Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1396/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, mənəvi zərərin ödənilməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6858/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 03 iyun 202 4-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 02/16 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə, "xxxx" MMC-də referent vəzifəsində çalışan İddiaçı 19 yanvar 2016-cı il tarixdən etibarən Kadrlar şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
2. X1 İddiaçı müraciətinə **********5 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilib ki, hüquq pozuntuları ilə əlaqədar olaraq Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı məktub ünvanlanmışdır. Bundan əlavə, məktubda qeyd olunub ki, əmək haqqının bir hissəsinin (70 0 manat) əmək haqqı bank kartına edilmiş köçürmələr ilə, digər hissəsini isə nağd formada aldığını təsdiq edən sübutları təqdim etmədiyindən, məsələni aydınlaşdırmaq mümkün olmamışdır. 3. "Avanqard N” MMC-nin xx.xx.2023-cü il tarixli 47/M saylı əmrində qeyd olunub ki, sosial məzuniyyətdən qayıdan İddiaçı "xxxx" MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyətini "Avanqard-N” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin. İşçinin əmək müqaviləsi elektron sistemdə bərpa olunsun. İşçi xx.xx.2023-cü il tarixdən işə başlasın və onun bir ay müddətində məsafədən (evdən) işləməsinə icazə verilsin. 4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 79/1K saylı əmri ilə MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayo nu, Bakı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən Cəmiyyətin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən ofis sahəsində təşkil edilməsi əmr edilmişdir. Əmrin ikinci bəndi ilə kadrlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir. 5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişində yeni istifadəyə verilmiş Alçıpan zavodunun texniki işçi və inzibati heyətinin sayının artması nəzərə alınaraq Sabunçu rayonu, Binəqədi şossesi 11B ünvanında yeni ofis götürülməsi və zavodun fəal iyyəti üçün texniki və inzibati işçi heyəti vacib olduğundan kadrlar şöbəsinin yuxarıda göstərilən ünvanda yerləşən ofisə keçirilməsi və kadrlar şöbəsinin müdiri kimi İddiaçı da əmək funksiyalarını həmin ünvanda davam etdirməsi qərara alınmışdır. Bildirişdə əlavə olaraq göstərilmişdir ki, İddiaçı 1 ay ərzində baş vermiş bu dəyişikliyə razı olması və ya bundan imtina etməsi barədə yazılı məlumatı təqdim etməlidir və xx.xx.2023-cü il tarixdən kadrlarla iş şöbəsinin yeni ofisində işə çıxmadığı təqdirdə, bu, əmək şəraitinin şərtlərinə etiraz kimi qiymətləndiriləcəkdir. 6. "xxxx" MMC-nin 203/K saylı, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı (Kadrlar şöbəsini müdiri) ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "c" bənd inə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xx.xx.2023-cü il tarixindən xitam verilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olmadığı nəzərə alınmış, istifadə edilməmiş 7 (yeddi) əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, işçiyə son haqqhesabın hesablanıb ödənilməsi mühasibatlıq şöbəsinə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələblərinin artırılması barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişikl ik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməyi barədə irəli gələn əmr və digər aktların etibarsız hesab edilməsi; “Avanqard-N" MMC-də (bundan sora “cavabdeh” və ya “MMC”) Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında iddiaçının əmək fəaliyyətinin bərpa olunması və onun öz iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməsi; əmək haqqının tam hissəsinin (1500 manat) rəsmi formada əmək haqqı kartına köçürülməsi; X1 Cavabdeh MMC-nin vəzifəli şəxsinə ünvanladığı məktuba əsasən iddiaçıya ödənilməli olan hamilə vəziyyətdə olan işçinin iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi; hamiləlik və doğuşa görə müavinətin 1500 manatdan hesablanaraq ödəni lməmiş qalan hissəsinin ödənilməsi; işəgötürənin bütün bu qərəzli hərəkətləri nəticəsində dəymiş 18000 manat maddi ziyanın, iddiaçıya və onun ailəsinə dəymiş mənəvi zərərə görə 100 000 manat təzminatın ödənilməsi; məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin elektron sistemdə bərpa olunaraq işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək analıq məzuniyyətində olmuş, xx.xx.2022-ci il tarixdən isə üç yaşadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı MMC-yə gedərək, müəssisəni n direktoru Nümayəndə1 şifahi olaraq xx.xx.2023-cü il tarixdən qismən ödənişli sosial məzuniyyətini başa vuraraq öz iş yerinə qayıtmaq istədiyini bildirmişdir. Onlar razılaşsa da, xx.xx.2023-cü il tarixdə iddiaçı öz işinə başlamaq üçün müəssisəyə daxil olmaq istəyərkən, müəssisənin rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən mühafizə əməkdaşları tərəfindən müəssisənin ərazisinə buraxılmamış və kadrlar üzrə mütəxəssis Bəşir Abbasov tərəfindən rəhbərliyin göstərişi ilə yalnız xx.xx.2023-cü il tarixdən işə başlaya biləcəyi bildirilmiş və bu barədə ərizə yazmağı tələb edilmişdir.
9. İddiaçı tələb olunan ərizəni yazmış, lakin qeyd olunan tarixdə işə başlamaq üçün müəssisəyə gəldikdə, yenidən şəxsən direktor Nümayəndə1 və onun göstərişi ilə kadrlar üzrə mütəxəssis Bəşir Abbasov və mühafizə r əisi Ramil Həsənov tərəfindən müəssisənin ərazisinə buraxılmamış və Nümayəndə1 tərəfindən təsisçi Elxan Bəşirovun göstərişinə əsasən iddiaçının daha həmin müəssisədə işləyə bilməyəcəyi bildirilmiş, işdən çıxarılacağı ilə hədələnmişdir. İddiaçının 9 illik əmək fəaliyyəti olan bir müəssisənin ərazisinə buraxılmamağı digər əməkdaşların yanında alçalma hissi yaşatmış və psixoloji əzab, sarsıntı, narahatlıq, məyusluq hissləri keçirməyinə səbəb olmuşdur. Həmin gün təqribən saat 18:30 radələrində MMC tərəfindən kuryer vasitəsilə iddiaçının ünvanına xx.xx.2023cü il tarixli 47/M saylı əmr və xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildiriş daxil olmuşdur. Əmrdə qeyd olunmuşdur ki, sosial məzuniyyətdən qayıdan İddiaçı MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyətini MMC ilə b ağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin. İşçinin əmək müqaviləsi elektron sistemdə bərpa olunsun. İşçi xx.xx.2023-cü il tarixdən işə başlasın və onun bir ay müddətində məsafədən (evdən) işləməyinə icazə verilsin. Bu əmr xx.xx.2023cü il tarixdə tərtib olunsa da, xx.xx.2023-cü il tarixədək iddiaçı bu əmrlə tanış edilməyib və onun 1 ay müddətində məsafədən işləməli olmağı qeyd olunan hissəsi barədə tərtib olunmuş heç bir qərar (sənəd) iddiaçı ilə tanış edilərək, razılaşdırılmayıb. Həmçinin bu əmr ümumilikdə şöbənin deyil, yalnız iddiaçının məsafədən işləməyi barədə qərəzli şəkildə tərtib olunub. Bildirişdə isə xx.xx.2023-cü il tarixdən etibarən iddiaçının iş yerinin əmək müqaviləsində qeyd olunan və 9 il müddətində daimi fəaliyyət göstərd iyi ünvanı dəyişdirilərək, müəssisədən kənarda Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında yerləşən, iddiaçıya məlum olmayan başqa bir ofisə göndəriləcəyi, bununla razılaşmadığı halda isə, iddiaçını əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən işdən azad edəcəkləri bildirilmişdir.
