q1un həmin iclasda iştirak etməsini bütün işçilər görmüşdür. Göstərilən və mövcud olan hər iki amil iddia müddətinin başlanğıcının təyin olunmasını müəyyən edən mühüm faktordur.İddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həllində müəyyən edilmiş 1 təqvim ayı, yəni iddia müddəti üzrlü səbəb olmadan ötürülmüşdür. Buna görə də, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən qətnamədə iddiaçıya münasibətdə iddia müddətinin bərpa edilməsi üçün x xxxx 2018-ci il, x xxxxx 2018-ci il, x xxxx 2018-ci il, xx xxxx 2018-ci il, x xxxxxxx 2018-ci il, x xxxx 2019-cu il tarixlərdə olan tibb arayışlara istinad edilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən qətnamədə iddiaçıya münasibətdə iddia müddətinin bərpa edilməsi üçün İddiaçı xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxxx 2018-ci il tarixədək əmək qabiliyyətinin itirilməsi barədə iş üzrə icraatın materiallarında olan əmək qabiliyyətinin olmam ası vərəqələrinə istinad edilməsi əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd edilən müddətin İddiaçı tərəfindən ötürülmüş 2018-ci ilin sentyabr ayından xx xxxxx 2019-cu il tarixə qədər olan iddia müddətinə heç bir aidiyyəti yoxdur. Bundan əlavə, Məhkəmə qətnamədə qeyd edir ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxxx 2018-ci il tarixədək əmək qabiliyyətini itirmişdir. Bu müddət 8 (səkkiz) ay edir. Əgər Q1 6 (altı) aydan çox müddətdə, yəni 8 (səkkiz) ay əmək qabiliyyətini itirmişsə AR-ın Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinin tələblərinə zidd olaraq İddiaçı hansı normativ hüquqi akta əsasən xx xxxx 2018-ci il tarixindən işdə hesab olunur. Məhkəmə tərəfindən qətnamədə bu hala istinad edilməsi maddi hüquq normasının düzgün tətbiq olunmamasıdır. Göstərilənlərə əsasən onl ar 2 (103)-*****/ 2019 saylı iş üzrə iddiaçı qismində olan Q1 tərəfindən verilmiş iddia üzrə iddia müddətini tətbiq edilməsini, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X9 nümayəndəsi X3 və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnam əsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işdən müəyyən olunur ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən onun işlədiyi müəssisə ləğv edilməmişdir. Çünki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki X2 Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan X12 çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğunsa və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh təşkilatın Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmri qan unsuzdur. Ona görə də həmin əmr ləğv edilməli və iddiaçı işə bərpa edilməli, eyni zamanda iddiaçıya məcburi iş buraxma üçün əmək haqqı da ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bununla yanaşı apellyasiya kollegiyası hesab etmişdir ki, digər ödənişlərin tutulması üçün faktiki və qanuni əsaslar mövcud deyil. Əmək haqqının gecikdirilməsinə görə cavabdehdən gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla maddi zərərin tutulmasına dair qeyd olunur ki, Əmək Məcəlləsinin 172.5-ci addəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda nəmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həİİ edilir. Göründüyü kimi hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Lakin hazırki mübahisə işə bərpa ilə bağlıdır ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində işçinin işə bərpa edildiyi halda məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bərabər Əmək Məcəlləsinin 172-ci maddəsində göstərilən ödəncin də ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinadla hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin tələb edilməsi əsassızdır. İddiaçı tərəfindən irəli sür ülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair apellyasiya kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nm müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödəni lməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh təşk ilat Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə qanunsuz xitam vermişdir. Bu hal isə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntının keçirməsinə gətirib çıxartmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq apellyasiya kollegiyası hesab etmişdir ki, mənəvi zərərin əvəzi kimi 2000 manat ağlabatan məbləğ kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair apellyasiya kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edil məsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarında İddiaçı işdən azad edilməsi ilə bağlı amrin və ya əmək kitabçasının verilməsini təsdiq edən heç bir sübut yoxdur. Bununla yanaşı iş materiallarına əsasən müəyyən olunur ki, xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçının bank hesabına son haqq-hesab məbləği kimi 1359,82 manat və əmək qabiliyyətinin olmaması vərəqələrinə görə 2486,57 manat məbləğində pul vəsaitləri ödənilmişdir. Həmçinin