10. MMC tərəfindən xx.xx.2023-cü il tarixli 47/M saylı əmrin 1-ci bəndində qismən ödənişli sosial məzuniyyətdən qayıdan İddiaçı MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyətini 47/M saylı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirməsi qeyd olunduğu halda, eyni tarixdə tərtib olunan ANXO74/2023 nömrəli bildirişdə işəgötürən bu şərtləri birtərəfli qaydada pozaraq, bir-birinə zidd iki sənədlə çıxış etmişdir. Göründüyü kimi MMC əmək müqaviləsinə dəyişikliyi birtərəfli qaydada həyata keçirmişdir.
11. İddiaçının xx.xx.2023-cü il tarixdə evdən işləməyi üçün qərəzli formada əmr tərtib edilsə də (kirayədə yaşadığı üçün ev şəraiti əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olmadığı halda) və bu əmrin icrasına nəzarəti rəhbərlik üzərində saxlandığı halda, əmr icra edilməmiş və iddiaçının evdə işləməyi üçün əvvəlcədən MMC tərəfindən heç bir tədbir görülməmiş, iddiaçı lazımi texniki və dəftərxana ləvazimatları ilə təmin olunmamış və işləməyi üçün ona heç bir tapşırıq verilməmişdir. İddiaçının MMC-nin sisteminə giriş üçün istifadəçi məlumatları və elektron poçt ünvanı bərpa olunmamışdır.
12. MMC iddiaçının himayəsində 8 aydır limfa ödemindən əziyyət çəkən 1 yaşlı körpə uşağı və diz artrozu nəticəsində hərəkət məhdudiyyəti olan yaş lı anasının olduğunu bilərək (bu barədə işəgötürənə cavab məktubunda qeyd etmişdir), bundan əlavə müəssisədə bütün şöbələr və işçiləri rəhbərlik və hal-hazırda kadrlar şöbəsinin əməkdaşı Bəşir Abbasov müəssisədə əsas ofisdə əyani şəkildə fəaliyyət göstərdiyi halda, sırf iddiaçının məsafədən işləməyi barədə əmri və müəssisədəki kadrlarla mütəmadi əlaqədə olan bir şöbənin, müəssisənin əsas ofisindən kilometrlərlə kənarda yerləşdirilməsini və iddiaçının əmək müqaviləsində göstərilən fəaliyyət ünvanını bu ünvandan uzaq məsafədə yerləşən hər hansı ona məlum olmayan ofisə onunla razılaşdırmadan dəyişdirərək, onu öz iş yerindən kənarlaşdırmaqları barədə bildiriş sırf iddiaçıya qarşı qərəzli mövqedir.
13. Bütün bu qərəzli mövqedən tərtib olunan əmr və bildirişlərin səbəbi müəssisədə aparılan ikili (rəsmi və qeyri rəsmi) əmək haqqı hesablanması nəticəsində iddiaçıya hamiləliyə və doğuma görə müavinətin tam əmək haqqına uyğun şəkildə hesablanıb ödənilmədiyinə görə, daha öncə xx.xx.2022-ci il tarixdə müəssisədən X2 şikayətçi olmağı ilə əlaqədar təsisçi Elxan Bəşirovla və Nümayəndə1la aralarında yaranan mübahisədir. Bunu iddiaçıya rəhbərlik özü də şifahi formada etiraf etmişdir. Belə ki, iddiaçının əmək haqqı faktiki 1500 manat təşkil etdiyi halda, MMC-nin Azərbaycan Respublikasının vergi qanunvericiliyini pozması nəticəsində 700 manat olaraq rəsmiləşdirilmişdir və bunun nəticəsində hamiləliyə və doğuma görə müavinət tam əmək haqqına uyğun şəkildə hesablanıb ödənilməmiş, əvəzində isə rəhbərlik 1500 manat əmək haqqına uyğun hesablanmış məbləği işdən öz xahişi ilə ərizə yazıb çıxmağı üçü n qeyri rəsmi formada ödəyəcəyini təklif etmiş, lakin iddiaçının bundan imtina etdiyini gördükdə isə hamilə olduğuna görə qanuni güzəşt və imtiyazlardan istifadə etməyini qəbul etməyərək, iddiaçını əmək funksiyaları ilə bağlı özbaşınalıqla şərləyəcəyi ilə hədə qorxu gələrək, işdən azad olmağı üçün ərizə yazdırmağa çalışmışdır.
14. İddiaçı bu barədə X2 müraciət ünvanladığında rəhbərlik onun əmək hüquqlarını bir daha pozaraq, onun MMC-nin elektron sisteminə daxil olmaq üçün verilmiş bütün istifadəçi məlumatlarını ləğv etmiş və MMC-yə məxsus “Elektron ünvan ” elektron poçt ünvanına girişi bağlamışdır. Bu səbəbdən də iddiaçı əmək haqqının 1500 manat olması barədə qeyri-rəsmi sənədləri müfəttişə təqdim edə bilməmişdir.
15. İddiaçının şikayətindən sonra ona qarşı hüquq pozuntuları ilə əlaqədar o laraq, MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və iddiaçıya ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı MMC-nin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Buna baxmayaraq, həmin vəsait hələ də ödənilməmişdir.
16. MMC iddiaçının işlədiyi şöbəni Sabunçu rayonu, Binəqədi şossesi, 11B ünvanında yerləşən ofisə keçirmələri barədə qərar qəbul edildiyini məktubları ilə bildirsə də, hazırda kadrlar şöbəsinin digər əməkdaşı Bakı-Qazax şossesi 27 km ünvanında yerləşən ofisdə fəaliyyət göstərir.
17. İddiaçının yuxarıda qeyd olunan ünvanda yerləşən ofisə göndərilməsinin səbəbi cavabdehin onun hüquqlarının pozulması ilə bağlı sübutları əldə etməyindən qorxmasıdır. Çünki, cavabdeh iddiaçının işdə olduğu təqdirdə bütün rəsmiyyətdən kənar mühasibatlıq barədə yazışmalar və digər sənədləri ələ keçirib məhkəmə və prokurorluq orqanlarına təqdim etməyindən çəkinir. İddiaçının iş yerində bundan əvvəlki hamilə vəziyyətində keçirdiyi stresslər, sarsıntılar, iztirablar onun səhhətinə mənfi təsir göstərmiş və sinir sistemində yaranmış pozuntu nəticəsində irəli dərəcədə karpal sinir sindromu diaqnozu qoyulmuş və bütün bunlar hamiləliyinin normal inkişafına mənfi təsir göstərdiyi üçün vaxtından əvvəl təcili doğuşla əlaqədar keysəriyyə əməliyyatı olunmuş və bununla bağlı övladına ağ ciyərin sağ payında anadangəlmə bronxopnevmaniya əlamətləri diaqnozu qoyulmuşdur.
18. Bundan əlavə, səhhətində olan problemlə əlaqədar süd verməyi ilə bağlı olaraq iddiaçı dərman müalicəsi qəbul edə bilməmiş, yalnız fiziki müalicə olunmuş və bu problemin uzun müddət davam etməsi nəticəsində övladına qulluq göstərə bilməmişdir.
19. İddiaçı işəgötürənə bildirmişdir ki, ona qarşı olan bu qərəzli hərəkətləri ilə ona ciddi şəkildə mənəvi, maddi və fiziki ziyan vurur və yaşadığı bu stresslər bir ana olaraq onda ciddi şəkildə emosional gərginlik, psixoloji əzab, sıxıntı, narahatlıq, həyəcan, acizlik və sarsıntı, məyusluq, ədalətsizlik və uzunmüddətli qeyri-müəyyənlik hissləri yaratdığı üçün səhhətinə mənfi təsir göstərir və uşağın ana südü ilə bəslənməsinə mane olur və bu da övladının səhhətinə mənfi təsir göstərərək və eyni zamanda əlavə qidaya ehtiyac duyaraq ona maddi və mənəvi ziyan vurur, həmçinin körpəsinə mənəvi zərər yaradı r.
20. İddiaçı sosial məzuniyyətdə olduğu dövrdə bir müddət sonra işə başlayacağına əmin olaraq, özünün, anasının və uşağının müalicəsi və təyin olunmuş dərman vasitələrinin alınması üçün X3 10000 manat kredit götürmüşdür və 10 aydır ki, bu krediti çox çətinliklə ödəyir. Onun işə başlamağında əsas məqsədi də borclarını ödəmək və çətin olan maddi durumunu nisbətən də olsa yaxşılaşdırmaqdır. Lakin MMC iddiaçını iş yerinə buraxmamaqla ona bu müddət ərzində maddı və mənəvi zərər vurmuşdur. İddiaçının himayəsində bir yaşlı övladının olması ilə yanaşı o, həm də hamilə olmuş və bu vəziyyətdə işəgötürənin ona yaşatdığı stress, üzüntü, sarsıntı, iztirab, nigarançılıq, psixoloji gərginlik nəticəsində riskli hamiləlik keçirmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Naz irliyi 9 nömrəli Qadın məsləhətxanası tərəfindən verilmiş 63 nömrəli arayış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Hamilənin başqa işə keçirilməsi barədə” xx.xx.2023 tarixli 64 nömrəli həkim rəyi (TQS No084) işəgötürənə təqdim edilmişdir. Arayışdan görünür ki, hamiləlik risk altında olduğu üçün, işəgötürən tərəfindən təyin olunmuş yeni iş yerinin uzaq məsafədə yerləşməsini nəzərə alaraq, uzun yol qət etməyə icazə verilməmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək düşük təhlükəsi diaqnozu də bülletendə olmuş və bu barədə bütün üzrlü sənədləri və SN 00008 №0077755 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsini müəssisəyə təqdim etmişdir. Buna baxmayaraq, işəgötürən öz qərəzli məktubları ilə yenə də iddiaçını işdən çıxaracağı ilə hədələyərə k, onun riskli hamiləlik keçirdiyini bilə-bilə həmin vəziyyətdə ona stress, əsəb, sarsıntı iztirab yaşadaraq, səhhətinin pisləşməsinə birbaşa təsir göstərmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə riskli hamiləliklə bağlı sənədlərini sürətli poçt vasitəsilə müəssisəyə göndərdikdən bir neçə saat sonra, ona özünü müəssisənin hüquqşünası kimi təqdim edən Nümayəndə3 adlı şəxs zəng edərək, göndərdiyi sənədlərə məhəl qoymadıqlarını və onun məhkəmə öncəsi onlara göndərdiyi mediasiya təklifinə əsasən onları məhkəməyə vermək istədiyini anladıqlarını və o, məhkəməyə müraciət etsə, onlar da guya onu hansısa sənədlərin səhv işlənməsi ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirərək, onu məhkəməyə müraciət etməkdən çəkindirmək üçün səhhəti ilə bağlı məlum vəziyyətini bild iyi halda ona hədə qorxu gəlmişdir. İddiaçı isə heç bir səhvə yol vermədiyini, öz hüquqlarını qanuni şəkildə bərpa etmək üçün məhkəməyə müraciət edəcəyini bir daha bildirmişdir. Bu dialoq nəticəsində üzüntü, sarsıntı və psixoloji gərginlik keçirdiyi üçun səhhəti pisləşmiş və təcili tibbi yardım göstərilmişdir.
21. Bundan sonra yenidən xx.xx.2023-cü il tarixdə, iddiaçı ona göstərilən ünvanda işə çıxmayacağı təqdirdə 3 gün ərzində üzrlü səbəb təqdim etməzsə, işdən çıxarılacağı barədə işəgötürəndən növbəti məktub göndərilmişdir. Halbuki, iddiaçı 05.04 2023-cü il tarixdə üzrlü səbəbi müəssisəyə təqdim etmişdir. Bunun nəticəsində iddiaçının vəziyyəti yenidən pisləşmiş, təcili yardım vasitəsilə 4 nömrəli doğum evinə aparılaraq tibbi yardım göstərilmiş və orada hamiləliyinin riskli olması bir d aha qeyd olunmuşdur. Nümayəndə3 hədə-qorxuları xx.xx.2023-cü il tarixdə keçirilən Mediasiya sessiyasında da təkrarlanmış və həmin gün iddiaçıya Qaradağ rayon prokurorluğunun müstəntiqi zəng edərək barəsində şikayət olması barədə məlumat verərək prokurorluğa dəvət etmiş və iddiaçı yenə üzüntü, sarsıntı və psixoloji gərginlik keçirərək həyacanlanmışdır.
22. MMC-nin rəhbərliyi iddiaçının qanunla ona verilmiş haqlarını tələb etməyini həzm edə bilməyərək, Qaradağ rayon Prokurorluğuna yalan məlumatlar verərək, guya iddiaçının əsassız olaraq maaşını 500 manatdan 700 manata qədər özbaşına yüksəltməyi barədə haqsız şikayəti də onu hərtərəfli formada sıxışdırmaq niyyətini göstərir, onun haqlarını tapdalamağı azmış kımı, stress, üzüntü, sarsıntı və psixoloji gərginlik yaşadaraq ana bətnində olan uşağ ın sağlam formalaşmağına təsir etmişdir. MMC şikayət ərizəsində guya iddiaçının şirkətə 2800 manatdan çox ziyan vurmağı və bununla da onu özündən asılı vəziyyətə salmaq istəməsi də insanları özündən asılı kölə halına salmaq niyyətindən xəbər verir.
23. MMC-nin bu bərəkəti ilə eyni zamanda iddiaçının işgüzar nüfuzunu ləkələyir. İddiaçı məktub yazıb bütün üzrlü səbəblər barədə MMC-yə dəfələrlə məlumat versə də, işəgötürən hər dəfə ona məktublar yazaraq stress üzüntü, sarsıntı və psixoloji gərginlik keçirməsinə səbəb olmuş, yaşadığı bu hisslər nəticəsində hamiləliyində düşük təhlükəsi yaranmışdır.
24. İddiaçı xx.xx.2023-cü il tarixdə MMC-nin rəhbərliyinə məktub ünvanlayaraq bir daha aralarındaki əmək münasibətləri barədə yaranmış mübahisələr hüquqi müstəvidə öz həllini tapanadək, onun xx.xx.2 023-cü il tarixdən öz iş yerində işə buraxılmağına icazə verilməsini xahiş etmiş və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə öz vəkili ilə birlikdə MMC-yə getmişdir. Vəkilin onunla birlikdə getməsində məqsəd əmək qanunvericiliyi barədə məlumatları bir daha işəgötürənə izah etmək, mübahisələr öz həllini tapanadək həmin ünvanda işləməyinə icazə verilməsini xahiş etmək və bəlkə bu söhbətlər əsnasında barışıq əldə etmək olmuşdur. Lakin həmin gün MMC-nin ərazisinə nəinki işə başlamaq, heç söhbət etmək üçün belə buraxılmadığı üçün orada keçirdiyi stress, üzüntü, sarsıntı və psixoloji gərginlik nəticəsində vəziyyəti ağırlaşmış və düşüyün başlaması diaqnozu ilə təcili tibbi yardım vasitəsilə 4 saylı doğum evinə çatdırılmış, orada hamiləliyin 1-ci trimestrinin ultrasəs müayinə protokolunda retroxori al hematoma diaqnozu qoyulmuş və təcili abort məsləhət görülmüşdür. Sonra iddiaçı qeydiyyatda olduğu qadın məsləhətxanasına getmiş və həkimin verdiyi göndəriş vərəqəsi ilə Məlikov adına 6 saylı xəstəxanada həmin diaqnoz ilə abort əməliyyatı keçirmişdir. Həmin günü iddiaçı öz övladını itirmiş və bu, onun həm səhhəti ilə bağlı fiziki əzab çəkməyinə, həm də sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur.
25. İddiaçının bu vəziyyəti ailə üzvlərinin, ən əsası anasının da səhhətinə mənfi təsir göstərmişdir. Belə ki, bunu bilən anasının təzyiqinin yüksəlməsi nəticəsində vəziyyəti pisləşmiş və təcili yardım göstərilmişdir. Hər dəfə işəgötürən tərəfindən iddiaçının iş yerinə buraxılmamağı, onu işdən çıxarılacağı ilə hədələyərək ünvanına göndərilən məktublar, ona şər ataraq barəsində prokurorluğa ed ilən şikayət və buna görə prokurorluğa çağırılması xəstə, yaşlı anasının stress, sarsıntı və əzab çəkməsinə səbəb olmuş və bu hər dəfə anasının səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. İddiaçı hələ də bətnindəki övladını itirməklə yaşadığı sarsıntı və iztirab hisslərinin təsiri altında psixoloji gərginlik keçirir, artıq özünü öldürmək həddinə çatmışdır.
26. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məclləsinin 2, 9, 11, 54 55, 56 və 82-ci maddələrinə istinad etmişdir.
27. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri belə olmuşdur: - MMC-də vergidən yayınmaq məqsədi ilə kiminsə əmək haqqının qəsdən azaldılması və ya az rəsmiləşdirilməsi sadəcə olaraq böhtandır. MMC-nin fəaliyyətində Əmək Məcəlləsində nəzərdə tutulmuş iş vaxtından artıq işlərə cəlb etmə kimi müəyyən edilmiş situa siyalar mövcud deyildir. Cəmiyyətin istehsal sahələrində iş ahənginin fasiləsiz təşkilinə ehtiyac yarandığı hallarda isə növbəli iş rejimi tətbiq edilir; - iddiaçı kadrlarla iş üzrə şöbənin müdiri vəzifəsində işləmişdir və onun fəaliyyət göstərdiyi şöbənin və ya şəxsən özünün əlavə iş saatlarında işə cəlb edilməsinə hər-hansı ehtiyac yaranmamışdır. Müvafiq olaraq, iddiaçının iş vaxtlarından artıq işlərə cəlb edilməsi ilə bağlı hər-hansı əmr və ya şifahi tapşırıq verilməmişdir. MMC-də işə cəlb etmə və s. ilə bağlı əmrlər işlədiyi dövrdə məhz elə iddiaçı tərəfindən hazırlanmış, iş vaxtının uçotu da onun tərəfindən aparılmış, uçot məlumatları onun tərəfindən hazırlanıb rəhbərliyə və mühasibatlığa təqdim edilmişdir. Həmin dövrdə iddiaçı ilə bağlı iş vaxtından artıq işlərə cəlb edilmə ilə bağ lı əmr olmadığı kimi, iddiaçının özü tərəfindən iş vaxtından artıq işlədiyinə dair rəhbərliyə heç bir qeyd təqdim edilməmişdir və bu xüsusat Əmək Müfəttişliyi tərəfindən tam şəkildə araşdırılmışdır; - əməkdaşların əmək müqaviləsi bildirişləri və o cümlədən, əmək haqqı məlumatlarını elektron imza vasitəsi ilə ƏƏSMN-nin elektron sisteminə daxil edilməsi iddiaçının səlahiyyətində olmuşdur və əmək haqqı 700 manat deyil, iddiaçının iddia etdiyi kimi 1500 manat idisə, o, bu məlumatları elektron sistemə daxil edə bilərdi. Halbuki, iddiaçı məhz elektron imzadan istifadə edərək, müəssisə rəhbərliyinin bu barədə əmri olmadığı halda, özünün əmək haqqını 500 manatdan 700 manata qaldırmış və bu əmək haqqının ona ödənilməsinə nail olmuşdur. Bu xüsusat da müvafiq orqanlar tərəfindən araşdırılmışdır; - di gər tərəfdən, iddiaçı qeyd edilən məsələlərlə bağlı hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmazdan əvvəl də müxtəlif orqanlarına, o cümlədən, X2 də müraciət etmiş, məsələlər araşdırılmış və iddiaçının iddia etdiyi məsələlərin heç biri öz təsdiqini tapmamışdır; - iddiaçının istinad etdiyi ƏƏSMN-nin inzibati xəta haqqında protokolu isə iddiaçının hamiləliyi dövründə ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməsinin rəsmiləşdirilməməsi ilə bağlı olmuşdur ki, bu da əslində iddiaçının vəzifə borcu idi ki, bu əmrin hazırlanaraq imzalatdırılmasını təmin etməmişdir. Faktiki olaraq qısaldılmış iş vaxtından istifadə etdiyi halda, iddiaçı güman ki, qəsdən rəsmiləşdirilməni həyata keçirməmiş, sonradan bunu öz xeyrinə istifadə etməyə çalışmışdır; - iddiaçının digər bir iddiası əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair ona təqdim edilən bildirişin və əmrin qanunsuz olması, bunun əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi olması və Əmək Məcəlləsinin 79-cu maddəsinə zidd olması ilə bağlıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər-hansı dəyişiklik edilməmişdir, onun hüquq və vəzifələri olduğu kimi qalır. İddiaçının sosial məzuniyyətdən qayıtmaqla işə başlamasına dair əmrdən də göründüyü kimi, onun əmək münasibətlərini əmək müqaviləsində göstərilən eyni şərtlərlə davam etdirildiyi göstərilir. Yəni iddiaçının vəzifəsi, iş funksiyaları, əmək haqqı və s. əmək müqaviləsində göstərilən hallar dəyişməz olaraq qalır; - eyni zamanda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi Əmək Məcəlləsinin 56-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci bəndinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 2-ci bəndində isə göstərilmişdir ki, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Qeyd olunan maddədən görünür ki, işəgötürən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hüququna malikdir. L akin bu, yalnız Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində göstərilən zərurətdən irəli gəlməli, həmçinin işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işində dəyişikliyə səbəb olmamalıdır; - MMC-nin hüquqi ünvanı ünvan 8ləşir. Cəmiyyət tikinti materiallarının istehsalı ilə məşğul olmaqla, bir neçə istehsal və satış sahəsindən, eləcə də bir neçə ofis sahəsindən istifadə etməkdədir. İddiaçının işlədiyi və rəhbərlik etdiyi "xxxx" əvvəllər MMC-nin zavodlarından biri olan Qaradağ rayonu ərazisindəki “Ağdağ” zavodunun ərazisindəki ofis sahəsində fəaliyyət göstərmişdir. Lakin son dövrlər “Ağdağ” zavodunun gücünün artırılması və genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Xüsusən də “Yeni Ağdağ” zavodunun açılışından sonra zavodun fəaliyyəti ilə bağlı onlarla yeni işçi işə qəbul e dilmişdir. Zavodun ərazisindəki ofis sahəsinin bütün işçilərin fəaliyyəti üçün kifayət etmədiyi nəzərə alınaraq yalnız bilavasitə zavodun cari fəaliyyətinə cəlb edilən işçilərin həmin ofis sahəsində saxlanılması, digər struktur bölmələrinin və onların işçilərinin fəaliyyətinin isə MMC-nin istifadəsində olan digər ofis sahələrində təşkil edilməsi qərara alınmışdır. O cümlədən, iddiaçının işlədiyi və rəhbərlik etdiyi şöbənin fəaliyyəti də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 11B ünvanında yerləşən ofisdə təşkil edilmişdir; - MMC-nin bir sıra digər struktur bölmələri də fərqli ünvanlardakı ofis sahələrində fəaliyyət göstərir və texnologiyanın hazırki inkişafından istifadə ilə struktur bölmələrinin fərli ünvanlarda yerləşməsi müəssisənin fəaliyyəti üçün hər-hansı problem yaratmır. Bi nəqədi rayonu, Binəqədi şossesi 11B ünvanı isə “Ağdağ” zavodu ərazisindən heç də çox uzaq məsafədə yerləşmir və Bakı şəhərinin ərazisi hüdudlarındadır. MMC-nin əmək şəraitinin şərtlərində dəyişiklik təklifi qanunvericiliyin tələblərinə, qanunla işəgötürənə verilən hüquqlara tam uyğundur.
28. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunmuş, Cavabdeh əmək müqaviləsinə xitam verilməsi haqqında 11 may 2023-cü il tarixli 203/k əmri ləğv edilmiş, İddiaçı kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər of isin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktların etibarsız hesab edilməsi, İddiaçı MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyətinin bərpa olunması və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməsi, İddiaçı hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsinin "xxxx" MMC-yə həvalə edilməsi, "xxxx" MMC-dən mənəvi zərərə görə 3 000 (üç min) manatın tutularaq İddiaçı ödənilməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Təhminə Xəlilova)
29. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə MMC-yə işə qəbul olunmuş, 2016-cı il tarixdən kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmış, 2022-ci ildə övladı dünyaya gəlmişdir. Analıq məzuniyyətindən sonra iddiaçıya iş yerinin Qaradağ rayonundan Sabunçu rayonuna keçirilməsi və vəzifəsinin həmin ünvanda yerləşən ofisdə davam etdirilməsi təklif edilmişdir. İddiaçı yeni uşağa hamilə olması və hamiləliyinin ağır keçməsi ilə bağlı həmin təklifdən imtina etmişdir.
30. Birinci instansiya məhkəməsi göstərmişdir ki, MMC Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə tam əməl etmədən, yəni, iddiaçı iş yerinin dəyişdirilməsinə razılıq vermədiyindən əvvəlcə onu başqa vəzifəyə keçirməli olduğu halda bunu etməmiş və iddiaçının birbaşa əmək müqa viləsinə xitam verilməsi barədə əmr vermişdir.
31. Bundan əlavə, məhkəmə tərəfindən təklif edildikdən sonra cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 79/1K saylı əmrinə əsasən MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şössesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən Cəmiyyətin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən ofis sahəsində təşkil edilməsi əmr edilmişdir. Əmrdən görünür ki, əmr "xxxx" adlandırılmasına baxmayaraq əmrlə iş yeri Sabunçu rayonuna dəyişdirilmiş 10 işçi arasında kadrla iş şöbəsinin əməkdaşları yoxdur. Əmrin ikinci bəndi ilə kadrlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir.
32. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişində iddiaçının iş yerinin Sabunçu rayonuna dəyişdirilməsinin qərara alınması göstərilsə də, cavabdeh tərəfindən həmin bildirişdə, eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə həmin qərara və cavabdehin yuxarıda istinad olunan xx.xx.2023-cü il tarixli 79/1K saylı əmrinə istinad olunmamışdır. Bu hal isə belə bir qərarın mövcud olmaması, xx.xx.2023-cü il tarixli 79/1K saylı əmrin isə sonradan geri tarixlə tərtib edilməsini təsdiq edir.
33. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinin ləğv edilməsi əsasları pozularaq xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir.
34. Eyni zamanda, birinci instansiya məhkəməsinin mövqeyinə görə MMC-nin xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şosesi, 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktları etibarsız hesab edilməli və İddiaçı “Avanqard N" MMC-nin BakıQazax Şo ssesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyəti bərpa olunmalı və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməlidir.
35. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda işə cəlb olunması təsdiq edildiyindən və cavabdeh Əmək Müfəttişliyinin göstəriş məktubunun icra olunaraq iddiaçıya iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə əmək haqqının ödənilməsini təsdiq edən sübutları təqdim etmədiyindən iddiaçının hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə əmək haqlarının hesablanaraq ödənilməsi vəzifəsinin MMC-yə həvalə edilməsi tələbi də əsaslıdır və təmin edilməlidir.
36. Birinci instansiya məhkəməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının işsiz qalmasını, məcbur olaraq vəkilə və məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 3000 manat tutularaq iddiaçıya ödənilməlidir.
37. Bununla belə, birinci instansiya məhkəməsi əmək haqqının tam hissəsinin (1500 manat) rəsmi formada əmək haqqı kartına köçürülməsi, hamiləlik və doğuma görə müavinətin 1500 manatdan hesablanaraq ödənilməmiş qalan hissəsinin ödənilməsi barədə iddia tələblərini təmin etməmiş və bunu onunla əsaslandrımışdır ki, iddiaçı əmək haqqının 1500 manat olmasına, eyni zamanda 18000 manat maddi zərər tələbinə dair sübutları təqdim etməmişdir.
38. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 54, 68, 165, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
39. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” hüquqi anlayışını, ümumiyyətlə, düzgün qəbul edə bilməmiş, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə təklifi (bildirişin təqdim edilməsini) “əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi” kimi şərh etmişdir. Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi, əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi yolverilməz hesab ed ilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər-hansı dəyişiklik edilməmişdir, onun hüquq və vəzifələri olduğu kimi qalır. İddiaçının sosial məzuniyyətdən qayıtmaqla işə başlamasına dair əmrdən də göründüyü kimi, onun əmək münasibətləri əmək müqaviləsində göstərilən eyni şərtlərlə davam etdirildiyi göstərilir. Yəni, iddiaçının vəzifəsi, iş funksiyaları, əmək haqqı və s. əmək müqaviləsində göstərilən hallar dəyişməz olaraq qalır; - eyni zamanda, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi Əmək Məcəlləsinin 56-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci bəndinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 2-ci bəndin də isə göstərilmişdir ki, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Qeyd olunan maddədən görünür ki, işəgötürən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hüququna malikdir. Lakin bu, yalnız Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində göstərilən zərurətdən irəli gəlməli, həmçinin işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işində dəyişikliyə səbəb olmamalıdır; - MMC-nin hüquqi ünvanı ünvan 13əşir. MMC tikinti materiallarının istehsalı ilə məşğul olmaqla, bir neçə istehsal və satış sahəsindən, eləcə də bir neçə ofis sahəsindən istifadə etməkdədir. İddiaçının işlədiyi və rəhbərlik etdiyi "xxxx" əvvəllər Cavabdeh MMCnin zavodlarından biri olan Qaradağ rayonu ərazisindəki “Ağdağ” zavodunun ərazisindəki ofis sahəsində fəaliyyət göstərmişdir. Lakin son dövrlər “Ağdağ” zavodunun gücünün artırılması və genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Xüsusən də, “Yeni Ağdağ” zavodunun açılışından sonra zavodun fəaliyyəti ilə bağlı onlarla yeni işçi işə qəbul edilmişdir. Zavodun ərazisindəki ofis sahəsinin bütün işçilərin fəaliyyəti üçün kifayət etmədiyi nəzərə alınaraq yalnız bilavasitə zavodun cari fəaliyyətinə cəlb edilən işçilərin həmin ofis sahəsində saxlanı lması, digər struktur bölmələrinin və onların işçilərin fəaliyyətinin isə MMC-nin istifadəsində olan digər ofis sahələrində təşkil edilməsi qərara alınmışdır. O cümlədən, iddiaçının işlədiyi və rəhbərlik etdiyi şöbənin fəaliyyəti də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 11B ünvanında yerləşən ofisdə təşkil edilmişdir. MMC-nin bir sıra digər struktur bölmələri də fərqli ünvanlardakı ofis sahələrində fəaliyyət göstərir və texnologiyanın hazırki inkişafından istifadə ilə struktur bölmələrinin fərqli ünvanlarda yerləşməsi müəssisənin fəaliyyəti üçün hər hansı problem yaratmır. Binəqədi rayonu, Binəqədi şossesi 11B ünvanı isə “Ağdağ” zavodu ərazisindən heç də çox uzaq məsafədə yerləşmir və Bakı şəhərinin ərazisi hüdudlarındadır; - iddiaçı ərizəsində onun əmək şəraitinin şərtlərinin dəy işdirilməsini işəgötürənin qərəzli münasibəti kimi izah etməyə çalışmış və birinci instansiya məhkəməsi də bununla razılaşmışdır. İddiaçı və birinci instansiya məhkəməsi “qərəzi” işəgötürən tərəfindən işçinin yol verdiyi hərəkətlərə görə Qaradağ rayon prokurorluğuna şikayət edilməsi ilə “əsaslandırmağa” çalışmışlar. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə və hüquq mühafizə orqanlarına müraciət konstitusion hüquqdur və başqalarının hüquqlarını pozmadığı ölçüdə bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Hazırki iş üzrə iddiaçının əməlləri ilə bağlı işəgötürən tərəfindən Qaradağ rayon Polis İdarəsinə müraciət edilməsi və daha sonra İdarədə qəbul edilən qərardan Qaradağ rayon Prokurorluğuna şikayət verilməsi iddiaçıya qarşı qərəzli münasibətlə deyil, onun hərəkətləri nəticəsində dəymiş ziya nın aradan qaldırılması və hərəkətlərinə hüquqi qiymət verilməsi istəyi ilə bağlı olmuşdur və Qaradağ rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanaraq istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 27 sentyabr 2023-ci il tarixli Qərarından da göründüyü kimi, haqlı olmuşdur. İşəgötürən iddiaçıya qarşı qərəzli olsaydı, onun hər hansı bəhanə ilə intizam məsuliyyətinə cəlb edilməsini, işdən müvafiq maddələrlə azad edilməsini təşkil edərdi. Halbuki, bu iş üzrə işəgötürənin niyyəti iddiaçının işdən azad edilməsinə deyil, daha sağlam (istehsal zavodunun səs-küylü və daha çirkli ərazisindən) iş mühitində, yüksək təşkil edilmiş ofis şəraitində işini davam etdirməsi olmuş, lakin iddiaçı əsassız tərslik göstərərək heç bir ağlabat an səbəb olmadan əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və əvvəlki iş otağından cəmi bir neçə kilometr aralıda, nəqliyyatın işlək olduğu (zavod ərazisinə heç bir ictimai nəqliyyat marşrutu getmir) ərazidəki ofisdə işləməkdən imtina etmişdir; - işəgötürənin atdığı bütün addımlar qanuna əsaslanmışdır. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin birinci hissəsinin tələblərinə əsasən, “İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir”. Məcəllənin həmin maddəsinin 2-ci hissəsində göstərilir ki, “İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi ye ni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər”; - Əmək Məcəlləsinin 79-cu maddəsindən göründüyü kimi, bu norma işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslarla ləğv edilməsini qadağan edir. Buradan göründüyü kimi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işəgötürənin təklifinə işçi tərəfindən etiraz edilməsi (yazılı etiraz və ya əmək şəraitinin yeni şərtlərinə uyğun işə başlamama ilə etiraz) onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilməsini, b u zaman işçiyə müvafiq müavinətin ödənilməsini nəzərdə tutur və Məcəllənin 79-cu maddəsində göstərilən məhdudiyyətlər əmək müqaviləsinin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam verilməsi hallarına şamil edilmir; - birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan, hətta iddiaçıya hansı mənəvi iztirabın və s. baş verməsinə dair bir cümlə də yazmadan cavabdehdən 3000 manat mənəvi ziyana görə iddiaçının xeyrinə tutulmasını qət etmişdir. MMC-nin fəaliyyətində Əmək Məcəlləsində də nəzərdə tutulmuş iş vaxtından artıq işlərə cəlb etməyə yol verilən hallar kimi müəyyən edilmiş situasiyalar mövcud deyildir. MMC-nin istehsal sahələrində iş ahənginin fasiləsiz təşkilinə ehtiyac yarandığı hallarda isə növbəli iş rejimi tətbiq edilir. İddiaçı kadrlarla iş üzrə şöbəni n müdiri vəzifəsində işləmişdir və onun fəaliyyət göstərdiyi şöbənin və ya şəxsən özünün əlavə iş saatlarında işə cəlb edilməsinə hər-hansı ehtiyac yarana da bilməzdi. Müvafiq olaraq, iddiaçının iş vaxtlarından artıq işlərə cəlb edilməsi ilə bağlı hər-hansı əmr verilməmiş, şifahi tapşırıq verilməmişdir. MMC-də işə cəlb etmə və s. ilə bağlı əmrlər işlədiyi dövrdə məhz elə iddiaçı tərəfindən hazırlanmış, iş vaxtının uçotu da onun tərəfindən aparılmış, uçot məlumatları onun tərəfindən hazırlanıb rəhbərliyə və mühasibatlığa təqdim edilmişdir. Həmin dövrdə onunla bağlı iş vaxtından artıq işlərə cəlb edilməmə ilə bağlı əmr olmadığı kimi, özü tərəfindən iş vaxtından artıq işlədiyinə dair rəhbərliyə heç bir qeyd təqdim edilməmişdir və bu xüsusat Əmək Müfəttişliyi tərəfindən tam şəkildə araşdırılmı şdır. İddiaçının iş vaxtından artıq işlədiyinə görə iş materiallarına tərəfindən hər hansı sənəd əlavə edilməmişdir; - məhkəmə ümumiyyətlə nəzərə almamışdır ki, MMC istehsal müəssisəsi kimi fərqli sahələrdə, ərazilərdə fəaliyyət göstərir və əməyin və istehsalatın təşkili baxımından, işçilərin bir ofis və ya istehsalat sahəsindən digərinə keçirilməsi bu cür müəssisələrdə xarakterik haldır və qanunidir. İşçilər də bunu bilirlər və onların əmək müqavilələrində əmək funksiyalarını hansı ünvanda icra edəcəkləri deyil, hansı struktur vahidində, hansı əmək vəzifələri üzrə icra edəcəkləri göstərilib. MMC-nin Respublikaının rayonlarında, məsələn, Goranboy rayonu ərazisində də fəaliyyəti vardır və iddiaçı hansısa regiondakı ofis sahəsinə deyil, Bakı şəhəri ərazisindəki ofis sahələrindən birində iş ş əraiti ilə təmin edilib; - birinci instansiya məhkəməsinin iddiaçını Qaradağ rayonu ərazisindəki zavodun ərazisində “işə bərpa” etməsinin hansı məntiqə əsaslanmasını müəyyən etmək sadəcə olaraq mümkün deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində onun əmək funksiyalarını həmin zavodun ərazisində icra edəcəyinə dair müddəa yoxdur. Birinci instansiya məhkəməsinin məntiqi ilə yanaşılsa, iddiaçının MMC-nin hüquqi ünvanı olan ünvan 14 ünvanına “işə bərpası” daha əsaslı ola bilərdi.
41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6858/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, İkram Şirinov)
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin Əmək Məcəlləsinin 56-cı maddəsinə istinadla bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həqiqətən qeyd olunan maddənin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Ancaq əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün mütləq istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olmalıdır. Belə bir zəruriyyətin olması işəgötürən tərəfindən nəinki kifayət qədər əsaslandırılmamış, üstəlik, sosial məzuniyyətdən qayıdan iddiaçının hər vəchlə əvvəlki iş yerində əmək fəaliyyətini davam etdirməsi üçün ona müxtəlif manelər yaradılmışdır. Belə ki, iddiaçını əvvəlki iş yerinə buraxılmaması cavabdehin 01 mart 2023-cü il tarixli sosial məzuniyyətdən qayıdan işçinin əmək fəaliyyətini davam etdirməsi haqqında 47/M nömrəli əmrində, MMC-nin kadrla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında 01 mart 2023-cü il tarixli 79/1K nömrəli əmrində və eyni tarixli iddiaçıya ünvanlanmış əmək şəraitinin şərtlərində baş vermiş dəyişikliyə dair Bildirişdə də açıq-aşkar sezilir. Çünki, 47/M nömrəli əmrdə iddiaçının 01 mart 2023-cü il tarixli ərizəsinə müvafiq olaraq onun 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə 06 mart 2023-cü il tarixdən işə başlaması, MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Ba kı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq iddiaçıya bir ay müddətində məsafədən (evdən) işləməyə icazə verilməsi, mühasibatlıq şöbəsinin bu əmrdən irəli gələn məsələləri təmin etməsi əmr edilmiş. 01 mart 2023-cü il tarixli 79/1K nömrəli əmrində isə MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən MMC-nin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən of is sahəsində təşkil edilməsi əmr edilmişdir. Lakin 79/1K nömrəli əmr "xxxx" adlandırılmasına baxmayaraq əmrlə iş yeri Sabunçu rayonu ərazisinə dəyişdirilmiş 10 işçi arasında kadrlar şöbəsinin əməkdaşları, o cümlədən iddiaçının adı yoxdur. Əmrin ikinci bəndi ilə kadrlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir. MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli Bildirişində bildirilib ki, yeni istifadəyə verilmiş Alçıpan zavodunun texniki işçi və inzibati heyətinin sayının artması nəzərə alınaraq Sabunçu rayonu, Binəqədi şossesi 11B ünvanında yeni ofis götürülməsi və zavodun fəaliyyəti üçün texniki və inzibati işçi heyəti vacib olduğundan kadrlar şöbəsinin yuxarıda göstərilən ünvanda yerləşən ofisə keçiril məsi və kadrlar şöbəsinin müdiri kimi İddiaçı da əmək funksiyalarını həmin ünvanda davam etdirməsi qərara alınmışdır. Bildirişin 4 və 5-ci abzaslarında qeyd olunub ki, iddiaçı 1 ay ərzində baş vermiş bu dəyişikliyə razı olması və ya bundan imtina etməsi barədə yazılı məlumatı təqdim etməlidir və xx.xx.2023-cü il tarixdən kadrlarla iş şöbəsinin yeni ofisində işə çıxmadığı təqdirdə, bu əmək şəraitinin şərtlərinə etiraz kimi qiymətləndiriləcəkdir.
43. Göründüyü kimi, hər iki əmrdə və bildirişdə iddiaçının əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zəruriyyətinə əsas kimi MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və in zibati heyətinin sayının artması ilə əlaqədar yerləşdirilməsi göstərilmişdir. Ancaq 47/M nömrəli əmrdə iddiaçıya bir ay müddətində məsafədən (evdən) işləməsi üçün şərait yaradılmamış və icazə verilməmişdir(yaradılmışdırsa buna dair məhkəməyə heç bir sübut təqdim edilməmiş). 79/1K nömrəli əmrdə isə iş yeri Sabunçu rayonu, Binəqədi şosesi 11 B ünvanında yerləşən ofis sahəsinə iş yeri dəyişdirilmiş 10 işçi arasında nə iddiaçının, nə də kadrlar şöbəsinin əməkdaşının adı və vəzifəsi qeyd edilməmişdir. Ancaq eyni tarixli Bildirişdə iddiaçıya əmək funksiyalarının yeni ünvanda, yəni Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında yerləşən ofis sahəsində davam etdirməyin qərara alındığı, 06 aprel 2023-cü ildən kadrlarla iş şöbəsinin yeni iş sahəsində (ofisində) işə çıxmadığı təqdirdə bunun əmək şər aitinin şərtlərinə etiraz kimi qiymətləndiriləcəyi göstərilmişdir. Lakin Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında yerləşən ofis sahəsinə dair, eləcə də, orada kadrlar şöbəsinin müdiri kimi iddiaçıya əmək funksiyasının həyata keçirmək üçün şəraitin yaradıldığına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Deməli, iddiaçınin əmək şəraitinin dəyişdirilməsi barədə eyni gündə 2 əmr və 1 Bildiriş tərtib edilsə də, hər üç sənədin məzmununda bir-birinə zidd məqamlar var. Bu hallar isə iddianın əsaslı olduğunu, şikayətin dəlillərinin isə açıq-aşkar əsassız olduğuna dəlalət edir.
44. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, əksinə həm iddia ərizəsinin və işdə olan sənədlərin məzmunundan, həm də iddiaçının izahatlarından bəlli olur ki, cavabdeh müəssisənin qanunsuz hərəkət ləri, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı aidiyyəti orqanlara məlumat verdiyi üçün iddiaçının barəsində ağır intizam tənbehi tətbiq edilmişdir. İddiaçı bu barədə X2 müraciət ünvanladığından cavabdeh onun əmək hüquqlarını pozaraq, müəssisənin elektron sisteminə daxil olmaq üçün verilmiş bütün istifadəçi məlumatlarını ləğv etmiş və müəssisəyə məxsus “Elektron ünvan ” elektron poçt ünvanına girişini bağlamışdır. Bu səbəbdən də iddiaçı əmək haqqının 1500 manat olması barədə qeyri-rəsmi sənədləri müfəttişə təqdim edə bilməmişdir. Şikayətindən sonra iddiaçıya qarşı hüquq pozuntuları ilə əlaqədar olaraq, MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və iddiaçı ya ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı MMC-nin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Buna baxmayaraq, həmin vəsait hələ də ödənilməmişdir. Həmin vaxta qədər, iddiaçının heç bir intizam məsuliyyətinə cəlb edilməməsi də işdən də görünür. Deməli, cavabdeh qurum intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Bu Əmək Məcəlləsinin 187-ci maddəsinin 4-cü hissəsinin imperativ tələbidir. Ancaq nə iş materiallarında, nə də cavabdeh tərəfin məlumatlarında bu məsələyə ümumiyyətlə münasibət bildirilmir. Demək ki, cavabdeh tərəf də bu faktı təkzib edə bilmir.
45. Apellyasiya instansiyası məhkəməsi onu da vurğula mışdır ki, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam versə də həmin Məcəllənin 56-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla bunu həyata keçirmişdir. Çünki, həmin maddədə qeyd olunur ki, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. İddiaçının yeni əmək şəraiti ilə, yəni, Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında ye rləşdiyi göstərilən ofis sahəsində işini davam etdirməyə razılıq vermədiyi bəlli olduğu halda, işəgötürən onun başqa vəzifəyə keçirilməli olduğuna əhəmiyyət verməmiş yaxud bunun mümkün olmadığına dair nə əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə, nə də digər hər hansı bir sənəddə münasibət bildirməmiş, eləcə də Əmək Məcəlləsinin bu tələbinə niyə əməl etmədiyinə dair heç bir arqument irəli sürməmişdir. Demək ki, işəgötürənin əmək qanunvericiliyinin bu tələblərinə əməl etməməsi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün müstəqil əsas sayılır.
46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının uzun illər əmək fəaliyyətini yerinə yetirdiyi iş yerinə yaxın ərazidə yaşaması və onun ailə vəziyyəti, o cümlədən himayəsində 1 yaşında uşağının olması işin mübahisəsiz halı sayılır. Qeyd olunduğu kimi cavabdeh iddiaçının əmək şəraitinin şərtlərini birtərəfli qaydada dəyişdirərək yaşadığı ərazidən xeyli aralıda yerləşən normal iş şəraitinin olması məlum olmayan ünvana dəyişməsində həqiqətən də xoş olmayan niyyətinin olmadığını bəyan edirsə, buna dair ciddi arqumentlər göstərməlidir. Ancaq cavabdeh heç bir arqument göstərmir, göstərdiyi səbəb isə nəinki ciddi sayılmır, əksinə, iddiaçıya qarşı qərəzli münasibəti işin halları ilə təsdiq olunur.
47. Cavabdeh niyyətinin iddiaçının işdən azad edilməsinə deyil, daha sağlam (istehsal zavodunun səs-küylü və daha çirkli ərazisindən) iş mühitində, yüksək təşkil edilmiş ofis şəraitində işini davam etdirməsi olduğunu, lakin iddiaçının əsassız tərslik göstərərək heç bir ağlabatan səbəb olmadan əmək şərait inin şərtlərinin dəyişdirilməsi və əvvəlki iş otağından cəmi bir neçə kilometr aralıda, nəqliyyatın işlək olduğu (zavod ərazisinə heç bir ictimai nəqliyyat marşrutu getmir) ərazidəki ofisdə işləməkdən imtina etdiyini göstərir. Həqiqətən də cavabdehin niyyəti iddiaçını işdən azad edilməsinə nail olmaq olmamışdırsa, özünün təbirincə qeyd etdiyi daha sağlam istehsal zavodunun səsküylü və daha çirkli ərazisindən kənar iş mühitində, yüksək təşkil edilmiş ofis şəraitində işini davam etdirməsi mümkün olmuşdursa, belə çıxır ki, cavabdeh iddiaçının özündən də çox onun qayğısına qalmağa çalışmış, lakin iddiaçının məhz əsassız tərslik göstərdiyi və nəqliyyatın işlək olduğu ərazidəki ofisdə işləməkdən imtina etdiyi üçün onu intizam məsuliyyətinə cəlb edərək əmək müqaviləsinə xitam vermişdir. Bu cür də lillərlə iddiaçı ilə olan əmək münasibətlərinə son verilməsinə dair nəticə qətiyyən bir-biri ilə uzlaşmır.
48. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 3000 manat mənəvi ziyana dair gəldiyi nəticə də əsassız olmamışdır. Ən azından ona görə ki, məhz cavabdeh müəssisənin 8 həftəlik hamilə olan iddiaçıya qarşı olan qərəzli münasibəti nəticəsində sonuncunun hamiləliyi pozulmuş və dölün uşaqlıqda qalmaqla erkən ölümü baş vermişdir. Sual oluna bilər ki, bu hadisənin cavabdeh müəssisənin əməkdaşlarının hərəkət yaxud hərəkətsizliyi ilə səbəbli əlaqəsinin olması təsdiq olunmalıdır. Ancaq tərəflər arasında məhz qeyd olunan dövrdə gərgin münasibətlərin olması və cavabdehin iqtisadi gücündən istifadə etməklə iddiaçıya qarşı müxtəlif vasitələrlə qanunsuz təs ir etməsi nəticəsində sonuncunun mənəvi sarsıntı keçirməsi açıq-aşkar təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsinin bu hissədə də gəldiyi nəticə düzgün və ədalətli olmuşdur.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş vaxtından artıq işlədiyinə görə iş materiallarına hər hansı sənəd əlavə edilməsə də, bu fakt X1 iddiaçının müraciətinə cavab olaraq 05 mart 2022-ci il tarixli məktubu ilə də təsdiq olunur. Qeyd olunan məlumatda Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinin və 165-ci maddəsinin 1-ci hissəsinin pozulduğu aşkar olunduğuna görə MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesabla naraq ödənilməsi ilə bağlı məktub ünvanlandığı göstərilir. Demək bu dəlil də təsdiq olunmadığından qeyd olunan hissədə də iddianın təmin edilməsi düzgün olmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 54, 56, 68, 91, 92 və 300-cü maddələrini müvafiq hissələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermiş və göstərmişdir ki, işə baxarkən apellya siya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 54, 1-ci hissə. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılmasını təmin etməlidir. Maddə 54, 2-ci hissə. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 56, 1-ci hissə. İstehsalın və əməyin təşkilində dəyişikliklər edi lməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Maddə 56, 2-ci hissə. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, 2-ci hissə, “c” bəndi. Əmək şəraitinin şərt lərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 91, 1-ci hissə. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Maddə 92, 2-ci hissə. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300, 3-ci hissə. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzə rdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti cavab dehin apellyasiya şikayəti üzrə iddianı təmin edilən hissəsi olub, bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
59. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir. Həmin normaya görə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
60. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
61. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də iddiaçının yeni əmək şəraiti ilə, yəni, Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında yerləşdiyi göstərilən ofis sahəsində işini davam etdirməyə razılıq vermədiyi bəlli olduğu halda, işəgötürən onun başqa vəzifəyə keçirilməli olduğuna əhəmiyyət verməmiş, eləcə də bunun mümkün olmadığına dair nə əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə, nə də digər hər hansı bir sənəddə münasibət bildirməmiş, həmçinin Əmək Məcəlləsinin bu tələbinə niyə əməl etmədiyinə dair heç bir arqument irəli sürməmişdir.
62. Halbuki Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçiril məli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
63. Bununla da tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmaqla, gəlinən nəticə qanuni və əsaslı olmuşdur.
64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 4255- ci bəndlərində əks edilən hüquqi qiymətləndirməsini və tətbiq etdiyi normaları işin müəyyən edilmiş hallarına uyğun hesab edir və bu qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda şərh edilənlər baxımından əsassız sayır. Belə ki, bu dəlillər həm iddiaya etirazın, həm də apellyasiya şikayətinin dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə hər iki instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qayda qismən təmin ediblər.
66. Kassasiya şikayətində məhkəmə təcrübəsinə aid Ali Məhkəmənin istinad edilən 2(102)-2756/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərarına gəldikdə, qeyd edilməlidir ki, əvvəla, həmin iş üzrə işin halları ilə hazırkı işin halları tamamilə fərqlidir. Həmçinin həmin işdə işə bərpa barədə iddia tələbi təmin edilmədiyi üçün mənəvi zərərlə bağlı tələb də təmin edilməmişdir. Hazırki işdə isə işə bərpa barədə tələb təmin edildiyindən, bu tələblə bağlı olan mənəvi zərərə adi iddianın da qismən təmin edilməsi qanuni olmuşdur. Əmək Məcəlləsini 300-cü maddəsinin “qeyd” hissəsində də işçinin işə bərpa tələbi ilə bağlı mənəvi zərərlə bağlı iddia tələbi irəli sürməsi hüququ tanınmışdır.
67. Mənəvi zərərlə ba ğlı iddia tələbinin sübut edilməməsi ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilib ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
68. Hüquq pozuntusuna məruz qalmış şəxsin üzərinə onun mənəvi sarsıntı keçirməsini sübut etmək vəzifəsinin qoyulması bu institutun tətbiqini mümkünsüz edərdi. Qeyd edilməlidir ki, mənəvi zərər törədilmiş hüquq pozuntusunu n bilavasitə nəticəsi kimi təzahür edir və bu səbəbdən hüquq pozuntusuna məruz qalmış şəxsin üzərinə əlavə olaraq mənəvi zərərinin olmasını (sarsıntıya, iztiraba məruz qalması və s.) sübut etmək vəzifəsi qoyula bilməz. Üstəlik, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı gəldiyi nəticəni işin halları üzrə əsaslandırmışdır. (bax:48-ci bənd)
69. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apellyasiya şikayətini dəlillərinə qiymət verilmiş, dü zgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
70. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6858/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.