o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X9 direktoruna işə bərpa olunmağı ilə bağlı xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ona görə də, iddiaçı ən geci 2018-ci ilin sentyabr ayında öz hüququnun pozulmasını bilirdi. Hazırkı iddia ərizəsi isə 2019-cu il ilin aprel ayında verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Bununla yanaşı kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti üzrlü səbəblərdən buraxıldığına görə bərpa edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü s əbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İş materiallarına əlavə edilmiş 027 nömrəli tibb kartasından çıxarışa əsasən İddiaçı insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu diaqnozu qoyulmuşdur. Eyni zamanda tibb kartasından digər çıxarışlarda İddiaçı sol ayaq barmaqlarının amputasiyasından sonrakı vəziyyəti, sağ dabanın diabetik yarası, şəkərli diabet İİ tip diaqnozları qoyulmuşdur. xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli arayışlarda İddiaçı qeyd edilən müddətlər ərzinə xəstəlik səbəbi ilə tibb müəssisələrində müalicə aldığı və həmin tarixdən etibarən arayışlarda göstərilən müddət ərzində istirahət etməli olduğu qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən müəyyən olunur ki, iddiaçı fasiləsiz olaraq xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək əmək qabiliyyətini itirmişdir. “MedEra Hospital” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X/T ****** saylı xəstəlik tarixindən çıxarış epikrizə əsasən müəyyən olunur ki, İddiaçı 20 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir və ona diabetik ayaq sindromun neyroagiopatik forması, sağ pəncənin fleqmonası klinik diaqnozu qoyulmuşdur. Eyni zamanda ona cərrahi əməliyyat məsləhət görülmüşdür. Göründüyü ki mi iddiaçı işlədiyi müddətdə şəkər xəstəliyinə düçar olmuş, əmək müqaviləsi ləğv edilməmişdən 3-4 ay əvvəl və sonra da əmək qabiliyyətini itirmiş və işə çıxmamış, İran İslam Respublikasında hər iki ayağında cərrahiyyə əməliyyatı olunduqdan sonra ambulator müalicədə olmuş, o cümlədən işdən azad edildikdən sonra da hal-hazıra kimi həmin xəstəlikdən əziyyət çəkir, müayinə və müalicələrini davam etdirir. Qeyd edilən halları, həmçinin iddiaçının düçar olduğu xəstəliyin daimi xarakter daşıdığını, tam müalicə olunmadığını və xəstəliyin ağır formada keçdiyini (perferik qan dövranının pozğunluğu, sol ayaq barmaqlarının amputasiyası, sağ dabanın diabetik yarası) nəzərə alaraq apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən iddia üzrlü səbəblərdən ötürülmüş və həmin maddənin 6-cı bəndinə əsasən buraxılmış müddəti bərpa edərək mübahiyəsə mahiyyəti üzrə baxılmalı və Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının pozulmuş hüququ müdafiə edilməlidir. Eyni zamanda apellyasiya kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının 2018ci ilin sentyabr-oktyabr aylarında cavabdeh təşkilata və Kənd Təsərrüfatı Nazirliyinə ərizələr göndərməsi onun məhkəməyə müraciət etmək imkanında olması və ona görə də, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Çünki adi ərizə yazmaqdan fərqli olaraq məhkəməyə müraciət etmək üçün vəkillə müqavilə bağlamaq, məsləhətləşmələr aparmaq, sənədlər toplamaq və s. işlərin görülməsi tələb olunur və bu da öz növbəsində kifayət qədər vaxt və enerjinin sərf olu nmasını tələb edir. Sübuta ehtiyacı olmayan hal isə ondan ibarətdir ki, periferik qan dövranının pozğunluğu, sol ayaq barmaqlarının amputasiyası və sağ dabanın diabetik yarası ilə müşayiət olunan ağır formalı şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxsin bu hərəkətləri yerinə yetirməsi çox çətin, bəzi hallarda isə mümkün deyildir. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçıya münasibətdə iddia müddətinin bərpa edilməsi həm qanuni, həm də ədalətlidir. Cavabdehin istinad etdiyi digər dəlillərə dair kollegiya qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və ya 74-cü maddəsinin “c” bəndi ilə deyil, 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilmişdir. Bu baxımdan iddiaçının işlədiyi dövrdə öz əmək funksiyalarını düzgün icr a edib-etməməsi ilə bağlı dəlillər əsassızdır. İddiaçının əmək kitabçasını cavabdeh müəssisəyə təqdim edib- etməməsi isə ümumiyyətlə mübahisənin həllinə heç bir təsiri yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin kassasiya şikayətinni dəlilləri əsasında apellyasiya kollegiyasının qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apellyasiya kollegiyası haqlı olaraq buraxılmış müddəti bərpa etmiş və iddiaçının işdən azad edilməsi barədə əmri qanunsuz hesab etməklə ləğv etmiş, iddiaçının işə bərpa olunmasını qət etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiy ası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli o lduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tari xli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar